Ardını oxu...
Azərbaycanda xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunması müzakirə edilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən mətbuata verilən məlumata görə, qurumun Vergi siyasəti Baş İdarəsi əczaçılıq sahəsində fəaliyyət göstərən şirkətlərin, bu sektoru təmsil edən "Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası" İctimai Birliyinin nümayəndələri ilə görüş keçirib. Xidmətin aidiyyəti funksional strukturlarının nümayəndələrinin də qatıldığı görüşdə sahibkarların ƏDV inzibatçılığının təkmilləşdirilməsi, əczaçılıq sahəsində, xüsusilə xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarına münasibətdə ƏDV azadolmaları və ya diferensial ƏDV-nin tətbiqi imkanları, vergi inzibatçılığı ilə bağlı yaranan çətinliklər, sahənin inkişafına müsbət təsir edə biləcək beynəlxalq təcrübədə mövcud mexanizmlərin tətbiqi və digər məsələlər müzakirə edilib.

Maraqlıdır, qərar qəbul edilərsə, bu dərmanların qiymətlərində azalma müşahidə oluna bilərmi?

"Kaspi" qəzetinin növbəti məqaləsində bu və digər məsələlərə aydınlıq gətirilib.

Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyev "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, qonşu ölkələrdə dərman preparatları üzrə vergi və gömrük rüsumlarının tənzimlənməsi ilə bağlı araşdırma apardıqdan sonra bu layihəni təklif ediblər: "Məsələn, qonşu Gürcüstanda dərman vasitələri üçün heç bir rüsum tələb olunmur. Bəzi ölkələrdə vergilər diferensial olaraq tənzimlənir. Biz dövlət büdcəsinə böyük miqdarda zərər vermədən, Azərbaycan vətəndaşlarının dərman ehtiyaclarını qarşılamaq üçün təkliflər verdik, vətəndaşların xüsusi qruplarının tələbatlarına uyğun olaraq bəzi dərman preparatlarının ƏDV-dən azad olunmasının gələcək layihələrdə nəzərə alınmasını xahiş etdik".

A. Xudiyev bildirir ki, nadir xəstəliklərlə mübarizə aparan vətəndaşlar dərman təminatında çətinlik çəkirlər: "Bəzi nadir xəstəliklər var ki, onların qeydiyyatı yoxdur. Çünki adından da göründüyü kimi, nadir hallarda rast gəlinir. Bu xəstəliklərin müalicəsində istifadə olunan dərmanların ölkəyə idxalı yalnız müəyyən icazələrlə mümkündür. Bununla yanaşı, onkoloji xəstəliklər, astma, şəkərli diabet və digər xroniki xəstəliklərin müalicəsində istifadə olunan dərmanların da ƏDV-dən azad olunması vətəndaşlar üçün əlverişli olar. Doğrudur, vətəndaşlar dövlət tərəfindən bəzi dərmanlarla pulsuz təmin olunurlar. Lakin yeni məhsullar meydana çıxır və vətəndaşlar onları satın aldıqda ƏDV-dən azad olunmaları təmin edilə bilər".

Mütəxəssis vurğulayır ki, bu qərar qüvvəyə mindikdə, digər dərmanlarla bağlı da əlavə addımların atılması mümkündür: "Bu gün Azərbaycan vətəndaşları icbari tibbi sığorta ilə ödənişsiz tibbi xidmət almaq imkanına malikdir. Ambulator xidmətin də gələcəkdə ödənişsiz olması gözlənilir. Bunun tətbiqi sosial siyasətimizdə böyük dönüş yaradacaq. Biz də assosiasiya olaraq, proseslərin uğurla həyata keçməsinə dəstək olmağa çalışacağıq".

Millət vəkili Müşfiq Məmmədli bildirir ki, həm ölkənin iqtisadi vəziyyətini, həm də əhalinin sağlamlığını nəzərə alaraq bu addımların atılması vacibdir: "Xüsusilə nadir xəstəliklərin müalicəsində və bəzi xroniki xəstəliklərdə istifadə olunan dərman preparatlarının qiyməti kifayət qədər yüksəkdir. Bu xəstəliklərin rastlaşma intensivliyi çox aşağı olduğundan həmin dərmanlar çox bahadır. Çünki bu dərmanlar hər ölkədə istehsal edilmir. Bu xəstəliklərdən əziyyət çəkən insanlar həmin preparatları əldə etməkdə həm maddi, həm də tapılması baxımından böyük çətinliklərlə üzləşirlər. Onların ƏDV-dən azad edilməsi bu dərmanların qiymətlərinin kifayət qədər ucuzlaşmasına səbəb ola bilər. Bu yanaşmanı alqışlayır və düzgün addım kimi dəyərləndirirəm".

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli də təsdiqləyir ki, nadir xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələri təkcə Azərbaycanda deyil, istehsalçı ölkədə də çox bahadır: "Bu dərmanların ƏDV-dən azad olunması, ən azından 18 faiz ucuzlaşma deməkdir. Ölkəmiz bu sahədə idxaldan asılıdır. Hesab edirəm ki, yalnız nadir xəstəliklərin müalicəsində tətbiq olunan dərman preparatları deyil, ümumiyyətlə, Azərbaycana idxal olunan bütün dərman məhsulları ƏDV-dən azad edilməlidir".

Həmsöhbətimiz bildirir ki, bu qaydanın tətbiqi insanların dərman preparatlarına əlçatanlığı üçün çox faydalı olacaq: "Xəstəliklər çox, dərmanlar bahadır. Bir xəstəlik üçün adətən davamlı müalicələr tələb olunur. İnsanların əksəriyyəti baha olduğu üçün bu müalicələri davam etdirə bilmir. Çünki kifayət qədər xərc tələb olunur. Dərmanların ƏDV-dən azad olması qiymətlərdə kifayət qədər fərq yaradacaq. Bu qərarın tətbiqi və davamı olaraq idxal olunan bütün dərman preparatlarının ƏDV-dən azad edilməsinin faydalı və lazımlı olduğunu düşünürəm".
 
Ardını oxu...
Tədqiqatlar göstərib ki, qorxu filmlərinə baxmaq narahatlığı aradan qaldırmağa və emosional dayanıqlığı artırmağa kömək edə bilər.

News24.az xəbər verir ki, Danimarkadakı Orhus Universitetinin Əyləncə Dəhşət Laboratoriyası qorxu filmlərinə baxmağın təsirlərini araşdırıb.

Laboratoriyanın direktoru Mathias Clasen Euronews Culture-a bildirib ki, onların araşdırmaları insanların qorxu ilə oynamaq təcrübələrinin sağlam göründüyünü və qorxu filmlərinin potensial olaraq "dərman" rolunu oynaya biləcəyini aşkar edib.
 
Ardını oxu...
Səhiyyə komitəsinin sədri bildirib ki, qanun layihəsi əhalinin dərman vasitələrinə olan ehtiyaclarının qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəminin yaradılması məqsədi ilə hazırlanıb.
Milli Məclisdə “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik müzakirə edilib.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, layihə əhalinin dərman vasitələrinə olan ehtiyaclarının qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəminin yaradılması məqsədi ilə hazırlanıb.
Ə.Əmiraslanov diqqətə çatdırıb ki, layihədə vətəndaşlara göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi, həmçinin əhalinin dərman vasitələri üzrə xərclərinin minimuma endirilməsi məqsədilə ambulator şəraitdə dərman vasitələrinin buraxılması şərtləri müəyyən edilib. Bundan başqa, dəyişikliklərdə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Qeyd edək ki, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihəsi əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaratmaq üçün hazırlanıb.
Layihə hazırlanarkən dünya təcrübəsi, xüsusilə də bu sahədə aparıcı dövlətlərin normativ-hüquqi sənədləri öyrənilmiş və geniş şəkildə araşdırılıb. Layihədə vətəndaşlara göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətin yüksəldilməsi, həmçinin əhalinin dərman vasitələrini qiymət dəyişmələrinə qarşı həssaslığının və dərman vasitələri üzrə xərclərinin minimuma endirilməsi məqsədilə bir sıra mühüm və mütərəqqi addımların atılması nəzərdə tutulub. Qanun layihəsinin qəbulu icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətlərin göstərilməsini təmin edəcək.
“Ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir. Belə ki, vətəndaşlar ambulator müalicə alarkən dərmanlarını da tibbi sığorta vasitəsilə əldə edəcək və icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi təmin olunacaq. Qanun layihəsi də bütün bu sistemli islahatların tərkib hissəsidir", - A.Vəliyev əlavə edib.

Xatırladaq ki, ambulator müalicə, xəstənin tibbi xidmətləri aldıqları gün evə qayıtdığı və xəstəxanada qalmasının lazım olmadığı bir müalicə formasıdır.
 
Ardını oxu...
Liderlərin yalnız 2 qan qrupundan çıxdığı müşahidə edildi
Elmi araşdırmalar nəticəsində məlum olub ki, adları tarixi qeydlərdə qızıl hərflərlə həkk olunan şəxslər ümumiyyətlə O və AB qan qruplarından olub.

İndex.az xəbər verir ki, buraya Atatürk, Atilla və Çingiz xan daxildir.

0 QAN QRUPU: Onlar anadangəlmə liderdirlər. Sıfır qan qrupu anlayışı və ibrətamiz xüsusiyyətləri sayəsində insanlar tərəfindən müdrik olaraq görülür. Sıfır qan qrupları, fədakar və etibarlı xarakterləri sayəsində hər kəsin müraciət etdiyi insanlardır.

AB POZİTİF QAN QRUPU: Praktik zəkaları və qayğıkeş rəftarları ilə ürəkləri fəth edən bu qan qrupundan olan insanlar bir “nemətdir”. Onlar bir çox insanlar tərəfindən sevilir. AB pozitiv qan qruplarının danışıq qabiliyyəti diqqəti cəlb edən olur.

ATATÜRK
0 RH+

ATTİLA
0 RH+

CENGİZ HAN
AB RH+
 
Ardını oxu...
Qazax rayonunda yerləşən "Mətanət A" şirkətinə məxsus "Azerlime" əhəng istehsalı müəssisəsində bədbəxt hadisə baş verib.

"DogruXeber.az"ın Qaynarinfo-ya istinadən məlumatına görə, müəssisədə çilingər kimi çalışan Raminin qolu iş zamanı "Band Conveyr" aparatının arasında qalaraq xəsarət alıb. Xəsarət alan şəxs Qazax rayon Mərkəzi Xəstəxanasına aparılaraq, əməliyyat edilib.

Ramin izahatında bildirib ki, iş görərkən əlindəki əlcək qurğunun barabanına ilişib və sol qolunu çəkərək barabana doğru aparıb, nəticədə qolu barabanla qurğunun lenti arasında qalaraq xəsarət alıb.

Hadisə ilə bağlı "Mətanət A" şirkətinə məxsus "Azerlime" əhəng istehsalı müəssisəsinin direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü (Əməyin mühafizəsi qaydalarının pozulması) maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə müəssisəsin direktoru 1500 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, "Mətanət A" şirkətinə məxsus "Azerlime" əhəng istehsalı müəssisəsinin qanuni təmsilçisi Bəşirov Fuad Hidayət oğludur. Rayonun Daş Salahlı kəndində fəaliyyət göstərən müəssisə 2020-ci ilin mart ayından istifadəyə verilib.
Ardını oxu...
Uğur və uğursuzluqlarımızın böyük hissəsi əslində insan psixologiyasında gizlənib. Həyatdakı mövqeyimiz və statusumuz bir çox hallarda məhz ondan asılıdır. Səbəbsiz deyil ki, psixologiya ilə bağlı istənilən məlumatlar istər oxucularda, istərsə də tamaşaçılarda böyük maraq oyadır. Psixologiya mövzusunda olan verilişlər və məqalələr bizi daha ayıq olmağa, həm də özümüzü daha yaxından tanımağa kömək edir.

Referans.az xəbər verir ki, psixiatr Orxan Fərəcli Publika.az-ın bu mövzuda suallarını cavabladırıb. Mütəxəssis müsahibədə həm insan ruh halının aciz qaldığı məqamlardan, həm peşəkar dəstəyə ehtiyacı olanlardan, həm də ağır psixoloji travmalardan və onların həyatımızdakı izlərindən danışıb.

- Pasientlərin psixiatra müraciət səbəbləri və şikayətləri müxtəlif olsa da, yəqin ki, onları birləşdirən ortaq nöqtələr də var. Bizə onlardan söz aça bilərsinizmi?

- Psixiatriyada təxminən 600-dən çox xəstəlik var, onlar arasında həkim olaraq heç vaxt rastlaşmadıqlarım da var. Elə də olur ki, hər gün eyni problemdən əziyyət çəkən 4-5 pasient görə bilirik. Amma təbii ki, hamısını birləşdirən məsələ, həmin insanların ruhi tarazlıqlarının bu və ya digər pozulmasıdır. Ruhi balansın pozulması da müxtəlifdir. Elə adam var ki, sadəcə əhval-ruhiyyəsi pozulur, sanki əsəbilik var. Digərlərində isə ağır patologiyalara qədər gedir çıxır. Məsələn, fikirləşir ki, onu kimsə xüsusi cihazlar vasitəsi ilə izləyir, ya beynini oxuyurlar. Bu hallara qədər dəyişə bilən şikayətlər toplusunda ortaq tərəf tapmaq çətindir. Məhz ortaq tərəf axtarırıqsa, əsəbilikdə də, sayıqlamalarda da ruhi tarazlığın polzulmasını misal çəkə bilərəm.

- Tibbin bütün qolları sürətlə inkişaf edir və yeni-yeni müalicə üsulları meydana çıxır. Bəs psixiatriyada vəziyyət necədir? Ruhi vəziyyətin bərpası və sağlamlaşdırılması istiqamətində tətbiq olunan yeni metodlar varmı və bunlar nələrdir?

- Haqlısınız, lakin psixiatriyada xüsusi yenilik yoxdur. Burada işimizi çətinləşdirən əsas məsələ ruhi problemlər üçün tibbi göstəricilərin olmamasıdır. Hansısa analizə baxıb bu adamda filan xəstəliyin olub-olmadığını deyə bilmirik. Son vaxtlar bəzi həkimlər litiumu yoxlayıb ona əsasən diaqnoz qoymaq istəyirlər, lakin bu, yanlışdır.

Ən son yeniliklərdən biri, TMS dediyimiz cihazdır – Transkranial maqnit stimulyasiyası. Bu, xüsusi cihazdır ki, beynin bəlli bölgələrində maqnit vasitəsi ilə aktivləşdirmə həyata keçirilir. Bu da sanki dərman effekti verir, o seansları 20-25 gün ardıcıl götürmək lazımdır. Effektivliyi yüksəkdir.

Düşünürəm ki, süni intellektin psixiatriyada rolu çox aşağı olacaq. Çünki bizim sahə hisslər, emosiyalar üzərində qurulub. Bəzən xəstənin adi söhbət vaxtı baxışları, davranışları, səsinin tonu belə bizə müəyyən informasiya verə bilir. Odur ki, süni intellekt bir yerə qədər alqoritm şəklində nəsə edə bilər.

- Doktor, ruh halımız nə zaman ona vurulmuş ziyanı bərpa etməkdə aciz qalır və mütəxəssislərin yardımına ehtiyac duyulur?

- Ümumiyyətlə, psixiatrik problemlər bioloji məsələdir. Şəkər, təzyiq, qrip və s. kimi bir xəstəlikdir. Hansısa şəkər xəstəsinə “İradəni topla, öz gücünlə bundan çıx” deyə bilmirik, bu, mümkün olmur. Psixi problemlər də belədir, orda da neyrokimyəvi və bioloji dəyişiklər gedir. Belə adamlar həmişə deyirlər ki, özünü ələ al, iradəni topla. Amma bu vəziyyət iradədən asılı deyil. Acizlik onda yaranır ki, simptomlar həddən artıq inkişaf edir, çox bezdirici olur. Belə olan təqdirdə insan problemi öz resursları hesabına aradan qaldıra bilmir.

- Ağır psixi travmaları olan insanların yenidən həyata qayıtması və normal yaşayışına davam etməsi nə dərəcədə real və mümkün olur?

- Təbii ki, həyata qayıda və normal yaşaya bilirlər. Ən ağır psixiatrik travma uşaqlıq dövrü cinsi təcavüzlərdir ki, zamanla onlar bərpa ola bilirlər. Həmçinin müharibə travmaları, doğmalarının və yaxınlarının itirilməsindən sonra yaranan travmalar zamanla düzələ bilir. Xüsusi terapiya növləri var, onları almalıdırlar ki, travma adiləşsin. Travma heç vaxt unudulmasa da, adiləşə bilir. Ona verilən reaksiyalar zəifləyə bilir və s.

- Bəs psixiatriyada müalicəsi mümkün olmayan xəstəliklər varmı və bu barədə nə deyə bilərsiniz?

- Çox aciz qaldığımız hallar olur. Şizofreniyanın ağır formaları var ki, heç bir dərman təsir göstərmir, amma böyük əksəriyyəti xeyli düzələ bilir. Əslində bu, bütün xəstələr üçün keçərlidir, nəzarət altına alınmayan təzyiq və şəkər xəstələri kimi. Ağır obsessiv-kompulsiv pozuntular çox ciddi problemlərdir. Onları kontrol etmək çətindir, yuxarı doza dərmanlar bəzən kömək etməyə bilir.

- Psixiatrik problemləri olan insanların ən çox hansı xüsusiyyəti sizdə ciddi narahatlıq yaradır? Bir mütəxəssis kimi nəyi qəbullanmaqda çətinlik çəkirsiniz?

- Məni həmişə narahat edən neqativ simptomlardır. Neqativ simptomlar nədir? Emosiyaların zəifləməsi, doğmalarına qarşı laqeydlik, özünə baxmamaq, şəxsi gigiyenasına əməl etməmək. evin problemi ilə maraqlanmamaq, evdə baş verən xoş hadisələrə sevinməmək, yaxud da bəd bir hadisə olubsa, ona kədərlənmir və s. Bəzi psixiatrik problemlər, xüsusən də şizofreniyada bu simptomlar get-gedə artır. Bir pasiyentin psixi simptomları varsa, üstəlik səliqəlidirsə, özünə baxırsa, bu, məni həmişə sevindirir. Demək ki, onun sağalma ehtimalı və istəyi çox yüksəkdir. Vay o gündən ki, həm psixi simptomlar var, həm də sadaladığım məsələlər müşahidə olunur.

- Ruhi sağlamlığı qorumaq fiziki sağlamlığı qorumaq qədər vacibdir. Fiziki gigiyena ilə yanaşı emosional gigiyenaya da diqqət olunmalıdır. Görünən budur ki, cəmiyyət indi öz qeydinə daha çox qalmağa başlayıb. Sağlam cəmiyyətin formalaşması üçün həyatımızda hansı dəyişikləri etməliyik?

- Təbii ki, emosional gigiyena fiziki sağlamlıq qədər önəmlidir. Emosional gigiyena nədir? Birinci şərti gecə yuxusudur, tez yatıb tez durmaq lazımdır. Kofeinli və alkoqollu içkilərdən mümkün qədər uzaq durmaq lazımdır. Sonra iş rejiminin gərginliyidir. İnsanlar bəzən çox çətin şərtlərdə və çox çətin kollektivlə işləməli olurlar. Gecə yatmayanın, yata bilməyənin ruhi problemlərlə rastlaşma ehtimalı çox yüksəkdir. Müayinələrimə başlayanda ilk verdiyim suallardan biri işinizdə gecə növbəsinin mövcudluğudur. Müalicə prosesinə təsir edən amillərdəndir. Yuxusuzluğa ciddi yanaşın, çarə axtarın.

- Eyni zamanda, Azərbaycan mentaliteti bizi həmişə özümüzdən çox qarşı tərəfi nəzərə almağı və şəxsi istəklərimizi ikinci plana atmağı tələb edir. Bunu necə qiymətləndirirsiniz?

- Təbii ki, mentallığın heç bir məntiqə sığmayan tərəfləri var. Ümumi mənada hər xalqın və cəmiyyətin mentallığı və hadisələrə yanaşma tərzi var. Bu həddi aşmadıqca, başqasının sərhədlərinə girmədikcə, düşünürəm ki, pis deyil. Əvvəllər mən də bəzi Azərbaycan mentallığına qarşı çıxır, nələrisə bəyənmirdim. Son illərdə yanaşmamı dəyişmişəm. Bu, nə vaxt pis olur? Sən bütün qərarlarını məhz başqalarına görə verirsən. Rasional baxmaq lazımdı. Əgər camaat pis baxırsa və bu pis bir şey deyilsə, təbii ki, etiraz etmək olar. Lakin “Camaat pis nə deyər” düşünürüksə və orda həqiqətən də pis bir şey varsa, mentallığa qarşı nələrsə var ki, uyğunlaşmır.

- Bəs problemlərdən qaçmaq və ya onları görməzdən gəlmək həyatımızın gedişatına necə təsir edir?

- Bu, bir yerə qədərdir, hansısa məqamda mütləq ki, çatlayacaq və fəsadlar yaradacaq. Somatik xəstəliklərdə olduğu kimi, şəkərli diabet xəstəsi xəstəliyi görməzdən gəlsə, hərəkət etməsə, şirniyyat yesə və dərmanlarını qəbul etməsə, günün birində şəkər komasına düşəcək. Mental sağlamlıq da eyni ilə. Təxirə saldıqca və ya özüm bacararam dedikcə, günün birində problem yaradır.

- Uğursuzluqlarımızın günahını uşaqlıq travmalarımıza yükləməklə doğru edirik? Yoxsa, bu həm də məsuliyyətsizliyin göstəricisidir?

- Bu, yeni tendensiyadır. Burda şəxsin özünün iradəsi də, verdiyi qərarlar da önəmlidir. Kimsə deyə bilər ki, verdiyi qərara uşaqlıq travması təsir edib. Bunu sübut etmək və məhz uşaqlıq travma ilə əlaqələndirmək çox çətindir. Bu, bizə terapiyalarda maneçilik törədir. Bu məntiqlə insanlar bütün hərəkətlərinə haqq qazandırırlar. Təbii ki, doğru deyil, amma məsuliyyətsizliyin də göstəricisi kimi qiymətləndirmək olmaz. Ortada müəyyən problem, bəlli olmayan bir şey var deməkdir.

- Hər ürəyi sıxılan adamın özünə depressiya, panik-atak, bipolyar və s. bu kimi diaqnozlar qoymasına münasibətinizi də bilmək maraqlıdır.

- Hər ürəyi sıxılan adam depressiyada, hər qorxan da panik deyil. Hər xəstəliyin dəbdə olduğu dövr var. Bir dönəmdə hamı deyirdi ki, depressiyadayam. Bəzi psixiatrik xəstəliklərin dəbdə olduğu, "cool" sayıldığı dövrlər olub. Son vaxtlar Bipolyar pozuntu özünün məşhurluq dövrünü yaşayır. Çox ciddi psixiatrik stiqmanın yaşandığı bir toplumda hansısa bir xəstəliklə fəxr etmək, bu xəstəliklə özünün fərqləndiyini düşünmək çox qəribədir. Bir-birini incidib, təhqir edib, zorakılıq göstərib, axırda da deyirlər ki, “mən bipolyaram, gəl barışaq, başa düşməlisən”. Belə bipolyar olmur.

İndi hamı özünə həm də hiperaktiv deyir, hiperaktivlik pozuntusu olduğunu iddia edir. Heç kim özünə bu şəkildə diaqnoz qoya bilməz. Çünki bunlar ciddi diaqnozlardır.

- Doktor, antidepressantların depressiyaya səbəb olan problemləri çözmək gücü varmı? Ümumiyyətlə, bu dərmanlar hamıya eyni təsiri göstərir?

- Antidepressantların tək depressiya yox, qorxu, həyəcan, panik-atak, beyində pis fikir və s. kimi problemləri çözmək gücü var və bu, sübut olunub. Plasebo ilə müqayisədə işə yarayır.

100 nəfərlik bir qrupa “Antidepressant” adı ilə adi dərman versən, digər 100 nəfərlik qrup isə real antidepressant qəbul etsə, həqiqətən də real antidepressant içən qrupda sağalanların sayı, adi dərman içən qrupda sağalanların sayından daha çox olacaq. Bu o deməkdir ki, antidepressantlar plasebo ilə müqayisədə daha effektiv təsirə malikdir. Lakin hamıya eyni cür təsir etdiyini deyə bilmərik. Təbii ki, birinə təsir edən dərman digərinə pis təsir edə bilər. Məsələn, birini kökəltməyən dərman, digərini kökəldə və ya allergiyaya səbəb ola bilər. Bu, artıq həkimin müayinəsi və seçimi ilə təyin olunur.

- Statistik məlumatlara görə, qadınlar daha çox depressiyaya düşür. Niyə biz həyatdan tez küsürük?

- Bəli, statistikalar bunu təsdiqləyir. Hətta qadınlarda intihar cəhdlərinin sayı belə kişilərdən daha çoxdur. Burada çox incə bir nüans var. Qadınlar intihara çox cəhd edir, amma tamamlanmış intiharlar azdır. Kişilər isə az cəhd edir və daha qəddar üsullara əl atırlar. Qadınların ruhdan daha tez düşmələrinin konkret bir səbəbi yoxdur. Onun cəmiyyətdə yetişdirilməsindən tutmuş qadın orqanizmindəki hormonlara qədər, hadisələrə baxış bucağına, bəlkə də qadının beyninin bilmədiyimiz neyroanotomiyasında müəyyən fərqlər var.

Uğur və uğursuzluqlarımızın böyük hissəsi əslində insan psixologiyasında gizlənib. Həyatdakı mövqeyimiz və statusumuz bir çox hallarda məhz ondan asılıdır. Səbəbsiz deyil ki, psixologiya ilə bağlı istənilən məlumatlar istər oxucularda, istərsə də tamaşaçılarda böyük maraq oyadır. Psixologiya mövzusunda olan verilişlər və məqalələr bizi daha ayıq olmağa, həm də özümüzü daha yaxından tanımağa kömək edir.

Psixiatr Orxan Fərəcli Publika.az-ın bu mövzuda suallarını cavabladırıb. Mütəxəssis müsahibədə həm insan ruh halının aciz qaldığı məqamlardan, həm peşəkar dəstəyə ehtiyacı olanlardan, həm də ağır psixoloji travmalardan və onların həyatımızdakı izlərindən danışıb.

Alimlər araşdırma aparıblar ki, bugiləmeyvəni gündəlik istehlak üçün tövsiyə ediblər.Foodinfo.az xəbər verir ki, giləmeyvə polifenolları ehtiva edir. Araşdırma nəticəsində məlum olub ki, zoğalın tərkibi ürəyi gücləndirmək, qan axını yaxşılaşdırmağa imkan verir.Mütəxəssislərin aşkar etdiyi kimi, zoğalın zəngin olduğu antioksidantlar güclü təsirə malikdir. Hər gün bir ovuc zoğal yeyirsinizsə, qan damarlarınız artan tonda olmayacaq.Bu, 18-45 yaş arası 45 kişinin iştirak etdiyi araşdırmada eksperimental olaraq sübuta yetirilib. Bir aydan sonra eksperimentin bütün iştirakçılarında istisnasız olaraq damarların eni 1,1% artıb.
 
Ardını oxu...
2-ci tip şəkərli diabet və ya insulin müqaviməti diaqnozu qoyulanların pəhrizlərini izləmək lazımdır.
TEREF Hibiny.ru-ya istinadən xəbər verir ki, həkim Vladimir Didenko pəhrizinizə mütləq əlavə edilməli olan bir məhsulun adını çəkib. Bu tərəvəzin tərkibində çoxlu vitaminlər olduğuna görə şübhəsiz faydaları var.Söhbət qırmızı kələmdən gedir. Tərkibində təkcə K, C, B6 vitaminləri deyil, həm də manqan və lif var. Bu tərəvəzin insan orqanizminə antioksidant təsiri var.Aşağı karbohidratlı olduğuna görə, kələmdən istifadə edərək müxtəlif yeməklər hazırlaya bilərsiniz.Ekspertin fikrincə, parlaq yarpaqlı kələmin sərt başlarını seçmək lazımdır. Soyuducuda kələm qida maddələrini qorumaq üçün bükülərək saxlanmalıdır.
 
Ardını oxu...
Su həyat mənbəyidir. Amma bunu bütün içməli sulara şamil etmək çətindir. Özəlliklə mağazalarda satışa çıxarılan suların plastik qablarda olması narahatlıq doğurur. Plastik şüşələrdəki steril, mineral tərkibli olduğunu düşünürək aldığımız suların nəinki içməyə, hətta məişətdə istifadyə də yararsız olduğu bildirilir.

Polietilen torbaların təbiətə və sağlamlığımıza ziyanı ilə bağlı həyəcan təbili çalan ekoloqlar plastik qabların da bir o qədər zərərli və ziyanlı olduğunu bildirilər.

Ekoloq Ənvər Əliyev Bizim.Media-ya bildirib ki, plastik qablarda içməli, xüsusilə də mineral suların satılması məqsədəuyğun deyil:

“Bu, hər şeydən əvvəl səhhətimizə ziyandır, sanitar-epidemioloji normalara ziddir. Özəlliklə mineral suların tərkibindəki bəzi kimyəvi birləşmələr plastik materialların təsirindən dəyişə bilər. Xüsusilə də onlar isti günün altında saxlanılanda problem yarada bilər.

Məsələn, 20 litrlik plastik qabların təkrar emal müddəti var. Yanılmıramsa bu, 50 dəfədən artıq olmalı deyil. Bundan başqa satışda içməli mineral sular da var ki, onların həqiqətən mineral su olub-olmadığı şübhə doğurur. Tərkibinin nə olduğu bilinmir. 20 litrlik su qablarını adətən, Kür suyu ilə doldururlar. Kür çayında da pestisidlər, herbisidlərdən başlamış müxtəlif növ kimyəvi maddələrin, mineral gübrələrin qalıqlarınadək xeyli ziyanlı birləşmələr var. Onlar da plastik qablara yığılıb uzun müddət saxlanılanda problem yaradır”.

Ekoloq deyir ki, polietilen torbalarla birgə plastik qablardan da imtina etmək lazımdır:

“Ümumiyyətlə, plastik qabların istifadəsi tamamilə aradan qalxmalıdır. Polietilen məhsullar kimi, plastik qabların da təbiətdə təbii yolla məhv olması üçün yüzlərlə il lazımdır. Çünki onlar olduqca möhkəm molekulyar tərkibə malikdir. Ona görə bu məhsulların tullantıları ciddi problemlər yaradır. Özəlliklə iaşə müəssisələrində bunun atıqları həddən artıq çox olur. İnsanların onları çökəkliklərə, dərələrə tullaması problemlər yaradır. Ən böyük tullantılar isə dənizə və okeanlara atılır. Bu səbəbdən də plastik kütlədən olan qabları mütləq sıradan çıxarmaq lazımdır”.

Ekoloq xatırladır ki, sovet dönəmində də plastik şüşələrdən istifadə qadağan idi:

“O zamanlarda içməli, xüsusilə də mineral sular plastik qablarda satılmazdı. İndi Avropada bu, tətbiq olunur. Çalışırlar ki, sular əsasən şüşə qablarda satışa çıxarılsın. Plastik şüşələrin təbiətə dönüşü çətin olduğu üçün artıq alimlər onlardan yararlı məqsəd üçün istifadə yolları axtarırlar.

Bildiyim qədərilə, Norveç alimləri o məhsullardan hidrogen almağa başlayıblar. Ümid edirəm, tezliklə bu, kütləvi hal alacaq. Çünki gələcəkdə avtomobil yanacağı kimi hidrogenə ehtiyac duyulacaq”.
 
Ardını oxu...
Bəzi qidalar ayrılıqda istehlak edildikdə heç bir zərər verməsə də, birlikdə qəbul edildikdə faydalılığını itirə və hətta orqanizmdə toksik təsirlərə səbəb ola bilər.

"CNN Türk"-ün xəbərinə görə, bu barədə türkiyəli mütəxəssis, diyetoloq Şükrü Can Gülşen əhəmiyyətli açıqlamalar verib.

Pomidor və xiyar birlikdə istehlak edilməməlidir

Pomidor və xiyar birlikdə istehlak edildikdə orqanizmə zərər verə və həzm problemi yarada bilər və bu səbəbdən tövsiyə edilmir. Belə ki, xiyar və pomidor bir-biriləri ilə uyğunluq təşkil edən tərəvəzlər deyil və mədəyə çatdıqda fermentasiya prosesi başlayır, bu da şişkinlik və həzmsizlik probleminə gətirib çıxarır. Xüsusilə mədə problemi olanlar bu mövzuda çox diqqətli olmalıdırlar.

Südlə birlikdə qəbul edilməməli olan qidalar

Süd özü kimi yüksək amin turşularından ibarət digər qidalarla birlikdə istehlak edilməməlidir. Məsələn, toyuq, balıq, pendir, yumurta və qatıq südlə birlikdə istehlak edildikdə yaranan ifrat protein qaraciyərə ağırlıq verir və orqanizmdə toksik təsirlərə səbəb ola bilər.

Qatıqla birlikdə istehlak edilməməli olan qidalar

Balıq və qatıq birlikdə qəbul edilərsə, zəhərlənmə verə biləcəyi düşüncəsi doğru deyil. Əgər balıq köhnədirsə, məhz bu səbəbdən bəzi problemlər yarana bilər, amma bunun qatıqla heç bir əlaqəsi yoxdur. Amma sirkə və xama qətiyyən qatıqla birlikdə istehlak edilməməlidir. Həmçinin turp və tərənin də yüksək turşuluğa malik olduqları üçün qatıqla birlikdə istehlak edilməməsi tövsiyə olunur.

Soğanla birlikdə istehlak edilməməli olan qidalar

Xəstəliklərin qarşısını alınmasında təbii vasitə olan soğan demək olar ki, bütün yeməklərlə birlikdə istehlak edilə bilər. Lakin sarımsaq və soğan birlikdə yeyildikdə mədə və bağırsağın turşuluğunu artırdığı üçün qəti şəkildə məsləhət görülmür.

Qırmızı ətlə birlikdə istehlak edilməməli olan qidalar

Qırmızı ətin tərkibində yüksək amin turşusu və dəmir var. Sarımsaq və sirkə amin turşularının faydalılığını azaltdığı üçün birlikdə istehlak edilməsi məqsədəuyğun hesab edilmir. Eyni zamanda, artıq kalsium dəmirin udulmasını azaldacağı üçün süd məhsulları ilə birlikdə qəbul edilməsi bioloji faydalılıq baxımından məsləhət görülmür. Amma limonda olan askorbin turşusu dəmirin udulmasını artırdığı üçün birlikdə istehlakı mümkündür.

Meyvələrlə birlikdə istehlak edilməməli olan qidalar

Meyvələrdə fruktoza adlı meyvə şəkəri var. Bu şəkər digər şəkərlərlə birləşdikdə şəkər spirtinə çevrilir, ona görə də meyvələri şəkərlə və ya bal, mürəbbə, şokolad kimi şəkərli məhsulları ilə birlikdə istehlak etmək diabet, insulinə qarşı müqavimət baxımından olduqca təhlükəlidir.
 
Dünyapress TV

Xəbər lenti