Ardını oxu...
"Səba” ASC-nin nizamnamə kapitalı azaldılıb və qanuni təmsilçisi dəyişib.

"DogruXeber.az"ın İqtisadiyyat.az-dan əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 4,8 milyon manatdan 3,6 milyon manata endirib.

Beləliklə, son aylar ərzində "Səba”nın nizamnamə kapitalından 1,2 milyon manata yaxın vəsait geri götürülüb.

Eyni zamanda, ASC-nin qanuni təmsilçisi Mehdiyev Elçin Akif oğlu vəzifəsindən azad edilib və onun yerinə Baloğlanov Vüqar Samir oğlu təyin olunub.

Məlumat üçün bildirək ki, "Səba”nın dövlət qarşısında külli miqdarda vergi borcu da yaranıb və hazırda bu borcun miqdarı 432 268,60 manat təşkil edir.

Bu günlərdə "Səba” iyunun 30-u üçün səhmdarlarının növbəti ümumi yığıncağını çağırıb. Ümumi yığıncağın gündəliyinə bir sıra məsələ daxil edilib. Bunlar "Səba”nın ötən il üçün illik maliyyə hesabatlarının müzakirəsi və təsdiqi, "Səba”nın təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyətlərin nizamnamə kapitalındakı payların və həmin törəmə cəmiyyətlərin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərin nizamnamə kapitalındakı payların satılması, həmin hüquqi şəxslər olan cəmiyyətlərin əmlaklarının əsas vəsaitlərinin və digər aktivlərinin satılması məsələləridir.

​​​​Xatırladaq ki, "Səba” 1997-ci ildə dövlət qeydiyyatına alınıb.
Ardını oxu...
Fırıldaqçılar insanların bank kartlarından pul oğurlamağa davam edirlər. Hər gün minlərlə manat oğurlanır. Daxili İşlər Nazirliyi (DİN) zərərçəkmişlərin və oğurlanmış malların statistikasını rəhbər tutaraq, vətəndaşları ödəniş kartları ilə bağlı məxfi məlumatları açıqlamamağa çağırır.

Bununla belə, yeri mütəxəssislərin fikrincə, problem kart məlumatlarını açıqlayan, şübhəli linklərə klikləyən və virtuoz fırıldaqçıların toruna düşən kart sahiblərinin sadə sadəlövhlüyündən çox-çox kənara çıxır. İxtisaslaşmış təşkilatlar nəhayət ki, bankların təhlükəsizlik sistemindəki çatışmazlıqlardan, xüsusən də bazarın aslan payını ələ keçirmiş sistemli maliyyə strukturları adlanan qurumlardan danışmağa başlayıb.

Ancaq problemin mənşəyi təkcə texniki ola bilməz. Ekspert dairələri “insan amili”ni müzakirə edir ki, bu da müştəri məlumat bazasının sistemli və kütləvi şəkildə sızmasını nəzərdə tutur.

Son vaxtlar baş verənlərə görə yalnız vətəndaşları günahlandırmaqdan əl çəkiblər. Bank kartlarından kütləvi oğurluq halları vəziyyətində, Azərbaycan Banklar Assosiasiyası (ABA) şübhəli əməliyyatların qarşısını almaq üçün maliyyə institutlarına iki faktorlu autentifikasiya və anti-fırıldaq sistemlərindən istifadə etməklə təhlükəsizliyi gücləndirməyi tövsiyə edir.

“Məlumatlar şifrələnməlidir və onlara giriş səlahiyyətli şəxslərlə məhdudlaşdırılmalıdır. Banklardan müştərilərin şəxsi məlumatlarını qorumaq üçün beynəlxalq təhlükəsizlik standartlarına riayət etmək tələb olunur”, - deyə ABA-nın bəyanatında qeyd olunur.

Bu arada DİN əhalini ayıq-sayıq olmağa çağırmaqda davam edir. "Vətəndaşlar öz şəxsi məlumatlarının məxfiliyini qorumalıdırlar. Bu məqsədlə biz təbliğat və maarifləndirmə işlərini gücləndirmişik. Xaricdən gələn zənglər, eləcə də müxtəlif internet saytlarında kart məlumatlarının açıq şəkildə yerləşdirilməsi və digər bu kimi hərəkətlər kartdan vəsaitlərin çıxarılmasına səbəb ola bilər", - deyə nazirliyin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, bəzi hallarda vətəndaşlarla bank arasında fikir ayrılıqları yarana bilər. Belə ki, vətəndaşlar vəsaitlərin oğurlanmasına görə bankın məsuliyyət daşıdığını iddia edirlər: “Amma bu, həmişə belə deyil. Əgər bankın təhlükəsizlik problemi yoxdursa, ona qarşı irəli sürülən ittihamlar qanunsuzdur”.

Həqiqətən, maraqlıdır: banklarda təhlükəsizlik problemləri varmı? Belə vəziyyətdə baş verənlərə görə kim cavabdehdir?

Bank və maliyyə eksperti Əkrəm Həsənov AYNA.AZ-a açıqlamasında deyib ki, yerli maliyyə qurumlarının təhlükəsizlik kimi problemi var və bank kartlarından pul oğurlanması heç də həmişə müştərinin günahı ucbatından baş vermir: “Elə hallar var ki, müştəri heç bir əməliyyat həyata keçirməyib və vəsaitin sızması bankın təhlükəsizlik sisteminin sındırılması nəticəsində baş verib. Amma belə vəziyyətlərdə banklar öz günahlarını inkar edir”.

Yüksək texnologiyalar üzrə ekspert Osman Gündüz də problemin kəskinləşməsinə toxunub: “Vəziyyət getdikcə pisləşir və məlum olur ki, bank kartlarından oğurluqlar artıq ayrı-ayrı hadisələr deyil, sistemli və geniş cinayət dalğasıdır. Daxili İşlər Nazirliyinin məlumatına görə, kiber fırıldaqçılar hər gün bank kartlarından on minlərlə dollar oğurlayırlar. Parodoksaldır ki, bu, son iki-üç ildə ciddi irəliləyiş dalğasında baş verir. Biz maarifləndirmə tədbirlərini gücləndirə bilmişik, kibermütəxəssislər daha çoxdur, infrastruktur müasirləşdirilib. Daxili İşlər Nazirliyinin strukturunda bank sistemi üzrə işlək bir mübarizə sistemi meydana çıxıb, lakin bunun tam əksi baş verir - kibercinayətkarlıq təkcə böyümür, o, məqsədyönlü intellektual formalar əldə edir, kütləvi oğurluqlar adi bir şeyə çevrilib”.

Vəziyyətin qəribəliyi eksperti bu səbəb-nəticə zəncirində nəyinsə çatışmadığı qənaətinə gətirir: “Çox güman ki, əyilmə nöqtəsi texnologiyada deyil, insan amili günahkardır. Müşahidələr göstərir ki, dələduzluq sxemlərinin effektivliyi bank müştəriləri haqqında məlumatların sızmasının nəticəsidir. Üstəlik, fırıldaqçıların hədəfi sadəcə təsadüfi kart sahibləri deyil, dövriyyəsi və pulu olan müştərilərdir. Bütün bunlar mümkün məlumat sızması ilə bağlı ciddi araşdırmaya əsas verir”.

“Oğurluqların miqyasına və seçilmiş qurbanların dəqiqliyinə görə, bu, sıravi bank işçiləri tərəfindən müştərilər haqqında məlumatların sadə sızması və ya satışı ola bilməz. Görünür, məlumat bazalarına yüksək səviyyədə çıxışı olan insanlar tərəfindən məlumatlar sistematik olaraq saxta şəbəkələrə ötürülür”, - deyə Gündüz vurğulayıb.

Həmsöhbətimizin fikrincə, məlumat banklardan və ya mobil operatorlardan oğurlana bilər: “Buna baxmayaraq, sızmalar çox güman ki, maliyyə təşkilatlarının məlumat bazaları ilə bağlıdır. Fərdi məlumatların mühafizəsi ilə bağlı qanunvericilik təcili şəkildə sərtləşdirilməlidir. Banklar və mobil operatorlar müştəri bazasına çıxışı olan bütün işçilər üçün daxili audit və təhlükəsizlik yoxlamaları aparmalıdır. Nəhayət, oğurluğa görə məsuliyyət təkcə istifadəçiyə deyil, informasiyanı mühafizə etməyə borclu olanlara da şamil edilməlidir. Bu məsələ araşdırılmasa, hüquqi vəziyyət müəyyənləşməyəcək. Nəticədə vətəndaşlar bank kartlarında vəsait saxlamayacaqlar ki, bu da nağdsız ödənişlər sferasına zərbə vuracaq, şəffaflığı və rəqəmsal transformasiyanı zəiflədəcək. Amma ümid edək ki, təhlükəsizlik üçün cavabdeh olan orqanlar baş verənlərdən xəbərdar olacaq və ciddi tədbirlər görəcək”.
 
Ardını oxu...
Mayın 5-də dünya birjalarında neft qiymətlərində müşahidə olunan kəskin eniş qlobal iqtisadiyyatda qeyri-müəyyənlikləri artırıb. Azərbaycan neft ixracatına əsaslanan ölkə olduğuna görə bu məqam bizim üçün xüsusi əhəmiyyət kəsb edir.

Belə halda Azərbaycan iqtisadiyyatı və büdcə necə tənzimlənir? Ümumiyyətlə, neftin ucuzlaşmasına birbaşa və ya dolayısı ilə təsir edən amillər nədən ibarətdir?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, son dönəmlər ölkələr arasında baş verən siyasi prosedurlar, pul siyasəti, dolların möhkəmləndirilməsi, bununla yanaşı tələbə bağlı olaraq təklifin dəyişməsi neft qiymətlərinə təsir edən faktorlar arasındadır:

«Neft qiymətlərinin artması və ya azalması iqtisadiyyatımız üçün „sürpriz“ açıqlama deyil. Növbəti il üçün büdcə proqnozu, dövlət büdcəsinin gəlirlər və xərcləri hesablanarkən ilk növbədə neftdən gələn gəlirlər üzərindən iqtisadi hesablama aparılır. Mərkəzi Bank tərəfindən mütəmadi olaraq inflyasiyanın sürətinin azaldılması, devalvasiyanın qarşısının alınması yönündə işlər görülür. Tənzimləmə prosesi bu formada həyata keçirilir. Gəlirlər və xərclərə nəzər yetirsək, iqtisadi baxımdan dövlət büdcəsinin profisiti yaranıb».

İqtisadçı qeyd edib ki, neftin qiymətində daha kəskin düşmə olarsa, Azərbaycanda büdcənin defisit ehtimalı var:

«Neft qiymətlərinin düşməsinə ilkin səbəb tələbə bağlıdır. Tələbin azalmasına səbəb də ilk növbədə qlobal iqtisadiyyatda baş verən iqtisadi durğunluqdur. İqtisadi durğunluq sənayeləşmədəki durğunluq və dolların möhkəmləndirilməsi istiqamətində atılan addımlarla əlaqəlidir. Bundan əlavə spekulyativ gözləntilər də var. İnvestorlar iqtisadi durğunluq dönəmində yatırım etməkdən çəkinirlər. Bu da tələbə təsir edən növbəti amillərdəndir».
 
Ardını oxu...
Bir neçə universitetin bufetinə "kartdan-karta" ödəniş etmək üçün bank kartının 16 rəqəmi yazılmış lövhələr yerləşdirilib, Tələbələr bildirirlər ki, onlara onlayn ödəniş etmək istədikdə POS terminal yox, kart nömrəsi təqdim olunur.

Lent.az bununla bağlı Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Bakı Slavyan Universitetində çəkilən fotolar əldə edib.

Fotolardan aydın olur ki, bufetlərdə "kartdan-karta" ödəniş üçün nömrə qoyulub.

Məsələni dəqiqləşdirmək üçün sözügedən universitetlərə sorğu ünvanladıq.

UNEC-dən sorğumuza cavab olaraq bildirildi ki, hazırda universitetdə "kartdan-karta" ödəniş mövcud deyil.

Bakı Slavyan Universitetindən isə qeyd olundu ki, məsələ ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində məlum olub ki, həmin gün texniki səbəblərdən POS-terminal müvəqqəti olaraq işləməyib:

"Bu hal yəməkxana əməkdaşları tərəfindən düzgün olmayan üsulla - kart nömrəsi vasitəsilə ödənişlərin həyata keçirilməsi ilə nəticələnib.

Universitet rəhbərliyi bu məsələni dərhal nəzarətə götürüb və müvafiq qayda pozuntusuna görə yeməkxana əməkdaşları cəzalandırılıb. Həmçinin, bu cür hallar bir daha təkrarlanmasın deyə müvafiq xəbərdarlıq olunub, "kartdan-karta" ödəniş üsulunun tamamilə yığışdırılması təmin edilib".

Qeyd edək ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin, eləcə də dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının, həmçinin haqlarının ödənilməsi üçün müvafiq POS-terminalların quraşdırılması mütləqdir.
 

Ardını oxu...
  

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 902.9 mln. manat xərclənib.

Musavat.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,3% artıb.

Qeyd edək ki, cari ilin təkcə aprel ayında sözügedən göstərici 231.8 mln. manat təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 13,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi avtomobil benzini və dizel yanacağının, 4,3 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,2 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ardını oxu...
Bu ilin ilk 3 ayında Azərbaycandakı otellər 125 milyon 146,3 min manat gəlir əldə ediblər.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu gəlirlərin 58,6%-i və ya 73 milyon 332,6 min manatı nömrələrin (otaqların) satışından əldə olunub.
Qeyd edək ki, otellərin gəlirləri arasında konfrans zallarının təqdim edilməsi xidmətlərindən əldə edilən məbləğ cəmi 0,85% və ya 1 milyon 63,8 min manat təşkil edib.
Bu gəlirin böyük əksəriyyəti – 98,5%-i, yəni 1 milyon 48,3 min manatı paytaxt Bakıdakı otellərin payına düşüb.
Digər şəhər və rayonlar arasında isə yalnız Sumqayıt və Gəncə şəhərlərindəki otellər konfrans zallarının təqdim edilməsi xidmətlərindən gəlir əldə ediblər. Sumqayıt otelləri yanvar–mart aylarında bu xidmətlərdən 7,4 min manat, Gəncə otelləri isə 8,1 min manat gəlir əldə ediblər.
Məlumat üçün onu da qeyd edək ki, 2024-cü ildə otellərin ümumi gəlirlərində konfrans zallarının təqdim edilməsi xidmətlərindən əldə olunan gəlirin payı 1,4%, 2023-cü ildə isə 1,8% olub.
Açıqlanan göstəricilər arasında diqqət çəkən məqamlardan biri də odur ki, son illər Şuşa şəhərində fəaliyyət göstərən otellərin konfrans zallarında müxtəlif tədbirlər keçirilməsinə baxmayaraq, heç bir gəlir əldə edilməyib.
Məsələn, ötən ilin oktyabr ayında “Şuşa Hotel”də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “İşğaldan azad edilmiş ərazilərdə əmək şəraitinin inkişafına dəstək: ətraf mühitin əməyin təhlükəsizliyinə təsiri” mövzusunda konfrans təşkil olunub.
Bundan əlavə, ötən ilin iyul ayında “Şuşa Hotel”də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda da konfrans keçirilib.
 

Ardını oxu...
  

Azərbaycanın olmadığı marşrut reallaşa bilərmi? - gözlənti

Ermənistan beynəlxalq nəqliyyat dəhlizinin yaradılması prosesinə qoşulur. Belə ki, qonşu ölkə hökuməti mayın 8-də keçirilən iclasda Ermənistanın “İran, Oman Sultanlığı, Qətər, Türkmənistan və Özbəkistan arasında beynəlxalq nəqliyyat və tranzit dəhlizinin yaradılması haqqında” sazişə (bundan sonra Aşqabad sazişi) qoşulmasını təsdiqləyib.

Əsasnamədə bildirilir ki, Aşqabad sazişinə qoşulma iştirakçı dövlətlərin ərazilərindən yüklərin və sərnişinlərin daşınması və tranziti üçün etibarlı şəraitin yaradılmasına, multimodal daşımaların asanlaşdırılmasına, daşıma xərclərinin optimallaşdırılmasına, respublikanın tranzit rolunun artırılmasına, daşımaların təhlükəsizliyinin yaxşılaşdırılmasına və iştirakçı dövlətlərin daşıma təşkilatları üçün bərabər şəraitin yaradılmasına töhfə verəcək.

Aşqabad sazişinə qoşulma nəqliyyat dəhlizi vasitəsilə beynəlxalq bazarlara çıxışı, beynəlxalq daşımalar üçün tələb olunan tranzit sənədlərinin uyğunlaşdırılmasını, gömrük prosedurlarının sadələşdirilməsini təmin edəcək. Saziş onun iştirakçısı olan ölkələr arasında müxtəlif nəqliyyat növləri ilə logistik daşımaların həyata keçirilməsi prosesini tənzimləyəcək. O, “Dünyanın kəsişməsi” layihəsinin əsas prinsiplərinə uyğundur və regionda nəqliyyat əlaqələrinin və iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcək.

Qeyd edək ki, Aşqabad sazişi 2011-ci ildə Özbəkistan, Türkmənistan, İran, Oman və Qətər arasında imzalanıb. 2013-cü ildə Qətər sazişdən çıxıb, eyni ildə Qazaxıstan ona qoşulmaq üçün müraciət edib, 2015-ci ildə müraciət bütün üzv dövlətlər tərəfindən dəstəklənib. Saziş özü  2016-cı il aprelin 23-də qüvvəyə minib. Ondan əvvəl 2014-cü ilin avqustunda Omanın paytaxtı Maskatda Özbəkistan, Türkmənistan, İran və Omanın xarici işlər nazirləri tərəfindən Anlaşma Memorandumu imzalanıb.

2016-cı ildə sazişə Pakistan, 2018-ci ildə Hindistan qoşulub. Qazaxıstan hökuməti də 2018-ci ildə sazişə qoşulmaq haqqında razılaşmanı təsdiqləyib.

Türkmənistan Aşqabad  depozmüqaviləsininitar dövlətidir.

Rəsmi məlumata əsasən, sazişin məqsədi Avrasiya regionunda nəqliyyat əlaqələrini yaxşılaşdırmaq və onları bu region daxilindəki digər nəqliyyat dəhlizləri, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə sinxronlaşdırmaqdır.

On ildən çoxdur hüquqi qüvvə almasına baxmayaraq, Aşqabad sazişinin icrası istiqamətində elə çox iş görülməyib. Proseslər 2020-ci ildən sonra bir qədər aktivləşib. 2021-ci ildə sazişə qoşulan ölkələrin nəqliyyat nazirlərinin ilk görüşü keçirilib. 2022-ci ildə Türkmənistan, İran, Özbəkistan və Qazaxıstan beynəlxalq nəqliyyat və tranzit dəhlizinin yaradılması haqqında Sazişə yekun Əlavə Protokolu (Aşqabad sazişi) imzalayıblar. Bu sənəd sazişin iştirakçısı olan ölkələrin Koordinasiya Şurasının Avaza şəhərində keçirilən ikinci iclası zamanı imzalanıb. İclas iştirakçıları beynəlxalq avtomobil daşımaları iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi, ikitərəfli və tranzit avtomobil yükdaşımalarının inkişafı qarşısında maneələrin aradan qaldırılması ilə bağlı bir sıra məsələlərə baxıblar. Bundan əlavə, digər məsələlərlə yanaşı, dəmir yolu nəqliyyatı ilə yükdaşımalarda vahid keçid tarifinin, habelə avtomobil daşımaları ilə bağlı nəqliyyat xidmətlərinə görə dövlət sərhədlərini keçərkən yığılan rüsumların və ödənişlərin paritet dərəcələrinin birləşdirilməsinə və müəyyənləşdirilməsinə diqqət yetirilib.

Türkmənistan 2022-ci il iyunun 1-dən bütün lazımi tələblərin yerinə yetirilməsi şərti ilə xarici nəqliyyat vasitələrinə və sürücülərinə Saraxs-Farap-Sarahs marşrutu ilə öz sərhədindən keçməyə icazə verib. Bu icazə təkcə İrandan deyil, həm də Omandan yükdaşıyanlara Türkmənistanın quru ərazisi vasitəsilə Özbəkistanla sərhədə çatmağa və geri qayıtmağa imkan verir.

2023-cü ildə İran Xarici İşlər Nazirliyinin Körfəz ölkələri üzrə baş direktoru Əlirza Enayəti İran-Oman-Türkmənistan-Özbəkistan dəhlizinin istifadəyə veriləcəyini açıqlayıb. İranın rəsmi xəbər agentlikləri qeyd ediblər ki, İran, Oman, Türkmənistan və Özbəkistan arasında tranzit marşrutu nəzərdə tutan Aşqabad müqaviləsinin aktivləşdirilməsi üçün Tehran və Maskat arasında ciddi müzakirələr aparılıb. Lakin hələ ki, dəhlizin fəaliyyətə başlamasına dair hər hansı açıqlama verilməyib.

Yuxarıda da qeyd etdiyimiz kimi, Aşqabad sazişinin ehtiva etdiyi nəqliyyat dəhlizi regionda artıq icrasına başlanan digər dəhlizlər, o cümlədən Şimal-Cənub, həmçinin Şərq-Qərb nəqliyyat dəhlizləri ilə sıx inteqrasiyanı nəzərdə tutur.

2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzü başlandıqdan sonra Asiya ilə Avropanı Rusiyadankənar əlaqələndirmək üçün fəaliyyətlər aktivləşdirilib. Eyni zamanda Asiyadan Ərəbistan yarımadasına, Yaxın Şərqə yükdaşımaların alternativ marşrutlarla daşınması məsələsi də gündəmə gəlib. 2022-ci ilədək Mərkəzi Asiyadan yüklər Rusiya ərazisi ilə Baltik dənizi limanlarına, oradan isə dünya bazarlarına çıxarılırdı. Ukraynada müharibə başladan Rusiya nəinki özü Avropa bazarlarından məhrum oldu, həm də öz ərazisindən keçən çox böyük tranzit daşımalarının digər ərazilərə yönəldilməsi ilə üzləşdi. Aşqabad sazişi üzrə fəaliyyətlər məhz Rusiyadan yan keçmək zərurəti yarandıqdan sonra aktivləşdirilib.

Bu sazişdən əlavə, 2023-cü ilin noyabrında Türkmənistan, Özbəkistan, İran və Türkiyənin nəqliyyat sahəsində müvafiq nazirlikləri “Özbəkistan-Türkmənistan-İran-Türkiyə” marşrutu ilə Asiya və Avropanı birləşdirəcək beynəlxalq multimodal dəhlizin formalaşmasını nəzərdə tutan Çoxtərəfli İclas Protokolunu imzalayıblar. Protokolda Asiya-Sakit okean regionu ölkələrindən Avropa İttifaqı ölkələrinə Özbəkistan, Türkmənistan, İran və Türkiyə əraziləri vasitəsilə yükdaşımaların təşkili; Özbəkistan, Türkmənistan, İran və Türkiyədə dəmir yolu ilə yüklərin daşınması üçün rəqabətli tarif dərəcələrinin tətbiqi və əlverişli şəraitin yaradılması, marşrutda iştirak edən ölkələrin nəqliyyat əlaqəsinin artırılması və sair nəzərdə tutulur.

Ardını oxu...

Həmin ilin oktyabrında Türkmənistan, Qazaxıstan, Özbəkistan, İran və Türkiyənin nəqliyyat və dəmir yolu sənayesi nazirliklərinin nümayəndələri “Çin-Qazaxıstan-Özbəkistan-Türkmənistan-İran-Türkiyə-Avropa” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasına dair sazişin imzalanması prosesinin sürətləndirilməsi barədə razılığa gəliblər. 2023-cü ildə Qırğızıstan-Özbəkistan-Türkmənistan-Rusiya nəqliyyat dəhlizinin yaradılmasına dair razılaşma əldə olunub. Dəhlizlə daşınan yüklərin Türkmənistan limanları ilə həm Rusiyaya, həm də Azərbaycan üzərindən Avropaya ötürülməsi nəzərdə tutulur.

2024-cü ilin sentyabrında “Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının yaradılıb. Assosiasiya Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin və Avstriya dəmir yollarının əlaqələndirilməsi yolu ilə yeni dəhlizin yaradılmasını həyata keçirəcək. Marşrut Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək dəmir, avtomobil və dəniz yollarını və yol infrastrukturu komponentlərini əhatə edir.

Göründüyü kimi, Mərkəzi Asiya dövlətlərinin iştirakı ilə çoxsaylı və çoxfiqurasiyalı nəqliyyat dəhlizi təşəbbüsləri var. Bu təşəbbüslərin bir qsimi region dövlətlərinin bir-biri ilə apardığı rəqabətdən qaynaqlanır: Qazaxıstan coğrafi mövqeyindən istifadə edərək Avropa İttifaqı, Çin və ABŞ-ın dəstəyini alan əsas Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizində ən böyük paya sahiblənməyə çalışır ki, bu da həm Özbəkistan, həm Qırğızıstan, həm də Türkmənistanı qıcıqlandırır. Təsadüfi deyil ki, bölgədə bu üç ölkənin iştirakı ilə irəli sürülən əksər nəqliyyat layihələrində Qazaxıstan yoxdur.

Digər tərəfdən, İran böyük və qlobal ticarət marşrutunun keçdiyi Mərkəzi Asiyanın potensialından bəhrələnməyə çalışır və region dövlətlərini  müxtəlif birgə layihələrə cəlb edir. Tehran həm Türkmənistan üzərindən gələcək avtomobil və dəmir yolu, həm də Qazaxıstan vasitəsilə Xəzər dənizi üzərindən gələcək yüklərin mümkün qədər çox hissəsini öz ərazisinə yönəltmək istəyir. Aşqabad sazişi bu sahədə Tehranın məqsədlərinə cavab verir. Onun yaxın münasibətlərdə olduğu Omanın layihəyə qoşulması maliyyələşmə ilə bağlı məsələlərin həllində cəlbedici faktordur. Belə görünür ki, İran nüvə proqramı ilə bağlı ABŞ-la aparılan danışıqlarda irəliləyişlərə ümid edərək regional iqtisadi proseslərdə rolunu artırmağı hədəfləyir. Tehranın “kiçik qardaşı”nı kağız üzərində olan layihəyə qoşmaq cəhdi də bundan xəbər verir. 

Asiyadan Ərəbistan yarımadasına yükdaşımaların təşkilini nəzərdə tutan layihəyə qoşulmaqda Ermənistanın məqsədi iştirakçı dövlətlərin tətbiq edəcəyi güzəştlərdən yararlanmaqdır. Məlumdur ki, Ermənistan həm də Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə qoşulmağa can atır. Yaxın “dostları” Tehran və Yeni Dehli bu məsələdə ona ciddi dəstək verirlər. Aşqabad sazişində nəzərdə tutulan dəhlizin Şimal-Cənuba inteqrasiyasının planlaşdırılması İrəvanın maraqlarına uyğundur. Bu, həm də Azərbaycanın iştirak etmədiyi layihədə yer almaq baxımından Ermənistana lazımdır: On ilə yaxın bir dövrdə İranın təşəbbüskarı olduğu Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizi layihəsində Bakı olmadan iştirak edən İrəvan 2022-ci ildən bu imkanı itirib - İranın dəvəti ilə Azərbaycan layihəyə qoşulub. Aşqabad sazişi bu mənada ermənilər üçün təsəlli faktorudur. Amma təşəbbüs qaldırıldığı 14 ilin təcrübəsi göstərir ki, sazişin nəzərdə tutduğu dəhlizin reallaşması, işlək mexanizmə çevrilməsi heç ortamüddətli dövrdə belə real görünmür.

Azərbaycanın iştirakçısı olduğu meqalayihələr isə davamlı inkişafdadır. Həm Transxəzər nəqliyyat dəhlizi, həm də Şimal-Cənub dəhlizi real olaraq fəaliyyətdədir və gündəmdə onların işinin təkmilləşdirilməsi, yükdaşımaların artırılmasıdır. Bir qayda olaraq icrası real olan layihələrdə iştiraka üstünlük verən  Bakı hər iki dəhliz üzrə infrastrukturunun genişləndirilməsi layihələrini icra edir. Aşqabad sazişi hətta reallaşmağa başlasa belə, Azərbaycan üçün ciddi bir iqtisadi təhdid formalaşdırmaq imkanında deyil. Hətta layihənin icrasının bəlli bir mərhələsində Bakının infrastrukturundan istifadə zərurətinin yaranması da gözləniləndir: İrəvanla sülh sazişi imzalandıqdan sonra Zəngəzur dəhlizinin icrası halında Aşqabad sazişində nəzərdə tutulan dəhlizin onunla əlaqələndirilməsi bütün tərəflər üçün iqtisadi baxımdan faydalı ola bilər.

Dünya SAKİT,
“Yeni Müsavat”

Ardını oxu...
Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğunda bilet qiymətləri kəskin şəkildə artırılıb. Ən çox da yerli tələbə və şagirdlər üçün. Dünya ölkələri belə tarixi yerləri ucuzlaşdırır ki, insanlar daha çox gəlsin, maraqlansın, tanısın. Biz isə təbliğ etmədən, tanıtmadan qiymət qaldırırıq.

O bir yana, ümumiyyətlə, Azərbaycandakı muzeylərin və tarixi məkanların əksəriyyəti tanıdılmır. Neçə nəfər Biləsuvarda “Atəşgah abidəsi” olduğunu bilir? Yaxud Şəkinin, Naxçıvanın, Lənkəranın, Qubanın tarixi məkanları haqqında ictimaiyyətə nə qədər məlumat verilir?

Məsələ ilə bağlı turizm eksperti Cabir Dövlətzadə “Yeni Sabah”a açıqlama verib. O, bildirib ki, qiymətlərin artması həm yerli, həm də xarici turistlərin bölgəyə səfərinə mənfi təsir göstərə bilər:

“Xüsusilə yerli sakinlər, məktəblilər və tələbələr üçün qiymətlərin bu qədər yüksəldilməsi məqsədəuyğun deyil. Çünki bu qruplar üçün sərfəli və daha əlçatan qiymətlərlə turların təşkil olunması vacibdir. Məktəbli və tələbələrin belə məkanlara səfəri onların milli irsə marağını artırır və bu yerlərin təbliğində mühüm rol oynayır.

Əgər qonşu ölkələr öz tarixi abidələrinin tanıdılması üçün geniş təbliğat işləri görürsə, biz də bu istiqamətdə addımlar atmalıyıq. Qobustan bu baxımdan ən nadir və qiymətli nümunələrdən biridir. Bu ərazidəki tarixi və mədəni irs nümunələri daha geniş miqyasda, ciddi şəkildə tanıdılmalıdır. Azərbaycan Turizm Agentliyi bu məqsədlə müxtəlif layihələr həyata keçirməli, məktəblilərin və tələbələrin həmin layihələrdə iştirakını təmin etməlidir”.

Ekspert vurğulayıb ki, Qobustan haqqında xüsusi təqdimatlar, slaydlar və vizual şoular hazırlanaraq müxtəlif məkanlarda nümayiş etdirilə bilər:

“Təəssüf ki, hazırda bu sahədə təbliğat işləri yetərli səviyyədə aparılmır. Xarici turistlər üçün qiymət artımı beynəlxalq standartlara uyğun kimi görünsə də, yenə də hər şey təqdimatdan və təqdimatın keyfiyyətindən asılıdır. Azərbaycan belə mühüm tarixi məkanı beynəlxalq arenada tanıtmaq üçün televiziya və media vasitəsilə təbliğata maliyyə ayırmalıdır.

Nəzərə alsaq ki, son illərdə ölkəmizə gələn turistlərin sayında azalma müşahidə olunur, Gürcüstanda isə əksinə artım qeydə alınıb. Halbuki Gürcüstan ərazi baxımından daha kiçik ölkədir. Bu fərqin əsas səbəbi turizm sektorunun düzgün təşkili və təbliğatın effektiv aparılmasıdır.

Elm və Təhsil Nazirliyi də bu sahədə aktiv olmalı, tələbələrin belə tarixi ərazilərə səfərlərində maraqlı tərəf kimi çıxış etməlidir. Belə səfərlər gənclərin həm milli dəyərlərə bağlılığını gücləndirər, həm də onların xaricdə Azərbaycanı təbliğ etməsinə zəmin yaradar. Bunun üçün isə maarifləndirici və təşviqedici tədbirlərin davamlı şəkildə həyata keçirilməsi vacibdir”.
 
Ardını oxu...
Vətəndaşlar sahib olduqları evə və qeyri-yaşayış sahəsinə görə əmlak vergisi ödəyirlər. Bu vergi qanunvericilikdə müəyyən edilib və yığılması bələdiyyələrə tapşırılıb. Amma insanları çaşdıran digər məqam isə mənzil istismar sahəsinin əməkdaşları da onlardan ev pulu istəyirlər.

Bəs “JEK” əhalidən hansısa ödəniş tələb edə bilərmi?

Vətəndaşların sözlərinə görə, onlar ödədikləri pulun qarşılığında yalnız “JEK”in zibil tullantılarını götürdüklərini bildirirlər.

Məsələ ilə bağlı Milli.Az-a iqtisadçı ekspert Ruslan Atakişiyev bildirib ki, qanunvericiliyə görə, bu qurumların belə bir haqqı yoxdur:

“Çünki əvvəllər “JEK”lərin üzərinə götürdüyü səlahiyyətlər indi bələdiyyələrə aiddir. Bəzi vətəndaşlardan tələb olunan ev pulundan isə söhbət gedə bilməz. Vergilər bələdiyyəyə ödənilir bununla belə vətəndaşlar əmlakını özəlləşdirir, Sover dövründə bu mənzil komunal idarələri ona görə fəaliyyət göstərirdilər ki, evləri dövlət tikib vətəndaşlara verirdi. Amma indi mənzillər özəlləşdirilib”.

Hətta yeni tikililərin özlərində də komendantlar olur. Bir binada həm özəl, həm də dövlət mülkiyyətli ev varsa, bu zaman özəl evin sahibi nə etməlidir?

Məsələ ilə bağlı hüquqşünas Roman Qaraşov qeyd edir ki, özəl mülkiyyət sahibi əgər özü istəyərsə, mənzil istismar sahələri ilə müqavilə bağlayıb, onların hansısa xidmətindən ödənişlə istifadə edə bilər. Əks halda onlardan ödəniş tələb olunması qanunsuzdur.

Ekspertlərin sözlərinə görə, gələcəkdə “JEK”lərin ləğvi nəzərdə tutulur. Əgər bələdiyyələr yaxşı fəaliyyət göstərən aktiv bir quruma çevrilsə, o zaman mənzil istismar sahələrinin ləğvi nəzərdə tutulur.
Ardını oxu...
ABŞ 2025-ci ildə qəfildən Rusiyaya yabanı düyü tədarükünü bərpa edib.
Fevral və mart aylarında Rusiya Federasiyası təxminən 450 min dollar dəyərində dənli bitkilər alıb.
Belə ki, fevralda ABŞ Rusiya Federasiyasına 154,7 min dollara, martda isə 294,2 min dollara düyü tədarük edib. Qeyd olunub ki, Rusiya yalnız 2015-ci ildə daha çox satın alıb, o zaman apreldə 431,7 min dollar dəyərində taxıl tədarük edib.
Ümumiyyətlə, ABŞ-dan Rusiyaya yabanı düyü tədarükü 2022-ci ilin martına qədər dayandırılıb. İstisna 2024-cü ilin may ayı idi, lakin bu, birdəfəlik göndərilmə idi.
 

Dünyapress TV

Xəbər lenti