Ardını oxu...
Ötən il Azərbaycanın xalis maliyyə aktivləri 2,7 milyard ABŞ dolları artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (742.4 milyon ABŞ dolları), portfel investisiyaları (700.4 milyon ABŞ dolları) və digər investisiyalar (1,3 milyard ABŞ dolları) hesabına formalaşıb.

Qeyd edək ki, 2023-cü il üzrə ölkənin xalis maliyyə aktivləri 3,3 milyard ABŞ dolları artıb. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (1,9 milyard ABŞ dolları), portfel investisiyaları (-11.4 milyon ABŞ dolları) və digər investisiyalar (1,4 milyard ABŞ dolları) hesabına formalaşmışdır.
 
Ardını oxu...
Ötən il Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən 526,7 milyon dollar pul göndərilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2023-cü illə müqayisədə xaricə göndərilən pulların miqdarı 4,2% və ya 23,4 milyon dollar azalıb.
Qeyd edək ki, Azərbaycandan ən çox Türkiyəyə pul göndərilib. Ötən il ərzində xaricə köçürülən pulların 28,8%-i (151,8 milyon dollar) Türkiyənin payına düşüb. Türkiyəyə göndərilən pullar əvvəlki illə müqayisədə 5,7 milyon dollar artıb.
Ötən il Azərbaycandan ən çox aşağıdakı ölkələrə pul köçürülüb:
Türkiyə – 151,8 milyon dollar (ümumi pulların 28,8%-i);
ABŞ – 60,4 milyon dollar (11,5%);
Rusiya – 58 milyon dollar (11%);
Gürcüstan – 45 milyon dollar (8,5%);
Böyük Britaniya – 28,5 milyon dollar (5,4%);
Almaniya – 23,3 milyon dollar (4,4%);
Birləşmiş Ərəb Əmirlikləri – 14,4 milyon dollar (2,7%);
Çin – 11,8 milyon dollar (2,2%);
Kanada – 10 milyon dollar (1,9%);
Qazaxıstan – 8,6 milyon dollar (1,6%);
Fransa – 7,7 milyon dollar ( 1,5%);
Ukrayna – 7,7 milyon dollar (1,5%);
İspaniya – 6,8 milyon dollar (1,3%);
İsveçrə – 6,5 milyon dollar (1,2%).
 
 
 
Ardını oxu...
“Avropa ölkələrində bayram ərəfəsində qiymətlər ucuzlaşır. Azərbaycanda isə tam əksinə, bayram üçün alınan məmulatların qiyməti ikiqan, hətta üçqat bahalaşır. Bu bütün iqtisadiyyatın quruluşundan asılı olan məsələdir. Azərbaycanda bazarın, iqtisadiyyatın xarakteri ondan ibarətdir ki, hansı məhsullarda dövriyyə çoxalırsa, o zaman qiyməti artırmağa başlayırlar”.
Bunu Bakupost.az -a iqtisadçı ekspert Akif Nəsirli deyib.
O bildirib ki, məhsulların satışı, dövriyyəsi, tədarükü hamısı monopoliyadadır. Ona görə inhisarçı rəqibi olmadığına görə dövriyyəni nəzarətdə saxlayır. Dövriyyə aşağı düşəndə qiymətlər sabitləşir, hətta bəzən ucuzlaşır, nə vaxt ki dövriyyə artır, onda qiymətlər bahalaşmağa başlayır:
“Məsələn, onlar düşünürlər ki, 100 kq qozu 7 AZN-ə satsam, 100 AZN əlavə gəlir əldə edirəm. Qiyməti qaldırır və daha artıq qazanır. Hər zaman çox satılan məhsulun qiyməti qalxır. Lakin rəqabətli bazarda mənzərə tamam başqadır. Burada sahibkarlar arasında amansız mübarizə gedir. Hər bir sahibkar qiyməti 1 qəpik belə qaldıran zaman yüz ölçür, bir biçir. Yəni, araşdırmalar, tədqiqatlar apararaq, öz rəqiblərinin satış qiymətləri ilə maraqlanırlar. Rəqabətli bazar üçün ən çətin iş qiyməti bahalaşdırmaqdır. Ona görə də sahibkarlar rəqabətli bazarda mənfəəti artırmaq üçün qiymət bahalaşmasına getmirlər. Başqa variantlar axtarırlar. Məsələn, məhsulun maya dəyərinin aşağı salınması üçün qiymətləri qaldıran vaxt keyfiyyət dəyişikliyinə gedirlər, üzərində daha əlavə məhsullar təklif edirlər və s”.
İqtisadçının sözlərinə görə, hər kəs qiyməti daha ucuz təqdim etmək istəyir ki, rəqib qarşısında öz üstünlüyünü nümayiş etdirsin. Bununla da özünə daha çox müştəri cəlb edir. İnhisarçı bazarda rəqib yoxdur: “Müştəri hara getsə, yenə həmin yerdən satın alacaq. Bizdə bazarlar, mağazalar və marketlər də çoxdur. Amma onların hər birinin mərkəzləşmiş bir neçə sahibi vardır və bu sahələr inhisardadır. Azərbaycanda nəyin qiyməti qalxırsa, o bütün bazarlarda bahalaşır. Ölkədə ərzaq məhsulları qıtdır. Buna görə də biz məcbur olaraq onu idxal edirik. İdxal yerli istehsala nisbətən daha baha başa gəlir”.
İqtisadçı-ekspert Fuad İbrahimli qeyd edib ki, bayramqabağı bu cür bahalaşmalar təkcə Azərbaycanda deyil, bütün ölkələrdə olur:
“Azərbaycanda uzun illərdir ənənəvi olaraq Novruz bayramından öncə tələbin yüksəlməsi nəticəsində ərzaq məhsullarının qiyməti artır. Çünki yerli məhsulların bazara çıxmasında müəyyən çətinliklər olur. Onların sayı və həcmi azalır. Eyni zamanda yerli istehsalımız zəifdir və buna görə xaricdən daha çox məhsullar gətirilir. Dünyada daşınma xərclərində də artımlar müşahidə olunur".
 
Ardını oxu...
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana köçürülmüş pul vəsaitlərinin həcmi 6,53 milyon ABŞ dolları təşkil edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankının (GMB) məlumatında bildirilib.

Ötən ilin eyni dövrünə nisbətdə pul köçürmələrinin həcmi 7% azalıb.

Son iki ayda Gürcüstandan Azərbaycana göndərilən pul vəsaitlərinin məbləği isə 7,69 milyon ABŞ dollarına bərabər olub ki, bu da ötən ilin analojidövrü ilə müqayisədə 27% çoxdur.

GMB-nin aylıq hesabatına əsasən, təkcə fevral ayında Gürcüstana xarici ölkələrdən ümumilikdə 252,28 milyon ABŞ dolları köçürülüb.

İllik müqayisədə məbləğdə 5,3% azalma qeydə alınıb. Gürcüstandan xarici ölkələrə isə köçürmələr 2% azalaraq 28,7 milyon ABŞ dolları olub.
 
      
Ardını oxu...
2025-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin eyni dövrünə nisbətən 12,8 faiz artaraq 1062,9 manat olub.

Hafta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3 min 830,2 manat, qeyri-neft-qaz sektorunda isə 1010,8 manat təşkil edib. Dövlət müəssisələrində işləyənlərin əməkhaqqı 1017,2 manat, özəl sektorda çalışanların maaşı isə 1110,0 manat olub.

Əmək haqqının ən yüksək olduğu sahələr arasında mədənçıxarma sənayesi (3 min 596 manat), maliyyə və sığorta fəaliyyəti (2 min 768 manat), informasiya və rabitə fəaliyyəti (1 min 854 manat), nəqliyyat və anbar təsərrüfatı (1 min 645 manat) xüsusi yer tutur.

Ən aşağı əmək haqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində qeydə alınıb (644 manat), eyni zamanda inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində də əməkhaqqı nisbətən aşağı olub (669 manat).
 
Ardını oxu...
Bu ilin ilk iki ayında əsas kapitala investisiyaların azalması, neft-qaz sənayesində hasilatın zəifləməsi fonunda sənaye istehsalı da azalıb. Cari ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye istehsalının həcmi 10,7 milyard manat təşkil edib ki, bu da ötən ilin hesabat aylarından 1,9 faiz azdır.

Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramovun qeyd etdiyi kimi, azalmanın əsas səbəbi neft-qaz sektorunda hasilatın geriləməsi ilə izah olunur. Ən mühüm valyuta daxilolma sektorunda istehsal 3,2 faiz azalıb. Bununla yanaşı, neft hasilatı 6,2 faiz, qaz hasilatı da 0,1 faiz azalma göstərib. Qeyri-neft sektorunda isə əksinə, statistika 6,7 faiz artımdan xəbər verir.

Neft və qaz hasilatın böyük hissəsini təşkil etdiyindən və mədənçıxarma aparıcı sənaye olduğundan, bütün sənaye məhsulunun 60,9 faizini təşkil etdiyindən, bu kateqoriya üzrə azalma ümumi göstəricinin azalmasına səbəb olub. Bu reytinqdə ikinci yerdə emal sənayesi (31,8 faiz), daha sonra elektrik enerjisi, qaz və buxar istehsalı və bölüşdürülməsi (6,4 faiz), o cümlədən su təchizatı və tullantıların emalı (0,9 faiz) gəlir.

Deputat əminliyini ifadə edib ki, ilin əvvəlində tənəzzül müşahidə olunsa da, yaxın aylarda sənaye bərpa olunmağa başlayacaq: “Neft-qaz sektorunda azalma mövsümi amillərlə bağlıdır və ilin sonuna kimi planlaşdırılan artım templərinə nail olunacağı gözlənilir”.

Bu fonda rəsmi hesabatlarda əsas kapitala investisiyaların azalması qeyd olunur – bu tendensiya iqtisadiyyatın neft-qaz və qeyri-neft sektorlarına təsir edib. Cari ilin yanvar-fevral aylarında ümumi kapital qoyuluşları 2008,9 milyon manatdan çox olmayıb ki, bu da əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 24,8 faiz azdır. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 32,5 faiz, qeyri-neft-qaz sektoruna isə 20,8 faiz azalıb.

İstifadə olunmuş investisiyaların 1050,6 milyon manatı və ya 52,3 faizi istehsal sahələrinə, 661,5 milyon manatı (32,9 faizi) xidmət sahəsinə, 296,8 milyon manatı (14,8 faizi) yaşayış binalarının tikintisinə yönəldilib. Bütün maliyyələşmənin əsas payı - 70,8 faiz, ənənəyə çevrildiyi kimi, daxili investisiyaların payına düşür. Bu investisiyaların böyük hissəsi (77,6 faizi) tikinti-quraşdırma işlərinə sərf olunub.

Maraqlıdır ki, indiki vəziyyətdə rəsmi statistika iqtisadi artım tempini qeyd edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-fevral aylarında ölkə iqtisadiyyatının hər iki sektorunda neft və qaz hasilatının azalması və əsas kapitala investisiyaların azalması nəticəsində, ilin əvvəlində olduğu kimi, iqtisadiyyatda mənfi dinamika nəinki müşahidə olunmayıb, hətta 0,2 faiz artım da olub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 1,7 faiz artıb. Eyni zamanda, respublikanın ümumi daxili məhsulunun böyük hissəsi sənayenin payına düşür.

Xarici ticarətlə bağlı Dövlət Gömrük Komitəsinin fevral ayı üzrə məlumatları hələlik açıqlanmayıb. Bununla belə, yanvar ayında neft və qaz hasilatının azalmasına, investisiyaların azalmasına və iqtisadiyyatda tənəzzülə baxmayaraq, xarici ticarət ötən ilin əvvəli ilə müqayisədə artım nümayiş etdirib. İdxal xərcləri ilə ixrac gəlirləri arasındakı fərqi əks etdirən müsbət saldo ötən ilin yanvar ayı ilə müqayisədə artıb.

İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, yanvarda xarici ticarət dövriyyəsi 5 milyard dolları ötüb - burada ixrac 3 milyard dollardan bir qədər çox, idxal isə 2 milyard dollar təşkil edib. Beləliklə, 986 milyon dollar müsbət saldo əldə edilib ki, bu da ötən ilin yanvar ayı səviyyəsindən çoxdur.

Ekspert ÜDM-in aşağı düşməsi fonunda xarici ticarətdə artım vəziyyətinin atipik olduğunu etiraf edir, lakin hesab edir ki, ilin əvvəlindən olan rəqəmlər narahatlığa əsas vermir. Onun fikrincə, əsas məsələ xarici ticarətin artmasıdır, bu isə o deməkdir ki, əsas vəzifə qeyri-karbohidrogen məhsullarının ixracını artırmaqla öz mövqeyini qorumaqdır.

AYNA-AZ
Ardını oxu...
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,11 ABŞ dolları, yaxud 0,15% artaraq 73,32 ABŞ dolları təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.

Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,07 ABŞ dolları və ya 0,10 % artaraq 71,97 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
 
 
 
Ardını oxu...
Ötən il Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerlərə 362,5 milyon manat subsidiya ödəyib.

Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, 351,1 min fermerə 274 milyon manat əkin subdisiyası (işğaldan azad edilmiş ərazilər üzrə ödənilmiş vəsaitlər daxil olmaqla) 15,7 min fermerə 71,2 milyon manat məhsul subsidiyası (ərzaqlıq buğda, pambıq, tütün, şəkər çuğunduru), 157 toxum və ting istehsalçısına istehsal edib satdıqları reproduksiyalı toxum və tinglərə görə 5,6 milyon manat subsidiya, süni mayalanma ilə doğulan 103 min baş buzova görə 49,7 min nəfərə 10,3 milyon manat, 2,6 min kümçüyə təhvil verdikləri 229,5 ton yaş baramaya görə 1,4 milyon manat subsidiya verilib.

Bundan başqa, ötən il Agentliyin müvəkkil kredit təşkilatları vasitəsilə 62 rayonda aqrar sahədə çalışan hüquqi və fiziki şəxslərdən daxil olan 4,1 min müraciət üzrə 75,4 milyon manat güzəştli kredit və lizinq vəsaiti ayrılıb. O cümlədən, kənd təsərrüfatının inkişafı məqsədilə ölkədə aqrar sektorda çalışan 1,9 min sahibkara 24,8 milyon manat məbləğində güzəştli kreditlər və kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqlarının və suvarma sistemləri dəsti və avadanlıqlarının alışı üçün 50,6 milyon manat güzəştli kreditlər verilib.
 
Ardını oxu...
Bankın verdiyi kreditlərin 588 milyon 449 min manatı təminatsızdır, depozitləri də kəskin azalıb
2024-cü ildə “Bank Respublika”nın nağd vəsaitləri kəskin azalıb. İlin sonuna bankın nağd vəsaitləri 486 milyon 543 min manat təşkil edib. Halbuki, 2023-cü ilin müvafiq dövründə bu rəqəm 656 milyon 253 min manat təşkil edib. Bu da təxmini hesablamalarla 25,9% azdır.
TEREF teleqraf-a istinadən xəbər verir ki, bankın digər maliyyə institutlarındakı depozitləri də kəskin azalıb. 2023-cü ilin sonundakı 143 milyon 362 min manatdan 2025-ci ilin yanvarın 1-i tarixinə 67,2% azalaraq 47 milyon 141 min manata düşüb.
Daha çox qazanmaq istəyi bankı vaxtı keçmiş kredit “bataqlığına” salır
Hesabat ilində bank üstünlüyü əhalini borclandırmağa verib. Nəticədə kredit portfeli 2023-cü ildəki 1 milyard 174 milyon 229 min manatdan 25,3% artaraq 2024-cü ildə 1 milyard 471 milyon 886 min manata yüksəlib. Bunun 1 milyard manatdan çoxunu elə biznes kreditləri təşkil edib. İri kreditlərin bankın məcmu kapitalına nisbəti 35,30%-ə yüksəlib. Bu da kifayət qədər böyük rəqəmdir.
2024-cü ildə bank 115 mindən çox kredit xətti açıb. Həmin kreditlərin də 1544-nün vaxtı keçib. Manatla ifadə etsək, təxminən 9 milyon 920 min 89 manatdan söhbət gedir. Bu məbləğin 5 milyon 332 min manatı Bakının payına düşüb. Maliyyə hesabatlarından belə aydın olur ki, kreditlərin 1 milyon 925 min manatı artıq illərdir gecikdirilmiş vəsait hesab edilir. Bunun da 1 milyon 212 min manatı biznes sektorunun payına düşüb.
Gecikmələr daha çox istehlak kreditlərindədir. Fiziki şəxslərə verilən 458 milyon 525 min manat kreditin 4 milyon 987 min manatının vaxtı keçib. Vaxtı keçmiş kreditlərin iqtisadi sektorlar üzrə bölgüsündə kənd təsərrüfatına verilən kreditlər mühüm paya malikdir. Fermerlərə verilən 371,8 milyon manat kreditin 1 milyon 536 min manatının vaxtı keçib. Ticarət müəssisələri üzrə bu rəqəm isə 1 milyon 750 min manatdır.
Beləliklə, bankın kredit portfelinin 6 milyon 917 min manatını qeyri-qənaətbəxş kreditlər, 1 milyon 202 min manatını təhlükəli, 4 milyon 285 min manatını ümidsiz kreditlər təşkil edir. Ümumilikdə, bankda qeyri-standart kreditlərin məbləği 12 milyon 406 min manata çatıb. Maliyyə qurumunun standart kreditlərlə bağlı vəziyyəti də ürəkaçan deyil. Portfelin 39 milyon 607 min manatı nəzarət altındadır.
Digər məqam vaxtı keçmiş kreditlərlə bağlı bankın maliyyə hazırlığıdır. Bankda qeyri-standart 12 milyon 406 min manat kreditə qarşı 6 milyon 616 min manat məqsədli ehtiyat yaradılıb.
Ən nəhayət qurumun müştərilərə verdiyi 1 milyard 471 milyon manat kreditin 588 milyon 449 min manatı təminatsızdır. Bunun 360 milyon 184 min manatı biznes kreditlərinin payına düşür. Yəni biznes serktoruna ayrılan 1,013 milyard manat vəsaitin 360 milyon manatdan çoxu təminatsız verilib.
Bu baxımdan istehlak kreditlərində vəziyyət daha kirtikdir. Hesabat ilində bankın ayırdığı 312 milyon 266 min manat istehlak kreditinin 228 milyon 241 min manatının təminatı olmayıb.
Yeri gəlmişkən, “Bank Respublika” o banklardandır ki, kreditin zəmanəti kimi daşınmaz əmlak ipotekasına üstünlük verir. 1 milyard 471 milyon manatlıq kredit portfelinin 709 milyon 718 min manatı daşınmaz əmlak təminatlıdır.
Bahalı kredit siyasəti
Bank hazırda 500 manatdan – 50 min manata qədər faktiki illik faiz dərəcəsi 13, maksimum isə 19,5 faizlə kredit təklif edir. Kreditin 20 min manata qədərini zaminsiz almaq mümkündür. Lakin bu zaman faizlər 23 faizə qədər yüksəlir. Digər tərəfdən müştəri kreditini bağlayan zaman bu barədə rəsmi bildirişə 30 manat vəsait ödəyir. “Bank Respublika”dan ödəniş kartları əldə etmək də ucuz başa gəlmir. Visa kartlarının illik xidmət haqqı 10-20 manat arasında dəyişir.
Vətəndaşların bankdakı pulları əriyir, inzibati xərclər artır
İllər üzrə bankda əhalinin yığmları daha da azalır. Depozitlərin həcmi 95 milyon 704 min manat və ya 6,6% azalaraq 2023-cü ilin 4-cü rübündəki 1 milyard 475 milyon manatdan 2024-cü ilin müvafiq dövründə 1 milyard 348 milyon manata düşüb. Azalma həm fiziki, həm də hüquqi şəxslərin əmanətlərində baş verib. Əmanətlərin böyük hissəsi tələblidir. Bankda 541 milyon 387 min manat tələbli depozit var. Bu da müvafiq müqaviləyə əsasən müştərinin ilk tələbi ilə əmanət məbləğinin tam və ya bir hissəsinin dərhal müştəriyə qaytarılması deməkdir. Belə əmanətlərin faiz dərəcələri də olduqca aşağıdır. İl ərzində bankın faiz gəlirləri ilə paralel faiz xərcləri kəskin artıb. Maliyyə qurumunun faiz xərcləri 2023-cü ilin sonundakı 72 milyon 709 min manatdan 86 milyon 73 min manata, qeyri-faiz xərcləri isə 105 milyon 647 min manatdan 121 milyon 675 min manata çatıb. Son bir ildə bankın ümumi və inzibati, əmək haqqı, amortizasiya xərcləri də artıb. Valyuta əməliyyatlarından (məzənnə dəyişməsi də daxil olmaqla) qazancı isə 1,32 milyon manat azalıb.
Beləliklə, “Bank Respublika”nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 276 milyon 408 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 207 milyon 748 min manat olub. Gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 68 milyon 660 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən cəmi 3 milyon 222 min manatı mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb.
Nağd vəsaitləri azalan, o cümlədən depozit portfeli kiçilən “Bank Respublika” xarici borclanmasını da artırıb. Bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri isə 114 milyon 210 min manat və ya 27,2% artaraq 534 milyon 529 min manata yüksəlib.
Hesabatlar gizlədilir
“Bank Respublika” bəlkə də yeganə bankdır ki, rüblük və illik hesabatlarını cəmiyyətlə bölüşməkdə o qədər də maraqlı deyil. Bankın rəsmi veb saytında hesabat bölməsində bəzi illər üzrə 2 rübün hesabatı verilib. Halbuki maliyyə ili hələki ölkədə dörd rübdən ibarətdir. Bundan əlavə bankın maliyyə vəziyyəti kənar auditor kimi bir qayda olaraq “PwC” şirkəti tərəfindən qiymətləndirilir. Xatırladaq ki, 2024-cü ildə Çin hökuməti müflis olmuş “Evergrande” şirkətinin fəliyyətini və müflis olma prosesinin işini araşdırdıqda onun auditini aparmış “PwC”nin ciddi pozuntulara yol verdiyini aşkarlamışdı.
Bundan əlavə hələ ötən ilin 9 ayında bank sektoru ilə bağlı göstəricilər açıqlanan zaman “Bank Respublika”nın maliyyə vəziyyətinin yaxşı olmadığı bəlli olmuşdu. Qurumun rəhbərliyi təcili səhmdarlarının növbədənkənar ümumi yığıncağını təyin etmişdi.
Quliyevlər ailəsinin səhm payı 90%-i keçib
Bankın əsas səhmdarı Natiq Quliyevdir. Bu şəxs maliyyə qurumunda 63,62% səhmə malikdir. Bankdakı digər iki əsas səhmdar da Quliyev ailəsinin nümayəndələridir. Elçin Quliyev 18,46%, Namiq Quliyev 8,45% səhmə malikdir. Şakir Rəhimov 5,45%, SIDT 4,22% səhmə sahibdir. Bir necə il əvvələ qədər KfW Bank Qrupunun üzvü olan DEG İnvestisiya Şirkəti və «Sparkassen-Finanzgruppe» Maliyyə Qrupunun üzvü olan SIDT “Respublika Bank”da 25%+1 səhm paketinə sahib idi.
Başqa sözlə, Quliyevlər ailəsi son 8 ildə almanlardan səhmləri alaraq “Bank Respublika”dakı paylarını 90,53 faizə çatdırıblar. Yəni bankın kapital artımı üçün dövriyyəyə səhm buraxdıqca Quleylər ailəsinin səhmdar payı da artıb.
Natiq Quliyev 1992-ci ildən etibarən “Bank Respublika” ASC-nin yaradıcısı, təsisçisi və sahibidir. Həmçinin o, “Səba” ASC, “Biləsuvar Aqro”, “Qarabağ Taxıl” və “Bakı Sığorta” şirkətlərinin əsas səhmdarıdır.
 
         
Ardını oxu...
Respublikada tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin istehlakçılara ödənilməsi təcrübəsi müsbət statistik göstəriciləri ilə seçilib. Ticarət və xidmət obyektlərində, eləcə də daşınmaz əmlak alqı-satqısı zamanı vətəndaşlara qaytarılan məbləğlər, yeni model nəzarət-kassa aparatlarının sayı artır. Eyni zamanda keyfiyyətsiz kassa çekləri ilə bağlı şikayətlər də artıb.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, respublikada başladılan yeni model nəzarət-kassa aparatlarına keçid prosesi, o cümlədən ƏDV-nin qaytarılması üzrə geniş kampaniya yüksək nəticələri ilə seçilib. Cari ilin cəmi iki ayında müasir kassa terminallarından istifadə edən müəssisələrin dövriyyəsi daha 9,7 faiz artaraq 3 milyard 908,2 milyon manat təşkil edib. Bu dinamika yeni nəsil cihazların geniş tətbiq sahəsi ilə bağlıdır.

Məsələn, martın ilk günlərinə vergi orqanları 104,995 min ədəd müasir texnikanın olduğunu bildirib. Vergi Xidməti haqlı olaraq hesab edir ki, müasir cihazların istifadəsi şəffaflığın artırılması və malların qeyri-qanuni ticarəti ilə mübarizə kursu ilə “dost”dur. Təbii ki, müasir maşınlar vergi orqanlarına kommersiya obyektlərinin dövriyyəsinə nəzarət etməkdə kömək edir və ƏDV-nin bir hissəsinin əhaliyə qaytarılması kampaniyası ictimai nəzarəti gücləndirməlidir. Axı bu, alıcılar üçün maddi stimuldur – insanlar xərclədikləri pulun bir hissəsini geri almaqla yalnız bu imkanın mövcud olduğu mağazaları seçirlər.

Üstəlik, son vaxtlar daşınmaz əmlak alarkən bu dolayı verginin bir hissəsini geri almaq mümkün olub. Əlbəttə ki, alıcı qanuna tabe olan tikinti şirkətlərinə müraciət edərsə. Beləliklə, yeni texnologiyalarla silahlanmış hökumət tikinti sektorunu nizama salır, alıcılar da öz paylarını alırlar.

Bununla bağlı statistikaya müraciət edək. Vergi Xidmətinin məlumatına görə, “ƏDV geri al” proqramı çərçivəsində cari ilin yanvar-fevral aylarında pərakəndə satış, tibbi xidmət və ictimai iaşə sahələrində 30,7 milyon manatdan çox əlavə dəyər vergisi Azərbaycan istehlakçılarına qaytarılıb. İki ay ərzində daşınmaz əmlaka görə ödənilən ƏDV-nin məbləği daha təvazökar görünür – cəmi 6,2 milyon manat.

Populyar tanıtımın bumuna baxmayaraq, yerli pərakəndə satışda ƏDV-nin geri qaytarılması ilə hər şey yaxşı getmir. Artıq bir neçə ildir ki, bir çox iri ticarət şəbəkələri vətəndaşlara problemli qəbzlər verir. Alıcılar çox vaxt onlardan ƏDV-ni geri ala bilmirlər: QR kodun çapının keyfiyyətinin aşağı olması səbəbindən qəbzlər təsdiqlənmir.

Problem Azad İstehlakçılar Birliyi (AİB) tərəfindən də etiraf edilir. Qurumun rəhbəri Eyub Hüseynov AYNA.AZ-a deyib ki, ƏDV-nin qaytarılması təkcə iqtisadiyyatı ağartmaq üçün nəzərdə tutulan tədbir deyil, həm də hökumətin sosial siyasətinin tərkib hissəsidir: “Alıcıların alış məbləğində ödədiyi pulun bir hissəsini geri qaytara bilməməsi hüquqların kobud şəkildə pozulmasıdır. Bu hallar qarşılaşan vətəndaşlara 195-ə - “Qaynar xətt”ə zəng edərək ticarət mərkəzlərindən şikayət etməyi məsləhət görürük”.

Müştərilərə çeklərin ümumiyyətlə verilməməsi, satıcıların nağd pul tələb etməsi hallarına gəlincə, həmsöhbətimiz bildirib ki, bu, açıq-aşkar sahibkarlıq subyektlərinin vergidən yayınmaq cəhdidir: “Digər pərakəndə satıcıların aldıqları malların əsas hissəsinə dair sənədləri yoxdur. Daha dəqiq desək, məhsulların 80%-ə qədəri vergi məqsədləri üçün uçota alınmaya bilər. Təftiş qurumları bütün bunlara əvvəlcədən nəzarət edə bilməz. Sonra isə yoxlama aparmağa gedəndə qanunla bu barədə müəssisəyə məlumat verilməlidir”.

“Nəticədə, tənzimləyici orqanlar gəlməmişdən əvvəl iş adamları hazırlaşmaq imkanı əldə edirlər. Bütün bunlar, təbii ki, iş mühitinə yaxşı təsir göstərmir. Axı, mahiyyət etibarı ilə desək, onlara verilən dövlət yardımından sui-istifadə edirlər. Çünki məlumdur ki, dövlət sahibkarlara hər cür dəstək verir və onlardan da eyni münasibəti gözləyir”, - deyə Hüseynov vurğulayıb.

İqtisadçı ekspert Rauf Qarayev də AYNA.AZ-a şərhində söyləyib ki, iş adamları kassa qəbzi ilə hər cür hiylələrə əl atırlar: “Müştərilərə oxunmayan QR kodu olan qəbzlər verilir və bəzən onlar bank kartı ilə ödənişi qəbul etməkdən ümumiyyətlə imtina edirlər. Bundan başqa, nağdsız ödənişlər nağd şəkildə uçota alınır və nəticədə alıcı ilin əvvəlindən tələb olunduğu kimi 17,5% ƏDV deyil, ödədiyi dolayı verginin cəmi 5%-ni alır. Mağaza müdirinə edilən şikayətlərin heç bir faydası yoxdur. Hətta vergi orqanlarına müraciət etməklə də problemi həll etmək mümkün deyil”.

Əslində, yuxarıda sadalanan problemlər artıq bir neçə ildir ki, mediada müzakirə olunsa da, heç nə dəyişməyib. Pərakəndə satış şəbəkələri ziyarətçiləri boz, pozuq çap və oxunmayan QR kodu olan kassa qəbzləri ilə maxinasiya edir. Müştərilərin fikrincə, bunu əsasən iri pərakəndə satış şəbəkələri edir, kiçik pərakəndə satış məntəqələri isə ümumiyyətlə fiskal sənəd təqdim etməkdən imtina edirlər. Bəzi yeniliklər də var: bu yaxınlarda qəbz oxutmaq istəyərkən müştərilər işləməyən server haqqında mesaj alırlar.
 

Dünyapress TV

Xəbər lenti