Ardını oxu...
Yanvarın 1-dən Rusiya qazının Ukrayna üzərindən tranzitini dayandırıldı.
Ukrayna bu qərarı ilə illik 800 milyon dollardan çox tranzit haqqından imtina etməklə başladı.
Əvəzində daha ağır zərbə ruslara dəydi. 5 milyard dollar!

Gundeminfo.az xəbər verir ki, bunu iqtisadçı ekspert Razi Abasbəyli yazıb. O daha sonra fikirlərini belə ifadə edib:

- Ukraynanın bu qərarı Avropa üçün o qədər faciəli olmayan, lakin Rusiya üçün iqtisadi kiçilməyə səbəb olur.
Bu statistikadan da görüündüyü kimi, Avropa Ukraynanın bu qərarından xəbərdar idi. Və hazırlıqlar da tamamlanmışdı.
Statistikanı təqdim etməzdən öncə diqqətimi çəkən bir məqam Türkiyə mediasıdır. Türk Axını qaz kəmərinin strateji əhəmiyyətindən danışanlar çoxalb. Lakin nədənsə heç kim Qətərin adını çəkmir.
Gəlin statistikaya diqqət edək:
2024-cü ilin 11 ayında Rusiyadan Avropaya qaz nəqlinin həcmi təqribən 50 milyard kubmetrə çatıb. Bu da 2023-cü illə müqayisədə təxminən 18-20% artım deməkdir.Avropaya təbii qaz tədarükündə əsas artım boru kəmərləri üzərindən baş verib- 26%. Rusiyanın Qitəyə satdığı 50 milyard kubmetr təbii qazın 30,3 milyard kubmetri boru kəmərləri ilə təmin edilib. Bu da Avropaya ixrac edilən ümumi qazın təxminən 11,1%-ni təşkil edir. Bir il əvvəl bu rəqəm 8,4% idi.
Yəni Ukraynanın qərarından sonra Avropa 11 faizlik tələb üçün təklifi çoxdan alıb. Lakin ruslar qazını hara satacaq bu ciddi problemdir.
Məhz bu mövzuda Azərbaycanı da ittiham edənlər var. Guya Azərbaycan rus qazıını öz brendi adı altında satır. Lakin bu fakt sadəcə siyasi avanturadan o tərəfə keçmir. İndi Ukraynanın qərarından sonra Azərbaycan qazının strateji əhəmiyyəti artacaq. Slovakiya qaz tədarükündə çətinə düşəcək deyə fərziyyə irəli sürənlər isə Polşanın bir neçə saat əvvəl "Slovakiyaya qaz tədarükündə yardım olunacaq" açıqlamasını da oxusunlar.
Nəhayət deməyim odur ki, Tramp hələ iqtidar başına gəlməmiş edəcəklərini edir.
1. Kimsə rus neftini barrel üçün 40 dollardan baha sata bilməz. Bu da daha çox hasilat xərci olan rus neftinin bazarda ziyanla satılması deməkdir.
2. Rus qazının satışı da məhdudlaşdırılacaq.
Beləliklə, Rusiya üçün daha ağır günlər başlayır. Müharibədən də ağır, iqtisadi olaraq. Məhz buna görə də ruslar miqrantları ölkədən çıxarırlar. Detalları yazacam.
Xoş gəldin 2025! (1989)
 
Ardını oxu...
Təbii qaz rekord həddə bahalaşıb.

Yanvarın 1-dən Ukrayna üzərindən Rusiya qazının tədarükünün dayandırılmasının gözlənilməsi fonunda Avropa birjalarında 1 min kubmetr üçün qazın qiyməti 536 dollara yüksəlib.

Başqa sözlə, gün ərzində qazın qiyməti 4 faizdən çox artıb.
 
Ardını oxu...
Bəşər Əsədin devrilməsindən sonra Rusiya bu ölkəyə buğda satışını dayandırıb.

Musavat.com xəbər verir ki, məlumatı Rusiyanın “STG Engineering” şirkətinin baş direktoru Dmitri Trifonov TASS-a açıqlayıb. STG Engineering üç il ərzində taxıl ticarəti ilə məşğul olub, Rusiya buğdasını Suriyaya tədarük edib. Trifonovun sözlərinə görə, şirkət respublikaya ayda təxminən 1,1 milyon ton taxıl ixrac edib ki, bu da Suriyaya idxal edilən Rusiya buğdasının ümumi həcminin təxminən yarısıdır. Qalan tədarüklər Birləşmiş Taxıl Şirkəti tərəfindən həyata keçirilib.

Trifonov bildirib ki, indi ixrac tam dayanıb. O, həmçinin qeyd edib ki, Suriya tərəfinin buğda tədarükü üçün STG Engineering şirkətinə olan borcu 116 milyon dollar təşkil edir.

Rusiya şirkəti ilə Suriya hökuməti arasında bağlanmış müqavilənin şərtlərinə görə, buğdanın bir tonunun qiyməti 345 dollar idi: "Bu, bazardan bir qədər yüksəkdir, lakin çatdırılmalar əvvəlcədən ödənişsiz həyata keçirilib. Bundan əlavə, biz Suriya tərəfinə rahat ödəniş cədvəli təqdim etdik və zəmanət tələb etmədik".

Qeyd edək ki, Rusiya buğdası dünya bazarında ən ucuz buğdadır. Onun qiyməti 2024-cü il ərzində 230-240 dollardan yuxarı qalxmayıb.
 
Ardını oxu...
Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli Qanunu ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, nəqliyyat daşımaları sahəsində yeni güzəştlər (azadolmalar) nəzərdə tutulub.

Bu barədə "Cebheinfo.az"a ADY-dən bildirilib.

Belə ki, 2025-ci il yanvarın 1-dən etibarən xarici avtonəqliyyat vasitələri aşağıdakı hallarda 2 il müddətinə yol vergisindən azad olunacaq:

Dəmir yolu ilə daşınan yüklər: Azərbaycan Respublikası ərazisindəki Nazirlər Kabinetinin müəyyən etdiyi son dəmir yolu stansiyasında xarici avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;

Yük daşımaları: Xarici avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki Nazirlər Kabinetinin müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.

Qanunun tətbiqi ilə bağlı qaydaların təsdiq edilməsi Nazirlər Kabinetinə tapşırılıb.

Qeyd olunan azadolmalar ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına və alternativ dəhlizlərlə rəqabətqabiliyyətliliyinin təmin olunmasına səbəb olacaq. Bu vergi güzəştləri xarici avtonəqliyyat vasitələri və dəmir yolu ilə daşımalar arasında inteqrasiyanı stimullaşdıraraq ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərəcək, nəqliyyat sektorunda daha sürətli və səmərəli daşımaların təmin edilməsinə, beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin gücləndirilməsinə kömək edəcək.

Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, xarici dövlətlərin Azərbaycan ərazisinə daxil olan, Azərbaycan ərazisindən tranzit keçən və Azərbaycan ərazisini tərk edən avtonəqliyyat vasitələri, oxlarının sayından, ölkə ərazisində qaldığı müddətdən və yüklə birlikdə ümumi çəkisindən asılı olaraq, müəyyən edilmiş dərəcələrlə yol vergisinə cəlb edilirdilər.
 
Ardını oxu...
ABŞ "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının yaradıcısı Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.
Sitat.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.
 
Ardını oxu...
"Rusiya hələ də sutkada ən azı 14 milyon kubmetr qazı tranzitlə nəql edir. Bu qaz Ukrayna ərazisindən keçir və Rusiya bunun üçün pul ödəyir".

TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Müharibə öz yerində, lakin biz mütəmadi olaraq qazı çatdırırıq və tranzit üçün pul ödəyirik", - deyə dövlət başçısı bildirib.

Putin qeyd edib ki, Kiyevin Kursk vilayətində silahlı təxribatlarına baxmayaraq, tranzit dayanmayıb. Döyüşlərin getdiyi Sucada da borular işləyir:

"Biz sadəcə olaraq hər gün 14 milyon kubmetr qaz tədarük etməyə davam edirik", - o vurğulayıb.
 
Ardını oxu...
Dövlət Statistika Komitəsi (DSK) 2024-cü ilin noybar ayının yekunları üzrə 138 çeşiddə qida məhsullarına dair qiymət monitorinqinin nəticələrini açıqlayıb. Hesabata görə, son 1 ildə bu məhsulların qiymətində inflyasiya 4,4 faiz təşkil edib. Bu o deməkdir ki, insanlar ötən il 100 manata aldıqları şərti qida səbətinə indi 104,4 manat ödəməli olurlar.

Ucuzlaşan məhsullar

Qiymət monitorinqinin nəticlərinə görə, ən çox ucuzlaşan əsas qida məhsulları aşağıdakılar olub:

badımcan - 37%;

xiyar (istixana) - 34%;

pomidor (istixana) -12%;

kartof - 16,2%;

qarabaşaq yarması – 13%;

armud - 12,6%;

günəbaxan yağı – 10%;

manna yarması – 8,3%;

kök – 7%;

alma – 3,1%;

mərci – 2,7%;

noxud – 2,3%;

soğan 1,4%

buğda unu – 1,1%;

vermişel – 1,1%.

Bu azalmalar orta qiymət göstəricisinə əsasən müəyyənləşdirilib. Lakin DSK-nın hesabatında yerli və idxal məhsullarında qiymət dəyişikliyinin fərqli olduğu görünür. Məsələn, Azərbaycanda istehsal edilən uzun düyünün 6,3% ucuzlaşdığı, idxal olunan uzun düyünün isə 9,1% bahalandığı qeyd edilib. Yaxud yerli kartofun 17%, idxal olunan kartofunsa cəmi 4% ucuzlaşdığı göstərilib.

Bahalanan məhsullar

Aylıq monitorinqin nəticlərinə görə, səbətə daxil olan 138 qida növünün böyük əksəriyyətinin qiymətində artım olub. Ən çox bahalanan əsas qida məhsulları aşağıdakılar olub:



sarımsaq - 48,5%;

göyərti – 21%;

kələm – 20%;

qoyun əti – 16%;

filtirli siqaretlər – 15%;

şokoladlı konfetlər- 12,5%;

zeytun yağı – 11,5%;

kərə yağı – 11%;

araq – 10%;

kəsmik – 6,4%;

sümüksüz mal əti-6%;

balıq konservi – 5,5%;

meyvə şirəsi – 5,5%;

yumru düyü -4.9%:

kolbasa – 4,5%;

toyuq əti - 3,7%;

xama - 3%.

Hesabata görə, bir sıra meyvə və tərəvəz növlərində də qiymət artımları qeydə alınıb.



4,4%-lik qida inflyasiyasiyası nə dərəcədə realdır?

Rəsmi inflyasiya ölçümünə etibarın zədələndiyi ölkələrdə (məsələn,Türkiyədə) infyasiyanı həm də müstəqil tədqiqat mərkəzləri hesablayırlar. Azərbaycanda belə institutlar sıradan çıxarılıb. Mütəxəssislər hesab edirlər ki, hətta üzdə olan rəsmi məlumatlara əsasən də hökumətin inflyasiya göstəricisilərindəki uyğunsuzluğu üzə çıxarmaq imkanları qalır.

Əvvəla, media hər ay elan olunan qiymətlərin reallığa nə dərəcədə uyğun gəlib-gəlmədiyini yoxlaya bilər. Məsələn, əhalinin böyük əksəriyyəti 19-20 manatdan yuxarı qoyun əti ala bilmirsə, amma qiymət monitorinqi orta qiyməti 16-17 manat olaraq göstərirsə, bu halda cəmiyyət qiymətlərlə bağlı məlumatların doğru toplandığına şübhə edə bilər.

Doğrudur, statistika orta qiymət göstəricisində həm yoxsul əhali qrupunun aldığı nisbətən ucuz qoyun ətinin, həm də nisbətən imkanlı təbəqənin aldığı quzu ətinin qiymətini nəzərə alır. Lakin burda ən vacib məqam odur ki, statistika hər ikisinin satış göstəriciləri barədə də etibarlı məlumatlar toplamalıdır. Əks halda infyasiya göstəricisinin etibarlılığı əhəmiyyətli dərəcədə azalır və rəsmi qurumlar üçün manipulyasiya imkanları yaranır.

Öyrənilməsi vacib olan digər məlumat pərakəndə satış şəbəkələrində ayrı-ayrı qida məhsullarının satışında yerli və ixal məhsullarının xüsusi çəkisidir. Onların satışının real həcmi inflyasiyanın real səviyyəsini ortaya çıxarır.

Məsələn, DSK-nın noyabr ayı üzrə açıqladığı son qiymət monitorinqi məhz bu göstərici ilə bağlı bəzi şübhələr yaradır. Hesabata görə, son 1 ildə uzun düyünün orta pərakəndə satış qiyməti cəmi 0,6% artıb. Amma idxal edilən uzun düyü 9,1%, eyni növ yerli məhsul isə 6,3% ucuzlaşıb. Yekun infyasiya rəqəmini hesablamaq üçün əsas göstərici olan orta qiymətsə faktiki olaraq dəyişməyib. Halbuki elə həmin rəsmi statistikanın ərzaq təhlükəsizliyi ilə bağlı məlumat sistemində bildirilir ki, Azərbaycan əhalisinin düyüyə olan tələbatının 80%-i idxal məhsulu hesabına təmin edilir. Başqa sözlə, əgər bu məlumat doğrudursa, qiymət müşahidəsinin nəticəsi olaraq yerli məhsulun qiymətindəki dəyişiklik orta qiymətə 20% azaldıcı, idxal məhsulunun qiymətində baş verən dəyişiklik isə 80% artırıcı təsir göstərməli idi. Hesablama buna əsasən aparılsaydı, uzun düyünün qiymətində son 1 ildə 0,6% yox, ən azı 5,5% artım qeydə alınmalıydı; məhsulun orta qiymətində isə cəmi 2 qəpiklik deyil, 20 qəpiklik bahalanma təsbit edilməliydi. Hətta bir məhsula aid statistikanın da doğru olmadığını görə biliriksə, insanları inflyasiya barədə rəsmi rəqəmlərə niyə şübhə eləməsinlər ki?

Pərakəndə satış şəbəklərindəki yerli və idxal məhsullarının həcmi, ayrı-ayrı qida məhsularının istehlakı barədə statistika şəffaf olsa, müstəqil araşdırmaçılar və jurnalistlər üçün alternativ qiymət ölçümü vasitəsilə analiz etmək daha asan olar. İndiki şərait isə qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir.
toplummedia.tv
 
 
 
Ardını oxu...
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində abadlıq və təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Tenderin qalibi "Global İnteriors Group" şirkəti seçilib. Nazirlik abadlıq və təmir işlərinə 1 658 500 manat xərcləyəcək. Abadlıq və təmir işlərinin hansı təhsil müəssislərində aparılacağı məlum deyil.

"Global İnteriors Group" şirkəti 1998-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Hacıyev Ruslan Şahin oğludur.

Şirkətin təsisçisi isə iş adamı Yaqub Hüseynovdur. O, həm də "Bridge Group" şirkətinin təsisçisidir.

"Global İnteriros Group" şirkəti tikinti, interyer dizayn və mebel sahəsində fəaliyyət göstərir.

Yaqub Hüseynovun adı bir neçə il əvvəl xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun əsas fiqurant olduğu torpaq qalmaqalında hallanırdı. Həmin vaxt mediada gedən məlumatlarda iddia edilirdi ki, Xəzər rayonunun Türkan qəsəbəsində qanunsuz yollarla ələ keçirilən torpaqları Yaqub Hüseynov satın alıb.
 
Ardını oxu...
Varlı ruslar lüks brendləri əldə etmək üçün sanksiyalardan yan keçməyin yollarını tapıblar. Onlar şəxsi alıcılar, vasitəçilər və sərhədyanı qaçaqmalçılar şəbəkəsindən istifadə edirlər.

Qaynarinfo xəbər verir ki, "Financial Times" nəşrinin məlumatına görə, sosial şəbəkələr bahalı çantalar və yüksək moda məhsullarına tətbiq olunan sanksiyaları aşmağa yardım edən vasitəçilərlə dolub. Bu vasitəçilər həm böyük riteylerlər, həm də fərdi müştərilər üçün xidmət göstərir.

Lüks brendlərə sanksiyalar və qaçaqmal bazarının çiçəklənməsi

2022-ci ildə Ukraynaya hücumdan sonra Avropa lüks brendləri Rusiyada satış məhdudiyyətləri ilə üzləşib. Avropa İttifaqı 300 avroya qədər dəyəri olan malların satışına icazə verib. Halbuki elit moda məhsullarının orta qiyməti bu limiti aşır. Buna baxmayaraq, ruslar, inkişaf edən kölgə bazarından əldə etdikləri ən son qərb kolleksiyalarını geyinməyə davam edirlər.

Gömrük qeydlərinə əsasən, sanksiyalar ticarətin üçüncü ölkələr vasitəsilə yönləndirilməsinə səbəb olub. Məsələn, sentyabr ayında çinli vasitəçi tərəfindən Dubaydan Rusiyaya göndərilən, hər birinin orta qiyməti 1800 dollar olan 300-dən çox "Bottega Veneta" çantası partiyası qeydə alınıb.

Analitiklərin və gömrük orqanlarının məlumatlarına görə, bəzi brendlər və Rusiya idxalatçıları təkliflərini sanksiyalardan yayınmaq üçün uyğunlaşdırıblar. "IBC Real Estate" konsaltinq şirkətinin məlumatına əsasən, 2020-ci ilin əvvəlində Rusiyada fəaliyyət göstərən böyük qərb dizayner brendlərinin təxminən yarısı hələ də ölkədə mövcuddur və yeni məhsul xətləri gətirir.

Vasitəçilik biznesi və məhdudiyyətlərin təsiri

Sanksiyaların tətbiqindən sonra vasitəçilik biznesi çiçəklənməyə başlayıb. İtaliyada fəaliyyət göstərən bir alıcı, həftəlik 10-20 bağlama göndərərək 6000 avroya qədər komissiya qazandığını bildirib.

"İtalyanlara fərqi yoxdur. Onlar üçün məhsulun satılması vacibdir, sonra onun haraya getməsi bizim işimizdir. Bu mağazalarda artıq məni və həmkarlarımı yaxşı tanıyırlar. Hamı məhsulun hara göndərildiyini bilir", deyə özünü Mixail adlandıran bu alıcı bildirib.

Latviyanın gömrük orqanları isə bildiriblər ki, ilin əvvəlindən bəri süni şəkildə dəyəri azaldılmış qiymətlə bəyan edilən 60 lüks məhsul partiyasını ələ keçiriblər. Vasitəçilər tez-tez malları şəxsi alış kimi təqdim etməyə çalışır, məsələn, çantaların etiketlərini çıxarırlar. Qərb brendləri isə məhsullarının Rusiya bazarına daxil olması səbəbilə ixrac nəzarəti qaydalarını pozduqlarına görə məsuliyyətə cəlb edilə bilərlər.

Yeni sanksiyalar və onların təsiri

Dekabr ayının ortalarında Avropa İttifaqı Rusiyaya qarşı 15-ci sanksiya paketini qəbul edib. Bu məhdudiyyətlər, xüsusilə, Rusiyanın kölgə donanmasını hədəfə alır. Ümumilikdə, Avropa İttifaqı 84 fiziki və hüquqi şəxsə, o cümlədən Ukraynanın ərazi bütövlüyünü və suverenliyini təhlükə altına alan 54 şəxsə və 30 şirkətə qarşı sanksiya tətbiq edib.

Bundan əlavə, "The Washington Post" yazıb ki, ABŞ prezidenti Co Bayden Rusiyanın enerji sektoruna qarşı yeni genişmiqyaslı sanksiyaları nəzərdən keçirir.
 
Ardını oxu...
İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 540 milyon manatdan çox kredit verilib.

Bunu Fondun Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov qurumun təşkil etdiyi "Yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri" adlı seminarda bildirib.

Onun sözlərinə görə, bunun 282,2 milyon manatlıq hissəsinə dövlət zəmanəti verilib.

"Kreditlər tikinti və emal sənayesi daxil olmaqla müxtəlif sahələrə ayrılır", - deyə Fond rəsmisi vurğulayıb.

Maraqlıdır, sahibkarlara güzəştli şərtlərlə verilən 540 milyon manatdan çox kredit hansı sektora xərclənib?

Bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, indiyə qədər İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarlara ayrılan 540 milyon manatdan çox kredit məhz kiçik və orta sahibkarlıq subyektlərin inkişafına xərclənib:

“Bildirim ki, İpoteka və Kredit Zəmanət Fondu təkçə vətəndaşları ipoteka kreditləri ilə təmin etmir, eləcə də sahibkarlara uzunmüddətli kreditlər də verir. Bu kreditlər əsasən kiçik və orta sahibkarlığın, o cümlədən aqrar sənaye, eləcə də digər sektorların inkişafına xərclənib. Bu da yeni iş yerlərinin açılmasına, həmçinin biznes mühütinə müsbət təsir edib”.

O qeyd edib ki, bu proses davam edərsə, biznes mühiti daha çox inkişaf edə bilər:

“Bu gün İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 540 milyon manatdan çox kredit verilib. Bu gün o kreditlərin əlçatanlığı yüksək səviyyədə təmin edilməlidir ki, digər sahibkarlar da bundan faydalana bilsinlər.

Belə tendensiya davam edərsə, həm rəqabət mühiti, həm də sahibkarlıq inkişaf edər”.
 

Dünyapress TV

Xəbər lenti