![]() |
![]() ![]() ![]() |
|
Bu gün səhər saatlarında Gədəbəy rayonunun Kələman kəndində quldurluq hadisəsi baş verib.
Musavat.com "Qafqazinfo"ya istinadla xəbər verir ki, saat 06 radələrində naməlum şəxs və ya şəxslər kənddə tənha yaşayan 1951-ci il təvəllüdlü Zeynəb Nağıyevanın evinə daxil olub.
Qadının başına un kisəsi keçirilərək ona küt alətlə zərbələr endirilib və evdəki pulların yerini deməsi tələb edilib. Z.Nağıyevaya məxsus 6 min manat və pensiya kartından çıxardığı məbləğ götürülüb.
Kənd sakinləri 74 yaşlı qadını əl-ayağı bağlı başına kisə keçirilmiş formada aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Onurğa sümüyünün və qabırğaların sınığı, kəllə-beyin travmaları alan ahıl qadın Gəncədəki xəstəxanaya aparılıb.
DİN in Mətbuat xidmətinin Gəncə Regional qrupunun inspektoru polis mayoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, hadisə ilə bağlı araşdırmalar aparılır. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Z.Nağıyevanın müharibə veteranı olan oğlu vəfat edəndən sonra o, tənha yaşayırmış.
Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan "X"dəki hesabında İstanbul şəhərində keçirilən VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalında Qarabağ atlarının kompozisiyası ilə bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, Ə.Ərdoğan paylaşımda 130 nəfərdən ibarət nümayəndə heyəti və 20 Qarabağ atının iştirakı ilə təqdim olunan kompozisiyaya heyranlığını büruzə verib.
"VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalında könülləri fəth edən Qarabağ atlarının bənzərsiz nümayişi. Bu gün bir xalqın mədəniyyəti digər xalqın qəlbində əks-səda tapıb. İki dövlət, bir millət; mədəniyyətdə, qəlbdə və gələcəkdə daim bir", - Ə.Ərdoğan vurğulayıb.
Erməni qadınlara doğum etmək üçün ABŞ-a ziyarət vizası ilə daxil olmamaq barədə xəbərdarlıq edilib.
Bu barədə Amerikanın İrəvandakı səfirliyi öz Facebook səhifəsində məlumat yerləşirib.
Səfirlik Ermənistan vətəndaşlarına uşaq dünyaya gətirmək üçün ziyarətçi vizası ilə ABŞ-a daxil olmamaq barədə xəbərdarlıq edib.
Diplomatik missiya qadınlara xatırladıb ki, “doğum turizmi” qadağandır.
Açıqlamada deyilir: “Uşağın Amerika vətəndaşı olması üçün ABŞ-də uşaq dünyaya gətirmək məqsədi ilə səyahət üçün vizadan istifadə edilməsinə icazə verilmir”.
O da bildirilib ki, Amerika konsulluğu müraciət edənlərin belə niyyətləri olduğundan şübhələnərsə, müraciətlər rədd ediləcək.//Teleqraf
“Biz altı-yeddi il bir yerdə olmuşuq. Mənə hər zaman işgəncə verib, təhdid edib. Dəfələrlə ondan qaçıb başqa yerdə yaşamışam. Amma bunu çox adama bildirməmişəm. Onun bu hərəkətlərinə görə xəstəlik tapmışam. Özünü başqalarının yanında qayğıkeş göstərib, amma gizlində başqa cür olub”.
Musavat.com xəbər verir ki, bunu Xalq artisti Naibə Allahverdiyeva “Teleqraf”a keçmiş həyat yoldaşı Yusif İsmayılov haqqında danışarkən deyib.
Onun sözlərinə görə, həyat yoldaşından dəfələrlə təhdidlər eşidib: “Deyirdi ki, sənin beynində problemlər var, məndən ayrılsan elə edəcəm ki, ürəyin evdə partlayacaq, beyninə qan sızacaq. Mən bəyəm elə sadəlövhəm ki, səni öldürüb, həbsə düşüm?.. Onsuz da sənin beynində qansızma əlamətləri var.
Mənə dəfələrlə bıçaq vurub. Həmişə gizli-gizli məni güdürdü. Bir də görürdüm, blokda ayağımdan yapışdı. Yuxarı mərtəbədə gizlənirdi. Axırda mən də bezdim. Düşündüm ki, daha cəzasını çəkməlidir. Nə qədər ondan qorxmalıyam, yalan hərəkətlərinə, saxta gözyaşlarına inanmalıyam? Bu səbəbdən ondan şikayət etdim.
Dəfələrlə polisə müraciət etmişəm. İzahatı alınıb, buraxılıb, cəzalandırılmayıb. Bu dəfə cəzasını aldı. Mən onunla heç vaxt barışmaram. Bu insandan uzaqlaşmaq istəyirəm. Bilmirəm xəstədir, nədir. Heç yerdə işləmir. İki-üç gün işləyib işdən çıxır. Mən də belə şeyi qəbul eləmirəm. Deyirdim ki, axmaq işlərlə məşğul olma. Çox şeyi danışmaq istəmirəm. Mən boşanmaq istəmirdim, fədakarlıq göstərirdim. Düşünürdüm ki, bəlkə düzələr. Dövlətimə güvənirəm. Mən bu adamdan uzaqlaşmaq istəyirəm”.
Xatırladaq ki, sənətçinin keçmiş əri Yusif İsmayılov N.Allahverdiyevanın hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında saxlanılıb. O, Naibə Allahverdiyevaya qarşı zor tətbiq etməkdə ittiham olunub. Məhkəmənin qərarı ilə Yusif İsmayılov İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 15 gün müddətə həbs edilib.
Bakının Suraxanı rayonunda 1983-cü il təvəllüdlü Qəbələ rayon sakini Tahir ailə münaqişəsi zəminində həyat yoldaşı Sonaya (adlar şərti verilib - red.) işgəncə verib.
Musavat.com "Teleqraf"a istinadən xəbər verir ki, Tahir 2024-cü il iyulun 3-də yaşadıqları evdə arvadı Sona ilə mübahisə edib, əsassız bəhanələrlə onu əxlaqsız adlandırıb və müxtəlif dərəcəli xəsarətlər yetirməklə qadına əzab verib.
O, iyulun 4-də və 9-da arvadını yenə də əxlaqsız adlandırıb, başqa kişilərlə intim müasibətlərdə olduğunu, Sonaya müxtəlif dərəcəli xəsarətlər yetirib. Növbəti gündə də hərəkətlərinə davam edib.
İstintaq orqanı tərəfindən Tahirin barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə - işgəncə verməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahir ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində ailəsi ilə birlikdə yaşayır: "Mən şirkətdə ekspeditor-sürücü işləyirəm. Sona ilə 2007-ci ildən evliyik. Bu vaxta kimi aramızda söz-söhbət olub, ancaq bu cür konflikt yaşamamışıq. Əvvəllər arvadımı döyməmişəm. Xeyli müddətdir Sonanın başqa birisi ilə danışmasından şübhələnirdim, amma sübut edə bilmirdim. İyun ayının sonlarında onun telefonuna baxanda "İnstagram" sosial şəbəkəsi vasitəsilə ona Ruslan adlı şəxsdən mesaj gəldiyini gördüm. Bu barədə soruşanda həmin şəxsi tanımadığını, onunla danışmadığını bildirdi. Bu sözlərə inanmadım, öz "İnstagram" hesabımdan yazaraq mobil nömrəmi ona verdim. Hadisədən təxminən on gün sonra həmin adam Rusiya nömrəsi vasitəsilə mənimlə əlaqə saxladı, Sona ilə danışdığını, yazışmaların olduğunu bildirdi. Hətta yazışmaların fotoşəkilini də göndərdi. Mən çox əsəbiləşdim".
Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 3-də əsəbi halda evə gəlib, Sonadan anası Sənəmin yanında bu barədə soruşub: "Sona əvvəlcə hər şeyi dandı, sonrad başqa kişi lə danışdığını dedi və üzr istədi. Mən də əsəbiləşdiyimdən özümü saxlaya bilmədim, əlimlə onun üzünə zərbə vurdum. Anası Sənəm məni ayırmaq üçün aramıza girdi. Sona mənim telefonumu götürdü və yerə ataraq sındırdı. Bu hadisədən sonra özümü toparlaya bilmədim və gecə evə gəlmədim".
Tahirin ifadəsinə görə, iyulun 10-da Sonadan hər şeyi etiraf etməsini, səmimi olmasını tələb edib, bu halda onu bağışlayacağını deyib: "Lakin Sona yenə yalanlar danışdı, Ruslana üzünün şəklini göndərmədiyini dedi. Halbuki Ruslan mənə Sonanın üzünün şəklini göndərmişdi. Biz yenidən dalaşmağa başladıq. Sonadan evdən çıxmağı tələb elədim, o, növbəti gün gedəcəyini dedi. Sonaya əxlaqsız olduğunu, uşaqların onunla yaşamasına imkan verməyəcimi bildirdim. Ona uşaqlardan imtina etməsi, özünün əxlaqsız olması barədə ərizə yazdırdım".
Tahir deyib ki, növbəti gün səhər oyandıqda həm Sonanın, həm onun əşyalarının, həm də özünün mobil telefonunun evdə olmadığını görüb: "Telefonumda Sonanın yazışmaları və şəkilləri olduğu üçün onu da özü ilə aparmışdı. Mən Sonanı iyulun 3-də vurmuşam. İyulun 4-də qollarından tutub sıxaraq silkələmişəm, saçını dartaraq yolmuşam. Qalan xəsarətləri isə Sonaya anam yetirib. İyulun 3-də emosiyalarıma hakim ola bilməmişəm, onu döymüşəm. Buna görə özümü günahkar bilirəm".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Sonanın sözlərinə görə, 2007-ci ildə Tahirlə rəsmi nikaha daxil olub, 10 və 16 yaşlarında Amal və Zəfər adında iki övladları var: "Tahirlə təzə ailə qurduğum zamandan daim kiməsə borcu olurdu. Hətta mənim qızıllarımı sataraq borclarını da bağlamışdı. Həmişə borcları olduğu üçün əsəbi olur, içki içir, daim mənimlə dalaşırdı. Hətta məni döyüb təhqir etdiyi vaxtlarda olurdu. 2022-ci ildən başlayaraq məni daha çox döyməyə, təhqir etməyə başladı. Evdən çölə çıxdığıma görə də məni dəfələrlə döymüşdü. Bu barədə valideynlərimə heç nə deməmişəm. Tahir məni həmişə əxlaqsız qadın kimi görür, məni bu cür adlandırırdı. Mən mübahisədən sonra bir müddət evdən ayrıldım və atamgildə yaşadım. Sonradan bizi barışdırdılar".
Sona ifadəsində göstərib ki, iyulun 9-da Tahir onun bank kartını istəyib: "Kartı ona verdim. Tahir bank kartımdan 1 500 manat pul çıxardı və pulun 400 manatını mənə qaytardı. Daha sonra özü-özünə əsəbiləşərək məni döydü. Növbəti gün, yəni iyulun 10-da evə içkili halda gəldi, yenidən məni şiddətli şəkildə döydü. Döydükdən sonra məcburi qaydada "mən əxlaqsızam, pul müqabilində görüşürəm" kimi sözlər dedizdirdi, səsimi yazdı. Həmçinin əxlaqsız olduğum üçün övladlarımdan imtina etməyim haqda ərizə yazdırdı, məcbur imza etdirdi. Gecə saat iki radələrində məni ayaqyalın evdən çölə çıxartdı və evdən qovduğunu dedi".
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tahir 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.