Ardını oxu...
Avropanın beş ölkəsində aparılan sorğunun nəticəsi göstərir ki, respondentlərin az qala yarısı yaxın 5-10 ildə yeni dünya müharibəsinin qaçılmaz olduğunu düşünür.

Reyting.az xəbər verir ki, “You Gov”un bu günlərdə keçirdiyi sorğuda İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniyada 7095 nəfər iştirak edib.

İştirakçıların 41-55 faizi yaxın 5-10 il ərzində yeni dünya müharibəsinin başlanma ehtimalını reallığa yaxın sayır. İştirakçıların böyük əksəriyyəti belə bir qlobal münaqişənin nüvə silahından istifadəni ehtiva edəcəyini proqnozlaşdırır.

Sorğuya görə, yeni dünya müharibəsi başlayarsa, Avropa ölkələrinin əksəriyyəti döyüş meydanında olacaq. Bu gözlənti İtaliyada 66, Böyük Britaniyada isə 89 faiz səviyyəsindədir.

Əksinə, hərbi hazırlıqla bağlı ciddi narahatlıqlar var: Fransa ictimaiyyətinin yalnız 44 faizi silahlı qüvvələrin ölkəni effektiv müdafiə edə biləcəyinə inanır, Almaniyada bu göstərici 16 faizə, İtaliyada isə 20 faizə enir.

Maraqlı paradoks odur ki, müharibə baş verərsə, əhalinin hərbi xidmətə getmə ehtimalı yüksəkdir. Böyük Britaniyada bu nisbət 89 faizə yüksəldiyi halda, İtaliyada hətta 66 faizlə aşağı düşür.

Avropanın növbəti böyük təhlükəsi barədə suala cavab verənlərin 82 faizi Rusiyanı “böyük və ya orta” təhlükə adlandırıb. Siyahıda sonrakı yerdə islamçı terrorizmdir; bu təhlükə qavrayışı Almaniyada 78 faizlə ən yüksək həddə çatır.

Sorğu həmçinin göstərir ki, Avropa və ABŞ arasındakı gərginlik qitədə sülh üçün narahatlıq mənbəyidir.

İspaniya, Almaniya və Fransada respondentlərin yarıdan çoxu Tramp administrasiyasının Qrenlandiyadakı strateji maraqlarını və Ukrayna ilə bağlı qeyri-sabit mövqeyini “böyük və ya orta” risk kimi qiymətləndirir.

Ardını oxu...
  

Dünya mediası 4.2 milyard dollarlıq yeni müqavilədən danışır

“3 qardaş”ın Laçında keçirilən görüşü Ərəb Dünyasında da maraqla qarşılanıb. Musavat.com bildirir ki, bu görüşlə bağlı Səudiyyə Ərəbistanında nəşr olunan ingilisdilli gündəlik qəzet olan “Arab News” geniş məqalə təqdim edib. Məlumat üçün deyim ki, 2019-cu ilin may ayından etibarən bu qəzet Səudiyyə Ərəbistanının taxt-tacın bir addımlığında olan vəliəhdi Məhəmməd bin Salmanın qardaşı Şahzadə Turki bin Salman Əl Səuda məxsusdur. Qəzet Səudiyyə hökumətinin rəsmi mövqeyini təbliğ edir.

“Arab News”  Prezident İlham Əliyevə istinadla bildirib ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub və Pakistana 2 milyard dollar sərmayə qoymağa hazırdır. O, həmçinin Azərbaycanın Pakistanın müdafiə sənayesi ilə daha sıx əməkdaşlığı nəzərdə tutduğunu bildirib: "Biz inanırıq ki, böyük potensial var və bunun böyük əhəmiyyəti var. Müdafiə sənayesində birgə hərbi təlimlər və layihələr silahlı qüvvələrimizin potensialını artırar. Bununla da müdafiə sahəsində həyata keçiriləcək əməkdaşlıq geniş coğrafiyada sülh və sabitliyi təmin edə bilər".

“Arab News”  yazır ki, son həftələrdə Azərbaycan Pakistandan dəyəri 4.2 milyard dollar olan JF-17 “Thunder” yüngül çoxməqsədli qırıcı təyyarələrinin idxalını sürətləndirib. Pakistanın tədarük edilən qırıcıların sayının 16 ədəddən 40-a çatdırdığı barədə çoxsaylı məlumatlar yayılıb.

Sözügedən təyyarənin JF-17 ailəsinin ən son və ən qabaqcıl modeli olduğu deyilir. Block III Pakistan və Çin tərəfindən birgə hazırlanmış və hazırkı qlobal bazarda ən sərfəli döyüş təyyarələrindən biri kimi tanınır və 4,5 nəsil qırıcılar sinfinə daxildir.

Xatırladım ki, Azərbaycan Hərbi Hava Qüvvələri ilə Pakistan Aeronavtika Kompleksi arasında 1,6 milyard dollarlıq müqavilə imzalanıb. Həmin müqavilədə 16 qırıcının idxalı nəzərdə tutulmuşdu. İndi isə söhbət 4.2 milyard dollardan və 40 qırıcıdan gedir. Bu, kəskin fərq deməkdir.

Onu da qeyd edim ki, sürəti saatda 2 205 kilometr olan bu qırıcılar "hava-hava" və "hava-yer" təyinatlı raketləri və digər bombaları daşıya bilir. Ən önəmlisi isə odur ki, Türkiyə istehsalı olan raketlərin bu qırıcılara inteqrə edə bilirik. Eləcə də bu qırıcı həm NATO, həm Rusiya, həm də Çin istehsalı olan sursatları istifadə etmək qabiliyyətinə sahibdir. Bu isə o deməkdir ki, Azərbaycan havada nəinki Ermənistana, hətta İrana qarşı da dominant üstünlüyə nail olacaq.

“Aviacionline.com” saytı yazır ki, Pakistan bu JF-17 Block III qırıcısını Argentinaya 50 milyon dollara təklif edib. Aviation.stackexchange.com saytı isə bu qırıcıların 55 milyon dollar olduğunu bildirib. Belə ki, İraq Pakistana 667 milyon dollar ödəyərək 12 ədəd belə qırıcı alıb.

Azərbaycanın bu qırıcıya görə Pakistana 35-40 milyon dollar ödədiyi ehtimal olunur. Bu isə o deməkdir ki, 4.2 milyard dollara Azərbaycan Pakistandan 100-dən çox qırıcı alacaq. O da ola bilər ki, Azərbaycan Pakistandan 40 qırıcı alacaq və yerdə qalan pula isə digər Pakistan silahlarının idxalı nəzərdə tutulub. Silah ticarətində məxfilik xüsusi önəm daşıyır. Ona görə də bir çox sövdələşmələrin gizli saxlanılır...

“Defencesecurityasia.com” saytı isə bugünlərdə yazmışdı ki, Azərbaycan alacağı qırıcıların sayını 16-dan 40 qaldırmaq üçün Pakistanla 4.2 milyard dollarlıq müqavilə imzaladığı söylənilir. Əgər bu, belədirsə, bu, Pakistanın ən böyük qırıcı ixracı olacaq. Yəni Azərbaycan JF-17 Block III qırıcısının alışı baxımdan Nigeriya və Myanmarı belə arxada qoyacaq.

https://www.arabnews.com/node/2602496/amp

Elbəyi Həsənli. Sürix

 

Ardını oxu...
  

Rusiya Silahlı Qüvvələrinin dronlarla endirdiyi və Ukraynada mülki şəxslərin ölümünə səbəb olan zərbələr insanlıq əleyhinə cinayət kimi qiymətləndirilir.

“Report” xəbər verir ki, bu barədə Ukrayna ilə bağlı BMT-nin Müstəqil Beynəlxalq İstintaq Komissiyasının yeni hesabatında deyilir.

Qeyd olunub ki, 2024-cü ilin iyul ayından bəri Rusiya ordusu Xerson vilayətində Dnepr çayının sağ sahili boyunca 100 km-dən çox ərazidə mülki əhalini dəfələrlə öldürüb və yaralayıb. Hesabatda bildirilib ki, dron hücumları genişmiqyaslı, sistematik olub və əlaqələndirilmiş dövlət siyasəti çərçivəsində gerçəkləşdirilib.

Komissiya qeyd edib ki, hücumlar müntəzəm olaraq və oxşar sxem üzrə həyata keçirilib, bu da onların planlı, təşkil olunmuş və məqsədyönlü xarakterindən xəbər verir. Rusiya hərbi və mülki hakimiyyətinin cinayətləri qabaqlamaq və ya dayandırmaq üçün hər hansı tədbir gördüyü barədə məlumat yoxdur.

Rəsmi məlumatlara görə, Xersonun və Ukraynanın nəzarətində olan ərazidəki 16 yaşayış məntəqəsinin pilotsuz uçuş aparatları ilə atəşə tutulması nəticəsində təxminən 150 dinc sakin ölüb və yüzlərlə insan yaralanıb. Zərərçəkənlər arasında kişilər, qadınlar və uşaqlar var, əksəriyyəti kişilərdir. Mülki əhaliyə müxtəlif vəziyyətlərdə – küçəyə çıxarkən, piyada gedərkən və ya hər hansı nəqliyyat vasitəsindən istifadə edərkən zərbələr endirilib.

Qeyd olunub ki, Rusiya dronlarının hücumları ölüm və ağır bədən xəsarətləri, o cümlədən amputasiyalar, yaralar və kontuziyalar, həmçinin psixoloji travmalar və qorxu hissi ilə sonuclanıb.

Hesabatda deyilib ki, mülki şəxslərə, eləcə də mülki infrastruktur obyektlərinə zərbə endirmək üçün dronlardan istifadə beynəlxalq humanitar hüququn fundamental prinsipinin pozulmasıdır (bu prinsipə görə zərbələr yalnız hərbi hədəflərə yönəldilə bilər). Komissiyanın topladığı sübutlar hücumları həyata keçirənlərin bu əməlləri qəsdən törətdiklərini şübhə altına qoymur. Buna görə də Komissiya belə nəticəyə gəlib ki, Rusiya silahlı qüvvələri Xerson vilayətində mülki sakinlərə qəsdən zərbələr endirməklə hərbi cinayətlər törədiblər.

Qeyd edək ki, Ukrayna ilə bağlı BMT-nin Müstəqil Beynəlxalq İstintaq Komissiyası BMT-nin İnsan Hüquqları Şurası tərəfindən tapşırılmış müstəqil bir qurumdur və xüsusilə Rusiyanın Ukraynaya qarşı təcavüzü kontekstində insan hüquqlarının bütün ehtimal olunan pozuntularını və sui-istifadələrini, beynəlxalq humanitar hüququn pozuntularını və əlaqəli cinayətləri araşdırmaqla məşğuldur. Komissiyanın tərkibinə Erik Myose (sədr), Pablo de Qreyff və Vrinda Qrover daxildir.


Ardını oxu...
  

Fələstinin Həmas hərəkatı Qəzza zolağı danışıqları çərçivəsində anklavda 90 günlük atəşkəs tələb edib, İsrail isə 60 gün müddətində israr edir.

Musavat.com xəbər verir ki, bu iddia ilə “Əl Ərəbiyyə” telekanalı çıxış edib.

Telekanalın mənbələrinə görə, İsrail hakimiyyəti 10 canlı girovun eyni vaxtda azad edilməsini tələb edib, HƏMAS isə hazırda əsirləri iki mərhələdə azad etməyi planlaşdırır. Hərəkat həmçinin ABŞ administrasiyasından girovların azad edilməsi üçün məcburi şərt kimi atəşkəs zamanı danışıqların davam etdirilməsinə zəmanət istəyib. Radikallar ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff-un gələcək sazişi imzalamasını istəyirlər, o, həmçinin HƏMAS-ın israr etdiyi kimi, Qəzza ilə bağlı razılaşmaların əldə olunduğunu rəsmən elan etməlidir. Eyni zamanda, “Əl Ərəbiyyə” mənbələri əmindirlər ki, yaraqlılarla İsrail arasında mövcud fikir ayrılıqları atəşkəs və girovların azad edilməsi ilə bağlı “məsləhətləşmələrin davam etdirilməsinə və sazişin bağlanmasına mane olmur”.

Bundan əvvəl, mayın 28-də hərəkat Qəzza zolağı ilə bağlı Vitkoff ilə razılığa gəldiyini açıqlamışdı: onun çərçivəsində radikallar 10 israilli girovu azad etməyə və ölənlərdən bir neçəsinin cəsədini təhvil verməyə hazırdırlar. Hərəkatın neçə ölü girovu təhvil verməyə hazır olduğu barədə məlumat yoxdur. Hazırda radikallar öz təkliflərinə “yekun cavabı gözləyirlər”.

 

Musavat.com

Ardını oxu...
Ankaranın Haymana rayonunda axtarışda olan bir nəfəri tutmaq istəyən jandarma çavuşu həlak olub.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Onun sözlərinə görə axtarışda olan şəxsin yaxalanması istiqamətində aparılan əməliyyatda jandarma çavuşu sərt yoxuşda yıxılaraq həlak olub.
Ardını oxu...
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail ordusu Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının regional lideri Məhəmməd Sinvarı məhv edib.

Gununsesi.info xəbər verir ki, baş nazirin açıqlamalarını “N12” telekanalı yayıb.

Netanyahu Knessetdə (parlamentdə) çıxış edərək bildirib ki, İsrail HƏMAS-ın idarəçilik potensialının məhvi yolunda dönüş nöqtəsinə çatıb.

“Biz Məhəmməd Sinvarı aradan götürdük”, – o deyib.

Xatırladaq ki, mayın 13-də İsrail Müdafiə Qüvvələri Xan Yunisdəki Avropa Xəstəxanasının altındakı yeraltı qərargahı vurub. Hədəf Qəzza zolağında HƏMAS və onun hərbi qanadı “İzzəddin Əl-Qəssam” briqadalarına rəhbərlik edən Məhəmməd Sinvar olub.
 
Ardını oxu...
  1

“Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib”.

Bu fikirləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə səsləndirib.

Dövlət başçısı qeyd edib ki, bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir.

 
 
 
Ardını oxu...
ABŞ administrasiyası Afrika Komandanlığını (AFRICOM) ləğv etməyi düşünür.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

AFRICOM komandiri, general Maykl Lenqli bu barədə Afrikanın bir neçə ölkəsinin hökumətini artıq xəbərdar etdiyini bildirib.

“Mən bir sıra müdafiə nazirləri və bir neçə prezidentlə danışmışam, onlara demişəm ki, biz qiymətləndirmə aparırıq”, - agentlik onun sözlərindən sitat gətirib.

General qeyd edib ki, Afrika ölkələrinin hökumətləri bu məsələ ilə bağlı fikirlərini Vaşinqtondakı səfirləri vasitəsilə çatdırmalıdırlar: “Mən dedim ki, yaxşı, əgər biz sizin üçün bu qədər önəmliyiksə, bizə bildirin, görək nə edə bilirik”.
 
Ardını oxu...
Ukrayna ilk dəfə olaraq Rusiya hədəflərinə qarşı “Qoqol-M” adlı yeni tip FPV pilotsuz təyyarə daşıyıcılarından istifadə edib.

Bu barədə Forbes jurnalı məlumat yayıb.

Məlumata görə, “Qoqol-M” bir cüt FPV hücum dronunu daşıya bilən, təkrar istifadə oluna bilən pilotsuz uçuş aparatıdır. Onun maksimum uçuş məsafəsi təxminən, 300 kilometr olaraq qiymətləndirilir. Aparatın FPV dronları hədəfə çatdırmaq və yönəltmək imkanlarını təmin edən yarı avtonom süni intellekt sistemi ilə təchiz olunduğu bildirilir.

Forbes qeyd edir ki, Ukrayna tərəfi hazırda aylıq 50-yə qədər “ana” PUA və 400-ə qədər birdəfəlik FPV zərbə dronu istehsal etmək gücünə malikdir. Bununla belə, jurnal “Qoqol-M” sisteminin döyüşdəki effektivliyini dəqiq qiymətləndirməyin hələ mümkün olmadığını bildirir.
Ardını oxu...
Ukrayna və Rusiyanın müharibədə ölən və yaralananların sayı artıq ABŞ-nin İkinci Dünya müharibəsindəki itkilərini üstələyib.

TNS xəbər verir ki, barədə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.

“Prezident Tramp tamamilə haqlıdır, bu qətlləri dayandırmalıyıq. Rəqəmlər bunların kütləvi qətllər olduğunu göstərir. Hər iki tərəfdən itkilər artıq 1,2 milyondur. Bu, dəhşətlidir. Bu, İkinci Dünya müharibəsindəki itkiləri üstələyir”, - o deyib.
 

Dünyapress TV

Xəbər lenti