Ardını oxu...
Saatlı rayon sakini Məmmədov Sənan Ağagül oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən narazılığını bildirir:

“Mən, Məmmədov Sənan Ağagül oğlu, iki ilə yaxındır 2-ci mərhələ 4-cü dərəcəli, bədxassəli burun-udlağı karsinoması xərçəng xəstəliyindən əziyyət çəkirəm. Bir ildir Milli Onkologiya Mərkəzində qeydiyyatdayam. Son 7-8 aydır günümün 80-90%-ni yataqda keçirirəm, yeməyim-içməyim belə yatağıma qəlir.

Bir ildən çoxdur ki, burnumdan nəfəs ala bilmirəm, eşitmə qabiliyyətim də birtərəfli itib. Dözülməz baş-boyun və bədən ağrılarından əziyyət çəkirəm, gecələr yata bilmirəm. Bu səbəbdən demək olar ki, əsəblərim təmiz pozulub. Həftədə 3-4 dəfə, əsasən də gecələr burnumdan şiddətli qan açılır. Bir neçə dəfə yuxudan boğularaq ayılmışam. Buna görə də ailəm də mənimlə bir yerdə əziyyət çəkir.

Özüm ailəliyəm, 2 azyaşlı, məktəbli övladım və xəstə, yaşlı anam var. Özümüz də aztəminatlı ailəyik, ailədə heç kəs işləmir. Bu günə kimi ünvanlı sosial yardım və heç bir digər yardım almamışıq. Çünki, xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam.

Onu da bildirim ki, atam Məmmədov Ağagül Əvəz oğlu da 10 ay bundan əvvəl Bədxassəli xərçəng xəstəliyindən vəfat edib. İlk atam xəstə oldu, bütün imkanımız onun müalicələri və əməliyyatı üçün sərf olundu.

Sizə müraciətimin əsl səbəbi odur ki, xəstəliyimlə bağlı pensiya verilməsi üçün bu il fevral ayının 12-də Saatlı Rayon Mərkəzi Xəstəxanaya müraciət etdim. İki-üç gün sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasında həkim komissiyasından keçdim. Mart ayın 14-də TƏBİB sənədlərimi təsdiq edib, əlilliyin qiymətləndirilməsi və təyini üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdi. Mart ayının 24-də mənə 3-cü qrup əlilliklə əlaqədar 150 manat müavinət təyin etdilər. Halbu ki, mən 20 dəqiqə ayaq üstə dura bilmirəm. Çünki dayanmadan burnumdan su qəlir, tez-tez qan açıldığına qörə də başım fırlanır, qözüm qaralır. Bunlardan dolayı adam içinə çıxa bilmirəm, nəinki gedib hər hansı bir işdə işləmək. Kaş ki, sağlamlığım yerində olaydı...
Mən, sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm, yuxarıda yazdıqlarımı nəzərə alıb, xəstəliyimlə bağlı əlillik qrupumun 1-ci və yaxud 2-ci qrupa dəyişilməsinə və aztəminatlı ailə olaraq ünvanlı sosial yardım almağımızda kömək olsunlar".

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirdilər ki, Saatlı rayon sakini 1985-ci il təvəllüdlü Məmmədov Sənan Ağagül oğlunun əlilliyi 01.04.2025-ci il tarixdə elektron sistem üzərindən qiymətləndirilib və ona orqanizm funkdiyalarının 55% pozulmasına görə 2 il müddətinə əlillik təyinatı aparılıb".

Onu da qeyd edək ki, nazirliyin əməkdaşları 10 gündür müraciət edən şəxslə əlaqə saxlaya bilmirlər. Heç bir telefon zənginə cavab vermir.

Jalə FAMİLQIZI

P.S. Hörmətli şikayətçi, xahiş edirik nəzərə alın, işinizlə bağlı hansısa quruma müraciət edirik, siz də məsuliyyətli olub, ən azı telefon zənglərinə cavab verin. Həm narazılıq edirsiz, həm də zənglərə cavab vermirsiniz.
 
Ardını oxu...
Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 18 min 235 nəfərə şəhid ailəsi üçün nəzərdə tutulan təqaüd təyin olunub.
Yeniavaz.com xəbər verir ki, şəhid ailəsi üçün nəzərdə tutulan təqaüdün bir nəfərə düşən orta məbləği 384 manat 44 qəpik olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə 18 min 641 nəfərə şəhid ailəsi üçün nəzərdə tutulan təqaüd təyin olunub və bir nəfərə düşən orta məbləğ 385 manat 25 qəpik olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, şəhid ailəsi olduğu üçün təqaüd alan şəxslərin sayı 406 nəfər, təqaüdün bir nəfərə düşən orta məbləği isə 81 qəpik azalıb.
Məlumat üçün qeyd edək ki, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilib.
Bu məbləğ hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.
Onu da qeyd edək ki, şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 100 manat artırılaraq 600 manata çatdırılsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi veb saytında bu dəyişiklik öz əksini tapmayıb. Nazirliyin rəsmi saytındakı müvafiq bölmədə şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği hələ də 500 manat göstərilir.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Yeni imzalanan sənədlə 2025-ci ildə imtiyazlı şəxslərə pulsuz mənzil veriləcək və eləcə də bu proses 2030-cu ilədək davam etdiriləcək.

İqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, dəyişikliklə imtiyazlı şəxslər və ailələrin mənzil təminatı 2025-ci ilin sonunadək deyil, 2030-cu ilədək həyata keçiriləcək.

“Bu da həmin müddətdə bütün imtiyazlı şəxslərin dövlət hesabına mənzil təminatına imkan verəcək”, - o, əlav edib.

İqtisadçı vurğulayıb ki, sərəncama əsasən, 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi , o cümlədən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi davam etdiriləcək:“Qanunvericiliyə əsasən, qeyd edilənlər ilə yanaşı, 16 avqust 2021-ci il tarixə kimi uçota alınmış gözdən əlilliyi olan şəxslər və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün də pulsuz mənzillər nəzərdə tutulub. 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri də imtiyazlı ailələr hesab olunurlar”.

V.Bayramov xatırladıb ki, hər il dövlət büdcəsindən imtiyazlı şəxslərin mənzil təminatı üçün vəsait ayrılır.

“İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 6,8 min, ümumən ötən dövrdə 16 min mənzil və fərdi ev təqdim edilib. 2025-ci ildə isə daha 1000 mənzilin verilməsi nəzərdə tutulub”, - o, bildirib.
 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, son günlərdə Bakının Nərimanov rayonunda yerləşən Sərhəddin Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə baş verən hadisə ölkənin təhsil sistemindəki problemləri bir daha gündəmə gətirib. Məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısında, "Son zəng" tədbiri üçün hər bir şagirddən 150 manat məbləğində pul tələb edildiyi eşidilir. Bu tələbin yerinə yetirilmədiyi təqdirdə, şagirdlərin tədbirdə iştirak etməyəcəkləri bildirilib. Valideynlər bu tələblə razılaşmayaraq etirazlarını bildiriblər və məsələ ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.

Hadisə ilə bağlı araşdırma aparan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, direktorun fəaliyyətində yol verdiyi nöqsanlara görə onu vəzifəsindən azad edib. Agentlik, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunmasının və şəffaflığın artırılmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.

Yalnız bu hadisə deyil, zaman-zaman müxtəlif məktəb direktorları, məllimləri ilə bağlı narazıqlar olur. Bəs problemin həlli nədədir?

Ağ Partiya Mərkəzi Aparatının üzvü, ekspert Malvina Amirova mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib:

"Hər dəfə bir məktəbdə baş verən haqsızlıq, rüşvət, ayrı-seçkilik məsələsini dilə gətirəndə deyirlər ay aman, bu bir məktəbə aiddir. Xeyr, bu, bütün Azərbaycan məktəblərinin qanayan yarasıdır. Direktor kreslosunda oturanların bir çoxu özünü təhsil rəhbəri yox, özəl müəssisə sahibi kimi aparır. Valideynin cibinə baxır, müəllimin kimliyinə baxır, şagirdin potensialına yox, ailəsinin maddi durumuna baxır. Bu gün məktəblərdə pul verən uşaq öndə gedir, verə bilməyən isə “sən kimsən ki?” münasibəti ilə son sıraya atılır. Bu bir faktdır. İstər Bakıda olsun, istər rayonlarda, istərsə də qəsəbələrdə. Rüşvət universal bir silaha çevrilib, müəllimə diqqət istəyirsən, pul ver. Uşağın sinif rəhbərindən yaxşı münasibət istəyirsənsə, pul ver, tədbirdə iştirak etmək, dəyər verilmək, diqqət görmək istəyirsənsə, yenə də pul ver. Pulun yoxdursa, sus, otur, səni görən yoxdur. Bəs Elm və Təhsil Nazirliyi hara baxır? Bu qədər ictimai narazılıq, bu qədər fakt, bu qədər şikayət niyə nəticə vermir? Direktorlar niyə illərlə eyni məktəbdə padşah kimi qalırlar? Niyə heç bir şəffaflıq, heç bir nəzarət sistemi yoxdur? Çünki sistem özü rüşvətlə nəfəs alır. Valideynlərin bir qismi rüşvət sisteminə qarşı çıxmaq əvəzinə, onu özləri də dəstəkləyir və genişləndirirlər. Hər sinifdən 5-6 imkanlı valideyn övladını qabağa çəkmək üçün pul verir, 70-85% kasıb valideynin uşağı isə bu oyunun qurbanına çevrilir. Bu ədalətdirmi? Bu təhsildir? Bu gələcəyin qurulmasıdır?!”

Ekspert əlavə edib ki, məktəb direktorları üçün mütləq şəkildə protokol hazırlanmalıdır: “Bütün fəaliyyətləri şəffaf sistemə bağlanmalıdır. Valideynin cibi yox, uşağın haqqı əsas götürülməlidir. Direktor kreslosuna oturub rüşvət şəbəkəsi quranlar qanun qarşısında cavab verməlidir. Bildiyim qədər, məktəb direktorları müəyyən müddətdən bir rotasiya olunmalıdır. Amma görünür, bəzi şəxslər üçün bu qayda keçərli deyil.

Məsələn, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 139 nömrəli Elxan Həsənov adına məktəbin direktoru İntizar Əhməd qızı İsmayılova, artıq 16 ildir kresloya yapışıb, buraxmaq fikrində də deyil. Elə bil, bu vəzifə ömürlük ona verilib. Rotasiya prinsipi kağız üzərində yox, real həyatda tətbiq olunmalıdır. Təəssüf ki, bu prinsip selektiv şəkildə tətbiq olunur və nəticədə illərlə eyni vəzifədə qalan direktorlar mövcudluğunu qoruyur. Cəmiyyətə zərər verən direktorların əməllərinə susmaq, şərik olmaqdır. Təhsil haqdır, alver yox”.
 

 


Yaxın perspektivdə Bakıda mənzillər ucuzlaşmayacaq.

Bu barədə Musavat.com-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib.

Bildirilib ki, aprel 2024-dən aprel 2025-ə qədər olan dövrdə orta qiymətlərdə ikirəqəmli artım faizi (təxminən 10-15%) qeydə alınıb, bazarda durğunluq müşahidə olunan qısa mərhələlər istisna olunmaqla ümumi trend bahalaşma yönündə olub. Xüsusilə, yeni tikili mənzillər segmentində yüksək tələbat qiymətləri sürətlə artırıb. Bazarın canlanması nəticəsində satışa çıxarılan mənzillərin sayı artsa da (təklif genişlənsə də), bu artım tələbi tam ödəmədiyi üçün qiymətlər yenə yüksəlib.  Beləliklə, 2025-ci ilin rübündə mənzil qiymətləri artımı ölkə üzrə istehlak inflyasiyasını 2,6 dəfə üstələyib.

Nəticə olaraq, 2024-2025-ci illərdə Bakı təkrar mənzil bazarı aktiv fazadadır – qiymətlər yüksəlir, alqı-satqı sayları artmaqdadır. Bazarda təklif artsa da, tələb daha yüksək templə artdığından qiymətlər ucuzlaşmır. Ekspert proqnozlarına görə, yaxın perspektivdə də Bakıda mənzillərin ucuzlaşması gözlənilmir; əksinə, müəyyən fasilələrlə bahalaşma davam edə bilər. Bunun başlıca səbəbi odur ki, mövcud yüksək qiymətlərdən belə mənzil alan alıcılar var – yəni tələb yetərincə güclüdür. Eyni zamanda, şəhərdə yeni çoxmənzilli binaların tikinti xərcləri (torpaq qiyməti, materiallar və s.) durmadan artır ki, bu da təklif qiymətlərini aşağı salmağa imkan vermir.

Beləliklə, bir illik təhlil göstərir ki, Bakı daşınmaz əmlak bazarı 2024-2025-ci illərdə yüksəliş dövründədir. Qiymətlərin artması demoqrafik və investisiya amilləri, tikinti sektorunun vəziyyəti və makroiqtisadi sabitlik kimi faktorların birgə təsiri nəticəsində baş verir. Bazar strukturunda yeni və köhnə tikililərin nisbəti, eləcə də bahalı-uсuz seqmentlərin payı dəyişsə də, ümumi trendə təsir edən əsas faktor yenə güclü tələbin mövcudluğu və məhdud təkliflə rəqabətidir. Alıcılar tərəfindən mənzilə olan maraq yüksək qaldıqca və iqtisadi şərait ciddi dəyişmədikcə, qiymətlərin yaxın gələcəkdə sabitləşməsi və ya enməsi real görünmür – bazarda artım meyli hələlik davam edəcək.

Ardını oxu...
Artıq bir neçə aydır ki, SOCAR AQŞ-də işçilərin maaşları verilmir. Qeyd edək ki, bu məsələni davamlı olaraq diqqətə gətirən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bu dəfə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsmana müraciət edərək problemin həll olunmasının vacibliyini önə sürür.

"DİA-AZ" olaraq NHMT sədrinin işçilərin maaşlarının verilməməsi ilə bağlı etdiyi müraciəti olduğu kimi təqdim edirik:

"Bir daha xatırladırıq: Ölkənin əmək qanunvericiliyini pozan işəgötürənlərin məsuliyyətləri;
ARƏM Maddə 310. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət
ARƏM Maddə 312. Əmək qanunvericiliyini pozmağa görə inzibati məsuliyyət

***

İki aydan artıqdır ki, SOCAR AQŞ işçilərin əmək haqqını ödəmir və cəzasız qalıb. Bu halda ölkənin əmək qanunvericiliyini pozub cəzasız qalan Samir Mollayev "yaxşı edirəm", müvafiq dövlər qurumları isə "yaxşı edir" demiş olur?!

İki aydır ki, SOCAR AQŞ rəhbərliyi tərəfindən ailəsi ac qoyulan işçilər yazır:
SOCAR AQŞ hələ də əmək haqqımızı ödəməyib. Həftə əvvəli deyir həftə sonu veriləcək, həftə sonu isə deyir, gələn həftə. Sonuncu dəfə fevral ayında əmək haqqı almışıq.

***

Qeyd edək ki, SOCAR AQŞ” MMC 2007-ci ildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib.
Tərəflər və iştirak payları :SOCAR-13.38% , #nobeloilltd - 73.77% , Abşeron Qazma MMC -12.85%..."
 
Ardını oxu...
Həmkarlar İttifaqı Konfederasiyasında maraqlı hadisələr baş verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov bir müddət əvvəl mediada haqqında çıxan tənqidi yazılara görə, bəzi addımlar atıb.

Məlumatlarda qeyd edilir ki, sədr əvvəlcə bu məlumatların necə “sızdığı”nı dəqiqləşdirmək istəyib. Söhbət Konfederasiya sədrinin işçilərin işdən sonra qanunsuz saxlanmasından gedir. Ardından isə qurumda “agent ovu”na çıxıb. Bildirilir ki, Məmmədov “ov”dan “əliboş” qayıtmayıb. Belə ki, o, şübhələndiyi bir neçə əməkdaşı “müəyyən” edərək, dərhal işdən azad edir. Təbii ki, bu işdənçıxarma qanunsuz həyata keçirilir.

Daxil olan məlumatlara görə, “agent”ləri “müəyyən” edən və onları zərərsizləşdirən Məmmədov, yeni qərarlar da qəbul edir. Bu qərarlardan biri də işə girişin “yanıq” saxlanılıması, işdən çıxışın isə “söndürülməsi” olur.
Müşahidəçilərin fikrincə, Sahib Məmmədovun bu addımı qanunamüvafiq olmamaqla yanaşı, həm də Əmək Müfəttişliyini aldatmaqla məqsədiu daşıyır.

Tribunainfo.az-aa daxil olan məlumatlara görə, Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri siyasi rəhbərliyin də etimadını doğrultmayıb. Belə ki, o, sədr təyin olunduğu 9 ay müddətində bur neçə tədbir keçirməklə kifayətlənib. Halbuki ona daha çox iş görmsi ilə bağlı tapşırıqlar verildiyi də qeyd edilir.
Eyni zamanda, sözügedən şəxsin keçirdiyi həmin tədbirlərə görə, böyük məbləğdə pullar silməsinə dair iddialar da var. Düzdür, bununla bağlı əlimizdə konkret faktlar mövcud deyil və bu barədə yaza bilməməyimiz də bununla bağlıdır...
aztoday
 

Ardını oxu...
Bu il ali məktəblərə keçid balları arta bilər.

Gundem.info.az Xəzər TV-yə istinadən məlumat verir ki, təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu il ali məktəblərə qəbul olmaq istəyənlərin sayında kəskin artım müşahidə olunur:

Ən çox abituriyent sayının artımı isə 2 və 3-cü ixtisas qrupundadır. 2-ci ixtisas qrupunda ötən il ilə müqayisədə abituriyentlərin sayı 3 minə yaxın artıb. Əlbəttə, bu, rəqabət mühitini artıracaq. Həmçinin bu il ali məktəblərə qəbul plan yerləri ötən il ilə müqayisədə çoxdur. Amma bu, heç də abituriyentlərdə arxayınlıq yaratmasın", - deyə ekspert vurğulayıb.

Ətraflı süjetdə:


 

Ardını oxu...
  

Az büdcə ilə bahalı və zövqlü görünmək tam mümkündür - əsas məsələ düzgün seçim və detallara diqqətdir. Budur sizə bu məqsədlə faydalı olacaq bir neçə praktik üsul:

Sadə, amma zərif geyimlər seçin

Minimalist və neytral rənglər (ağ, bej, qara, boz) hər zaman daha bahalı və təmiz görünür.

Sadə kəsimli geyimlər, çox naxışlı və parlaq detallar əvəzinə keyfiyyətli parça və tikili ilə seçilənlərə üstünlük verin.

Paltarı üzərinizə uyğunlaşdırın

Geyim üzərinizə düzgün oturursa, dərhal daha baxımlı və bahalı görünərsiniz.

Az büdcə ilə alınan geyimi bir dərziyə aparıb öz ölçülərinizə uyğun düzəltdirməklə görüntünü dəyişmək mümkündür.

Aksesuarlar işinizi görəcək

Keyfiyyətli görünən sadə çanta, saat, və eynək ümumi görünüşə dəyər qatır.

Saxta və parlaq bijuteriya əvəzinə minimalist və zərif aksesuarlara yönəlin.

Xarici geyimə yatırım edin

Bahalı görünən bir palto, pencək və ya blazer kombininizi xeyli dərəcədə qaldırır.

Hətta ucuz paltarlar belə keyfiyyətli görünüşlü bir üst geyimi ilə daha dəyərli görünə bilər.

Ayaqqabılar vacibdir

Təmiz və sadə modeldə olan ayaqqabılar sizi həmişə daha baxımlı göstərər.

Dəri və ya dərini xatırladan materialdan olan ayaqqabılar ucuz da olsa, baxımlı görsənər.

Baxımlı olun

Saç, dəri və dırnaqların təmiz və baxımlı olması hər şeydən önəmlidir.

Bahalı geyimdən daha çox, səliqəli görünüş sizi fərqləndirəcək.

Paltarı doğru şəkildə yuyun və ütüləyin

Paltar nə qədər bahalı olsa da, ütüsüz və buruqludursa, ucuz görünəcək.

Hər geyimə onun parça növünə uyğun qulluq edin.**milli.az

Ardını oxu...
Son vaxtlar demək olar ki, bəzi qurumlar ümumiyyətlə heç bir ali məmuru və ya qurumu saymır.

Bu halda da, ölkədə xaos, anarxiya, özbaşınalıq yayılır.

Belə gözüqara qurumlardan biri də məhz TƏBİB-dir.

Vətəndaş TƏBİB deyilən külli-ixtiyar sahibinə müraciət edir ki, mənim sənədlərimi TSEK-ə göndər. (Tibbi Sosial Ekspert Komissiyası)

Birinə gözəl, rahat kabinet, xidməti avtomobil, yüksək maaşlı vəzifə verən hökumət, birilərini də bu tip müftəxorlara möhtac edir. TƏBİB də, TSEK-ə sənəd göndərmir ki, vətəndaş beş-üç manat siqaret pulu ala bilməsin. TƏBİB də deyir mütləq “yatmalıdır” xəstəxanada vətəndaş.

Gəl gör ki, özü buna əməl etmir. Bu qaydanı hərəkətləri ilə sanki təkzib edir. Belə ki, o boyda qanunverici orqan olan Milli Məclisin sədri adından bəlkə də iyirmi dəfə TƏBİB-ə müraciət olunub ki, filan xəstə insana kömək edin.

Amma TƏBİB onu saymır ki, saymır. Bunun da görünən və görünməyən tərəfləri var.

Görünən odur ki, birmənalı deyirlər “çarpayımız” yoxdur. Görünməyən tərəfi isə…

Araz Media Qrupu
 

Dünyapress TV

Xəbər lenti