Ardını oxu...
Bakıda yeni tikilən binalarda Mənzil Tikinti kooperativlərinin (MTK) kommunal xidmətlər üçün mənzil sahiblərindən topladıqları vəsaitlərin düzgün istifadə olunmaması ilə bağlı bir çox hallarda narazılıqlar yaranır.

Vətəndaşlar Mənzil-Tikinti Kooperativlərinin (MTK) əksəriyyətinin heç bir iqtisadi səbəb olmadan "kommunal pulu” adlandırdıqları aylıq ödənişlərin məbləğlərini son günlər daha da artırdığını bildirir.

Məsələ ilə bağlı tanınmış vəkil Əkrəm Həsənov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, binanın idarəetmə qaydasını mənzil sakinləri ümumi yığıncaqda müəyyən etməlidir:

"Yəni, sakinlərin yarıdan çoxu toplaşmalı, səsvermə əsasında qaydaları təyin etməlidir. Onlar ya idarəedici təşkilat təyin etməlidirlər, ya da "Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti" adlı bir hüquqi şəxs təyin etməli və onu Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməlidilirlər.

Yığılan pulun miqdarını sakinlər birgə təyin etməlidirlər. Pul yığılmalıdır, çünki binanın hərtərəfli ehtiyacları o pulla qarşılanır. Bəzən MTK-lar qanunsuz idarəetməni davam etdirirlər. Onlara isə pul vermək lazım deyil".
 
 
 

Ardını oxu...

 

Bakıda 266 saylı məktəbdə 2 şagird sinif yoldaşını məktəbin 4-cü mərtəbəsinin pəncərəsindən çölə sallayıb. Uşağın ağlayıb qışqırdığını görən digər sinif yoldaşları onu xilas ediblər.

“Qafqazinfo” “Xəzər TV”yə istinadən xəbər verir ki, hadisə iki gün əvvəl sinif yoldaşları arasında zarafatlaşmadan sonra baş verib.

Pəncərədən salladılan uşaq bu barədə müəllimlərə məlumat verdiyini deyib. Onun sözlərinə görə sinif yoldaşlarına etiraz etdikdə, onlar “zarafat edirik, səni pəncərədən atmırıq ki” cavabını veriblər.

Uşağın valideyni övladının ciddi travma aldığını, adı hallanan 2 şagirdin dəfələrlə digər sinif yoldaşlarına qarşı da anormal davranış sərgilədiyini bildirib.

 
 
 
 
 

 
 
 

 

266 saylı məktəbdən isə bildirilib ki, məktəbin 7b sinfinin üç şagirdi sinif otağında pəncərənin önündə mübahisə ediblər. Hər 3 şagirdin valideyni məktəbə dəvət edilib, onlara övladlarının davranışına diqqətin artırılması yönündə tövsiyələr verilib.

Məktəb psixoloqu tərəfindən şagirdlərlə zəruri işlər aparılır, müvafiq dəstəkləyici tədbirlər həyata keçirilir.

Məktəbdə şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib.

Ətraflı videomaterialda:

 

 
 
 
Ardını oxu...
Sırrı hala tam çözülemediysede kalıntılardan bir çok bilgi edinmiştir.
İgudar ambarları, erken dönem bankacılığın temel taşlarını oluşturmuş ve ticaretin gelişmesine katkıda bulunmuştur.
Fas'taki İgudar ambarları, 13. yüzyıla kadar uzanan ve dünyanın en eski bankacılık sistemlerinden biri olarak kabul edilen antik yapılardır.
Bu ambarlar, Berberiler toplulukları için değerli eşyaların, tahılların ve belgelerin güvenli bir şekilde depolanmasını sağladı ve bankalara benzer işlevler gördü.
Igudar ambarları, kalın duvarlar ve güçlendirilmiş kapılarla tasarlandı. Bu yapılar, hırsızlık ve baskınlara karşı koruma sağlamak amacıyla genellikle yüksek veya müstahkem yerlerde inşa edildi.
Lamine" olarak bilinen bir sekreter ve "Inflas" adı verilen kabile temsilcilerinden oluşan bir komite tarafından yönetiliyordu.
Igudar ambarları, sadece ekonomik açıdan önemli olmakla kalmayıp, aynı zamanda toplulukların hayatta kalması ve dayanıklılığında da hayati bir rol oynadı..
Kadri Ünsal
TEREF
 
Ardını oxu...
Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş sədri Səfər Mehdiyevin adı keçən pensiya qalmaqalı səngimir.

Qaynarinfo xatırladır ki, Səfər Mehdiyevin komitə sədri olduğu dönəmdə bir qrup gömrük işçisinin pensiya hüququ pozulub.

Onlar bununla bağlı ölkə rəhbərliyinə müraciət ediblər. "Dövlət qulluğunun xüsusi kateqoriyasına aid olduğumuzdan bizim xüsusi rütbəli şəxs kimi əmək pensiya hüququmuz 20 təqvim ili tamamında yaranmışdır. Lakin biz həmin hüququmuzdan istifadə etməyərək gömrük orqanlarında öz fəaliyyətimizi davam etdirmişik. Sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2019-cu ilin iyulunda imzaladığı əmrlə bizə heç bir xəbərdarlıq edilmədən gömrük orqanlarında fəaliyyətimizə xitam verilmiş və pensiyaya çıxarılmışıq. Dövlət Gömrük Komitəsi pensiya haqqında məlumat vərəqəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Rütbəli Şəxslərlə Təyinat İdarəsinə göndərib. Həmin məlumat vərəqəsində bizim işlədiyimiz dövrlərdə aldığımız digər əlavələr öz əksini tapmayıb. Bizə çox az pensiya hesablanıb", deyə müraciət müəllifləri qeyd edib.

Paralel olaraq onlardan bəziləri problemi hüquqi müstəvidə həll etməyə çalışır.

Səfər Mehdiyev DGK əməkdaşlarının pensiya hüququnu necə pozub?

Ötən dəfə məlumat vermişdik ki, Səfər Mehdiyev tərəfindən pensiya hüquqları pozulan DGK-nın keçmiş işçilərindən Nəzakət Qazıbəyova qurumu məhkəməyə verib. Bu dəfə isə məlumat almışıq ki, DGK-nın pensiya hüquqi pozulan daha üç keçmiş işçisi - Musa Abbasov, Əli Hacıyev və Yusif Bağırov məhkəməyə müraciət edib.

Onların iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Hər üç gömrükçünün işi üzrə hakimlər təyin edilsə də, iddialara baxılma vaxtı müəyyənləşməyib.
 
Ardını oxu...
8 noyabr - Zəfər günü əfv sərəncamı ilə bağlı gözləntiləri müsbət qiymətləndirmirəm.

TEREF xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında Əfv məsələləri komissiyasının üzü Əliməmməd Nuriyev deyib.

Komissiya üzvü bunun səbəbini əfv sərəncamının may ayında imzalanması ilə əlaqələndirib:

"Sərəncamın imzalanmasının üstündən az vaxt keçib. Bu qısa müddətdə yeni bir sərəncamın imzalanması ehtimalını müsbət qiymətləndirmirəm. Digər tərəfdən, komissiyaların iclasları da keçirilməyib. Bu da qarşıdakı günlərdə növbəti əfv sərəncamının imzalanması ehtimalını azldır".

Əliməmməd Nuriyev bildirib ki, Konistitusiyaya görə, əfv etmək Prezidentin müstəsna hüququdur:

"Prezidentin hətta istəlinən zaman Əfv komissiyalarının iclasları keçirilmədən də onu həyata keçirtmək hüququ vardır. Nəzərə alsaq ki, Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı genişmiqyaslı bir fəaliyyət proqramı işlənilir. Bütün dövlət qurumları, vəzifəli şəxslər prosesdə iştirak edirlər".
 

 
Ardını oxu...
Minimum əməkhaqqının gələn ildən artırılacağı gözlənilir. Hazırda 345 manat olan mimumum əməkhaqqının 400 manat civarında olacağı proqnozlaşdırılır.

Ümumiyyətlə, minimum əməkhaqqı nə qədər arta bilər? Əməkhaqqının artırılmasına paralel olaraq, hansı problemlər ortaya çıxacaq?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən iqtisadçı Natiq Cəfərli mimimum əməkhaqqının 380-390 manata qədər artacağının gözlənilən olduğunu bildirib: “Hazırda mimumum əməkhaqqı 345 manatdır. Əgər 10 faiz artım olarsa, bu, təxminən 35 manat artım deməkdir. Bu zaman məbləğ 380-390 manat civarına qalxa bilər. Yəni, məbləğ 400 manat civarında olacaq, bu, dəqiqdir”.

İqtisadçı minimum əməkhaqqının artması ilə paralel olaraq, ortaya çıxacaq problemi də vurğulayıb: “Minimum əməkhaqqı artan kimi VÖEN-lə çalışan 700-800 minə yaxın insanın Sosial Müdafiə Fonduna ödənişləri avtomatik olaraq qalxır. Bu isə artıq problemə çevrilir. Həmin insanlar minimum əməkhaqqının artımından narahat olurlar. Ona görə də minimum əməkhaqqının VÖEN-lə çalışanların Sosial Müdafiə Fonduna ödənişləri ilə bağlantısı qanunvericilikdən götürülməlidir. Bu zaman proses daha rahat olar”.
 
 
 
Ardını oxu...
Azərbaycanda alkoqollu içkilərin satışını həyata keçirən "Mazarina Trade Company" MMC-nin rəhbəri Qədir Məmmədov inzibati məsuliyyətə cəlb edilib.

Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti Qədir Məmmədovu İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddələri ilə cərimələyib.

192.1-ci maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

192.4-cü maddə isə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

Bu maddəyə əsasən, vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Qədir Məmmədov dövlət qurumunun qərarı ilə razılaşmayaraq, məhkəməyə müraciət edib. İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Zamir Bağırov iş üzrə hakim təyin edilib.

"Mazarina Trade Company" MMC 1998-ci ildə yaradılmış "Mazarina" MMC-nin rebrendinq edilməsi nəticəsində yaradılıb. "Henkel", "Garnier", "Canbebe", "Raid", "Heinz", "Kodak", "Glade", "Camsil", "Avon" və s. alkoqollu içkilər "Mazarina Trade Company" tərəfindən ölkəmizə idxal olunur.
 
Ardını oxu...
 

Uğur qazanan insanların sirri bir sıra davranış və düşüncə vərdişlərinə bağlıdır.

Musavat.com xarici mediaya istinadən xəbər verirki, bu insanlar müəyyən prinsiplərə əməl edərək həyatlarını daha məqsədyönlü və effektiv şəkildə idarə edirlər.

Uğurun əsas sirrlərindən bəziləri bunlardır:

1. Aydın Məqsəd və Vizion

Uğurlu insanlar nə istədiklərini və hara çatmaq istədiklərini dəqiq bilir. Aydın məqsəd və vizion onlara qarşılarına çıxan maneələrdən keçməkdə kömək edir və motivasiyalarını yüksək saxlayır.

2. Nizam-intizam və Davamlılıq

Uğurun sirri yalnız motivasiyadan ibarət deyil; nizam-intizam və davamlılıq da vacibdir. Uğurlu insanlar hər gün kiçik addımlarla irəliləyir, zəhmətdən qaçmır və qarşılaşdıqları çətinlikləri ardıcıl səylərlə həll edir.

3. Davamlı Öyrənmə və İnkişaf

Bu insanlar daim öyrənmə və özünü inkişaf etdirmə yolundadır. Kitab oxumaq, kurslara qatılmaq, fərdi bacarıqları təkmilləşdirmək və yeni biliklərə açıq olmaq onlara uğur gətirən əsas amillərdən biridir.

4. Pozitiv Düşüncə və Müsbət Baxış

Müsbət düşüncə tərzi uğur qazanan insanlara maneələr qarşısında daha dözümlü olmağa kömək edir. Hər bir vəziyyətdə müsbət tərəf tapmağa çalışırlar və uğursuzluqları dərs kimi qəbul edirlər.

5. Risk Götürmək və Qorxularla Üzləşmək

Uğurlu insanlar risklərdən qorxmur və rahatlıq zonasından çıxmağa cəsarət edirlər. Yeni imkanlardan istifadə etmək üçün qorxuları ilə üzləşir və bunları fürsətə çevirməyə çalışırlar.

6. Effektiv Vaxt İdarəetməsi

Uğur qazanan insanlar vaxtlarını çox effektiv istifadə edirlər. Prioritetləri müəyyən edir, əhəmiyyətli işlərə fokuslanır və vaxtlarını məqsədli şəkildə bölüşdürürlər.

7. Daimi Dəyişmə və Uyğunlaşma Bacarığı

Dəyişən şərtlərə və yeni vəziyyətlərə uyğunlaşmaq uğurlu insanlar üçün mühüm xüsusiyyətdir. Onlar çevikdir və istənilən vəziyyətdə yeni yollar tapmağa çalışırlar.

8. Şəbəkə Qurmaq və Müsbət Münasibətlər Yaratmaq

Bu insanlar dəyərli insanlarla əlaqələr qurur və güclü bir şəbəkə yaradırlar. Dəstəkçi və ilham verən bir çevrə uğura gedən yolda mühüm bir amil hesab edilir.

9. Səhvlərdən Dərs Almaq

Uğurlu insanlar uğursuzluqdan qorxmaz, əksinə ondan dərs alarlar. Hər bir səhv onların təcrübəsini artırır və gələcəkdə daha ağıllı qərarlar verməyə kömək edir.

Uğur sadəcə şansla deyil, bu prinsipləri gündəlik həyata tətbiq etməklə əldə edilir. Daim öyrənmək, uyğunlaşmaq və hədəflərə doğru davamlı olaraq irəliləmək uğurun əsas açarlarıdır. 

 

Musavat.com

Ardını oxu...
Deputat Azər Badamov bu günlərdə dağ rayonlarında təbii qaza qoyulan limitə yenidən baxılmalı olduğunu deyib. Onun dediyinə görə, bu rayonlarda yaşayan sakinlər digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar və bu, onların maddi vəziyyətinə daha çox təsir edir.

Ümumiyyətlə, büdcə oğurluğunun, saxtakarlığın, məddahlığın, talançılığın, yalanın və s. limiti olmayan neft-qaz ölkəsində qaza, işığa limit qoyulması əlbəttə ki, izahı çətin olan mövzudur. Lakin belə mövzulara girmədən onu qeyd edə bilərik ki, bizim Tarif Şurası hər dəfə qiymət artımı ilə bağlı qərarlarına sınıq-salxaq izahlar verdiyi kimi, zamanında qaza və işığa limit tətbiqini də müxtəlif bəhanə xarakterli səbəblərlə əsaslandırmağa çalışmışdı. Bunlardan biri də dünya bazarındakı qiymət artımı ilə bağlı idi. Baxmayaraq ki, biz nə elektrik enerjisini, nə də təbii qazı idxal edən ölkə deyilik. Əksinə, Avropa bizdən qaz alır və hasilatımızın, satışımızın artmasını gözləyir. Daxili istehlakımızın isə dünya bazarında baş verənlərdən asılılığı yoxdur.

Yeri gəlmişkən, dünya bazarında nədəsə ucuzlaşma olanda Tarif Şurası bunu görmür və Azərbaycan istehlakçısı da bunu hiss etmir, ancaq artım olanda mütləq hiss etməlidir…

Məlum olduğu kimi, hazırda əhalinin illik qaz istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 12 qəpikdir (2021-ci ilə qədər 10 qəpik olub). 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpikdir. Ümumiyyətlə, bu hesablamalar necə aparılıb, qiymətlər necə təyin olunub – anlamaq çətindir. Əslində, orta statistik ailənin xronometraj olaraq istifadə etdiyi elektrik enerjisi və qazı ortalama götürmək qətiyyən düzgün deyil. Onu da qeyd edək ki, Azərbaycanda rəsmi statistikanın özü kifayət qədər qüsurludur və bu ortalama göstəricilər də mübahisəlidir…

Heç kimə sirr deyil ki, əgər Azərbaycanda qaz sayğacları kart sistemi ilə quraşdırılmasaydı, yəni, vətəndaş yalnız pulunu əvvəlcədən ödədiyi qazı işlətməyə məcbur olmasaydı, insanların “Azəriqaz”a çox böyük qaz borcları yaranacaqdı. Çünki xüsusilə də qış aylarında indiki qiymətlərlə qaz pulunu ödəmək əhalinin böyük hissəsi üçün müşkül məsələdir.

“Azəriqaz” özü etiraf edir ki, abonentlərin yarıdan çoxu qış aylarında aşağı qaz limitini keçir. Bu isə o deməkdir ki, qazın kubmetrini 20-25 qəpiyə alır. Çoxları 1200 kubluq limiti az qala iki həftəyə işlədib bitirir. Özü də bu, təkcə Badamovun dediyi kimi, dağ rayonlarına aid deyil. Bakının ətraf qəsəbələri demək olar ki, əsasən həyət evlərindən ibarətdir. Burada heç də paytaxtın, yumşaq desək, varlı kəsimi yaşamır. Hələ kirayədə yaşayanları demirik. Bu evlərin hamısı qazla qızdırılır. Belə aşağı gəlirli insanlar üçün kubu 25 qəpiyə qaz almağın nə demək olduğunu anlamaq çətin deyil. Həmin ərazilərdə elə ailələr var ki, aylıq kommunal xərcləri xüsusilə də qazın qiymətinə görə 300-400 manata çatır. Minimum əmək haqqı və pensiyaların 200 dollar olduğu ölkədə kommunal xərclərin bu qədər yüksək olmasını həmin Tarif Şurası necə izah edə bilər görəsən?

Tarif Şurası deyiləndə insanlar konkret vəzifəli şəxsləri yox, daha çox hansısa əlahiddə bir şuranı təsəvvür edir. Reallıqda isə Tarif Şurası faktiki olaraq Nazirlər Kabinetinin bir hissəsidir. Burada iqtisadi və sosial istiqamətlərə məsul olan şəxslər yer alır. Bu artım qərarları isə onların beyninin məhsulundan daha çox ümumilikdə hökumətin apardığı iqtisadi siyasətin - qiymət, cərimə, vergi, rüsum və s. artımı üzərində qurulan və heç bir parlaq iqtisadi gələcək vəd etməyən siyasətin nəticəsidir. Bu siyasət ona gətirib çıxarıb ki, neft-qaz ölkəsi olan Azərbaycanın hökumətinin gözü qışda soyuqdan ölməmək üçün neçəyə də olsa qaz pulu ödəməyə məcbur olan kasıb vətəndaşın cibinə dikilib…

Azərbaycanda deputatların əhalinin real problemlərini səsləndirməsi nadir görünən hadisə olduğundan, Badamovun bu açıqlaması təqdirəlayiqdir. Demək olar, hər il bu mövzu qış ərəfəsində aktuallaşır. Lakin təcrübədən çıxış etsək, çətin ki, Tarif Şurası, yəni hökumət belə çağırışlara, əhalinin narazılılğına və s. məhəl qoya. Çünki indiyə qədər Tarif Şurasının xalqla, əhalinin kasıb təbəqəsi ilə hesablaşdığını görməmişik…

C.Məmmədov

“AzPolitika.info”
 

VİDEO

Ardını oxu...
  

Aparıcı Sevinc Telmanqızının təqdimatında TV Müsavat-ın canlı efirində "SƏHƏR XƏBƏR" verilişi təqdim olunub.

Musavat.com xəbər verir ki, Sevinc Telmanqızı minimum əməkhaqqı və pensiyaların artırılması xəbərindən danışıb.

Ətraflı videoda:

 
 
 

Dünyapress TV

Xəbər lenti