Ardını oxu...
Nazir ciddi mövzuya toxunub, amma, sanki, müxalifət partiyası funksioneri kimi danışıb.
Vəzifəli şəxslərin səlahiyyəti var, onlar belə açıqlama verərkən açıq şəkildə bəzi suallara da cavab verməlidir:
Niyə daxil olmur?
Hansı qurumlar cərimələri mənimsəyir?
Nə qədər vəsait büdcədən yayınır?
Kim-kimlərdir günahkar?
Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?
Dövlət-hökumət qurumları, məmurlar səlahiyyət sahibidirlər, səlahiyyət isə məsuliyyət yaradır, müxalifətin məlumat bazasına çıxışı yoxdur, halbuki, Parlament partiyalarının belə bir imkanı olmalıdır - olsa, məlumat əldə edib kimin nəyi necə etdiyini göstərə belərik. Ona görə də, nazir ünvanlı, nəticədən yox, səbəbdən danışmalıdır...
Natig Cəfərli
TEREF
 
Ardını oxu...
Statistikaya görə, taksidən istifadə edənlərin sayı azalır.

Belə ki, metrodan istifadə etmiş sərnişinlərin sayı 6.2 faiz artaraq 188.9 milyon nəfər, avtobusdan istifadə etmiş sərnişinlərin sayı 10.3 faiz artaraq 1.426 milyon nəfər, taksidən istifadə edənlərin sayı isə 5.1 faiz azalaraq 69.6 milyon nəfər olub.

Bəs taksidən istifadə edənlərin sayı niyə azalır? Buna səbəb qiymətlərin artmasıdır, yoxsa ictimai nəqliyyatda problem azalıb?

Mövzu ilə bağlı “Cebheİnfo.az”-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu il taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aparılan islahatlar nəticəsində taksilərin sayı kifayət qədər azalıb. Elməddin Muradlının sözlərinə görə, insanların ictimai nəqliyyata marağı və münasibəti dəyişib:

“Əvvəl hardasa 70 min civarında taksi vardı. Bunların sayı indi 35 min qiymətləndirilir. Bu baxımdan hesab edirəm ki, təbii bir proses var. Vətəndaşlar taksi sifariş verəndə, əvvəlki kimi 3-5 dəqiqəyə gəlmir. Digər tərəfdən, taksilər avtobus zolaqlarına daxil ola bilmədiyinə görə müştəriləri mindirib-düşürməkdə əziyyət çəkirlər. Müştərilər də artıq bunu bir risk kimi qiymətləndirir. Taksi tıxacda qalır. İnsanlar fikirlərşir ki, metro və avtobus onları mənzil başına daha tez və təhlükəsiz çatdırır”.

Ekpert bildirib ki, əslində aparılan islahatların əsas mahiyyəti də elə bundan ibarət idi:

“Yəni, insanlar daha çox ictimai nəqliyyata üz tutsunlar. Bu da öz təsirini göstərir. Bunu müsbət dəyərləndirmək olar”.

Ekspert qeyd edib ki, hazırda taksi sürücüləri arasında 2 müxtəlif qrup formalaşıb:

“Amma nəzərə almaq lazımdır ki, taksi sürücüləri də buna iş, dolanışıq yeri kimi baxırlar. Hər halda onların da bu məsələdə mövqeyini nəzərə almaq lazımdır ki, normal şəkildə qazanc əldə etsinlər. İndi taksi sürücüləri məsələyə müxtəlif yanaşırlar. Bir qismi deyir ki, normaldır, əvvəlkindən yaxşıdır, daha rahat qazanırıq, normal qiymətə gediş edə bilirik. Digər hissəsi isə narazıdır ki, şirkətlər uzaq məsafələrə ucuz gediş verir və bu sərf etmir”.

Elməddin Muradlı vurğulayıb ki, taksi də ictimai nəqliyyatın bir növü hesab olunduğu üçün onların avtobus zolaqlarında hərəkətinə icazə verilməlidir:

“Bu məsələləri bir daha təhlil etmək lazımdır. Taksi sürücüləri üçün nomral şərait yaradılmalıdır. Çünki onların üzərində çox böyük tələblər var. Onlar müxtəlif sənədlər yığır, təlim keçir, imtahan verirlər. Bakıda taksi duracaqlarının sayı azdır. Avtobus zolaqları çəkiləndən sonra onlar müştəriləri mindirib düşürməkdə çox əziyyət çəkirlər.

Bununla da təhlükəli vəziyyət yaranır. Bunun üçün taksi sürücüləri məsuliyyət hiss etməlidirlər. Çünki qanunsuz fəaliyyətlə məşğul olanlar çoxdur. 35 minin cəmi 15 mini bütün sənədləri qaydasında olan sürücülərdir. 2 mini hələ də qanunsuz fəaliyyət göstərir. Onlar da problemlərini həll etsələr, sənədləri qaydasında olsa, o zaman mərkəzi informasiya sisteminə həmin sürücülər barədə məlumat ötürmək olar. Bundan sonra onların avtobus zolaqlarında hərəkətinə icazə verilə bilər”.
 

Ardını oxu...

Əmək pensiyalarının orta aylıq məbləğinin təxminən 8 faiz artırılması indeksasiyanın əsasında mümkün olacaq. Çünki gələn il yanvarın 1-dən etibarən bütün növ əmək pensiyalarının indeksləşdirilməsi həyata keçiriləcək.

Gununsesi.info bildirir ki, bu sözləri iqtisadçı-alim Vüqar Bayramov maaş və pensiyaların artımından danışarkən deyib.

“Həm ailə başçısını itirməyə, həm yaşa, həm də əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğləri gələn ilin yanvarından etibarən indeksləşdiriləcək. Nəzərə alaq ki, həm əmək pensiyaları əvvəlki ilin orta aylıq maaşlarının artım tempinə uyğun indeksləşdirilib, həm də pensiya kapitalı əvvəlki ildə inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılıb. Bu konteksdən bütün növ minimum əmək pensiyalarında, o cümlədən minimum əmək haqqında gələn ildən artımların olacağı gözlənilir. Eyni zamanda sosial paketin digər sosial ödənişləri əhatə edəcəyi gözlənilir. Artıq sosial paketlə bağlı müzakirələr büdcə zərfi çərçivəsində aparılır. Gözlənilir ki, bu müzakirələr nəticəsində xüsusilə digər ödənişlərlə bağlı konkret rəqəmlərin təqdim olunması mümkün olacaq”, – o əlavə edib.

Gununsesi.info

Ardını oxu...
“Gələn ildən Azərbaycanda təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq”. Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.

Bəs müəllimlərə veriləcək güzəştli kartlarda hansı endirimlər əks olunacaq?

Bu barədə təhsil eksperti Rizvan Fikrətoğlu Redaktor.Az-a açıqlamasında bildirdi ki, təhsilin xeyrinə olan hər bir güzəşt təqdir olunmalı və müsbət baxımdan nümayiş edilməlidir:

"Xüsusən "Tələbə Plus" kartlarının müəllimlərə verilməsi yaxşı haldır. Ümumiyyətlə, tələbələrə hansı güzəştlər varsa, bu kartda da eynisi olacaq. Layihənin təşəbbüskar Təhsilin İnkişafı Fondudur. Müəyyən kafe və restoranlar, geyim mağazaları, böyük supermarketlər, hipermarketlər, muzeylər, kitabxanalar, nəşriyyatlar fondla əməkdaşlıq edir ki, bu karta sahib olan şəxslər güzəştdən yararlansın. Məsələn, hər hansı bir mağazada malın qiyməti 10 manatdırsa, bu kartla 7 manata alacaq, yəni 30 faiz endirim olacaq".

Ekspertin sözlərinə görə, gələcəkdə bu kart vasitəsilə nəqliyyatda da endirimlərdən yararlanmaq mümkün ola bilər:

"Bununla bağlı iş gedir, hələ yekun qərar yoxdur. Ola bilsin ki, elektrik qatarlarında, metroda, avtobuslarda gediş haqqı daha az olsun, yaxud buna bənzər hər hansısa güzəşt tətbiq olunsun. Çünki güzəştlərin hansı şəkildə olması ilə bağlı müzakirələr gedir. Onu da qeyd edim ki, Təhsilin İnkişafı Fondu hər gün öz partnyorlarının sayını genişləndirir və yeni müqavilələr imzalamaq yönündə addımlar atır".
 
 
 
Ardını oxu...
Mənzil bazarında baş verənləri təəccüblə izləməyə davam edirik. Ölkə insanı üçün fantastik qiymətlər deməyə söz saxlamır. Azərbaycanda orta aylıq əməkhaqqı 1000 manata çatmır. Ancaq paytaxtın babat yerində 100 min manatdan ucuz birotaqlı mənzil almaq mümkün deyil. Daha geniş mənzillərin qiyməti azı 1,5 dəfə bahadır. Şəhərin mərkəzində milyonlardan danışmaq lazım gəlir. Mənzil bazarında baş verənlər heç adekvat görünmür.

Bizimyol.info xəbər verir ki, Bakıda mənzil sahibi olanlar daha aşağı yaşayış sahəsinə üstünlük verməyə başlayıblar. Rəsmi açıqlanan rəqəmlər bunu deyir. 2021-ci ildə paytaxtda bina evlərində orta yaşayış sahəsi 118 kvadratmetr imiş. 2024-cü ildə göstərici 85 kvadratmetrə düşüb.

Təəssüf ki, mənzil bazarı ilə bağlı rəsmi hesabatlar müfəssəl olmur. Heç bunları rəsmi hesabat da adlandırmağa dəyməz. Dövlət Statistika Komitəsi adəti üzrə düşünməyə, müzakirəyə çox material verməməyə çalışır. Soyuq rəqəmlər nəsə pıçıldamasa, müzakirə də aparmaq olmur.

Görünən budur ki, əhali daha kiçik yaşayış sahəsi olan mənzillərə sığınmaq qərarı verib. Çünki qiymətlər çox yüksəlib. Məsələn, pandemiyadan əvvəl metronun “20 Yanvar” stansiyasının ətrafında 60-65 min manata ikiotaqlı italyan layihəli mənzil almaq olurdu. İndi isə azı 90-95 min manatın olmalıdır ki, həmin mənzilə sahib çıxasan.

Təkcə paytaxtda belə deyil. Sumqayıtda ev elanlarına baxırsan, ikiotaqlı mənzillərin 80-100 min manata satıldığını görürsən. Sumqayıtda işsizlik faizi çox yüksəkdir. Onminlərlə insan hər səhər oradan paytaxta işləməyə gəlir. Əksəriyyət xidmət sektoruna möhtac qalıb. Burada böyük gəlirdən söhbət gedə bilməz. Bu qazancla həmin mənzillərin alınması mümkün görünmür.

Mənzil Azərbaycanda sadə adamlar üçün əlçatmaz olub. İpoteka krediti götürməsən, almağı ağlına da gətimirsən. Hərdən elə təəssürat yanaır ki, ölkədə düz yolla mənzil əldə etmək də xülyadır.

Ev bazarında birotaqlı mənzillərə maraq da imkansızlığa görədir. Daha çoxuna iddia etmək heç bir halda alınmır.
 
Ardını oxu...
Gələn il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 16 milyard 909,7 milyon manat məbləğində proqnozlaşdırılıb.
Bu, 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub.

Sosialyönlü xərclər siyahısına büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər, o cümlədən 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyanın verilməsi ilə bağlı nəzərdə tutur.

Bəs görəsən növbəti ildən müharibə veteranlarına verilən 80 manat təqaüd artacaqmı?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Sonxeber.az – a açıqlama verib:

"Müharibə veteranlarına verilən təqaüdün artırılması ilə bağlı müzakirələrə tez-tez rast gəlirik. Çünki bilirsiz ki, ölkə başçısının 2019-cu il 1 aprel tarixli fərmanı ilə məhz Qarabağ veteranları üçün 80 manat prezident təqaüdü müəyyənləşdirilib. Bu təqaüd kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müvinətlərinin əvəzinə verilir. 2019-cu ildən bəri həmin məbləğdə artım müşahidə olunmayıb. Baxmayaraq ki, kommunal, nəqliyyat və digər xidmətlərdə artım müşahidə olunur, ancaq 80 manat təqaüddə isə yox. Bu baxımdan da mövzunun tez-tez müzakirə olunması başa düşüləndir. Amma onu da nəzərə almaq lazımdır ki, bu kateqoriyaya daxil olan vətəndaşların sayı çoxdur. Təqribən 184 min vətəndaş ərazi bütövlüyü və suverenlik uğrunda döyüşlərdə iştirak edib və onların təqaüdünün artırılması əlbəttə ki, ölkədəki fisikal gəlirlərin səviyyəsindən, mailiyyə dəyərləndirilməsindən asılıdır. Bütün bunlara baxmayaraq yanaşmalar fərqlidir. Hətta biz müzakirələr zamanı "Veteranlar içərisində döyüşlərdə iştirak edib yaralananlara bir cür, yaralanmayanlara başqa cür təqaüd vermək lazımdır" deyə fikirlər də görürük. Ancaq bütün hallarda indiki məbləğ, yəni 80 manat artırılmalıdır. Çünki, kommunal xərclər, nəqliyyat xərcləri 2019-cu ildən bəri fərqli nisbətlərdə artıb bə buna görə müavinətlər də buna uyğun artırılmalıdır. Hesab edirəm ki, bununla bağlı yaxın zamanda dəyişikliklər görəcəyik. Pensiyalar və minimum əmək haqqının artım tempində dəyişiklik olacağı kimi müharibə veteranlarının aldığı vəsait də artacaq. Nə qədər artacağı isə dövlətin fisikal gəlirlərindən asılı olacaq".
 
Ardını oxu...
Bu qocalıq-cavanlıq necə müəyyənləşdirilir?

Mövzuya keçməzdən əvvəl 7-8 il bundan öncə maraqlı bir görüşü xatırlamaq istəyirəm.

Bakıda bir beynəlxalq tədbirdə iştirak edirdim. Fasilədə xaricdən gəlmiş həmkarlarla söhbətləşirdik. Yerli dostlarım xaricilərdən təkidlə soruşurdular ki, Bakıda nə xoşunuz gəldi, nələrə təəccübləndiniz? Qonaqlardan biri sualımıza sualla cavab verib dedi ki, bizi restoranlarla, mollarla təəccübləndirmək olmaz. Bizi ən çox təəccübləndirən o oldu ki, "Fəvvarələr" meydanında yüzlərlə gənc və uşaq gördük. Avropada parklarda bu qədər gənc, yaxud uşaq görə bilməzsiniz. Oralarda qocalar daha çoxdur. Bu uşaqlar və gənclər sizin böyük sərvətinizdir.

İndi isə qayıdaq mövzumuza.

Məşhur statistik və demoqraf Sandberq əhalinin yaş strukturuna görə üç tipə ayırmağı təklif etmişdi: proqressiv, reqressiv və stasionar.

Əhalinin proqressiv yaş strukturu – strukturda 0-14 yaşda əhalinin xüsusi çəkisi (ümumi əhaliyə nisbəti) 50 və daha yuxarı yaşda əhalinin xüsusi çəkisindən böyükdürsə, bu zaman əhalinin sayca artması təmin edilmişdir.

Əhalinin reqressiv yaş strukturu – strukturda 50 və daha yuxarı yaşda əhalinin xüsusi çəkisi 0-14 yaşda əhalinin xüsusi çəkisindən böyükdürsə, o zaman gələcəkdə əhalinin sayının azalması təhlükəsi gözlənilir.

Əhalinin stasionar yaş strukturu – strukturda 0-14 yaşda əhalinin xüsusi çəkisi 50 və daha yuxarı yaşda əhalinin xüsusi çəkisinə bərabərdirsə, əhalinin sayının sabit qalacağını demək mümkündür.

Masallı Rayon Statistika İdarəsindən aldığımız məlumata əsasən, burada 2024-cü ilin əvvəlinə 0-14 yaşda əhalinin sayı 50256 nəfər, 50 və daha yuxarı yaşda əhalinin sayı isə 56461 nəfər olub. Deməli, əhalinin reqressiv yaş strukturu qeydə alınıb və gələcəkdə ümumi azalma təhlükəsi mövcuddur.

Astara və Lənkəran rayonlarında da vəziyyət eynidir. Amma Cəlilabad, Yardımlı və Lerik üzrə əhalinin proqressiv yaş strukturu qeydə alınıb, deməli, burada əhalinin potensial olaraq artması təmin edilib.

Əhali arasında 60 və daha yuxarı yaşlı şəxslərin payının artması isə artıq əhalinin qocaldığından xəbər verir.

Polyak demoqraf E.Rossetin şkalasına görə, ölkə əhalisinin sayında belə şəxslərin payının 8%-ə qədər olması “demoqrafik cavanlıq”, 8–10% olması “qocalmanın başlanğıcı” kimi qiymətləndirilir, 12%-dən yuxarı göstərici isə birbaşa “demoqrafik qocalma”dır.

Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, rayon əhalisinin 2024-cü il yanvar ayının 1-nə olan sayı 226 661 nəfər olub, onların da 12,8 faizi 60 və daha yuxarı yaşdadır. Deməli, rayon demoqrafik cəhətdən qocalır.

BMT-nin demoqrafiya şöbəsinin ekspertləri isə qocalma proseslərinin ölçülməsi üçün 65 yaşı sərhəd olaraq qəbul edirlər. Onlar əhalinin demoqrafik strukturunu xarakterizə edən üç mərhələ müəyyənləşdiriblər. Ölkə üzrə 65 və daha yuxarı yaşda əhalinin sayının ümumi əhali sayında xüsusi çəkisi: 1) 4,0%-ə qədər olduğu halda, bu, gənc əhalidir; 2) 4,0-7,0%-dirsə, əhali qocalığın astanasındadır; 3) 7,0%-dən çoxdursa, deməli, əhali ümumən yaşlıdır.

Yuxarıda deyilənlərə onu əlavə edə bilərik ki, Azərbaycanın Lerik və Yardımlı rayonlarında 65 və daha yuxarı yaşda insanların sayı ümumi əhalinin sayında 6,0%, digər rayonlarda isə azı 7,0% səviyyəsində qeydə alınıb. Buradan da məlum olur ki, Lerik və Yardımlı rayonları qocalığın astanasındadırlar, Masallı, Cəlilabad, Astara və Lənkəran rayonlarının əhalisi isə artıq “yaşlı əhali” mərhələsinə keçibdir.

Əhalinin qocalmasının müxtəlif səbəbləri olur, anca onların ən əsası doğumun sayının azalmasıdır.

Masallıda 2024-cü ilin əvvəlinə doğulanların sayı 2559 nəfər olub: bu, 1990-cı ilə nisbətən 42,9 faiz azdır. Eyni müddətdə rayon üzrə təbii artım göstəricisi isə 2261 nəfərdən 1318 nəfərə düşüb. Əgər 1990-cı ildə rayonda 4479 doğulan və 900 ölən var idisə, 2023-cü ildə doğulanların sayı xeyli azalıb (2559 nəfər) ölənlərin sayı isə 38%-dək artıb (1241 nəfər).

Bir sözlə, demoqrafik dəyişikliklər insanların həyat şərtləri ilə bağlıdır və sosial-iqtisadi vəziyyəti nəzərə alaraq, gənc ailələr uşaqların sayının az olmasına üstünlük verirlər. Onlara sosial dəstək proqramları qəbul edilməli və real həyata keçirilməlidir. Gənclərin ailə qurması üçün şərait yaxşılaşdırılmalıdır.

Zahir Əmənov
pressklub
 
Ardını oxu...
"Tibbi sığorta haqqında" qanuna əsasən iki və ya daha çox yerdə işləyən şəxslər hər iş yeri üzrə icbari tibbi sığorta haqqı ödəməlidir. Bu şəxslərin icbari tibbi sığorta haqqı hər bir iş yerində ayrıca hesablanıb icbari tibbi sığorta fonduna ödənilir. Başqa sözlə, əgər şəxs iki yerdə işləyirsə, hər iki iş yerində icbari tibbi sığorta haqqı tutulur. Bu da iki və ya daha çox yerdə işləyən şəxsləri narazı salır.
Qeyd edək ki, "Tibbi sığorta haqqında" qanuna əsasən, tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir. Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsidir. İcbari tibbi sığorta sisteminin məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir.
1 yanvar 2021-ci il tarixindən etibarən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb. 1 aprel 2021-ci il tarixindən isə icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edib.
Deputat ikinci iş yerində güzəşt olmasını təklif edir
Deputat Vüqar Bayramov təklif edir ki, iki yerdə işləyənlərin ikinci, yəni əsas olmayan iş yerində icbari tibbi sığorta haqqı ilə bağlı güzəşt tətbiq olunsun:
"Beynəlxalq təcrübəyə nəzər salsaq, bəzi ölkələrdə əsas olmayan, yəni ikinci iş yerində bu kimi icbari ödənişlər tutulmur və ya güzəştlər tətbiq edilir. Eyni zamanda VÖEN-lə (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) çalışan vətəndaşlar üçün də belə bir praktikanın tətbiqinə ehtiyac var. Əgər vətəndaşın əsas və tam ştat iş yeri varsa, eyni zamanda VÖEN-lə çalışırsa, əsas iş yeri icbari tibbi sığortaya cəlb edildiyi üçün VÖEN-lə çalışdığı halda güzəştin edilməsinə ehtiyac var".

Deputat əlavə edib ki, bu istiqamətdə güzəştlər tətbiq edilərsə, belə vətəndaşlar üçün maliyyə ödəniş ağırlığının qarşısı alınar və ödənişlərin daha ədalətli həyata keçirilməsinə imkan yaranar.
Bəzi ekspertlərin fikrincə, bu sahədə qanunvericilikdə boşluq var. Qanunvericilikdə hər əmək müqaviləsinə şamil edildiyinə görə, işəgötürən də əmək müqaviləsi bağlayarkən buna riayət etməyə borcludur. Dəyişiklik olmalıdır ki, vətəndaşın ödənişi üçün bir əmək müqaviləsi kifayət etsin. Şəxs icbari tibbi sığorta haqqını bir dəfə ödəməlidir.
İcbari tibbi sığorta haqları nə qədərdir?
Qeyd edək ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur. Məsələn, işçinin aylıq əməkhaqqı 1500 manatdırsa, onun əməkhaqqından 2%, yəni aylıq 30 manat icbari tibbi sığorta haqqı tutulur. Həmçinin, işəgötürən işçi üçün həmin məbləğin 2%-ni, aylıq 30 manat icbari tibbi sığorta haqqı ödəyir. Ümumilikdə işəgötürən və işçi birlikdə 60 manat (30+30=60 manat) icbari tibbi sığorta haqqı ödəyir.
Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur.
Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyirlər. Məsələn, şəxs aylıq 500 manat gəlir əldə edirsə, bu halda onun gəlirindən 2%, yəni aylıq 10 manat icbari tibbi sığorta haqqı tutulur. Digər bir nümunədə əgər şəxs aylıq 8500 manat gəlir əldə edirsə, bu zaman 8000 manatın 2%-i, yəni 160 manat, qalan 500 manatın isə 1%-i, yəni 5 manat icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə şəxs gəlirindən aylıq 165 manat icbari tibbi sığorta haqqı ödəməlidir.
Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər minimum aylıq əməkhaqqının 4 faizi miqdarında (Hazırda minimum əməkhaqqı 345 manat olduğu üçün ayda bu məbləğ 13.80 manat təşkil edir) icbari tibbi sığorta haqqı ödəməlidir. Bu məbləğ hər ay üçün hesablanır və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir. Vergi Məcəlləsinə əsasən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı halda vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar) icbari tibbi sığorta haqqı ödəməkdən azaddır.
Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?
Heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Həmin şəxslərin icbari tibbi sığorta haqqını dövlət ödəyir.
İcbari tibbi sığortadan necə istifadə etmək olar?
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə etmək mümkündür. Vətəndaş tibbi xidmətə ehtiyacı yarandığı təqdirdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Səhiyyə Nazirliyinin tibb müəssisələrinə şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilər. İcbari tibbi sığortadan istifadə etmək üçün tibb müəssisəsinə müraciət edərkən şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır. Stasionar şəraitdə müayinə və müalicə tibbi göstəriş və həkim göndərişi əsasında aparılır. Bu zaman istifadə olunan dərman, tibbi sərf və gündəlik qidalanma təminata daxildir.
Xidmətlər Zərfi
Xidmətlər Zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. Xidmətlər Zərfinə 3315 sayda tibbi xidmət daxildir.

SPUTNİK.az
 
 
 
Ardını oxu...
"Təkcə Azərbaycanda deyil, xarici ölkələrin də əksəriyyətində 70 yaşdan yuxarı olan vətəndaşlara kredit verilmir".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov bankların 70 yaşdan yuxarı vətəndaşlara kredit verməməsinin səbəblərindən danışarkən deyib.

Əkrəm Həsənov bank və bank təşkilatlarının müəyyən statistikasının olduğunu vurğulayıb:

"Bəzi vətəndaşlar götürdüyü kreditləri qayıtmır, banka problem yaradır. Ola bilsin ki, hansısa bank 70 yaşdan yuxarı insanlara kredit verir, amma bildiyim odur ki, Azərbaycanda əksəriyyət bank 70 yaşdan yuxarı olanlara kredit vermir. Ona görə ki, yaşı 70-dən yuxarı olan insanın ölmək ehtimalı daha böyükdür".

Əkrəm Həsənov bildirib ki, kredit vətəndaşın aylıq maaşına, yaxud da gəlirinə görə ayrılır:

"Əgər kredit həmin şəxsin pensiyasına görə hesablanırsa, onda 70 yaşdan yuxarı olan vətəndaşa kredit vermirlər. Çünki həmin şəxs ölsə, pensiya kəsiləcək. Bəs alınan krediti kim qaytaracaq? Düzdür, yaranan hər bir insan ölür, amma yaşlı insanlarda bu ehtimal yüksəkdir. Buna görə də yaxşı maaş alan, yaxud da zamin varsa, girov qoyacaqsa, istəlinən bank bu şəxslərə kredit verəcək. Sabah həmin vətəndaş vəfat etsə də, krediti zamindən alacaqlar".
 
Ardını oxu...
Şikayətimiz var, xahiş edirik gəlin araşdirin, onsuz da sancaqlarin yivlərini saymaqdan ötrü ezamiyyətlər yazilir, qoy bu bir dəfə də neftçilərə görə yazilsin!
Həlli düyünə düşmüş Şikayətlər "qutusundan"
Azneft İB-də olan cənablara muraciət etmək istəyirəm, xususi olaraq gəlib quyularin fləns birləşmərində olan sancaqlarin simmetrik (yivin hər iki tərəfdən bərabər) olmamasini bizlərə irad bildirən o məsul rəhbərə ki, görsün əsl problem nədir və əslində nələri həll etmək lazimdir :
Bizim öz idarə rəhbərlərimizin heç birindən şikayətimiz yoxdur, çunki onlarin nə gecəsi var nə də gunduzu, neftin hasilatinda bu insanlar bizimlə bir yerdə əziyyət çəkirlər və daim bacardiqlari köməkliyi bizlərə edirlər. Amma problem nədir:
Neft Daşlarinda bu ayin 2,3,4,5-də hava şəraiti ilə əlaqədar gəmi nəqliyyati olmamişdir. Nəqliyyat olub noyabrin 6-si və sonraki günlərdə. Növbələr üst-üstə yiğildiği üçün işçilər təsdiq olunmuş qrafik üzrə vaxtinda işə gələ bilməmişlər, çunki Qara Qarayev gəmisi 120 nəfərdən artiq sərnişin daşiya bilmir. Nəticədə işçilər 1-2 gün boşdayanmada olublar. Sual yaranir ki, nəqliyyat ola-ola mən niyə gün itirməliyəm? Ayin axirinda ödəniş cədvəlində həmin boşdayanmani "firtina" kimi qeyd edəcəklər amma həmin gün firtina olmayib axi? Məhkəmə müstəvisinə çixdiği halda bu fakt artiq özü bir hüquqi xətadir. Əgər sənin nəqliyyatin belə vəziyyətdə işçiləri daşimaq qabiliyyətinə malik deyilsə niyə kömək kimi əlavə gəmilər cəlb edilməyib? Niyə naraziliq yaradirdiz? Ona görə də xahiş edirik SOCAR Baş Ofis səviyyəsində bu məsələ ilə əlaqədar xususi komissiya yaradilsin və məsələnin həlli üçün biz neftçilərlə görüş keçirilsin, təklif və rəylər dinlənilsin.
P.S. Mənim özümə maraqlidir, görəsən bizim əməkhaqqi şöbəsinin rəisi özü ömründə bir dəfə də olsun qirağda "küləyə düşübmü" ? Elə xətir-hörmət qoyub dinmirik deyə daha bu qədər də yox daa!
Mirvari Gahramanli
TEREF

Dünyapress TV

Xəbər lenti