Ardını oxu...
2050-ci ilə qədər dünya üzrə böyüklərin 60%-i, uşaq və yeniyetmələrin isə 31%-i artıq çəkidən və ya piylənmədən əziyyət çəkəcək.

Bu barədə Emmanuela Qakidou araşdırma aparıb. Mütəxəssis vəziyyəti “dərin faciə və cəmiyyətin monumental uğursuzluğu” adlandırıb. Onun sözlərinə görə 2050-ci ilə qədər Asiya və Afrikada piylənmənin kəskin şəkildə artacağı gözlənilir:

“Yüksək gəlirli ölkələrdə ən yüksək göstəricilər ABŞ, Çili və Argentinada proqnozlaşdırılır.

Avropada Yunanıstan piylənmə üzrə lider olacaq: qadınların 48%-i və kişilərin 41%-i 2050-ci ilə qədər hər dörd obez yetkindən biri 65 yaşdan yuxarı olacaq və bu, xüsusilə yoxsul ölkələrdə səhiyyə sistemlərinin yükünü artıracaq. Artıq piylənmə hər il 1,6 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur”.

Ümumdünya Piylənmə ilə Mübarizə Federasiyasının məruzəsindəki proqnozda isə əks olunub ki, 2035-ci ildə Azərbaycanda hər üçüncü yetkinyaşlı şəxs piylənmədən əziyyət çəkəcək.

Bəs, piylənmə ilə mübarizə aparmaq üçün nə etməliyik?

Qida məsələləri üzrə ekspert İlkin Şirinov Bizim.Media-ya açıqlamasında piylənmənin əsas səbəblərindən danışıb.

"Dietoloqlar müxtəlif qidalanma üsulları təyin edirlər. Bu, anlaşılandır. Lakin hər insanın özünə, orqanizminə uyğun qidalanma mədəniyyəti var. Təəssüflər olsun ki, bu gün qidanın məkanına, saatına, baxmadan qəbul edirlər. Dəfələrlə şahid oluram ki, insanlar gecə on bir, on iki fəsfudlar, dönərlər alır, müxtəlif hazır qidalar qəbul edilir. Halbuki bu saatlar insan bədəninin rahat şəkildə dincələn vaxtıdır. Mənşəyini bilmədiyimiz qidaları qəbul edib, yuxu pozğuntusundan, narahatlıqlardan şikayət edirik. Nəticədə çoxumuz antidepresantlardan istifadə etməyə başlayırıq ki, bu da piylənməyə səbəb olur”, - o deyib.

Ekspert bildirib ki, insanlar gündəlik həyatda piylənmənin fərqinə varmırlar.

“Mütəmadi olaraq insanlara düzgün qidalanmağın yolları barədə çağırışlar edilir, xəbərdarlıqlar olunur, amma bununla belə yenə də onlar sağlamlıqlarına qarşı biganədirlər. El arasında istifadə olunan bir deyim var: Qarın doyur, amma göz doymur. Ən böyük problem də budur.

Alış-veriş mərkəzlərində müşahidə etsək görərik ki, insanların sərfiyyatı daha çox qida üzrədir.

Qidalanmaya sərf olunan pul onların sağlamlığı bahasına başa gəlir. Kütləvi qida bazarlığı insanların birbaşa qəsdinə dayanır. Bu da piylənməyə gətirib çıxarır. Sonra isə müxtəlif dietoloqlara müraciət etməyə başlayırıq”,-deyə İ.Şirinov fikrini yekunlaşdırıb.
 
Ardını oxu...
Çay dünyada ən çox istehlak edilən içkilərdən biridir. Onun tərkibindəki antioksidantlar və digər faydalı maddələr sağlamlığa müsbət təsir göstərsə də, həddindən artıq istehlakı bəzi mənfi nəticələrə səbəb ola bilər.

Mütəxəssislər gündə 3-5 stəkan çayın sağlamlıq üçün faydalı olduğunu bildirirlər.

Bu miqdarda çay immuniteti gücləndirir, maddələr mübadiləsini sürətləndirir və ürək-damar sisteminə müsbət təsir göstərir

Lakin normadan artıq çay istehlak etmək bəzi sağlamlıq problemlərinə yol aça bilər.

Normadan artıq içildikdə çayın zərərləri:

Yuxu problemləri: Çayın tərkibində olan kofein yuxusuzluq və əsəbilik yarada bilər.

Dəmir çatışmazlığı: Çay qidadan alınan dəmirin orqanizmə sorulmasını azalda bilər.

Bağırsaq problemləri: Çox çay içmək mədə turşusunu artıraraq qıcqırma və həzm problemlərinə səbəb ola bilər.

Sümük zəifləməsi: Bəzi araşdırmalar göstərir ki, çox çay içmək kalsium çatışmazlığına gətirib çıxara bilər.

Qeyd edək ki, yüksək təzyiqi olanlar, mədə problemləri yaşayanlar, hamilə qadınlar və dəmir çatışmazlığı olanlar az çay istehlak etməlidir.

Gündə 3-5 stəkan çay içmək faydalı olsa da, normanı keçmək sağlamlıq problemlərinə səbəb ola bilər. (BAKU.WS)
 
 
 
Ardını oxu...
Tez bir zamanda üzərinizdən gərginliyi atmaq və əhvalınızı yüksəltmək üçün yollar axtarırsınızsa, damcıları və valerianı unudun. Alimlər iddia edirlər ki, rəqs sadəcə bir əyləncə deyil, hətta güclü terapiyadır.

Bu barədə Pravda.ru-nun dərc etdiyi materialda bəhs edilib.

Rəqs sağaldır və bu sübut olunub

"Psychology of Sport and Exercise" jurnalında dərc edilən araşdırmada mütəxəssislər müəyyən ediblər ki, hətta qısamüddətli rəqs dərsləri belə kortizol səviyyəsini (stres hormonu) azaldır, ürək döyüntüsünü və qan təzyiqini normallaşdırır, həmçinin təbii antidepresanlar olan oksitosin və endorfinlərin ifrazını stimullaşdırır.

"Rəqs bədənin və beynin sinxronlaşmasına kömək edir, rahatlama və sevinc effekti yaradır", - deyə tədqiqatın müəllifləri qeyd ediblər.

Qrup effekti

Alimlər baletdən tutmuş salsaya qədər müxtəlif rəqs növlərini sınaqdan keçiriblər və məlum olub ki, ən böyük effekt qrup şəklində rəqslər zamanı yaranır. Bu, təkcə "xoşbəxtlik hormonları"nın işə düşməsini artırmır, həmçinin narahatlıq səviyyəsi yüksək olduqda kritik hesab edilən dəstək və aidiyyət hissini yaradır.

Bu üsul niyə effektivdir?

Fiziki aktivlik stres hormonlarını emal etməyə kömək edir.

Musiqi beynin emosiyalarla əlaqəli sahələrini aktivləşdirir.

Ritm və hərəkət daxili gərginlik səviyyəsini azaldır.

Sosial qarşılıqlı əlaqə "güvən hormonu" olan oksitosinin səviyyəsini artırır.

Yaxşı əhvali-ruhiyyə üçün resept

Mütəxəssislər narahatlıq hallarının profilaktikası və psixoemosional tarazlığın bərpası ilə bağlı proqramlara rəqsləri də daxil etməyi tövsiyə edirlər. Üstəlik, peşəkar kimi hərəkət edə bilmək vacib deyil - sadəcə hərəkət etmək və həzz almaq önəmlidir.
 
Ardını oxu...
Qəhvə bir çoxumuz üçün əvəzolunmaz səhər yoldaşıdır. O gümrahlıq verir, əhvali-ruhiyyəni yaxşılaşdırır və hətta sağlamlığa fayda gətirir. Bununla belə, nahar yeməyindən sonra bir fincan ətirli qəhvəyə əlinizi uzatsanız, fərqində olmadan gecə istirahətinizi poza bilərsiniz. Bəs qəhvənin son qurtumunu hansı zamanda içsək, bizim üçün təhlükəsizdir?

Bu barədə "Pravda.ru" nəşrində dərc olunan materialda bəhs edilib.

Yuxu mütəxəssisi Devid Benavides qəhvənin niyə yuxuya qarşı "işlədiyini" izah edib. Burada hər şey adenozini bloklayan kofeindən - yuxululuq gətirən neyromodulyatordan asılıdır. Adenozin gün ərzində beyində yığılır, kofein isə onun fəaliyyətində fasilə yaradır. Nəticədə, biz enerji axını hiss edirik, lakin eyni zamanda, bioloji saatımız da dəyişir.

"Nahardan sonra içilən hətta bir fincan qəhvə belə yuxuyagetmə prosesinə təsir edə bilər", - deyə Benavides xəbərdarlıq edib.

Tədqiqatlar göstərir ki, kofeinin yarı ömrü 5-6 saat təşkil edir. Bu o deməkdir ki, əgər saat 15:00-da qəhvə içsəniz, kofeinin 50%-i axşam saat 20:00-21:00-a qədər orqanizminizdə qalacaq. Əgər axşam saat 17:00-da bir fincan qəbul etsəniz, kofein gecəyarısı belə yuxuya getməyinizə mane olacaq.

Orqanizmin kofeinə individual reaksiyasını da nəzərə almaq lazımdır. Bəzi insanlarda onun metabolizmi sürətli, bəzilərində isə yavaş gedir və təsiri bütün gecəni davam edə bilər.

Yuxunuzu pozmamaq üçün mütəxəssislər bəzi tövsiyələr verirlər:

- Saat 13:00-14:00-dan sonra qəhvə içməyin.

- İçkinin kiçik porsiyalarını seçin (məsələn, ikiqat əvəzinə bir espresso).

- Əgər nahardan sonra gümrahlığa ehtiyac varsa, ən yaxşısı bitki çayına və ya limonlu suya keçməkdir.

Hətta qəhvənin sizə "təsir etmədiyini" düşünsəniz belə, bu, yanıltıcı təəssürat ola bilər. Əslində kofein yuxunun dərinliyini poza, gecə istirahəti zamanı bədənin bərpasına mane ola bilər. Siz gecə daha tez-tez oyana və ertəsi gün özünüzü yorğun hiss edə bilərsiniz və bu da sizi yenidən qəhvəyə sövq edəcək. Beləliklə də "gündüz kofein - gecə yuxusuzluq" qapalı çevrəsi əmələ gəlir.

Maraqlı fakt - məşhur fransız yazıçısı Onore de Balzak qəhvənin qızğın pərəstişkarı olub. İddia edilir ki, o, gündə 50 fincana qədər qəhvə içə bilərmiş. Balzak inanırdı ki, qəhvə onun yaradıcılıq qabiliyyətlərini stimullaşdırır və parlaq əsərlər yazmağa kömək edir. Lakin müasir araşdırmalar göstərir ki, kofeinin həddindən artıq istifadəsi əksinə, məhsuldarlığı azalda bilər və sağlamlığa mənfi təsir göstərə bilər.
 
Ardını oxu...
"Şirniyyatı gecə yeməyin əsas zərərli səbəbi qanda şəkər səviyyəsinin kəskin artmasıdır".

Bu barədə "İzvestiya"ya Dövlət Maarif Universitetinin Təbiət Elmləri fakültəsinin dekan vəzifəsini icra edən İrina Lyalina danışıb.

"Yatmazdan əvvəl tez həzm olunan karbohidratlar yediyimiz zaman qlükoza səviyyəsi kəskin şəkildə artır, sonra isə düşür və insulin sıçrayışlarına səbəb olur. Bu, zamanla insulinə rezistentliyə - hüceyrələrin insulinə daha pis reaksiya verdiyi və ikinci tip diabet riskinin artdığı vəziyyətə gətirib çıxara bilər", - deyə o izah edib.

Onun sözlərinə görə, orqanizm gecə vaxtı şəkəri daha yavaş emal edir ki, bu da mədəaltı vəziyə yükü artırır. Şəkər artıqlığı yağa çevrilir, bu da piylənmə riskini artırır. Bundan əlavə, şəkər gecə maddələr mübadiləsini pozur ki, bu da yuxunu pisləşdirə bilər.

Gecə yeyilməməli olan məhsullar

Şirin içkilər (limonad, şirələr, çoxlu meyvə olan smuzilər) - çünki onlar qanda şəkəri tez artırır.

Konfetlər, marmelad, karamel, şokolad - yüksək şəkər konsentrasiyasına görə.

Un məmulatları (bulkalar, peçenye, ağ çörək) - sadə karbohidratlar tərkiblidir ki, bu da qlükoza sıçrayışlarına səbəb olur.

Yüksək qlikemik indeksli meyvələr (banan, üzüm, xurma, qarpız) - mədəaltı vəzini həddindən artıq yükləyə bilər.

Gecə şirniyyatı nə ilə əvəz etmək olar?

"Şəkərin kəskin sıçrayışı olmaması üçün faydalı yağlar, məsələn, bir ovuc qoz-fındıq - badam, qoz, keşyu yemək olar. Həmçinin darçınlı şəkərsiz təbii yoqurt qəbul etmək də məqbuldur - darçın qanda şəkər səviyyəsini nəzarətdə saxlamağa kömək edir. Kəsmik də sınaqdan keçirmək olar - o, zülal və kalsium tərkiblidir, həm də yavaş həzm olunur, buna görə də, aclığı mükəmməl şəkildə aradan qaldırır". - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, xiyar, kərəviz, yerkökü kimi tərəvəzlər də aşağı kalorili olduğu üçün faydalıdır.

"Əgər çox şirniyyat istəyirsinizsə, bir parça tünd şokolad (70% kakao və daha yüksək) yemək, darçınlı ilıq su və ya nanəli çay içmək olar - bu, şəkərə olan həvəsi azalda bilər", - deyə ekspert əlavə edib.
 
Ardını oxu...
Uqandada meymunçiçəyi (mpox) epidemiyasının elan edilməsindən sonra son səkkiz ay ərzində təsdiqlənmiş xəstəlik hallarının ümumi sayı 4 810 nəfərə çatıb.

“Report” “Sinhua”ya istinadən məlumatına görə, bu, Uqanda Səhiyyə Nazirliyinin məlumatlarında əks olunub.

Qurumun hesabatına əsasən, bu müddət ərzində ölənlərin sayı 37 nəfər təşkil edib.

“Son 24 saat ərzində 13 yeni yoluxma, 6 ölüm faktı qeydə alınıb. Mpox xəstəliyinə yoluxma halları artmaqda davam edir, nəzərəçarpacaq pik həddi 2025-ci ilin martında baş verir. Ən çox yoluxmuş demoqrafik qrup 25-29 yaş arası insanlardır”, – məlumatda deyilir.

Qeyd edək ki, cümə günü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, Uqandada dünyada meymunçiçəyinə yoluxma hallarının ən böyük sayı qeydə alınıb.
 
Ardını oxu...
Yasamal rayonu, Həsən Məcidov küçəsi 12 ünvanında yerləşən məşhur "Apex” Stomatoloji və Estetik Klinikası külli miqdarda cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, klinikanın cərimələnməsinə səbəb diş çəkimi zamanı 8 yaşlı Sara adlı azyaşlının alveol sümüyünün zədələnməsinə görə aparılan araşdırma olub.

Belə ki, Mətin Əsgər "Atəşgah” sığorta şirkəti tərəfindən sığortalı, 8 yaşlı Sara adlı qızını aşağı çənəsində 7.5-ci dişin kəskin ağrıları ilə "Apex” Klinikasına aprıb.

Sığortanın göndərişi əsasında 8 yaşlı Saranı Almaz Ağarəhimova adlı həkim müayinə edib. Əvvəlcə azyaşlının dişinə plomb qoyulacağını bildirən həkim sonradan Sranın narahatlığını əsas gətirərək onun süd dişinin çıxarılması barədə qərar verib. Həkim azyaşlının ağız boşluğuna bir neçə dəfə keyidici iynə vursa da, onun dişini çıxara bilməyib. Bundan sonra klinikanın baş həkimi Əli Əliyev tərəfindən azyaşlının dişi çıxarılsa da, üzündə şişkinliklər yaranıb.

Mətin Əsgər Nərimanov rayonunda yerləşən klinikaların birində qızının dişini müayinə elətirib. Məlum olub ki, "Apex” Klinikasında azyaşlının alveol sümüyünü zədələyiblər.

Azyaşlının anası Ü.A. bu barədə Səhiyyə Nazirliyinə, "Atəşgah” sığorta şirkətinə və Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib.

Uşağın anası iddia edib ki, "Apex” Klinikasında qızına 10-dan çox iynə vurulub, azyaşlıya ağır işgəncə verilib, səhhətində ağır nəticələrə səbəb olub.
Ardını oxu...
Həkimlər isə bildiriblər ki, bunun nəticəsində xəstənin səhhətinə hər hansı zərər dəyməyib və dəyə bilməz.

Aparılan araşdırma zamanı məlum olub ki, stomatoloq Əli Əliyevin direktor və baş həkimi olduğu klinikada Almaz Ağarəhimova Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "dişin müayinə və müalicə edilməsi” işinin yerinə yetirilməsinə cəlb edilib. Buna görə, Əli Əliyevin rəhbəri olduğu "Apex Clinic" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə stomatoloq Əli Əliyev Akif oğlu barəsində 20.000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.
 
Ardını oxu...
DogruXeber.az: - Bir çox insan gündə bir neçə dəfə baş ağrısından şikayətlənir. Bəzən bu vəziyyət dözülməz hal alaraq, bütün günü davam edir, daha güclənir, ürəkbulanma, iştahsızlıq yaradır.

Bu cür ağrını yaradan bir çox səbəblər var. Buna hava şəraiti, yorğunluq və sair amillər təsir edə bilər. Bəs baş ağrısını necə aradan qaldırmaq olar?

İlk növbədə ağrıya kofein müsbət təsir edə bilər. Baş ağrısını kəsmək üçün kofe və ya kofein tərkibli çay içə bilərsiniz.

Boyunun arxasına və ya alına isti kompres edə bilərsiniz. Bu, gərginliyi aradan qaldıra bilər.

Yoqa baş ağrısı üçün ən effektli vasitədir. Yüngül boyun hərəkətləri ilə ağrını aradan qaldıra bilərsiniz.

Hind qozu şirəsi və quyu suyu baş ağrısına təsir edir. Bu, həm də stressi azaldır.

Hər gün təmiz havada gəzmək, qaçmaq, üzmə kimi idman növləri baş ağrısını tamamilə aradan qaldırır. Qaranlıq otaqda 15 dəqiqə sakit uzanmaq da ağrını azaldır. (axşam.az)
Ardını oxu...
Gəncədə antisanitariya şəraitində hisə verilmiş balıq istehsal olunub.

Ajans.az xəbər verir ki, istehsal, şəhərin Zeynal Xəlilov küçəsində yerləşən Fuad Salmanova məxsus evin həyətində həyata keçirilib. APA TV-yə göndərilən videoda balıqların çirkli və yararsız qablarda duzlanaraq saxlanıldığı görünür. Bu vəziyyət yerli sakinlər arasında narahatlıq yaradıb, sanitar-epidemioloji qaydalara əməl edilməməsi ciddi narazılıq doğurub.

Daha ətraflı videoda:

 
Ardını oxu...
Koronavirus peyvəndi ilə bağlı araşdırmalar tibb dairələrində qızğın müzakirələr yaratmağa davam edir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, təxminən 99 milyon insanı əhatə edən son beynəlxalq araşdırma peyvənddən sonra bir sıra ciddi xəstəliklərin mümkün riskinin artdığını göstərən yeni məlumatlar təqdim edib.

Yoluxucu xəstəliklər professoru Olqa Qolubovskayanın “Facebook” səhifəsində qeyd etdiyi kimi, təhlil ən çox yayılmış üç peyvənd üzərində cəmlənib: Pfizer/BioNTech (BNT162b2), Moderna (mRNA-1273) və Oxford/AstraZeneca (ChAdOx1).

Tədqiqat mRNA peyvəndlərindən istifadə etdikdən sonra miokardit riskinin təxminən 610 faiz artdığını müəyyən edib. Bundan əlavə, kəskin yayılmış ensefalomielit riskində 378 faiz artım oliur. Vektor peyvəndinin istifadəsi sinus trombozu riskinin 323 faiz artması ilə əlaqələndirilib və Guillain-Barre sindromunun inkişaf ehtimalı 249 faiz artıb.

Qeyd etmək lazımdır ki, bu məlumatlar risklərin statistik artımını göstərir, lakin birbaşa səbəb-nəticə əlaqəsini təsdiq etmir. Aparıcı beynəlxalq səhiyyə təşkilatları, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 peyvəndinin pandemiya ilə mübarizədə əsas vasitə olduğunu təkid etməyə davam edir. Mütəxəssislər vurğulayırlar ki, peyvəndlərin faydaları potensial yan təsirlərdən qat-qat üstündür.

Tibb ekspertləri məlumatları şərh edərkən ehtiyatlı olmağı məsləhət görürlər və xatırladırlar ki, riskin statistik artımı mütləq hər bir xəstə üçün təhlükə demək deyil.

Bununla belə, bu cür tədqiqatlar vaksinin təhlükəsizliyinə nəzarətin davam etdirilməsinin və potensial risklərin və faydaların hər bir halda diqqətlə qiymətləndirilməsinin zəruriliyini vurğulayır.
 

Dünyapress TV

Xəbər lenti