Ardını oxu...
“Azərbaycanda uşaq futbolunda çox ciddi problemlər var”.

Bunu tanınmış futbol eksperti Mehman Süleymanov “Cebheinfo.az”-a açıqlamasında deyib.

O, aşağı yaş qrupları üzrə liqalara əcnəbi futbolçuların transfer edilməsinin qəbuledilməz olduğunu bildirib:

“AFFA-nın aşağı yaş qrupları üzrə liqalarda birmənalı şəkildə yerli futbolçulara üstünlük verilməlidir. Ümumiyyətlə, AFFA-nın uşaq liqalarında nəticəyə yox, futbolçu yetişdirməyə fokuslanmaq lazımdır.

Təəssüf ki, bir sıra klub rəhbərləri aşağı liqalarda da məşqçilərin qarşısına nəticə qazanmaq hədəfi qoyurlar. Ona görə də bir çox hallarda sözügedən liqalarda futbolçu yetişdirmək məsələsi ikinci plana keçir”.

Onun sözlərinə görə, U-19 liqalarında nəticə qazanmağı hədəfləməyi başa düşmək olar:

“Çünki oranın qalibi gedib UEFA Gənclər Liqasında ölkəmizi təmsil edir. Ona görə də bu liqanı istisna hesab edə bilərik. Lakin digər aşağı yaş qruplarında nəticə ikinci planda olmalıdır.

Bizdə isə nəticə hədəf kimi qarşıya qoyulduğu üçün aşağı liqalarda belə, legionerə üstünlük verirlər. Bu isə Azərbaycanda uşaq futbolunun inkişafına ciddi zərbə vurur. Nəzərə almaq lazımdır ki, orada çıxış edəcək legionerlər yerli futbolçuların yerlərini tutacaqlar”.

Ekspert vurğulayıb ki, aşağı yaş qrupları üzrə liqalardakı futbolçular sadəcə məşqlə kifayətlənməməlidirlər:

“Onlar daima oynamalıdırlar. Bunun üçün həmin yaş kateqoriyaları üçün oyun saylarını artırmaq lazımdır. Bizdə isə uşaq liqalarında “play-off” mərhələsinə çıxmayan komandalar üçün mövsüm artıq apreldə başa çatır.

Oyun saylarını artırmaq üçün nələrsə fikirləşmək lazımdır. “Play-off” mərhələsinə düşə bilməyən klublar da kənarda qalmamalıdır. Əslində, mövsüm mayın sonunda bitməlidir. İndiki vəziyyətdə isə apreldə yuxarı liqaya çıxmayan komandalar üçün mövsüm bitir.

Məşqçilərin əksəriyyəti apreldən futbolçulara istirahət verirlər. O futbolçular ancaq neçə aydan sonra yeni mövsümə hazırlanırlar. Həmin arada məşq etdikləri də sual altındadır. Biz gənc futbolçularımızı itirməməliyik”.

O qeyd edib ki, uşaq məşqçilərinə yaxşı maaş vermək lazımdır:

“Uşaq məqşçisi 3 rəqəmli maaş alanda onun futbolçu yetişdirmək kimi bir marağı olmayacaq. Onların dolanışığı da düşünmək, maaşlarını ən azından 4 rəqəmli həddə çatdırmaq lazımdır. Təməli düzgün qoymaq üçün məşqçidən futbolçu yetişdirmək tələb olunmalıdır.

Həmçinin, uşaqlarla çalışan ixtisaslaşmış məşqçiləri yaxşı sertifikatlaşmalıdır. Onun həqiqətən məşqçi olmaq kriteriyalarına sahib olub-olmadığı dəqiqləşməlidir.

Tələblərə cavab verənləri isə maddi baxımdan qorumalıyıq. Çünki təməli məhz onlar qoyurlar. Bir çox hallarda əsas komandaya yüksələn futbolçulara vaxtında elementar məlumatların öyrənilmədiyi məlum olur. Buna görə də uşaq futbolçuların təməli doğru qoyulmalıdır”.

Həmsöhbətimiz diqqətə çatırıb ki, aşağı yaş qrupları üzrə liqalara əcnəbi futbolçular transfer etmək əvəzinə, uşaqları yetişdirmək üçün xarici mütəxəsisslər gətirilməlidir:

“Düşünürəm ki, uşaq futbol akademiyalarına ixtisaslaşmış məşqçilərin gətirilməsi faydalı olar. Həmçinin, uşaq futboluna peşəkar koordinatarlar da gətirilə bilər.

Qeyd edim ki, uşaq futbolunun əsas məsələsi seleksiyadır. Təəssüf ki, bizdə bu iş axsayır. Əslində, ildə ən azından 1-2 dəfə bütün Azərbaycan üzrə güclü seleksiya aparılaraq, istedadlı uşaqlar kəşf olunmalıdır”.
 
Dünyada ən sürətli futbolçu kimdir? Portuqaliyanın "Santa Klara" klubunun futbolçusu Qabriel Silva sürət üzrə dünya rekordunu qırıb. Bu barədə sport.ru xəbər verir. Rekord mayın 10-da Portuqaliya çempionatında keçirilən "Santa Klara" - "Famalikan" (2:1) oyununda qeydə alınıb. Belə ki, ikinci hissəyə əlavə olunmuş vaxtda ev sahibi komandanın hücumçusu Qabriel Silva sprint zamanı sürətini saatda 40,3 kilometrədək artırıb. Göstərici "STATSports" şirkətinin GPS məlumatlarından istifadə etməklə qeydə alınıb. Klubdan verilən məlumata görə, futbolçu "Nyukasl Yunayted"in mərkəz müdafiəçisi Sven Botmanın 39,21 km/saat nəticəsini üstələyərək, yeni dünya rekordu müəyyənləşdirib. Facebook-da paylaş
Ardını oxu...
İspaniya La Liqasında 36-cı turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, Madrid "Real"ı doğma meydanda "Mayorka"nı qəbul edib.

Matça bir çox əsas futbolçusuz çıxan kral klubu çətinliklə qalib gəlib. Belə ki, hesabı 11-ci dəqiqədə qonaqlar açsalar da, kral klubu 68 və 90+5-ci dəqiqələrdə vurulan dəqiq zərbələrlə 3 xalı təmin edib - 2:1.

Bu nəticədən sonra "Real Madrid" xallarının sayını 78-ə çatdıraraq lider "Barselona" ilə xal fərqini 4-ə endirib. Lakin katalon klubunun ehtiyatda bir oyunu var.

"Mayorka"ya gəlincə, komanda 47 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
Ardını oxu...
Dünyaca məşhur "Give Me Sport" saytı 15 ən yaxşı driblinqçi barədə siyahı tərtib edib.

Oxu.Az xəbər verir ki, siyahıya Xviça Kvaratsxeliya başçılıq edir.

Rayan Şerki ("Lion") ikinci, Camal Musiala ("Bavariya") isə üçüncü olub.

1. Xviça Kvaratsxeliya (PSJ);

2. Rayan Şerki ("Lion");

3. Camal Musiala ("Bavariya");

4. Vinisius Junior ("Real Madrid");

5. Usman Dembele (PSJ);

6. Lionel Messi ("İnter Mayami");

7. Lamin Yamal ("Barselona");

8. Desire Due (PSJ);

9. Niko Uilyams ("Atletik Bilbao");

10. Kilian Mbappe ("Real Madrid");

11. Rodriqo ("Real Madrid");

12. Florian Virts ("Bayer Leverkuzen");

13. Ceremi Doku ("Mançester Siti");

14. Savinyo ("Mançester Siti");

15. Ceymi Qittens ("Borussiya Dortmund").
 
 
 
Ardını oxu...
[/center]13-15 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada baş tutacaq görmə məhdudiyyətli cüdoçuların (paracüdo) dünya çempionatında bir idmançımız tibbi təsnifatdan keçə bilməyib.

Gundeminfo.az xəbər verir ki, bu barədə Oxu.Az-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Belə ki, 2021-ci ildə Tokioda keçirilmiş Paralimpiya Oyunlarının qalibi olan Şəhanə Hacıyeva qismən görmə məhudiyyətli (J2 kateqoriyası, 52 kq) cüdoçuların tibbi təsnifatında uğursuzluqla üzləşib.
Onun gözündə görmə ilə bağlı hər hansısa məhdudiyyət olmadığı üzə çıxıb. Sumqayıt cüdo məktəbinin 24 yaşlı idmançısının ömürlük paracüdo yarışlarına buraxılmayacağına dair qərar verilib:
“Tokio-2020 Yay Paralimpiya Oyunlarında paracüdo yarışlarının keçirildiyi B1, B2 və B3 kateqoriyaları Paris-2024 Yay Paralimpiya Oyunlarınadək olan dövrdə və Paris Paralimpiadanın özündə kateqoriya sayı azaldılaraq J1, J2 kateqoriyaları üzrə təşkil edildi. Dəyişikliklər nəticəsində J2 kateqoriyasında olan bir çox göz xəstəlikləri siyahıdan çıxarıldı.
Bu səbəbdən Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) tərəfindən paracüdoçularımız yenidən tibbi təsnifata cəlb edildilər. Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl medalçısı Şəhanə Hacıyeva 2024-cü ilədək J2 kateqoriyası üzrə ölkəmizi paracüdo yarışlarında təmsil etsə də, müvafiq dəyişikliklər səbəbindən artıq paracüdo yarışlarında mübarizə apara bilməyəcəyi dəqiqləşib.
Dəyişən tibbi təsnifat tələblərinə adaptasiya olunması üçün Komitə tərəfindən bütün addımlar atılır”.
Milli Paralimpiya Komitəsi qeyd edib ki, bütün idman növlərində yeni idmançı nəslinin formalaşmasında maraqlıdırlar:
“Komitə tərəfindən ötən il təşkil edilən Uşaq Paralimpiya Oyunları, Paralimpiya çempionları ilə keçirilən ustad dərsləri və təbliğat işlərimiz buna hesablanıb. Sevindirici haldır ki, yeniyetmə və gənc paralimpiyaçılarımız bu il məktəblilər arasında keçirilən Gimnaziada İdman Oyunlarında, parapauerliftinq üzrə Dünya Kubokunda, beynəlxalq badminton və parataekvondo yarışlarından Vətənə medallarla qayıdıblar”.
Ardını oxu...
  

İtaliyanın "Fiorentina" klubu "Fənərbağça"nın xorvatiyalı qapıçısı Dominik Livakoviçi transfer etmək istəyir.

Mövsümü uğurlu keçirib nəhəng klublardan dəvət alan David De Xea komandanı bu istəyə vadar edib.

İspaniyalının "Fiorentina"dan getmə ehtimalını nəzərə alan rəhbərlik Livakoviçi gətirmək üçün səfərbər olacaq.

Qeyd edək ki, Livakoviçin "Fənərbağça" ilə müqaviləsi 2026-cı ildə başa çatacaq./Milli.az/

Ardını oxu...

Azərbaycan idman ictimaiyyətinə itki üz verib.

Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, veteran stolüstü tennisçi, "Lokomotiv" İdman Mərkəzinin məşqçisi, ASTF-nin hakimi Tahir Əliyev vəfat edib.

O, 77 yaşında həyatını itirib.

Ardını oxu...

 
 
 
Ardını oxu...
Braziliya milli futbol komandasının sükanı arxasına tanınmış italyan mütəxəssis Karlo Ançelotti gətirilib.
İqtisadiyyat.az xəbər verir ki, Braziliya Futbol Konfederasiyası Ançelotti ilə birillik müqavilə imzaladığını rəsmi şəkildə açıqlayıb.

Xatırladaq ki, 65 yaşlı baş məşqçi cari mövsümün sonunda İspaniyanın "Real Madrid" klubundan ayrılacaq və yeni vəzifəsinin icrasına başlayacaq.
Ardını oxu...
2-ci Qarabağ müharibəsində minaya düşərək ayaqlarını itirən mayor Polad Rzayev protez ayaqlarla xizək, dağçılıq kimi idman növləri ilə məşğul olaraq həyatını davam etdirir.

Oxu.Az xəbər verir ki, "Anadolu" agentliyi onun barəsində məqalə hazırlayıb.

Məqalədə bildirilir ki, Bakıda dünyaya gələn Poladın 3 yaşı olarkən o, Şuşa şəhərinin müdafiəsi zamanı tabor komandiri olan atası Tofiq Rzayevi itirib.

Atasının qəhrəmanlıq hekayələrini eşidərək böyüyən Polad hərbi liseyə daxil olub və liseyi bitirdikdən sonra Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələrində xidmətə başlayıb.

2020-ci ildə Qubadlı şəhəri yaxınlığında minaya düşərək ağır yaralanıb və ayaqlarını itirib.

36 yaşlı Rzayev indiyə qədər Rusiyada Avropanın ən hündür zirvəsi olan Elbrus dağı (5,642 m) və ölkə daxilində bir çox dağa qalxıb. Dağçılıqla yanaşı üzmə, futbol və xizək idman növləri ilə məşğul olur.

Azərbaycan Paralimpiya Komitəsində xizək üzrə milli idmançı kimi çıxış edən Rzayev, keçən il Fransa və İtaliyada keçirilən yarışlarda ölkəsini təmsil edib.

Rzayevin həyatından təsirlənən rejissor və bəstəkar Cavid Səmədov onun haqqında "Yarım Dəmir" adlı sənədli film çəkib. Film bir çox festivalda mükafat qazanıb.

Ən son olaraq isə film Türkiyədə keçirilən 2-ci Beynəlxalq Turan Film Festivalında "Ən Yaxşı Beynəlxalq Sənədli Film" adına layiq görülüb.

Polad Rzayev "Anadolu"ya verdiyi müsahibədə Everestə dırmaşaraq dünyaya sülh mesajı vermək istədiyini bildirib:

"Dünya hər kəsə yetər, gəlin sülh içində yaşayaq. Dünya heç kimə qalmayacaq. Özünüzü, ətrafınızdakı insanları və təbiəti sevin", - deyə o bildirib.
 
Ardını oxu...
İspaniya La Liqasında 35-ci turun mərkəzi görüşü başa çatıb.

Yenisabah.az xəbər verir ki, Kataloniyada "Barselona" "Real Madrid"i qəbul edib.

Gərgin mübarizə şəraitində keçən matçda qapılara 7 qol vurulub. Ev sahibləri oyunun əvvəlində 2 top fərqi ilə geriyə düşsələr də, birinci hissədə 4 qol vuraraq geridönüş edə biliblər. İkinci hissədə "Real Madrid"in gücü 1 qol vurmağa çatıb və oyun "Barselona"nın qələbəsi ilə başa çatıb - 4:3.

Beləliklə də, hazırda "Barselona" 82 xalla turnirə başçılıq edir. "Real Madrid" isə ondan 7 xal geri qalaraq ikinci yerdədir.
 

Dünyapress TV

Xəbər lenti