Ardını oxu...
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Rusiya lideri Vladimir Putinlə şəxsən görüşməyənə qədər Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş olmayacaq.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, o, bunu jurnalistlərə Qətərin paytaxtı Dohada bildirib.

“Mən Putinlə görüşməyənə qədər heç nə baş verməyəcək”, – o, Rusiya və Ukrayna nümayəndə heyətlərinin bu gün İstanbulda keçirilməsi gözlənilən görüşünü şərh edərkən deyib.
 
 
 
Ardını oxu...
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Ermənistan mediasında Qərbi Azərbaycanla bağlı sensasiya doğuran məqalə" adlı süjetdə Zəngəzur məsələsindən və azərbaycanlıların doğma yurda qayıdış reallığından bəhs olunub.

Bildirilib ki, Ermənistanın "Past" nəşrinin yazdığına görə, Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyana azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı ilə bağlı konkret və təfərrüatlı layihə təqdim edib: "Bu layihənin yaxın zamanda həyata keçirilməsi nəzərdə tutulur. Ermənistan hakimiyyəti gizlətməyə çalışsa da, azərbaycanlıların qayıdışı danışıqların ən mühüm bəndlərindən biridir. İndi, bu, zarafat kimi səslənə bilər, lakin zamanla zarafat olmadığını anlayacağıq. Artıq dövlət liderlərinin masası üzərində sənədlər var və azərbaycanlıların qayıdışı ilə bağlı Paşinyana təqdim edilən təklif yox, konkret və təfərrüatlı layihədir. Bu layihənin yaxın zamanda həyata keçirilməsi nəzərdə tutulur. Ermənistan hakimiyyəti bu məsələ ilə bağlı minimal bəyanatlar verir. Prezident İlham Əliyevin israrla Qərbi Azərbaycandan danışması, 300 min insanın qayıdışından bəhs etməsi təsadüfi deyil və bu qayıdış Ermənistanın süqutu deməkdir".

Məqalədə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına, azərbaycanlıların qayıdışı proqramının Bakının əsas hədəfi olduğuna nümunə kimi Prezident İlham Əliyevin 2024-cü ilin dekabrında "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransda səsləndirdiyi fikirlərə, eləcə də Zəngəzurda planlaşdırılan addımlara da toxunulur: "Həm dəhliz açılacaq, həm də burada xarici qüvvələr tərəfindən qorunan azərbaycanlıların yaşadığı böyük eksklav yaradılacaq. Bu ərazilər yalnız sözdə "Ermənistan" adlandırılacaq. Lakin məsələ təkcə Zəngəzurla məhdudlaşmayacaq. Azərbaycanlılar tarixi torpaqları hesab etdikləri digər ərazilərdə də kompakt şəkildə yaşayacaqlar. Azərbaycanın bu planı Ermənistan hakimiyyəti tərəfindən həyata keçiriləcək. Paşinyanın hazırda əsas problemi Ermənistan cəmiyyətini bütün bunların zəruriliyinə inandırmaqdır. Hətta Ermənistanın qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dili işlənəcək".

Sonda vurğulanıb ki, Ermənistan mediasında sensasiya sayılacaq bu məqalənin dərc edilməsi təsdiqləyir ki, artıq erməni ictimaiyyətinə azərbaycanlıların tarixi torpaqlarına qayıdacağı ilə bağlı müəyyən məqamlar bəllidir və bu, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşacağı günün uzaqda olmadığını da təsdiqləyib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı sabiq ABŞ Prezidenti Donald Trampın diqqətini qeyri-adi rəqs nömrəsi cəlb edib.
CNN telekanalının məlumatına görə, ağ geyimli qadınlar Trampın şərəfinə ənənəvi ərəb rəqsi olan Khaleeji rəqsini ifa ediblər. Bu rəqs baş və saç hərəkətləri ilə seçilir və əsasən hörmətli qonaqların qarşılanması və bayram mərasimləri zamanı təqdim olunur.

Ərəb mədəniyyətində dərin mənası olan bu rəqs Trampa göstərilən yüksək ehtiramın və qonaqpərvərliyin simvolu kimi qiymətləndirilir.

 
Ardını oxu...
Türkiyədə PKK-nın fəaliyyətlərinə son qoyulması müsbət qarşılansa da, PYD/YPG kimi təşkilatların Suriyanın şimalında varlığı və ciddi mövqeyə malik olması narahatlıq doğurur.

Sözügedən qruplaşmaların mövcudluğunu davam etdirməsi Ankara üçün hansı riskləri daşıyır?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, PKK-nın Suriyadakı qolları YPG, PYD və onların təşkil etdiyi Suriya Demokratik Qüvvələri bu ölkədə hələ təslim olmayıb:

“Yəni hələ silahları Əhməd Əş-Şara hakimiyyətinə təhvil verməyiblər. Lakin buna baxmayaraq, terror fəaliyyəti ilə də məşğul deyillər. Bununla belə, Suriya Demokratik Qüvvələri rəsmi Dəməşqə silahı təhvil verəcəklərini və ölkənin quruculuq işində fəaliyyət göstərəcəklərini bildiriblər. PKK-nın Suriyadakı liderlərindən Müslim bildirmişdi ki, onların silahlı mübarizəyə əl atmasına səbəb ölkədəki xaos və Bəşər Əsəd rejiminin fəaliyyətsizliyi, eləcə də kürd toplumunun hüquqlarını müdafiə etmək zərurəti idi.

Bu gün Suriyanın ərazi bütövlüyü müdafiə olunur, problemlər öz həllini tapır. Kürdlər də tərk-silah olub hakimiyyətə tabe olurlar. Türkiyədəki vəziyyət isə Suriyadakından fərqlidir. Əvvəla, PKK terror qruplaşması 1978-ci ildə fərqli siyasi-ideoloji əsaslarla ayrılıb. Yəni leninçi, marksist, maoçu, apoçu, konfederalist, demokratik mübarizə əsasında bir ideoloji yol seçdi. Bunun yaranmasında keçmiş Sovetlərin də rolu istisna deyil. Türkiyə NATO-nun üzvü və SSRİ-nin qonşuluğunda olan ölkə idi. Buna görə də Moskva Türkiyədə pozucu fəaliyyətlə məşğul idi. Bunu da kürdlərin haqlarını müdafiə etməklə pərdələməyə çalışırdı.

PKK yarandığı dövrdə Türkiyənin ərazi məsələsinə iddiaları yox idi. Sonrakı illərdə bu iddialar ortaya çıxdı. Bu istiqamətdə kütləvi terrorlara əl atdılar”.

Politoloq qeyd edib ki, Türkiyədə bu problem hələ başa çatmayıb, çünki kürdlər və havadarları bu etnosa hüquqların verilməsini istəyirlər:

“Söhbət müəyyən ərazilərdə kürdlərə özünüidarəetmə kimi dövlətləşmə elementlərinin verilməsindən gedir. Məsələn, konfederal demokratiya bunu nəzərdə tutur. Kürdlər inanırlar ki, gələcəkdə Türkiyə ərazisində dövlət yaradacaqlar. Daha doğrusu, bir kürd-türk konfederal dövləti formalaşacaq. Eləcə də Suriyada bunu etmək istəyirlər. İraqda isə belə bir federal qurum mövcuddur.

Suriyanın yeni konstitusiyası təsdiqləndikdən sonra bu məsələ – kürdlərin siyasi və hərbi fəaliyyətinin dayandırılması – reallaşa bilər. Türkiyədə də bu məsələnin belə olacağını düşünürəm. Yəni kürdlərin davranışı konstitusiyanın təsbitindən asılı olacaq. Bundan başqa, kürdlər başqa təşkilat adı altında bu fəaliyyətə davam edə bilərlər”.
 
Ardını oxu...
Qətər əmiri Şeyx Təmim bin Həməd Al-Sani ABŞ-ın İranın nüvə fəaliyyəti ilə əlaqədar yaranmış gərginliyi hərbi müdaxilə ilə həll etməsinin qarşısını almaqda mühüm rol oynayıb.

Musavat.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

"Əmir İrana, əslində, böyük kömək edir. Dəfələrlə mənə deyib ki, onlarla danışıqlar mümkündür. İranla razılaşma əldə edilə bilər. Bizim həmin ölkəyə ciddi zərbə vurmağımızı istəmir", – Tramp Dohada ABŞ və Qətər biznes liderləri ilə keçirilən görüş zamanı bildirib.

O əlavə edib: "Hesab edirəm ki, İran Qətər əmirinə təşəkkür etməlidir. Çünki ətrafımdakı bir çox adamlar birbaşa zərbə endirməyi tövsiyə edir. Biz ABŞ olaraq dünyanın ən güclü ordusuna sahibik".
 
Ardını oxu...
Bakıda uşaq oğurluğuna cəhd edilib.
TEREF Xəzər Xəbərə istinadən xəbər verir ki, Hadisə səhər saat 8 radələrində paytaxtın Qaradağ rayonundakı Qobu Park-2 yaşayış kompleksində 20 nömrəli Zəngilan məktəbinin qarşısında baş verib. Həmin iddia ilə ərazi sakinləri qaynar xəttə zəng ediblər. Hadisə şahidlərinin dediklərinə görə, dərsə gedən şagirdlərdən birini oğurlamağa cəhd edilib. Daha sonra sakinlərin köməyi ilə uşaq xilas edilib.

Hadisənin təfərrüatları ilə video repartajdan tanış ola bilərsiz.
 
 

Ardını oxu...
 

 

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün gözlənildiyi kimi İstanbulda danışıqlar aparılacaq məkana deyil, Türkiyənin paytaxtı Ankaraya enib. Bu seçimin səbəbi Ukrayna liderinin Rusiya tərəfindən danışıqlara göndərilən nümayəndə heyətini “adekvat və ciddi tərəfdaş” hesab etməməsidir.

Zelenski enər-enməz verdiyi bəyanatda bildirib ki, Rusiya nümayəndə heyəti “butaforik səviyyədədir” və heyətə rəhbərlik edən Vladimir Medinski Ukrayna üçün danışıqlar masasında oturmaq baxımından yetərli fiqur deyil.

Prezident qeyd edib ki, Rusiya ilə mümkün danışıqlarda Ukraynanın iştirak edib-etməyəcəyi barədə yekun qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirəcəyi görüşdən sonra veriləcək. “Biz düşünəcəyik ki, nə edək, hansı addımları ataq – Ərdoğanla görüşdən sonra. Biz anlamalıyıq ki, Rusiya nümayəndə heyətinin hansı mandatı var, onlar nəyisə qərar verməyə qadirdirlərmi? Hamıya məlumdur ki, Rusiyada qərarları kim qəbul edir”, – deyə Zelenski əlavə edib.

Ukrayna lideri bu açıqlaması ilə bir daha Moskvanın göndərdiyi nümayəndə heyətini açıq şəkildə nüfuzsuzlaşdırıb və Putin administrasiyasına yönəlik sərt tənqid səsləndirib. Zelenskinin sözlərinə görə, Türkiyədə Ukraynanı yüksək səviyyəli nazirlər və dövlət rəsmiləri təmsil edir və onlar yalnız ədalətli sülhə gətirə biləcək qərarları qəbul etməyə səlahiyyətlidirlər.

Zelenski eyni zamanda bildirib ki, yaxın günlərdə ABŞ ilə də yüksək səviyyəli görüşlərin keçirilməsi mümkündür.

Qeyd edək ki, İstanbulda Rusiya ilə Ukrayna arasında yeni danışıqlar raundu planlaşdırılsa da, Ukrayna tərəfi nümayəndə heyətinin səviyyəsini yetərli saymadığı üçün rəsmi görüşlərin baş tutması hələlik sual altındadır.

Musavat.com

 

 
 
 
 
 

 

Musavat.com

 
 
Ardını oxu...
ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Kəşfiyyat üzrə Milli Şuranın sədri vəzifəsini icra edən Mayk Kollinsi vəzifəsindən azad edib.

Oxu.Az xəbər verir ki, bunu ABŞ kəşfiyyatının yüksəkvəzifəli əməkdaşları "Fox News" telekanalına bildiriblər.

Onlar qeyd ediblər ki, Kollins siyasi qərəzlilikdə və Donald Tramp administrasiyasının fəaliyyətinə qəsdən zərbə vurmaqda ittiham olunub.

Qabbard həmçinin Kollinsin müavini Mariya Lanqan-Raykhoffun da işdən azad edilməsini tapşırıb.

Telekanalın həmsöhbətlərinin məlumatına görə, o, əsaslı şəkildə Trampın əleyhinə mövqe tutur.
 
Ardını oxu...
Pakistanın nüfuzlu beyin mərkəzlərindən olan MUSLİM İnstitutunun təşkilatçılığı ilə mayın 14-də keçirilən fləş-mob aksiyasında Pakistana dəstək və həmrəy olan ölkələrə, o cümlədən Azərbaycana minnətdarlıq ifadə edilib.

Demokrat.az xəbər verir ki, minlərlə insan Pakistan Silahlı Qüvvələrinə ehtiram göstərmək və dost ölkələrə təşəkkür etmək üçün bir araya gəlib.

Dəstəyə görə Azərbaycana xüsusi təşəkkür olunub və iştirakçılar “Thank you Azerbaıjan” (“Təşəkkürlər Azərbaycan”) fləş-mobu təşkil ediblər.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İstanbul danışıqlarında iştirak edəcək Rusiyanın nümayəndə heyətinin tərkibi məlum olub.

“Report” xəbər verir ki, nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski (nümayəndə heyətinin rəhbəri), Rusiya XİN başçısının müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibini Rusiya prezidenti Vladimir Putin təsdiqləyib.

Dünyapress TV

Xəbər lenti