Ardını oxu...
Eşqi Bağırovun himayə etdiyi Arslan Hacıyev kimdir?

207 nömrəli məktəbin direktoruna məxsus səs yazısının yayımlanmasından sonra, ölkənin demək olar ki, bütün media resursları Elm və Təhsil Naziri Emin Əmrullayevi kəskin tənqid etməyə başladı. Lakin aparılan qısa araşdırmalar nəticəsində məlum oldu ki, bu cür məsələlərə birbaşa Elm və Təhsil Nazirliyi deyil, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi cavabdehdir.

Patrulaz.az-ın məlumatına görə, həmin agentliyin strukturunda diqqətçəkən bir şəxsin – Arslan Hacıyevin adı önə çıxır. O, əvvəllər “Azərşəkər” şirkətində satış meneceri vəzifəsində çalışıb. Sonradan Qazax-Tovuz Regional Təhsil İdarəsinə rəhbər təyin olunub. 2024-cü ilin noyabr ayından isə Eşqi Bağırovun əmri ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdiri vəzifəsinə gətirilib. Daha sonra Eşqi Bağırovun Təqdimatı ilə MÜTDA-nın direktor müavini təyin olunub.

Təəssüf doğuran məqam ondan ibarətdir ki, Arslan Hacıyev təhsil müəssisələrini bir növ satış məntəqəsinə çevirməkdə ittiham olunur. Onun regional təhsil müdiri olduğu dövrdə həyata keçirdiyi bu təcrübələr bu gün bütün ölkə üzrə məktəblərdə tətbiq olunur. Hazırda bir çox məktəbdə “Son zəng” tədbiri üçün valideynlərdən pul yığılır, müəllimlərə isə ödəniş qarşılığında dərs saatları satılır. Bu hallar təhsil sistemində ciddi narazılıqlara səbəb olur.

Cəmiyyət haqlı olaraq hesab edir ki, Elm və Təhsil Naziri Emin Əmrullayev bu məsələni də nəzarətə götürməli, müvafiq araşdırmalar aparmalı və nəticə olaraq satış menecerliyindən təhsilə gətirilmiş, lakin sahəyə dair yetərli bilik və təcrübəsi olmayan şəxsin təhsil sistemindən uzaqlaşdırılması üçün zəruri addımlar atmalıdır.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etdiyinə görə vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, bu gün İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsi müvəqqəti olaraq təşkilatın İdarə Heyətinin üzvü Vahid Tağıyevə həvalə olunub.

Maraqlı məqam isə V.Tağıyevin də həmin tədbirdə iştirak etməsi və sinəsində "Georgi lenti" olmasıdır. Belə ki, tədbir zamanı lentə alınan görüntülərdən də aydın olur ki, həmin tədbirdə V.Tağıyev S.Səmədovun yanında dayanıb, sinəsində də "Georgi lenti”.

Həmçinin İdarə Heyətinin 26 nəfər üzvü olmasına baxmayaraq, “əvəzlənmə prosesində” cəmi 7 nəfərin iştirak etdiyi barədə deyilənlər fotodan da təsdiqlənir.
 
Ardını oxu...
Nərimanov Rayon İcra Hakimiyyətinin Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən 4,44 ha torpaq sahəsini eyni anda iki şirkətə satdığı iddia olunur. Ərazinin daha əvvəl satıldığı "Star City Construction" MMC şirkəti bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırıb. İddia olunur ki, məhkəmə şirkətin lehinə qərar çıxarsa da, icra hakimiyyəti məhkəmə qərarını icra etməyib.

Məsələ ilə bağlı "Star City Construction" MMC şirkətinin hüquqşünası Etibar Paşayev Publika.az-a açıqlama verdi.

O, bildirdi ki, məhkəmə tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı cərimə müəyyən edilib. Lakin yenə də öhdəlik yerinə yetirilməyib və hələ də eyni ərazinin satıldığı digər şirkət olan "Ailə Park” MTK orada tikinti işlərinə davam edir:

"İllərdir ki, icra hakimiyyəti orqanları tərəfindən hüquqlarımız kobud şəkildə pozulmaqdadır. Hazırda qanuni qüvvəsini almış, ölkəmizin ən ali məhkəmə instansiyası olan Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarını Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən artıq 6 aydır ki, icra edilmir.

09.12.2024-cü ildə Nərimanov Rayon İcra Hakimiyyətinə xəbərdarlıq edilmişdi. Bildirilmişdi ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəlikləri icra etmədikdə, məhkəmə cərimə məbləği müəyyən edir. 120.3-cü maddəsinə uyğun olaraq cərimə 50 000 manatadək müəyyən oluna bilər və cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.

Bütün bunlara baxmayaraq, yenə də Nərimanov Rayon İcra Hakimiyyəti məhkəmə qərarını icra etmir. Artıq hara, kimə, hansı dövlət orqanına müraciət etməyimizi bilmirik. Çünki, Nərimanov Rayon İcra Hakimiyyəti nə yuxarı orqanların, nə də məhkəmələrin qərar və tapşırıqlarını nəzərə almır”.
 
 


 
Ardını oxu...
“Azercell”in hər ay müştərilərin hesabından 2 manat tutması narazılığa səbəb olub və məhz buna görə bir çox abonent nömrəsini başqa şəbəkələrə daşıyır.

Tribunainfo.az xəbər verir ki, bununla bağlı növbəti şikayət videosu yayılıb. “Azercell” abunəçisi olan şəxs bildirib ki, hesabdan 2 manat pulun tutuması özbaşınalıqdır və buna görə bu şəbəkədən imtina edir:

“Mənim xəbərim olmadan “Azercell” hesabımdan 2 manat pul tutur. Bunu zəng edərək özlərinə bildirmişəm. Deyirlər ki, sizə 25 dəqiqə danışıq, internet xidməti veririk, ona görə də 2 manat tuturuq. Mən sizdən belə bir xidmət istəməmişəm axı. Deyirlər ki, yox, bu tarifdən çıxa bilməzsiniz. Yəni istəsəm də, istəməsəm də belədir.

Belə çıxır ki, “Azercell” nömrəsi işlədiriksə səsimiz çıxdı-çıxmadı 2 manat verməliyik, hə? Əlbəttə, söhbət 2 manatdan getmir. Ancaq bir var ki, bu pul hər hansısa məqsədlə tutula, dövlətə, xalqa xidmət naminə yığıla, onda hamımız xoşluqla ödəyərik. Məbləğin azlığına da baxmarıq. Ancaq sırf “Azercell” abunəçisiyik deyə niyə bizim cibimizə girməlisən ki?

Məhz bu özbaşınalığa görə mən öz “Azercell” nömrəmi “Bakcell” şəbəkəsinə daşıyıram. “Azercell”in bu özbaşınalığı ilə bağlı da şikayətimi bildirmişəm. Ancaq təəssüf ki, baxan yoxdur”.
 
Ardını oxu...
"Bakının müxtəlif yerlərində söküntü işləri gedir. Yeni layihələrdən, infrastrukturun yaxşılaşdırılmasından danışılır, amma proses həm də tarixi zədələməklə məşğul olur. Bayırşəhərdə söküntü işlərindən, yaşı az qala bir əsr olan binaların sıradan çıxarılmasından yazmışdıq. Paytaxtın bütün yerlərində bu gün bənzər addımlar atılır və bu işlərin başında da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi dayanır, desək, yanılmarıq..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bəli bu gün məhz sözügedən dövlət qurumunun işbaz rəhbərliyinin TAMAHKARLIĞI sayəsində paytaxtımızın PASPORTU kimi tanınan tarixi binalara qarşı BİR HÜCUM siyasəti həyata keçirilməkdədir. Halbuki Bakı məhz həmin tarixi keçmişi hesabına tanınıb, sevilib. İndi isə Bakını sökənlər, Bakıda seviləsi nəsə qoymayıblar...

Konkret bir fakt: Ələddin Quliyev və 8-ci Zavod küçələrinin kəsişməsindəki ikimərtəbəli tarixi bina yerlə-yeksan edilib. 1895–1897-ci illərdə məşhur polyak memar Kazimir Skureviçin layihəsi əsasında tikilmiş memarlıq nümunəsi tarixin yaddaşına qovuşub. Memar Stasia Orlova-Stroqanova buna görə çox sarsıldığını yazıb: “Bu bina təkcə fiziki olaraq yox olmadı — o, həm də tarixi abidələr siyahısından silindi. Çox sakit, çox hiss olunmadan. Halbuki bu bina sadəcə daş və kərpic deyildi — bu, dövrünün canlı şahidi, memarlıq incisi idi.

Biz onu qorumağa çalışdıq — məktublar yazdıq, müraciət etdik, sosial şəbəkələrdə məsələ qaldırdıq — amma cavab demək olar ki, olmadı. Təəssüf ki, biganəlik öz sözünü dedi. İnsanlar sanki görmədilər, hiss etmədilər. Bu, çox ağır və incidici idi. İndi isə o yoxdur. Rəsmi səbəb — mətbuatda haqqında qısa qeyd olunan “hibrid yaşıl park-koridor”un yaradılmasıdır. Yaxşı niyyətdir? Bəlkə də. Amma hansı bədəl qarşılığında? Biz şəhərimizin simasını itiririk. Keçmişimizi silirik. Və sonra təəccüblənirik ki, niyə hər şey eyni, cansız və köksüz görünür”.
Ardını oxu...
Ələddin Quliyev və 8-ci Zavod küçələrinin kəsişməsindəki ikimərtəbəli tarixi bina

Memar Kazimir Skureviç 1866-1950-ci illər yaşayıb. Bakıya da məhz bu bina tikilməyə başlayan il – 1895-ci ildə gəlib. Dostu İosif Qoslavskinin ölümündən sonra Baş şəhər memarı vəzifəsinə təyin olunub. Tezliklə Şirvanşahlar sarayı yaxınlığında, İçərişəhərdə öz yerli memarlıq xüsusiyyətləri ilə ümumi fona çox uğurla uyğunlaşmış bir sıra yaşayış evlərinin müəllifinə çevrilib. Bakıda Skureviçin imzası olan xeyli tarixi bina var. Nümunə kimi Respublika Prokurorluğunun binasını göstərmək olar.

Çox təəssüf, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərin tarixinə ard-arda ağır zərbələr endirməkdədir. Bu yaralar isə heç vaxt sağalmayacaq.
 
Ardını oxu...
Məktəblərdə “Son zəng” artıq yaxınlaşır. “Son zəng” isə yaxınlaşması ilə yenə də özü ilə problemlər gətirir. Ən əsas problem isə “Son zəng” zamanı şagirdlərdən məktəb rəhbərliyi tərəfindən yığılan pul problemidir. Eyni zamanda tədbir zamanı bayağı musiqilər səslənir, rəqslər, qız məzunların yarıçılpaq geyimləri müzakirələrə səbəb olur…

Mövzu barədə təhsil eksperti Elşən Qafarov Redaktor.az-a açıqlamasında bildirdi ki, “Son zəng”lə bağlı problemlər hər il eyni vaxtda baş verir.

“Mart ayının sonunda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi adından bir məlumat yayıldı ki, “Son zəng”lə bağlı ancaq milli musiqilər səslənsin, məktəbli geyimi olsun və s. Həqiqəti əks etdirsəydi, çox doğru qərar olacaqdı. Çox təəssüf olsun ki, bir neçə gündən sonra Agentlik elan etdi ki, belə bir təlimat verməmişik. Biz də sevinmişdik ki, bir dəfə düzgün təlimat verəcəklər. Nə qədər ki, məktəblərdə “Son zəng”in keçirilməsi ilə bağlı doğru-dürüst təminat verilməyəcək, bu problemlər olacaq. Bunun üçün Məktəbəqədər və Ümumi Təhsil Agentliyi məktəblərə təlimat göndərməlidir. “Son zəng” tədbiri saat neçədə başlamalıdır, tədbir zamanı şagirdlər məktəbli formasında olmalıdır, musiqi yalnız milli musiqilərdən seçilməlidir, rəqslər milli musiqilərə uyğun olmalıdır”.

Ekspert bildirdi ki, tələbləri pozan direktorlar ciddi cəzalandırılmalıdır:

“Dekorasiya ancaq təbii və sadə olmalıdır. Hər məktəbin infrastrukturuna və gücünə görə müəyyənləşdirilməlidir. Xüsusi bər-bəzəklər qadağan olunmalıdır. Biz görürük ki, bu addımlar atılsa, məktəblərdə problem olmaz. Çox təəssüf olsun ki, biz məsələni məktəb direktorlarının ixtiyarına buraxırıq. Problem təkcə 207 nömrəli məktəbdə deyil, bütün məktəblərdə problem var. “Son zəng” günü istənilən şəhər məktəbinə yaxınlaşıb görmək olar ki, dekorasiya 1000 manatdan yuxarıdır. Hardandır? Təbii ki, pul uşaqlardan yığılıb. Xüsusi geyimlərin, bəzən yarıçılpaq geyimlərin olması, yaşa uyğun olmayan makiyajlardan istifadə edilməsi, müəllimlərə, direktorlara xüsusi hədiyyələrin alınması daha nələr, nələr”.

E.Qafarovun sözlərinə görə, baş verənlər şəhər məktəblərinin əksəriyyətində var:

“Bir çox hallarda təşəbbüsü valideynlər və məktəb rəhbərləri qaldırır. Nəticədə bu biabırçılıqlar yaşanır. “Son zəng” “soyğunçu” bir günə çevrilir. Məsələn, bilirəm ki, elə adamlar var ki, “Son zəng” tədbirinə uşağı üçün xərclədiyi vəsaitin bir neçə ay borcunu vermək məcburiyyətində qalır. Bu nə dərəcədə doğrudur? Bu baxımdan bütün bunların çox sadə bir həll yolu var. Təhsilimizdə o qədər problem, biabırçı hallar var ki, bəzən oturub biz məktəbləri, müəllimləri qınayırıq. Məsələn, 207 nömrəli məktəbin direktorunun işdən azad olması nəyi həll etdi? Heç nəyi həll etmədi. Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram. Amma bizdə belə deyil. Bilərəkdən bu şərait yaradılır və bilərəkdən məktəblər, müəllimlər qınaq obyektinə çevrilir. Bu qədər çətindir ki, 10 cümləlik təlimat göndərəsən məktəblərə ki, “Son zəng” başlayandan bitənə qədər tədbir bu formada olacaq? Bununla da bütün problem həll olunacaq”.

Müsahibimiz qeyd etdi ki, kənd məktəblərində bu problem yoxdur və ya minimum səviyyədədir.

“Ən böyük problem şəhər məktəblərindədir. Bu problemin kökü mütləq Elm və Təhsil Nazirliyidir. Bu gün mayın 13-üdür. Bu gün də təlimat vermək olar, hələ bir ay qalıb. Problemin həll olunmasını Elm və Təhsil Nazirliyi və ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi istəyirmi? İstəyirsə, məktəblərə 10 cümləlik təlimat göndərsin. Görünən odur ki, vəziyyətin belə olmasında maraqlı Elm və Təhsil Nazirliyidir, başda Emil Əmrullayev olmaqla. Məsələ odur ki, problemi həll etmək istəmirlər. Nəticədə cəmiyyətdə bu kimi neqativ hallar ortaya çıxır. Məktəb və müəllim mənfi mənada müzakirə olunur və nüfuz aşağı düşür. Cəmiyyətdə ciddi mənəvi boşluqlar yaranır”, – deyə Elşən Qafarov vurğuladı.

Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus səs yazısı yayılmışdı. Səs yazısında o, “Son zəng” üçün pul yığılmasını və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edirdi.
 
Ardını oxu...
"Övladmı 1-ci sinifə getməlidir. "Online" müraciətdə sadəcə bir məktəb və müəllim haqqı verirlər..." "DİA-AZ" xəbər verir ki, bu barədə narazı valideynlərdən biri öz etirazını ifadə edib.

Valideyn daha sonra Elm və Təhsil Nazirliyinin 1-ci siniflərə qəbul sisteminin əslində, rüşvətə şərait yaratdığını konkret dəlilləlrlə sübuta yetirir. Onun müraciətində deyilir:

"1- yaxın ərazi, 2- bacı-qardaş həmin məktəbdə təhsil alır, 3- valideyn həmin məktəbdə işləyir. Yaxın ərazı üzrə seçdim, "Azərışıq" sayğac nömrəsini daxil etdim.

İmtina gəldi. Səbəb Abşeron rayonu üzrə "Ərazi prioriteti qəbul olunmur"..

Hər məktəbdə minimum 6-7 ibtidai sinif olur və hər sinifdə minimum 30 uşaq. İki bənd üzrə hamısı doldu?

Şirinlik təklif edən kimi yer tapırlar. Əgər belə qəliz idisə, məktəb və müəllim seçim sayı artırılmalıydı ki, seçimlər arasından birinə qəbul olunsun.

Ölkədə təhsilin keyfiyyəti və səviyyəsi yerlərdədir.

Biz indi hara müraciət etməliyik?"
Ardını oxu...
 
Ardını oxu...
"Rabitəbank"-ın Analar Günü ilə bağlı hazırladığı reklam çarxı sosial şəbəkələrdə tənqidlərə məruz qalıb.

32gun.az xəbər verir ki, İstifadəçilər çarxda şəxsi məlumatların – konkret olaraq telefon nömrəsinin açıq şəkildə göstərilməsini bank üçün ciddi bir səhv kimi dəyərləndiriblər.

Tanınmış marketoloq Müşviq İskəndərov da məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edərək reklam çarxını tənqid edib:

“Rabitəbank Analar Günü (Azərbaycan üçün belə bir gün varmı, onu bilmirəm) üçün hazırladığı videoda nömrəni açıq şəkildə paylaşaraq insanların şəxsi məlumatlarını yayıb. (Fotoda nömrə mənim tərəfimdən silinmişdir). Bu yalnız kontent istehsalçısının səhvi deyil, həm də bankın güvən anlayışına təsir edən ciddi bir məsələdir. Öz əməkdaşlarının ailə üzvlərinin məlumatlarının təhlükəsizliyini təmin etməyən bir bankın, müştəri məlumatlarından necə istifadə etdiyi sual altına düşür. Kiçik görünən məsələlər sonradan böyük problemə çevrilə bilər.”
Ardını oxu...
 
Ardını oxu...
Daha bir icra başçısının başı cəncəl işlərə qarışıb.

Bu barədə “DİA-AZ”ın əldə etdiyi məlumatdan aydın olur.

Mötəbər mənbə iddia edir ki, Şirvana rəhbərlik edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov “yuxarılar” tərəfindən ciddi şəkildə tənqid olunub. Səbəbsə…
Ardını oxu...
Mənbənin söylədikləri: “Məlumdur ki, Şirvanın icra başçısı İlqar Abbasovun köməkçisi və bacanağı Etibar Yolçiyevlə

müavini Orxan İbrahimov vəzifə səlahiyyətlərindən dən sui-istifadə edərək “Gəmi zavodu” deyilən ərazi ətrafında yerləşən 13 hektar torpaq sahəsini Sabirabadlı qazinin adı ilə özəlləşdiriblər.

Bu fakt “yuxarıların” diqqətini cəlb edib və ona sərt şəkildə xəbərdarlıq edilməklə yanaşı, onunla bağlı ciddi ölmünün götürüləcəyi də hiss etdirilib”.

Məsələ ilə bağlı Şirvana icra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı
 
Ardını oxu...
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov özünə həsr olunan sənədli film çəkdirib.
Belə bir iddia sosial şəbəkədə paylaşılıb.
Məsələ ilə bağlı videoda yer alan, icra başçısının birinci müavini Qalib Xudaverdiyev oxu.az-a açıqlamasında sənədli film iddiasını tamamilə əsassız adlandırıb.
İki il əvvəl çəkilən ad günü təbrikidir. Daxili, qısa bir təbrik videosudur. İndi kiminsə əlinə keçib, götürüb belə paylaşıb şantaj edirlər. Onu kimin paylaşdığını da bilirik, qərəzçi, öz maraqları üçün hamını şantaj edən adamdır – Asəf İsmayılov adında bir şəxsdir. Vaxtilə bələdiyyə sədri işləyib, müəyyən neqativ hallara yol verdiyinə görə sonra işdən uzaqlaşdırılıb. İndi də belə qərəzlə məşğuldur. Bu video da necəsə əlinə keçib. Dəqiq bilmirəm, ola bilər ki, kimsə öz profilində paylaşıb, o da götürüb belə istifadə edir”.Burada qeyri-adi nə var ki? Adam öz tanıdığı biri ilə bağlı öz şəxsi fikirlərini deyib. Burada qəbahətlik nəsə bir şey yoxdur. Təkrar edirəm, heç bir filmdən söhbət getmir. Hansı icra başçısı özünə film çəkdirir ki? Sadəcə daxili, bir neçə nəfərin səsləndirdiyi bir təbrik olub”, – deyə Q.Xudaverdiyev bildirib.
Lakin göründüyü kimi, icra başçısı öz yübileyini təmtaraqla qeyd etməsi, özü haqqında film çəkdirməsi danılmaz fakt olaraq qalır.

Qeyd edək ki, Rafiq Cəlilov 2021-ci il ildən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısıdır.
 

Dünyapress TV

Xəbər lenti