Ardını oxu...
Bu halda Bakı və regionlar üzrə vəzifəli şəxlərlə işləyən və ayda 600-700 man əmək haqqı alan təqribən 500-əyaxın sürücünün işsiz qalması gözlənilmirmi?
-Azəriqaz İB Baş direktoru əmr imzalayıb. Bu əmrə əsasən vəzifəli şəxslərin sürücüləri işdən azad olunacaq ,bu şəxslər öz maşınlarından istifadə edəcək və bunun üçün onlara yüksək məbləğdə təqribən 2000-2500 man.vəsait (maşının arendası və benzin pulu) ödəniləcək.(bax: əlavəyə)
Məs: Bu halda bir RQİİ rəisi təqribən 2500(əmək haqqı)+2500(maşın arendası üçün)+600 litr pulsuz benzin. Ona xidmət edən maşının sürücüsü isə təqribən 600-700 man əmək haqqı alırdı
Sual:
-Ayrılmış arenda pulu maşının markasından,şəxsin vəzifəsindən yoxsa iş vaxtı daha çox istifadədən asılıdır?
Sonda: Bu halda udan kim,uduzan kim oldu?
Mirvari Gahramanli
Ardını oxu...
 
 
 

    
Ardını oxu...
"Beynəlxalq Bank və Kapital Bank aşkar şəkildə sistem əhəmiyyətli bank statusundan sui-istifadə edərək dollar əmanətləri üzrə müştərilərə yüksək faizlər təklif edirlər..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu açıqlamasında tanınmış hüquqşünas Əkrəm Həsənov bildirib.
"Son dövrdə bir sıra banklarımız dollar əmanətləri üzrə faiz dərəcələrini artırıblar..." deyə fikrini davam etdirən hüquqşünas daha sonra bunları əlavə edib: "Səbəb bəllidir: devalvasiya gözləntisi (qorxusu) olanlar (əsaslı olub-olmaması başqa məsələdir) manatda əmanət yerləşdirməkdən çəkinir. Dollar əmanətləri üzrə faiz dərəcəsi isə son illər ərzində çox aşağı idi – 1-2%. Xatırladıram ki, xarici valyutada qorunan (sığortalanan) əmanət faiz dərəcəsi 2,5%-dir: yəni bu dərəcədən yuxarı yerləşdirilən əmanətin sığortası yoxdur və bank ləğv olunduğu halda pul batacaq (məlum olduğu kimi, müflis banklarda olan-qalan vəsaitin başına da Əmanətlərin Sığortalanması Fondu daş salır, buna görə sığortasız əmanətçilərə heç nə çatmır/və ya qəpik-quruş çatır). Hazırda isə bir neçə bankımız 3-5% dərəcəsi ilə sığortasız dollar əmanəti qəbul edir. Manat əmanəti üzrə qorunan (sığortlanan) faiz dərəcəsi 12% olsa da, devalvasiyadan qorxanların bir qismi sığortasız əmanət qoymağa cürət edir. Yəni onlar sanki deyir: bankların bağlanma ehtimalı devalvasiya ehtimalından daha aşağıdır.
Beynəlxalaq Bank və Kapital Bank isə yaranmış vəziyyətdən sui-istifadə edərək 4%-lə dollar əmanəti qəbul etməyə başlayıblar. Məsələ burasındadır ki, onlar sistem əhəmiyyətli banklardır. Yəni onlar bank sistemimiz üçün o qədər əhəmiyyətlidir ki, dövlət onların bağlanmasına heç vaxt yol verməyəcək. Çünki onlar nəinki kapital və aktivlərinə görə ölkənin iki ən iri bankıdır, həmçinin bir sıra layihələrin (pensiya kartları, məmurların maaş kartları və s.) də icraçısıdırlar. Yadınızdadır, bir neçə il əvvəl Beynəlxalq Bank faktiki müflis idi, amma dövlət milyardlarla vəsait xərcləyərək onun batmasına yol vermədi.
Odur ki, onlar da indi dollar əmanətləri üzrə yüksək faizlər müəyyən edərək faktiki olaraq hüquqdan sui-istifadə edir və digər bankların haqqına girirlər (bunun formal olaraq haqsız rəqabət olub-olmaması Rəqabət Məcəlləsinin axtalığını nəzərə alaraq başqa məsələdir, lakin hüquqdan sui-istifadə aşkardır). Təbii ki, dollar əmanətçiləri üçün bu iki bank daha təhlükəsiz olduğu üçün onlara üstünlük verəcəkləri ehtimalı yüksəkdir. Bu isə sağlam rəqabət prinsiplərinə ziddir..."
Ardını oxu...
QEYD: Cədvəldə yaşıl rənglə sığortasız dollar əmanət faizi təklif edən banklar qeyd olunub. Qırmızı rənglə isə onların haqqına girən iki bank.
 
 


 
Ardını oxu...

DogruXeber.az: - İllər ötdükcə təbiət Bakıdan da, bakılılardan da üz döndərmiş kimi görünür…Yağış, ildə bir dəfə yağan qar, bəzən külək də paytaxtı iflic edir. Həm də elə ki, illərdir aktuallığını qoruyan problemin həlli inandırıcı görünmür. Xüsusi ilə də, ötən ilin oktyabrında və sonuncu yağış miqdarı və fəsadları ilə problemi kuliminasiya nöqtəsinə daşıdı. Və…indi də problemə müxtəlif prizmalardan yanaşmalar müşahidə olunmaqdadır. Daha çox hədəf nöqtəsində görüntülənən isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. Sıradan paytaxt sakinlərinin Əzizova ünvnlanmış ittihamları başadüşüləndir…Amma, bu sırada ictimai-siyasi arenada tanınmışların, ekspertlərin, bəzən isə məsul şəxslərin yer almasını birmənalı qarşılamaq yumşaq desək anlaşılan deyil.

Niyə?
Vahid mərkəzdən idarəetmə olmayanda…

Tamam, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısıdır və ən xırdasından tutmuş, ən böyükünə qədər bu şəhərlə bağlı problemlər görünəndə ilk yada düşən də məhz o olur… Məntiqlə belə də olmalıdır. Amma, təəssüf ki, bəzən məntiqlə qanunlar, yazılmış qaydalar tərs mütənasib olur. Necə ki, bizim sevimli paytaxtımız bu tərs mütənasib taleyi yaşayır. Bakı kimlərinsə məntiqə və həm də bəlli gerçəkliklərə zidd, “cızma-qaralar”ının girovunda çabalayır…

Şəhərin başçısı var, başçının səlahiyyəti yox…2018-ci ildən bütün kommunal xidmətlər-su və kanalizasiya, qaz, işıq- Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindən çıxarıldı. Hazırda paytaxtın su təminatı və kanalizasiya xidməti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsin (PHŞ) Bakı Sukanal İdarəsinin səlahiyyətindədir. Eləcə də, qaz təminatı “Azəriqaz” İstehsalat Birliyinin, işıq təminatı “Azərişiq” ASC-nin, nəqliyyat xidməti AYNA-nın, yol infrastrukturu da AAYDA-nin vəzifədir ki, var.

Başqa sözlə sadaladığım sferalardakı problemlərin hər birinin öz sahibi var…Bu sahiblər sırasında isə Bakı Şəhər İcra Hakimiyyəti yer almır. Baxmayaraq ki, tənqid olunan da, bəzən söyülən də şəhər rəhbərliyidir.

Qeyd etdiyim kimi, məlum qanun-qaydaya uyğun olaraq, paytaxtın su təminatı və kanalizasiya xidməti rəhbəri Zaur Mikayılov olan ADSEA-nın tabeli strukturunun işi olmalıdır. “Olmalıdır” ona görə yazıram ki, ADSEA səahiyyətliləri bunu ya bilmir, ya da bilmək istəmirlər. Ən azı ötən ilin oktyabrında və sonuncu yağışda nə Zaur Mikayılovu, nə də hansısa bir tabeli məsul şəxsini “gördüm” deyən olmadı(?)

Ardını oxu...

Özü görünmür, amma yeri çılpaqlığı ilə görünür!

Normalda Zaur Mikayılov komandası ilə birgə Bakı küçələrində addım-addım dolanmalı, gölməçələrdə “üzməli” idi. “Üzür” də, amma gölməçələrdə yox, Eldar Əzizovun kölgəsində…Adamın heç “tükü də tərpənmir”. Nə hansısa kanalizasiya “lyuk”unun üstündə, nə hansısa gölməçə kənarında, nə mətbuat müstəvisində görünür, nə də bir kimsə onun adını dilə gətirmir(?)

Özünü elə aparır ki, Bakının bu problemindən sorumlu o yox mənəm, dövlətin bu istiqamətdə ayırdığı milyonları “həzmi-rabedən keçirən” də, o yox mənəm. Dövlətin milyonları demişkən, ADSEA-nin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ az qala ayın hər günü tender keçirir.
Bu tenderlər necə keçirilir? Hansı şirkətlər qalib seçilir, hansı şərtlərlə əməkdaşlıq edilir? Və nəhayət, milyonlarla ölçülən xərclərin qarışılığında niyə babat yağış həyatı iflic edir? Niyə bizim vergilərimizlə formalaşan büdcə vəsaitləri kanalizasiya borularında “tıxaca düşür”? Və s.

Ardını oxu...

Bu mövzuda məxsusi bir yazı olcaq. Ötənlərdə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in İdarə Heyətinin sədri vəzifəsini icra edən cənab Tahir Xəlilova “AMPER” MMC ilə əməkdaşlıqla bağlı bir online sorğu da, ünvanlamışıq. (Yeri gəlmişkən, məlumata görə Tahir Xəlilov da, Zaur Mikayılovun özü ilə gətidiyi kadrlardandır. İ. S.) Tərəflər arasında bu ayın 16-da Elektrik naqillərinin alınması ilə bağlı 171.686 manatlıq müqavilə imzalanıb. Nə isə, bu haqda qarşıdakı günlərdə…

Bakını necə xilas etməli?

Bu sual da, məlum problemlə paralel aktuallaşır…Təkcə yuxarıları, ekspertləri yox, elə sıradan paytaxt sakinlərini də düşündürür. Və müxtəlif fikirlər səslənir, təkliflər edilir…

Daha çox cəlbedici və əsalandırılmış təkliflər isə vahid idarəçilik mərkəzində cəmlənir. Problemləri ötür-ötür oyunundan qurtarmaq səlahiyyət, həm də məsuliyyət yolundan keçir. Paytaxtla bağlı bütün xidmət sahələri-su, kanalizasiya, qaz, işıq, nəqliyyat, yol infrastrukturu-vahid idrəçilik mərkəzində cəmlənməli və idarə edilməlidir. Təcrübə göstərir ki, bunun əksi, yəni hazırkı idarəçilik mexanizmi özünü nə doğrultmur, nə də doğruldacaq kimi görünmür. Hətta insan ölümləri ilə də müşahidə olunur…

Hökumət bu istiqamətdə iradə ortaya qoyub, vahid idarəçilik mərkəzinin mexanizmini hazırlamalı, gərəkən strukturu yaratmalıdır. Daha dəqiq desək, Meriya institutu formalaşdırılmalıdır. Komandası ilə birlikdə, təbii ki, seçki yolu ilə…//Yenixeber.org

Ardını oxu...

 

 

      

Ardını oxu...
Son vaxtlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qanunsuz parklanma siyasəti ilə bağlı ictimai narazılıqlar artmaqdadır.

Demokrat.az xəbər verir ki, bu narazılıqlar əsasən yaşayış binaları ərazisində pulsuz parklanma yerlərinin zəbt olunması, yüksək cərimələr və AYNA rəhbərliyinin sakinlərin razılığı olmadan qeyri-rəsmi formalarda ayrı-ayrı vəzifəli şəxslərin göstərişlərini həyata keçirməsi ilə bağlıdır.

Digər ciddi qanunsuzluq isə AYNA-nın insanları bezdirərək, onlardan topladığı vəsaitlərin ictimaiyyətə hesabatını verməməsi faktıdır.

Məsələ ilə bağlı Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ona tətbiq olunan cəriməyə sərt etirazını bildirib.

Partiya sədri qurumun fəaliyyətini kəskin tənqid edərək, topladığı vəsaitlərin şəffaflığına dair suallar qaldırıb.

İqtisadçı deyib ki, bu gün maşınını yalnız ofisinin qarşısında saxlayıb və həmin ərazi binaya məxsus olduğu üçün giriş şlaqbaum vasitəsilə mümkündür. Lakin buna baxmayaraq, AYNA tərəfindən cərimə olunub:

“İnsanları bezdirən, yığdığı vəsait haqqında ictimai məlumat verməyən, yığdığını kefi istəyən kimi xərcləyən, AYNA, sizdən indicə mesaj aldım. Bugünkü tarixdir, bu gün maşını heç yerdə saxlamamışam, evdən çıxıb ofisə gəlib, ofisin qarşısında maşını park etmişəm. Ofisin qarşısı binaya aiddir, şlaqbaumla daxil olmaq olur və maşın 7 saatdır ofisin qarşısındadır. Yaxşı, siz bu cəriməni haranızdan uydurub çıxardınız?”.

Partiya sədri həmçinin çağrı mərkəzinə zəng etdiyini, lakin 4 dəqiqə gözlətdikdən sonra telefonun qapatıldığını vurğulayıb.

O, bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini də açıqlayıb:

“Sizi məhkəməyə verəcəyəm, yetər artıq, insanları zinhara gətirmisiniz!”.

Natiq Cəfərlinin AYNA-nın fəaliyyəti barədə iradlarına bir sıra ictimai şəxslər və ayrı-ayrı vətəndaşlar tərəfindən sosial media üzərindən çoxsaylı dəstək şərhləri verilib.

Jurnalist Mayıl Ağaxanov isə qeyd edib ki, AYNA-nın fəaliyyətsizliyi ictimai nəqliyyatı iflic edib:

“Bu qurumun başı pul yığmağa qarışıb, ictimai nəqliyyata nəzarətin başını buraxıblar”.

Hərbi ekspert Üzeyir Cəfərov deyib ki, 20 milyon 15 min 120 manat pul qoparıblar sizdən-bizdən:

“BNA necə milyonları çırpışdırıb aradan çıxdısa, sabah bunlar da adlarını dəyişib mahiyyəti dəyişmədən yeni adla daha çox soyğunçuluq edəcəklər. Süni tıxaclardan kimlər neçə milyon qazanırlar, artıq hamı gözəl bilir. 30 günə yüz milyonlarla vəsait əldə olunur və o pul da rahatca bölünür "ağıllılar" arasında. Biz də saatlarla tıxaclarda deyinib əsəb xəstəsi oluruq. Necədir sizin üçün?“.

Yaranan problemlərin həlli üçün yeganə çıxış yolu olaraq vətəndaşlar AYNA-nı məhkəməyə verməyi təklif edirlər.
 
Ardını oxu...
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə paytaxtın Həsən Məcidov küçəsində piyadaların yaşadığı səki problemi barədə məlumat verilib.

Qeyd edilib ki, ərazidə piyadaların hərəkəti üçün səki demək olar ki, mövcud deyil.

"Küçədə səki yalnız kəsintili şəkildə bir neçə yerdə var. Yolun kənarında, hətta zibil yeşiklərinin önündə park edənlər isə şəraiti daha da çətinləşdirirlər. Həm də səkidə park edənlərə qarşı ciddi tədbir görülməlidir. Üstünlüyü avtoyuma və təmir məntəqələrinin təşkil etdiyi bu küçədə piyada təhlükəsizliyi tamamilə unudulub", - deyə əlavə edilib.

 
Ardını oxu...
Şəki şəhər İcra Hakimiyyəti şəhərin yollarını əsaslı tmir etmək üçün tender keçirib. Tribunainfo.az xəbər verir ki, bu mqəsədlə “EUROLİNE” QSC ilə satınalma müqaviləsi imzalayıb.

Bu layihənin dəyəri 661 min 573 manat təşkil edəcək. Və Şəkidəki bir sıra yolların yenidən qurulmasını əhatə edəcək.

Bildirək ki, “Euroline” QSC bundan əvvəl “Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması”nı da həyata keçirib. 2021-ci ildə bu məqsədlə 22 milyon 828 min 327 manatlıq tenderi qazanıb.

Qəribədir ki, sözügedən şirkət sus sistemlərinin çəkilməsi sahəsində ixtisaslaşıb. İndiyə qədər gördüyü işlər də yalnız bununla bağlı olub. İndi Şəki İcra Hakimiyyəti su sistemləri quraşdıran şirkətə asfaltı necə çəkdirəsək, o maraqlıdır…

Qeyd edək ki, “EUROLİNE” şirkəti son bir ildə cəmi üç tenderə qatılıb. Onlardan biri yuxarıda qeyd etdiyimiz məsələdir. Digərləri isə Tikilməkdə olan Obyektlərin Müdriyyətinin keçirdiyi iki tender olub. Belə ki, şirkət bu qurumun Ucar rayonunun Qəzyan, Boyat, Bağban, Bərguşad, Yuxarı Şilyan və Qulabənd kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirlərinə dair sifarişini həyata keçirib. Bu işlərin müqabilində isə 6 milyon 665 min 308 manat əldə edib.

İkinci tender isə Cəlilabad rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün sututarların təmir-bərpası (Hamarqışlaq, Sarıqaya, Privolnoye, Uzuntəpə-1, Uzuntəpə-2 və Ocaqlı sututarları) ilə bağlı olub. “EUROLİNE” bu sifarişi reallaşdırmaq üçün 2 milyon 292 min 460 manatlıq müqavilə bağlayıb.

Onu da bildirək ki, “Euroline” QSC 2023-cü ildə bir neçə böyük tenderlərin qalibi olub. Belə ki, Ədliyyə Nazirliyi şirkətlə 22 milyon manatlıq müqavilə bağlayıb. Müqavilədə Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasının tikinti işlərinin satınalınması nəzərdə tutulur.

Xatırladaq ki, “EUROLİNE” şirkətinin ofisi hazırdaYasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 93 ünvanında yerləşir. Şirkət 1999-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2200 manatdır. Qanuni təmsilçisi Muhammad Asifdir.
 
Ardını oxu...
Qazaxın "Göyəzən" futbol klubunun fəaliyyət göstərdiyi Qazax Şəhər Stadionunun vəziyyəti heç də ürəkaçan deyil.

Belə ki, stadionu qazonu tamamilə bərbad vəziyyətdədir. Stadionun Oturacaqları qırılıb və divarları uçuq - sökükdür.

32gun.az xəbər verir ki l, bu barədə sosial şəbəkələrdə paylaşıblar.

Bildirilir ki, stadion və klubun nəzarəti iqtisadi elmlər namizədi, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iş adamı Məmməd Musayevin nəzarətindədir.


****

32gun.az xatırladır ki, Mətbuatdakı materiallarda Məmməd Musayevin "TuranBank ASC-nin əsl sahibi olduğu, oğlu Fuad Musayev isə banka xüsusi nəzarət etdiyi bildirilir.
 
 


 

 

Ardını oxu...
Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyəti ilə bağlı həyata keçirilmiş səmərəlilik auditi nəticəsində qurumun kreditləşmə mexanizmlərində ciddi nöqsanlar və uyğunsuzluqlar müəyyən edilib.

Bu barədə Palatanın 2025-ci ilin I rübünə dair "Dövlət auditi" bülletenində bildirilir.

XALQ.AZ xəbər verir ki, sənədə əsasən, 2021-ci ildə təsdiqlənmiş qaydalarda sosial təhsil tələbə kreditlərinin verilməsi zaman rifah göstəricilərindən daha çox "kateqoriyalı yanaşma" tətbiq edildiyi üçün Fondun fəaliyyəti müəyyən olunmuş məqsədlərə uyğun olmayıb.

Bundan başqa, sosial kredit üçün ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) aşağı (51 bal) müəyyən olunması, bu kreditlərdən istifadə edən tələbələrin zəif təhsil nəticələri göstərməsinə şərait yaradıb. Halbuki standart kreditlərdə bu göstərici 71 bal olaraq müəyyən edilib.

Audit zamanı 2 ali təhsil müəssisəsi üzrə 32 tələbənin faktiki ÜOMG-sinin normadan aşağı olduğu halda standart kredit aldığı aşkarlanıb ki, bu da dövlət vəsaitlərinin qanunsuz istifadəsinə və hüquqi aktların tələblərinin pozulmasına səbəb olub.
Bundan başqa, bəzi hallarda tələb olunan sənədlər təqdim edilmədən, sadəcə ali məktəbin məsul şəxsinin portala daxil etdiyi məlumatlar əsasında kredit müraciətləri banka göndərilib. Hətta ləğv olunmuş kredit müraciətlərinin bir hissəsi üzrə bank tərəfindən rəsmi kredit rəsmiləşdirilib.
Hesabatda qeyd olunur ki, ölkədə ali təhsil müəssisələrinə SAT imtahanı ilə qəbul aparıldığı halda, bu yanaşma Fondun mexanizmlərində nəzərə alınmayıb və nəticədə həmin tələbələr ilk semestrdən standart kreditlərdən yararlana bilməyiblər.

Təhlil zamanı, həmçinin, bəzi hallarda 60 yaş və üzəri şəxslərə də təhsil krediti verildiyi müəyyən edilib. 13 halda belə kredit rəsmiləşdirilib ki, onlardan 3-ü artıq pensiya yaşında olan şəxslərdir. Bu isə kreditlərin gələcəkdə geri qaytarılması baxımından risk yaradır.
Fondun idarə olunmasında da struktur problemlərə yer verilib. Himayəçilik Şurasının strateji planları və illik fəaliyyət planlarını təsdiqləməməsi, kənar auditorun təyin olunmaması və müvəkkil bankın razılaşdırılmadan seçilməsi şəffaflıq və hesabatlılıq prinsiplərinin pozulmasına səbəb olub.
TTKF-nin vəsaitlərini artırmaq üçün nəzərdə tutulan investisiya cəlbi funksiyası da icra edilməyib.

Müraciətlərin təxminən 20 %-i üzrə kreditlərin verilməsi bir aydan çox vaxt aparıb ki, bu da əsasən ali məktəblərin və müvəkkil bankların məsul şəxslərinin fəaliyyətsizliyi ilə izah olunur.

XALQ.AZ xəbər verir ki, 2021-ci ildə Təhsil Tələbə Krediti Fondunun direktoru Araz Paşayev olub.

Xatırladaq ki,ötən il Araz Paşayev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədri seçilib.
Ardını oxu...
Aprelin 17-də Səhiyyə Nazirliyi plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısını açıqlayıb. Nazirlikdən bildirilib ki, tibb mütəxəssislərinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduğu halda sözügedən siyahı mütəmadi yeniləcək. Eyni zamanda, Səhiyyə Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında adları olmayan cərrahlar Tibb Universitetində aldıqları baza təhsilinə, yaxud rezidentura təhsilinə uyğun ixtisas üzrə işləyə bilərlər.
Lakin bir çox tanınmış plastik cərrahın adının həmin siyahıda yer almaması suallar yaradıb. Mütəxəssislər hansı əsasla siyahıya salınıb və siyahıdan kənarda qalıblar? Siyahıda adı olmayan həkimlərin fəaliyyəti qadağandırsa, imtina cavabı verilməyən həkimlər adlarının siyahıya salınması üçün nə etməlidirlər? Bu suallar hələ açıq qalıb.
TEREF-in məlumatına görə, adı siyahıda olmayan tanınmış plastik cərrah Dilqəm Məhərrəmov Oxu.Az-a açıqlamasında deyib ki, qərar həm onun, həm də plastik cərrahiyyə dərnəyinin digər üzvləri üçün gözlənilməz olub:
"Mən gözümü açandan plastik cərrahiyyə ilə məşğulam. Dünya Plastik Cərrahiyyə Cəmiyyətinin tanıdığı cərraham. Siyahıda adımın olmaması məni təəccübləndirdi. Daha sonra maraqlandıq, dedilər ki, bu, ilkin siyahıdır və araşdırmalar davam edir. Yəni siyahı yenilənəcək".
Həkim deyib ki, siyahıda təzadlı məqamlar var:
"Siyahı açıqlandıqdan sonra Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik Cərrahiyyə Şöbəsində çalışan dostum zəng etmişdi. Deyir ki, onun öyrətdiyi dörd rezidentin adı siyahıdadır, amma onun - müəllimin - adı yoxdur. Halbuki beş ildən bir Həkimləri Təkmilləşdirmə İnstitutunda sertifikasiyadan keçirik. Bu necə başa düşülməlidir?"
Dilqəm Məhərrəmov hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik Mustafa Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində baş elmi işçi və plastik cərrah kimi fəaliyyət göstərdiyini, beynəlxalq konfranslar təşkil etdiyini bildirib:
"Avropadan, ABŞ-dən hər il ölkəyə mənim adıma görə yüzlərlə insan gəlir. Belə bir halda mənim işimə, sadəcə, siyahı ilə qiymət verilməsi nə dərəcədə doğrudur, bilmirəm".
Həkim qeyd edib ki, sənədlərində uyğunsuzluq və ya fəaliyyətinə icazənin verilməməsi ilə bağlı ona hər hansı rəsmi bildiriş göndərilməyib:
"Biz heç gözləmirdik ki, bu məsələdə bizimlə bağlı problem yaransın".
 
Ardını oxu...
Gəncə şəhərinin məişət tullantıları poliqonu on mindən çox sakini olan Cavadxan qəsəbəsinin tam yaxınlığında yerləşir. Yaşayış massivi ilə ərazini cəmi 100-150 metr məsafə ayırır. Qısa arayış verək ki, qəsəbə 1990-cı illərin sonunda salınıb. Məişət tullantıları poliqonu da həmin illərdə mövcud olub. İllər bir-birini əvəzlədikcə evlərin sayı da artıb. Paralel olaraq suni şəkildə məişət tullantıları poliqonunun da sahəsi genişləndirilib. Bu gün tullantıların daşındığı ərazi 100 hektardan çoxdur. Nəticədə Cavadxan qəsəbəsində evlər zibil poliqonunun bir addımlığındadır.

Sakinlərə poliqona girməmək üçün qadağa da qoyulub, yəni girişdə “Kənar şəxslərin girişi qadağandır” adlı lövhə vurulub.

Qəsəbənin içərisindən hər gün yüzlərlə məişət tullantıları daşıyan yük avtomobilləri keçir. Daşınan zibillərin əksəriyyəti isə küçələrə tökülür. Sakinlər üfunət iyindən qış aylarında belə qapı və pəncərələri bağlamaq məcbiriyyətində qalırlar.

Qəsəbə sakini Həsən Bayramov Teleqraf-ın yerli bürosuna bildirib ki, hazırkı vəziyyətdən qurtarmaq üçün əlacları evlərini satıb, ərazidən köçməkdir.

"Külək əsən zaman yandırılan tullantıların iyi gələndə, buradan köçüb getmək istəyirik. Çox dəhşətli mənzərədir. İcra Hakimiyyətinə müraciət etmişik. Baxan yoxdur. Sanki zibil poliqonunun heç kəsə aidiyyəti yoxdur, camaat bu zülmü çəkməlidir”.

Qəsəbənin digər sakini Rövşən İsmayılov mövcud durumdan narazılığını bildirir:

“Zibidaşıyan maşınlar qəsəbənin içərisi ilə hərərkət edirlər. Hər yer çox bərbad gündədir. Qapıları bağlayıb məcbur kondisioneri qoşuruq. Xəstəlikdir də. Uşağı çölə buraxa bilmirsən, nə edəcəyimizi də düşünə bilmirik".

Məişət tullantıları poliqonu Gəncə Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) balansındadır. Sakinlərin sözlərinə inansaq, aidiyyəti qurumlar da bu problemdən xəbərdardırlar.

Mövzu ilə bağlı MKTİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, indiki şərtlər altında qurumun görə biləcəyi heç bir tədbir yoxdur.

Sakinlər isə problemin tezliklə həll olunacağı ümidi ilə yaşayırlar.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti