Snup Doqq özünə "Telegram" kanalı açıb
Amerikalı reper Snup Doqq "Telegram"da şəxsi kanal yaradıb. O, artıq tanınma işarəsi alıb və ilk paylaşımını edib.

Oxu.Az xəbər verir ki, bu barədə daily.afisha.ru məlumat yayıb.

Onun şəxsi "Telegram" kanalı mayın 2-də açılıb və ilk paylaşım mayın 16-da edilib. Reper məşhur "Drop It Like It's Hot" trekindən bir sətir yazıb və ertəsi gün "itləri buraxmaq" ("let the doggs out") üçün izləyicilərindən səs istəyib.

Snup Doqqun kanalına artıq 60 mindən çox istifadəçi abunə olub.
1747544536_2.jpg
 

Dünyapress TV

Xəbər lenti