Ardını oxu...
Əməkdar artist Mehriban Xanlarova ilə Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə arasında baş vermiş qalmaqal yenidən alovlanıb.

Musavat.com xəbər verir ki, Mehriban Xanlarova qarşı tərəfdən üzr istəməsini tələb edib:

"Mehriban Ələkbərzadə, artıq bir aydır səni səssiz və təmkinlə gözləyirik ki, vicdanınla baş-başa qalacaq, cəsarətini toplayaraq şəhid qızı Məsmə Aslanqızından üzr İstəyəcəksən. Nə üçün üzr istəməli olduğunu sən çox yaxşı bilirsən. Bu susqunluq artıq qəbuledilməzdir! Sənə son 24 saat vaxt veririk! Əgər bu müddət ərzində çıxıb üzr istəməsən, həmin hadisəni İctimaiyyətə açıqlayacağam!"
 
 
Ardını oxu...
Tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramların bağlanacağına dair açıqlaması müzakirəsiz ötüşmədi.

Bunu Zaurun zarafatı kimi qəbul edənlər də oldu.

TEREF bildirir ki, Yenisabah.az məsələnin təfərrüatını öyrənə bilib. ATV-də məsul vəzifə tutan şəxslərdən biri həmin sayta açıqlamasında bu xəbəri təsdiq edib.

Mənbənin dediyinə görə, yaxın vaxtlarda, ən gec sezon sonunda Zaur Baxşəliyevin müəllifi olduğu hər iki veriliş bağlanacaq.

ATV rəsmisi telekanal rəhbərliyinin Zaur-Günay cütlüyünün fəaliyyətindən razı olduğunu bildirib. Qeyd edib ki, Zaurun verilişlərinin bağlanması ATV-nin yayım siyasəti ilə əlaqəli deyil.

Onun sözlərinə görə, Zaur ailəsi ilə birlikdə xaricə köçməyə hazırlaşdığı üçün telekanalla yollarını ayırır.

Mənbə Zaur Baxşəliyevin hansı səbəbdən ölkəni tərk etdiyinə dair məlumatlı olmadığını bildirib.
 

Ardını oxu...
  

Xalq artisti Röya Ayxan yeni fotosessiya etdirib.

Estrada ulduzu iddialı tərzi ilə kamera qarşısına keçib.

Pop ulduzun stili üzərində Anar Ağakişiyev çalışıb, onun fotolarını isə Zeynal Məmmədli lentə alıb.  (Olay)

Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...

 
 
 

Ardını oxu...
  

Azərbaycan “Avroviziya-2025” mahnı müsabiqəsinin birinci yarımfinalında mübarizəni dayandırıb.

Çıxışlardan sonra səsvermə keçirilib.

Səsvermənin nəticələrinə görə, Azərbaycanın yarışmadakı təmsilçisi “Mamagama” qrupu mübarizəni dayandırıb.

Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San Marino, Estoniya, Portuqaliya və Ukrayna təmsilçiləri finala adlayıblar.**APA

 


Ardını oxu...
  

İllər sonra Azərbaycana gələn aparıcı Gülnarə Məmmədova həyat yoldaşından ayrılması ilə bağlı yayılan şayiələrdən danışıb.

Aparıcı bu məlumatı təkzib edib.

Gülnarə bildirib ki, o həyat yoldaşı və övladı ilə Azərbaycana gəlib.

Aparıcı qeyd edib ki, həyat yoldaşı ilə ayırlmayıb, hətta onun həyat yoldaşı Özgürün işini Azərbaycana köçürmək planı var.

Xatırladaq ki, Gülnarə 2015-ci ildə Özgür adlı iş adamı ilə ailə quraraq Türkiyəyə köçüb. Həmin vaxt aparıcı keçmiş ANS televiziyasında çalışırdı. Cütlüyün 3 yaşında Mirac adlı övladı var.

Gülnarə ötən ilin dekabrında Azərbaycana gəlib. (baku.ws)


Ardını oxu...
  

Xalq artisti Faiq Ağayev efir məkanında yaşanan bəzi halları tənqid edib. 

Sənətçi  bu barədə “Künc-bucaq” layihəsində danışıb.

Faiq Ağayev deyib ki, televiziyada “ləçər kişi” obrazı yaradırlar:

“Televiziyada “ləçər kişi” obrazı yaranıb. Çıxırlar efirə ağzıyamaq, çirkin, çamurlu danışırlar. Bizim belə bir ifadəmiz var, deyirlər, özünü arvad kimi aparmaq. İndiki dövrdə bu normal söz deyil. Biz arvada layiq görmədiyimiz hərəkətləri şəxsiyyət vəsiqəsində “kişi” yazılan insanların simasında görürük.

Kişi sanbalını qorumalıdır. Gəlib həyasız kimi davranmamalı, qışqırmamalıdır. Onlar cəmiyyətin bir hissələridir. Kaş ki, olmayaydılar. “Kişi” sözü insanın mərdliyini, etibarlılığını nəzərdə tutur. Hətta xanımlar var ki, onlar üçün deyirik kişi kimi adamdır. Bu, cinsiyyətə aid olan konkret ifadə deyil. Xasiyyətə verilən qiymətdir. Şəxsiyyət vəsiqəsinə görə kişi olanlar bacarmır, amma qadınlar kişilərdən artığını edir”.   (Olay)


Ardını oxu...
 

Xalq artisti Nazpəri Dostəliyeva və Əməkdar artist Aybəniz Haşımova Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərlinin dəfn mərasimində iştirak ediblər.

Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən Xalq artisti Nazpəri Dostəliyeva dərin hüznlə bunları qeyd edib:

"Azərbaycanın qəhrəman şəhidi, polkovnik-leytenant Zaur Cəfərovun bizlərə əmanət qoyduğu balası – 13 yaşlı Səlbi bu gün haqq dünyasına, atasının yanına qovuşdu. Səlbi illərdir ağır böyrək xəstəliyindən əziyyət çəkirdi, dializlə yaşamağa çalışırdı. Gözləri görmürdü, amma qəlbi ilə görürdü, hiss edirdi, sevirdi... Cənnət mələyi olan Səlbi balamıza Allahdan rəhmət diləyirəm!"

Xatırladaq ki, şəhid əmanəti olan Səlbi Cəfərli uzun sürən ağır xəstəlikdən sonra ötən gün dünyasını dəyişib. O, kəskin böyrək çatışmazlığından əziyyət çəkirdi və uzun müddət müalicə almasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, onun atası – polkovnik-leytenant Zaur Cəfərov 2020-ci il Vətən müharibəsi zamanı, oktyabrın 9-dan 10-na keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Xalidə Gəray
Musavat.com

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
  

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Ağdama səfərləri zamanı Əməkdar artist Mətanət İsgəndərlinin "Taleyim mənim" mahnısını dinlədikləri anın görüntüsünü paylaşıb.

Musavat.com xəbər verir ki, Mətanət İsgəndərli sözügedən videonu yayımlayaraq təəssüratlarını bölüşüb.

"Əziz Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva, yolunuz hər zaman açıq olsun. Sizinlə fəxr edirik" deyə, M.İsgəndərli paylaşımında yazıb.

 
 
 
 
 

 

Könül
Musavat.com

 
 
 
Ardını oxu...
“Mədəniyyətimiz darmadağındır. Xalq elə bir tərbiyədədir ki, Allah göstərməsin… 3-4 ifaçı qız insanları kütlə şəklinə salıb”.

Gundeminfo.az axsam.az-a istinadən xəbər verir ki, Xalq artisti Zaur Rzayev gənc ifaçıları tənqid edib:

“Dodaqlarını şişirdənlər çıxır və ağıllarına gələni oxuyur, oynayır və danışırlar. Xalq da baxır, deyir, bundan yoxdur. Toy olanda da qayınana deyir filan, oğlan tərəf deyir, yox o biri, qız tərəf bu biri müğənni olacaq. Bu yaxınlarda bunun üstündə bir bıçaqlanma da olub. Baxırsan sifətlərinə, bunu niyə qoyursunuz toyunuza? Uşaqlar jarqonla danışır, qızlar bıçaq çıxardır. Xalqı məhv ediblər, musiqi bir kənara”.

Dünyapress TV

Xəbər lenti