İspaniya La Liqasında 36-cı turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, Madrid "Real"ı doğma meydanda "Mayorka"nı qəbul edib.
Matça bir çox əsas futbolçusuz çıxan kral klubu çətinliklə qalib gəlib. Belə ki, hesabı 11-ci dəqiqədə qonaqlar açsalar da, kral klubu 68 və 90+5-ci dəqiqələrdə vurulan dəqiq zərbələrlə 3 xalı təmin edib - 2:1.
Bu nəticədən sonra "Real Madrid" xallarının sayını 78-ə çatdıraraq lider "Barselona" ilə xal fərqini 4-ə endirib. Lakin katalon klubunun ehtiyatda bir oyunu var.
"Mayorka"ya gəlincə, komanda 47 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.