Ardını oxu...
Artur Atayev: "Hindistan və Fransadan silah tədarük etməklə İrəvan Rusiyadan siyasi asılılığını azaldır"

Stanislav Priçtin: “Ermənistanın silah bazarında Rusiyanın payı gec-tez bərpa olunacaq"

Qabil Hüseynli: “Ermənistan gec-tez Rusiya silahları əldə etmək üçün Moskvaya üz tutacaq”

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda Ermənistan Rusiya silahlarını almaqdan imtina edərək Hindistan və Fransadan silah almağa başlayıb. Belə ki, 2022-2023-cü illərdə İrəvan Yeni Dehli ilə 1,5 milyard dollardan çox, Parislə 2023-2024-cü illərdə isə 250 milyon dollarlıq müdafiə müqavilələri imzalayıb. Eyni zamanda, Ermənistanın Rusiya ilə 400 milyon dollarlıq sonuncu müqaviləsi 2021-ci ildə imzalanıb və hələ də tam icra olunmayıb. “Vedomosti” bu barədə Rusiya Beynəlxalq İşlər Şurasının (RİAC) “Mövcud mərhələdə Rusiya-Ermənistan qarşılıqlı fəaliyyəti” adlı hesabatına istinadən yazıb.

O cümlədən, Ermənistan Hindistandan 214 mm-lik “Pinaka” reaktiv yaylım atəş sistemləri, 155 mm-lik ATAGS artilleriya qurğuları, ZADS pilotsuz uçuş sistemləri, “Akaş-1S” hava hücumundan müdafiə sistemləri, habelə Rusiya lisenziyası ilə istehsal olunan “Konkurs” tank əleyhinə raket kompleksləri alıb. Fransa da öz növbəsində Ermənistanı üç “GroundMaster” 200 radarı, “Mistral 3” portativ zenit-raket kompleksləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təmin edəcək.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SPIRI) məlumatına görə, 2011-2020-ci illərdə Ermənistanın silah idxalında Rusiyanın payı 94%-ə çatıb. Respublika Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qeyd edib ki, 2024-cü ilə qədər bu, 10%-ə düşüb.

Politoloq və Qafqaz üzrə mütəxəssis Artur Atayev hesab edir ki, Hindistan və Fransadan silah tədarük etməklə İrəvan Rusiyadan siyasi asılılığını azaldır. Onun sözlərinə görə, bu, uzunmüddətli strategiyadır, lakin Moskva ilə hərbi sahədə münasibətlərin yekun olaraq kəsilməsini nəzərdə tutmur.

İMEMO RAS-ın Mərkəzi Asiya sektorunun rəhbəri Stanislav Priçtin isə qeyd edib ki, Fransa və Hindistan silahları Ermənistan ordusundakı Rusiya və SSRİ hərbi texnika parkını tam əvəz edə bilməyəcək: “Ona görə də təchizatın diversifikasiyası tendensiyası daha çox siyasi əhəmiyyət kəsb edir.

"Ermənistan hərbçiləri hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) standartlarına riayət edir və Gümrüdə Rusiya hərbi bazasının olması Moskva ilə İrəvan arasında əməkdaşlıq üçün bir bağ olaraq qalır. Ona görə də Ermənistanın silah bazarında Rusiyanın payı gec-tez bərpa olunacaq", - ekspert fikrini yekunlaşdırıb.

Sabiq dövlət müşaviri, azərbaycanlı politoloq Qabil Hüseynli də hesab edir ki, Ermənistanın Hindistan və Fransa silahlarını alması kənardan bu dövlətin Rusiyadan uzaqlaşdığını göstərə bilər: “Amma Ermənistanda Rusiyanın təsir rıçaqları kifayət qədər güclü və işləkdir. Nəzərə almaq lazımdır ki, Ermənistan hələ də Rusiyanın patronajlığı altındakı KTMT-nin üzvüdür. Düzdür, İrəvandan bəyan edilir ki, KTMT-nin işlərində aktiv iştirak yoxdur, amma üzvlükdən rəsmən çıxılmayıb. Eyni zamanda, Gümrüdə Rusiyanın 102-ci hərbi bazası qalmaqdadır. Ermənistan isqtisadiyyatı da Rusiyadan asılı vəziyyətdədir. Belə olan halda, Ermənistanın Rusiyadan uzaqlaşdığını demək çətindir”.

“Nəzərə almaq lazımdır ki, Rusiya üç ildir ki, Ukraynaya qarşı işğalçı müharibə aparır. Rusiyanın bu gün özünə silah-sursat hava və su kimi lazımdır. Moskva hazırda silah üçün Şimali Koreyaya, İrana üz tutur. Belə olan halda, Ermənistana silahı necə tədarük edə bilər?”, - sabiq dövlət müşaviri bildirib.

“İrəvan bu bəhanə ilə Hindistandan, Fransadan silahları alır. Hələ bəlli deyil ki, o silahların pulunu ödəyirmi? Ortada rəsmi müqavilələr olsa da, mən inanmıram ki, Ermənistan bu dövlətlərə pul ödəyir. Unutmaq olmaz ki, Fransa da, Hindistan da Ermənistanı dostu sayır. Eyni zamanda, Ermənistanın pulu yoxdur”, - deyə analitik əlavə edib.

Q.Hüseynli əmindir ki, Ermənistan gec-tez Rusiya silahları əldə etmək üçün Moskvaya üz tutacaq: “Rusiya da Ermənistanın orbitindən çıxmasını istəmir. Hər zaman Rusiyanın forpostu və dəyənəyi olan Ermənistanın bu dövlətdən uzaqlaşması çətindir”.

Müəllif: Ayna.az
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin general Oleg Salyukovu Quru Qoşunlarının komandanı vəzifəsindən azad edərək, onu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini təyin edib.

Müvafiq sərəncam mayın 15-i axşam saatlarında dərc olunub.

Hazırda Quru Qoşunlarına kimin rəhbərlik edəcəyi ilə bağlı rəsmi məlumat verilməyib.

Oleg Salyukov 2014-cü ildən bəri həm Rusiya Quru Qoşunlarına, həm də Moskva qarnizonuna rəhbərlik edirdi. O, həmçinin 2014–2025-ci illər arasında hər il 9 mayda Moskvada keçirilən hərbi paradlara komandanlıq edib.

Mayın 21-də generalın 70 yaşı tamam olur. Rusiya qanunvericiliyinə əsasən, bu yaş hərbi xidmətdə son yaş həddi sayılır. Yalnız prezidentin xüsusi qərarı ilə bu müddət uzadıla bilər.

Qeyd edək ki, Salyukov Ukraynadakı müharibəyə görə Qərb ölkələrinin sanksiyalarına məruz qalan rus generallarından biridir.

2024-cü ildən Təhlükəsizlik Şurasının katibi vəzifəsini keçmiş müdafiə naziri Sergey Şoyqu icra edir. Onun bir neçə müavini var.
Ardını oxu...
Ən yeni tarix. Maraqlı faktlar.
Sovet-alman müharibəsindən qalib çıxan SSRİ-də müharibədən sonrakı dövrdə böyük problemlər yaşanıb. Böyük itkilər, iqtisadiyyatın ağır duruma düşməsi, yenidənqurma və bərpa işləri, ordu quruculuğunda islahatların aparılması və bu kimi digər məsələlər sovet rəhbərləri qarşısında təxirəsalınmaz vəzifələr qoyub.
Çətinliklər yalnız bunlardan ibarət olmayıb.
Siyasi mühiti yeniləmək üçün kadr islahatlarına da ciddi ehtiyac duyulub, daha doğrusu, İosif Stalin bunu vacib sayıb. Ən başlıcası isə Kreml məmurlarını narahat edən qalib sərkərdələrin qazandıqları böyük nüfuz olub ki, kompartiyanın mərkəzi komitəsi onların qruplaşma ehtimalını istisna etməyiblər.
Bu məsələdə diqqət mərkəzində dayanan əsas fiqur isə marşal Georgi Jukov olub.
Jukova qarşı məqsədli şəkildə ittihamlar irəli sürülüb. Hətta onun hakimiyyətə iddialı olması fikirləri də səsləndirilib. “Qənimət işi”ndə marşalı həbs təhlükəsi də gözləyib. Amma irəli sürülən ittihamların heç biri öz təsdiqini tapmayıb.
Kreml son çıxış yolu kimi Jukovu “zərərsizləşdirmək” üçün Moskvadan uzaqlaşdırıblar, əvvəlcə Odessa, sonra isə Ural hərbi dairəsinə komandan göndəriblər.
Marşalı “sürgün”də də rahat buraxmayıblar. Ən adi hadisələr belə ictimaiyyətə şişirdilərək təqdim olunub.
Belə hadisələrdən biri də 1951-ci ildə Sverdlovskda (indiki Yekaterinburq) baş verib.
1951-ci ilin may ayının 1-də Sverdlovskda keçirilən bayram paradına Jukov komandanlıq edib. O, şəhərin mərkəzi meydanına atla daxil olaraq hərbçiləri salamlayıb.
Ardını oxu...
At meydanın mərkəzinə yaxınlaşanda gözlənilmədən şahə qalxıb, sonra isə büdrəyərək yıxılıb. Çətin vəziyyətə düşən marşal özünü itirməyib, o, at yıxılan anda çevikliklə tullanıb, əvvəlcə farağat komandasını alıb, sonra isə hərbi addımlarla tribunaya doğru üz tututb, heç nə olmamış kimi tribunadan meydandan keçəcək hərbçilərə komandalar verməyə davam edib.
Atın yıxılmasına fotojurnalist İqor Paşkeviç səbəb olub. O, yerli qəzetdə çalışıb.
Paşkeviç sovet-alman müharibəsinin iştirakçısı olduğundan qələbə marşalının yaxından çəkmək şansını əldən verməyərək daha yaxın məsafədə “mövqe” tutub.
Fotoaparatın obyektivinin linzasına düşən günəş şüasının əksi atın gözünə düşüb və at bu şüanın təsirindən şahə qalxaraq “sahib”ini yerə yıxıb.
Jukovun çevikliyi, özünü itirməməsi parada toplaşanların alqışlarına səbəb olub.
Yerdən “Qələbə marşalına eşq olsun”, “Ju-kov, Ju-kov” kimi şüarlar səsləndirilib.
Elə bu şüarlar da marşal üçün növbəti problemi yaradıb. Çünki həmin ərəfədə bütün dövlət tədbirlərində yalnız Stalinin və Kommunist Partiyasının şərəfinə şüarlar deyilib.
Yerli “NKVD” əməkdaşları hadisə ilə bağlı dəqiqələr ərzində Moskvaya məruzə ediblər və dərhal da cavab alıblar.
Stalinlə məsləhətləşmədən sonra Lavrenti Beriyanın göstərişi ilə həmin parad haqqında reportaj və məqalənin getməsi mətbuata qadağan edilib.
Tədbirdə iştirak edən jurnalistlərdən dərhal bütün materiallar götürülüb. İqor Paşkeviçin vəziyyəti isə daha ağır olub. O, çəkilişə görə həm Jukova cavab verməli olub, həm də “NKVD” əməkdaşlarına.
Onun qələbə marşalına yaxın gəlməsini az qala terror, sui-qəsd cəhdi kimi qiymətləndiriblər.
Fotojurnalist marşala anlatmağa çalışıb ki, onun bu çəkilişdə heç bir kənar məqsədi olmayıb, o, öz vəzifə borcunu yerinə yetirib. Onu da bildirib ki, o, Jukova hədsiz rəğbətindən onun şəkillərini daha yaxşı çəkməyə cəhd edib.
“Jukova hədsiz rəğbət” – bu ifadə isə “NKVD” əməkdaşlarını qıcıqlandırıb. Çünki onlar öz şeflərinin Jukovdan xoşu gəlmədiyini yaxşı biliblər.
Uzun-uzadı sorğu-sualdan sonra İqor Paşkeviç sərbəst buraxılıb. Onun kamerasındakı lenti yandırıblar. Amma fotojurnalistin üstündə olan digər fotoaparatı yoxlamaq heç kimin ağlına gəlməyib.
Paraddan bir gün sonra Stalindən Jukova sərt təpki gəlib.
Stalin növbəti dəfə “Bizə Napoleon lazım deyil” ifadəsini Jukova xatırladıb.
Beriya isə Jukovun yıxılmasına belə reaksiya verib: “Jukovun hikkə və iddialarına at dözə bilmədi. Yıxılmalı adam gec-tez yıxılmalı idi...”
Marşal Jukov dünyanın 30 ölkəsində 19 dildə çap olunan “Xatirələr, düşüncülər” kitabında bu hadisə haqqında heç nə yazmayıb. Kitabda həmin paradla bağlı heç bir şəkil də verilməyib. Sonralar verdiyi müsahibələrdə jurnalistlərin həmin paradla bağlı verdikləri sualları da marşal cavablandırmayıb.
Bəzi tarixçilərin qənaətinə görə, Jukovun yıxılması qəsdən təşkil edilib, marşalı alçaltmaq, xoşagəlməz vəziyyətə salmaq üçün bu hadisənin əvvəlcədən planlaşdırıldığı qeyd olunub.
Jukovun həmin paraddakı şəkilləri isə yalnız 60 ildən sonra üzə çıxıb. Fotojurnalist İqor Paşkeviş 2011-ci ildə vəfat etdikdən sonra həyat yoldaşı onun arxivini muzeyə təhvil verib.
Fotoların arasından muzey əməkdaşları həmin şəkilləri də tapıblar.
İlham Cəmiloğlu
Ardını oxu...
Pakistanın həbsdə olan sabiq baş naziri İmran Xan ölkəsini Hindistanın mümkün qisas hücumlarına qarşı ayıq-sayıq olmağa çağırıb.

TEREF xəbər verir ki, bu barədə keçmiş baş nazirin sədri olduğu Pakistan Ədalət Hərəkatı Partiyasından (PTI) yerli KİV-ə bildirilib.

Xan belə hallarda və müharibə zamanı qarşı tərəfdən ani reaksiyanın zəruri olduğunu söyləyib.

Siyasətçi həmçinin Hindistan Baş naziri Narendra Modi mütləq qisas alacağı üçün xalqın ayıq-sayıq qalmasınının vacib olduğunu vurğulayıb.

İmran Xan Pakistanı Modinin aldadıcı və etibarsız təbiətinə görə təkrarlanan təcavüz epizodlarına və Hindistanla potensial müharibəyə hazır olmağa çağırıb.

Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Kəşmirin Dehlinin nəzarətində olan hissəsində (Pahalqam şəhərində) silahlıların mülki şəxslərə hücumundan sonra gərginləşib. Dehli baş verənlərə görə İslamabadı ittiham edərkən, Pakistan bunu qəti şəkildə rədd edib.

Hindistan mayın 6-dan 7-nə keçən gecə sübuta yetirmədiyi bu ittihamları əsas gətirərək, Pakistan ərazisinə hava zərbələri endirib. Hücum zamanı Pakistanda 31 nəfər mülki şəxs həlak olub, 50-yə yaxın insan yaralanıb. Pakistan cavab olaraq, Hindistanın hərbi hədəflərinə zərbələr endirib. Nəticədə Hindistanın 5 qırıcısı, sərhəddə briqada qərargahı və digər hərbi hədəfləri məhv edilib.

Pakistan Hindistanın mayın 10-dakı hava zərbələrinə də sərt cavab verib. Baş nazir Şahbaz Şərif mayın 10-nu Pakistanda Zəfər günü elan edib.

Teleqraf
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Bəhruz Əhmədov Baş prokurorun müavini - Azərbaycanın hərbi prokuroru təyin edilib.

“Qafqazinfo”nun məlumatına görə, bu təyinatadək Bəhruz Əhmədov Hərbi Prokurorluqda bir sıra vəzifələrdə çalışıb.

1984-cü il təvəllüdlü B.Əhmədov 2006-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əslən Neftçala rayonundandır.

Hərbi xidmətini başa vurduqdan sonra 2008-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarına xidmətə qəbul edilib.

Qarabağ Hərbi Prokurorluğunda və Hərbi Prokurorluğun İstintaq İdarəsində müxtəlif vəzifələrdə xidmət etdikdən sonra 2018-ci ildə Qazax hərbi prokuroru, 2020-ci ildə isə İstintaq İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Həm Vətən müharibəsi, həm də digər döyüş əməliyyatlarında Hərbi Prokurorluğun fəaliyyəti istiqamətləri üzrə yaxından iştirak edib.

“Vətən uğrunda”, “Şücaətə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətlərə görə” medalları ilə təltif edilib.

2020-ci ilin oktyabr ayından etibarən ədliyyə polkovniki hərbi rütbəsində xidmət edir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurası 2014-cü ildə Ukraynanın şərqində "MH17" reysinin qəzasına görə Rusiyanın məsuliyyət daşıdığına dair qərar çıxarıb.

Oxu.Az xəbər verir ki, Niderland hökumətinin saytında dərc edilmiş məlumatda deyilir.

Bildirilir ki, Rusiyanın hərəkətləri beynəlxalq mülki aviasiyanın normalarını pozub və "MH17" reysinin göyərtəsindəki 298 nəfərin ölümünə gətirib çıxarıb:

Şura yaxın zamanda zərərçəkmiş tərəflərə mümkün təzminatların verilməsi məsələsinə baxacaq.

Xatırladaq ki, "Malaysia Airlines"a məxsus "Boeing 777" təyyarəsi 2014-cü ilin iyulunda Ukrayna səması üzərində vurulub.

Rusiyaya qarşı şikayəti ICAO-ya 2022-ci ilin martında Avstraliya və Niderland təqdim ediblər. Belə ki, onların vətəndaşları təyyarə qəzasında ölənlərin çoxunu təşkil edib.

Haaqa Dairə Məhkəməsi 2022-ci il noyabrın 17-də İqor Qirkin, Sergey Dubinski və Leonid Xarçenkonu Donbass üzərində "MH17" təyyarəsinin vurulmasında rol oynadıqlarına görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib və onların həbsi barədə qərar çıxarıb.
 
Ardını oxu...
Hindistan iyul ayında Ermənistana "Akash" zenit-raket komplekslərinin ikinci partiyasını göndərəcək.

Bu barədə "IADN Centre" məlumat yayıb.

Qeyd edək ki, 2022-ci ildə Ermənistan Hindistanla təxminən 60 milyard rupi (1.207 milyard manat) dəyərində 15 vahid "Akash" raket sisteminin alınması barədə müqavilə imzalayıb və bu raket sistemini alan ilk xarici ölkə olub.

"Bharat Electronics Limited" tərəfindən istehsal edilən "Akash" silah sisteminin hər batareyası bir passiv 3D elektron skan radarlı və hər birində üç raket olan dörd buraxıcı qurğu ilə müşayiət olunur ki, bunların hamısı bir-biri ilə əlaqəlidir.

Qeyd edək ki, Hindistan ötən il noyabr ayında Ermənistana Akash zenit-raket komplekslərinin ilk batareyasını göndərib.
 
Ardını oxu...
Atəşkəs rejiminin başa çatması ilə Rusiya hərbçiləri Ukraynada xüsusi hərbi əməliyyat keçirməyə davam ediblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisində təyyarə təmiri sexinə, pilotsuz qayıqlara və silah-sursat anbarlarına hücum edib.

Rusiya MN Ukrayna ordusunun ötən gün ərzində 670-dən çox hərbçi itirdiyini açıqlayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin faşizm üzərində Qələbənin 80 illiyi ilə bağlı elan etdiyi üç günlük atəşkəs rejiminin müddəti ötən gecə Moskva vaxtı ilə saat 00:00-da başa çatıb.
Ardını oxu...
Uzunmüddətli sülh real beynəlxalq təhlükəsizlik zəmanətləri tələb edir.

Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.

O qeyd edib ki, Ukrayna üçün hərbi kontingentin göndərilməsi təklifi hazırlanır:

“Biz koalisiyamızı gücləndiririk, mart təkliflərinə uyğun olaraq kontingentin formalaşdırılması üzrə təklif hazırlayırıq. Bu iş tərəfdaşlarla gündəlik aparılır”.
 
Ardını oxu...
Cammu və Kəşmirin bir neçə ərazisi Pakistandan güclü atəşə tutulub.

Bu barədə “Hindistan Tayms” qəzeti məlumat yayıb.

Nəzarət Xətti boyunca yerləşən Uri, Punç və Kupvara əraziləri hücuma məruz qalıb.

Bundan əlavə, Hindistanın PTİ xəbər agentliyi Pakistanın Şrinaqar hava limanına dron hücumu barədə məlumat yayıb.

“Röyters” agentliyi isə hava limanı yaxınlığında 10 partlayışın baş verdiyini bildirib.
 

Dünyapress TV

Xəbər lenti