Ardını oxu...
Almaniya kansleri Olaf Şolts Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tusk ilə görüşüb.

TEREF musavat.com-a istinadən xəbər verir ki, mətbuat konfransında kansler Almaniya və onun Avropalı müttəfiqlərinin Ukrayna üçün çox sayda silah alacaqlarını bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfdarları Kiyevi uzaqmənzilli artilleriya ilə təmin etmək üçün “güc koalisiyası” yaradacaqlar.

“Bizim ümumi məqsədimiz Ukraynanın özünü Rusiyanın işğalından effektiv şəkildə müdafiə etməsini təmin etməkdir və belə də olacaq”, - deyə o bildirib.

Martın 13-də Şolts Bundestaq deputatlarına bildirib ki, o, Ukraynada alman hərbçilərinin olmasını, uzaq mənzilli sistemlərin tədarükünü və onların ölkədə yerləşdirilməsini istisna edir. Bundan əlavə, Bundestaq Kiyevə “Taurus” raketlərinin tədarükü ilə bağlı qətnamənin əleyhinə səs verib.

Fevralın sonunda Şolts Almaniyanın münaqişəyə cəlb edilmə riskinə görə Ukraynaya "Taurus" raketlərinin tədarükünə qarşı çıxdı. O, bu qərarı yekun adlandırıb, sonra martın 11-də yenidən təsdiqləyib.
 
Ardını oxu...
İsrail ordusu Livandan atılan atəşə cavab olaraq Hizbullahın bir sıra hədəflərinə cavab zərbələri endirib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"Son bir neçə saat ərzində İsrailin şimalındakı Malkiya kəndi ərazisinə Livandan çoxsaylı raket və minaatan atışları qeydə alınıb. İDF döyüşçüləri Naqurah bölgəsindəki Hizbullah hərbi strukturlarına və İsrail ordusuna zərbələr endirib. Artilleriya təhlükəni aradan qaldırmaq üçün zərbələr endirib”, - məlumatda deyilir. \\Redaktor.Az
 
 
 
Ardını oxu...
Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Nizami Məmmədov Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə verib.

“AzPolitika” “musavat.com”-a istinadla xəbər verir ki, o, bildirib ki, işlərin görülməsi ilə bağlı bir qayda olub, həmin qayda əsasında işlər icra olunub, bu qaydaları da təftiş və maliyyə rəisləri öz aralarında həll ediblər.

Nizami Məmmədov qeyd edib ki, onun Rəşad Məlikzadə ilə heç bir əlaqəsi olmayıb, istintaq zamanı da üzləşmə aparılmayıb: “Burada 172 nəfərin adı var. Arada təftiş və maliyyə rəisləri işləyiblər. Onların arasında nə baş verib, bilmirəm. Təftiş hərbi hissələrdə ildə bir dəfə aparılırdı. Yoxlamalar zamanı ortaya çıxan neqativ halları yoxlamaya gedənlərlə maliyyə rəisləri həll edirdilər”.

General bildirib ki, hərbi hissələrdə maliyyə hesabı hər ilin noyabr ayında müəyyən edilib: “Maliyyə smetası hərbi hissələrin maliyyə rəisləri tərəfindən hazırlanıb. Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş hesablar üzrə vəsaitlər ayrılıb. Həmin sənədlərdə əlavə vəsaitlər yazılıb, bunun da şəxsi heyətə heç bir adiyyəti olmayıb.Mənim hər şeydən xəbərim var. Bütün vəsaitlər təyinatı üzrə verilib. Burada sistem belə qurulub. Əlavə vəsaitlərlə bağlı 30 faiz təftişə, 20 faiz isə maliyyələşəməyə çatıb. Bu qayda 1993-cü ildən, Milli Ordu qurulandan belə qoyulub. Mən 1998-ci ildə bu sahədə xidmət etməyə başlamışam. Həmişə belə görmüşəm. Bu pullar bəzi hallarda lazımı yerlərə təyinatı üzrə xərclənib. Bəzi hərbi hissələrin təminatında ayrılan pullar çatmırdı. Belə olan halda yığılan pullar həmin təyinatlar üzrə maddi ehtiyacı olan hərbi hissələrin təminatına xərclənirdi”.

Nizami Məmmədov qeyd edib ki, xüsusi tapşırıq əsasında yığılan pulların maliyyə rəislərinə heç bir adiyyəti olmayıb.

Bu zaman arayış verən Rəşad Məlikzadə deyib ki, təftişə verilən 30, maliyyələşməyə verilən 20 faiz vəsaitdən əlavə ondan xüsusi tapşırıqlar adı altında pul alınıb: “20-30 faiz vəsaitin pulu ayrı olub, xüsusi tapşırıqların pulu da ayrı olub. Təftiş şöbəsinin rəisi Rafael Xələfov xüsusi tapşırıqlarla bağlı vəsaitin verilməsi üçün göstəriş verib. Biz də icra etmişik. O, əmr edirdi, kimin nə ixtiyarı var idi ki, icra etməsin. Rafael Xələfov zəng edirdi ki, xüsusi tapşırıq var. Mən də digər maliyyə rəisləri ilə dəqiqləşdirirdim. Sonra vəsaiti ona çatdırılması üçün başqa-başqa zabitlərə verirdim. Rafael Xələfovun tapşırıqlarını qeyd-şərtsiz icra edirdik. Kim ona söz deyə bilərdi? Pul çatandan sonra Rafael Xələfov yox olurdu. Elə bil ki, Rafael Xələfov 11 ayın sultanı idi. Onu 12-ci ay tapa bilmirdik. Biz bütün tapşırıqları Rafael Xələfovdan alırdıq. Nizami Məmmədov mənə heç bir tapşırıq verməyib, onunla əlaqəm olmayıb”.

Nizami Məmmədov Rəşad Məlikzadənin vəkilinin “Namiq Poladovun da dövründə qayda belə olub” sualına “bütün dövrlərdə belə olub” deyə cavab verib.

Nizami Məmmədov daha sonra qeyd edib: “Mən gələndən sonra maliyyələşmə şöbəsində təftişə vəsait 30 faiz oldu. Əvvəllər maliyyələşmədə vəsait az idi, təftişdə isə çox idi. Rafael Xələfov da gedib maliyyə rəislərini yükləyib, onlardan daha çox pul alıb. Bu da istintaq zamanı ortaya çıxdı.

Mənim də, Rafael Xələfovun da ilkin ifadələrimiz uyğun gəlir. Elə ki, istintaqın gedişində maliyyə rəisləri ifadə verməyə başladı, bu zaman ifadələrdə ziddiyyətlər yarandı. Həmin maliyyə rəisləri verdikləri pullarla bağlı danışmağa başladılar. Rafael Xələfovun aldığı vəsaitlə çatdırdığı vəsaitlər uyğun gəlmədi. Rəşad Məlikzadə də elə aldadılan şəxslərdən biri olub”.

Nizami Məmmədov deyib ki, işlə bağlı heç kimə ayrı-seçkilik etməyib: “Hər kəsə eyni məsafəni qoymuşam. Hətta mənim qohumum da maliyyədə işləyib. Onunla bağlı da heç bir ayrı-seçkilik etməmişəm. Deməmişəm ki, bu mənim qohumumdur. Gedib onu da yoxlayıblar”.

General əlavə edib ki, xüsusi tapşırıqlarla bağlı yığılan vəsaitlər bir qaydada aparılıb: “Bu işlər maliyyə rəislərinə aid olmayıb. Bununla bağlı mənimsəmələri mən öz üzərimə götürmüşəm. Xüsusi tapşırıqlarla bağlı mənimsənilən vəsaiti də özüm dövlətin büdcəsinə ödəmişəm. Amma istintaq zamanı müəyyən edilib ki, Rafael Xələfov bəzi maliyyə rəislərində xüsusi tapşırıq adı altında vəsaitlər alıb. Həmin vəsaitləri mənə çatdırmayıb. Problem bu qaydada qalıb”.

Rəşad Məlikzadənin vəkili deyib ki, müvəkkilinə xüsusi tapşırıqlar adı altında vəsaitin ödənilməsi ilə bağlı 2 milyon manata yaxın mənimsəmə ittihamı verilib. Onun sözlərinə görə, ittihamda qeyd olunur ki, bu vəsaiti Rəşad Məlikzadə dəstənin digər üzvləri ilə əlbir olaraq mənimsəyib.

Nizami Məmmədov deyib ki, 2 milyon manatın xüsusi tapşırıqlar adı altında mənimsənilməsinin ona adiyyəti yoxdur. Onun sözlərinə görə, Rafael Xələfov 2018-ci ildə xüsusi tapşırıqla Rəşad Məlikzadədən 500 min manat gətirib. General deyib ki, onun alınan vəsaitlərlə bağlı qeydlər kitabı olub və kimdən nə alınıbsa, onların da qeydiyyatı aparılıb. Nizami Məmmədov istintaqa verdiyi ifadəsində Süleyman Abbasov və digər zabitin vasitəsi ilə ümumilikdə Rəşad Məlikzadədən 450 min manatın xüsusi tapşırıq adı altında ona çatdırılması barədə yazılanları təsdiqləyib. Bundan sonra proses aprelin 3-nə qədər təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxsin barəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar zamanı cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə "N" saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib.

Məlum olub ki, istintaqın əvvəlində 9 milyondan çox mənimsəmədə ittiham olunan Rəşad Məlikzadəyə ziyanı ödəməsi üçün ilk vaxtlar fürsət verilib, sonradan xüsusilə külli miqdar təşkil edən ziyanın ödənilməsi ləngidiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs bu günə kimi 9 milyon 369 min manat vəsaitin cəmi 150 min manatını ödəyib. Xatırladaq ki, cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Qeyd edək ki, Rəşad Məlikzadə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədov və digər şəxslərin cinayət işi üzrə şahid qismində dindirilib. Daha sonra onun barəsində olan cinayət işi üzrə ayrıca icraatda araşdırma aparılıb.

General-mayor Nizami Məmmədov Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə ilə birlikdə mühakiməsi ayrı icraatda davam edir. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi Rəşad Məlikzadə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

"AzPolitika.info"
Ardını oxu...
ABŞ Ukraynaya 290 km. mənzilli ATACMS raketlərini verə bilər.

Ovqat.com-un məlumatına görə, ABŞ-ın məşhur “The Wall Street Journal” nəşri bu barədə yazıb.

Nəşrin iddiasına görə, Ukrayna dəfələrlə Vaşinqtondan Krıma hücumlar üçün təqribən 290 km mənzilli raketlərin verilməsini xahiş edib, lakin ABŞ-ın prezident administrasiyasının nümayəndələri belə raketlərin özlərinə də lazım olduğunu bildirərək, xahişi geri çeviriblər.

İndi isə WSJ Ağ evdəki mənbələrinə istinadən qeyd edir ki, Pentaqon belə raketləri təqdim etməyə hazırdır, çünki o, öz ehtiyacları üçün yeni yüksək dəqiqlikli PrSM (Precision Strike Missile) raketlərindən istifadə edə bilər.

Bundan əvvəl ABŞ Ukraynaya 300 milyon dollarlıq yeni yardım paketi hazırladığını açıqlamışdı.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Villiam Burns Senatda çıxış edərək getdikcə silah sarıdan tükənən Ukraynaya hərbi yardım göstərilməsə, bu ölkənin 6 ay ərzində çox kritik vəziyyətlə üzləşəcəyini bildirmişdi: “

“Bizim qiymətləndirməmiz ondan ibarətdir ki, ancaq əlavə yardımla Ukrayna 2024-cü ilə və 2025-ci ilin əvvəlinə qədər təkbaşına ayaqda dayana və Rusiyanı bədəl ödəməyə məcbur edə bilər. Təkcə Krıma sızma və hücumlarla deyil, həm də Rusiyanın Qara Dəniz Donanmasına qarşı. Necə ki, son altı ayda 15 rus gəmisini batırmaqla bu uğura imza atmışdılar."

Burns onu da əlavə etmişdi ki, əgər bu yardımlar davam etməsə, Ukraynanı “daha pis gələcək” gözləyir: “Yəqin ki, Ukrayna 2024-cü ildə öz mövqelərini itirəcək və bu, əhəmiyyətli mövqe itkisi olacaq”.

Maraqlıdır ki, Burns Ukraynanın yalnız buraxılmasını ABŞ-ın Sakit-Hind Okeanı bölgəsindəki müttəfiqlərinə mənfi təsir göstərməsi ilə əlaqələndirmişdi: “Ukraynaya verdiyimiz dəstəkdən geri addım atdığımız görülərsə, bu, Hind-Sakit Okeandakı müttəfiqlərimiz və tərəfdaşlarımız arasında şübhələri artırmaqla yanaşı, Tayvandan Cənubi Çin dənizinə qədər perspektivdə Çin rəhbərliyinin ambisiyalarını gücləndirəcək. Son səfərdə gördüklərim belə idi. Düşünürəm ki, bu perspektivdə hamımız üçün təhlükə var. Məncə, reallıq odur ki, ukraynalıların cəsarətləri və qətiyyətləri tükənmir. Onların sursatları və bizim onlara kömək etmək üçün vaxtımız tükənir”.

Burns sanki bu sözlərlə ABŞ rəsmilərinin diqqətinə çatdırırdı ki, siz Avropa əsaslı siyasətinizi dəyişib Sakit-Hind Okeanı bölgəsinə yönələ bilərsiniz. Amma unutmayın ki, bu günə qədər dəstəklədiyiniz Ukraynanın uduzması yeni regiondakı tərəfdaşlarınızın da sizə güvən hissini zədələyir.

ABŞ-ın bu çıxışdan sonra Ukraynaya hərbi yardımları qismən davam etdirməsi CIA direktorunun əndişələrinin Vaşinqtonda təsir ötüşmədiyindən xəbər verir.
 
Ardını oxu...
Ukrayna kəşfiyyatı Oryol neft bazasında baş verən yanğını belə şərh edib: müharibəni Rusiyaya Vladimir Putinin özü gətirdi.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov danışıb.

“Hazırda Rusiya ərazisində hərbi obyektlərin demilitarizasiyası davam edir. Neft anbarları işğalçı ordu və Kreml rejiminin Ukraynadakı işğalçı qrupunun təchizatı və hərbi məqsədlər üçün istifadə etdiyi hərbi obyektlərdir. Bu obyektlərdə Ukraynaya qarşı müharibənin davam etdirilməsini çətinləşdirən aktların baş verməsi tamamilə təbiidir”, – kəşfiyyatçı vurğulayıb.

Eyni zamanda, Yusov dəqiqləşdirib ki, Ukrayna kəşfiyyatı hücum və yanğına görə kimin məsuliyyət daşıması barədə daha sonra məlumat verəcək:

“Amma deyə bilərik ki, bu cür aksiyalar geniş vüsət alır, bundan sonra da davam etdiriləcək. Hər gün hər kəsə getdikcə daha aydın görünür ki, Putin artıq müharibəni Rusiyaya gətirib və bunu Ukraynaya qarşı müharibədə iştirak edən hər kəs hiss edir”.

Rusiyanın Oryol şəhərində (Nijni Novqorod vilayəti) neft bazasında yanğın baş verib. Vilayət qubernatoru Andrey Klıçkov şəhərə PUA hücumu barədə məlumat yayıb. Bundan başqa, bu gün Kursk, Belqorod və Moskva vilayətləri də hədəfə alınıb. Həmçinin İvanovo vilayətində İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 15 nəfər həlak olub.
 
Ardını oxu...
Rusiya Aerokosmik Qüvvələrinin uzaqmənzilli aviasiya təyyarələri Baltik və Xəzər dənizlərinin neytral suları üzərində planlı uçuşlar həyata keçirib.

TEREF xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tu-22M3 və MiQ-31 uzaqmənzilli bombardmançı təyyarələri “Xəncər” aviasiya kompleksi ilə birlikdə uçuşlar həyata keçirib. Müşayiət Rusiyanın Su-30SM və Su-35S qırıcıları tərəfindən təmin edilib və marşrutun müəyyən mərhələlərində Rusiya təyyarələri əcnəbi qırıcıların müşayiəti ilə uçuş icra edib.

Uçuş zamanı MiQ-31 təyyarəsinin ekipajları havada yanacaq doldurma üzrə məşq ediblər. Axar.az
 
Ardını oxu...
NATO-nun 300 000-lik hərbi qüvvəsi müharibə baş verəcəyi təqdirdə Polşaya göndərilmək üçün yüksək hazırlıq vəziyyətindədir.

Bunu Polşanın Baş Qərargah rəisi Karol Dimanovski deyib.

“Amerika hərbçiləri uzun müddətdir Polşada yerləşdirilib. Bir neçə min hərbçidən söhbət gedir. Bizimlə müntəzəm məşğul olurlar. Unutmayaq ki, ABŞ və digər müttəfiqlər başqa sahələrdə də bizi dəstəkləyir: hava, dəniz, kosmos və kibertəhlükəsizlikdə”, – Baş Qərargah rəisi bildirib.

Polşadakı Amerika hərbçilərinin sayının 100 minə çatdırılmasının mümkün olub-olmaması ilə bağlı suala o, bunun real ssenari olduğunu vurğulayıb.

“Bu, NATO-nun Vilnüsdəki sonuncu sammitində siyasi səviyyədə təsdiqlənən son planlarının fərziyyəsidir. İndiyədək NATO-nun qərargahında 40 min hərbçi var idisə, indi onların sayı 300 minə çatıb”, – Dimanovski qeyd edib.

O əlavə edib ki, hərbi qüvvələr müharibə başlamazdan əvvəl təhlükə altında olan ölkəyə gələcəklər. Baş Qərargah rəisinin sözlərinə görə, təcavüzə adekvat cavab vermək üçün müxtəlif hazır ssenarilər var.
 
Ardını oxu...
Ukrayna hərbi dairələrinin iddiasına görə, bu günkü döyüşlərdə daha bir rus generalı öldürülüb.
Təsdiqini gözləyən məlumata əsasən öldürülən general Rusiyanın “Dnepr” qruplaşmasının komandiri, general-polkovnik Mixail Teplinskidir.
Bildirilir ki, Ukrayna hərbçiləri "düşmənin daha bir mühüm hədəfini – Rusiya Silahlı Qüvvələrinin motoatıcı briqadalarından birinin komanda məntəqəsini yerlə yeksan edib. Rus general-polkovnik Mixail Teplinskinin də atəş zamanı həmin komanda məntəqəsində bulunduğu güman olunur.
Heydər Oğuz
TEREF
 
Ardını oxu...
Azərbaycan Ordusunun bölmələri Ermənistanın kvadrokopterini zərərsizləşdirib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopter vasitəsi ilə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

“Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatı xüsusi texniki vasitələrlə zərərsizləşdirilib”, – məlumatda vurğulanıb.
 
Ardını oxu...
İsrail hərbçiləri Livanın cənubunda tank əleyhinə raketlərlə silahlanmış bir qrup radikala hücum edib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Şeba qəsəbəsi ərazisinə o zaman zərbə endirilib ki, İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları görüblər ki, silahlı dəstə İsrail ərazisini atəşə tutmağa hazırlaşır.

Bundan əlavə, səhər saatlarında İsrail hərbçiləri şiə Hizbullah təşkilatının təyyarəsinin İsrail ərazisinə düşməsini qeydə alıb. Mətbuat xidmətinin məlumatına görə, qurğu İsrail-Livan sərhədindəki Har Dov dağı ərazisinə düşüb, tələfat və dağıntılar barədə məlumat yoxdur.
 

Dünyapress TV

Xəbər lenti