![]() |
![]() ![]() ![]() |
|
2020-ci ildə 44 Günlük Müharibə zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsi ərazisindən müxtəlif ərazilərimizə edilən hücumların görüntüləri yayılıb.
Musavat.com "Bez Tormozov"a istinadən xəbər verir ki, 2020-ci ilə aid “Toçka-U” operativ-taktiki raket kompleksinin buraxılmasını əks etdirən arxiv video görüntüləri yayımlanıb.
Qeyd edək ki, erməni terrorçuları tərəfindən dəfələrlə ölkəmizin müxtəlif əraziləri raketlərlə vurulub. Nəticədə çoxlu sayda mülki əhali şəhid olub, bir çoxu yaralanıb.
Həmin görüntüləri təqdim edirik.
Musavat.сom
Musavat.com xəbər verir ki, Rusiya paytaxtı Moskvanın əsas hava limanlarından olan Vnukovo, Domodedovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rosaviatsiya yayıb.
Məlumata görə, hava limanları nə uçuş qəbul edir, nə də yeni reyslər göndərir. Bütün uçuşlar Şeremetyevo hava limanına yönləndirilib.
Xüsusilə Vnukovo hava limanı ilə bağlı bildirilib ki, burada “Kover” (Kilim) rejimi tətbiq edilib. Bu rejim Rusiya aviasiyasında fövqəladə və ya təhlükəsizlik səbəbiylə uçuşların və enişlərin məhdudlaşdırılması anlamına gəlir.
Rəsmi mənbələr məhdudiyyətlərin səbəbi ilə bağlı açıqlama verməyib, lakin bəzi yerli teleqram kanalları bölgədə təhlükəsizliklə bağlı ehtiyat tədbirləri görüldüyünü və hava məkanında müvəqqəti idarəetmə dəyişiklikləri tətbiq olunduğunu yazır.
Qeyd edək ki, Moskvanın bu üç əsas hava limanı – Vnukovo, Domodedovo və Jukovski – Rusiyanın daxili və beynəlxalq hava nəqliyyatında strateji rol oynayır. Məhdudiyyətlərin hansı müddətə qədər davam edəcəyi barədə məlumat yoxdur.
Musavat.com