b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_71274738b6f49aa6535420c588197fb2.jpg
 

"ABŞ və Səudiyyə Ərəbistanı 600 milyard dollardan çox məbləğdə sazişlər və investisiya öhdəlikləri paketi imzalayıblar və bu, iki ölkə arasında iqtisadi əməkdaşlıq tarixində ən böyük sövdələşmədir. Bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.

Məlumata görə, imzalanma mərasimi Ər-Riyadda ABŞ prezidenti Donald Tramp və vəliəhd şahzadə Məhəmməd bin Salmanın iştirakı ilə baş tutub və onlar hər iki ölkənin strateji tərəfdaşlığı dərinləşdirmək və uzunmüddətli iqtisadi rifahı təmin etmək niyyətini təsdiqləyiblər".

Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev qeyd edib.

418774954_0_0_2000_1258_1400x0_8.jpg

Bəs Vəliəhd şahzadə 600 milyard dolları Trampa nəyin qarşılığında verib?

Politoloq suala bu cür cavab verib:

"ABŞ və Səudiyyə Ərəbistanı arasında imzalanan müdafiə müqaviləsinin dəyəri 142 milyard dollardır ki, bu müqavilə dünya tarixinin ən böyük müdafiə müqaviləsi hesab edilir. Səudiyyə Ərəbistanına veriləcək bu silahlar əsas etibarilə İran və husilərlə mübarizə üçün nəzərdə tutulur. Husilər Səudiyyə torpaqlarına tez-tez hücumlar edir ki, bu da krallığın təhlükəsizliyi üçün ciddi təhdiddir.

İmzalanmış sazişin əsası məhz sahil və hava müdafiəsinin gücləndirilməsi ilə bağlıdır ki, bu da son zamanlar Yəməndən Səudiyyə Ərəbistanına artan hava hücumları ilə əlaqədardır. İmzalanan sazişlər böyük ölçüdə ABŞ-ın bölgədəki rəqiblərini zəiflətməyə yönəlmiş addım kimi xarakterizə oluna bilər.

Vaşinqton İranın bölgədəki fəaliyyətindən ciddi şəkildə narahatlıq keçirir. Nüvə proqramı ilə bağlı Omanda aparılan danışıqların müsbət istiqamətdə getdiyi bildirilsə də, bu ölkədən gələcək mümkün zərbələr regionda ciddi gərginliyə səbəb ola bilər. Tramp administrasiyası Körfəz ətrafı müttəfiqləri və İsrailin təhlükəsizliyindən ciddi narahatlıq keçirir. Buna görə də regionda İrana qarşı əsas güc olan Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafı ABŞ üçün prioritet təşkil edir.

Bu müqavilə ilə Tramp eyni zamanda Rusiya və Çinin Səudiyyə üzərində təsirini də azaltmış oldu. Belə ki, yeni müqavilə krallığın Rusiya və Çinlə olan əməkdaşlığına məhdudiyyətlər gətirir. Bayden administrasiyasının bölgədə fəallıq göstərməməsi səbəbindən Rusiya və Çin Səudiyyə ərazisində iqtisadi və hərbi fəallığını artırmışdı. Tramp yeni müqavilə ilə bu ölkələrin təsir gücünü qırdı.

Ər-Riyad ABŞ ilə bərabər İsraillə də münasibətləri gücləndirir ki, bu da regionda yeni güc mərkəzinin meydana çıxmasına səbəb olur. Hazırda ərəb dünyasının gözlədiyi isə Qətər və Səudiyyə Ərəbistanının bu müttəfiqlikdən Fələstin məsələsinin həllində istifadə edib-etməyəcəyidir. Ehtimal ki, Məhəmməd bin Salman Trampı "Qəzza planı"ndan vaz keçməsi üçün razı salmağa çalışacaq".

Zeynal Əmrəliyevin fikrincə, istənilən halda, imzalanan saziş ABŞ-ın Yaxın Şərqdəki mövqelərinin gücləndirilməsi və Səudiyyə Ərəbistanının ərəb dünyasının lider dövlətinə çevrilməsi ilə nəticələnəcək prosesin başlanğıcını qoyub.

Xalidə Gəray,
Musavat.com

Bölmənin digər xəbərləri

16 May 2025 Ərdoğan da Albaniyaya getdi
16 May 2025 Trampın ən yaxın adamı Bakını nişan verdi
16 May 2025 Türkiyə vasitəçi rolunda: Medinski Hakan Fidanla görüşdən danışdı
16 May 2025 "Hizbullah" və SEPAH arasında təhlükəsizlik narahatlığı: İran geri addım atır?
16 May 2025 Hakan Fidan Rusiya nümayəndə heyəti ilə GÖRÜŞDÜ
15 May 2025 Şahbaz Şərif İlham Əliyevə zəng etdi
15 May 2025 Ankarada Ərdoğan və Zelenski arasında danışıqların gündəliyi açıqlanıb
15 May 2025 ABŞ-nın Ukrayna siyasətinin iflası - Lavrovda İstanbula gedmir...
15 May 2025 Putin Malayziyadakı sammitə dəvət olundu
14 May 2025 PKK-nın sonu və türkmənlərin yüksəlişi: Regionda kartlar yenidən paylanır
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 Rusiya Azərbaycanı itirir - təyyarə olayı münasibətlərdə “qırmızı xətt” kimi
12 May 2025 İrandan nüvə danışıqları ilə bağlı açıqlama...
12 May 2025 Putin vaxt qazanır: İstanbul danışıqlarında sülhün əldə edilməsi inandırıcı deyil
11 May 2025 Bakı atəşkəsi ALQIŞLAYIR
11 May 2025 Gecəyarı Putin xüsusi bəyanat verdi: “Türkiyə, Ərdoğan...”
11 May 2025 Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif etdi
11 May 2025 Avropa İttifaqı üzv şərtlərini dəyişir - Macarıstan Ukraynaya veto qoya bilməyəcək
10 May 2025 Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq

Dünyapress TV

Xəbər lenti