Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu isə ən müasir, dünya standartlarına uyğun avadanlıq və sınaq texnologiyalarından ibarət laboratoriyalarla təchiz olunub. İnstitutda müasir avadanlıq və sınaq texnologiyalarından istifadə edilməklə tikintidə mövcud olan inşaat materiallarının müayinə-sınaq işləri, müxtəlif təyinatlı bina və qurğuların müayinəsi, eləcə də onların seysmik dayanıqlığının qiymətləndirilməsi, materialların yanğın təhlükəsizliyinin təyini, geoloji-axtarış və digər işlər həyata keçirilir.

İnsrtitutun bütün bu funksiyaları hansı formada həyata keçirməsini geniş ictimayyətin xəbəri olmasa da, tikinti şirkətləri çox yaxşı bilir. FHN-in Layihə-Konstruktor İnşaat Materialları İnstitutunda dövlət satınalmaları da şübhəli yollarla keçirilir. Məsələn İnstitutun 2024-cü il ərzində zəruri malların və xidmətlərin alınması üçün satınalma planlarına daxil etdiyi tender və kotirovka sorğularının əksəriyyətinin nəticələri barədə heç bir məlumat yoxdu. Bunlar şox güman ki, elan edilmədən, özlərinə və yaxud yaxınlarına məxsus şirkətlər vasitəsi ilə həyata keçirilir. Nəticələri açıqlanan satınalmalarda isə şübhələr özünü açıq aşkar göstərir.

Qeyd edək ki, Elmi-Tətqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu üçün xidməti nəqliyyat vasitələrinin satınalınmasının nəticəsi 13.05.2025-ci ildə açıqlanıb. Qalib təchizatçı “TOYOTA-BAKI MƏRKƏZİ ” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. İmzalanması nəzərdə tutulan müqavilənin məbləği isə 185.300,00 manat təşkil edib. Bu vəsaitə neçə avtomobilin alınacağı bəlli deyil.

İnstitut 03.09.2024-cü ildə də avtonəqliyyat vasitələrinin satınalınması üzrə “YENİMOTOR” MMC ilə 187.200 manat məbləğində müqavilə bağladığını açıqlayıb. 29.08.2024-cü ildə isə İnstitut üçün xidməti nəqliyyat vasitələrinin satınalınması üzrə “AZƏRMAŞ PARK” MMC ilə 75.000,00 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Göründüyü kimi İnstitut son səkkiz ayda nəqliyyat vasitələrinin alınmasına ümumi olaraq 447 500 manat dövlət vəsaiti xərcləyib. Burada nəqliyyat vasitələrin xidməti məqsədlə alındığı bəlli olsa da, neçə avtomobilin alınması məlum deyil. Görünür bu avtomobillər İnstitutun rəhbər vəzifəli şəxslərinin rahatlığını təmin etmək məqsədi ilə alınıb.

Bunlardan əlavə 06.05.2025-ci ildə Elmi-Tətqiqat və Layihə-Konstruktor İnşaat Materiallarıİnstitutunun nəqliyyat vasitələri üçün cari təmir xidmətləri və ehtiyat hissələrinin satınalınması üzrə keçirdiyi tenderin nəticəsi açıqlanıb. Qalib təchizatçı Adı “SK SERVİS ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və bağlanılan müqavilənin məbləği 369.068,00 manat təşkil edib. İnstitut 21.08.2024- cü ildə isə nəqliyyat vasitələri üçün cari təmir xidmətləri və ehtiyat hissələrinin satınalınması üzrə “MY AUTO” MMC ilə 319.474,38 manat məbləğində müqavilə bağlayıb. Göründüyü kimi İnstitut son 10 ayda nəqliyyat vasitələrinin ehtiyyat hissələrinin cari təmir xidmətləri və alınmasına ümumi olaraq 688 542 manat məbləğində satınalma müqavilələri bağlayıb.

Göründüyü kimi FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu son on ayda yalnız nəqliyyat vasitələrinin və onların ehtiyyat hissələrinin alınmasına və cari təmir xidmətləri göstərilməsinə bir milyon manatdan çox dövlət vəsaiti xərcləyib. Burada da nə qədər nəqliyyat vasitəsinə servis xidmət göstərilib bəlli deyil. Bəlli olan odur ki, ayrılmış vəsait xeyli şişirdilib.

Qeyd edək ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun direkturu vəzifəsində uzun illərdir Rüstəm Bağırov oturur. Onun haqqında elektron mediada Fövqəladə Hallar Nazirliyinin digər vəzifəli şəxslərindən fərqli olaraq o qədər də geniş məlumat yoxdu. Yalnız musavat.com hələ 2012-ci ildə yazır ki, Mənbə sement idxalını de-fakto qadağa edən mexanizmi də açıqlayıb: “Ölkəyə gətirilən sementin markasına və keyfiyyətinə rəyi Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində olan S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verir. İnstitutun direktoru Rüstəm Bağırov sement idxalı ilə məşğul olmaq istəyənləri bu fikrə düşdüyünə görə sözün həqiqi mənasında peşman edir. Məsələn, ötən ilin noyabrında bir iş adamı Gürcüstandan ölkəmizdə 3 vaqon ”Evro-sement” idxal edir. Ağstafa dəmiryol stansiyasına gətirilən mallara Tovuz Gömrük İdarəsi baxış keçirir. “Euro-sement”in nümunələri S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutuna göndərilir. İnstitutun direktoru Rüstəm Bağırov isə tərtib etdiyi rəydə yazır ki, ölkəyə gətirilən 3 vaqon 500 marka “Euro-sement” əslində sement yox, eləcə qum imiş”.

Göründüyü kimi Rüstəm Bağırovun adı Fövqəladə Hallar Nazirliyinin digər vəzifəli şəxslərindən fərqli olaraq o qədər də çox hallanmır. Bu da çox güman ki, dövlət satınalmalarında olduğu kimi, onun bütün işləri gizli həll etməsindən irəli gəlir.Təbii ki, Agentliyin rəisi Cəbrayıl Xanlarovla əlbir.

Aktualinfo.org


Ardını oxu...
Yük maşını sürücüsü olan Əhmədov Muxtar Anaxeber.com vasitəsi ilə Daxili İşlər naziri Vilayət Eyvazoba müraciət edib. 99 HT 123 dövlət nömrə nişanlı yük maşını istifadə edən M.Əhmədov bildirib ki, onu Bakının Binəqədi rayon ərazisində 90 YP 658 nömrəli yol patrul xidməti avtomobilinin əməkdaşı saxlayıb. YPX əməkdaşı sürücüyə bildirib ki, yükdaşıma qaydalarını pozduğuna görə maşın cərimə meydançasına getməlidir. Sürücü ondan protokol tərtib olunmasını istəyib. Lakin YPX əməkdaşı protokol tərtib olunmayacağını deyib və bildirib ki, maşın duracağa gedəcək, özü də Binəqədi DYP-də 2-ci otağa yaxınlaşacaq: “Dedi ki, əks halda post patrul xidməti çağırılacaq. Bundan sonra mən Binəqədi DYP-yə getdim. Orada deyildi ki, ikinci otaqda olan Kamran müəllimlə görüşəcəksən. İçəri girməmiş isə telefonlarımı aldılar. Dedim ki, mobil telefonun biri ailədən gələn zəng üçündür. Ancaq hər ikisini aldılar. Yəni içəridə nə baş versə, onu sübut edə bilməyəcəksən. Uzun sözün qısası, bir müddət sonra Kamran adlı rütbəli ilə görüşdüm. O da bizi saxlayan yol polis əməkdaşı ilə telefon əlaqəsi saxladı. Sonra Kamran müəllim dedi ki, yükü boşaldın, cərimə yazaq. Bildirdik ki, yükü rayona aparırıq, çatdırmalıyıq. O da heç bir protokol tərtib etmədən 150 manat istədi”.
Sürücünün sözlərinə görə halbuki yükdaşıma qaydasının pozulması cəriməsi 40 manatdır: “Dedim ki, Kamran müəllim, cərimə 150 manat deyil axı. Sonra bizim üçün bu məbləği 120 manat edəcəyini söylədi. Uzun söhbətdən sonra məndən 100 manat alındı, yük maşının olduğu dayanacaqda da çıxmaq üçün 10 manat istədilər. Yəni heç bir protokol tərtib edilmədi, dedi ki, gedib maşını götürə bilərsiniz. Maşını çıxardıqdan sonra Daxili İşlər Nazirliyinin 102 Qaynar Xəttinə, eləcə də Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin 161 xəttinə məlumat vermişəm. Çünki hər dəfə başımıza oyun açırlar".

Anaxeber.com
Ardını oxu...
Yasamal rayonunda qanunsuz tikinti işləri davam etməkdədir. Sakinlərin narazılığına səbəb olan belə tikintilərdən biri də Mirəli Seyidov küçəsi 165 ünvanında qeydə alınıb.

Tribunainfo.az xəbər verir ki, sözügedən ünvanda qanunsuz tikinti ilə bağlı son günlərdə sosial mediada məlumatlar yayılıb. Məlumatlara görə, bu ünvanda icazəsiz tikinti işləri aparılır və yerli icra hakimiyyəti bu vəziyyətə müdaxilə etmir.

Sakinlər bildirib ki, binaya yaxın ərazidə aparılan tikintinin əlindən evdə oturmaq mümkün deyil:

“Bu tikinti yığıb bizi boğaza. Səsdən oturmaq mümkün deyil evdə. Havalar istidir deyə pəncərələri açmaq istəyirik, onda da evi toz-torpaq basır. Nə qədər olar səs-küy. Nə gündüz dayanırlar, nə gecə”.

Sakinlər iddia edir ki, Yasamal rayon İcra Hakimiyyəti, İH başçısı Elşad Həsənov bu qanunsuz tikilinin qarşısını almır.
Yaşayış yerlərinə çox yaxın, binanın həyətində ucaldılmaqda olan tikili uzun müddətdir ki, narazılıq yaradır. Vətəndaşlar aidiyyəti qurumlara, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək vəziyyətin araşdırılmasını tələb edirlər. Ancaq bütün narazılıqlara, aidiyyəti qurumlara edilən müraciətlərə baxmayaraq tikinti davam etdirilir.

Qeyd edək ki, Yasamal rayonunda bu kimi qanunsuz tikintilər tez-tez baş verir.

Yazıda adı keçən bütün tərəfləri dinləməyə hazırıq.

Gülşən Rəsul
 
Ardını oxu...
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
Dövlət Sərhəd Xidmətinin (DSX) Hərbi Hospitalında rüşvət baş alıb gedir.

Bu haqda Hurriyyet.az-a oxucular tərəfindən məlumat verilib. Müəyyən səbəblərdən adının çəkilməsini istəməyən oxucumuz bildirir ki, hospitala müraciət edən vətəndaşlardan aşkar şəkildə rüşvət yığılır.

"DSX-nin Hərbi Hospitalının rəisi, polkovnik Şükür Eyvazov və şöbə rəisi Yeganə Əliyeva Hərbi Hospitalın ərazisində saxta ROSİBEBEK adlı klinika açıblar. Yəni "xəstəxana içərisində xəstəxana" fəaliyyət göstərir", - deyə şikayətçi bildirir ki, vətəndaşlardan "xidmət haqqı" kimi pul toplanılsa da, çek verilmir:

"Hərbi Hospitala gələn mülki vətəndaşlar pul ödənişləri üçün dövlət büdcəsinə bağlı olan kassaya deyil, hospitalın daxilində yaradılan saxta klinikanın saxta kassasına yönləndirilir. Bu yolla vətəndaşlardan rüşvət yığılır. Yığılan pullar dövlət büdcəsinə yox, ciblərə gedir".

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
 

 


Ardını oxu...
TEREF yazır ki, poçtumuza daxil olan şikayət məktubunu oxuculara təqdim edirik. Siyəzən rayon sakini Zeynalov Mabəddin Qabil oğlu Mərkəzi Klinikada atası 2‐ci qrup müharibə əlili Zeynalov Qabil Mabəddin oğluna qarşı ədalətsizlikdən ölkənin rəhbərliyinə müraciət edərək yazır:

Siyəzən rayonu, M.V. Vidadi küçəsi, ev 45 ünvanında yaşayan Zeynalov Mabəddin Qabil oğlu tərəfindən.
Əlaqə nömrələri: (077) 399‐35‐86, (070) 634‐55‐21.

Açıq — Ş İ K A Y Ə T

Məlumat üçün yazıb Sizə bildirmək istəyirəm ki, 2‐ci qrup müharibə əlili atam Zeynalov Qabil Mabəddin oğlu yüksək şəkərli diabet xəstəliyi, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkdiyi üçün 18 aprel 2025‐ci il tarixdə vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanasın'na müraciət etmişdir. Həkimlərin baxışından sonra, xəstəyə infarkt diaqnozu qoyulmuş, təcili yardımın köməyi ilə xəstə Bakı şəhəri, Mərkəzi Klinika'ya təxliyə edilmişdir. Mərkəzi Klinika'da kardiologiya şöbəsinin müdiri, həkim‐kardioloq kimi fəaliyyət göstərən Firdovsi İbrahimov, atam Qabil Zeynalovu müayinə etdikdən sonra, onda ürəy damarının tutulması aşkar edilərək, onun ürəyinin damarına angioplastika yolu ilə STENT qoyulduqdan sonra, təkrarən 26 aprel 2025‐ci il tarixdə növbəti müayinədən geçməsini bildirmişdir. 26 aprel 2025‐ci il tarixdə atam Qabil Zeynalov yaxın ailə üzvlərimizin köməyi ilə birgə Mərkəzi Klinika'ya Firdovsi həkimin baxışından keçməsi, təkrarən müayinə edilməsi üçün gətirilsədə, lakin Mərkəzi Klinika'da qeydiyyat şöbəsinə yaxınlaşan zaman, oradakı əməkdaşlar qanunsuz olaraq, pul köçürmələrini tələb edərək, əks halda xəstəyə baxmayacaqlarını bildirmişlər. Firdovsi həkimin köməkçiləri də eyni sözləri bildirərək xəstə yaxınlarından pul köçürmələrini tələb etmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanunda göstərilir ki, vətəndaş qeydiyyatda olduğu ərazi üzrə tibbi xidmətlərin göstərilməsi, bu mümkün olmadığı təqdirdə, vətəndaşa tibbi xidmətlərin göstərilməsi üçün aidiyyəti üzrə tibb müəssisəsinə göndəriş verilərək, həkim müayinəsindən keçə bilər. Həkim müalicəsindən sonra vətəndaş təkrarən tam ödənişsiz qaydada 45 (qırx beş) gün ərzində müalicə aldığı həkim tərəfindən müayinə oluna bilər. Burdanda açıq‐aydın görünür ki, Mərkəzi Klinika'nın qeydiyyat şöbəsinin əməkdaşları və Firdovsi həkimin köməkçiləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanunun bu tələbini kobud şəkildə pozmuşlar. Bununla bağlı xəstənin yaxınları Firdovsi həkimin otağına yaxınlaşaraq xəstənin 2‐ci qrup müharibə əlili olduğunu qeyd etsələrdə, ancaq əfsuslar olsun ki, Firdovsi həkim və köməkçiləri isə ölkə başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müharibə əlillərinin daim diqqət mərkəzində saxlanılması və onların incidilməməsi haqqında tapşırıq və tövsiyyələrinə əməl etməyərək, atam Qabil Zeynalovu sovet dönəmində vuruşduğunu, onu müharibə əlili kimi tanımadıqlarını açıq şəkildə ifadə edərək, müharibə əlilləri arasında ayrı‐seçkiliy salmaqla bu kimi təxribatla da məşquldurlar. Buna dair biz də onların videogörüntüləri və səsyazıları mövcuddur. Lazım gələrsə həmin faktları aidiyyəti üzrə təqdim etməyə hazıram. Onu da bildirmək istəyirəm ki, əlacsız qalmaları səbəbindən Firdovsi həkim və köməkçilərinin dedikləri ilə razılaşmaq məcburiyyətində qalan xəstə yaxınları, xəstənin ixtisaslı müayinə və müalicə olunması üçün Mərkəzi Klinika'ya ödənişlər etmişdir. Həmin ödənişlərə dair biz də qəbzlər də var. Ödənişləri etdikdən sonra, xəstəni kardioloq Firdovsi İbrahimovun qəbuluna keçirən zaman, xəstəxananın mühafizə xidməti yaxınlaşaraq, həkimin xəstəni qəbul etmək istəmədiyini bildirmişdir. Səbəb də o, olmuşdur ki, Firdovsi həkimin dediyinə görə guya ki, biz ondan yuxarı instansiyalara şikayətlər etmişik. Halbu ki, belə şey baş verməmişdir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq, hər bir vətəndaşın təklif, ərizə və şikayət etmək hüququ vardır. Nə mən, nədə ki, digər ailə üzvlərimizin Firdovsi İbrahimovun barəsində şikayətlər etmədiyini xəstənin yaxınları Firdovsi həkimin diqqətinə çatdırsalarda, amma bütün bunlara baxmayaraq, həkim Firdovsi İbrahimov hikkəsi və inadkarlığı ilə rəftar edərək, müxtəlif əsassız bəhanələr gətirməklə, 2‐ci qrup müharibə əlili atam Zeynalov Qabil Mabəddin oğlunu ixtisaslı müayinə və müalicə etməkdən, bir sözlə xəstəsindən əsassız və qanunsuz, həmçinin qərəzli olaraq imtina etmişdir. Mən və demək olar ki, əksər ailə üzvlərimiz dərhal bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi'nin ‐ 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ‐ 1542 və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi'nin ‐ 815 qaynar xətlərinə zəng edib məlumat bildirdikdən sonra, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsələ ilə bağlı Mərkəzi Klinika'nın müvafiq şəxsləri ilə əlaqə yarıtmağa çalışsada həkimlər danışmaqdan boyun qaçırmışlar. Əlavə olaraq bildirmək istəyirəm ki, mən bundan öncə də qeyd etdiyim məsələ ilə bağlı 26 aprel 2025‐ci il tarixdə, AR‐nın Səhiyyə Nazirliyi'nin ‐ 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiliyi ‐ 1542 və TƏBİB‐nin ‐ 815 qaynar xətlərinə zəng edib şifahi məlumat bildirməyimlə yanaşı, eyni zamanda müxtəlif dövlət qurumlarına şikayət ərizələri yazaraq, 2‐ci qrup müharibə əlili, atam Zeynalov Qabil Mabəddin oğlunun başına hər hansı bir xoşagəlməz hadisə gələrsə, ilk növbədə tələbimizin Firdovsi İbrahimovdan olacağını bildirmişdim. Lakin, onunla bağlı heç bir tədbir görülmədiyindən, atam Qabil Zeynalov həmin hadisənin səhəri günü yəni 27 aprel 2025‐ci il tarixdə dünyasını dəyişmək məcburiyyətində qaldı. Həmin 26 aprel 2025‐ci il tarixli müraciətimi də indi ki, ərizəmə əlavə edərək Sizə göndərirəm.

Odur ki, yuxarıda qeyd edib göstərdiyim xüsusat və faktların öz nəzarətiniz altında kökündən, tam, hərtərəfli və obyektiv araşdırılaraq, Mərkəzi Klinika'da kardiologiya şöbəsinin müdiri kimi fəaliyyət göstərən həkim‐kardioloqu Firdovsi İbrahimovun xəstəmizə qarşı etmiş olduğu qanunsuz və cinayətxarakterli hərəkətlərinə obyektiv hüquqi qiymət verilərək, onun barəsində qanunamüvafiq ciddi tədbirlər görməyinizi Sizdən artıq dərəcə də xahiş edirəm.

Hörmətli sayt rəhbəri bu müraciətimin işıqlandırılmasında mənə köməklik göstərəsiniz.

Hörmətlə, Mabəddin Zeynalov
Mərkəzi Klinika ilə əlaqə saxlasaqda bir cavab ala bilmədik. Lakin yenədə onların mövqeyinidə dərc etməyə hazırıq!
TEREF
Ardını oxu...
Asif Əsgərov ötən il sentyabrın 1-də keçirilmiş növbədənkənar VII çağırış Milli Məclisə seçkilərdə deputat seçiləndən sonra dövlət başçısının sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.

O vaxtdan Nəsimi RİH-nin başçısı kreslosu boşdur. Həmin vəzifəni müvəqqəti olaraq RİH başçısının müavini Zahid Xəlilov icra edir. Özü də necə?!

Hazırki vəziyyət budur ki, RİH aparatında vətəndaşların qəbulu ilə məşğul olan, müraciətlərinə baxan yoxdur. Başqa müavinlər də hərə öz bildiyini edir, Xəlilovun sözünü eşidən yoxdur.

Lakin o da az bilmir, zəhmətsiz gəlirlərin əsas mənbəyi olan tikintiyə nəzarət sahəsini ələ keçirib. Xəlilovun bu işdə ən yaxın silahdaşı RİH-nin memarı Ələskər Rüstəmovdur. Əslində onların qeyd olunan müstəvidə işləri iş görməməkdən, daha doğrusu, qanunsuz tikililəri apran şəxslərə "səni görmüşük, sən də bizi gör” deməkdən və göz yummaqdan ibarətdir. Yox, imanımızı yandıra bilmərik, özbaşına, Tikinti Məcəlləsini tələblərinin müşayiəti ilə inşaat həyata keçirənlərə "çətir” tövsiyə edirlər. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Nəsimi rayonu, Mir Cəlal küçəsi – 254 ünvanla Həsən Seyidbəyli küçəsinin kəsişməsində yerləşən "Çinar” restoranının arxasında qanunsuz kabinetlər inşa edilir. Öyrəndiyimiz qədərincə, sözügedən kabinetlərin inşasına görə icazə alınmayıb. Bu isə Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulması deməkdir. Bu naqisliyi Nəsimi Rayon İcra Hakimiyyətinin də, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin də, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq Ərazi İdarəsinin də görməmələri qeyri-mümkündür. Nəzarətedici qurumların vəzifəli şəxslərinin sahibkara əlavə qazanc gətirəcək həmin qanunsuz kabinetlərin inşasına təmənnasız göz yummasına inanmaq sadəlövhlük olar.

Redaksiya olaraq, müvafiq qurumların aşkarladığımız qanunsuzluğa münasibətlərini rəsmi sorğu məktubları ilə öyrənməyə çalışacağıq.

Cumhuriyyet.az

 
Ardını oxu...
Elm və Təhsil Nazirliyinin orta məktəb dərsliklərinin çapı ilə bağlı keçirdiyi tender müsabiqələrinin 3 qalibi müəyyən edilib.
Tender müsabiqələri 1-2-ci siniflər, 5-6-cı siniflər və 7-9-cu siniflər üzrə dərsliklərin çapı ilə bağlı olub.
Qeyd edək ki, 1-2-ci siniflər üzrə dərsliklərin çapını “Çaşıoğlu Elm-İstehsalat” MMC (VÖEN- 1300069061),
5-6-cı siniflər üzrə dərsliklərin çapını "Təhsil" Nəşriyyat Poliqrafiya MMC (VÖEN – 1300379491),
7-9-cu siniflər üzrə dərsliklərin çapını isə “Şərq-Qərb” ASC (VÖEN - 2000043631) həyata keçirəcək.
Nazirlik dərslik çapı üçün bu şirkətlərə müvafiq olaraq 3 101 103 manat, 3 275 105 manat və 2 535 277 manat ödəyəcək.
Onu da bildirək ki, tenderin qalibi olan şirkətlərin çap edəcəkləri kitabların sayı və bir ədəd kitab üçün alacaqları orta məbləğ aşağıdakı kimi olub:
“Çaşıoğlu Elm-İstehsalat” MMC – 2 361 250 ədəd (bir ədəd dərslik 1 manat 39 qəpik);
"Təhsil" Nəşriyyat Poliqrafiya MMC – 1 341 950 ədəd (bir ədəd dərslik 2 manat 31 qəpik);
“Şərq-Qərb” ASC – 1 066 800 ədəd (bir ədəd dərslik 2 manat 38 qəpik).
"DİA-AZ" araşdırmaları nəticəsində bildirir ki, yuxarıda təqdim olunan rəqəmlər açıq-aşkar korrupsiya əlamətidir və bununla bağlı gərəkən qurumların hərəkətə keçməsi mütləqdir. Ən azından bir-iki faktı diqqətinizə təqdim edirik.
Məsələn, “Çaşıoğlu Elm-İstehsalat” MMC–yə ayrılan 2 361 250 ədəd dərslik üçün vəsait yetərincə şişirdilib. Şünki faktiki olaraq bir ədəd dərslik 1 manat 39 qəpik ayrılsa da, realda xərclənəcək vəsait bir ədə dərslik üçün 74 qəpikdən baha deyil.
Digər bir fakt: "Təhsil" Nəşriyyat Poliqrafiya MMC–yə 1 341 950 ədəd dərsliyin hər birinə ayrılan 2 manat 31 qəpik yetərincə şişirdilmiş rəqəmdir və bhurada aşkar korrupsiya faktı var.

Məsələ diqqətimizdədir.
Ardını oxu...
Suraxanı və Xəzər rayonu ərazisində su olmayan ərazilərə su satışı həyata keçirənlərin fəaliyyətində problemlər yaranıb.

Sitat.info-ya daxil olan məlumata görə, Binə qəsəbəsinə su daşıyan su maşınlarından aylıq 300 manat haqq tələb edilir.
Vermədikləri halda onların gündüz fəaliyyətinə qadağa qoyulacağı, yalnız gecə saat 23:00-dan, səhər saat 6:00-a qədər çalışa biləcəkləri bildirilib.

Saytımıza daxil olan məlumata görə, gündüz işləmək istəyən su maşınlarından aylıq 300 manat tələb ediblər. Bu səbəbdən qurumla su satıcıları arasında narazılıq olub. Daha sonra bu məbləği 200 manata endirməyə məcbur olublar.
Hazırda Binə qəsəbəsində qeyri-müəyyən vəziyyət davam edir və su satışı dayandırılıb. Hansı qurumun su maşınlarına bu tələbi qoyması ilə bağlı konkret məlumat yoxdur, bu istiqamətdə dəqiqləşdirmə aparırıq.

Bildirilib ki, bir neçə su maşını eyni səbəbdən Suraxanı Rayon Polis İdarəsi tərəfindən cərimələnib.

Qeyd edək ki, illərdir kütləvi məskunlaşmaya baxmayaraq Binə qəsəbəsinin bir çox ərazilərinə su xəttinin çəkilməməsinin əsas səbəbi ADSEA-nın və onun sələfi “Azərsu”nun maşınlarla əraziyə su satışı həyata keçirməsidir. 1 ton suyun 7 manata satıldığını nəzərə alsaq, bu minlərlə ailənin aylıq 100 manat su üçün pul ödəməsi deməkdir. Qurum artıq bunu bir biznesə çevirib. Və yaxın ərazilərə qədər gələn su xəttinin davamını çəkmir. Qəsəbənin az qala 50 faizi su üzünə həsrətdir. Qarşıdan qızmar yay gəlir, aztəminatlı insanları su ilə sınanması heç bir qanuna, qaydaya sığmır.
 

Ardını oxu...

Ölkənin məhkəmə-hüquq sistemini xüsusi və dövlət notariuslarının fəaliyyəti olmadan təsəvvür etmək mümkün deyil. Çünki məhkəmələr öz qərarlarında notarius tərəfindən iddiaçı tərəflərə verilmiş sənədlər əsasında qərar çıxarırlar. Bu boyda səlahiyyət verilmiş notariuslar artıq böyük cinayət əməllərinin ortağına çevriliblər. Ölkə mediasında yer alan iddialara əsasən cumhuriyyet.az bilidirir ki, belə notariuslardan biri də Nərimanovdakı 21 saylı notariat kantoru və onun rəhbəri- xüsusi notarius: Kərimov Daxil Fazil oğludur. Daxil Kərimov əvvələr Şirvan şəhərində notarius vəzifəsində çalışıb. Media üzərində araşdırma apardıqda Daxil müəllim haqqında xeyli nöqsanlara rast gəldik. Vətəndaşlardan biri iddia edir ki, onun xəbəri olmadan qızının evini banka girov qoyublar. Ev sahibinin qaynı saxta sənəd düzəldərək Daxil Kərimova təsdiq etdirib. Evi banka girov qoyaraq böyük məbləğdə kredit götürüb amma ev sahibinin bu cinayət əməlindən xəbəri olmayıb.
Daxil Kərimov isə deyir mənim heç bir günahım yoxdur, adamdan soruşan lazımdır bu saxta sənədi təsdiq edəndə bilmirdin cinayət əməldir?
Ev sahibinin qaynı ilə əlbir olub bankdan 50 min manat götürüb bölüşdürəndə cinayət etdiyini başa düşmürdün? İndi də bank bu əmələ görə məhkəməyə müraciət edərək 2 uşağı və bir ananı evindən məcbur çıxararaq çölə atıb. Ev sahibinin qaynı ilə əlbir olub bankdan 50 min manat götürüb bölüşdürəndə cinayət etdiyini başa düşmürdün? İndi də bank bu əmələ görə məhkəməyə müraciət edərək 2 uşağı və bir ananı evindən məcbur çıxararaq çölə atıb, təbii ki özünü yuxarı hesab edən şəxs iki uşağın bir ananın faciəsinə və gözüyaşlı qalmasına səbəb olmazdı.

Daxil Kərimov Nərimanov 21 saylı notariusa müdir gələrkən bacısı oğlu Şirvanov Əlixan Fətulla oğlunu Şirvan notariusa müdir təyin etdirib. Sanki notariuslar bunlar üçün ailə şirkətidir. Deməli, Daxil Kərimov cinayət yolu ilə qazandığı pulların hesabına Bakıda, Hacıqabulda mülklərə, Cəlilabadda torpaq sahələrinə sahib olub. İndi isə Daxil Kərimov uzun illər saxta notarius fəaliyyəti ilə vətəndaşlardan yığdığı pulların hesabına məhkəmə hakimi olmaq istəyir. Və deyir ki, hakimlərin nəyi məndən artıqdır?

Yerli mediada çap olunan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, bütün bunlar azmış kimi Daxil Kərimov həm də maklerlik edir, kimlərisə işə düzəldir, kimlərəsə vəzifə, söz verir, hakim işləyən dostu Qurbanın əli ilə kimlərisə həbs etdirir, kimlərisə həbsdən azad etdirir. Sözün qısası, Daxil Kərimov yanına gələnlərə cır səslə “Nəyin var? Nə verə bilərsən” deməkdən başqa söz bilmir… Bir sözlə, Daxil Kərimov üçün saxta etibarnamələr vermək, saxta alqı-satqı müqavilələri tərtib etmək, saxta imzaları təsdiq etmək adi işə, normaya çevrilib. Yəni vətəndaşların hüquqlarını qorumalı olan Daxil Kərimov kimi notaruslar cinayətkar şəbəkə yaradıblar. Təsəvvür edirsiniz, Daxil Kərimov 2 uşaq anasının adına saxta etibarnamə ilə 50 min kredit götürüb bölüşdürərək gənc ailəni evsiz qoyur. Məhkəmədə işə baxan hakim 4-cü dəfə notarius Daxil Kərimovu məhkəməyə dəvət edir ki, izahat versin. Amma Daxil Kərimov hətta məhkəməni sayıb prosesə gəlmir.

Prezidentin köməkçisi Kərəm Həsənovdan istifadə edərək, saxta eytibarnamə ilə vətəndaşın evini banka girov qoyan notarius Daxil Kərimovun qanunsuz əməllərinə dur deyən olacaqmı?

Cumhuriyyet.az

 

 

www.AzadMedia.az
Ardını oxu...
SSRİ bayrağı ilə bağlı qalmaqal bu il İmişli rayonunda baş verən və ictimai rezonans doğuran ilk hadisə deyil.

Yanvarın 18-də Dövlət Yol Polisinin avtomobili İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində yol kənarında dayanan məktəbliləri vurub. Nəticədə 2 uşaq ölüb. Qəzada ağır yaralanan 1 məktəbli Bakıda Yeni Klinikaya yerləşdirilib və yanvarın 22-də vəfat edib.

Hadisədən sonra bir qrup şəxs əraziyə toplanaraq Yol Patrul Xidmətinin avtomobilini aşıraraq əziblər. Həmin şəxslər hüquq pozuntusu törətməyə cəhd göstəriblər. Yol qəzası ilə bağlı xuliqanlıq hərəkətlərinə görə 14 nəfər həbs olunub. Bunlar Bayramlı Bəylər, Babayev Rasif, Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmədov Taleh, Tağıyev Raqib, Məmmədov Qoşqar, Əliyev Sənan, Əzimov Elxan, Quliyev Ruslan, Rzayev Rahibdir. Onların barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq - bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə ittiham verilib. Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

İkinci hadisə isə İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsidir. Onun hərəkəti sosial şəbəkələrdə böyük müzakirə və narazılığa səbəb olub. Məsələyə münasibət bildirənlər S.Səmədovu SSRİ xiffəti çəkməkdə, Rusiyanın imperializm siyasətinin təbliğatını aparmaqda ittiham ediblər. "Georgi lenti" Moskvanın bu siyasətinin əsas simvollarından biri sayılır.
Ardını oxu...
Artıq Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyəti toplanıb və məsələyə qiymət verib. İdarə Heyəti şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.

Qeyd edək ki, hazırda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevdir. O, 5 ildir həmin vəzifədə işləyir.

Elçin Rzayev 1967-ci ildə anadan olub. Yasamal Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin fevral ayında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub. E.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində də çalışıb.

2020-ci il may ayının 21-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.//Teleqraf
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti