Ardını oxu...
Nərimanov sakinləri şikayətlərinə baxan yoxdur.

TEREF Barometr.tv-ə istinadən xəbər verir ki, Nərimanov rayonunda bina inşa edən “Şirvanşahlar Residence” sakinlərin şikayətlərini heçə sayır.

Bununla bağlı daha ətraflı videoreportajda:

Qeyd edək ki, “Şirvanşahlar Residence” layihə rəhbəri Tərlan Məmmədovdur.
Ardını oxu...
 
Ardını oxu...
Ölkədə külli miqdarda pul çıxarmaqda günahlandırılan qalmaqallı tikinti şirkətlərindən olan “Diadem” ASC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.
Ardını oxu...
XALQ xəbər verir ki, “Diadem” ASC-nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Diadem” tikinti şirkti ilə bağlı işə 25 may tarixində Sumqayıt şəhər Məhkəməsində hakim hakim Ramiz Quliyevin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.

Qeyd edək ki, “Diadem” ASC müxtəlif təyinatlı tikililərin inşasını həyata keçirir, eləcə də tikinti materiallarının satışı ilə məşğuldur.

Açıq Səhmdar Cəmiyyəti təşkilati formasına baxmayaraq “Diadem”in cəmi 2 səhmdarı var – Nəbiyev Elbrus Ənvər oğlu səhmlərin 75%-nə, Dostumalıyeva Kəmalə Ocaqkişi qızı isə 25%-nə sahibdir. K.Dostumalıyeva təsisçi olmaqla yanaşı həm də şirkətdə menecer vəzifəsi tutur. Yeri gəlmşikən, şirkətin direktoru Dostumalıyev Fuad Azər oğludur ki, o da böyük ehtimalla təsisçilərdən birinin yaxın qohumudur.

Qeyd edək ki, Nəbiyev Elbrus Ənvər oğlu A+CO ASC-nin sahibidir. A+CO şirkəti həmçinin “Pancofee” məhsullarının Azərbaycandakı rəsmi distributorudur.
Ardını oxu...
Həmçinin bildirirk ki, Elbrus Nəbiyev “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyevin qardaşıdır.

Qeyd edək ki, “Kristal Abşeron” Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsus olduğu bilidirilir. Məlumatlarda şirkətlərə oğlu Pərviz Ağalarov rəhbərlik edir. Bu deputat tərəfində təkzib olunmayıb.

 
Ardını oxu...
Qarşıdan çimərlik mövsümü gəlir. Turizmin yaxşı gəlir gətirən qolu sayılan çimərlik potensialının gücləndirilməsinin gözlənildiyi bir məqamda Xəzər dənizinin suyu aktiv şəkildə çirkləndirilməyə davam edir.

TEREF oxu.az istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisində Xəzər dənizinə iri borular vasitəsilə çirkab suları axıdılır.

Sözügedən məsələ bir neçə dəfə gündəmə gətirilsə də, heç bir tədbir görülməyib. Məlumat üçün qeyd edək ki, borulardan birinin altına dəmir sahildə “altlıq” qoyularaq hündürə qaldırılıb və çirkab su təzyiqlə dənizə tökülür.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev hadisə yerində mövzu ilə bağlı Oxu.Az-a danışıb.

O qeyd edib ki, sözügedən məsələ ekosistemə çox ciddi ziyan vurur:

“Xəzərin suyu çəkiləndən sonra gizli borular üzə çıxıb. Bu borular vasitəsilə böyük kütlədə çirkab suları Xəzəri çirkləndirir. Çirkli su 30-40 metr məsafəyə qədər dənizin içərisinə gedir. Nəticədə canlı aləm də məhv olur. Bundan əlavə, oksigen istehsal edən, həmçinin balıqların qida mənbəyi olan yosunlar çirkab sularının təsiri ilə mazuta bulaşıb, sahil qaralmış yosunla doludur.

İstirahət mühiti qalmadığına görə çimərlik potensialı olan ərazi göz görə-görə məhv olur. Bu suların tərkibində elə kanserogen maddələr ola bilər ki, parçalanmadığı üçün müxtəlif canlı aləm nümayəndələri vasitəsilə orqanizmimizə daxil ola bilər. Bu maddələrin yayılmasında xüsusilə küləyi də qeyd etməliyik. Mövcud durum çox böyük fəsadların carçısıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə bağlı çox ciddi tədbir görməlidir”.
 
 
 
Ardını oxu...
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilib.

TEREF xəbər verir ki, bu barədə Nigar Rəhimova özünün instaqram səhifəsində paylaşım edib.
Ardını oxu...

Sosial şəbəkə istifadəçiləri müğənninin bu medalla təltif edilməsini birmənalı qarşılamayıb və onu qınaq hədəfinə çevirib. Müğənni bundan sonra həmin paylaşımı silib.

Məsələ ilə bağlı müğəninin özü ilə əlaqə saxlamağa çalışdıq. Nigar Rəhimovanın rəsmi instaqram səhifəsində yerləşdirilən əlaqə nömrəsinə köməkçisi olduğunu deəyn bir xanım cavab verdi.

Həmin xanıma jurnalsit olduğumuzu deyib sual ünvanlamaq istəyəndə hansı mövzu ilə bağlı zəng etdiyimizi bilərək izah verməyə başladı:

“Sosial şəbəkələrdə Nigar xanım haqqında artıq-əskik sözlər yazanlar, onun şərəf və ləyaqətini aşağılayanlar qanun qarşısında cavab verəcək”.

Vəsiqənin həqiqətən verilib-verilməməsi ilə bağlı sualımıza isə Nigar Rəhimovanın köməkçisi belə cavab verdi: “Xanım özü dövlətin qulluğunda xidmətindədir. Hər halda dövlətimiz necə qərar veribsə, elə də addım atılıb. Əlavə suala cavab vermək istəmirik”.

“Vətən müharibəsi iştirakçısı” medalı kimlərə verilir?

Bu medalla Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir.Musavat.com
 
Ardını oxu...
Hazırda ölkəmizdə əsas müzakirə edilən və bir çox hallarda “ədalət prinsipi”nin pozulduğuna dair fikirlər səsləndirilən məsələlərdən biri də yükdaşımalarla bağlıdır. Bəllidir ki, sərnişin daşımalarında olduğu kimi, yük daşımalarında da lisenziya tələb olunur və “icazə” müəyyən müddətə verilir.
İcazənin verilməsi, ümumiyyətlə bu sahəyə nəzarəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) həyata keçirir. Daha əvvəllər bu işə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) nəzarət edirdi, lakin qurum ləğv edildi və AYNA fəaliyyətə başladı. AYNA müəyən edilmiş qaydalara uyğun olaraq, lisenziya verir və prosesə nəzarət edir. Hətta, icazənin alınması elektron qaydada mümkündür. Bura qədər hər şey normaldır. Normal olmayan isə lisenziyaların verilməsindəki ədalətsizlikdir.
“Van der Val Intl. Transport Bakı” şirkətinə edilən “güzəştlər” bunun real nümunəsidir. Şirkət Niderlandda ofşor şirkəti kimi qeydə alınıb, lakin Azərbaycanda fəaliyyət göstərir və rəhbəri İlqar Rzayevdir. Bu şirkətə Almaniya, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, Hollandiya, Macarıstan, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Türkiyəyə yükdaşıma üçün ikitərəfli tranzit icazəsi verilib. Verilən icazə digər şirkətlərlə müqayisədə kifayət qədər geniş imkanlar yaradıb. Halbuki, yük daşımaları sahəsində AYNA-dan tranzit icazəsinin alınmasında böyük çətinliklə üzləşən N qədər şirkət var. Açıq mənbələrdə belə şikayətlər saysız-hesabsızdır.
Sual yaranır, “Van der Val Intl. Transport Bakı” şirkətinə niyə “güzəştlər” edilir?
Bunu anlamaq üçün şirkəti rəhbəri İlqar Rzayevin kimliyinə baxmaq lazımdır. İlqar Rzayev Anar Rzayevin qardaşıdır. Anar Rzayev də AYNA-nın İdarə Heyətinin sədridir. Hər şey bu qədər sadə və bəsitdir. Digər şirkətlərə çoxsaylı qadağalar qoyan Anar Rzayev qardaşının rəhbərlik etdiyi şirkətə geniş tranzit icazəsinin verilməsini təmin edib, daha dəqiq desək, qardaşının rəhbərlik etdiyi öz şirkətinə.

Anar Rzayev 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına qədər “Van der Val Intl. Transport Bakı” şirkətinin baş direktoru vəzifəsini icra edib. Daha sonra vəzifəyə təyin ediləndə vəzifəsini qardaşına həvalə edib, yəni onun şirkətini qardaşı idarə edir. Anar Rzayevin özünün bu haqda mediaya etiraf açıqlaması da var.
2022-ci ildə Baku TV-yə danışan Anar Rzayev təsdiq edib ki, 1996-2013-cü illərdə “Van der Val Intl. Transport Bakı” şirkətinə rəhbərlik edib:
“Akademik fəaliyyətlə məşğul olduğuma görə, sözügedən şirkətdən ayrıldım. Doğrudur, hazırda sözügedən şirkətə qardaşım İlqar Rzayev rəhbərlik edir. Bu doğrudur ki, qardaşım orda qalıb işləyir. Mənim şirkətlə əməliyyat, maliyyə və digər əlaqələrim yoxdur. Sadəcə qardaşım oranın rəhbəridir”, – deyə Anar Rzayev bildirmişdi.

Hər şey aydındır. Anar Rzayev öz şirkətini qardaşına həvalə edərək, dövlət qurumunda rəhbərliyə başlayıb və vəzifə səlahiyyətlərindən istifadə edərək, qardaşının idarə etdiyi öz şirkətinə yükdaşımalardan daha çox pay ayırır. Anar Rzayevin məlum açıqlaması, “Van der Val Intl. Transport Bakı” şirkətinə qardaşı İlqar Rzayevin rəhbərlik etməsi və özünün rəhbərlik etdiyi AYNA-nın bu şirkətə geniş tranzit haqları verməsi bütün suallara aydınlıq gətirir.
/demokrat.az/
 
Ardını oxu...
Bakının 151 saylı uşaq bağçasında körpələrə vaxtı keçmiş məhsulların verildiyi faktı ifşa olunub. Anaxeber.com-a göndərilən videoməlumatdan görünür ki, istifadəyə yararsız və müddəti keçmiş ərzaq məhsullarından istifadə edilir. Görüntülərdən də aydın olur ki, yumurtaların və qatıqların istifadə müddəti başa çatıb. Lakin bağça rəhbərliyi onlardan uşaqlar üçün istifadəni rəva bilir. Hər halda, öz ailəsi deyil, ona görə də başqasının körpəsinin başına gələcək hadisəyə laqeyd yanaşır. Videoda toyuq məhsulları da görünür. Belə anlaşılır ki, bu məhsullar ucuz, keyfiyyətsizdir. Üstəlik, ərzağın həcmində yeyintiyə yol verildiyi iddiaları var. Halbuki dövlət büdcəsindən ayrılan vəsait hesabına bu məhsullar bağçaya verilir. Uşaqların qida təhlükəsizliyinə cavabdeh isə bağça rəhbərliyidir. Əslində, AQTA və digər aidiyyatı qurumlar vaxtı keçmiş məhsullardan istifadə edildiyi üçün həmin bağçada araşdırmalara başlamalıdır. Həmçinin, Elm və Təhsil Nazirliyi işə qarışmalıdır. Videonu təqdim edirik:

 
 
 
Ardını oxu...

Ölkənin məhkəmə-hüquq sistemini xüsusi və dövlət notariuslarının fəaliyyəti olmadan təsəvvür etmək mümkün deyil. Çünki məhkəmələr öz qərarlarında notarius tərəfindən iddiaçı tərəflərə verilmiş sənədlər əsasında qərar çıxarırlar. Bu boyda səlahiyyət verilmiş notariuslar artıq böyük cinayət əməllərinin ortağına çevriliblər. Ölkə mediasında yer alan iddialara əsasən cumhuriyyet.az bilidirir ki, belə notariuslardan biri də Nərimanovdakı 21 saylı notariat kantoru və onun rəhbəri- xüsusi notarius: Kərimov Daxil Fazil oğludur. Daxil Kərimov əvvələr Şirvan şəhərində notarius vəzifəsində çalışıb. Media üzərində araşdırma apardıqda Daxil müəllim haqqında xeyli nöqsanlara rast gəldik. Vətəndaşlardan biri iddia edir ki, onun xəbəri olmadan qızının evini banka girov qoyublar. Ev sahibinin qaynı saxta sənəd düzəldərək Daxil Kərimova təsdiq etdirib. Evi banka girov qoyaraq böyük məbləğdə kredit götürüb amma ev sahibinin bu cinayət əməlindən xəbəri olmayıb.
Daxil Kərimov isə deyir mənim heç bir günahım yoxdur, adamdan soruşan lazımdır bu saxta sənədi təsdiq edəndə bilmirdin cinayət əməldir?
Ev sahibinin qaynı ilə əlbir olub bankdan 50 min manat götürüb bölüşdürəndə cinayət etdiyini başa düşmürdün? İndi də bank bu əmələ görə məhkəməyə müraciət edərək 2 uşağı və bir ananı evindən məcbur çıxararaq çölə atıb. Ev sahibinin qaynı ilə əlbir olub bankdan 50 min manat götürüb bölüşdürəndə cinayət etdiyini başa düşmürdün? İndi də bank bu əmələ görə məhkəməyə müraciət edərək 2 uşağı və bir ananı evindən məcbur çıxararaq çölə atıb, təbii ki özünü yuxarı hesab edən şəxs iki uşağın bir ananın faciəsinə və gözüyaşlı qalmasına səbəb olmazdı.

Daxil Kərimov Nərimanov 21 saylı notariusa müdir gələrkən bacısı oğlu Şirvanov Əlixan Fətulla oğlunu Şirvan notariusa müdir təyin etdirib. Sanki notariuslar bunlar üçün ailə şirkətidir. Deməli, Daxil Kərimov cinayət yolu ilə qazandığı pulların hesabına Bakıda, Hacıqabulda mülklərə, Cəlilabadda torpaq sahələrinə sahib olub. İndi isə Daxil Kərimov uzun illər saxta notarius fəaliyyəti ilə vətəndaşlardan yığdığı pulların hesabına məhkəmə hakimi olmaq istəyir. Və deyir ki, hakimlərin nəyi məndən artıqdır?

Yerli mediada çap olunan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, bütün bunlar azmış kimi Daxil Kərimov həm də maklerlik edir, kimlərisə işə düzəldir, kimlərəsə vəzifə, söz verir, hakim işləyən dostu Qurbanın əli ilə kimlərisə həbs etdirir, kimlərisə həbsdən azad etdirir. Sözün qısası, Daxil Kərimov yanına gələnlərə cır səslə “Nəyin var? Nə verə bilərsən” deməkdən başqa söz bilmir… Bir sözlə, Daxil Kərimov üçün saxta etibarnamələr vermək, saxta alqı-satqı müqavilələri tərtib etmək, saxta imzaları təsdiq etmək adi işə, normaya çevrilib. Yəni vətəndaşların hüquqlarını qorumalı olan Daxil Kərimov kimi notaruslar cinayətkar şəbəkə yaradıblar. Təsəvvür edirsiniz, Daxil Kərimov 2 uşaq anasının adına saxta etibarnamə ilə 50 min kredit götürüb bölüşdürərək gənc ailəni evsiz qoyur. Məhkəmədə işə baxan hakim 4-cü dəfə notarius Daxil Kərimovu məhkəməyə dəvət edir ki, izahat versin. Amma Daxil Kərimov hətta məhkəməni sayıb prosesə gəlmir.

Prezidentin köməkçisi Kərəm Həsənovdan istifadə edərək, saxta eytibarnamə ilə vətəndaşın evini banka girov qoyan notarius Daxil Kərimovun qanunsuz əməllərinə dur deyən olacaqmı?

Cumhuriyyet.az

 

 

www.AzadMedia.az
Ardını oxu...
Qanlı-qadalı günlərdə yaranan Daxili Qoşunların Hərbi Hospitalı elə 1992 — 1993-cü illərdə, döyüşlərin qızğın gedən çağlarında qoşunların kiçik bir həkim kontingenti ilə fəaliyyətə başlayıb. Bir sözlə, hospitalın yaranması torpaqlarımızın azadlığı uğrunda erməni təcavüzkarlarına qarşı ağır döyüş əməliyyatlarının aparıldığı bir dövrə təsadüf edir.

Onda Daxili Qoşunların yaralanan hərbi qulluqçuları digər tibb müəssislərində müalicə olunurdular. Bir müddət keçəndən sonra isə, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirən, bilik və bacarıqlarını, peşəkarlıq səviyyələrini getdikcə artıran bu kiçik həkim kontingenti hərbi qulluqçularımızın və onların ailə üzvlərinin sağlamlığının keşiyində duran böyük bir tibbi personala çevrildi. O zaman zəruri tibbi avadanlıqların çatışmadığına baxmayaraq, əzmkar və fədakar həkim personalı üzərinə düşən tapşırıqları layiqincə yerinə yetirərək, yaralıların tez bir zamanda sağlamlıqlarını bərpa edərək, onları yenidən döyüş meydanlarına qaytara bilirdilər.

Ümumiyyətlə, yarandığı ilk günlərdə ön cəbhədə yüzlərlə yaralı döyüşçülərimizi ölümün pəncəsindən xilas edən hospitalın tibb işçilərinin fəaliyyəti yüksək qiymətləndirilib. Daxili Qoşunların şəxsi heyətinin sağlamlığının keşiyində müsəlləh əsgər kimi duran hospitalın tibb işçiləri vəzifələrinin öhdəsindən məharətlə gələrək, hərbi qulluqçularımızın qısa bir müddətdə keyfiyyətlə müalicə olunmasını təmin ediblər. Fəaliyyəti yüksək dəyərləndirilən Hərbi Hospitalın keçdiyi şərəfli döyüş yolu gənc həkimlərimiz üçün də bir örnək rolunu oynayıb.

Çox təəssüf ki, yazının girişini də dedikləri əsasında qələmə aldığımız etibarlı mənbənin belə bir tibb müəssisəsində son vaxtlar baş verən neqativ hallar barəsində Arazpress.com-a dedikləri, əvvəlki fəaliyyəti haqqında deyilən xoş sözlərə kölgə salır.

“Özüm bu hospitalla əlaqəliyəm və çox təəssüf edirəm ki, ölkə mətbuatı son vaxtlar barəsində yaxşı olmayan yazılar verir. Yazıların əksəriyyəti də, Daxili Qoşunların Hərbi Hospitalında müayinə və müalicə olunan hərbi qulluqçular və onların ailə üzvləri adından redaksiyalara daxil olan çox sayda şikayət məktubları əsasında qələmə alınır. Dəhşət ondadır ki, hətta kəskin ağrılar diaqnozu ilə hospitala daxil olanlar müayinə zamanı olmazın çətinliklərlə üzləşirlər. Və bu çətinliklərin yaranmasında əsas günahkar olaraq, rəhbər şəxslərin adlarını öndə çəkirlər.

Məsələn, bu yaxınlarda media vasitələrində kütləvi şəkildə bu mövzuda belə bir yazı dərc olundu: Şikayətçi deyirdi ki, hospitalda ondan 5 min istədilər. Bu boyda pulu isə o verə bilmir ki, müalicəsini uğurla həyata keçirsin və sağalaraq yenidən xidmət yerinə qayıtmağa nail olsun. Dərdini rəhbər şəxslərə də deyib. Nə olsun?!. Son ümid yeri olaraq, Mehriban xanım Əliyevaya müraciət etməyi qərara alıb.

Bəli, belə şikayətçilər çoxdur və hospitala ümidləri qalmayıb” — etibarlı mənbə deyir.

Onun sözlərinə görə, şikayətçi olan bir hərbçi isə, ona qarşı hospital rəisinin özünün kobudluq göstərdiyini mətbuata söyləyib. O, deyib ki, bu hospitalda çalışıb və ağır xəstəliyilə əlaqədar hərbidən tərxis olunmaq məcburiyyətində qalıb:

“Azərbaycanda müalicəm mümkün olmadı və xaricə getməyi qərara aldım. Dəfələrlə rəisin yanında oldum. Gördü ki, əlimdə heç nə yoxdur. Sonda mənə qarşı kobudluq edərək bildirdi ki, atama borcu yoxdur cibindən xərc çəkib, məni Türkiyəyə göndərə. Məni otağından qovdu və axırda məni kimlərinsə sifarişi nəticəsində hərbidən xəstəliklə pensiyasız tərxis etdilər.

Nə pensiya verdilər, nə də bir işlə məşğul ola bilmədim. Ailəmi dolandıra və kirayə pulunu ödəyə bilmirəm. Bütün bu problemlərimin hamısını yazıb yuxarılara göndərmişəm. Əfsuslar olsun k, şikayətimi təmin etmədilər.

Mehriban xanım Əliyevaya ünvanladığım müraciət baxılmaq üçün Daxili Qoşunların rəhbərliyinə göndərildi. Ancaq Daxili Qoşunların rəhbərliyi Mehriban xanımın tapşırığına əməl etmədi. Ona görə də, dərdimi bir daha mətbuat vasitəsilə Mehriban xanıma çatdırmaq istədim. Bundan sonra daha pis aqibətlə üzləşdim…”.

Etibarlı mənbənin redaksiyamıza ötürdüyü daha bir xoşagəlməz məlumat son vaxtlar hospitala işə qəbulla bağlı yaradılan neqativliklə bağlıdır. Onun dediyindən məlum olur ki, ötən illər ərzində tibbi personal arasındakı şərəfli xidmət və fədakarlıq nümunəsi göstərən təcrübəli mütəxəssislərin işə qəbuluna xüsusi diqqət yetirilib. Lakin son vaxtlar bunun əksi müşahidə olunur.

“Həkimlərin və digər tibbi personalın bu hospitalda müxtəlif tibbi ixtisaslar üzrə vakant hərbi və mülki vəzifələrə işə qəbulu ilə bağlı tələblərə indi qətiyyən fikir verən yoxdur. Yarandığı gündən bu Hərbi Hospitalın rəisi olan tibb xidməti polkovnik-leytenantı Şəmsəddin Heydərovun şəxsən özünün günahları ucbatından yaranıb bu neqativlik. Əlimdə fakt var və qəti şəkildə deyə bilərəm ki, son aylar ərzində 10 — 15 minlik rüşvətlə sertifikasiyadan keçməyən 3 nəfər burada işə qəbul olunub. Ortada komissiya rəyi belə yoxdur. Qiymətləndirmə zamanı həkim-mütəxəssislərin peşəkar fəaliyyətləri və şəxsi keyfiyyətləri nəzərə alınmayıb. Halbuki onların xeyli müddət ərzində peşəkar fəaliyyətləri üzrə yerinə yetirməli olduqları göstəricilər əsas kimi qeyd edilməliydi. Onlar nə cərrahi, nə terapevtik, nə radioloq, nə anestezioloq-reanimatoloq, nə də ki, digər ixtisaslar üzrə də mütəxəssis deyillər. Məhz bu səriştəsizlərə görədir ki, öncədən işləyən bacarıqlı mütəxəssislərə də ümid və inam qalmayıb.

Hələ bunlar nədir ki, əlimdə elə fakt və məlumatlar var ki, tezliklə onları da sizə çatdıracağam, özünüz heyfislənəcəksiniz. Bəzi dəqiqləşdirməmi aparıram…” — etibarlı mənbə məlumatında xüsusi olaraq qeyd olunur.(Arazpress.com)
 
Ardını oxu...
Ondan başlayaq ki, Gömrük Komitəsinin bütün sədrlərinin dövründə bu sahədə müxtəlif problemlərin varlığının, sahibkarlarla qurum arasında müxtəlif narazılığın şahidi olmuşuq. İnsafən demək lazımdır ki, yeni Komitə sədri Şahin Bağırovun dövründə əvvəlki illərdə yaranan daha ciddi, biabrıçı, daha dərin problemlər, sistemsizlik aradan qaldırılıb, sistem demək olar ki, avtomatlaşdırılıb, tam olmasa da müəyyən müsbət sistemli hala salınıb.

Amma bu o demək deyil ki, Gömrük sistemində hər şey idealdır. Təbii ki, uzun illərin qalaqlanmış problemlərini qısa bir zamanda düzəltmək, tamamilə şəffaflaşdırmaq çətindir. Hələ o yerdə külli miqdarda pul varsa və ya milyonları qazanmaq mümkündürsə.

Bu ölkədə hər kəs yaxşı bilir ki, Gömrük işində böyük pul, qazanc var və bu sahə sıradan bir sahə deyil. Amma əvvəlki Gömrük sədrlərinin dövründə olan daha böyük qanunsuzluqların indi şahidi olmasaq da, müəyyən nöqsanları, işlərin tamamilə şəffaf şəkildə getmədiyini də demək lazımdır. Yəni, Azərbaycanın Gömrük sistemində hər şey tamamilə ideal deyil. Təkcə uzun illərdir davam edən "qanunsuz şirkətlər" problemi nəinki kökündən aradan qaldırılıb, əksinə başqa bir müstəvidə, başqa bir formada məntiqi ardıcıllıqla fəaliyyətdədir.

Bu günlərdə gömrük sistemində sükutu pozan, ciddi ittihamlı bir hadisə baş verdi. Ölkənin demək olar ki, əksər mətbu orqanlarında “Lion Centre” MMC-nin direktoru, iş adamı Ramil Aslanovun ciddi ittihamları səsləndi. İş adamı Ramil Aslanov iddia edirdi ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov ondan saxta hesablamalar və sənədlərlə 97 min manat pul tələb edib və işi Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinə göndərib. Sübut əhəmiyyəti kəsb etməyən sənədlərə əsaslanaraq cinayət işi qaldırıb.
Ardını oxu...
Bütün bunlardan sonra Gömrük Komitəsi də “Lion Centre” MMC-nin rəhbərinin şikayətinə münasibət bildirib. 5 bəyannamə üzrə malların invoys qiymətləri şübhə doğurduğundan araşdırma aparılıb. Sənədlərə əsasən qeyd edilən mallara dair invoys qiymətlərinin dəfələrlə azaldılması və nəticədə xeyli miqdarda, cəmi 98 min manata yaxın məbləğdə gömrük ödənişlərinin ödənilməsindən qəsdən yayınılması müəyyən olunub.

Həmçinin qurumun rəsmi məlumatlarında qeyd olunub ki, “Lion Centre” MMC-nin rəhbəri yanlış məlumatlar yayır: “2024-cü il və 2025-ci ilin ilk 4 ayı ərzində “Lion Centre” MMC adlı sahibkarlıq subyekti gömrük rəsmiləşdirilməsinə 100 ədəd gömrük bəyannaməsi təqdim edib. 100 ədəd gömrük bəyannaməsi üzrə dəyər dürüstləşdirilməsi nəticəsində fərq məbləği 1 532 398 manatdır ki, bu fərqlərin 87%-i bəyannamənin ilkin tərtibatı zamanı sahibkar tərəfindən könüllü surətdə reallaşdırılıb. “Lion Centre” MMC adına rəsmiləşdirilən hər bir gömrük bəyannaməsi üzrə uyğunsuzluqların aşkar edilməsi və düzgün bəyan etməmə faktları mütəmadi hal alıb. “Lion Centre” MMC tərəfindən əvvəllər də dəfələrlə gömrük qaydalarının pozulması hallarına yol verilib.
Ardını oxu...
Elə əsas məsələ də budur. Sahibkar bir söz deyir, rəsmi qurum başqa söz... Yəni, hər iki tərəf bir birini ittiham edir. Elə problem də budur... Bütün bu faktlardan sonra bir daha söyləmək olar ki, Gömrükdə hələ də tam şəffaf sistem fəaliyyət göstərmir və sahibkarlarla rəsmi qurum arasında bir etibarsızlıq, inamsızlıq və müəyyən intriqa mövcuddur.

Ümumiyyətlə, belə qalmaqallı mövzuların zaman-zaman şahidi oluruq. Bəzən sahibkarlara dəstək verən məmurlar və ya "köhnə gömrükçülər" gömrüklə sahibkarlar arasında böyük bir uçurum yaratmaqda maraqlı olurlar. Onların müəyyən mənada dəstəkçisinə çevirilib sahibkarla rəsmi qurum arasında narazılıq yaratmağa çalışırlar. Əvvəlki illərdə də belə məlumatların dəfələrlə şahidi olmuşuq. Filan gömrük məmuru filan şirkətə böyük dəstək verir, onun əli ilə qazanır və sairə... Təbii ki, bu əvvəl də olub, indi də var. Yayılan məlumatları, ortaya çıxan faktları izlədikcə maraqlı detallar ortaya çıxır. Bəzən bu detallara göz gəzdirdikcə ortaya yuxarıda ehtimal edilən halların oxşarlığı yaranır.

Ümumiyyətlə, Azərbaycanın Gömrük sistemi tam şəffaf deyil və burda müəyyən problemlər mövcuddur. Bunu danmaq mümkün deyil. Bəzən isə bu problemlərin səbəbi elə sahibkarların özlərinin qanunları pozmaları, bilməmələri və ya müəyyən hallarda işi ciddiyə almadıqları üçün yaranır.

Məqalələrdə maraqlı bir nüans keçir və bu eynilə əvvəlki illərdə olduğu kimi eyni dalğa, eyni koordinatı xatırladır.

İş adamı şikayətində deyib ki, Baş Gömrük idarəsinin rəisi Elmir Ramazanov ona və şirkətinə qarşı təzyiqlər göstərilməsi üçün Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinə sifariş verib. Hazırda Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinin rəis müavini vəzifəsində çalışan İlkin Bağırov cinayət işi qaldırıb.

Diqqət edin, həmişə olduğu kimi, yenə də Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsi və müavinin adı hallanır... Deməli nə varsa, elə burda var. Deməli bu İdarənin işində ya hələ də əmmalar var, ya da sahibkarlar bu İdarənin işinə kölgə salmağa çalışırlar. Sahibkarlara inansaq əmma var, quruma inansaq sahibkarlar səhv addımlar atır.
Ardını oxu...
Xatırlayırsızsa, DGK-nın sabiq sədri Səfər Mehdiyevin zamanında bu postu, Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinin rəis müavini vəzifəsini Fikrət Ələsgərli tuturdu. F. Ələsgərli DGK Əməliyyat-İstintaq Baş İdarəsinin həbs edilən rəisi Məsum Rəsulovun müavini idi. Bu şəxslərin hər ikisi DGK-nın sabiq sədr Səfər Mehdiyevin kadrlarından hesab olunurdu. Səfər Mehdiyevin sədr olduğu dönəmdə sahibkarlar əsasən Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsindən şikayət edər, rəis müavini Fikrət Ələsgərlinin adını çəkədrilər. Sonradan Fikrət Ələsgərli vəzifədən uzaqlaşdı və iş adamı kimi fəaliyyət göstərəcəyini açıqladı.

Ümumiyyətlə, Gömrük komitəsində zaman-zaman köhnə komanda ilə yeni komanda arasında ciddi konfliktlərin şahidi olmuşuq. Yuxarıda da qeyd etdiyimiz kimi, sahibkarları öz kurasiyalarına alan Gömrük məmurları işdən çıxarıldıqdan sonra yenə də qurumda qalan köhnə komanda yoldaşlarının əli ilə öz fəaliyyətlərini davam etdirirlər. İstəkləri baş tutmadıqda sahibkarları qurumdan narazı olmağa sövq edirlər. Bəzən köhnə komanda üzvləri yaranmış vəziyyətdən istifadə edərək yeni komanda üzvlərini günahlandırmağa, onları qaralamağa çalışır, yeni komanda isə əlindəki imkanlardan istifadə edərək özünü müdafiə etməyə cəhd edir. Uzun illərdir belə halların şahidi oluruq. Bəlkə də elə gömrükdə köhnədən qalanlar vəziyyətin bu həddə çatmasını bilərəkdən istəyir. Yəni bu onu göstərir ki, gömrükdə vəziyyət hələ də ürəkaçan deyil və hələ də köklü islahatlara ehtiyac var.

Bütün bu hallar bütünlüklə ölkənin və gömrüyün fəaliyyətinə, quruma qarşı inama ciddi təsir göstərir, davamlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən, ölkəsinə gəlir gətirmək istəyən sahibkarların fəaliyyətinə kölgə salır, onları qorxudur. Məmur davaları, köhnə komanda üzvlərinin davamlı təzyiqləri, yeni komandanın fəaliyyətini zəiflətmək və gözdən salmalar birbaşa dövlətə ziyan vurur ki, bunun təsirini xalq görür.

Bu gün Azərbaycan Gömrük sistemində hər şey əla olmasa da, əvvəlki illərdən çox fərqlənir. Bunu etiraf etmək lazımdır. Amma onu da demək lazımdır ki, bəzi məqamlarda çatışmazlıqlar mövcuddur ki, bu da yenə köhnə komanda üzvlərinin, milyonlar qazanan və ya qazanmaq istəyən məmurların, köhnə gömrükçülərin və ya lap elə təzə gömrükçülərin qanunsuz, naşı əməllərinin nəticəsidir.

Bu gün hansısa bir sahibkar qanunsuz olaraq incidilirsə, yolverilməzdir. Yaxud əksinə, hansısa sahibkar Gömrüyə haqsız olaraq qara yaxmağa çalışırsa bu da yol verilməzdir. Tam şəffaf şəkildə fəaliyyət həyata keçirilməlidir – istər dövlət qurumu, istərsə də sahibkar öz məsuliyyətini hiss etməli və qanunların tələblərindən irəli gələrək addım atmalıdır. Qara atmaqla, ləkələməklə, sahibkarı incitməklə, qanunsuz əməllərinə göz yummaqla Azərbaycanın inkişafına, büdcənin güclənməsinə nail olmaq mümkün deyil. /Bizimxeber LIVE BLOG/
 

 

Ardını oxu...
Azəriqaz İstehsalat birliyinin Region rəisi hazırda Lənkəran RQİİ də rəis işləyən Namiq Məmmədovun Ağsu keçmişi heç də işıqlı olmayıb. 2016-cı ildə Ağsuda işləyərkən yerlərdəki məşğulluq idarələrindən xeyli sayda sosial işçi kimi göndərilən vətəndaşları pul qarşılığında işə qəbulunu həyata keçirdiyi haqqında məlumatlar almışıq.

Redaksiyamıza şikayət edən vətəndaşlar bildirirlər ki, həmin vaxtlar pul ödəməyənə “yer dolub” deyərək imtina göndərirmiş. Əslində isə boş yerlər olduğu halda pulu ödəyəcək şəxs üçün saxlayırmış.

Namiq Məmmədovun Ağsu RQİİ də işlədiyi dövrdə qanunsuz hərəkətləri bununla bitmir. Deyilənə görə Kürdəmirdə qanunsuz küçə xətləri çəkərək rəhbərlikdən gizlin işlər görüb. O bu əməlləri özbaşına törətməyib. İddialara görə bu məsələdə onu müdafiə edən Azəriqaz İB də keçmiş baş direktorun müavini Cahid Hüseynov olub.

Namiq Məmmədov daha sonra Ağsu RQİİ-dən Səlyan RQİİ-ə transfer edilib. Səlyanda çalışarkən Cavid Hüseynovun parniklərinə nəzarət etməyə başlayıb. Görünür, Cavid Hüseynov onu Səlyan RQİİ-ə işləmək üçün deyil, parniklərinə nəzarət etmək üçün “perevod” edib.

Namiq Məmmədov həm də “hacı”-dır. Həm də içki içən hacılardan. Yaxınlarının dediyinə görə Hacı Namiq yaxşı şərab içən adamdı.

Redaksiyamıza gələn məlumata görə İsmayıllı rayonunda Namiq Məmmədovun səhlənkarlığı ucbatından evlərin birində partlayış olub, iddialara görə 40.000 manat verərək ev sahibinin “ağzını yumub”.

Namiq Məmmədov Lənkəran regionda öz kadr sayılan nəzarətin rəisi Nərimanın vasitəsi ilə Lənkəran RQİİ də qanunsuz istismardan çıxarılmış borular satıb, yeni vaxtda 200 nəfər abonentdən sayğac üçün pul yığsalarda işi icra edə bilmirlər, ona görədə oradan qaçmaq istəyirlər, indi isə ümidləri Azəriqaz İB də Cahid Hüseynov və Nail Abdullayevədir.

Oğlu Kamil Məmmədov isə hazırda “Azəriqaz İB”-də metrologiya şöbəsində işləyir. Rayonlara ezam göndərilərək iri həmcli sayğaclara müdaxilə edib külli miqdarda vəsaitlər qazanır əvəzində bunun nəticəsi olaraq qaz istisi yaranır, dövlət əmlakı göyə sovrulur. Bundan əlavə onun Sənan adında yaxın dostu Binəqədi Qaz İdarəsində vətəndaşları aldadaraq sayğac quraşdırma adı altında xeyli vəsaitlər mənimsəyib. Hazırda Namiq Məmmədovun dostunun işi çox qarışıqdı. Onun işindən qovulması müzakirə edilir.

Namiq Bakı departament rəisi Zamin adlı şəxslə münasibəti olmadığından alternativ yollarla Sənan dostunu işdə saxlamaq üçün müxtəlif yollar tapır, vaxtı ilə Namiq köhnə rəhbərliyin vaxtında Zaminin “torbasını tikib” yerinə gəlmək istəyirdi, indi isə o məsələyə görə Zaminlə münasibətləri yoxdur.

Deyilənə görə N. Məmmədovun gəncliyi də ürəkaçan olmayıb. Özü 29 yaşında hərbi xidmətə məcburi aparılıb. Hər iki oğlu isə sağlam olduğu halda hərbi xidmətdən hansısa yolla yayına bilib. Hətta onunla çalışanlar bildirirlər ki, N. Məmmədovun Amerikada yaşayan erməni bacısı var. Özü dəfələrlə yaxın ətrafına bildirib ki, atasının erməni qadından qızı var. Hətta bir neçə dəfə Amerikada yaşayan erməni bacısına dəfələrlə pul göndərdiyini bildirib. Görünür, işlədiyi müddətdə aldığı rüşvətlərin hara getdiyi bəllidir.

Sonda qeyd edək ki, əvvəl bu adamın arxasında “Azəriqaz”ın keçmiş baş direktor müavini Cahid Hüseynov dayanırdı, indi isə yeni baş direktor müavini Nail Abdullayev dayanır.

Əlbətdə, bu yazılanlar hər biri şikayətçilərin iddialarıdır. Qarşı tərəf təkzib edə və ya fikir bildirə bilər.
https://busaat.az/namiq-memmedovun-azeriqaz-serguzestleri-bu-qeder-yeyinti-eden-sexsi-kim-qoruyur
 

Dünyapress TV

Xəbər lenti