Ardını oxu...
Dəmiryol xəttinin Binə qəsəbəsi ərazisindən keçən hissəsi bərbad vəziyyətdədir. Ərazidə fəaliyyət göstərən obyektlərin tullantıları dəmiryolunun yaxınlığına atılır. Üst-üstə qalaqlanmış daş, taxta, məişət tullantıları xoşagəlməz mənzərə yaradır. Ötən il Binə qəsəbəsinin sakinlərini sevindirəcək bir xəbər yayıldı. 2027-cı ilədək dəmiryol sərnişin stansiyasının inşasına başlanacağı bildirdi. Ötən ildən bəri ərazidə hər hansı abadlıq işləri aparılmayıb. Ətrafı kol-kos basıb, hazırda yük qatarlarının keçdiyi dəmiryolunun ətrafı iaşə obyektlərinin tullantı məskəninə çevrilib.

Digər bir problem isə dəmiryol xəttinin ətrafında fəaliyyət göstərən obyektlərdən qeyri-qanuni “haqq” alınması ilə bağlıdır.

Sitat.info-nun əldə etdiyi məlumata görə, dəmiryolunun bir addımlığında fəaliyyət göstərən daş bazarı, kafe və sairə iaşə obyektlərinin əksəriyyəti ADY əməkdaşlarına “hesab” verirlər. Bildirilir ki, bu ətrafda fəaliyyət göstərən obyektlər dəmiryolunun ərazisinə düşür. Yəni dəmiryol xəttinin 50 metr radiusunda olan ərazi idarənin tabeliyindədir.

Adının çəkilməsini istəməyən şəxs daş bazarında ondan aylıq 100 manat tələb edildiyini bildirdi: “2020-ci ildən Binə qəsəbəsində, (Əli İsazadə küçəsi) dəmiryolunun keçdiyi bu ərazidə daş bazarı fəaliyyət göstərir. 18 nəfər yük maşını sürücüsü burada işləyirik. Əvvəllər adambaşına aylıq 5 manat ödəyirdik. Pulu yığıb, dəmioryol idarəsinin işçisinə verirdik. Sonradan qiyməti qaldırdılar, aylıq 100 manat ödəməyə başladıq. 2023-cü ilə qədər qanunla hər kvadratmetr üçün 88 qəpik göstərilsə də, heç bir səbəb göstərmədən 4 manata qaldırıblar. Son 2024-cü ildən kvadratı 4 manatdan hesabladılar. 1 il iki aydır ki, adambaşına 100 manatdan ödəyirik. 18-20 daş nəfərin çörəyi daşdan çıxır. Çox əziyyətli işdir. Elə ay olur iki maşın daş sata bilirik. Həftələrlə alıcı olmur. Ancaq məcburi şəkildə 100 manatı ödəməliyik. Satdığımız hər yük maşınından 20-30 manat qazanırıq. Boş torpaqda bir daş kamaz daş satmaq üçün bu qədər pul almaq nə dərəcədə doğrudur?".

Ərazidə olduğumuz zaman öyrəndik ki, daş maşınlarının dayandığı ərazini bir sahibkar icarəyə götürüb, icarənin pulunu isə daş maşınlarının sahiblərindən alır, özü də artıqlaması ilə...

“18 nəfərdən hər ay 100 manat alır. Bunun qarşılığında heç bir ödəniş qəbzi almırıq. Biz icarə verməyə hazırıq, ancaq bu qədər yox… Buranı zibilləyən, ərazini zəbt edən bir nəfər sahibkardır, öz icarəsini də bizim cibimizdən ödəyir.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-yə şikayət etmişik. Hələlik 2 aydır ki, aylıq ödəniş məsələsi dayanıb. Bu 1il ərazində bilmədiyimiz şəxsə pul yığıb veririk, hara çatdığını da bilmirik. Elə deyirlər lazım olan yerə çatır…”.

Məsələ ilə bağlı aidiyyatı qurumun mətbuat xidmətinə məlumat verdik, onların da mövqeyini dərc edəcəyik.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Artıq Azərbaycanın dövlət qurumları vətəndaşa qarşı birbaşa “vəhşi kapitalizm” prinsipləri ilə davranırlar...

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Xalqlar Metro”sunun aşağı çıxışında, Qara Qarayev prospektində “Bazarstore” supermarketinin və mebel mağazalarının qarşısında ödənişli parklama yerləri yaradıb. Bununla bağl Poliqon-a vətəndaşlar və ərazidəki mebel dükanlarının sahiblərindən şikayət daxil olub. Şikayətçilər bildirir ki, bununla AYNA onların hüquqlarını kobud şəkildə pozur. Çünki supermarketə alver etməyə girənlər parkinq üçün ödəniş etməlidir.

Qeyd edək ki, ərazidə həmçinin çoxlu sayda mebel dükanları və kiçik biznes obyektləri fəaliyyət göstərir. Dükan sahibləri və mebel salonları əməkdaşımıza bildiriblər ki, AYNA onların biznes sahələrinin qarşısında ödənişli parkinq yaradarkən etiraz etsələr də, qurumun əməkdaşları onların etirazını dinləmək belə istəməyib. Dükan və biznes sahibləri hesab edirlər ki, AYNA-nın ödənişli parklama yerləri onların bizneslərinin fəaliyyətinə birbaşa mane olur və bu, ölkə prezidnti İlham Əliyevin dövlət qurumlarının kiçik və orta biznesin fəaliyyətinə mane olmamaq barədə verdiyi sərəncam və tapşırıqlara birbaşa ziddir.

Qeyd edək ki, prezident İlham Əliyev dövlət qurumlarına dəfələrlə xəbərdarlıq edərək biznes qurumlarının fəaliyyətinə mane olmamaq barədə xəbərdarlıq edib və bu barədə sərəncam da imzalayıb.

Şikayətçilər bildiirirlər ki, AYNA daha çox pul qazanmaq və vətəndaşları onlara ödəniş etməyə məcbur etmək üçün onların biznesinə birbaşa mane olur və ziyan vurur.

Məsələ ilə bağlı Poliqon-nun əməkdaşı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucovla əlaqə saxlayıb. Tural Orucov sorğumuza cavab olaraq bildirib ki, onlar Nazirlər Kabineti tərəfindən parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən qaydalar əsasında fəaliyyət göstərirlər.

“Bu sənəddə tarif zonası üzrə hüdudlar müəyyən olunub. Həmin sənəddə küçə və prospektlər üzrə hüdudlarla tanış olmaq mümkündür. AYNA tərəfindən parklanma yerləri dövlət avtomobil yollarının kənarında təşkil edilir. Bu istiqamətdə işlər zonalar üzrə mərhələli qaydada həyata keçirilir. Sözügedən ərazidə də parklanma infrastrukturu yaradılaraq xidmət təmin edilmişdir”, deyə Tural Orucov bildirib.

AYNA rəsmisi qeyd edib ki, ərazidə yaşayan sakinlər fərdi parklanma talonu əldə edərək avtomobillərini ödənişsiz saxlaya bilərlər.

““Yol hərəkəti haqqında” qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Ərazidə yaşayan sakinlər fərdi parklanma talonu əldə edərək avtomobillərini ödənişsiz saxlaya bilərlər. Nəqliyyat vasitələrinin parklanması saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri ödənişsizdir”, deyə AYNA rəsmisinin cavabında bildirilir.

Sözün düzü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən aldığımız cavab bizi heç də qane etmədi. Əvvəla onu qeyd edək ki, Nazirlər Kabineti tərəfindən parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən qaydalar AYNA-ya istənilən hər yerdə, o cümlədən supermarketlərin və biznes obyektlərinin qarşısında ödənişli parklama yaratmaq hüququ vermir. Hər şeydən əvvəl bu biznes obyektlərinin və alış-veriş üçün supermarketə gedən vətəndaşarın hüquqlarının kobud şəkildə pozulmasıdır. Digər tərəfdən AYNA bu kimi hərəkətləri ilə biznes sahiblərinin də fəaliyyətinə kobud şəkildə müdaxilədir. Çünki məhz AYNA-nın yaratdığı ödənişli parkinq səbəbindən vətəndaş həmin ərazilərdə alver etmək fikrindən yayınır və bu da təbii ki, ərazidəki biznesin fəaliyyətinə ciddi ziyan vurur. Bu üzdən də, bizə görə, əslində AYNA-dan alıdğımız cavab başdansovdu şəkildə hüquq pozuntusunu qanuniləşdirmək cəhdindən başqa bir şey deyil.

AYNA-nın məntiqindən belə çıxır ki, supermarketə girən vətəndaş 16 dəqiqə, ya da daha çox alverlə məşğul olacaqsa, o zaman ya AYNA-ya cərimə ödəməlidir, ya da yenə də AYNA-ya parkinq üçün ödəniş etməlidir. Bu faktiki olaraq vətəndaşı AYNA-ya ödəniş etməyə məcbur etməkdir və bu vətəndaşın konstitutsion hüquqlarına ziddir.

Qeyd edək ki, məsələ ilə bağlı “Bazarstore” supermarketinin mövqeyi də bizi maraqlandırır.

Burda bir haşiyə çıxaraq qeyd edək ki, artıq uzun illərdir ki, Azərbaycanın dövlət qurumları vətəndaşa qarşı birbaşa “vəhşi kapitalizm” prinsipləri ilə davranırlar. Bu prinsipin isə bir qaydası var: bütün vasitələrlə vətəndaşın cibindən daha çox pul çıxarmaq... Dövlətin bütün xidmət qurumları bu prinsiplə davranır və əslində bu prinsip dövlətin sosial müdafiə sisteminin əsaslarını sarsıdır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Poliqon.info
 
Ardını oxu...

Emin Əmrullayevin təhsil siyasəti, yoxsa ticarəti?

Son illər istər orta, istər ali təhsil müəssisələrində qalmaqallardan, kriminal hadisələrdən əlavə,

istəyənin (ixtisas fərqi olmadan) təhsil sahəsində çalışması və bütün bunların mümkünlüyünün yeganə yolunun rüşvət olduğu düşüncəsi insanların elmə, təhsilə olan marağını 0-a endirib.

Hələ məktəbəqədər təhsil müəssisələrinin bahalı avtomobil idarə edən, zəngin müdirlərini demirik. İşlərindəki nöqsanlarından əlavə hər ay valideynlərdən qeyri-qanuni pul yığıldığını yüksək səslə etiraf etdiyi halda bu gün də fərqli müəssisədə eyni vəzifəni tutan Fəranə Məhərrəmova kimi müdirlər, laborant işi üçün 4 min manat rüşvət aldığı deyilən, bu iddialardan sonra sadəcə yeri dəyişdirilib, sanki mükafatlandırırmışcasına daha böyük məktəbə rəhbər təyin olunan Həcər Mahmudova kimi direktorlar bu sahədə bir deyil, beş deyil, on deyil, onlarladır.

Təbii ki, bütün bunlar Emin Əmrullayevin təhsil siyasətinin, əslində bir ticarət olduğu düşüncəsini yaradır. Və bu kimi cəzasızlıq halları çoxaldıqca, özbaşınalıq, etiraz və narazılıqlar da artmaqda davam edir.

Sosial mediada hər gün bir məktəbdən dava-dalaş, kriminal və ifadə etmək nə qədər ağrılı olsa da bunu da qeyd etməliyik ki, əxlaqsızlıq xəbərləri yayılır.

Bəs bu kimi hadisələrə Emin Əmrullayev necə müdaxilə edir, yaxud qarşısının alınması istiqamətində hansı addımları atır?

"DogruXeber.az" xəbər verir ki, redaksiyamıza müraciət edən Ağdam rayonunun Birinci Yüzbaşlı kənd sakini İlhami Nəsibov sakini olduğu kəndin orta məktəbinin direktoru Polad Zeynalovun əlindən bütün kənd sakinlərinin zara gəldiyini deyib.

Polad Zeynalov məktəbdə istədiyini edir.

İlhami Nəsibovun sözlərinə görə, "2020-ci ildə Polad Zeynalovun atası olan keçmiş direktor dünyasını dəyişən kimi o, hansısa yollarla dərhal direktor vəzifəsinə gəldi. 26 yaşlı kitabxanaçı Polad Zeynalovun birbaşa onun yerinə - direktor kürsüsünə gəlməsi bütün kənd sakinlərini təəccübləndirdi. İndi artıq o, balaca məktəbdə Zeynalovun 17 nəfərə yaxın qohumu işləyir.

Məktəbi "ata mirası kimi yiyələnən" Polad Zeynalov gələn yoxlamanın suallarına doğru cavab verən, məktəbdəki neqativləri deyən uşaqlara qarşı kin bəsləyir, onları incidir. Belə ki, bu ilin yanvar ayında gələn yoxlama qrupuna onuncu sinifdə oxuyan Elsevər adlı şagird məktəbdə coğrafiya fənninin tədris olunmadığını və dərnəklər təşkil edilmədiyini deyib. Bundan sonra direktor həmin şagird barəsində polis və prokurorluq orqanlarına şikayət edərək, güya qız şagirdlərə qarşı əxlaqsız hərəkətlər etdiyini bildirib. Hüquq-mühafizə orqanları araşdırdılar və onun şikayətinin həqiqəti əks etdirmədiyi məlum oldu. Bundan sonra artıq Elsevərə qarşı qərəzli münasibət başlayıb.

Sonuncu dəfə bir neçə gün əvvəl məktəbin Lamiyə adlı müəllimi Elsevərə qarşı şagird yoldaşlarının yanında təhqiramiz ifadə (küçüyün balası deyib) işlədib. Yoldaşlarının yanında pərt olan yeniyetmə ona cavab qaytardığına görə isə məktəbdən qovulub. Bu səbəblə Elsevər günlərdir təhsildən kənarda qalıb.



Bundan əlavə, qeyd edim ki, bir neçə il əvvəl direktorun evində müxtəlif çaplı silah-sursat aşkar olundu, lakin buna görə o, özü yox, ağbirçək anası məsuliyyətə cəlb olundu. Yenə də direktor bu böyük məsuliyyətdən kənarda qala bildi. Ondan narazı olan 20-yə yaxın kənd sakinlərini isə məhkəməyə verib. Hazırda 10 nəfərin məhkəmə prosesi yekunlaşmaq üzrədir, daha 10 nəfər barəsindəki proseslər isə davam etdirilir.".

Həmçinin İlhami Nəsibovun redaksiyamıza göndərdiyi sənədlərdə göstərilir ki, direktorun Ağdam Statistika komitəsində məsləhətçi işləyən qardaşı Murad Zeynalov əyani ali təhsil aldığı müddətdə (2000-2001) paralel olaraq hərbi xidmətdə olub, Polad Zeynalov özü isə 2005-ci ildə məktəb direktoru ola-ola hərbi xidmət keçib.

Maraqlıdır!

Silah məktəb direktorunun nəyinə lazımdır?

Dövlət qurumlarında vəzifə tutan Zeynalov qardaşları ali təhsil, hərbi xidmət və dövlət işini eyni vaxtda necə edə biliblər?

Hörmətli Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidməti, hörmətli Elm və Təhsil Nazirliyi Zeynalov qardaşlarının bu cür möhüblərini düzmək hansı qanunlarla tənzimlənib?

Qeyd edək ki, İlhami Nəsibovun iddiaları ilə bağlı redaksiyamız tərəfindən Elm və Təhsil Nazirliyinə rəsmi sorğu göndərilib.

Mövzunu davam etdirəcəyik !

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

 

 
Ardını oxu...

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə "Gül Əliyeva” kimi tanınan Gülsüm Əliyeva Gəncədə fəaliyyət göstərən "VMR" Estetik Klinikasında liposaksiya əməliyyatı aparıb. Həmin əməliyyat zamanı Gülbəniz Bayramova adlı şəxsin həyatını itirdiyi bildirilir.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyinin həkimlərin reyestri bazasında Gülsüm Əliyevanın adı həkim kimi qeydiyyatda yoxdur:

"AEM əməkdaşları ötən il həmin estetik mərkəzdə plandankənar yoxlama keçirib və "VMR Estetik Klinikası” İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə) maddəsi ilə protokol tərtib edilmiş və aidiyyəti üzrə icraata göndərilib.

Bundan əlavə, "VMR Estetik Klinikası”nın Bakıdakı filialında da başqa bir vətəndaşın şikayəti əsasında da yoxlama keçirilib və İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib edilərək, növbəti icraata göndərilib.

Ölüm faktına gəldikdə bununla bağlı araşdırmalar istintaq orqanları tərəfindən aparılır", - deyə məlumatda qeyd olunub.
Ardını oxu...
Bakı şəhər sakini, hələlik adının hallanmasını istəməyən şəxs redaksiyamıza müraciət edərək üzləşdiyi problemin həll olunmasında ona köməklik göstərməyimizi istəyir. O, dələduzluğa məruz qaldığını iddia edərək ki, müraciətini mətbuat vasitəsi ilə Prezident İlham Əliyevin, Daxili İşlər naziri Vilayət Eyvazovun, Baş prokuror Kamran Əliyevin və geniş ictimaiyyətin diqqətinə çatdırmağımızı istəyir.

O, deyir ki, hələ 2009-2010-cu illərdə,bankda işlədiyi dövrdə həmkəndlisi, uşaqlıq dostu olduğu məşhur müğənni Vüsal Əliyev ona təcili 10 min ABŞ dolları təşkil etməyimi xahiş etdi və on gün müddətinə qaytaracağına söz verdi. Mən müdirimlə danışıb mənim adıma qeyri rəsmi ona 10 min ABŞ dolları verdik. On gün keçdikdən sonra Vüsal Əliyev məndən yenə 5 min ABŞ dolları istədi ki, hamısını bir aya qaytaracam. Sonra gəldi ki, sənəd düzəldirik 300 manat yenə lazımdı. Verdim getdi. Üstündün bir iki ay keçdikdən sonra zəng elədim ki,pulu qaytarmaq lazımdı. Vüsal Əliyev qaytracam deyə-deyə məsələni uzadırdı. O, pullar bizim dəftərdə 2014-2015-ci ilə qədər borc kimi qaldı. 2015-ci ildə mən o bankdan ayrılanda manatın devolvasiyası olanda həmin pullar 1,70 vurularaq mənim adıma 25 min beş yüz manat mənim adıma yazıldı. Həmin vaxt maşınımı satıb 25 500 manatı banka ödəyib borcu birtəhər bağladım.

Sonra özüm bankrot oldum. 2015-ci ildən bu yana Vüsal Əliyevdən pulları geri ala bilmirəm. 2020-ci ilə qədər Vüsal Əliyev heç telefonlarıma cavab vermədi. Başqa borcla əlaqədar məhkəmədə öhdəlik götürdüm ki, ayda 500 manat qaytaracam. Vüsal Əliyevə uşaqlıq dostu kimi dedim ki, məni çətin vəziyyətdə qoyma, Bir ara 500, 500 manat verdi. Sonra yenə yox oldu. Dəfələrlə xəbərdarlıqlardan sonra bank qarşısında öhdəlik götürdüyüm növbəti 500 manat ödənişi etmək üçün pul tapa bilmıyib Vüsala telefonla bildirdim ki, borcu verə bilməsəm məni həbs edəcəjklər. Onun isə vecinə olmadı.Və təsəlli üçün heç 50 manat da olsa göndərmədi. Bəli, növbəti 500 manatrı ödəyə bilmədiyimə görə məni 10 sutka həbs etdilər. Və oldum məhkum. Ondan sonra böyrəklərimdə xəstəlik yarandı. Bütün bunlardan sonra Vüsal Əliyevə bir ay ərzində 29 dəfə zəng etdikdən sonra 30-cü günü mənə 100 manat qaytarır. Hər dəfə verəndə dəftərdən borcunun hissəsini ikiqat silmişəm. Amma hələ də Vüsal Əliyevin mənə 15 min manat borcu qalmaqdadır. Telefonuma cavab verəndə çox sevinirəm. Amma hər dəfə bəhanə uydurur ki, siqaret almağa pulum yoxdur, Moskvaya getməyə borc alıb bilet almışam, və s. boş- boş əsassız çərənnəmələr. Pulun yoxdursa avtomobilini mənim kimi sat və borcunu ödə. Görünür, o məni ümumiyyətlə saymır. Və qəti qənaətə gəlmişəm ki, “Gəl yanıma” xit mahnısı ilə çoxsaylı toylara dəvətlər alan V.Əliyev pulunun olmamasını bəhanə etsə də bu ağ yalandır. Onun xisləti sadəcə olaraq icazə vermir ki, borcunu pulu ola ola mənim kimi sadə bir adama ödəsin. Yəni, özünə yaraşdırmır. Amma gedib Vəfa Şərifova ilə duet oxuyub qadın kolgəsində pul qazanmağa özünə böyük şərəf bilir.

İndi vəziyyətim çox pisdir. Ailədə 3 övladım var. Və şəkər xəstəsi olan anam da mənim himayəmdə yaşayır. Gecə-gündüz yoldaşımla işləyib pul qazanmağa çalışırıq. Sutkanın 4 saatını istirahət etməklə fasiləsiz işləyirik amma kirayə, communal, bank borclarımızı ödədikdən sonra evə pul gətirə bilmirik. Hər yerə borcum var. Günü 30 manata işləyirəm ki, o da ailənin heç dolanışığını etmir. Nə olur olsun, Vüsal Əliyevin vəziyyəti məndən pis deyil. Əksinə, aldığım məlumata görə 100 dəflərlə yaxşıdır. Amma o heç bir addım atmır. Aylarla yazıram, bir kəlmə cavab vermir. Artıq bezmişəm. Görünür bu adam nə başa düşən, nə də qanan deyil. Sadəcə dələduzluğunu davam etdirir. Ona görə məcbur olub sayt vasitəsilə dövlət başçısından bu işimin həll ediməsi üçün köməklik gösyərməsini xahiş edirəm .

/Aktualinfo.org

P.S. Məqalədə göstərilənlərə Vüsal Əliyevin münasibətini öyrənməyə çalışdıq. Lakin müğənni iki gündür susqunluq nümayiş etdirir.
 
           
Ardını oxu...
Azərbaycan Mərkəzi Bankı (AMB) daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən (lombard fəaliyyəti göstərən) “GL” ASC-ni ("Sizin Lombard") və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Bu barədə AMB-yə istinadən xəbər verib.

Məlumata görə, qurumun apardığı planlı tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbinin pozulması halı aşkarlanıb. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələrinə əsasən "GL" və onun vəzifəli şəxsi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 min manat və 10 min manat cərimə edilib.

Xatırladaq ki, "GL" 2016-cı ildə yaradılıb. Şirkətin səhmləri 100 % Eldar Quliyevə məxsusdur. O, həm də "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) əsas səhmdarlarından biridir.

32gun.az bildirir ki, Eldar Quliyevin oğlu Vəli Quliyev 2022-ci il martın 2-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsində çalışır.

2007-ci ildən “ParaBank”ın İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

2016-cı ildən isə “Parabokt”un sədri vəzifəsində işləyib.
 
 
 

    
Ardını oxu...
Daha bir icra başçısının başı cəncəl işlərə qarışıb. Bu barədə "DİA-AZ"ın əldə etdiyi informasiyalardan aydın olur.

Mötəbər mənbə iddia edir ki, Şirvana rəhbərlik edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov "yuxarılar" tərəfindən ciddi şəkildə tənqid olunub. Səbəbsə...

Mənbənin söylədikləri: "Məlumdur ki, Şirvanın icra başçısı İlqar Abbasovun köməkçisi və bacanağı Etibar Yolçiyevlə müavini Orxan İbrahimov vəzifə səlahiyyətlərindən dən sui-istifadə edərək “Gəmi zavodu” deyilən ərazi ətrafında yerləşən 13 hektar torpaq sahəsini Sabirabadlı qazinin adı ilə özəlləşdiriblər. Bu fakt "yuxarıların" diqqətini cəlb edib və ona sərt şəkildə xəbərdarlıq edilməklə yanaşı, onunla bağlı ciddi ölmünün götürüləcəyi də hiss etdirilib".

Mənbə başçının həbsini belə istisna etmir...
 
 
 
Ardını oxu...
Nərimanov rayonunda bir qrup sakin binalarına yaxın ərazidə tikinti işləri aparan şirkətdən narazıdır. Onların sözlərinə görə, tikinti şirkəti vətəndaşların həyətini hasarlayıb.

Sakinlər öz həyətlərində rahatlıqla hərəkət etməyə çətinlik çəkirlər.

Sözügedən məsələ ilə bağlı tikinti şirkətinin hüquqşünası Etibar Paşayev bildirib ki, ərazidəki işlər aiddiyatı qurumların icazəsi və rəsmi sənədlər əsasında həyata keçirilir:

"Həmin ərazidə olan sakinləri iddiaları əsassızdır. Gediş-gəliş yolunun bağlanmasından söhbət belə gedə bilməz. Mövcud şəhərsalma və tikinti qaydalarına tam əməl edilməklə ərazidə tikinti işləri həyata keçirilməkdədir. Ərazidə abadlaşdırma işlərinin aparılmasıl gələcəkdə planlaşdırılır".

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki, həmin əraziyə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən baxış keçirilib və iddiaların əsassız olduğu müəyyən edilib. Həmin ərazidə tikinti şirkətinə ayrılan torpaq sahəsində köhnə dəmir qarajların razılaşmış şəkildə köçürülməsi işlərinə başlanılacaq.
Ardını oxu...
Ardını oxu...
"DİA-AZ" xatırladır ki, neçə müddətdir Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 28 nömrəli binanın sakinləri «Gold Residense» MMC-nin qanunsuz fəaliyyəti nəticəsində mühasirədə qaldıqlarını bildirirlər. Sakinlər bu problemin həlli üçün Azərbaycan Respublikasının Baş nazirinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə, Bakı şəhər və Nərimanov rayon icra hakimiyyətlərinin başçılarına müraciət ediblər.

Amma indi aydın olur ki, artıq sakinlər məhz məhkəmə qərarları ilə geri oturdulur. Sakinlər iddia edir ki, «Gold Residense» MMC məhkəmə hakimlərini pul gücünə öz xeyrlərinə qərar çıxarmağa vadar edir.

"Ümidimiz Prezidentdir" deyən sakinlər ölkə rəhbərliyinə müraciət edərək prosesə təcili müdaxilə olunmasını da xahiş edirlər...
 
Ardını oxu...
Son illərdə Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyəti cəmiyyətin müxtəlif təbəqələrində ciddi narahatlıq doğurur. Təhsil eksperti Kamran Əsədovun bu qurumla bağlı səsləndirdiyi tənqidi fikirlər, DİM-in yalnız texniki və inzibati deyil, həm də hüquqi və etik səlahiyyət çərçivələrini aşdığını göstərir. Onun müşahidələrinə əsasən, bu gün DİM sadəcə imtahanların təşkili və qiymətləndirilməsi ilə kifayətlənmir – həm də normativ hüquqi akt funksiyasını yerinə yetirməyə cəhd göstərir ki, bu da hüquqi baxımdan qəbuledilməz presedentdir.

Əsas narahatlıq doğuran məqamlardan biri – qəbul imtahanlarına dair qaydaların DİM tərəfindən hüquqi baza olmadan dəyişdirilməsidir. Kamran Əsədov qeyd edir ki, I ixtisas qrupu üzrə 2025-ci il qəbul meyarları hələ Nazirlər Kabinetinin 6 may tarixli qərarı verilməmişdən öncə – 17 aprel tarixində DİM tərəfindən elan olunub. Bu isə ölkənin hüquqi sistemində mühüm prinsip olan “geriyə qüvvə olmama” prinsipini pozur.

Ekspert bu halı açıq şəkildə özbaşınalıq kimi qiymətləndirir: “Eyni hal V ixtisas qrupu üzrə də yaşanıb – ötən il 60 bal olan müsabiqə şərti bu il 70-80 bala yüksəldilib. Bu dəyişikliklər isə, ən narahatedici məqam olaraq, imtahanlardan sonra elan olunub. Yəni abituriyent imtahan verib nəticə gözlədiyi vaxtda DİM qaydanı dəyişib. Bu, nəinki hüquqa, həm də etikaya zidd addımdır və ictimai etimadı sarsıdır.”

K. Əsədovun sözlərinə görə, DİM-in fəaliyyəti texniki baxımdan da ciddi suallar doğurur. O, iddia edir ki, 2025-ci il buraxılış imtahanlarında eşitmə aparatlarının keyfiyyətsiz işləməsi, bəzən isə ümumiyyətlə işləməməsi halları müşahidə olunub. Xüsusilə xarici dil imtahanlarında bu texniki problemlər nəticələrin etibarlılığına xələl gətirib. Buna baxmayaraq, DİM nəticələri dəyişməz saxlayıb ki, bu da Konstitusiyanın 42-ci maddəsi ilə qorunan təhsil alma hüququnun pozulması deməkdir.

Bundan əlavə, qiymətləndirmədə də ciddi problemlər mövcuddur. Ekspertin bildirdiyinə görə, 10 minə yaxın abituriyent apellyasiya şikayəti verib. Bu isə nəticələrin nə qədər qeyri-dəqiq və etibarsız olduğunu açıq şəkildə göstərir.

Şəffaflıq və apellyasiya hüquqlarının məhdudlaşdırılması

Ekspertin fikrincə, DİM-in apellyasiya prosesində şəffaflıq prinsipindən uzaqlaşması beynəlxalq təcrübəyə ziddir. Onun sözlərinə görə, abituriyentin sual kitabçasına çıxış imkanının məhdudlaşdırılması, prosesdə vəkillik funksiyasını yerinə yetirə biləcək şəxslərin iştirakı üçün yaradılan süni əngəllər hüquqi şəffaflıq prinsipini zədələyir. K. Əsədov müqayisə üçün qeyd edir ki, Estoniya, Finlandiya, Litva və Gürcüstanda abituriyentlər cavablarını incələmək və müstəqil ekspert rəyindən istifadə etmək hüququna malikdirlər.

Ekspert eyni zamanda “Abituriyent” jurnalının imtahana sayılı günlər qalmış gecikməsi faktını da sərt şəkildə tənqid edir.

Onun sözlərinə görə, jurnalın gecikməsi abituriyentlərin düzgün plan qurmasına və hazırlıq prosesinə ciddi mənfi təsir göstərir:“İmtahan suallarının keyfiyyəti ilə bağlı iradlar da diqqətçəkicidir: təkrar olunan suallar, məntiqi ardıcıllığın pozulması, testlərdə texniki və konseptual səhvlər DİM-in metodoloji cəhətdən zəifliyini üzə çıxarır. Bu vəziyyət biliyin deyil, sadəcə yaddaşın ölçüldüyünü göstərir.”

Kamran Əsədovun fikrincə, DİM-in təyin etdiyi imtahan qiymətləri də sosial ədalət prinsipinə ziddir. Ekspert vurğulayır ki, qəbul imtahanı, sertifikat və şəhadətnamə üçün tələb olunan məbləğlər regionlardakı aztəminatlı ailələrin övladları üçün əlavə maliyyə yükü yaradır. Bu isə təhsil imkanlarının bərabərliyini pozur.

Ekspertin rəyində ən əsas sual budur: Dövlət İmtahan Mərkəzi hansı hüquqi əsasla qaydaları dəyişir, qiymətləri artırır, prosedurların formasını dəyişir?

“DİM nə qanunverici orqandır, nə də icra hakimiyyətinin səlahiyyətli qərarverici qurumu. Bu qurumun səlahiyyəti yalnız mövcud hüquqi aktları icra etməklə məhdudlaşmalıdır,” – o vurğulayır.

Kamran Əsədovun fikrincə, əgər bu gedişat davam edərsə, DİM artıq təhsilin inkişafına töhfə verən yox, gənclərin hüquqlarını pozan və cəmiyyətdə etimadı sarsıdan bir quruma çevriləcək.

“Təhsildə şəffaflıq, ədalət və hüquqa sadiqlik bərpa olunmalıdır. Bunun üçünsə ilk növbədə, Dövlət İmtahan Mərkəzi ciddi ictimai və inzibati nəzarətə cəlb olunmalı, hüquqi səlahiyyət sərhədlərinə qaytarılmalıdır,” – o bildirib.

“AzPolitika.info”

Dünyapress TV

Xəbər lenti