Ardını oxu...
Nəsimi rayonunda yerləşən 240 nömrəli məktəbdə baş verən bəzi hadisələr valideynlər arasında ciddi narahatlığa səbəb olub. Valideynlər məktəbdə rüşvət, qeyri-qanuni fəaliyyətlər və təhsil keyfiyyətinin aşağı olması ilə bağlı narazılıqlarını bildirirlər.
Valideynlərin iddialarına görə, məktəb direktoru Esmira Məmmədovanın ailə üzvləri eyni məktəbdə müxtəlif vəzifələrdə çalışırlar. Onun bacısı qızı Mətanət Səmədova sinif rəhbəri, bacısı isə texniki işçi kimi fəaliyyət göstərir.

İddialara əsasən, Mətanət Səmədova özünü əməkdar müəllim kimi təqdim edir, lakin onun sertifikasiya imtahanından cəmi 33 bal topladığı və bunun müəllimlik üçün minimal tələblərə cavab vermədiyi bildirilir. Həmçinin onun məvacibinin də 1500 manat olması deyilir. Lakin topladığı bala görə bu qədər məvacibin verilməsidə ciddi şübhələr doğurmaqdadır. Buna baxmayaraq, o, valideynlərdən topladığı vəsaitlə hazırlıq keçdiyi iddia edilir. Həmçinin, onun valideynlər tərəfindən gətirilən hədiyyələri yalnız brend markalara aid olduğu halda qəbul etdiyi söylənilir.

Bəzi valideynlər isə bildirirlər ki, Mətanət Səmədova sinifində oxuyan uşaqların məktəbdə çalışan bacının yanına hazırlıq gəlmələri üçün məcbur edilirlər. Hazırlıq qiymətinə nəzər saldıqda isə bir uşaq üçün aylıq 80-100 manat tələb olunur deyə mənbə bildirib. Məktəbin sinif otaqları elə məhs bu kimi repititorluq fəaliyyəti ilə məşğul olan şəxslərə icarəyə verilir.həmin icrəyə verilən otaqlardan aylıqlar alınmaqdadır. Hazırlıqda alınan vəsaitlərin adam başına görə 30% direktora verildiyi deyilir.

İddialara əsasən, Mətanət Səmədova hərbi liseylərə getmək istəyən şagirdləri fikirlərindən daşındırır və onlara Azərbaycanda qalıb təhsil almaqdansa, xaricə getməyə üstünlük vermələrini tövsiyə edir. Buna misal olaraq isə Qabil Məmmədovu misal göstərdiyi azyaşlıların isə bunu valideynlərinə müəlliməm belə deyir deməsi ilə böyük narazılıqa səbəb olub.

Məktəbə yeni təyin olunmuş müavin Arifə Məmmədovanın isə 3 illik pedaqoji təcrübəsi olmadığı və 6 ay müddətində Kürdəmir rayon məktəblərində adının getdiyi özünün isə həmin məktəbin yolunu belə tanımadığı deyilir. Arifə Məmmədova direktor Esmira Məmmədova tərəfindən müavin vəzifəsinə gətirildiyi və bu təyinatın hansı əsasla aparıldığı sual altındadır. Sual alıtında olanlara hamıya hayqıraraq necə vəzifəyə gəldiyini əslində Arifə xanım deyib. Bu barədə növbəti yazımızda geniş məlumat veriləcək. Keçək əsas məsələlərə Arifə xanımın gənc yaşda bu qədər sərgüzəştlərə atılması birazda bizi təcübləndirdi. Axı oliqarx ailənin vaxtı ilə gəlini olduğu iddia edilən bir xanım bu gün qanuna zidd fəaliyyətin ortasında rəhbərlik nümayişi heçdə bir mənalı qarşılanmayıb.

Bundan əlavə, valideynlər iddia edirlər ki, 10-11-ci siniflərdə şagirdlərin məktəbə gəlmədən repetitor yanına getməsinə şərait yaradılır və hər şagirddən 3.000-3.500 manat alınaraq dərs davamiyyətinə göz yumulur. Rus sektorunda isə birinci sinifə qəbul üçün 1.500 manat tələb edildiyi iddia edilir. Hələ bu harasıdır bir məktəbdə üç vəzifə bu ştatların mövcudluğu nəyə və kimə xeyir verilməsinə hesablanıb? (Esmiralda Heydərli Sədul qızı Təlim-tərbiyə işləri üzrə direktor müavini, Vəfa Həsənova Zahid qızı Təlim-tərbiyə işləri üzrə direktor müavini, nəhayət adı çəkilən Arifə Məmmədova Arif qızı Təlim-tərbiyə işləri üzrə direktor müavini) 240 nömrəli məktəbdə üç eyni vəzifə və müəyyən yaşlarda şəxslər həmin vəzifəni icra edir. Lakin Təlim-tərbiyə işləri üzrə direktor müavini olan Arifə Məmmədova necə olur ki qısa müddət əvvəl təyin edildiyi məktəbdə 10-11 ci siniflərin davamiyyətinə nəzarəti əlinə alır və bu nəzarətə hitabəndə davamiyyət sıfıra enir? Təqdim etdiyimiz rəsmi məlumatda isə Arifə xanımın ilk fəaliyyəti 13.09.2024 başladığını deyir. Şəxs bu təqdim etdiyi məlumatı ilə necə müavin vəzifəsinə təyin edilə bilib?
Ardını oxu...
Diplomsuz müəllimlər və Maliyyə pozuntularının tüğyan etdiyi iddiaları isə durmadan artmaqdadır. Qeyd edək ki, bu iddialara cavab verəcək şəxslərin mövqeyi də bizim üçün maraqlı olacaqdır. Etibarlı mənbədən verilən məlumatda deyilir: “məktəbdə diplomu olmayan şəxslər müəllim kimi fəaliyyət göstərir. Həmçinin, bəzi siniflərdə şagird sayının süni şəkildə artırıldığı və bu yolla siniflərin bağlanmasının qarşısının alındığı deyilir. Bu iddialarında sübutları mövcudur ki danılmaz fakt hesab edilməkdədir.

İddialara görə, bir müddət əvvəl 05.12.2024 cü il tarixində Esmira Məmmədovanın 67 yaşının tamam olmasına münasibəti ilə hər sinifdən 30-40 manat yığılaraq ümumilikdə 3.000 şagirddən pul toplanır və bu pulların məktəb rəhbərliyinə verildiyi bildirilir. Hər sinif rəhbərinin hansı sinifdən nə yığdığı nnəqədər olmasını məruzə etdikdən sonra direktora təqdim edildiyi bildirilir. 3000 şagirdin hamınıdı deyil 2500 götürsək bunuda 30 manatdan hesab etdikdə 75.000 manat vəsait edir ki, buda bir adgünü üçün çox böyük bir rəqəm deməkdir. Hazırda məktəbin tək problemləri bu cür iddiallarla bitmək bilmir. 75 min manat vəsaitin yığılması məhs orta məktəbin təhsil müəssisəsi deyil biznes mərkəzi olmasından xəbər verir desək yanılmarıq.
Valideynlər uzun müddətdir ki, məktəbdə baş verən bu hadisələrlə bağlı Təhsil Nazirliyinə şikayət etdiklərini, lakin heç bir nəticə əldə olunmadığını bildirirlər. Onlar məktəbin şəffaf yoxlanmasını və qanunsuz hallara son qoyulmasını tələb edirlər.

Araşdırmamız davam edir. Məqaləmizdə gedən iddiallara Elm və Təhsil nazirliyinin, Bakı şəhər üzrə Təhsil idarəsinin və məqalədə adları keçən şəxslərin mövqeyni dinləyib dərc etməyə hazırıq.

GƏLƏN YAZIMIZDA:

- Ruhəngiz Quliyevanın fəaliyyəti nədən ibarətdi.., müəllimlik yoxsa hədə qorxu dolu pafoslu çıxışlarla niyyətə çatmaq...?
- Bir neçə sinifə eyni vaxtda rəhbərlik Təhsil haqqında qanun hansı maddəsində müəlliməyə səlahiyyət verir?
- İbtidai sinif müəllimlərindən Pəri, Durdanə və Könül hansı ixtiyarla azyaşlıları hazırlıqlara cəlb edir və bu cəlb etmələrin 100 manat vəsaitə başa gəlməsi...gələn yazımızda

Bakunews.az
 
Ardını oxu...
Azərbaycanda fəaliyyət göstərən bəzi biznes subyektlərinin vergidən yayınmaları, müxtəlif maliyyə maxinasiyaları etmələri barədə dəfələrlə ölkə mediasında məlumatlar tirajlanıb. Son illər ölkədə vergi hüquqpozmalarına qarşı tətbiq edilən məsuliyyət tədbirləri daha da sərtləşdirildiyinə görə bu sahədə olan neqativ halların aradan qalxmasına xeyli təsir edib. Lakin atılan maarifləndirici və hüquqi tədbirlərə baxmayaraq, hələ də dövlət büdcəsindən külli miqdarda vergi yayındıran müəssisələr, iş adamları var.
Dövlət büdcəsindən külli-miqdarda vəsait yayındıran biznes subyektlərindən biri də Xırdalan dairəsinin yaxınlığında fəaliyyət göstərən “Evrohome” İnşaat Malları bazarıdır.
“Evrohome” bazarında bəzi adlar altında mağaza icarədarlarından yığılan vəsaitlər qanuniləşdirilmir.

Belə ki, bazar rəhbərliyi tərəfindən mağaza icarədarlarından hər ay yığılan “kommunal vergi” bütünlüklə dövlət vergisindən yayındırılır.
Bazar rəhbərliyi tərəfindən mağazalara sahələrinə görə müəyyənləşdirilən kommunal vergilər ortalama 50-70 manat civarındadır.
“Evrohome” bazarında hazırda təxminən irili-xırdalı 240 mağaza var.
Ardını oxu...
Hər ay bazarın mühasibatlığının işçiləri tərəfindən mağaza icarədarlarından zorla toplanan bu vəsaitlərin ümümu məbləği 10-15 min manat arasındadır.
Mağaza icarədarlarından kommunal vergi adı altında hər ay alınan pullar üçün heç bir qəbz verilmir.
Bazarda rəhbərlik tərəfindən “kommunal vergi”nin hansı kriteriyalara görə hesablandığı isə məlum deyil.
Qeyd edək ki, “Evrohome” bazarı m.şhur iş adamı Azay Möhnətova məxsusdur.
Azay Möhnətovun “Evrohome” adı altında Bakının Dərnəgül və “28 may” ərazisində daha iki bazarı var.
Xatırladaq ki, 50 min manatdan yuxarı məbləğdə vergiləri ödəməkdən yayınma cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma əməlinə görə vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
AzFakt.com
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
 
 

 


Ardını oxu...
Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsində vətəndaşın avtomobilinə yanacaq çəninin tutumundan artıq benzin vurulduğu iddia olunur.

XALQ.AZ Oxu.az-a istinadla xəbər verir ki, iddiaçı avtomobilinin yanacaq tutumu 62 litr olduğu halda, məntəqədə çənə 63 litr yanacağın necə vurulduğunu sorğulayıb.

Lukoyl-Azərbaycan QSC-nin Dövlət qurumları ilə iş üzrə meneceri Rahil Ağayev məsələnin araşdırıldığını bildirib:

“Hazırda sözügedən yanacaqdoldurma məntəqəsinin rəhbəri məsələ ilə məşğuldur. Araşdırma aparır. Sürücü ilə əlaqə yaratmağa çalışırıq. Qeyd edim ki, həmin sürücü bizim qaynar xəttə müraciət etməyib. Müştərilərimizdən xahiş edirik ki, hər hansı sualları olsa, bizim 012 497 41 90 qaynar xəttimizə müraciət etsinlər”.

 
 


 
Ardını oxu...
Hacıqabul rayonunun icra başçısı Sevindik Hətəmova məxsus şirkətdə çoxsaylı qanunsuzluq aşkarlanıb.

Bu barədə redaksiyamıza mühüm məlumatlar daxil olub.
Bildirilib ki, icra başçısının qohum-əqrabasının nəzarətində olan "Günüy" MMC-də qanunsuz fəaliyyətinə görə, 2 milyon manat cərimə olunub. Şirkət fəliyyətində yol verdiyi çoxsaylı qanun pozuntularına görə, ETSN yüksək məbləğdə cərimələyib. Aparılan araşıdırılmalardan məlum olub ki, "Günüy" MMC adı altında illərdir fəaliyyətdə olan "Güzdək" daş karxanası ümumiyyətlə heç bir qanuni sənədə sahib deyil. Günlük qazancı yüz min manatlarla ölcülən qanunsuz işlədilən daş karxanası insan əməyni də istisimar etməkdən çəkinmir.

Günlük muzdlu işlədilən insanların həyatını təhlükəyə atan şirkət, ərazidə heç bir təhlükəsizlik tədbirləri belə görürlmədiyi bilidirilir. Xülasə, pul qazanmaq üçün qanunları mişar daşı kimi kəsib satmaqla məşğul olan "Günüy" MMC sahibi çox pul qazanmaq xatirinə əmək müqqaviləsi olmadan vətəndaşları müzdlu işlədərək hüquq hüdudlarını taptamaqdan da çəkinməyib.
Məlumatda daha sonra bildirilir ki, icra başçısı S.Hətəmov tutduğu vəzifəsindən istifadə edərək onun qızının adına olan şirkət illərdir vergidən yayınıb və ETSN-dən müvafiq sənədlər almadan torpaqdan istiadə edərək ərazini dağıdıb.
Onunda bildirək ki, məlumatda illərdir qanunsuz fəaliyyət göstərən "Günüy" MMC dövlətə vurduğu zərərə görə 2 milyon manat civarında cərimələnsə də icra başçısı öz əlaqələrin işə salaraq cərimənin ödənilməsinin hələdə gecikdirildiyi də deyilir.

/kainat.tv

Ardını oxu...
“İki ildir ki, dövlətin bizə verdiyi maaşı ala bilmirik. Əməkhaqqımız karta yüklənəndən sonra onu qeyri-qanuni olaraq əlimizdən alırlar”.

Bu iddia ilə “Qafqazinfo”ya Mərkəzi Gömrük Hospitalında çalışan həkimlər müraciət ediblər.

Şikayətçilərin sözlərinə görə, 2 il əvvəl rəhbərlik tərəfindən onlara maddi problemlərin olduğu və bu səbəbdən bir müddət maaşlarından tutulacağı bildirilib: “O zaman bizi topladılar və dedilər ki, Dövlət Gömrük Komitəsinin maddi durumu yaxşı deyil, Mərkəzi Gömrük Hospitalına tibbi alətlərin alınması üçün vəsait ayıra bilmir. Bunun üçün də biz həkimlər köməklik göstərməliyik. Dedilər ki, sizin xəstə əməliyyatı və müayinələrdən onsuz da qazancınız olur. Bir müddət sizin gömrükdən əlavə olunan maaşlarınız kartınıza oturduqdan sonra həkim kimi işləyib əldə etdiyiniz qazancdan çıxılacaq. Məsələn, bir həkim ay ərzində 10 əməliyyat edibsə və bütün vergi və xərclər çıxıldıqdan sonra 3 min AZN əməkhaqqısı varsa, gömrükçü dövlət qulluqçusu olduğu üçün də bir o qədər də gömrük maaşı olacaq. Bizə deyirlər ki, siz ancaq həmin o gömrükdən alacağınız pulu alın. Dövlətdən bizə nə qədər maaş, bayram, məzuniyyət pulu gəlirsə, hamısını hesablayıb qazancımızdan çıxırlar”.

Onlar sözügedən problemin bütün həkimləri əhatə etdiyini söyləyiblər: “Bu, Hospitalın qərarı deyil, Gömrük Komitəsi belə qərar verib. Əvvəlcə cəmi 6 ay müddətdə - maddi vəziyyət düzələnə kimi olacağı deyilsə də, artıq illərdir ki, davam edir”.

Şikayətlə bağlı Dövlət Gömrük Komitəsinə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “Mərkəzi Gömrük Hospitalının əməkdaşlarına əməkhaqqı ödənişləri Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bütün həkim heyətinə vəzifə maaşları, məzuniyyət haqları, maddi yardım və mükafatlar vaxtında və tam həcmdə ödənilir”.

Qeyd edək ki, daha əvvəl Dövlət Gömrük Komitəsində işçilərin əməkhaqlarının aylardır ödənilməməsi, həmçinin əməkdaşların məzuniyyət hüquqlarının pozulması kimi hallarla bağlı da məlumatlar yayılmışdı.

 

Ardını oxu...

Bərdənin icra başçısı Vidadi İsayevin "JEK" işçilərini öz obyektində işlətməsinin görüntüləri sosial şəbəkələrdə yayılıb.

"DogruXeber.az" Anaxeber.info-ya istinadən məlumat verir ki, icra başçısına aid obyektin təmizlənməsini, silib - süpürülməsini dövlət idarəsinin işçiləri həyata keçirirlər. Bu da ciddi qanun pozuntusudur.



Çünki dövlət idarəsinin işçilərinin əməyini heç kim öz şəxsi iaşə obyektində istismar edə bilməz. Lakin icra başçısı Vidadi İsayev vəzifə səlahiyyətindən sui-istifadə edərək "JEK" işçilərini özünün kommersiya obyektlərində qul əvəzinə işlətməkdədir. Sosial şəbəkələrdə yayılan görüntülərdən də məlum olur ki, onlar rəhbərlikdən verilən əmri yerinə yetirirlər. Halbuki idarə işçilərinin öz funksiyası var və hansı ərazilərdə xidmət göstərməli olduqları qeyd edilir. Ancaq Vidadi İsayevi hər hansı qayda-qanun maraqlandırmır deyə özünü Bərdənin fironu kimi aparır, Mənzil İstismar Sahəsinin işçilərini də havayı yerə öz obyektlərində işlədir. Qeyd edək ki, daha əvvəl də bu haqda Bərdədə çoxlu məlumatlar, şikayətlər gəlib. Şikayətdə deyilirdi ki, "JEK"də rəis müavini olan İldırım Quliyev və Kommunal Təsərrüfat Birliyinin rəisi Rauf Qafarov icra başçısının vəzir-vəkili kimi çıxış edirlər.



Onlar süpürgəçilərin, xidmətçilərin gününü qaraya döndəriblər. Bu da Vidadi İsayevin komandasının hansı qanunsuzluqlara yol verdiyini, insanların başına hansı zülmləri gətirdiyini sübut edir. Bildirilir ki, Bərdənin fəal adamları, sosial şəbəkədə qanunsuzluq faktlarını yayanları isə susdurmaq üçün müxtəlif variantlara əl atılır. Məsələn, bəzilərinin “JEK”-də, ya da “Komfoz”da işə düzəldirlər ki, dili qısa olsun.

Artıq bu vəziyyət ciddi problemə çevrilir. İşçilər narazılıq edirlər və icra başçısının bu hərəkətləri barədə ölçü götürülməsini gözləyirlər.//Anaxeber.info
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Türkiyə vətəndaşı olduğu deyilən uzman fizioterapevt kimi tanınan Musa Kılıç peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunub. O, imtahanda müvafiq keçid balını toplaya bilməyib.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Bundan əvvəl isə ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova Musa Kılıçın saxta sənədlərlə fəaliyyət göstərdiyini, buna baxmayaraq, il ərzində 500 min manat pul qazandığını sübut edən dəlillər paylaşmışdı.

Bundan sonra Musa Kılıçın fəaliyyətinin dondurulması gözlənilirdi. Lakin o, azərbaycanlıları təhqir etdiyi səs yazısı yaydı və hamıya meydan oxudu.

Bəs, Musa Kılıc bu gücü haradan alır?

Ümumiyyətlə, Azərbaycana nə vaxt və necə gəlib? Buradakı karyerasına hardan başlayıb?
Bununla bağlı Bakupost.az araşdırma aparıb və maraqlı faktlar üzə çıxarıb.

Məlum olub ki, Musa Kılıçın Azərbaycana ayaq açması onun gürcü əsilli zaqatalalı bir xanımla evlənməsindən sonra baş verib. Bundan sonra o, çalışmaq üçün müxtəlif klinikalara müraciət edib. Özünü peşəkər həkim kimi təqdim edən Musa Kılıça ilk qapını 2018-ci ilin axırında Bakı Bərpa Mərkəzi açıb. Amma burada uzun zaman işləyə bilməyib. Bir neçə aydan sonra həmin mərkəzdən qalmaqalla ayrılıb. Daha sonra Musa Kılıç ARS Reabilitasiya Mərkəzində çalışıb, bir müddət sonra isə "İstanbul NS" klinikasına transfer olunub.
Ardını oxu...
Məlumata görə, bu klinikada işləri pis getməyib. Onun aylıq qazancı 40-50 min civarında olub. Sonradan elə bu qazanc üstündə rəhbərliklə arası dəyib və işdən uzaqlaşdırılıb. Bir müddət sonra isə o, özünə "Medera" hospitalda yer edib. Bu günə kimi də həmin hospitalda fəaliyyət göstərir.

Maraqlıdır ki, adları çəkilın klinikalar onu işə qəbul edərkən ixtisasca həkim olduğunu təsdiqləyən sənədi niyə yoxlamayıblar? (Bu barədə klinikalara sorğu ünvanlamışıq, cavablarını təqdim edəcəyik).

Tutaq ki, klinika rəhbərləri öz qazancları üçün buna göz yumublar, bəs Səhiyyə Nazirliyi bu illər ərzində bu faktı niyə görməzdən gəlib?
Ardını oxu...
Nazirlik hansı marağa görə, müvafiq sənədlər olmadan işə götürülən bu şəxsə görə klinikalara "gözün üstə qaşın var" deməyib? Yayılan videolardan, sənədlərdən də görünür ki, bu adam yüksək məbləğdə pul əldə edib.

Görəsən, vergi orqanlarının "lupası" bunu niyə göstərməyib?

Və ən əsas sual: Saxta sənədlərlə və ya sənədsiz ayda 50 min pul qopartdığı bir milləti niyə təhqir edir? Bu nifrət haradandır?

Fikrimizcə, bu məqam üzərində düşünmək lazımdır. O nöqtədən başlamaq lazımdır ki, Musa Kılıç Türkiyənin Artvin bölgəsindədir. Bu bölgədə isə ermənilər çox yaşayır...

Biz indiyə kimi yalnız ermənilərdən bu cür davranış görmüşük: həm çörəyimizi yeyiblər, həm də özümüzü söyüb hər cür düşmənçilik ediblər...
 
Ardını oxu...
Millət vəkili Cavanşir Feyziyevin oğlu, Əyyub Cavanşir, lüks həyat tərzi və brend aksesuarları ilə diqqət çəkib.
Ardını oxu...
32gun.az-ın məlumatına görə, deputatın oğlu "Persol" brendinə məxsus, təxminən 300-400 Avro dəyərində eynək, "Luis Vuitton" markasından 590 dollar qiymətində digər bir eynək və "Charriol" brendinə aid 315 avroluq bilərziklə gözə çarpıb.
Ardını oxu...
"Charriol" brendinin kabelləri İsveçrədə, La Chaux-de-Fonds emalatxanalarında xüsusi 316L paslanmayan polad və titan ərintisi ilə istehsal olunur.
Ardını oxu...
Bu məhsullar, ciddi istehsal proseslərinə məruz qalır, hipoalerjenik örtüklə müalicə edilir və tibb sahəsində də istifadə olunur. Eyni zamanda, məhsullar ASTM Beynəlxalq A967-01 standartlarına uyğun gəlir.
Ardını oxu...
Deputat oğlu, sosial şəbəkədə əlində ağ şərabla çəkilmiş fotosunu paylaşaraq, ziyafətlərdə və xüsusi tədbirlərdə istifadə edilən şərab qədəhlərini nümayiş etdirib. İddialara görə, Əyyub Cavanşir bir neçə kafe və şirniyyat evinin sahibidir.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi küçə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən, təxminən 25-30 sot torpaq sahəsi uğrunda mübarizə gedir. Bəzi işbazlar ərazini hasara alaraq ticarət məgsədi ilə qanunsuz tikinti işləri aparmağa cəhd edirlər. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti artıq neçə müddətdir ki, sözügedən ərazidə qanunsuz tikinti işləri aparılmasına cəhd edənlər barədə susqunluq nümayiş etdirir, lazımı tədbirlər görmür. Burada Bakı şəhər İcra Hakimiyyətinin də, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də hərəkətsizliyi açıq aydın görsənir.

Ərazini hasara alaraq qanunsuz tikinti işləri aparmağa cəhd edənlərə və Suraxanı İcra Hakimiyyətinin başçı Adil Əliyevin adamlarına birinci Qarabag müharibəsi əlili, ehtiyyatda olan kapitan, ikinci Qarabağ müharibəsində qazi olan kapitan Fərzəliyev Xəyyamın atası Fərziyev Güləli Şahüseyn oğlundan başqa kimsə DUR demir.

Xatırladaq ki, ötən yazımızda Adil Əliyevin Suraxanı rayon İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən,təxminən 25-30 sot torpaq sahəsində yenə qanunsuz tikinti işlərinə başlanılması barədə məlumat vermişdik. Qeyd etmişdik ki, Adil Əliyev başçısı təyin olunanda özü ilə yüzə yaxın adam gətirərək Suraxanıda qanunsuz tikililərin aşkar edilməsini tapşırıb. Hətta onlara qeyri rəsmi maaş da verir. Burada məqsəd qanunsuz tikililərin aşkar edilərək dayandırılıması deyil, qanunsuz tikintilərin başqa yollarla leqallaşdırılmasıdır.

Bütün bu özbaşınalığın qarşısında duran Birinci Qarabag müharibəsi əlili, ehtiyyatda olan kapitan Fərziyev Güləli Şahüseyn (ikinci Qarabağ müharibəsində qazi olan kapitan Fərzəliyev Xəyyamın atası) oglu redaksiyamıza müraciət edərək bildirir ki, hələ İlham Əliyev ilk dəfə Prezident seçiləndən sonra şəhər gəzintisi zamanı onun göstərişi ilə Nizami rayonunda sökülən obyektimin əvəzinə Yeni Suraxanıda mənə torpaq sahəsi ayrılıb. Bu torpaq sahəsində ailəmin dolanması üçün ticarət məqsədi ilə obyekt tikdirmiş, bu illər ərzində qazandığımın çoxunu obyektin saxlanmasına və inkişaf etməsinə xərcləmişəm. Bir neçə gün əvvəl obyektin damında olarkən 25 nəfərə yaxın kikboksçu gələrək, heç bir səbəb göstərmədən məndən obyektin sökülməsini tələb edib, döydülər, damdan atmaqla hədələdilər. Mən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin qəbuluna getdim. Məni qəbul etmədi. Sonra tədbirlərin birində Heydər Əliyevin heykəlinə gül qoyub qayıdanda Adil Əliyevdən xahiş etdim ki, məni qəbul etsin. İcra Hakimiyyətində təsərrüfat şöbəsinin müdiri Mütəllim müəllimin iştirakı ilə məni qəbul edən Adil Əliyevə məni niyə döydürdüyünü soruşdum. Adil Əliyev məndən obyektin ikinci mərtəbəsini istədi və şikayətlərimi dayandırmasam mənim üçün pis olacağını söylədi.

Müharibə əlili Güləli Fərzəliyevin sözlərinə görə mübahisə yuxarıda qeyd etdiyimiz, Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən,təxminən 25-30 sot torpaq sahəsində tikinti işlərinin aparılması ilə bağlı şikayətlərim olub. O, bildirdi ki, bu torpaq sahəsində uşaqların və yaşlıların asudə vaxtlarını keçirməsi üçün kiçik bir park salmaq, 316 saylı orta məktəbin məzunları olmuş şəhidlərin xatirəsini əbədiləşdirmək olar. Məhz bu məqsədlə Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişik. Həmin torpaq sahəsi məktəbə gələn valideyn və uşagların rahat hərəkət etməsi üçün mənim tərəfimdən abadlaşdırılmışdır. Bir sahibkar və qazi kimi mən dövlətə və xalqımıza xidmət etməyi düşünürdüm. Ağaclar əkmişdim, su olmadığından artezian quyusu qazmışdım və həmən ağaclara qulıluq edirdim, hətta vedrələrlə ağaclara su verirdim ki, inkişaf etsinlər. Arzularım və istəklərim puça dönüb. Mən həmin əraziyə beş-altı yüz maşın torpaq daşıtdırmışdım. Bu ərazidə balalarımızın istirahəti üçün icazə vermirlər, amma ticarət məqsədi ilə tikilən obyektə icazə verirlər. Əvvəlki İcra başçısının vaxtında da tikinti aparmaq istəyirdilər. Çoxsaylı müraciətlərdən sonra tikinti işləri dayandı. Adil Əliyev Suraxanıya İcra başçısı təyin edildikdən sonra işbazlar bu sahəyə yenə ayaq açdılar.

Aktualinfo.org bir daha xatırladır ki, sözügedən ərazidə qanunsuz tikinti işlərinin aparılmasına bir neçə il əvvəl toxunmuşdu. Bir daha qeyd etmək istərdik ki, tikintiyə sənədləri hansı dövlət qurumunun, Suraxanı rayonu İcra Hakimiyyətinin yoxsa Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin verməsinin bəlli olmadığını qeyd etmiş, əslində isə tikintiyə icazənin adıçəkilən qurumların birgə rəyi əsasında verildiyini oxucuların diqqətinə çatdırmışdıq. Onu da əlavə etmişdik ki, tikinti işləri sözügedən ərazidə istismar müddəti bitmiş neft quyularının üstündə aparılır. SOCAR-ın ərazisində tikintiyə icazənin hansı qurum tərəfindən verildiyinə aydınlıq gətirilməsini istəmişdik.
Sözügedən məqalədə göstərilən ərazidə tikinti işlərinin aparılmasına münasıbət bildirən SOCAR Təhlükəsizlik İdarəsinin rəsmisi redaksiyanın əməkdaşına zəng edərək bildirmişdi ki, həmin ərazinin SOCAR-a heç bir aidiyyatı yoxdur. Ərazi ola bilsin ki, əvvəllər Neft Şirkətinə məxsus olub. Lakin orada çoxsaylı evlər və məktəb tikildiyindən qurum rəsmisinin sözlərinə görə, ərazi artıq İcra Hakimiyyətinin balansına verilib.
Qeyd etdiyimiz kimi ərazi həm istismar müddəti bitmiş neft quyuları ilə əhatə olunub, həm də yaxınlığında orta ümumtəhsil məktəbi yerləşir ki, belə bir ərazidə hər hansı ticarət obyektin tikintisi yalnız şəhərsalma planlarına və normalarına uyğun şəkildə aparılmalıdır. Bunu ötən yazılarda da qeyd etmişdik və bir daha xatırladırıq ki, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə məskunlaşmış ərazilərin mövcud təbii və geoloji şəraitinin yararlı olması nəzərə alınmaqla, onların inkişaf istiqamətlərini və memarlıq-planlaşdırma strukturlarını müəyyən etmək; müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə məskunlaşma ərazilərinin və sistemlərinin təhlükəli təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün tədbirlərin hazırlanmasında iştirak etmək; müvafiq sahədə öz səlahiyyətləri daxilində layihələndirilmə prosesində müəssisə və təşkilatlar arasında baş verən fikir ayrılığını araşdırmaq və müvafiq qərar qəbul etmək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birbaşa vəzifələrinə aiddir. Lakin proseslərin gedişindən də göründüyü kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də ərazidə işbazların qanunsuz tikinti işi aparmasına YOX demir.

Aktualinfo.org

Məqaləyə dair foto-video materiallar:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Müəllimlərə "Hinduşqabaş" deyərək təhqir edən 301 nömrəli məktəbin direktorunun yeni səs yazısı yayılıb.

TEREF Xezerxeber.az-a istinadən xəbər verir ki, səs yazısından aydın olur ki, müəllimlərin şagirdlərdən yığdığı pul direktora çatdırılır.

Baş verənlərlə bağlı yenidən üz tutduq 301 nömrəli məktəbə. Həm şagirdlər, valideynlər, həm də müəllimlərlə həmsöhbət olduq.

Həmsöhbət olduğumuz pedaqoji heyət uzun müddətdir direktoru görmədiklərini bildirdilər.

Sən demə, bu məktəblə bağlı şikayətlərin sayı-hesabı yoxdur. Çəkiliş vaxtı yuxarı sinif şagirdinə görə valideyndən pul tələb edildiyini, hətta bu səbəbdən işindən azad edilənin olduğunu da öyrəndik.

Valideyn Gülanə Cəfərova iddia etdi ki, övladının hazırlığa getəməsinə şərait yaratması üçün direktor ondan 5000 manat pul alıb.

Digər bir müraciət isə əvvəllər məktəbin bufetində çalışan xanım tərəfindən oldu. İddialara görə, direktorun tələb etdiyi pulu verməyən qadın işdən azad edilib.

Səslənən iddilarla bağlı direktorla əlaqə saxlamağa çalışdıq. Lakin nə zənglərimizə, nə də mesajlarımıza cavab verildi..

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirlib ki, 301 nömrəli tam orta məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Jalə Məhərrəmovaya həvalə edilib. Xeyli müddətdir səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmayan məktəbin direktoru Sevda Sarıyeva barəsində işə qayıtdıqdan sonra qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Dünyapress TV

Xəbər lenti