Ardını oxu...
Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi yaşıllıqların salınması işlərinin satın alınması üzrə 30.08.2024-cü ildə başladığı açıq tenderə yekun vurub. Yaşıllaşdırma İdarəsi ehtimal olunan qiyməti 301.500,00 manat olan müsabiqədə yenə də “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib və 289.690 manat məbləğində satınalma müqaviləsi bağladığını 21.10.2024-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

Qeyd edək ki, bu Yaşıllaşdırma İdarəsinin “Saffira Plus” MMC ilə bağladığı ilk satınalma müqaviləsi deyil. Buna qədər tərəflər arasında 5 satınalma müqaviləsi bağlanılıb. İkisi 2023-cü ildə, üçü isə 2024-cü ildə.

Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 294.292 manat məbləğində satınalma müqaviləsi 22.08.2024-cü ildə bağlanılıb.

Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 293.230 manat məbləğində satınalma müqaviləsi 13.08.2024-cü ildə bağlanılıb.

Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 283.672 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Başlanma tarixi 09.10.2023-cü il, bitmə tarixi 28.02.2024-cü ilə müəyyən edilmiş tenderin nəticəsi 18.07.2024-cü ildə açıqlanıb.

Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 279.660 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Başlanma tarixi 13.06.2023-cü il, bitmə tarixi 31.08.2023-cü ilə müəyyən edilmiş tenderin nəticəsi 14.12.2023-cü ildə açıqlanıb.

Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 292.050 manat məbləğində satınalma müqaviləsi 14.12.2023-cü ildə bağlanılıb.

Dövlət Verği Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SAFFİRA PLUS” (VÖEN: 6701559471) Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.01.2023-cü il tarixdə 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı SAATLI RAYONU, ƏLİSULTANLI, ƏLİSOLTANLI, ev 1, m. 23, qanuni təmsilçisi kimi isə Zeynalova Nurlanə Şahin qızı qeyd olunub.

Aktualinfo.org MMC-nin satınalma müqaviləsinin icrası üçün peşəkarlıq və təcrübə meyarı, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması meyyarı (işçilərin tələb olunan sertifikatlar), satınalma müqaviləsinin icrası üçün texniki imkanlarının və maddi-texniki bazasının olması meyarı, nəqliyyat vasitələri və xüsusi texnikalar və digər məlumatları əldə etmək üçün Dövlət Verği Xidmətinin 5 saylı Ərazi vergilər idarəsinə sorgu ünvanladı. Sözügedən idarənin rəisi, baş vergi xidməti müşavri Elməddin Süleymanovun redaksiyamıza verdiyi cavab məktubunda deyilir:

“”SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus məlumatların təqdim edilməsi barədə 25.09.2024-cü il tarixli, 45 nömrəli (AVİS qeydiyyatı: 02.10.2024-cü il tarixli, 2405110019991300 nömrəli) sorğunuza 5 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Dövlət reyestrində olan məlumatlara əsasən bildiririk ki, “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 6701559471) 26.01.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Dövlət reyestrində cəmiyyətin təsisçisi və rəhbəri Cəbrayıl rayonu, Minbaşılı kəndində qeydiyyatda olan Zeynalova Nurlana Şahin qızı qeyd olunmuşdur. Dövlət reyestrində “SAFFİRA PLUS” MMC-nin hüquqi ünvanı Saatlı rayonu, Əlisoltanlı kəndi qeyd olunmuşdur. Sözügedən hüquqi şəxsin sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları hazırda aktiv vəziyyətdədir. “SAFFİRA PLUS” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” üzrə kiçik sahibkar kateqorayası üzrə fəaliyyət göstərir. Dövlət reyestrində cəmiyyətin öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etməməsi, müflis elan olunması, təsisçilərinin nizamnamə kapitalındakı paylarının girovda olması, üzərinə həbs qoyulması və digər qaydada yüklü olması barədə heç bir məlumat aşkar edilməmişdir.

Cəmiyyətin şəxsi hesab vərəqəsinin 11.10.2024-cü il tarixə olan göstəricilərinə əsasən vergilər üzrə borcu yoxdur. Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 1,36 manat, icbari tibbi sığorta haqqı üzrə 0,12 manat borcu mövcuddur. “SAFFİRA PLUS” MMC-nin 11.10.2024-cü il tarixə aktiv əmək müqavilələri üzrə işçilərinin sayı 2 nəfər təşkil edir.”

5 saylı Ərazi Vergilər İdarəsinin məlumatlarından da göründüyü kimi “SAFFİRA PLUS” MMC Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” üzrə kiçik sahibkar kateqorayası üzrə fəaliyyət göstərir. Həmin bölgüdə kiçik sahibkarlara işçilərinin orta siyahı sayı 11 nəfərdən 50 nəfərədək, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr aid edilirlər. Yenə də 5 saylı Ərazi Vergilər İdarəsinin məlumatlarından da göründüyü kimi “SAFFİRA PLUS” MMC-nin 11.10.2024-cü il tarixə aktiv əmək müqavilələri üzrə işçilərinin sayı 2 nəfər təşkil edir. Bu isə o deməkdir ki, “SAFFİRA PLUS” MMC-nin satınalma müqaviləsinin icrası üçün peşəkar işçi qüvvəsi yoxdur.

Bəs Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsinin Satınalma Komissiyası tender prosedurunun keçirildiyi zaman MMC-nin satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəli işçilərinin olması barədə sənədlərə baxış keçirərkən bunları görməyibmi? Axı təchizatçı tərəfindən təqdim edilən işçi heyətinin ixtisaslarının uyğunluğu şərtlər toplusunun tələbinə uyğun açıqlanmalıdır. Bu olmadıqda, satınalan təşkilatın bunları tələb etmək və yaxud da satınalmadan kənarlaşdırmaq hüququ var.

Göründüyü kimi Sumqayıtın Yaşıllaşdırma İdarəsi cəmi iki nəfər işçisi olan “Saffira Plus” MMC ilə son üç ayda 877 212 manat dəyəri olan satınalma müqaviləsi bağlayıb. Ötən il isə onların arasında bağlanan müqavilənin dəyəri 855 382 olub.Bu isə ötən ilin dekabrından cari ilin oktyabr ayına 1 732 594 manat dəyəri olan 6 satınalma müqaviləsi deməkdir.

Bəs “Saffira Plus” MMC hələ əvvəlkiləri demirik, iki nəfərlə son üç ayda əldə etdiyi 877 212 manat dəyəri olan dövlət sifarişlərini necə həyata keçirəcək? Burada bizim bilmədiyimiz, tenderlərin pərdəarxası məqamları var. Belə ki, Sumqayıtın Yaşıllaşdırma İdarəsi “Saffira Plus” MMC ilə satınalma müqaviləsi bağlayıb sifarişlərin yerinə yetirilməsi üçün vəsaitləri köçürür. “Saffira Plus” MMC isə öz növbəsində işi başqa bir subpodratçı şirkətə verir. Ortada isə dövlətin milyonları talanır.

“Saffira Plus” MMC-nin iki nəfər işçisinə gəlincə. Onların biri çox güman ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olmasına baxmayaraq Zakir Fərəcovdur. Digəri isə…

Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənovdur. O, uzun illər Azərbaycanda Baş nazirin birinci müavini işləmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri olmuş Əli Həsənovun qardaşıdı. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi isə Hüseyn Həsənovdur. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı oğludur.
Aktualinfo.org
 
Ardını oxu...
“Binə Aqro” QSC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, sözügedən QSC-nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Binə Aqro” ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 28 oktyabr tarixində hakim Fərid Əyyubovun sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul, valyuta çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Qeyd edək ki, “Binə Aqro” QSC 2015-ci ildən fəaliyyətə başlayıb. QSC-nin müşahidə şurasının sədri 2019-2021-ci illərdə İlham Nağıyev olub.

Qarşı tərəfi dinləməyə hazırıq.
 
 
 
Ardını oxu...
İki gün fasiləsiz yağan yağışın fəsadları hələ də davam edir. Sabunçu rayonu Gültəkin Əsgərova 65 ünvanının sakinləri iki gündür suyun içində qalıb. Sakinlərin aidiyyəti dövlət qurumlarına etdiyi şikayətə baxan yoxdur.

Tribunainfo.az-a müraciət edən sakinlər bildirib ki, yağışın suyu hələ də çəkilməyib. Küçə, həyətlər, əksər evlər, evlərin zirzəmiləri dizə qədər su içindədir. Su çəkilmək əvəzinə daha da artır. Kanalizasiyanın suyunun da daşması səbəbindən ətrafı ifunət iyi bürüyüb.
Şikayətçilər bildirib ki, evini su basmış sakinlərin elektrik avadanlıqları, soyuducu, paltaryuyan maşınları sıradan çıxıb.
Qonşular iki gündür Sabunçu Rayon İcra Hakimiyyətinə, Kanalizasiya İdarəsinə və digər dövlət qurumlarına müraciət ediblər. Ancaq heç bir tədbir görülmür. Sakinlərin düşdüyü vəziyyətlə maraqlanan da yoxdur. Evlərdən çıxmaq mümkün deyil. Əraziyə taksi də gəlmir, avtobus da işləmir.

“Həyətin, evlərin suyunu çəkmək üçün maşın da göndərmirlər. Qonşularla yığılıb Kanalizasiya İdarəsinə, icra hakimiyyətinə getdik. Bizi yola verirlər. Sabunçu İcra Hakimiyyətindən deyirlər, iki maşınımız var, onlardan da biri işləmir”, – deyə sakinlər bildirib.

Qarşı tərəfi dinləməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan rayonlarının birindən Naxçıvana ofisiant işləməyə gəlmiş G. Babayeva polisin əxlaqsızlıq etmək tələbindən sonra işini atıb, qaçmalı olub. O “Gündəlik Naxçıvan”a bildirir ki, tanışlarından birinin təklifi ilə bir neçə ay öncə Naxçıvan şəhərinin ətrafındakı restoranlardan birində ofisiant işləməyə başlayıb. İşə başladıqdan bir müddət sonra isə o, söhbət üçün Naxçıvan şəhər Polis İdarəsinə çağırılıb.
Ofisiant qızın sözlərinə görə, onu idadərə Əliyev soyadlı mütəntiq qəbul edib:
„Öncə kimliyimlə bağlı suallar verdi. Daha sonra mənə heç vaxt edə bilməyəcəyim əxlaqsızlıq və „işverənlik“ təklifi etdi. Dedi ki, restorana gələn kişilərlə münasibət qurub, cinsi əlaqə üçün onun dediyi evə dəvət edim. Onun dediyinə görə, görüşdən əvvəl zəng edib, polisi məlumatlandırmalıyam. Polis isə evə basqın edib, görüşə gələn kişini özü ilə aparıb, pulunu alıb, buraxacaqmış. Gözdən pərdə asmaq üçün məni də özləri ilə aparıb, 1-2 saat sonra buraxacaqlarmış“.
G. Babayeva deyir ki, müstəntiq hər belə işə görə ona 300 manat təklif edib:
„Dedim ki, istəyirsən 5 min verin, mən buna razılaşa bilmərəm. Bundan sonra o məni hədələyib dedi ki, razılaşmasam, məni ilişdirib, tutacaqlar. Mən də qorxudan məcbur olub, növbəti gün Naxçıvandan qaçdım“.
O bildirir ki, bu cür təkliflər təkcə ona edilməyib:
“Eyni təklifi gözəgəlimli ofisiant qızların hamısına təklif edirlər. Razılaşan da olur, razılaşmayan da. Eşitdiyimə görə, qızla tutulan hər kişidən ən azı 4-5 manat alıb, buraxırlar. Həmin pulun 2-3 yüz manatı bu işi təklif edən qızlara çatır. Bir də Naxçıvanda eşitdiyimə görə, bu işlərin başında yeni nariz Süleyman Neymətov duru. Yəni, bütün bu proses onun göstərişi ilə baş verir. Naxçıvanda son vaxtlar üzə çıxan, restoran adı altında fəaliyyət göstərən protonlar da onun nəzarəti altındadır”.
Naxçıvan MR DİN-dən deyilənlərə münasibət bildirmək istəmədilər.
TEREF
 
Ardını oxu...
Sabunçu rayonu, Pirşağı qəsəbəsinin çimərliyindən iri yük maşınları dəniz qumunu daşıyır.
XALQ.AZ xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Aidiyyatı qurumlarından heç bir açıqlama almaq mümkün olmadı.
Dəniz sahilindən çəkilən fotoları təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Paytaxtın Yeni Günəşli, “A-B” yaşayış massivindəki “Sahil – S İnşaat” firmasına məxsus binadan mənzil alan Nəzərova Aynur Nəcmi qızı saxtakarlıqla üzləşib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, vətəndaş Xudiyeva Nigar Akif qızı məhkəməyə müraciət edərək mənzilin ona aid olduğunu iddia edib. Lakin bunun müqabilində Nigar Xudiyeva məhkəmənin tələb etdiyi maliyyə arayışını təqdim etmir və ya edə bilmir. Bununla bağlı mənzilin əsl sahibi Aynur Nəzərovanın bildirdiyinə görə, məhkəmə hər dəfə Nigar Xudiyevadan maliyyə arayışı təqdim etməsini istəyəndə, o bundan yayınır: “Nigar Xudiyeva məhkəməyə bildirir ki, guya maliyyə arayışı var, amma onu göstərə bilməz. Yəni faktiki olaraq yalan danışır, saxtakarlıq edir. Əgər maliyyə arayışı varsa, niyə onu məhkəməyə təqdim etmir? Amma görüb ki, məhkəməni inandıra bilməyəcək, başqa qanunsuz yola əl atıb”.

Aynur Nəzərova qeyd edir ki, Nigar Xudiyeva bu dəfə 44 saylı notariat kontorundan istifadə edib: “Bu şəxs hansısa yolla 44 saylı notariat kontorundan sənəd alıb və bu arayışın surətini göstərib. Deyib ki, onun əsl variantını, yəni orijinalını təqdim etməyəcək, surəti ilə tanış ola bilərsiniz. Ona görə də biz bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu göndərdik, 44 saylı notariusun həmin sənədi verib-verməməsini dəqiqləşdirmək istədik. Bizə rəsmi cavab verildi ki, ümumiyyətlə, Nigar Xudiyeva adlı vətəndaşın 44 saylı notariat kontoruna müraciəti olmayıb”.

Aynur Nəzərova cumhuriyyet.az-a şikayətində deyir ki, indi müəmmalı məsələ həmin sənədə möhür vurulması, notariusdan kağızı necə əldə edə bilməsidir: “Görünür ki, ya saxta kağız hazırlamağa 44 saylı notariusda kimsə kömək edib, yəni maddi maraq qarşılığında bunu düzəldiblər, ya da Nigar Xudiyeva tamamilə yalan danışır. Bütün hallarda 44 saylı notariat ofis buna aydınlıq gətirməlidir. Ədliyyə Nazirliyindən bizə verilən rəsmi cavabda məlum olur ki, belə bir müraciət qeydə alınmayıb, amma sənədin üzərində də notariusun möhürü var. İndi kim yalan danışır üzə çıxmalıdır və 44 saylı notariusun bu prosesdə Nigar Xudiyeva ilə əlbir olub-olmadığı araşdırılmalıdır”.

Aynur Nəzərova mənzilin ona aid olduğunu, əlindəki maliyyə arayışının bunu təsdiq etdiyini əminliklə söyləyir və qarşı tərəfin iddialarının heç bir hüquqi əsası olmadığını vurğulayır.
 
Ardını oxu...
 

Son zamanlar özəl məktəbəqədər təhsil müəssisələri ilə bağlı şikayətlərlə tez-tez qarşılaşırıq. Bunlardan biri də Yasamal rayonunda yerləşən “Əsmanur” özəl uşaq bağçası ilə bağlıdır. Belə ki, həmin məktəbəqədər təhsil müəssisəsindən kütləvi şikayət var. Valideynlərdən bəzilərinin sözlərinə görə, övladlarının tibbi analizlərində qanlarında “ketotifen” aşkarlanıb. İddia olunur ki, bağça rəhbərliyi tərəfindən uşaqlara davamlı “ketotifen” dərmanı verilir. Beləliklə, uşaqlar bütün günü yatır, hətta günorta oyanıb, yemək belə yemirlər. 

 

Məlumat üçün bildirək ki, “ketotifen” yuxu dərmanı deyil, allergiya əleyhinə dərman preparatıdır. Həkim göstərişi olmadan istifadə etmək qəti şəkildə olmaz, göstərişsiz istifadəsi uşağa zərər vura bilər. “Ketotifen” sinir siteminə mənfi təsir edərək əqli inkişafda geriləmə yarada bilir. “Ketotifen” asılılıq yaradan dərman preparatıdır ki, uşaq öyrəşdikdən sonra həmin dərman olmadan yata bilmir.

 

Bəs uşaqların həyatını bu cür riskə atan bağçalar və onların rəhbərliyinin bu kimi özbaşınalıqlarının qarşısı necə alınmalıdır? 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirdi ki, dövlət və özəl bağçalarının hər birinə ciddi nəzarət olunmalıdır:

Ardını oxu...

 

“Özəl bağçalara ciddi nəzarət və cəza tətbiqləri olmadığı üçün onlar bu cür fəaliyyət göstərirlər. Özəl bağça adı altında kim necə istəyirsə elə də təhsil verə bilməz. Bağçalar çalışmalıdırlar ki, qanuna maksimum dərəcədə əməl etsinlər. Təhsil və tərbiyə birbaşa uşaqların və bilavasitə dövlətimizin gələcəyi ilə bağlı olduğuna görə, bu məsələlərə nəzarət daha da gücləndirilməlidir. Onların sağlam yetişməsi və formalaşması üçün əlimizdən gələni maksimum dərəcədə ortaya qoymalı, bu kimi məsələlərdə diqqətli olmalıyıq. Bunlar nəzərə alınmadığı təqdirdə, bu kimi problemləri yenə yaşayacağıq”. 

 

Millət vəkili sonda vurğuladı ki, əgər belə faktlar təsdiqlənərsə, mütləq cəza da olmalıdır. Cəzasızlıq məsuliyyətsizliyə və eyni cinayətlərin təkrarlanamasına aparıb çıxarır. 

 

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov isə bildirdi ki, belə hallar təkcə uşaqların sağlamlığına zərər vermir, həm də valideynlərin özəl bağçalara olan inamını zəiflədir:

 

““Əsmanur” özəl uşaq bağçası barəsində şikayətlər uşaqların təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq doğurur. Valideynlərin övladlarının qan analizlərində “ketotifen” aşkar etməsi, bu dərmanın uşaqlara bağça rəhbərliyi tərəfindən sistematik şəkildə verilməsi ilə bağlı iddialar, təkcə hüquqi və tibbi məsələ deyil, həm də məktəbəqədər təhsil müəssisələrinin etik və peşəkar fəaliyyətinə ciddi zərbədir. Bu cür vəziyyətlərdə özəl bağçaların fəaliyyətinə nəzarət mexanizmləri və lisenziya qaydaları ciddi şəkildə təhlil olunmalıdır.Azərbaycanda özəl bağçalar dövlət bağçalarına alternativ olaraq fəaliyyət göstərir və əksər hallarda daha yaxşı xidmət, fərdi yanaşma, təmiz və müasir şərait vəd edirlər. Lakin belə hadisələr, xüsusilə də uşaqlara hər hansı dərmanın valideynlərin razılığı olmadan verilməsi, bu müəssisələrin qanun çərçivəsində fəaliyyət göstərmədiyini sübut edir. Bu cür halların cəzasız qalması gələcəkdə digər özəl bağçalar üçün də mənfi presedent yarada bilər”.

 

Ekspertin sözlərinə görə, dünya təcrübəsində oxşar vəziyyətlərdə məktəbəqədər təhsil müəssisələrinin dərhal bağlanması, lisenziyasının ləğv olunması və məsul şəxslərin hüquqi cəzalandırılması müşahidə olunur:

 

“Məsələn, ABŞ və Avropa ölkələrində bu cür hallar ciddi cəzalarla müşayiət olunur. ABŞ-də özəl bağçalarda uşaqlara lazımi qaydada nəzarət olunmadıqda, bağçanın lisenziyası dərhal ləğv edilir, məsuliyyət daşıyan şəxslər isə hüquqi yolla məsuliyyətə cəlb olunur. Belə hadisələrdən sonra həmin bağçanın fəaliyyətinə heç bir formada icazə verilmir”.

 

K.Əsədov qeyd edib ki, bu halda “Əsmanur” bağçasının lisenziyası ləğv edilməlidir:

 

“Hazırda Azərbaycanda özəl bağçaların lisenziya alması üçün əsas tələblər sıxışdırılıb. Lisenziya verilməsi üçün əsas şərtlər məktəbəqədər təhsilin təminatı, təhlükəsizlik və gigiyena standartlarına uyğunluqdur. Lakin “Əsmanur” bağçası ilə bağlı iddialar göstərir ki, təkcə lisenziya vermə mərhələsində yoxlamalar aparmaq kifayət etmir. Bağçaların fəaliyyətləri daim nəzarət altında saxlanılmalı, təsadüfi yoxlamalar və şikayətlərin dərhal araşdırılması təmin edilməlidir. 

Əgər iddialar təsdiqini taparsa, “Əsmanur” bağçasının lisenziyasının ləğvi qaçınılmaz olmalıdır. Bu həm ictimaiyyətə, həm də digər özəl bağçalara ciddi bir xəbərdarlıq olardı. Lakin məsələ təkcə lisenziyanın ləğvi ilə bitməməlidir. Valideynlərin bu kimi hallarda məhkəmələrə müraciət etmə haqqı təmin olunmalı, uşaqlara zərər vuran şəxslər cəzalandırılmalıdır”.

Ardını oxu...

 

Ekspert vurğulayıb ki, dövlət bağçalarına Elm və Təhsil Nazirliyi nəzarət etsə də, özəl bağçalar üzərində nəzarət mexanizmləri hələ də zəifdir:

“Bunun səbəbi qismən özəl bağçaların sürətli inkişafı və artması ilə izah oluna bilər. Bu mənada, özəl bağçalar üçün nəzarət və monitorinq mexanizmlərinin gücləndirilməsi zəruridir. Ölkədə özəl bağçalar üzrə mərkəzləşdirilmiş bir nəzarət sistemi yaradılmalı, həm lisenziya almazdan əvvəl, həm də fəaliyyətləri boyunca davamlı yoxlamalar keçirilməlidir. Hər hansı bir şikayət ciddi araşdırılmalı və lazımi tədbirlər görülməlidir.Özəl bağçaların olması təhsil sektorunda rəqabətin artmasına və seçim imkanlarının genişlənməsinə kömək edir. Bu bağçalar çox vaxt daha müasir avadanlıq, metodikalar və fərdi yanaşma ilə fərqlənir. Məsələn, dünya təcrübəsində özəl bağçalar tədrisin keyfiyyətini artırmaq üçün rəqəmsal texnologiyalara və yeni pedaqoji metodlara üstünlük verirlər. Finlandiya, Sinqapur və İsveç kimi ölkələrdə özəl bağçalar məktəbəqədər təhsildə müsbət bir rol oynayır, lakin bu ölkələrdə çox ciddi tənzimləmə mexanizmləri mövcuddur. Bu bağçalar lisenziya almazdan əvvəl bir neçə yoxlama mərhələsindən keçir, daha sonra isə fəaliyyətlərinə mütəmadi olaraq nəzarət olunur.Dünya təcrübəsi göstərir ki, məktəbəqədər təhsil sahəsində dövlət nəzarətinin zəif olduğu ölkələrdə belə hadisələr daha tez-tez baş verir. Məsələn, 2020-ci ildə Fransada özəl bağçalarda analoji hadisələr qeydə alınmış və bunun nəticəsində 10-dan çox bağçanın lisenziyası ləğv olunmuşdur. ABŞ-də isə bağça nəzarəti mexanizmlərinə əsasən hər il özəl bağçalarda 2%-dən çox olmayan problemlər aşkarlanır, çünki lisenziya sistemində çox ciddi tələblər tətbiq olunur.Azərbaycanda da özəl bağçaların ümumi sayında son illər artım müşahidə olunur. Bu isə nəzarət mexanizmlərinin təkmilləşdirilməsini və lisenziyalaşdırma prosesinin daha sərt olmasını zəruri edir”.

 

Onun sözlərinə görə, “Əsmanur” bağçasında baş verənlər bütün ölkə üzrə özəl bağçalara nəzarət mexanizmlərinin zəifliyini göstərir:

 

“Valideynlərin narazılığı və uşaqların sağlamlığına təhlükə yaradan halların baş verməsi təhsil sektorunda ciddi islahatların zəruriliyini sübut edir. Özəl bağçaların lisenziya alması və onların fəaliyyətinə nəzarət prosesləri ciddi şəkildə yenidən nəzərdən keçirilməli, dövlət tərəfindən daimi monitorinq aparılmalıdır. Dünya təcrübəsindən faydalanaraq, Azərbaycanda özəl bağçalar üçün tənzimləmə və nəzarət mexanizmlərinin gücləndirilməsi təhsilin keyfiyyətini və uşaqların təhlükəsizliyini təmin etmək üçün vacibdir”.

 

Qeyd edək ki, 2016-cı ildə Azərbaycan prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr tarixli, 650 nömrəli fərmanı ilə sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə xüsusi razılıq (lisenziya) verilməsi aidiyyəti dövlət orqanlarının rəyini almaqla, İqtisadiyyat Nazirliyinə həvalə edilib. 

 

Məsələnin hüquqi tərəfini öyrənmək üçün vəkil Turan Abdullazadə ilə əlaqə saxladıq.

 

Vəkil qeyd etdi ki, iddialar öz təsdiqini taparsa, “Əsmanur” bağçasının lisenziyası ləğv edilə bilər. T.Abdullazadənin dediyinə görə, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir: 

 

"Lisenziyanın sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;  lisenziyanın müddəti bitdikdə;  lisenziyanın  sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; lisenziyanın sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;  məhkəmənin müvafiq qərarı olduqda; lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə;  lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; lisenziyanın və icazənin verilməsi üçün qanunla dövlət rüsumunun (ödənişin) ödənilməsi tələb olunduqda, dövlət rüsumunun (ödənişin) ödənilməsi faktını təsdiq edən sənəd qanunla nəzərdə tutulmuş müddətdə lisenziya və icazə verən orqana təqdim edilmədikdə  normativ hüquqi aktlarla müəyyən edilmiş digər hallarda".

Ardını oxu...

 

Vəkil bildirdi ki, lisenziya və icazə lisenziya icazə verən orqanın inzibati aktı ilə ləğv edilir:

 

“Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın (icazənin) sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin ləğvi haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.Bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır”.

 

Vəkil Emin Kiçikbəyovun sözlərinə görə, bağça rəhbərliyinə 14 ildən başlayaraq azadlıqdan məhrum etmə cəzası verilə bilər:

 

“Fakt sübuta yetirilsə, həmin şəxsləri Cinayət Məcəlləsinin 120.1 və 120.2-ci maddələrinə əsasən, qəsdən adam öldürməyə görə, 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. Məcəllənin 126-cı maddəsinə əsasən, şəxs qəsdən sağlamlığa ağır zərər vurmağa görə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ardını oxu...

Təbii ki, burada vəzifə səlahiyyətlərindən sui-istifadə kimi bir çox maddələr də əlavə oluna bilər. Bunlar istintaqın gedişində məlum olur. Hər bir halda cəzası çox ağırdır. Əgər birdən çox şəxsin sağlamlığına zərər vurularsa, bu artıq xüsusi amansızlıq adlanır və 14 ildən başlayaraq azadlıqdan məhrum etmə ilə nəticələnə bilər. Belə hallarda adətən 17-18 il azadlıqdan məhrum etmə cəzası verilir”. 


Qeyd edək ki, 2024-cü ilin əvvəlinə olan rəsmi məlumata görə, ölkə üzrə 1700 dövlət, 157 özəl olmaqla 1857 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 2011-ci ildə Prezidentin sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Elm və Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi. 2021-ci ildə isə yenidən Prezidenti İlham Əliyevin sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının  tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Hazırda özəl bağçalara kimin necə nəzarət etdiyi isə sual altındadır.


Firuzə Əliyeva

Ardını oxu...
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, həmin ev Bakının Xətai rayonunun Əhmədli qəsəbəsinin 4-cü Buta küçəsində Bakı Sukanal İdarəsinin istismarında olan 7 metr dərinlikdəki diameri 1200, 700 mm-lik boruların, o cümlədən ölçüsü 2 kvadrat metr olan dəmir beton konstruksiyadan ibarət qutu tipli kollektorun üzərində tikilib.
Ardını oxu...
Ağır konstruksiyadan ibarət 2 mərtəbəli tikilinin inşası kollektorun boru və qurğularına texniki qulluğu qeyri-mümkün edir. Bununla yanaşı, tikilinin səbəb olduğu ağır yüklənmə kollektorun sıradan çıxmasına və qəzalı vəziyyətin yaranmasına yol açıb.

Hadisə oktyabrın 12-də baş verib. Məlumat daxil olduqdan sonra qəza-bərpa dəstələri dərhal əraziyə cəb edilib, fasiləsiz iş rejimində qəzanın-bərpa işlərinin icrasına başalanılıb. Ərazi münasib yer olmadığına görə xətlərin tapılıb üzə çıxarılması və təmirə başlanılması işi uzanır. Bu müddətdə fərdi yaşayış evi də təhlükəli vəziyyətə düşüb, hər an uça bilər.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bu ərazidə belə hadisələrin baş verə biləcəyi ilə bağlı dəfələrlə həm tikili sahiblərini, həm də müvafiq qurumları məlumatlandırıb, səlahiyyəti çərçivəsində digər tədbirlər görüb.

Kollektorların üzərində yerləşən tikililərin inşasına 1998-ci ildə razılıq verilib. Qeyd edilən dövrdə kanalizasiya təsərrüfatı, kollektor sistemi müvafiq icra hakimiyyətinin balansında və istsimarında olub.

2004-cü ildə Azərsu ASC yardılarkən kanalizasiya təsərrüfatı mövcud problemli vəziyyətdə idarə olunması üçün qurumun balansına verilib. İstismar prosesində texniki baxış keçirilərkən su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistralların, boru kəmərləri və digər texniki qurğularin mühafizə zonalarında pozulma halları müəyyənləşdirilib.

Xətai rayonu ərazisində kollektorların, magistral xəttlərin üzərində yüzə yaxın ev tikilib. “Azərsu”yun çevrilmə formasında yenidən təşkil olunan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ərazidəki acınacaqlı vəziyyət barədə müvafiq qurumları məlumatlandırıb.

Qısa araşdırmadan o da məlum olub ki, sakinlərin təqdim etdiyi torpaq sahəsi, sənədlər icra hakimiyyəti tərəfindən verilib və sənədləşdirilib. Belə qənaətə gəlmək olar ki, müvafiq icra hakimiyyəti orqanları ötən dövrlərdə magistral su və kanalizasiya xətlərinin üzərində evlərin tikintisinə icazə verib.

Bildririk ki,1993-1999-ci illərdə Xətai rayon icra hakimiyyətinin baçısı Gündüz Cəlilov olub.
Ardını oxu...
Məlumat üçün bildiri ki, hazırda Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevdir.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətininin başçısı Eldar Əzizov Rafiq Quliyevin işini tənqid etsədə Xətai İcra Başçısı hətta töhmətdən belə nəticə çıxarmayıb, Xətai rayonu ərazisində bu günə qədər qanusnuz tikililər davam etdirilir.
 
Ardını oxu...
Son zamanlar ictimai nəqliyyat sahəsində bir sıra müsbət yeniliklərin şahidi olsaq da, təəssüf ki, həll edilməmiş və həll edilməsi gərəkən bir nömrəli problemlər hələ də arxa plana atılıb. İctimai nəqliyyatın günlük fəaliyyət vaxtı rəsmi şəkildə səhərin erkən saatlarından axşam saat 12:00-a qədər müəyyənləşdirilmişdir. Anlaşılan odur ki, bu, sadəcə "kağız üzərindədir". Bəzi avtobus xətləri axşam saat 22:00-a qədər işləyir və insanlar evlərinə ya alternativ ictimai nəqliyyatlarla, ya da manatlıq taksilərlə getməli olurlar. Bundan daha betəri də günəş batmamış özü yoxa çıxan avtobus xətləridir.
Lökbatan-Avtovağzal istiqamətində hərəkət edən 130 nömrəli avtobus saat 18:00-dan sonra gözə görsənmir. Sədərək Ticarət Mərkəzindən avtobus dayanacağına qalxan vətəndaşlar saatdan artıq bu avtobusu gözləməli olurlar. 130 nömrəli avtobus saat 18:00-dan sonra fəaliyyətini dayandırır. Həmin avtobusdan tez-tez istifadə edən sərnişinlər bu problemi dilə gətirməli olublar.

Sosial şəbəkələrdə də bu problem barədə istifadəçilərin narazılıqla yazdığı rəylər bunu deməyə əsas verir. Onların sözlərinə görə, səhər saatlarında Avtovağzaldan Sədərək Ticarət Mərkəzinə istiqamətinə hərəkət edən 130 nömrəli avtobus xətti saat 18:00-dan sonra ticarət mərkəzinin yaxınlığından keçmir. Ya da ümumiyyətlə, bu saatdan sonra işləmir. Sərnişinlərin sözlərinə görə, avtovağzaldan səhər saatlarında bir avtobus xətti ilə getdikləri Sədərək Ticarət Mərkəzindən saat 18:00-dan sonra ən azı 3 avtobus dəyişərək qayıtmalı olurlar. Yəni 50 qəpik gedişhaqqı ödəyib getdiyin yerdən 1.50 manat ödəyərək geri qayıtmalı olursan. Avtobusun təyin olunmuş vaxtdan erkən fəaliyyətini dayandırması həmin xətdən istifadə edən sərnişinlərin axşam saatlarında yolda qalması ilə yanaşı, həm də maddi ziyana düşmələrinə də səbəb olur.

Yeri gəlmişkən, bəzi avtobusların ödəmə terminalları sərnişinin həmin avtobusa harda minməsindən asılı olmayaraq, eyni gedişhaqqını tutur. Məsələn, Lökbatandan 20 Yanvar dairəsinə gələn avtobus xəttində gedişhaqqı 55 qəpikdirsə, sərnişin ünvana yaxın bir ərazidə avtobusa minmiş olsa belə, yenə də eyni gedişhaqqını ödəməli olur - artıq ödəniş edir.

Vətəndaşların bir avtobusluq məsafəni 3 avtobusla tamamlamağa məcbur olması, avtobusların öz rəsmi qrafikinə zidd olaraq çox erkən saatlarda qaraja göndərilməsi, görməzdən gəlinən məsələlərdəndir. Bir avtobusla gedilə biləcək məsafəni 3 avtobus dəyişərək getmək heç şübhəsiz ki, vətəndaşa sərf edən bir hal deyil.


Bəs bu problemi görməzdən gəlmək kimə sərf edən haldır? Burdan qazanclı çıxan kimdir?
Hər halda, bu barədə də düşünmək olar.

Mətin Şükürlü, Bizimyol.info
 

Dünyapress TV

Xəbər lenti