Bursada tarixi kəşf: İsa Məsih dövrünə aid mozaika aşkarlandı
Türkiyədə aparılan arxeoloji qazıntılar dünya gündəminə düşüb. Belə ki, Papa Fransiskin vəsiyyətinə əsasən, Papa XIV Leonun ziyarət edəcəyi Bursanın İznik şəhərində İsa Məsih dövrünə aid mozaika aşkarlanıb.

Bu barədə "Haber Global" xəbər yayıb.

Bildirilir ki, üzərində qədim döyüş gəmisi və maral təsvirləri olan mozaika İznikdə bir evin təməlində aparılan qazıntılar zamanı üzə çıxarılıb.

Qeyd edək ki, ərazidə qazıntı işləri iki ay əvvəl başlayıb. İznik Muzeyi tərəfindən tikinti sahəsində aparılan ilkin araşdırmalar nəticəsində ərazidə tarixi qalıqların olduğu müəyyən edilib və həmin sahə rəsmi qazıntı zonası elan olunub. Arxeoloji işlər hazırda muzeyə bağlı mütəxəssislər tərəfindən davam etdirilir.

Qazıntı sahəsinin yaxınlığında, məşhur "Gladiator" filmində Rassel Kroununn canlandırdığı Maksimus Desimus Meridiusun yaşadığı evin də yerləşdiyi güman olunur.
1747544641_2.jpg
1747544641_3.jpg
 

Dünyapress TV

Xəbər lenti