"Bu gün ABŞ üçün çox pis və təhlükəli gündür" bu sözlərlə Trampın dünən paylaşdığı status bitir. 16 may tarixində ABŞ Ali Məhkəməsi 7-2 nisbətilə qərar verdi ki, Tramp 1798-ci il tarixli "düşmənçiliyə köklənmiş əcnəbilər haqqında qanun"dan istifadə edərək immiqrantları, hər birinə aid fərdi məhkəmə qərarı olmadan ölkədən deportasiya edə bilməz. Və bununla ABŞ Ali Məhkəməsi Trampın öz radikal elektoratı qarşısında öyündüyü: məhkəməsiz, istintaqsız küçədə insanların yaxasından tutaraq ölkədən qovulmalarına son qoyuldu. Bu qərar, ABŞ-ın daxilində Trampa çox ciddi zərbə sayılır və bu səbəbdən Tramp üçün 16 may "çox pis və təhlükəli gün oldu". Kamran Cəfərov TEREF