Ardını oxu...
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Məlum səbəblərdən adının açıqlanmasını istəməyən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Bildirmək istəyirəm ki, Dövlət Sərhəd Xidmətinin tabeliyindəki N saylı hərbi hissənin maliyyə rəisi, kapitan Hüseynzadə Sübhan öz öhdəsinə düşən işi layiqincə yerinə yetirmir.

Belə ki, adını çəkdiyim şəxs hərbi qulluqçulardan və mülki sürücülərdən hər ay pul yığır. Yəni onların maddi yardımlarını, məzuniyyət və ezamiyyət pullarını rüşvət qarşılığında ödəyir.

Hüseynzadə Sübhan ona rüşvət verən şəxsləri incitmir, vaxtında pullarını köçürür. Rüşvət verməyənlərə isə, "büdcədə pul yoxdur", - deyərək ödənişləri bir neçə ay gecikdirir.

Dövlət Sərhəd Xidmətinin tabeliyindəki N saylı hərbi hissədə illərdir bu cür qanunsuzluqlar baş alıb gedir. Məsələni araşdıran şəxs və yaxud da qurum yoxdur. Rəhbərliyin bu məsələdən xəbəri olub-olmadığını da dəqiq bilmirəm.

Qeyd edim ki, bu yeyintinin içində əsgərlərin əmək haqları da var. Heç kim qorxusundan səsini çıxara bilmir. Hər kəs deyir ki, başımızı ağrıtmaq istəmirik, hörmət edirik, pulumuzu vaxtında vurur.

Hüseynzadə Sübhanın bu əməli Dövlər Sərhəd Xidmətinin nüfuzuna xələl gətirir. Bəlkə də bundan rəhbərlik xəbər tutsa, o adamın cəzasını verər.

Məlumat üçün bildirim ki, o, hərbi qulluqçulardan 100 manat, mülki sürücülərdən 50 manat alır. Yalnız yuxarıda "adamı" olanlardan pul ala bilmir, ehtiyat edir.

Müvafiq qurumlar tərəfindən araşdırma aparılsa, onun etdiyi bütün haqsızlıqlar, rüşvətxorluqlar üzə çıxacaq. Telefonunu yoxlasalar, bu dediklərimin yalan olmadığını görəcəklər.

Səlahiyyətli qurumlar xahiş edirəm, məsələ ilə bağlı tədbir görülsün".

Jalə FAMİLQIZI

P.S. Bir daha qeyd edək ki, DSX əməkdaşı adının açıqlanmasını istəmədiyi üçün şikayəti anonim yazmışıq. Amma məsələ ilə bağlı hüquq müstəvisində çəkişmə olarsa, bu zaman səlahiyyətli qurumlara həmin şəxs haqqında məlumat verməyə hazırıq.

Yazıda da qeyd olunduğu kimi, idarə rəisinin telefonunun yoxlanılması xahiş olunur. Çünki köçürülən rüşvət pulları onun şəxsin telefonunda var.

Düşünürük ki, bu məlumatdan sonra Dövlət Sərhət Xidmətinin rəhbərliyi məsələni araşdıracaqdır. Bu halda məsələ ilə bağlı redaksiyamıza məlumat verilməsini də onlardan xahiş edirik.
Ardını oxu...
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi vəzifəsində çalışan Rəşidov Mustafa Süleyman oğlu vətəndaşlara məxsus torpaq sahələrinə çıxarışlar verməmək üçün bütün qanunsuz vasitələrə əl atır. Peçatsız, möhürsüz blanklardan istifadə edərək imtina qərarları çıxarır. Hələ bütün bunlar azmış kimi vətəndaşlara doğma valideynlərindən miras qalan bağ sənədlərini də tanımır, onlara çıxarış verməmək üçün min bir yola əl atır. Bu işdə xüsusi canfəşanlığı isə Mustafa Rəşidovun müavini Aidə Məmmədli göstərir. Görünür, müdir və müavini əlbir olaraq vəzifə səlahiyyətlərindən istifadə edirlər. Buradan isə ortaya iki nəticə çıxır. Ya Mustafa Rəşidov və müavini Aidə Məmmədli əlbir fəaliyyət göstərirlər, ya da Mustafa müəllimin müdir kimi sadəcə adı var. Yəni idarədə onun yox, müavini Aidə Məmmədlinin sözü keçir. Nəticədə isə vətəndaşları dövlətdən narazı salırlar. Vətəndaş və dövlət arasında böyük uçurumun yaranmasına səbəb olurlar. İndi görün 1 saylı ərazi idarəsi və onun rəhbərliyi bu cür özbaşınalıqlar və qanunsuzluqlar edirsə, o zaman Əmlak Məsələləri Dövlət Xidmətinin və onun tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin rəhbərliyi vəzifələrindən necə sui-istifadə hallarına yol verirlər. Necə deyərlər, "Balıq başdan iylənir". Görünən odur ki, Mustafa müəllim bu qanunsuzluqları ona göz yuman öz rəhbərliyindən öyrənib. Əks halda ona "dur" deyən tapılar və vətəndaşların incidilməsi hallarına icazə verilməz, həmçinin dövlət və vətəndaş arasında uçurum yaradılmaz, vətəndaşı dövlətə qarşı qoymazdılar.

Üstəlik, nə hikmətdirsə, Mustafa Rəşidova məhkəmələr də bata bilmir. Belə ki, 1 saylı Bakı Ərazi İdarəsinin qəbul etdiyi qanunsuz qərarlardan məhkəmələrə şikayət edən vətəndaşların əli boşa çıxır. Görünür Mustafa müəllim məhkəmələrə yol tapmağın "yolu"nu da çox yaxşı bilir. Vətəndaşa valideynlərindən qalan bağ sənədlərinin doğruluğunu arxiv sənədlərinə baxaraq yoxlamaq əvəzinə, onlara birbaşa çıxarış verməkdən imtina edən Mustafa müəllimə və onun havadarlarına yəqin ki, "dur" deyən tapılacaq. Çünki Bakı 1 saylı ərazi idarəsini əməlli-başlı rüşvət və korrupsiya idarəsinə çevirib. Rüşvət verməyənlər isə Mustafa müəllimin "qara siyahı"sına düşür. Nəticədə isə əziyyət çəkən yenə vətəndaşlardır. Hərçənd bu ölkədə şah qanun deyil, qanun şahdır. Ümid edirik ki, Mustafa müəllim barədə aidiyyatı qurumlar müvafiq araşdırmaya başlayacaqlar və onun qanunsuz əməllərinin davam etməsinə imkan verməyəcəklər.

TəhsilMedia.az
 
Ardını oxu...
Son günlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə bağlı daxil olan şikayətlərin ardı-arası kəsilmir.

Bu barədə Mia.az-ın elektron poçtuna göndərilən məlumata görə, AHİK-in yeni sədri Sahib Məmmədovun qurmağa çalışdığı yalnış idarəetmə, yerində olmayan bacarıqsız kadrların cəlb olunması, 1 milyondan artıq ittifaq üzvündə qıcıq yaratmaqdadır.

Məlumata görə, belə davam edəcəyi halda, bir çox sahələr üzrə kütləvi sürətdə həmkarlar ittifaqları üzvlüyündən çıxmaq tələbləri qaçılmaz olacaqdır: “Onu da xüsusi qeyd etmək istəyirik ki, Həmkarlar İttifaqları haqqında qanuna əsasən həmkarlar üzvü olmaq könüllük prinsipi əsasında mümkündür. Yəni, ittifaqda birləşmək istəməyən şəxslər, könüllü olaraq üzvlükdən çıxa bilər və əməkhaqqısından tutulan 2 % ödəmənin dayandırılmasını tələb edə bilər”.

Məlumatda o da deyilir ki, 4 aprel 2025-ci il tarixdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatının konfransı keçirilib:

“Səs çoxluğu ilə Elkiyar Ziyadov Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri, Adil Atakişiyev isə sədrin müavini seçilib. Elkiyar Ziyadov İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. O, 26 oktyabr 2024-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri vəzifəsinə təyinat alıb.

E.Ziyadov əmək fəaliyyətinə 2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) başlayıb, 2018-2021-ci illərdə şirkətin Sərmayələrdə Beynəlxalq Layihələrin Kommersiya Fəaliyyətinə nəzarət şöbəsinin rəisi, 2021-2023-cü illərdə isə “Azərbaycan Dəmir Yolları” QSC-nin Marketinq İdarəsinin Biznesin inkişafı şöbəsinin rəisi işləyib. Fotolarda göründüyü kimi, əvvəlki sədr Adil Atakişiyevi tələm-tələsik sədr vəzifəsindən uzaqlaşdıraraq, Elkiyar Ziyadovu sədr vəzifəsinə otuzduran Sahib Məmmədov, Konfederasiyaya üzv təşkilatları birbaşa öz nəzarətinə götürmək, bütün maliyyə və digər işləri birbaşa öz nəzarətinə götürməyə nail olur. Halbuki Elkiyar Ziyadovun mənəvi-psixoloji durumu yerində deyil.

Mədəniyyət Nazirliyi tərəfindən keçirilən və işçilərin kobud sürətdə əmək hüquqlarının pozulduğu bir vaxtda, mədəniyyət işçiləri kütləvi şəkildə “Həmkarlar”dan imdad dilədiyi bir zamanda, Elkiyar Ziyadov günlərlə iş yerində tapılmır. Sual olunur bəs hardadır?!

Çox gülməli və maraqlı məsələ budur ki, Elkiyar Ziyadov 50 minə yaxın mədəniyyət işçisinin əmək hüquqlarını qorumalı olduğu halda, hələ də Sahib Məmmədovun müşaviri vəzifəsində qalaraq, Kurort Turizm İnformasiya Mərkəzinin direktoru vəzifəsini yerinə yetirir. Heç kəsə sirr deyil ki, yay dövründə Konfederasiyanın milyonlarla vəsaitinin dövriyyə etdiyi tək ünvan məhz “putyovka” alveridir. Elkiyar Ziyadovu əvəzolunmaz edən bu səbəb deyil ki?!”.
 
Ardını oxu...
Bakı şəhəri 100 nömrəli tam orta məktəbdə direktor müavini texniki işçilərə hədə-qorxu gəlməsi və müəllimin valideynlərdən məcburi pul toplaması ilə bağlı faktlar ortaya çıxıb.

Patrulaz.az-a daxil olan məlumata görə, 100 nömrəli tam orta məktəbin Təsərrüfat İşləri üzrə direktor müavini Türanə Abbasovanın “WhatsApp” qrupunda texniki işçilərlə kobud və təhqiramiz danışığı əks etdirən səs yazısı yayılıb. O, işçilərə hədə-qorxu gələrək onlara qarşı bu ifadələri işlədib: “Axırıncı dəfə olsun ki, mənə söz qaytarasınız, əks halda dilinizi dibindən kəsərəm… O gün də demişəm, yenə də deyirəm, 5 ayaqyolu təmizləmisiz, birinizin səsi çıxardı da. İndi nə oldu, diliniz mənə çıxır?”, – deyərək direktor müavini işçiləri alçaldıb.

Bununla yanaşı, eyni məktəbdə çalışan Günel müəllimin isə “Son zəng” tədbiri üçün “11 B” sinfinin valideynlərindən 50 manat tələb etdiyi və bu məbləği verməyən valideynləri məcbur etməyə çalışması ilə bağlı yazışmalar da redaksiyamıza daxil olub.

Xatırladaq ki, Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İctimai TV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olarəkən “Son zəng” tədbirinin təmtəraqla keçirilməsinin qadağan olduğunu bildirib. Onun fikrincə, valideyn-müəllim assosiasiyasının vəsaitləri tədbirin möhtəşəmliyinə yox, yadda qalmasına və mənalı olmasına sərf olunmalıdır. Vəfa Yaqublu həmçinin qeyd edib ki, son zəng günü şagirdlər məktəbli formasında olmalıdır.

Amma buna baxmayaraq, 100 nömrəli tam orta məktəbdə sözügedən müəllim təmtəraqlı “Son zəng” tədbiri keçirilməsi adı ilə valideynlərdən məcburi pul toplayır.
 

Ardını oxu...
Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev öz qohumlarına vəzifə verməklə məşğuldur.

Ardını oxu...


Zəka Mirzəyev


Gundeminfo.az-ın Tribunainfo.az-a istinadən xəbərinə görə, Fond rəhbəri xalası oğlu Mail Məmmədovu DSMF-nin icraçı direktoru təyin edib. Həmçinin verilən məlumatda deyilir ki, Fond sədri bacısının həyat yoldaşı Şahin Əliyevi də özünə müavin təyin edib.

Ardını oxu...


Zəka Mirzəyevin Mail Məmmədovu və Şahin Əliyevi hansı meyar və göstəricilər əsas vəzifəyə təyin etdiyi məlum deyil. Adı çəkilən şəxslərin peşəkar təcrübəsinin olub-olmadığı, əvvəlki iş yeri və vəzifələri barədə də məlumat yoxdur. Bu şəxslərin əvvəllər Dövlət Sosial Müdafiə Fondunda işləyib-işləmədikləri barədə də heç bir məlumat əldə edə bilmədik.

Ardını oxu...


Maraqlıdır, Z.Mirzəyev xalası oğlu və bacısının yoldaşını müəyyən vəzifələrə təyin edən zaman onları hər hansı müsabiqə, yoxlama və ya seçim mərhələsindən keçiribmi?

Bu təyinatların hansı formada, hansı meyarlara və göstəricilərə əsasən aparıldığını dəqiqləşdirmək üçün DSMF-yə sorğu göndərmişik. Lakin hələlik bununla bağlı sorğuya cavab verilməyib.

Qeyd edək ki, məmurların öz yaxınlarına vəzifə verməsi qanunla qadağandır.
Ardını oxu...
İki şirkətə satılan ərazi qalmaqalı: “Siz heç bilirsiniz bunu kim tikir?
Xəbər verdiyimiz kimi, Nərimanov Rayon İcra Hakimiyyəti Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən torpaq sahəsini eyni anda iki şirkətə satdığı iddia olunur. Ərazinin daha əvvəl satıldığı "Star City Construction" MMC şirkəti bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə şirkətin lehinə qərar çıxarsa da, icra hakimiyyəti məhkəmə qərarını icra etməyib. Hazırda bu ərazidə torpağı sonradan alan “Ailə Park” MTK tərəfindən tikinti işləri aparılır.

Məsələ ilə bağlı sözügedən əraziyə yollanaraq vəziyyəti yerində müşahidə etdik. İnşa olunan binaların böyük əksəriyyəti yaşayış üçün tam hazır vəziyyətdədir. Hətta tikilinin aşağı mərtəbələrində iaşə obyektləri və mağazalar da fəaliyyət göstərir. Bununla yanaşı, ərazidə daha bir neçə binanın inşası üçün söküntü işləri aparılır.
Ardını oxu...
Ərazidə görülən işlər açıq-aşkar fəallığın və planlı inşaat prosesinin getdiyini göstərir. Sahədə fəhlələr işləyir, texnikalar hərəkətdədir. Hər şey sanki bu ərazidə hər hansı bir mübahisə və ya problem yoxmuş kimi davam edir. Binaların hər biri də torpağı sonradan alan “Ailə Park” MTK tərəfindən inşa edilib.

Ərazini ilk aldıqlarını iddia edən "Star City Construction" şirkəti isə hüquqlarının pozulduğunu bildirir. Onların bildirdiyinə görə, torpaq sahəsini illər əvvəl rəsmi sənədlərlə alıblar və hazırda həmin ərazidə gedən tikinti işləri qanunsuzdur. Şirkət ya həmin torpaq sahəsinin geri qaytarılmasını, ya da bərabər dəyərdə başqa bir ərazinin verilməsini tələb edir.

"Star City Construction" MMC şirkətinin hüquqşünası Etibar Paşayev də mübahisəli ərazidə idi. O bizimlə söhbətində xatırlatdı ki, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 296 saylı, 16 iyul 2018-ci il tarixli" çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında" sərəncamı ilə ərazidə yerləşən 4,44 ha torpaq sahəsi şirkətin daimi istifadəsinə verilib. Lakin sonra məlum olub ki, eyni torpaq sahəsi "Ailə Park" MTK adlı şirkətə də ayrılıb:
Ardını oxu...
“Ərazidə tikinti işlərinə başladıqdan sonra məlum oldu ki, həmin torpaq sahəsi daha sonra başqa bir şirkətə də satılıb. İkinci satış 2020-ci ildə, bizim müqaviləmizdən təxminən iki il sonra baş tutub. Bu satış barədə bizə nə əvvəlcədən bildiriş verildi, nə də sonradan hər hansı xəbərdarlıq edildi. Hətta bir neçə müştəri ilə müqavilə bağlayıb evlərin satışına başlamışdıq. Məsələ ilə bağlı məhkəməyə müraciət etdik və qərar bizim xeyrimizə oldu. Ancaq qanuni qüvvəyə minmiş bu qərar bu günə qədər icra olunmur. Hətta Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən verilmiş tapşırıqlar da yerinə yetirilmir.”

Hüquqi nümayəndənin sözlərinə görə, şirkət hazırda nəinki tikinti işlərini davam etdirə bilmir, həm də daha əvvəl ev alan müştərilərlə ciddi problemlər yaşayır:

“Hətta bizdən ev alan şəxslərə müqaviləni pozmaları üçün “Ailə Park” MTK tərəfindən təzyiqlər də olundu. Hazırda şirkətimizlə müqavilə bağlayıb ev almağı gözləyən insanlar var. Biz sonda alternativ olaraq tələb etdik ki, heç olmasa bizə başqa bir ərazidə torpaq sahəsi ayrılsın. Bu təklifi də müsbət cavablandırmadılar. Nərimanov Rayon İcra Hakimiyyəti isə dəfələrlə etdiyimiz müraciətlərə cavab vermir. Haqqımız olanı tələb edirik. Məhkəmə qərarı icra olunmalıdır”.
Ardını oxu...
Mövqelərini öyrənmək üçün “Ailə Park” MTK-nın nümayəndələrinə yaxınlaşdıq. Onlar bizə bu məsələ ilə bağlı məlumatlarının olmadığını bildirdilər:

“Siz heç bilirsiniz bunu kim tikir? Burada özbaşına bir daş belə qoya bilmərik. Bu, dövlət səviyyəsində olan layihədir. Bu məsələyə başqa heç kim qarışa bilməz. Biz artıq bir neçə binanı tikib tamamlamışıq. Hazırda da digər tikililər üçün də işlər davam edir. Digər şirkətin iddiaları ilə bağlı məlumatımız yoxdur”.

Hətta "Sizin başqa işiniz-gücünüz yoxdur gəlmisiz bura?" deyib işimizi də öyrətməyə çalışdılar.
Ardını oxu...
Məsələdə ən çox adı çəkilən tərəf olan Nərimanov Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa cəhd etdik. Zənglərimiz cavabsız qaldı, elektron məktublarımıza isə heç bir reaksiya verilmədi. Tərəflərin mövqeyini təqdim etməyə hazırıq.
Ardını oxu...
"Direktor Ülviyyə Aslanova sinfin bağlanmaması üçün valideynlərdən pul tələb edir. Etiraz edən valideynləri hədələyir".

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, bu iddiaları Bakının Sabunçu rayonu, 170 saylı orta məktəbin 2 d sinfinin valideynləri səsləndiriblər.

Valideynlər bildiriblər ki, məktəb rəhbərliyi üzrlü səbəbdən kiçik summativ qiymətləndirmə (KSQ) yazmayan şagirdlərin yenidən KSQ yazması üçün də eyni addımı atmaqdan çəkinmir.

İddialara görə, direktorun sinif rəhbəri ilə münasibəti yaxşı olmadığı üçün 2 d sinfinin həm şagirdlərini, həm də valideynlərini cəzalandırır.

Valideynlər problemin həlli üçün müvafiq qurumlara müraciət də ediblər.

Məsələ ilə bağlı 170 nömrəli tam orta məktəbdən bildirilib ki, 2 d sinfində 3 şagird fevral ayından etibarən təhsildən yayınır. II yarımil ərzində şagirdlər dərsə gəlmədiyi üçün heç bir KSQ-də də iştirak etməyib və qiymətləndirilməyiblər.

Uşaqların davamiyyət problemlərinə görə dəfələrlə valideynlərinə xəbərdarlıq olunub. Uşaqların təhsildən yayındırılmasının qarşısının alınması üçün Sabunçu Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanlarla iş komissiyasına və Sabunçu Rayon Polis İdarəsinə rəsmi məktub göndərilib.

Həmçinin məktəb rəhbərliyi və icra nümayəndəliyi tərəfindən məsələ ilə bağlı valideynlərlə evlərində də görüş zamanı müvafiq söhbət aparılıb. Digər iddialar əsassız və böhtan xarakterlidir.

Bakı Şəhər Təhsil İdarəsindən isə bildirilib ki, qeyd edilən məsələ ilə bağlı araşdırma aparılacaq. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Ətraflı süjetdə:

 
Ardını oxu...
“Bir direktorun 22 ilə yaxın bir məktəbdə kök atıb oturması nədən xəbər verə bilər?”

Son vaxtlar təhsil müəssisələində baş verən neqativ proseslər cəmiyyətdə haqlı narazılıqlar yaradır. Bugünlərdə İlkxeber.org-un redaksiyasına ünvanlanan şikayət məktubunda da 62 saylı məktəb-liseydə baş verənlər haqda bəhs olunur. Həmin məktubda qeyd olunanların qısa məzmununu oxucularımızın diqqətinə çatdırırıq.

Beləliklə, şikayət məktubunda iddia olunur ki, məktəbdə yol verilən qanunsuzluqlarla bağlı Elm və Təhsil Nazirliyinə edilən çoxsaylı şikayətlərimizin yuxarı instansiyalara çatmaması üçün məktəbin direktoru Mətanət Cabbarlıya geri qaytarılır. “Bir direktorun 22 ilə yaxın bir məktəbdə kök atıb oturması nədən xəbər verə bilər?”-deyə şikayət məktubunda bildirilir.

Daha sonra iddia olunur ki, məktəbə gələn və ya gələcəyi gözlənilən yoxlamalar barədə direktor əvvəlcədən məlumatlı olur və buna uyğun olaraq hazırlıq görür: “Məktəbdə boş yer olmadığı halda şagirdlərin elektron sistemdə əlaqəli şəxs vasitəsilə 500 manat müqabilində qəbul edilir. Şagirdlərin şəxsi işlərinə baxılır və valideynlərinin iş statusuna əsasən daim daha çox rüşvət verən müəllimlərin siniflərinə yerləşdirilməsi həyata keçirilir. Məsələn, 66 yaşında olan bir müəllimin bu qədər şagirdə effektiv dərs deməsi real görünmür. Yoxlama gələn zaman isə bu şagirdlər müvəqqəti olaraq digər siniflərə göndərilir. Elm və Təhsil Nazirliyi bu vəziyyəti sistem üzərindən asanlıqla yoxlaya bilər. Sistemdə manipulyasiya edərək, müəllimlərə "şagird gəlmir" deyə 19 və ya daha az sayda şagird göstərilir və buna əsasən ibtidai sinif müəllimlərinə siniflərin 1500-2000 manat müqabilində verilməsi həyata keçirilir. İbtidai siniflərdə dərsdən sonra hazırlığın keçirilməsinə görə müəllimlərdən şagirdə görə 20 manat alınır. Məktəbdə yığılan vəsait hesabına direktorun özü tərəfindən yaradılmış klublar, dərnəklər və kurslara, həmçinin digər şəxslərlə əlbir olaraq təşkil olunan idman zallarına şagirdlər məcburi şəkildə göndərilir. Sözügedən dərnəklər isə 3-cü şəxslərin adına rəsmiləşdirilərək fəaliyyət göstərir. Bunlara misal olaraq aşağıdakı qurumları göstərmək olar: Empati Education Center, Açar Xüsusi Qayğı Mərkəzi, Açar Tədris Mərkəzi, Empati Kid Center. Demək olar ki, hər il bütün yaş qrupları üzrə siniflərdə “venetka” (buraxılış albomu) çəkilir və hər şagirddən ödəniş alınmaqla yanaşı, şəkil çəkən şirkətdən də əlavə rüşvət tələb olunur. “Qırmızı Xaç” Cəmiyyəti adı altında məktəb müəllimləri və şagirdlərindən uşaq bezləri toplanaraq, sonradan direktorun nəzarətində olan şəxsi dərnəklərə daşınır. İbtidai sinifdən yuxarı sinfə keçid zamanı lisey bölməsinə daxil olmaq üçün nəticələri zəif olan şagirdlərin valideynlərindən 300–500 manat məbləğində ödəniş tələb edilir. İbtidai siniflərdə direktora daha yaxın olan (yəni daha çox “hörmət edən”) müəllimlər tərəfindən testlər hazırlanır. Daha sonra ümumi test imtahanı keçirilir və təbii olaraq, testi hazırlayan müəllimlərin şagirdləri daha yüksək nəticə göstərirlər. Bu prosesdən sonra zəif nəticə göstərən şagirdlərin müəllimlərinə müxtəlif formalarda təzyiq göstərilir. Nəticədə həmin müəllimlər bayramlar zamanı bu təzyiqlərdən qurtulmaq üçün direktora daha çox pul verməyə məcbur qalırlar. Yuxarı sinif şagirdlərinin hazırlıq kurslarına getmək səbəbilə dərs buraxmalarına görə valideynlərdən 1000–2000 manat arası ödəniş tələb olunur. Təxminən 100 şagirddən 40 nəfərinin bu ödənişi etdiyi nəzərə alınsa, ümumi məbləğ minimum 40,000 manat təşkil edir. Məktəbdə çalışan 100-ə yaxın müəllimdən bütün bayramlar və direktorun ad günü münasibətilə 150–300 manat arası məbləğdə pul toplanır (məbləğ müəllimin dərs saatı və hazırladığı şagirdlərin sayına görə dəyişir). Bu proses nəticəsində ildə təxminən 150,000 manat məbləğində vəsait toplanır (8 mart, Yeni il, Direktorun ad günü, Müəllimlər günü və s.). Yuxarı sinif müəllimlərinin aylıq dərs yükü 20 saat olduğu halda, əlavə dərs saatları üçün ödəniş tələb olunur - 2 əlavə saat üçün 500 manat, 4 saat üçün isə 1000 manat ödənilməsi tələb edilir. Direktorun ad günü yay aylarında olsa da, həmin tarix süni şəkildə may ayına keçirilir və bu bəhanə ilə əlavə hədiyyə və pul yığılır. 15 may 2025-ci il tarixində məktəbin kamerasına baxsanız biz müəllimlərin təbrik üçün əlində pul direktorun otağının qabağında dayandığı açıq aydın görəcəksiniz. Böyük və ya kiçik otaqların müəllimlər arasında pulla bölüşdürülməsi və otağın ölçüsünə görə tələb olunan məbləğ 500–1000 manat arasında dəyişir. Pensiya yaşına çatmış müəllimlərlə hər tədris ili üçün 2000–3000 manat qarşılığında müqavilələrin uzadılması həyata keçirilir. Bu praktika 2025–2026 tədris ilində də davam edir. Yay tətili zamanı müəllimlər üçün nəzərdə tutulan iş günlərində, müəllimlərdən hər gün üçün 10–20 manat arasında ödəniş yığılır və bunun qarşılığında onlar işə gəlmirlər. Məktəbdə şagirdlərə əlavə kitab, jurnal və gündəliyin satılması. Rüşvət və direktorun özbaşınalıqları səbəbindən məktəbdən bir neçə kişi müəllim işdən ayrılmışdır. Pul verməyən müəllimlərin iclaslarda təhqir edilməsi halları yayılmış bir haldır. Yay tətilinə görə təmir pulunun yenidən 150 manatdan yığıması 2025-2026-cı tədris ili üçün hazırda davam etməkdədir. Son zəng barəsində isə yazmağı məsləhət bilmədik, artıq hər şey məlumdur”.

İlkxeber.org
Ardını oxu...
Son aylarda bir sıra məktəb direktorlarının qanunsuz fəaliyyəti ifşa olunub, bəziləri işdən azad edilib. Bu xüsusda Elm və Təhsil nazirliyinin neqativ hallara operativ reaksiyası təqdir edilməlidir.

Ancaq təhsil sistemində hesabatlılıq, şəffaflıq və ictimai nəzarətin olmaması ilə bağlı narahatlıqlar artmaqdadır. Bakı məktəblərinə rəhbərlik edən direktorların fəaliyyəti, vəzifədə qalma müddəti və bu vəzifələrə hansı yollarla gəldikləri cəmiyyətin əsas müzakirə mövzusuna çevrilib.

Editor.az xəbər verir ki, bu kontekstdə xüsusi diqqət çəkən nümunələrdən biri Bakı şəhəri, Nərimanov rayonu 47 saylı məktəbin direktoru Aytən Bağırovadır. O, 1998-ci ildən etibarən artıq 28 ildir ki, eyni məktəbə rəhbərlik edir.

Bu qədər uzun müddət dəyişmədən direktor vəzifəsində qalmaq cəmiyyətdə ciddi suallar doğurur: Aytən Bağırovanı bu kresloda bu qədər müddət saxlayan hansı güclərdir? Onun toxunulmazlığını təmin edən kimlərdir?

Daha maraqlısı isə odur ki, bir məktəbdə 28 illik rəhbərlik tarixçəsinə malik bir şəxsin fəaliyyəti barədə nə mediada, nə də rəsmi mənbələrdə demək olar ki, ciddi, təsirli bir xəbərə, hətta yeni bir fotoya rast gəlmək mümkün deyil. Bununla bağlı internet üzərindən aparılan kiçik bir araşdırma dediklərimizi təsdiq edir.

Aytən Bağırova sanki ictimaiyyət üçün “görünməz direktor”a çevrilib. Bu qədər mühüm vəzifə daşıyan bir şəxsin bu səviyyədə qapalı qalması, ictimai hesabatlılığın olmaması ciddi narahatlıq doğurur.

Bir müddət əvvəl məktəbin müəllimlərindən biri Təranə Mərdanova mətbuata verdiyi açıqlamada bildirib ki, direktor Aytən Bağırova məktəbi şəxsi obyektinə çevirib. Onun sözlərinə görə, direktorla bağlı etdiyi şikayətlər yuxarı instansiyalarda cavabsız qalır. Bu faktlar onu göstərir ki, məsələ təkcə uzun müddət kresloda qalmaqla bitmir – burada həm də himayədarlıq, məsuliyyətsizlik və cəzasızlıq mühiti mövcuddur.

Əgər ölkədə direktorlar vaxtaşırı monitorinqdən keçirsə, fəaliyyətləri qiymətləndirilirsə və nəticəyə əsasən rotasiyalar həyata keçirilirsə, bu qədər müddət eyni vəzifədə qalan şəxslər necə və niyə dəyişməz qalır?

Yoxsa bəzi direktorlar üçün bu sistem işləmirmi?

Təhsil cəmiyyətin təməlidir. Bu təməlin üzərində şəxsi maraqlar yox, peşəkarlıq, cavabdehlik və şəffaflıq dayanmalıdır. Əks halda, təhsil müəssisələri şəxsi təsir dairəsinə çevrilir və bu da nə müəllimlərə, nə valideynlərə, nə də şagirdlərə xidmət edir.
 

Ardını oxu...
  

Cərrah-həkim deyir ki, ailələr iddia qaldırmalı, məsələ araşdırılmalıdır

Bakıda qeysəriyyə əməliyyatı daha bir gənc ananın həyatına son qoyub. Mayın 6-da 3-cü uşağını bu üsulla dünyaya gətirən 33 yaşlı Günay Məmmədova 13 gün komada qaldıqdan sonra vəfat edib. Ailəsi qadının ölümündə həkim səhlənkarlığının olduğunu bildirir.

Bu barədə Xəzər TV-yə mərhumun anası danışıb: “Körpə uşaqdır ikisi də, heç biri qalmır. Gecələri də yatmırlar. "Anam hanı, nənə? Anam niyə gəlmir?", - deyə soruşurlar". 

Ardını oxu...

Valideynin sözlərinə görə, qeysəriyyə əməliyyatı Yeni Klinikada uzman cərrah mama-ginekoloq Sevinc Məmmədova tərəfindən həyata keçirilib. Xəstə doğuşdan sonra palataya yerləşdirilib. G.Məmmədovanın anasının dediyinə görə, qızında əməliyyatdan sonra qanaxma baş verib, həkimlər isə bundan gec xəbər tutublar: “Neçə dəfə UZİ-yə gedib, poliklinikada olub. Sapsağlam idi. Qızımı əməliyyat edəndən sonra aparıb palataya yerləşdiriblər. O, palatada yox, reanimasiyada qalmalı idi, 5-10 dəqiqədən bir təzyiqi ölçülməli idi. Təzyiqi ölçülsəydi, nəzarətsiz palatada qalmasaydı, biləcəkdilər ki, təzyiq düşür, demək, nəsə normal deyil. Tamam təzyiqi düşüb, halı pis olub yıxılıb. Doğuşdan sonra qanaxma baş verib”.

Məsələ ilə əlaqədar TƏBİB-dən bildirilib ki, ölüm halları Tibbi Şura tərəfindən və TƏBİB-in müvafiq komissiyalarında ixtisaslı mütəxəssislərin iştirakı ilə araşdırılır. Ölüm hadisəsi ilə bağlı prokurorluqdan xəstəxanaya gəliblər, meyit yarılmağa göndərilib, hazırda ekspertizanın rəyi gözlənilir.  G.Məmmədovanın 4 və 6 yaşlı daha iki oğlu var. 

Təəssüf ki, bu kimi faciəvi hallar son vaxtlar artmaqdadır. Bəs səbəb nədir? Günahkarlardan cəzalanan varmı? Ümumiyyətlə, qeysəriyyə ilə bağlı seçimi daha çox həkimin istəyinə, yəni tibbi göstərişə bağlı olur, yoxsa pasiyentin istəyinə? Burada tibb personalının bir kommersiya marağı yoxdur ki? Nədən təbii doğuş dəbdən düşüb? Körpələrin yetim qalmasına görə, nəhayət, kimsə məsuliyyətə cəlb olunacaqmı? 

Ardını oxu...

 Adil Qeybulla

Cərrah həkim, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Doğuş prosesi zamanı ölüm hallarının olması, əlbəttə, üzücü haldır. Amma bir məsələ var: bəzən qeysəriyyə əməliyyatını istəyən xəstənin elə özü olur. Bunlar həkimləri məcbur edirlər. Bəziləri doğuşdan qorxur, bəziləri doğuşun fəsadlarından ehtiyat edir. Bəziləri də doğuş yollarının genişlənməsinin qarşısını almaq üçün, sonradan müxtəlif əməliyyatlara ehtiyac yaranmaması məqsədilə guya bunu edirlər. Yəni xəstələrin təşəbbüsü burada daha çoxdur. Əlbəttə, həkimlər xəstənin istəyinə yox, göstərişə diqqət yetirməlidirlər. Göstəriş nədirsə, o olmalıdır. Bir çox hallarda bu məqama diqqət edilmir.

Məsələn, çanağın darlığı varsa, ayaq gəlişidirsə, sarğı gəlişidirsə, bu zaman doğuş çətinləşə bilər, uşaqda asfiksiya (oksigen çatışmazlığı) yarana bilər. Bu halda qeysəriyyə kəsiyi ilə süni abdominal doğuş aparılmalıdır. Bu, əsaslandırılır, daha sonra isə xəstə əməliyyata götürülür. Məsələ bundan ibarətdir ki, biz çox vaxt bu prinsipi pozuruq.

Bu halın nədən baş verdiyinin araşdırılması üçün mütləq məhkəmə-tibbi ekspertizası aparılmalıdır. Xəstə qanaxmadanmı dünyasını dəyişib, yaxud da başqa bir özəl səbəb olub? Bəzən də görürsən ki, əməliyyat xaric, xəstədə hepatitlər olur, ağır böyrək çatışmazlığı olur. Bunlar da ölümə gətirib çıxara bilər. Əgər xəstənin valideynləri şikayətçidirsə, onlar mütləq meyitin təşrihinə nail olmalıdırlar. Səbəb müəyyən olunmalıdır. Ondan sonra artıq iddia qaldırmaq olar. Yoxsa sadəcə demək ki, ölüm həkim səhvindən olub - bu, abstrakt qalacaq. Bunun əsasında kiməsə ittiham irəli sürmək olmaz".

Mərhum Günay Məmmədovanın ailəsi hesab edir ki, həkimlər səhlənkarlıq edib. Əgər bu sübuta yetirilərsə, həkimlər Cinayət Məcəlləsinin 314-cü maddəsinə əsasən, vəzifə səhlənkarlığı ittihamı ilə məsuliyyətə cəlb edilə bilərlər. Amma praktika onu göstərir ki, Azərbaycanda həkim məsuliyyətə cəlb olunması hallarına nadir rast gəlinir. Əksər hallarda “ekspertiza nəticəsi gözlənilir” deyə işlər uzadılır və nəticədə ailələr ədalətə çata bilmir. Bu halların qarşısını almaq üçün ilk növbədə məcburi klinik protokollar tətbiq olunmalı, hər doğuş üçün tibbi göstərişlər və qərarların yazılı əsaslandırılması qanunla tələb edilməlidir. Tibb işçiləri və cəmiyyət təbii doğuşun əhəmiyyəti və təhlükəsizliyi barədə maarifləndirilməlidir. Hər bir ana ölümü hadisəsi müstəqil və şəffaf şəkildə araşdırılmalı, özəl və dövlət klinikalarında doğuşlar üzrə illik auditlər aparılmalı və nəticələr ictimaiyyətə açıqlanmalıdır. Ən əsası isə tibbi səhlənkarlıq sübuta yetirilərsə, məsul şəxslər müvafiq qaydada cəzalandırılmalıdır.

Bir qadının doğuş zamanı həyatını itirməsi, sadəcə, tibbi yox, həm də sosial fəlakətdir. Bu faciələr yalnız bir ailəni deyil, bütöv cəmiyyəti silkələyir. Təbii doğuşun dəbdən düşməsi, qeysəriyyə əməliyyatlarının normaya çevrilməsi və nəticədə baş verən ana ölümləri ciddi siqnal verməlidir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 
 
 

Dünyapress TV

Xəbər lenti