Ardını oxu...
Sumqayıtda “ağacların qənimi” kimi tanınan Rzayev Telman Bəylər oğlu yeni obyekt tikdirir.
Xatırladaq ki, 2 il öncə Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, “Sumqayıt” şadlıq evinin yanında qarağac ağaclarını qanunsuz olaraq budamış vətəndaş Rzayev Telman Bəylər oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 92.3.1 maddəsinə əsasən akt və protokol tərtib edilərək fiziki şəxs qismində 8400 manat məbləğində cərimə tətbiq olunmuşdu. Amma görünür, nazirliyin cərimə sanksiyası həmin vətəndaş üçün yetərli olmayıb. Çünki həmin vətəndaş pul qazanmaq xatirinə ekologiyaya qənim kəsildiyini bir daha sübut edib və onu cərimələyən nazirliyə özünəməxsus tərzdə cavab verib. Əgər həmin gün 1,5-2 metr hündürlükdə budanmışdısa, sonra isə həmin ağaclar kökündən çıxarılıb və yerləri torpaqla doldurulub.
Ardını oxu...
Həmin günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Şöbəsində sektor müdiri vəzifəsində çalışan Raqub Mirzəyev qeyd etmişdir ki, ərazi nazirlik tərəfindən nəzarətə götürüləcək və orada heç bir tikinti işlərinin aparılmasına yol verməyəcək.
R.Mirzəyev qeyd olunan məsələ ilə bağlı aidiyyatı dövlət strukturlarına müvafiq məktublar göndəriləcəyini bildirmişdir. Onun sözlərinə görə, məsələnin məktublarda bu qurumlar tərəfindən də nəzarətə götürülməsi və yeni ağacların əkilməsinin təmin olunması tələb olunacaq.
Belə məlum olur ki, görülən tədbirlər ölkə ekologiyasına qənim kəsilmiş Rzayev Telman Bəylər oğlunun qarşısını ala biləyib…

Belə ki, Yenixeber.org-a daxil olan məlumata görə, Telman Rzayev Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə Böyük Qafqaz küçəsinin kəsişməsində yeni ticarət obyekti tikdirdirir. Ümumi sahəsi 448 m2 olan obyektin yaxın günlərdə fəaliyyətə başlayacağı bildirirlir.Yenixeber.org:
 
Ardını oxu...
201 saylı məktəbin direktoru hədə-qorxu gəlmək, şantaj və böhtanlarla məktəbi idarə etdiyini göstərən videonu keçən dəfə sizlərə təqdim etdik.

Budəfəki səs yazıda direktor Afaq xanım Qərbi Azərbaycanlını "erməni köpəyi" adlandırır. Görünür ki, Qərbi Azərbaycan əsilli vətəndaşlarımıza qarşı xüsusi bir antipatiyası var.

Yenixeber.org
https://teref.az/gundem/378197-mekteb-direktoru-resmen-fitne-toredir-videofakt.html

 
 
 
Ardını oxu...
Bakı Dövlət Universitetinin həyətində “cofeshop” açılıb icarəyə vericək?

Verilən məlumata görə,BDU-nun futbol meydançasının yaxınlığındakı ərazi 2 aydır ki,park kimi abadlaşdırılmış göstərilir.

Amma əsas məqsəd orada “cofeshop” yaratmaq və onu yüksək qiymətə icarəyə verməkdir

Rektorla icarədar arasındakı razılıq da əldə olunub. Razılıq nəticəsində 4 min manata anlaşılıb .”Cofeshop” növbəti tədris ilindən fəaliyyət göstərəcək.
Ardını oxu...
Rektorun yeməkxanalardan aylıq 50 min manat icarə haqqı aldığı deyilir.Həmin yeməkxanaların vergidən külli miqdarda yayındığı da söylənilir. Hətta “card to card” əməliyyatı aparılır heç bir post terminal yoxdur. Rektor Elçin Babayevlə AQTA sədri Qoşqar Təhməzlinin yaxın dostluq əlaqələrinə görə,’’AQTA’’nın BDU daxilindəki yeməkxanalara baş verən nöqsanlara göz yumulur.

Rektorun Universiteti şəxsi əmlakı kimi icarəyə verməsi ilə bağlı fikirləri də içtimaiyyətin rəylərinə buraxırıq.
Olayxeber.org
 
Ardını oxu...
Bloger Mehin Oktaylı Dövlət Gömrük Komitəsindən şikayətçidir.

Bu barədə bloger sosial şəbəkədə məlumat paylaşıb.
Ardını oxu...
Bildirib ki, gömrükdə anasının çamadanı əlindən alınıb: “17 may tarixində anam Nərgiz Zahirova İstanbuldan Bakıya gəlib. Vətənə çatan kimi hava limanında çamadanını əlindən alıblar. İçində sadəcə özünə, mənə və nəvəsinə aldığı geyimlər olub. Satış məqsədli geyimlər gətirilməyib. Anam israrla “açın, baxın çamadana” dediyi halda heç bir işçi açıb baxmadan əlindən alıblar. Hətta kobud rəftar edərək öz tərbiyyələrini göstəriblər. 2 gündür hava limanına getməyinə baxmayaraq hələ də çamadanı vermirlər. Səbəb isə “ürəyimiz belə istəyir” olur. Siz camaatı dolamısınız? Gömrük Komitəsi, İstanbuldan gələn hər kəs özü və ailəsi üçün alış-veriş edir. Mənə maraqlıdır, bu qayda-qanunuz hər bir vətəndaş üçün belədir?! Ya keyfiniz istədiyi şəxsin çamadanını heç bir səbəb olmadan əlindən alırsınız? Bu dövlətin qanunu, qaydası var və heç kim özbaşınalıq edə bilməz. Bir az insaf, bir az vicdan!! O çamadan evə gələcək, amma mən sizdən hər yerə şikayət edəcəyəm”./Unikal
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan Memarlıq və İnşaat Universiteti dövlət satınalmalarının vahid internet portalında 30.04.2025-ci il tarixində 13 tender və kotirovka sorğusunun, 01.05.2025-ci ildə 13 tender və kotirovka sorğusunun nəticələrini dərc edib. Amma iki gün ərzində dərc olunmuş bu 26 satınalma müsabiqələrin başlanma və bitmə tarixləri 2023-2024-cü illər göstərilir. Elə portal üzərindən apardığımız araşdırmada məlum oldu ki, bunlar 2023 və 2024-cü illərdə keçirilmiş satınalmaların yekun nəticələridir. Bəs bu tenderlər üzrə bağlanan müqavilələrə dair məlumatlar satınalmaların portalında nə üçün qanunla müəyyən edilmiş vaxtda deyil, 2025-ci ilin aprel-may aylarında dərc olunur?
Daha ətraflı araşdırdıqda bəlli oldu ki, bu tender və kotirovkaların bəzilərinin yekunlaşması barədə 2023-cü ildə satınalmaların portalında məlumat dərc edilib. Amma müqavilələrin bağlanılması haqqında məlumatlar isə nədənsə 2025-ci ildə dərc edilir. Bütün bunlar isə Memarlıq və İnşaat Universitetinin Satınalma Komissiyası tərəfindən keçirilmiş açıq tender və kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinə, satınalmaların təşkili zamanı saxtakarlıq hallarına yol verilməsinə əsaslı şübhələr yaradır.

Məsələn, 01.05.2025-ci ildə Memarlıq və İnşaat Universiteti tərəfindən 2 saylı tədris binasının cari təmiri üzrə keçirilmiş kotirovka sorğusunda “RM ENGINEERING AND CONSULTING” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 74.738,07 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı dərc edilib. Müsabiqənin başlanma tarixi 05.12.2023-cü il, bitmə tarixi 30.12.2023-cü il göstərilir. Ətraflı araşdırdıqda məlum olur ki, Universitetinin 2 saylı tədris binasının cari təmiri üzrə keçirilmiş kotirovka sorğusu 06.03.2024-cü ildə yekunlaşıb. 72859 nömrəli bu müsabiqənin zərflərinin açılışı isə 24.11.2023-cü il göstərilir.

Buradan sual yaranır. Zərflər paketi 24.11.2023-cü ildə açılmış kotirovka müsabiqəsinin başlanma tarixi 05.12.2023-cü il tarixdə necə ola bilər? Yaxud da 2023-cü ildə yekunlaşmış müsabiqənin nəticəsi niyə 01.05.2025-ci ildə dərc edilir?

Qeyd edək ki, bunlar Memarlıq və İnşaat Universiteti ilə “RM ENGINEERING AND CONSULTING” MMC arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Tərəflər arasında 2022-ci ilin sentyabr-dekabra aylarında abadlaşdırma və cari təmir işləri üzrə ümumi dəyəri 117 min manat olan 3 satınalma müqaviləsi bağlanılıb.

Bundan əlavə, Memarlıq və İnşaat Universiteti 01.05.2025-ci ildə həyətyani sahəsinin abadlaşdırılması üzrə “BƏRPA-AS” MMC ilə 57.995,11 manat məbləğində müqavilə bağladığını dərc edib. Bu müsabiqənin də başlanma tarixi 04.08.2023-cü il, bitmə tarixi 31.12.2023-cü il göstərilir. Ətraflı araşdırdıqda məlum olur ki, bu müsabiqə də 29.09.2023-cü ildə yekunlaşıb.

Bu da Memarlıq və İnşaat Universiteti ilə “BƏRPA-AS” MMC arasında bağlanan ilk müqavilə deyil. Tərəflər arasında 2020-2023-cü illərdə tədris binalarının, idman və yeməkxana korpusunun cari təmiri, tələbə yataqxanasının təmiri üzrə ümumi dəyəri 3 058 577 manat dəyərində 8 satınalma müqaviləsi bağlanılıb. Burada maraqlı bir məqam da var. Belə ki, Universitetin 4 saylı tələbə yataqxanasının təmiri üzrə 26.04.2021-ci ildə 577.060,71 manat dəyərində 18.04.2022-ci ildə isə 969.511,72 manat dəyərində açıq tenderlərin yekunlaşdırılması və “BƏRPA-AS” MMC ilə satınalma müqavilələrin bağlanılacağı açıqlanıb. Universitet tərəfindən birinci müqavilənin bağlanılması barədə portala məlumat yerləşdirilsə də iki müqavilənin bağlanılıb bağlanılmamsı barədə məlumat yoxdu.

Maraqlıdır ki, 2021-ci ildə altı yüz min manat civarında vəsait ayrılmış 4 saylı tələbə yataqxanasının təmirinə bir il sonra bir milyon manata yaxın yenidən vəsait ayrılıb. Maraqlıdır ki, Memarlıq və İnşaat Universiteti bir milyonluq tenderi 12.04.2022-ci ildə başlayıb, 14.04.2022-ci ildə zərflər paketini açıb 18.04.2022-ci ildə isə yekunlaşdırıldığını dərc edib. Cəmi altı günə bir milyon manata yaxın dəyəri olan tender yekunlaşıb. Amma müqavilənin bağlanılması barədə məlumat satınalmaların portalında dərc edilməyib.

Bundan əlavə Memarlıq və İnşaat Universiteti tərəfindən Universitet daxilində liftlərə, şlaqbaun, turniketlərə texniki xidmət və təhlükəsiz istismarın təşkili üzrə keçirilmiş kotirovka sorğusuna dair “ASLİFT” MMC ilə 63.932,4 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb. Məlumat satınalmalarının vahid internet portalında 30.04.2025-ci il tarixdə dərc edilib. Satınalmaların portalına yerləşdirilimiş məlumatda kotirovka sorğusu müsabiqəsinin başlanma tarixi 13.01.2023-cü il, bitmə tarixi isə 31.12.2023-cü il göstərilir. Sual yaranır. Başlanma tarixi 2023-cü ildə olan kotirovka sorğusu 2025-ci ildə necə keçirilə bilər?

Apardığımız daha ətraflı araşdırma zamanı məlum oldu ki, Memarlıq və İnşaat Universiteti tərəfindən tərəfindən 54742 nömrəli müsabiqə 26.12.2022-ci ildə başlanılmış, zərflərin açılış tarixi 09.01.2023-cü il müəyyən edilmiş, müsabiqənin yekunlaşdırılması və “ASLİFT” MMC ilə 63.932,4 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 11.01.2023-cü ildə satınalmaların portalında dərc edilmişdir.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız daha ətraflı araşdırmada məlum oldu ki, Memarlıq və İnşaat Universiteti tərəfindən tərəfindən 54742 nömrəli müsabiqə üzrə iddiaçılara heç bir dəvət elanı verilməmişdir. Portalda 54742 nömrəli müsabiqənin ləğv olnması barədə də heç bir məlumat yoxdur. Bu isə onu göstərir ki, Memarlıq və İnşaat Universitetinin Satınalma Komissiyası portalda iddiaçılara heç bir elan vermədən “ASLİFT” MMC ilə əvvəlcədən işbirliyi qurmuşlar.

Qeyd edək ki, bu da tərəflər arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Belə ki, Memarlıq və İnşaat Universiteti 11.01.2023-cü ildə 12 ay müddətinə liftlərə, şlaqbaun, turniketlərə texniki xidmət və təhlükəsiz istismarın təşkili üzrə “ASLİFT MMC ilə 63.932,4 manat dəyərində, 28.12.2023-cü ildə isə 64.428 manat dəyərində müqavilələr bağlayıb. Bu xidmətin göstərilməsi üçün 2022-ci ildə isə tərəflər arasında 48.073,2 manat müqavilə bağlanılıb. Bir il ərzində müqavilənin qiymətinin 15 min manatdan çox qaldırılması da suallar doğurur.

Göründüyü kimi Memarlıq və İnşaat Universiteti tərəfindən satınalamaların portalında dərc edilmiş məlumatların hər biri özlüyündə bir çox suallar doğurur. Buradan məlum olan odur ki, Universitetdə satınalmalar Qanunun tələblərinə əməl edilmədən, formal olaraq keçirilir. Bu formal keçirilmiş satınalma prosedurlarında saxtakarlıq hallarına yol yerildiyi isə açıq aşkar görsənir. Və bütün bunlar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi kimi ciddi bir dövlət qurumunun rəsmi portalınd dərc edilir. Azərbaycan Memarlıq və İnşaat Universitetində isə bütün bu göstərilənlərin satınalamaların portalında olan yenilənmə ilə əlaqələndirirdilər. Maraqlıdır, ciddi bir dövlət qurumunun rəsmi portalında olan yeniləmə niyə ancaq Memarlıq və İnşaat Universitetinin dərc etdiyi məlumatlarda olur?

Təbii ki, bunlar gözdən pərdə asmaq ücün deyilən sözlərdir. Fakt odur ki, Memarlıq və İnşaat Universitetində satınalmalar formal keçirilir və bunu dolayısı yollarla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də təsdiq edir. Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova isə bunları istəsə də, istəməsə də inkar edə bilməz.

aktualinfo.org
 
Ardını oxu...
Bir ayaqyolunun tikilməsinin problem olduğu şəhərdə yaşıllıqları məhv edib, ticarət mərkəzi timək kimlərinsə "xeyir-duası olmadan” mümkün deyil...
Bakı dərdi ilə əkiz doğulub... Həmişə dərdli, problemli olub və indi də belədir ki, var. Həm də, bu problemlər rəngarəng olmaqdadır: kommunal sahədəki ən xırda qüsurlardan tutmuş, "novostroyka”lara və müxtəlif ticarət mərkəzlərinə qurban verilən yaşıllıqlara qədər. Az qala hər gün paytaxtın ən ağılagəlməz nöqtələrində bir yenilik müşahidə olunur: ya yaşıllıqların məhvi ilə, ya da piyada səkilərinin dağıdılması ilə...

"Yaşıl soyqırım”ın "Memar Əcəmi” nümunəsi
Son günlər ölkə mediasında diqqət çəkən mövzulardan biri də, paytaxt Bakının Cavadxan küçəsində-Memar Əcəmi metrostansiyası yaxınlığında – aparılan tikintidir. Xatırladaq ki, vaxtı ilə bu ərazidə məşhur "Şəki” kafesi fəaliyyət göstərib. Və məlum normalara uyğun olaraq da, paytaxt sakinlərinin sevimli istirahət məkanlarından biri olub...Bəli olub, indi isə fərqli mənzərədir. Ötən günlərdə də bu haqda yazmışıq: (Bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/185330-bak%C4%B1n%C4%B1-q%C9%99zza-zola%C4%9F%C4%B1na-%C3%A7evir%C9%99n-kiml%C9%99rdir.html)
Artıq bu sevimli istirahət məkanından əsər-əlamət qalmayıb. Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, özünü iş adamı kimi tanıdan Zahir Həsənov adlı şəxs nə az, nə çox 20 milyon dəfə "dua” etməklə bu məkanı ala bilib.
Bilənlər bilir ki, "Şəki” kafesi kimi fəaliyyəti dönəmində bu məkanda paytaxtın təbiətinə uyğun müxtəlif ağaclar olub. Ki, təkcə ZAHİRi gözəlliyi ilə deyil, həm də verdiyi təbii rahatlığı ilə faydalı sayılıb.

Ardını oxu...
Təəssüf ki, bütün bunlarla bağlı artıq keçmiş zamanda danışmaq məcburiyyətindəyik. Bakının baş planından, məlum problemlərin həlli istiqamətində atılan addımlardan danışıldığı zamanda növbəti "yaşıl soyqırım”ı müşahidə etmək, həm də bu məsələdə sorumlu olanları diqqət mərkəzinə gətirir. Heç kimə sirr deyil ki, bir ayaqyolunun tikilməsinin problem olduğu şəhərdə yaşıllıqları məhv edib, ticarət mərkəzi timək kimlərinsə "xeyir-duası olmadan” mümkün deyil...
Yeri gəldi-gəlmədi pafosundan qalmayan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, özünü aydan-arı, sudan-duru kimi təbliğ etdirən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin bəhs etdiyimiz "özfəaliyyət”dən xəbərsiz oluğunu düşünmək yumşaq desək sadəlöhvlük olardı... Yeri gəlmişkən qarşıdakı günlərdə hər iki quruma rəsmi sorğu üvnalmaqla mövzunu davam etdirəcəyik

Və son əvəzi...
Bəhs etdiyimiz ünvanda ticarət mərkəzinin tikiləcəyi deyilir... Konkret olaraq fəaliyyət sferası haqqında isə müxtəlif məlumatlar var: Mall da , qızıl satışı mərkəzi də ola bilir.

Obyektin sahibi Zahir Həsənovun isə qardaşları ilə birlikdə uzun illərdir ki, Binə Ticarət Mərkəzində uşaq ayaqqabısının tədarükü və satışı ilə məşğul olduğu məlumdur. Xeyirli-uğurlu olsun da, amma uşaq ayaqqabısı ilə biznes piramidasının bu zirvəsinə ucalmaq da suallarsız ötüşmür...(Yenixeber.org)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Beşlərin davamlı şans gətirdiyi Elşən Salahovun fəaliyyətinin reallığı 5-ə nə dərəcədə layiqdir? Ümumiyyətlə onun həyatında mühüm yer tutan 5-in haqqını verə bilirmi?

"DogruXeber.az" olaraq bu sualların cavabına yerli mətbuatda cavab axtardıq.

"Elşən Salahov həbsin bir addımlığında: İcra başçısını prezidentin qəzəbinə düçar edən hansı əməli olub?" başlığı altında "cümhuriyyet.az" yazır ki, "Buna səbəb Xəzər rayonunun ən böyük qəsəbəsi sayılan Binədə son 4-5 ildə həyata keçirilən çoxsaylı qanunsuz tikililərdir. Hamısı müxtəlif məmurlara, iş adamlarına məxsus olan qanunsuz villalar o qədər genişlənib ki, artıq strateji obyekt olan hava limanı ərazisinə qədər “gəlib çıxıb”. İcra başçısının öz tamahı ucbatından dövlətin strateji obyekti üçün təhlükə yaratması, ali hakimiyyətin qəzəbinə səbəb olub. Məhz bundan sonra Xəzər rayonunda təftiş kompaniyasına start verilib. Aparılan ilkin araşdırmalar nəticəsində hava limanına yaxın ərazilərdə 60-a yaxın qanunsuz villa aşkar eidilib. Məlum olub ki, bu villaların heç birinin tikintisi üçün rəsmi icazəsi olmayıb və bunların hamısı Elşən Salahovun “xeyir-duası” ilə inşa edilib."

"Elşən Salahovun qohumları ilə bağlı ilginc iddialar - Xəzər rayonunda nə baş verir?" başlığı altında "reportyor.info" yazır ki, "Elşən Salahovun Arif adlı yaxın qohumu və onun Yaşar adlı dostu rayon ərazisindəki inşaat işlərinə bu və ya digər formada müdaxilə edir.

Xəzər Rayon İcra Hakimiyyətində heç bir vəzifə tutmayan adıçəkilən şəxslər onların razılığı olmadan inşaat işlərinin aparılmasını qadağan edib. İddia olunur ki, Arif və Yaşar adlı şəxslər onlarla razılaşmayan vətəndaşlara tikinti aparmağa imkan vermir.

Bundan başqa, onlar qeyri-qanuni tikintilərə də rəvac verir. Hətta bunun müqabilində alınan konkret məbləğlər də açılanıb.
Bildirilir ki, onların qanunsuz hərəkətləri barədə yerli icra hakimiyyətinə müraciətlər edilsə də, heç bir nəticəsi olmayıb."

"Elşən Salahov Prezidentin sərəncamını niyə icra etmir? - ilginc fakt" başlığı altında "dia.az" yazır ki, "Buzovna qayalarını zəbt edən tikililərin sökülməsi üçün dövlət başçısının verdiyi tapşırıqdan 3 ilə yaxın vaxt ötür. Amma bu tapşırıq tam yerinə yetirilməyib.
Yada salaq ki, 2024-cü ilin mayında Buzovna qayalığına təbiət abidəsi statusu verilib.

2022-ci ilin iyun ayında Prezidentin sərəncamına əsasən, qayalıqların üzərində tikilmiş qeyri-qanuni tikililər sökülməli idi, ancaq yalnız onun bir hissəsi söküldü.

Prezidentin sərəncamının qulaqardına vurulması səbəbindən haqlı olaraq ciddi şübhələr də ortaya çıxmaqdadır və iddia olunur ki, artıq Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahov həmin obyektin sahibləri ilə anlaşıb və onlarla "bazarlıq etdiyindən" sökülmə qərarından da vaz keçilib."

Həmçinin, "reportyor.info"nun daha bir məlumatında bildirilir ki," Elşən Salahov Samir adlı yaxın adamı vasitəsilə Xəzərdə əməlli-başlı torpaq biznesi qurub.

İddialara görə, artıq rayonda satılmayan yer qalmayıb və artıq səkilərin satılmasına başlanılıb.Qeyd edək ki, qanunsuz tikili Binə qəsəbəsi Ə.İsazadə küçəsində aparılır."

"Elşən Salahovu qorxudan nədir?" başlığı altında" hit.az" yazır ki, "Xəzər Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı həbs edilən qurumun təsərrüfat şöbəsinin müdiri Tural Zeynalovun qısa müddət sonra azadlığa buraxılması ilə bağlı müəmma davam edir.

Xatırladaq ki, əməliyyat 2021-ci ilin mart ayında Baş Prokuroluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən keçirilib. Tural Zeynalov cinayət başında yaxalanıb. O, rüşvət müqabilində qanunsuz olaraq müvafiq tikinti sənədi verərkən qandallanıb.

Aprelin sonlarında məhkəmə qarşısına çıxarılan Tural Zeynalov 200 manat cərimə edilərək azadlığa buraxılıb.

Yeni məlumatlarda iddia olunur ki, keçmiş şöbə müdirinin azadlığa buraxılmasında yerli hakimiyyətin, daha dəqiq desək, Xəzər rayonunun icra başçısı Elşən Salahovun böyük rolu olub. Bu da səbəbsiz deyil. Çünki Tural Zeynalov sənədli evlərə görə sxem-planın verilməsi üçün vətəndaşlardan 3 min manat, sənədsiz evlərin tikintisi üçünsə 5 min manat pul alıb. Bundan başqa, Tural Zeynalov istintaq zamanı Xəzər rayon İcra Hakimiyyətinə təhkim edilən, rayon ərazisində ictimai işlərə cəlb edilməli 575 nəfərdən neçəsinin "ölü can” olduğunu, onlara aid əməkhaqqı kartlarının hansı vəzifəli şəxslərin cibində olduğunu da açıqlayıb.

Onun ifadələri əsasında Xəzər Rayon İcra Hakimiyətinin rəhbərliyi də dindirilib. İddia olunur ki, Tural Zeynalov törətdiyi qanunsuz əməllərin özfəaliyyət olmadığını bildirib. Ən əsası o, "Türkan bulvarı” ərazisinə dair Xəzər Rayon İcra Hakimiyyətindən verilən plan-sxemlərə imza atıb."

Bundan əlavə, rayonun Binə qəsəbəsi, Qala qəsəbəsi, hətta hava limanı ərazisində aparılan qanunsuz tikintilərlə bağlı da portalımızda dəfələrlə məlumatlar yayımlanıb. Lakin, nə Xəzər icra hakimiyyətinin, nə də aidiyyatı üzrə digər (FHN, ƏMDX, ARXKOM) dövlət qurumlarının məsələyə hər hansı bir müdaxiləsi ilə bağlı heç yerdə, heç bir məlumata rast gəlmədik.

Rəsmi sorğularımıza isə ARXKOM xaric bütün aidiyyatı qurumlar ümumiyyətlə susdu. ARXKOM da sanki "iki sevgili arasındakı məktublaşma" kimi "sığallı-tumarlı" cavabı ilə həmişəki kimi "sudan quru çıxmağı" bacardı.

Belə ki, o, "günah məndən getdi" deyərcəsinə, Sabunçu rayonu Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə qanunsuz tikilən 3 mərtəbəli iaşə obyekti, həmçinin Zabrat 1, Balaxanı qəsəbələri və Elşən Mehdiyev küçəsində, eləcə də Suraxanı rayonu 14 iyul küçəsində təsərrüfat təyinatlı ərazidə tikilən yaşayış evləri və sair barəsindəki sorğularımıza verdiyi şablon cavabları kimi, bu dəfə də güya tədbir görülməsi üçün icra hakimiyyətinin üzərinə, bir surətini də redaksiyamıza göndərib, bir addım kənara çəkildi.

Vəssəlam. Bununla da ARXKOM işini bitirmiş hesab etdi.

Sual olunur, ARXKOM, FHN, ƏMDX və Xəzər, Sabunçu, Suraxanı icra hakimiyyətləri hansı qanuni əsasla qeyd etdiyimiz qanunsuz tikintilərə "gözlərini belə sıx yumublar"?!

Əlbəttə qanuni əsas olmadığı üçün, geriyə yalnız bir cavab ehtimalı qalır - hərənin öz payı. Zəhrimara qalmış şəxsi maraqlar təmin olununca kimsənin nə dinməyə dili olmur, nə də görməyə gözü.

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Bu ilin yanvar ayında formalaşmış Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişib. Orxan Adıgözəlzadə Bələdiyyə sədrliyindən çıxıb. O, fəaliyyətini Bələdiyyə sədrinin müavini vəzifəsində davam etdirəcək. Sumqayıtın yeni Bələdiyyə sədri isə Xudadatov Adil Şirindil oğlu seçilib. Qeyd edək ki, Orxan Adıgözəlzadə 44 günlük “Vətən müharibəsi” iştirakçısıdır. O, “Şuşanın azad olunmasına görə,” Xocavəndin azad olunmasına görə”,” Füzulinin azad olunmasına görə “,” Zəfər ” və” Vətən müharibəsi iştirakçısı “medalları ilə təltif edilib. Adil Xudadatov isə daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində çalışıb.

Cəmi 4 aydan sonra şəhər bələdiyyəsi sədrinin dəyişməsi xeyli suallar yaradıb. Ümumiyyətlə, cumhuriyyet.az olaraq bildirək ki, son illərdə Sumqayıt bələdiyyə sədri postu qalmaqallarla yadda qalıb. 2016-cı ildə 10 il Sumqayıt Şəhər Bələdiyyəsinə sədrlik etmiş Əbülfəz Babayevbu vəzifədən azad edildi. Haqqında ciddi iddalar və küllü miqdarda yeyintilər səslənən bu şəxs cəzasız qaldı. Onun ardınca Sumqayıt şəhər bələdiyyəsinə rəhbərlik edən Sultan Hacıyev 2021-ci ildə vəzifəsindən uzaqlaşdırıldı və sədr vəzifəsi müvəqqəti olaraq bələdiyyənin sədr müavini Sərviz Süleymanova tapşırıldı. Abşeron rayonunda uzun müddət icra başçısının müavini işləmiş S.Süleymanovla bağlı da xeyli sayda iddialar var. Maraqlıdır ki, bu şəxs də 2 il sonra heç bir əsas göstərilmədən işə çıxmamaqla postunu buraxdı. O rəsmən sonadək bələdiyyə sədrliyindən çıxarılmasa da 2023-cü ildən vəzifələrini Orxan Adıgözəlzadə icra etməyə başladı. Heç şübhəsiz bütün bu proseslər icra başçısı Zakir Fərəcovun “xeyir-duası” ilə baş verib. Sumqayıtın ilk bələdiyyə sədri olan və bu şəhəri hər dalanına qədər əzbər bilən icra başçısının bütün bu prosersdən kənar durmasını düşünmək ssdəlöhvlük olardı.

Yeri gəlmişkən, cumhuriyyet.az bildirir ki, indi seçilən bələdiyyə sədrinin anonsu hələ seçkidən öncə verilmişdi. Belə ki, bələdiyyə seçkilərinə hələ xeyli qalmış mediada adı müxtəlif qalmaqallarda, torpaq alverində, hətta korrupsiya ittihamında hallanan Adil Xudadatovun sədr olacağı bildirilmişdi. Abşeronda icra başçısı olarkən Xudadatovla işləyən Zakir Fərəcov şəhər bələdiyyəsində onunla daha yaxşı “dil tapacağını”, daha doğrusu məlum planları rahat icra edəcəyini düşündüyündən belə qərar verib. Amma belə görünür ki, Adil Xudadatovun mənfi reputasiyası “yuxarıların” bu plana etirazına səbəb olub. Məhz bu səbəbdən 4 ay sonra Sumqayıt bələdiyyəsində “demokratik seçki ilə” yeni bələdiyyə sədri seçilib. Ən maraqlı məqam yeni sədrin diplom məsələsi ilə bağlıdır. Adil Xudadatovun şəxsi işində onun iki ali məktəb bitirdiyi qeyd olunub. Maraqlıdır ki, hər iki ali məktəb Rusiyada fəaliyyət göstərir. Onlardan biri də Dağıstandakı “universitet” hesab olunur. Maraqlıdır ki, “Kamaz” sürücüsü olan bir şəxs qısa müddətdə iki ali məktəbi necə bitirə bilib? Yəni, Adil Xudadatov o qədər istedadlı və vunderkind biridir ki, bir universitetlə kifayətlənməyib, ikincisində də oxumağa nail olub? Hər halda bunlar açıq suallardır… Təbii ki, bizim Adil Xudadatovun diplomunun saxta olub, olmadığını müəyyən etmək imkanımız yoxdur. Bunu Təhsil Nazirliyi və əlaqəli qurumlar araşdırmalıdırlar. Hər halda ölkənin üçüncü ən böyük şəhərində önəmli postlardan birini tutan şəxsin saxta diplomlu olub, olmaması ciddi məsələdir.

facebook sharing buttontwitter sharing buttonemail sharing buttonsharethis sharing buttonmessenger sharing buttonwhatsapp sharing buttonodnoklassniki sharing buttonprint sharing buttonmailru sharing buttongmail sharing button
 
Ardını oxu...
Şərur rayon Mərkəzi Xəstəxanasında dializdən əziyyət çəkən xəstələri müalicə etmək üçün onlardan rüşvət tələb olunur. Şikayətçilər bildirirlər ki, xəstəxanada pulsuz nəzərdə tutulan dərmanlar onlara pulla satılır, laboratoriya və analiz xidmətləri üçün rüşvət tələb olunur. Rüşvət verməyənlər isə, taleyin ümidinə buraxırlar.
Bundan əlavə, xəstələr palatalarda yataq sayının az olmasından, normal şəraitin olmamasından şikayət edirlər.
Gündəlik Naxçıvan

 
 
 
Ardını oxu...
Faktinfo.az xəbər verir ki,son aylarda Kənd Təsərrüfatı Naziri idxaldan aslılığın artmasına görə günahlandırılır.Eləcə də,bu günlərdə Rusiyadan Azərbaycana qoyun idxalının 47 dəfə artmasına dair nazir tənqid edilir.Məcnun Məmmədov nazirliyə qeyri-peşəkarları gətirdiyindən dolayı da ittiham olunur.
Ümumiyyətlə hazırkı vəziyyətə görə,nazir Məcnun Məmmədovu günahkar bilmək ədalətlidirmi,o,Rusiyadan Azərbaycana qoyun idxalının 47 dəfə artmasına,qeyri-peşəkarların nazirlikdə mühüm vəzifələrə işə gətirilməsinə dair təqsirli bilinməlidirmi?

Faktinfo.az bir daha bildirir ki,Kənd təsərrüfatı sahəsində yüz faizli məhsuldarlığın yüksək olacağına təminat vermək mürəkkəb bir məsələdir.Çünkü gözlənilməz bir təbiət hadisəsi bütün gözləntiləri alt-üst edə bilər.Həmçinin bir il müddəti üçün bu sahədə yüksək rentabellilik əldə edilə biləcəyini gözləməkdə yersizdi.

Hərçənd,pamidor,xiyar,kartof,soğan,kök,badımcan,sarımsaq,çuğundur vəs.kənd təsərrüfatı məhsullarında istehsal həcmini bir il müddətində bərpa edib,yüksək səviyəyə qaldırmaq mümkündür.Amma quşçuluq və heyvandarlıq sahəsində bunu etmək mümkünsüzdü.Bu səbəbdən də Rusiyadan Azərbaycana qoyun idxalının 47 dəfə artmasına,ətin qiymətinin durmadan bahalaşmasına,qeyri-peşəkarların nazirliyə vəzifələrə gətirilməsinə görə,Məcnun Məmmədovu günahkar bilmək düzgün deyil.

Statiskaya nəzər yetirdikdə görünər ki,kənd təsərrüfatı məhsullarının istehsalında kəskin azalma son 6-7 ildə davamlı şəkildə müşahidə olunmağa başlayıb.Tədricən kənd təsərrüfatı məhsullarının idxalı bu illərdə artıb.Bu xoşa gəlməz vəziyyət son 1- 1,5 il ərzində baş verməyib ki,Kənd Təsərrüfat naziri Məcnun Məmmədov hazırkı vəziyyətdən dolayı günahkar bilinsin! Xüsusilə,heyvandarlığın üstündə dayanılacaqsa,bu sahənin inkişafı üçün azı 3 il səy göstərilməlidir.

Etiraf edilməlidir ki,tənəzzül,sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədovun bir illik rəhbərliyi dövründə başladı və İnam Kərimovun 5-6 il nazir olduğu müddətdə davam etdi.Elə kənd təsərrüfatı sahəsində yüksək vəzifələrə naşı və qeyri-peşəkarların gətirilməsi də İnam Kərimovun nazir olduğu illərdə daha çox müşahidə edilməyə başladı.Nəticəsi də bu gün göz qabağındadır.Ona görə də heyvandarlıqda yaranmış mənfi tendensiyaya görə,bütövlükdə nazir Məcnun Məmmədovu günahlandırmaq yersizdi.

Qaldı, Məcnun Məmmədova o, hazırda kənd təsərrüfatı sahəsinin inkişafına maneə olan, nazirlikdən və regionlardan bu sahəyə aidiyyatı olmayan rəhbər şəxslərin vəzifələrindən azad edilməsi istiqamətində qətiyyətli addım ata bilməməsinə görə,tənqid edilməlidir.Məcnun Məmmədova irad,hazırkı vəziyyətdə onun zamanla işdən çıxardılmış,incidilmiş,pisikdirilmiş mütəxəssisləri yerlərdə işlərinə qaytara bilməməsinə görə bildirilməlidir.



***

Qeyd edək ki,kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Rusiyadan Azərbaycana qoyun idxalının 47 dəfə artması ilə bağlı statistikanın müzakirə yaratmasına münasibət bildirib.

EkspertPravda.az-a verdiyi açıqlamada problemin əsas səbəblərini izah edib.Onun sayta verdiyi açıqlamasını təqdim edirik.

Ekspert bildirib ki, bu il əvvəlki ilə nisbətən ölkəyə idxal olunan diri heyvanların sayı kəşkin şəkildə artıb: “Təəssüf ki, Azərbaycan heyvandarlıq məhsullarına, xüsusən, ətə olan tələbatını daxili istehsal hesabına ödəyə bilmir. Ölkəyə idxal edilən diri heyvanlar əsasən kəsim üçün nəzərdə tutulub. Yəni paradoks bundadır ki, nəyə gərə hökumət də daha çox idxalın marağındadır? Çünki idxal olunan diri heyvanlar ölkəyə gətirilir, ölkə daxilində kəsimə verilir və bu, daxili istehsal kimi göstərilir, xaricdən gələn ət kimi yox. Niyə idxal artır, nəyə görə daha baha qiymətə gətirirlər? Çünki başqa çıxış yolları yoxdur. Elə həddə çatıdırıblar ki, ölkədə son 8 ildə iribuynuzlu mal-qaranın sayı iki yüz min baş azalıb. Qoyun və keçilərin sayı isə bir milyon altı yüz on altı min beş yüz baş azalıb. Bu, çox ciddi rəqəmdir. Əgər bu yeddi ildə ölkədə heyvanların baş sayının azalması hər ilə yüz əlli min baş düşürdüsə, 2023-cü ili 2024-cü illə müqayisə edəndə yeddi yüz min başa qədər azalıb. 2020-ci ildən bəri get-gedə bu azalma sürətlə artır. Bu da o deməkdir ki, heyvandarlıqla məşğul olan kəndlilərimiz məcburiyyət qarşısında qalıb heyvanları kəsimə verirlər. Səbəb budur ki, örüş ərazilərində məhsuldarlıq, ot istehsalımız azdır və artıq xırda buynuzlu heyvanları saxlamaq üçün şərait yoxdur. Yem bazası zəif olduğu üçün xırda buynuzlu heyvanları saxlamaq kəndlilərimizə bir o qədər də fayda vermir. Baxmayaraq ki, ölkədə qoyun ətinin qiyməti çox yüksəkdir. İş burasındadır ki, fermerlərimiz daha çox heyvan saxlamaq, daha çox gəlir əldə etmək istəyərlər, ancaq bunu edə bilmirlər. Biz tələbatdan 2,5 dəfə az ot istehsal edirik. Örüş ərazilərində məhsuldarlığın nə qədər aşağı düşdüyünü də statistikada son vaxtlar görürük. Bu da ciddi rəqəmdir”.

Vahid Məhərrəmli Kənd Təsərrüfatı Nazirliyini ciddi tənqid edib: “Təəssüf olsun, Nazirlik bir proqram qəbul etmişdi. Buna görə “təəssüf olsun” deyirəm ki, həmin proqram haradan köçürülmüşdü, haradan əldə edilmişdisə, onun Azərbaycan reallığı ilə heç bir əlaqəsi yox idi, yalnız söz yığınağından ibarət idi. Birincisi, dəqiqliyi ilə müəyyən etmək lazımdır ki, hansı bölgədə nə qədər örüş ərazilərimiz, nə qədər xırda buynuzlu heyvanlarımız var. Dünyada xırda buynuzlu heyvanların sayı çox sürətlə artır. Məsələn, son dörd ildə Çin bu rəqəmi 25% artırıb. Bu tendensiya dünyada gedir. Təsəvvür edin, Yeni Zellandiyanın əhalisinin sayı beş milyon, saxladıqları qoyun, keçinin sayı isə 25 milyondur. Əhalinin sayından beş dəfə artıqdır. Ən ekoloji təmiz ət qoyun ətidir. Azərbaycanlılar da qoyun ətini sevirlər, dəyər verirlər. Qoyun ətini yüksək qiymətə də alırıq, daha çox istehlak edirik. Bu, bir növ yaxşıdır, çünki qoyuna tələbat var.

Bəs Kənd Təsərrüfatı Nazirliyi nə etməlidir? Artıq sadaladım. Xırda buynuzlu heyvanların sayını artırmaq üçün nə etmək lazımdır? Örüş sahələrində məhsuldarlığı artırmaq, təbii otların toxum səpimini həyata keçirmək, yemləmək lazımdır. Yəni mineral elementlər verilməli, suvarma işləri aparılmalı, növbəli otarma həyata keçirilməlidir ki, biz sahənin bir hissəsində heyvan otarırıqsa, digər hissəsində bitki inkişaf etdirməliyik. Növbəti mərhələdə heyvanlar ot yetişən əraziyə köçürülməlidir. Otarılan sahə isə yenidən yemlənməlidir. Xırdalılqlara gedirəm, çünki bu adamlar elementar işləri bilmirlər, qeyri-peşəkardırlar. Kənd təsərrüfatı nazirinə baxın, bu sahəyə tamamilə uzaq adamdır. Neçə ildir, Nazirliyə qeyri-peşəkarları, naşıları gətirirlər. Nazirin müavinləri də belədir, heç bir anlayışları yoxdur. Hansısa tədbirlər keçirirlər, amma o tədbirlərin də kənd təsərrüfatına aidiyyəti yoxdur. Təəssüf ki, tənqid etməliyəm, çünki ortada iş görmürəm. Qışda qar yağanda xırda buynuzlu heyvanların yemlənməsi üçün quru ot tədarükü görülməlidir. Bunu Nazirlik təşkil etməlidir. Mən demirəm ki, kənd təsərrüfatı naziri ot tədarük etməlidir, örüş ərazilərində yemləmə, suvarma işləri aparmalıdır, toxum səpimi həyata keçirməlidir. Nazir hər bir region üzrə imkanlara baxıb, təşkil etməlidir. Heyvandarlıq stimullaşdırılmalıdır ki, kəndlilər marağında olsunlar. Konkret yerlərə bu adamların getmələrinin heç bir faydası yoxdur, mütəxəssislər getməlidir. Ölkədə kənd təsərrüfatında problem təkcə qoyunçuluqda deyil, digər sahələrdə də geriləmə var. Çox ciddi, samballı dövlət proqramı hazırlanmalıdır. İndiyə qədər olanlar kimi yox.

Proqramı da peşəkarlar hazırlamalıdır. Regionların vəziyyətini bilən, orada yaşayan əhalinin təcrübəsini, hansı işlərlə daha çox məşğul olduqlarını müəyyən edən adamlar olmalıdır ki, proqram həyata keçirilsin. Yoxsa get-gedə asılılığımız artacaq. Son bir ildə xırda buynuzlu heyvanların sayında yeddi yüz min baş azalma varsa, deməli, on il sonra bir baş da olsun qoyunumuz qalmayacaq. Qlobal iqlim dəyişikliyi bütün dünyada özünü göstərir. Fəsadlarını da görürük. Digər ölkələr çalışırlar. Qlobal istiləşmənin kənd təsərrüfatına faydası var. Sadaladığım işləri təşkil etsək, məhsuldarlıq sürətlə artacaq. Bitkilər istini sevir, istidə yaxşı inkişaf edir. Yetər ki, onlar üçün münbit şərait yaradılsın. Kənd təsərrüfatı naziri ciddi işlərlə məşğul olmalıdır. Biz isə əksini görürük. Başa düşürəm, nazir də istəyir ki, bir az gözəl, cəlbedici görünsün. Amma nazir cəlbedici görünməlidir tarlalarda, bağlarda! Gedib orada məsləhət verməli, problemlərin nədən qaynaqlandığını öyrənməlidir. Qoyun sürüsünün ortasında heyvanların nə ilə qidanlandıqlarına baxmalıdır. Onda deyərəm ki, hə, bu adam nazirdir. Yoxsa mətbuat onun nəyindən yazır? Kökəldi, arıqladı… Əvvəlki də, ondan əvvəlki də belə idi. Tellərini darayırdılar, güzgünün qarşısında oturub özlərinə baxırdılar. Kənd Təsərrüfatı Nazirliyinin bəxti gətirməyib. Ora gələnlər qeyri-peşəkar, sahədən uzaq, daha çox fransız “duxi”su ilə gəlirlər. Hər kabinetdə bir katibə. Bir dəfə getmişdim, adi bir işçi mənə dedi ki, bu dəqiqə düyməni basım, katibə çay gətirsin. Lap əvvəlki nazirlərin dövründən danışıram. Bir var, hiss edəsən ki, bu adam fermaya gedib, otaqdan ferma qoxusu gəlir. Bunların otağından fransız ətri iyi gəlir...”

Faktinfo.az

Dünyapress TV

Xəbər lenti