Ardını oxu...
Goranboy-Naftalan təhsil sektorunda baş alıb gedən korrupsiya halları, qanunsuzluqlar gizlətməklə Gəncə Daşkəsən regional təhsil idarəsinin Rəhbərliyi və əməkdaşları hansı uğura imza atmaq istəyirlər?

Bu gün saytımıza daxil olan məlumata əsasən Goranboy rayon Zeyvə kənd tam orta məktəbinin direktoru Lamiyə müəllimin tapşırığına uyğun olaraq məktəbin psixoloqu Əsmər müəllim tərəfindən Pul yığılması faktı sübutlarla göndərilmişdir. Lamiyə müəllim Səfikürd məktəbində direktor vəzifəsində işləyən müddət ərzində korrupsiya əməllərinə görə vəzifəsindən çıxarılsa da, az vaxta Zeyvə məktəbinə direktor təyinatı almağa nail ola bilmişdir.Bir neçə ay əvvəl məktəbdə aparılan yoxlama zamanı Lamiyə müəllimə öz izahatında pul yığdığını və həmin pulların Sektorun əməkdaşlarının haqqını ödəmək üçün etdiyini etiraf etmişdir. Lamiyə müəllimənin Atası Rövşən Abışov AXC-nin fəal üzvü olmuşdur. Bu qədər qanunsuzluğa yol verən məktəbin direktorlarının cəza almamsının bir səbəbi var, oda Regionalın Rəhbərliyi və əməkdaşları ilə iş birliyidir. Direktorlar bildirilər ki, bizə tapşırığı Sektor verir ,onlarda regionaldan alır.Beləliklə rüşvət zənciri Elm və Təhsil Nazirliyinə kimi uzanır.Yəqin ki regionalın əməkdaşları açıqlama verəcəklər ki, Direktorun anası onkoloji xəstədir onun sağalması üçün pul yığırıq.Yığılan pulların siyahısını təqdim edirik.

Hörmətli oxucular sizcə bu pullar hara yığılır?

Tehsilmedia.az
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bakının Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən binada artıq bir neçə həftədir ki, qeyri-rəsmi söküntü işləri davam edir.

TEREF Oxu.az-a istinadən xəbər verir ki, sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin söküntü işlərini yalnız yerli işçilərlə deyil, həm də hökumət portalında qeydiyyatsız çalışan əcnəbi vətəndaşlarla həyata keçirdiyini bildirib.

23 may tarixində binada söküntü işlərini videoya çəkməyə çalışan sakinin orada işləyən əcnəbi vətəndaşların təhqir və fiziki təhdidlərinə məruz qaldığı, hətta ona daş da atıldığı iddia edilir.

Ərazidə çalışan şəxslər sakinlərə bildiriblər ki, onlara qapı və pəncərələrin sökülməsi tapşırılıb.

Sakinlər isə bildirirlər ki, ağır alətlərlə - xüsusən kuvaltla aparılan işlər nəticəsində divarlarda çatlar yaranmaqla yanaşı, daş qırıntıları balkonlara və qonşu mənzildə yaşayan sakinlərin üzərinə tökülür.

"Dəfələrlə etdiyimiz şikayətlərə baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi məsələyə münasibət bildirməyiblər. Etdiyimiz zənglər və yazdığımız məktublar cavabsız qalıb", - deyə şikayətdə bildirilib.

Sakinlər onu da qeyd edirlər ki, "mülkiyyətçilər öz evlərində söküntü aparırlar" bəhanəsi ilə həyata keçirilən bu qeyri-qanuni proses onların psixoloji vəziyyətinə mənfi təsir göstərir və məqsəd binanı qəza vəziyyətə salmaqdır.
 
 
Ardını oxu...
Tehsilmedia.az saytının redaksiyasına daxil olan şikayətlərdən biri də Füzuli Təhsil Sektorunun müdiri Ramella Məmmədovadandır. Belə ki, Ramella Məmmədova öz haqqını tələb edən, sevilən və seçilən müəllimlərdən Sifahanov Coşqunun haqqına girmiş və müxtəlif oyunlarla özbaşınalığa yol açmışdır. Belə ki, Coşqun Sifahanov Füzuli rayon 39 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərir. Müəllim 2023-cü ildə direktorların işə qəbulu imtahanında iştirak etmiş və hər iki mərhələdən uğurlu keçmişdir. Komissiya rəyinə uyğun olaraq müavinlik üçün uyğun görülmüşdür. Ehtiyat kadrlar siyahısına daxil olmuşdur. Elə problemlər də buradan
başlamışdır. Əvvəlcə, öz məktəbinə müavin kimi təyin ediləcəyi gözlənilsə də, Nazirliyin
əmrinə müvafiq olaraq metodbirləşmələrin ləğv edilməsi ilə həmin məktəbə metodistlərdən birini müavin təyin etdilər. Beləliklə, 26 dekabr 2024-cü ildən Zərəntac Məmmədova Füzuli rayonu 39 nömrəli tam orta məktəbin direktor müavini kimi
fəaliyyətə başlamışdır.

Amma Coşqun Sifahanov 6-7 aydır ki, heç bir vakansiyaya yerləşdirilmir. Rayonda kifayət
qədər vakansiyalar olmasına rəğmən heç bir vakansiyaya təyin edilmir. Məsələn, Horadiz
şəhər 3 nömrəli məktəbin müavini olmadığı halda ora təyinat verilmədi, bildirildi ki,
oranın adamı var. 3 ildir oranın müavini Füzuli rayonu 39 nömrəli məktəbdə direktor idi.
Nəhayət, metodbirləşmələr ləğv olunduqdan sonra oraya müavin təyin edildi. Madam
imtahanın heç bir əhəmiyyəti yoxdur, hamı ürəyi istəyəni təyin edir, onda niyə Coşqun
Sifahanov yenidən imtahan verməlidir?! Belə ki, müəllim imtahanı uğurla versə də,
komissiya rəyi olsa da, müəllim Ramella Məmmədovun istəyinə əsasən heç bir təyinat
ala bilmir. Bu haqda qanuni səviyyədə dəfələrlə həm Füzuli Təhsil Sektoru müdiri
Ramella Məmmədovanın, həmçinin Qarabağ Regional Təhsil İdarəsi müdiri Sənan
Mənsimlinin qəbulunda olsa da, heç bir nəticə yoxdur. Ramella xanım Sənan
Mənsimlinin üzərinə atır, özünün heç bir səlahiyyətinin olmadığını vurğulayır.

Bir il öncə Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları Ramella xanıma bildirirlər ki, rayonda
Qayıdış qəsəbəsində müavin yeri vakant olan məktəb var, rayonda da iki nəfər müəllim
ehtiyat kadrlardadır: Mətin Qasımov və Coşqun Sifahanov. Bunu deyən kimi Ramella
Məmmədova deyir: “Coşqun o məktəbə getməz, ora başqa adam təyinat verin”. Bu da bir
daha göstərir ki, Ramella Məmmədova təkbaşına, müəllimi dinləmədən qərar verir.
Beləliklə, bir gənc müəllimin arzuları və xəyallarını puç edir. Dəfələrlə qəbulda olsa da,
konkret bir səbəb bildirmədən sadəcə olaraq yenidən imtahan verin bildirilmişdir. Hansı
ki, Coşqun müəllim imtahandan uğurlu keçdiyini, komissiya rəyi olduğunu bildirir və
əgər bu gün təyin olunmursa, yenidən imtahan verməyin də bir mənası olmadığını, onda
da təyinat verməyəcəklərini dilə gətirir. Çünki hər mərhələdən uğurla keçdiyi halda heç
bir təyinat verilmirsə, demək ki, bu birbaşa oyundur. Bundan əlavə, Ramella
Məmmədovanın kobud rəftarı, mən belə istəyirəm, mənim arxam var, heç kim mənə heç
nə edə bilməz. Mənim ürəyim belə istəyir, get əlindən gələni et görüm nolacaq-kimi
danışıqları hən təhsil sahəsində çalışan işçiyə layiq deyil, nə də ki, bir müəllimə qarşı
düzgün etik davranış deyil. Qeyd edək ki, Coşqun Sifahanovun qardaşı Qarabağda əhrəmanlıqla döyüşən və qazi adı alan, 5 medalı olan igidlərimizdəndir. Amma nə fayda
Ramella xanım, mənə heç kim heç nə edə bilməz, Burda mənəm, Bağdadda kor xəlifə
deyərək işini davam etdirir. Dəfələrlə qanuni və mədəni səviyyədə müraciət edilsə də,
hamısında təkrarlanmış məktublar göndərilmiş və qəti şəkildə səbəb bildirilməmişdir.
Demokratik ölkədə yaşadığımızı əsas götürərək Coşqun Sifahanov son olaraq Elm və
Təhsil Naziri Cənab Emin Əmrullayevin qəbuluna yazılmışdır. Əməkdaşlar qəbul zamanı
Coşqun müəllimi MÜTDA-nın direktor müavini Arslan Hacıyevə yönləndiriblər. Arslan
Hacıyev mütləq məsələnin həll edəcəyini bildirsə də, bu həftə içində yenə eyni məktub
gəlmiş və heç bir səbəb bildirilməmişdir.
Bilə-istəyə təyinatın verilməməsi, Ramella Məmmədovanın açıq-aşkar şəkildə heç kim
mənə heç nə edə bilməz, istədiyimi edərəm, get sən də nə istəyirsən et deməsi heç də
birmənalı qarşılanmır.
 
Ardını oxu...
Mingəçevir şəhər sakini Cəfərov Mübariz Fərman oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Ədliyyə Nazirliyi tərəfindən haqsızlıqla qarşılaşır:

“Mən, Cəfərov Mübariz Fərman oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, 2013 və ya 2014-cü ildə Ucar rayon Əlikənd kənd sakini, qaynım Zamanov Şöhrət Miri oğlu Mingəçevir şəhərində fəaliyyət göstərən “Unibank”dan 2000 dollar məbləğində kredit götürmüşdür. Qaynım olduğu üçün ona zamin durmuşam. 2015-ci ildə devalvasiya ilə əlaqədar pulu vaxtında tam ödəyə bilməmişdir.

07.11.2016-cı il tarixdə pul ödənilmiş və Ucar Rayon Məhkəməsinin 2(063)-1472 nömrəli 07.11.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar verilmişdir. Bank isə bizə məlum olmayan əsaslarla Zamanov Şöhrət Miri oğlunu yenidən "borclu şəxs" kimi göstərmişdir. Məhkəmə də Zamanov Şöhrət Miri oğluna 812.5 dollar və 20 manat xidmət haqqı ödənilməsi barədə xəbərdarlıq göndərmişdir. Əldə olan qərarı göstərdikdən sonra bir müddət durğunluq olmuşdur.

19.02.2025-ci il tarixdən Mingəçevir şəhər probasiya xidmətindən mənə xəbərdarlıq göndərildi ki, Zamanov Şöhrət Miri oğlunun borcunu sən ödəməlisən, əks təqdirdə əmlakınız müsadirə olunacaq, ölkədən kənara cıxa bilməyəcəksiniz. Ucar Rayon Məhkəməsinin xitam verilmiş qərarını probasia xidmətinə göstərdim. Mingəcevir probasiya xidmətində Ruqiyyə Şərifova bildirdi ki, bu qərar bu borca aid deyil. Bankla əlaqə saxladı, Ramin adlı şəxs bildirdi ki, Zamanov Şöhrət Miri oğlunun 255 dollar, yəni 341 manat borcu qalıb. Probasiya xidməti isə onlara əlavə olaraq 96 manat pul keçirəcəyimizi bildirdi.

Mən Ruqiyyə Şərifova adlı xanıma öz etirazımı bildirdim. Nə əsasla 431 manata qarşı 96 manat tələb etdiyini soruşdum. O isə bildirdi ki, məhkəmə 812,5 dollara qərar verib, biz onu əsas götürürük.

Beləliklə, maşınıma stop qoydular. Ödəniş tam bitəndən sonra maşını götürə biləcəyimi dedilər.

Məhkəmin qərarı olduğu halda 532 manat pul ödəmişəm. İcra məmuru 98 manat pulu isə icra xidmətinə çıxdı. Ruqiyyə Şərifova məhkəmənin qərarını saymadı.

Qeyd edim ki, 2 övladım 44 günlük Qarabağ müharibəsinin iştirakçısdır. Cənab prezidentimiz, Ali baş komandan İlham Əliyev tərəfindən medallarla təltif olunublar. Böyük oğlumun 3 medalı, kiçik oğlumun isə 2 medalı var.

Devalvasiya ilə bağlı Prezidnet o vaxt qərar vermişdi ki, vətəndaşların ödədiyi artıq pullar geri qaytarılsın. Heç onu da bizə qaytarmadılar. İndi də borclu şəxs qalıb bir qıraqda, zamin duran adamı sıxışdırırlar. Pul götürən şəxs də arxayın oturub evində ki, əlimdə məhkəmənin qərarı var. Arada qalan, əmlakına stop qoyulan isə mənəm.

Bu qədər də olmaz axı? Hazırda mən ölkəni tərk edə bilmirəm, əmlakıma stop qoyublar. Xahiş edirəm, səlahiyyətli qurumlar bununla bağlı tədbir görsünlər".
Ardını oxu...
İctimai Televiziyanın "Sabaha saxlamayaq" verilişində stomatoloqlardan biri iddia edib ki, TƏBİB onları həbslə təhdid edib. Onun sözlərinə görə, qurum diş həkimlərini polislə hədələyib. Deyilib ki, polisin əli ilə ciblərinə pul qoyulacaq və tutduracaqlar. Anaxeber.com yazır ki,
bu fikirlər heç də sıradan platformada səslənməyib - İTV-də. Əslində stomatoloq bu iddiaları səsləndirirsə, TƏBİB rəhbərliyi Azərbaycan polisinə hörmətsizlik edib, onun imicinə xələl yetirib, ünvanına böhtan atıb.
İkincisi, bəlli olur ki, stomatoloqlarla bağlı yaranmış problem məhz ictimailəşdiyi üçün TƏBİB onlarla görüşərək məsələni həll etməyə məcbur qalıb. Yəni əks halda, diş həkimlərindən aylıq 1200-1800 manat tələb olunacaqdı. Faktiki bu vəsaiti istəməklə TƏBİB stomatoloqların "dişini çəkmiş" olurdu. Guya bu pul stomatoloji kabineti normal olmayan, gəlir gətirməyənlərə aiddir.
Belə desək, icarə haqqı tələb edilən otaqların heç biri təmirli deyil, zəruri avadanlıqlarla təmin olunmayıblar, stomatoloq kimi fəaliyyət göstərən şəxs həm otağı təmir etməli, həm avadanlıqlar almalı, həm də aylıq icarə haqqı ödəməlidir. TƏBİB cavab verir ki, "plan" qoyulmayıb. Lakin qurum nümayəndələri həkimlərlə görüşdə etiraf ediblər ki, TƏBİB gəliri az olan stomatoloqlara guya öz hesabından maaş ödəməli olur. Amma TƏBİB həm də açıqlamasında stomatoloqların gəlirərini gizlətdiyini, maliyyə uçotundan yayındığını iddia edir. Bir sözlə, Vüqar Qurbanovun icraçı direktoru olduğu bu qurum stomatoloqlara hücum çəkib, onlara "haqq" qoyub, indi işin üstü açılıb deyə geri çəkilib. Hətta görüşdən sonra Ağcabədi, Hacıqabul rayonlarının mərkəzi xəstəxanasının diş həkimləri də jurnalistlərə bildiriblər ki, müzakirə zamanı aylıq 1200-1800 manat ödəmək imkanı olmadığı TƏBİB rəhbərliyinin nəzərinə çatdırılıb. Sitat: "
TƏBİB özü-özünü maliyyələşdirən qurumdur. Onlar istəyirlər ki, xəstəsi olmayan həkimləri işdən uzaqlaşdırsınlar. Biz də dedik ki, rayonda aylıq 1200 manat ödəməyimiz mümkün deyil. Bizdən sadəcə ay ərzində 15-20 xəstə qəbul etdiyimizə dair qəbz göstərmək tələb olunur ki, TƏBİB bizi işdə saxlaya bilsin. Burada məsələ ay ərzində xəstəsi olmayan həkimlərin işdən uzaqlaşdırılmasıdır”.
Maraqlıdır, TƏBİB xəstəsi olmayanları hansı əsasla işdən azad edə bilər? Üstəlik, inandırıcı görünmür, bu gün diş həkimlərinin kifayət qədər xəstəsi var. Bu məsələdə hiss olunur ki, TƏBİB aylıq "plan" tələbini ört-basdır etmək üçün belə izahlar irəli sürməyə çalışıb. Yəni qurum rəhbərliyi açıq şəkildə rüşvət istədiyini gizlətməyə can atıb. Bəs İTV-nin efirində həkimləri həbslə təhdid edilməsi barədə səslənən iddialar nədir?
Bu faktlar, pul tələbi göstərir ki, TƏBİB bir struktur olaraq özünü doğrulda bilməyib. Ümumiyyətlə, səhiyyə sistemi sistemsiz, dağınıq, xaotik görünür. Çünki səlahiyyət bölgüsü, funksionallıq, nəzarət mexanizmi bərbad və anarxikdir. Bu gün Səhiyyə Nazirliyinin səlahiyyətləri ilə TƏBİB-in funksiyaları bir-birinə qarışıb. Ona görə vahid sistemə, bir strukturun saxlanmasına ehtiyac var. Olmayan Azərbaycan səhiyyəsində iki qurumun fəaliyyətinə nə zərurət var? Bütün bunlar izafi xərclər deməkdir. Onlardan biri saxlanmalıdır. Çünki hər qurum öz tələbləri ilə əlavə problemlər yaradır. Sonuncu diş həkimləri idi. Vüqar Qurbanovun "xaç atası" kimi bir "mafiya" yaradıb stomatoloqları həbslə qorxutması, aylıq "plan" istəməsi göstərir ki, TƏBİB rəhbərliyi özünü keçmiş MTN generalı Akif Çovdarov kimi aparır...

Azər Talıbov
Anaxeber.com
 
Ardını oxu...
201 saylı məktəbin direktoru Afaq Əliyevanın vəzifəsindən sui-istifadə hallarına yol verdiyini göstərən səs yazılarını yayımladıqdan sonra, vəziyyətdən çıxış yolu axtaran direktor həmin səs yazılarının guya ona aid olmadığını və montaj edildiyini bildirir.
Səs yazıları ilə bağlı ekspertiza aparılmasını istəyir. Maraqlıdır, ekspertiza səs yazılarının ona aid olduğunu təsdiqləyəndən sonra Afaq Əliyeva öz qanunsuz əməllərinə don geyindirmək üçün hansı vasitələrə əl atacaq? Bunu zaman göstərəcək. Ancaq 201 saylı məktəbin direktoru Afaq Əliyevanın özbaşınalıqlarını əks etdirən növbəti video və səs yazılarını təqdim edirik. Belə ki, təqdim etdiyimiz videodakı müəllimlər, 201 saylı məktəbin 10d sinfinin Coğrafiya müəllimi və sinif rəhbəri Elmira Nəcəfovadır. Səs isə 8r sinfinin sinif rəhbəri, həmçinin məktəbin həmkarlar təşkilatının sədri Valeh Cəbrayılova məxsusdur.
Məhz Afaq Əliyevanın təhsil cinayətlərinə qarşı mübarizə apardığına görə, Svetlana Hüseynova onun təhdid, şantaj və böhtanlarına məruz qalıb, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarılıb, bugünədək təqib olunmaqdadır.
Afaq Əliyevanın TəhsilMedia.Tv-də yayımlanan səs yazılarının eyni şəxsə məxsus olması isə heç bir şübhə doğurmur. Məhz buna görə Afaq Əliyevanın səsini inkar etməsi absurddur, səsləri dinləyən hər kəs bu eyniliyi təsdiq edir və direktorun inkarının onun növbəti oyunu olduğunu başa düşür.

tehsilmedia.az

 
Ardını oxu...
Bakıda xəstə əməliyyatdan 19 gün sonra ölüb.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə Respublika Diaqnostika Mərkəzində baş verib.

Cəlilabad sakini, 3 uşaq anası 30 yaşlı Vəfa Yunusova kəskin baş ağrısı səbəbilə ailəsi ilə birgə Bakıya gəlib. Müayinələrdən sonra ona "vazospazm" - yəni beyin damarlarında daralma və büzüşmə diaqnozu qoyulub.

Uzun sürən müalicələrdən sonra o, bu il mayın 1-də Respublika Diaqnostika Mərkəzində neyrocərrah Tural Rəhimli tərəfindən beyin əməliyyatına cəlb olunub.

Mayın 20-də isə Vəfa Yunusova elə əməliyyyat olunduğu xəstəxanada dünyasını dəyişib.

Mərhumun ailəsi iddia edir ki, onun vəziyyəti əməliyyatdan dərhal sonra ağırlaşsa da, onlara heç bir məlumat verilməyib.

Mərhumun qardaşı bildirib ki, mayın 1-də əməliyyat olunmuş bacısından ayın 13-dək cavab ala bilməyiblər. Əməliyyatın risk daşıdığı ilə bağlı da onlara əvvəlcədən heç bir məlumat verilməyib.

Hətta iddia edirlər ki, qadın 1 həftə əvvəl ölüb, lakin gec açıqlanıb.

Həmçinin əməliyyat icbari tibbi sığorta paketinə daxil olsa da, Vəfa Yunusovanın həyat yoldaşı tərəfindən neyrocərrah Tural Rəhimliyə 10 min manat əlavə pul ödənildiyi də səsləndirilən iddialar sırasındadır.

İddialarla bağlı Respublika Diaqnostika Mərkəzinin neyrocərrahı Tural Rəhimli açıqlamasında Vəfa Yunusovanı "vazospazm" səbəbindən itirdiklərini bildirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərfindən araşdırma aparılır.

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
"5 şəhid verən bir nəslin nümayəndəsi evsiz qalıb, amma bir tərəfi erməni olan şəxs 2 evin sahəsini birdən alıb"

Laçın şəhər sakini, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Q massivi, ev 2, mənzil 16 ünvanında yaşayan Abışova Solmaz Yusifəli qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir:

"Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Allah sizlərdən razı olsun, hər bir problemimizə, dərdimizə can yandırmısınız...

Bildirim ki, Laçın şəhərində, Bayraq Meydanının yaxınlığında 2 mərtəbəli, pilləkənləri evin içərisindən olan gözəl bir bağ evimiz olub. Məlum səbəblərdən biz də öz doğma yurdumuzdan qaçqın düşmüşdük. Torpaqlarımız alınanda hər bir azərbaycanlı kimi, bizim evdə də bayram oldu. İllər sonra elimizə-obamıza qayıtmağın həyacanı bizlərə qürür hissini yaşatdı.

Bir müddət sonra qohumlarımız bizdən qabaq elimizi-obamızı ziyarətə getdilər. Oradan zəng vurub bildirdilər ki, sizin eviniz sökülüb, eyni materiallarla başqa bir yerdən ev tikilib.

Bizim evimizin ətrafı qaynanamən və digər qohumların evi ilə əhatə olunmuşdu. Biz ordan çıxmamışdan qabaq evi demək olar ki, yeni tikmişdik. Qohum-qonşularla da sıx əlaqəmiz olub.

Ermənilər həmin evi sökərək, biraz qabaqdan, eyni materialla sökdükləri kimi ev tikiblər. Qaynanamın və qonşularımın evləri isə tamamilə dağıdılıb, yerində futbol meydançası inşa edilib.

Təsəvvür edin, evimdə olan əşyalar belə hələ durur.

Nəslimizin 5 şəhidi var. Mən heç vaxt bundan istifadə edib nələrsə etməmişəm, etmərəm də. Amma təəssüflə qeyd edirəm ki, bir tərəfi erməni olan şəxs mənim evimə köçərək evimi əlimdən alıb. Görün, bizə təkrar hadisələri necə yaşadırlar. Ermənilərdən az çəkmiş kimi, bir də öz xalqımın nümayəndəsi onun olmayana sahib çıxır.

2023-cü ilin may ayında AzTV kanalından Laçınlı ailə kimi bizə təklif gəldi ki, sizi Laçına aparırıq, orda çəkiliş olacaq. Yoldaşımın ağrıyan vaxtları idi. Bu, mənim üçün əsl fürsət oldu. Yoldaşımı doğma yurduna aparacaqdım, rəhmətə getməmiş oraları bir daha dünya gözü ilə görəcəkdi.

Getdik, çəkiliş oldu. Evimizi, torpağımızı gördük, göz yaşlarımızı saxlaya bilmədik. Bu, biz laçınlılar üçün qürür idi. Yenidən o müqəddəs torpaqlara ayaq basırdıq. Oradakı şəhid məzarlarını da ziyarət etdik.

Hazırda bizim evi şəhid ailəsi olan Mehdiyev Nicat Yasin oğlu mənimsəyib. Özləri ilə danışıb həll etməyə çalışmışıq, lakin onları müdafiə edən yüksək vəzifəli məmurlar olduğundan, əlimizdən heç nə gəlmədi. Bu günə kimi döymədiyimiz qapı qalmayıb.

Mehdiyev Nicat Yasin oğlunun ulu babasının Laçında kinoteatrın yaxınlığında evi olub. İndi isə öz evlərinə yox, bizim evə köçüblər. Hətta onu da qeyd edim ki, dövlət tərəfindən onlara Qobu qəsəbəsində də ev verilib.

Evi mənimsəmələri bir yana, köç başlayandan sonra evin hasarlarını Çin səddi kimi çəkərək, digər sakinlərin həyətlərinə girişinə mane yaradırlar. Evin arxa tərəfi, yəni bizim köhnə evin yeri və qaynanamgilin həyətinə giriş yolu bağlanmışdır. Bu səd yalnız bizim həyətlərə girişi yox, bizdən başqa 5 qonşunun evinə girişi də məhdudlaşdırmışdır.

Şikayətimlə bağlı Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Əhməd oğlu Məmmədovun qəbulunda oldum. Bildirdim ki, Məsim müəllim, ermənilər evimin yerini dəyişərək, mənim materiallarımla biraz yuxarıda həmin evi inşa ediblər. Hazırda isə sənədləri mənim adıma olan evimdə başqaları yaşayır. Bunu da qoydum bir qırağa, indi də böyük bir səd çəkərək, mənim və 5 qonşumun həyətinə girişimizi məhdudlaşdırıblar.

Məsim müəllim dərhal həmin yerə baxış keçirərək, çəkilmiş səddi sökdürdü. Hətta bildirdi ki, ev də sökülməlidir.

Mehdiyev Nicatın özü hazırda Yaşıllaşdırma İdarəsində işləyir. Mehdiyev Nicatın ulu babası Laçında yaşayıb, özü və yaxud da atası yox. O, “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımovun sayəsində "at oynadır", heç bir qanuna baş əymir.

Hasarın sökülməsini eşitdiyimizdə həm, öz adımızdan, həm də qonşular adından təşəkkür edib, Bakıya qayıtdıq. Çünki torpaqda ev yoxdur, bizə aid ev mənimsənildiyindən, yaşamağa yerimiz yoxdur. Bu səbəbdən də dövlət tərəfindən həmin yerdə ev tikilənə kimi Bakıya qayıtdıq.

Tam əminliklə onu da deyim ki, Mehdiyev Nicatın babasının ermənilərlə qohumluğu olub. Bunu hələ biz orda yaşayan vaxtdan bilirdik. Çünki onlar erməni dilində danışırdılar. Görusdan olan erməni qohumları var idi. Bir tərəfləri erməni olan insanları hazırda Binnət müəllim müdafiə edir. Müdafiə etməsi bir yana, 5 nəfərin evini əlindən alırlar. Həmin ərazidə ev tikilməsinə icazə vermirlər. Çünki Nicat bəy oraları mənimsəyib. Ən gözəl, ən bahalı yerdir.

Bir müddət keçəndən sonra isə yenidən qonşular dedilər ki, "Çin səddi" yenidən tikilir, video çəkildi, göndərildi bizə. Yenidən Mənsim müəllimə müraciət etdik, bildirdi ki, ola bilməz, icazəsiz belə bir addımı atmazlar, orada tək sizin yox, başqa insanların da evləri olacaq.

Getdik və öz gözümüzlə gördük ki, bəli, bu dəfə daha qalın bir hasar çəkilir. Bizə isə başqasının həyətindən yol vermək istəyirlər. Məhlə sahibi də haqlı olaraq narazıdır. Qanunla sökülən hasar sonradan qanunsuz olaraq tikilib və Binnət müəllim də sökülməməsi üçün əllərindən gələni edir. Həmin evin əhatəsinə qala kimi hasarlarla tikiblər. Ora işlədilən daşlarla bir ev tikib başa gətirmək olardı. Bunu video görüntülərdən də görəcəksiniz. Həmin şəxsin özü də dəfələrlə deyir ki, əlinizdən gələni edin, heç nəyə nail ola bilməyəcəksiniz.

"Qaçqınkom"dan da öyrənmişəm, ev erməni tərəfindən tikilən ev kimi təsdiq edilməyib. Erməni tikən evi Binnət müəllimin əli ilə sənədləşdiriblər. Binnət müəllim isə deyir ki, evi sökə bilmərik. Deyirəm bəs necə olur, onun hasarı 5 ailəni evsiz qoyur?! Binnət müəllim isə bu olanlara göz yumur.

Biz son 30 ildə çəkdiyimizi çəkmişik, rəsmi qurumlardan xahiş edirik ki, bundan sonra bizə vətən həsrəti, ev həsrəti çəkdirməsinlər.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində “qara mühasibat” bərpa edilib?..

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində sözdə aparılan “islahatlar”ın sədr Zaur Mikayılovun idarəçilik sistemində ciddi problemlərinin olduğunu göstəririr

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində aparılan kadr islahatı nəticəsində bir çox rəhbər vəzifələrdə, o cümlədən rayonlardakı idarələrdə müdirlər kütləvi şəkildə dəyişdirilmişdi. Xatırladaq kİ, həmin kadrlar 30 il müddətində dövlət büdcəsindən ayrılan milyonları talan edən korrupsioner kadrlar kimi tanınırdılar və bu üzdən də Zaur Mikayılovun bu addımı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində yeni bir dönəmin başlanğıcı kimi qəbul edilirdi.

Lakin Poliqon-nun ayrı-ayrı rayonıadan əldə etdiyi məlumatlara görə, təqribən bir il əvvəl işdən çıxarılan idarə rəislərinin 90 faizi yenidən öz yerlərinə, ya da digər idarələrə rəhbər vəzifələrə təyinat alıblar. Bi isə təəccüb və təbii olaraq sual doğurur: İslahatçılar düşərgəsindən olan Zaur Mikayılovun yenidən keçmişə dönüş etməsi nəylə bağlıdır?

Qeyd edək ki, adları uzun illərdir korrupsiyada hallanan bu idarə rəislərinin islahat adı altında yenidən öz vəzifələrinə, ya da başqa vəzifələrə təyin edilmələri sadəcə gülünc görünür.

Əldə etdiyimiz məlumata görə Zaur Mikayılovun keçmişə dönüşü təkcə “kadr islahatı”ilə bağlı deyil. Bəzi iddialara görə qurumda “qara mühasibat” da bərpa edilib və rəhbər vəzifələrdə çalışanlara “paketlər” verilir. Amma maraqlıdır ki, bu “paketlər”in “ikinci maaş kartı”na köçürüldüyü bildirilir.

Bu barədə Sabirbaddan aldığımız məlumat da bu iddaları təsdiqləyir. Məlumatda bildiririlir ki, adı uzun illərdir korrupiyada hallanan idarə rəhbərlərindən biri olan Sabirabad Suvarma Sistemləri idarəsinin rəisi Şafiq Heydərov yerlisi və himayədarı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin köməyi ilə yenidən idarəsi rəisi təyin edilməyə nail olub. Xatırladaq ki, Zakir Quliyev uzun illər boyi Əhməd Əhmədzadənin müavini olaraq çalışıb. Ölkə mətbuatında korrupsioner və orta səviyyəli oliqarx kimi tanınan Zakir Quliyev Zaur Mikayılovun dönəmində də qurumda öz gücünü qoruyub saxlaya bilib.

Sabirabaddan aldığımız məlumatda bildirilir ki, Şafiq Heydərov Əhməd Əhmədzadənin “qızıl dövründə” olduğu kimi işləyir.

Maraqlıdır ki, Şafiq Heydərova Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən əlavə əmək haqqı kartı verildiyi iddia olunur və iddiaya görə bu karta hər ay əmək haqqının 3 qatı qədər pul vurulur. Eyni zamanda Sabirabad Suvarma Sistemləri rəisinin müavininin də ikinci “əməkhaqqı kartı” var və bu karta müdir müavinin maaşının 2 misli qədər pul köçürülür.

Qeyd edək ki, bu halın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyindən xəbərsiz həyata keçirilməsi mümkün deyil...

Hər ay qanuni və qanunsuz 6 min manat əmək haqqı alan Şafiq Heydərovun yenə də köhnə əməllərə əl atdığı deyilir. Məlumata görə Sabirabad rayonunda yerləşən qamış basmış drenajlar Suvarma Sistemləri İdarəsinin adı olub, özü olmayan işçiləri tərəfindən yandırılaraq təmizlənir. Həmin “işçilərə” maaş verlməsi ilə bərabər yandırılaraq təmizlənən drenajlarda texnikaların işləməsi sənədləşdirilir və hər ay külli mqidarda yanacaq silinir.

Başqa bir məlumatda isə qeyd olunur ki, Sabirabad Suvarma Sistemləri idarəsinin balansından olan nasos stansiyalarının demək olar hər birində iki nəfər adı olub özü olmayan işçi var. Bu isə xeyli sayda maaş kartının hələ də Şafiq Heydərovun cibində olmasında xəbər verir.

Yəni Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində üzdə “islahat” adına faktiki olaraq hər şey keçmişə qaytarılıb...

Qeyd edək ki, bütün bu iddialarla bağlı Poliqon sorğu ilə Sabirabad Suvarma Sistemləri İdarəsinə müraciət edib. Sorğu ilə bağlı idarənin Mustafa adlı əməkdaşı bizimlə əlaqə saxlayaraq bildirib ki, iddialar həqiqəti əks etdirmir. Çox təəssüf ki, Mustafa müəllim Sabirabad Suvarma Sistemləri idarəsində hansı vəzifə daşıdığını bizə söyləmədi.

“İndi heç kim keçmiş zamanlarda olduğu kimi işləmir. Buna görə də həmin iddiaların heç bir əsası yoxdur”, deyə Sabirabad Suvarma Sistemləri İdarəsinin əməkdaşı bildirib.

Poliqon.info
 
Ardını oxu...
Yardımlı rayonu, Allar kənd sakini Rəhmanlı Fərəc Abizər oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.

DogruXeber.az: - Şikayətçi iddia edir ki, Allar kənd orta məktəbin direktoru Əbilov İlyas Xıdır oğlu qanunsuzluqla məşğuldur. Şikayətçinin redaksiyamıza göndərdiyi şikayət məktubunu olduğu kimi dərc edirik:

“Mən, Rəhmanlı Fərəc Abizər oğlu, sizə Yardımlı rayonu, Allar kənd tam orta məktəbinin direktoru Əbilov İlyas Xıdır oğlunun qanunsuz fəaliyyəti və təsdiqlənmiş korrupsiya əməlləri barədə məlumat vermək istəyirəm.

Əvvəla qeyd edim ki, hüquq-mühafizə orqanlarının və aidiyyəti dövlət qurumlarının məsələyə biganə yanaşması, araşdırmanın qərəzli və qeyri-obyektiv aparılması, cinayət tərkibli əməllərin ört-basdır edilməsi və korrupsiya faktlarının cəzasız qalması başlıca haqsızlıqdır.

Təəssüf ki, Əbilov İlyas Xıdır oğlunun qanunsuz əməllərinə dair mövcud faktlar Yardımlı Rayon Prokurorluğuna, Lənkaran-Astara Regional Təhsil İdarəsinə,Yardımlı Rayon Təhsil Sektor müdiri Kamal Təhməzova bildirilsə də, bu məsələnin tam şəkildə araşdırılması və müvafiq hüquqi tədbirlərin görülməsi təmin edilməmişdir. Bu, təhsil sistemində qanunvericiliyin tələblərinin pozulmasının davam etməsinə və korrupsiya əleyhinə mübarizə prinsiplərinin sarsılmasına səbəb olur.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin araşdırmaları göstərmişdir ki, Əbilov İlyas Xıdır oğlu məktəb direktoru olaraq vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etmişdir. O, qanunvericiliklə müəyyən edilmiş vəzifə öhdəliklərini pozaraq, artıq ödənişlərin təşkilinə və dövlət büdcəsinə ziyan vurulmasına şərait yaratmışdır.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin 2023-cü il tarixli araşdırma materialları əsasında sübuta yetirilmişdir ki, Əbilov İlyas Xıdır oğlu məktəb işçilərinə qanunsuz olaraq artıq ödənilmiş məbləğlərin təşkili ilə məşğul olmuşdur. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, bu ödənişlər işçilərin real maaş göstəriciləri ilə uyğun gəlmir və əldə olunan rəsmi məlumatlara görə, bu qanunsuz əməliyyatlar nəticəsində dövlət büdcəsinə xeyli maliyyə ziyanı dəymişdir. Bu cür hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə, xüsusən də Cinayət Məcəlləsinin 179 -cu maddəsinə uyğun olaraq mənimsəmə və ya israf etmə kimi qiymətləndirilmişdir.

Əbilov İlyas Xıdır oğlunun korrupsiya əməli sübut edilmiş və bu, qanunla ciddi şəkildə qadağandır.

Üstəlik, Lənkəran-Astara Regional Təhsil İdarəsinin araşdırmaları nəticəsində aşkar edilmiş qanun pozuntularına baxmayaraq, Əbilov İlyas Xıdır oğluna yalnız Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən "şiddətli töhmət" cəzası tətbiq edilmişdir. Bu cəza direktorun törətdiyi qanunsuzluqların miqyasını və dövlət büdcəsinə vurulan ziyanın həcmini əks etdirmir. Belə yüngül cəzanın tətbiqi korrupsiya əleyhinə mübarizə prinsiplərinə ziddir və hüquqpozmalara qarşı adekvat tədbir hesab olunmur.

Azərbaycan Respubilkasının Təhsil Naziri Emin Əmurullayev media qurumlarına verdiyi müsahibə zamanı qeyd etmişdir ki, təhsilə xəyanət edən dövlətə xəyanət etmiş sayılır. Əfsuslar olsun ki, qeyd olunan məlumatlar Allar kənd tam orta məktəbində baş vermişdir.

Sizin sayt və qəzet vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm ki, bu məsələnin arşdırıb, haqqın yerini tapmasına köməklik göstərin".

Məsələ ilə bağlı Yardımlı rayonu, Allar kənd orta məktəbinin direktoru Əbilov İlyas Xıdır oğlu ilə əlaqə saxlamaq mümkün olmadı.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxlərn mövqeyini dərc etməyə hazırıq.

Dünyapress TV

Xəbər lenti