Ardını oxu...
Beşlərin davamlı şans gətirdiyi Elşən Salahovun fəaliyyətinin reallığı 5-ə nə dərəcədə layiqdir? Ümumiyyətlə onun həyatında mühüm yer tutan 5-in haqqını verə bilirmi?

"DogruXeber.az" olaraq bu sualların cavabına yerli mətbuatda cavab axtardıq.

"Elşən Salahov həbsin bir addımlığında: İcra başçısını prezidentin qəzəbinə düçar edən hansı əməli olub?" başlığı altında "cümhuriyyet.az" yazır ki, "Buna səbəb Xəzər rayonunun ən böyük qəsəbəsi sayılan Binədə son 4-5 ildə həyata keçirilən çoxsaylı qanunsuz tikililərdir. Hamısı müxtəlif məmurlara, iş adamlarına məxsus olan qanunsuz villalar o qədər genişlənib ki, artıq strateji obyekt olan hava limanı ərazisinə qədər “gəlib çıxıb”. İcra başçısının öz tamahı ucbatından dövlətin strateji obyekti üçün təhlükə yaratması, ali hakimiyyətin qəzəbinə səbəb olub. Məhz bundan sonra Xəzər rayonunda təftiş kompaniyasına start verilib. Aparılan ilkin araşdırmalar nəticəsində hava limanına yaxın ərazilərdə 60-a yaxın qanunsuz villa aşkar eidilib. Məlum olub ki, bu villaların heç birinin tikintisi üçün rəsmi icazəsi olmayıb və bunların hamısı Elşən Salahovun “xeyir-duası” ilə inşa edilib."

"Elşən Salahovun qohumları ilə bağlı ilginc iddialar - Xəzər rayonunda nə baş verir?" başlığı altında "reportyor.info" yazır ki, "Elşən Salahovun Arif adlı yaxın qohumu və onun Yaşar adlı dostu rayon ərazisindəki inşaat işlərinə bu və ya digər formada müdaxilə edir.

Xəzər Rayon İcra Hakimiyyətində heç bir vəzifə tutmayan adıçəkilən şəxslər onların razılığı olmadan inşaat işlərinin aparılmasını qadağan edib. İddia olunur ki, Arif və Yaşar adlı şəxslər onlarla razılaşmayan vətəndaşlara tikinti aparmağa imkan vermir.

Bundan başqa, onlar qeyri-qanuni tikintilərə də rəvac verir. Hətta bunun müqabilində alınan konkret məbləğlər də açılanıb.
Bildirilir ki, onların qanunsuz hərəkətləri barədə yerli icra hakimiyyətinə müraciətlər edilsə də, heç bir nəticəsi olmayıb."

"Elşən Salahov Prezidentin sərəncamını niyə icra etmir? - ilginc fakt" başlığı altında "dia.az" yazır ki, "Buzovna qayalarını zəbt edən tikililərin sökülməsi üçün dövlət başçısının verdiyi tapşırıqdan 3 ilə yaxın vaxt ötür. Amma bu tapşırıq tam yerinə yetirilməyib.
Yada salaq ki, 2024-cü ilin mayında Buzovna qayalığına təbiət abidəsi statusu verilib.

2022-ci ilin iyun ayında Prezidentin sərəncamına əsasən, qayalıqların üzərində tikilmiş qeyri-qanuni tikililər sökülməli idi, ancaq yalnız onun bir hissəsi söküldü.

Prezidentin sərəncamının qulaqardına vurulması səbəbindən haqlı olaraq ciddi şübhələr də ortaya çıxmaqdadır və iddia olunur ki, artıq Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahov həmin obyektin sahibləri ilə anlaşıb və onlarla "bazarlıq etdiyindən" sökülmə qərarından da vaz keçilib."

Həmçinin, "reportyor.info"nun daha bir məlumatında bildirilir ki," Elşən Salahov Samir adlı yaxın adamı vasitəsilə Xəzərdə əməlli-başlı torpaq biznesi qurub.

İddialara görə, artıq rayonda satılmayan yer qalmayıb və artıq səkilərin satılmasına başlanılıb.Qeyd edək ki, qanunsuz tikili Binə qəsəbəsi Ə.İsazadə küçəsində aparılır."

"Elşən Salahovu qorxudan nədir?" başlığı altında" hit.az" yazır ki, "Xəzər Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı həbs edilən qurumun təsərrüfat şöbəsinin müdiri Tural Zeynalovun qısa müddət sonra azadlığa buraxılması ilə bağlı müəmma davam edir.

Xatırladaq ki, əməliyyat 2021-ci ilin mart ayında Baş Prokuroluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən keçirilib. Tural Zeynalov cinayət başında yaxalanıb. O, rüşvət müqabilində qanunsuz olaraq müvafiq tikinti sənədi verərkən qandallanıb.

Aprelin sonlarında məhkəmə qarşısına çıxarılan Tural Zeynalov 200 manat cərimə edilərək azadlığa buraxılıb.

Yeni məlumatlarda iddia olunur ki, keçmiş şöbə müdirinin azadlığa buraxılmasında yerli hakimiyyətin, daha dəqiq desək, Xəzər rayonunun icra başçısı Elşən Salahovun böyük rolu olub. Bu da səbəbsiz deyil. Çünki Tural Zeynalov sənədli evlərə görə sxem-planın verilməsi üçün vətəndaşlardan 3 min manat, sənədsiz evlərin tikintisi üçünsə 5 min manat pul alıb. Bundan başqa, Tural Zeynalov istintaq zamanı Xəzər rayon İcra Hakimiyyətinə təhkim edilən, rayon ərazisində ictimai işlərə cəlb edilməli 575 nəfərdən neçəsinin "ölü can” olduğunu, onlara aid əməkhaqqı kartlarının hansı vəzifəli şəxslərin cibində olduğunu da açıqlayıb.

Onun ifadələri əsasında Xəzər Rayon İcra Hakimiyətinin rəhbərliyi də dindirilib. İddia olunur ki, Tural Zeynalov törətdiyi qanunsuz əməllərin özfəaliyyət olmadığını bildirib. Ən əsası o, "Türkan bulvarı” ərazisinə dair Xəzər Rayon İcra Hakimiyyətindən verilən plan-sxemlərə imza atıb."



Bundan əlavə, rayonun Binə qəsəbəsi, Qala qəsəbəsi, hətta hava limanı ərazisində aparılan qanunsuz tikintilərlə bağlı da portalımızda dəfələrlə məlumatlar yayımlanıb. Lakin, nə Xəzər icra hakimiyyətinin, nə də aidiyyatı üzrə digər (FHN, ƏMDX, ARXKOM) dövlət qurumlarının məsələyə hər hansı bir müdaxiləsi ilə bağlı heç yerdə, heç bir məlumata rast gəlmədik.

Rəsmi sorğularımıza isə ARXKOM xaric bütün aidiyyatı qurumlar ümumiyyətlə susdu. ARXKOM da sanki "iki sevgili arasındakı məktublaşma" kimi "sığallı-tumarlı" cavabı ilə həmişəki kimi "sudan quru çıxmağı" bacardı.

Belə ki, o, "günah məndən getdi" deyərcəsinə, Sabunçu rayonu Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə qanunsuz tikilən 3 mərtəbəli iaşə obyekti, həmçinin Zabrat 1, Balaxanı qəsəbələri və Elşən Mehdiyev küçəsində, eləcə də Suraxanı rayonu 14 iyul küçəsində təsərrüfat təyinatlı ərazidə tikilən yaşayış evləri və sair barəsindəki sorğularımıza verdiyi şablon cavabları kimi, bu dəfə də güya tədbir görülməsi üçün icra hakimiyyətinin üzərinə, bir surətini də redaksiyamıza göndərib, bir addım kənara çəkildi.

Vəssəlam. Bununla da ARXKOM işini bitirmiş hesab etdi.

Sual olunur, ARXKOM, FHN, ƏMDX və Xəzər, Sabunçu, Suraxanı icra hakimiyyətləri hansı qanuni əsasla qeyd etdiyimiz qanunsuz tikintilərə "gözlərini belə sıx yumublar"?!

Əlbəttə qanuni əsas olmadığı üçün, geriyə yalnız bir cavab ehtimalı qalır - hərənin öz payı. Zəhrimara qalmış şəxsi maraqlar təmin olununca kimsənin nə dinməyə dili olmur, nə də görməyə gözü.

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Əməkdar artist Abbas Bağırov "Azercell"dən şikayətçidir.

Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.
Ardını oxu...
"25 ildən çoxdur bu şirkətin müştərisiyəm, məni məmnun edən bir xidmətini görmədim! 30 GB internet 4 günə necə bitə bilər?
Ardını oxu...
100 GB 15 günə bitir. Bu internet trafiki yalnız siz "Azercell"də var" deyə, A.Bağırov yazıb.
 
Ardını oxu...
Xatırlayırsınızsa, psixoterapevt həkim adlandırılan Anatoli Kaşpirovski 1989-cu ilin oktyabr ayının 9-da Mərkəzi Televiziyada ilk “sağlamlıq seansı”ndan sonra məşhurlaşdı. Lakin çox çəkmədi ki, “qoyulmuş qaydaları pozmaqla xalq təbabəti ilə məşğul olduğuna görə” dəfələrlə inzibati məsuliyyətə cəlb edildi. Onda mütəxəssislər də belə qənaətə gəlirdilər ki, bu ekstrasens insanın psixi və fiziki sağlamlığına mənfi təsir göstərən hipnoz metodlarından istifadə edir. Bu səbəbdən, az keçmiş Rusiya Federal İstehlak Nəzarət Xidməti Kaşpirovskinin “ovsunladığı” məhsulların satışını da dayandırdı. Artıq məlum olmuşdu ki, televizorların ekranlarından ekstrasensın tamaşaçılara verdiyi “göstərişlər” boş şeydir, onları xəstəliklərdən xilas etməyəcək.
Ardını oxu...
Paytaxt Bakıda da yeni "Kaşpirovskinin" peyda olduğu barədə xəbər sürətlə yayılır. Bir vaxtlar o, "Dilbər Pudokina" ləqəbi ilə özünü tanıdıb. Əslində, Gürcüstan vətəndaşıdır və Dilbər Sadayeva ad-soyad daşıyıcısıdır. Heç bir elmə yiyələnməyib. Tibbi təhsili olmadan psixoloq kimi fəaliyyət göstərməsi isə dəhşətdir. O da Kaşpirovski sayağı "psixoloji durum," "həyatın yaxşılaşdırılması" adları altında aldadıcı seanslar keçirir. Qapısında növbədən yer də yoxdur.
Dəhşətdir vallah! Fəaliyyəti ilə bağlı lisenziyası olmayan bu xanım insanları psixoloq kimi necə müalicə edə bilər? Belə olan halda əlaqədar dövlət qurumları nədən sussunlar?! Təbii ki, bu hal yolverilməzdir.
Ardını oxu...
Bununla bağlı GundemXeber.Az-ın redaksiyasına etibarlı mənbə tərəfindən ötürülən məlumatlarda bildirilir ki, Dilbər Sadayeva insanları seans adıyla qəbul edərək, hər seansa görə pasiyentlərin hər birindən 100, 159, 200 manat məbləğində pul alır. Etibarlı mənbənin redaksiyamıza verdiyi məlumatda bildirilir ki, belə bir fəaliyyətdən beş il öncə "Turagent" işində də istifadə edib və külli miqdarda pul toplayıb. Bir-neçə vətəndaşın üst-üstə 80 000 (səksən min) manat məbləğində pulunu ələ keçirib. Həmin qanunsuz işlə bağlı Bakı Şəhər Xətai Rayon Polis İdarəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb. Dilbər Sadayevanın bu cinayət əməlinə görə araşdırma aparılıb və qanun çərçivəsində lazımi addımlar da atılıb. Amma nə olsun, o, yenə də qanunsuz əməllərini davam etdirir.
Ardını oxu...
Bu istiqamətli araşdırmalarımız zamanı bizə məlum olub ki, doğrudan da, Dilbər Sadayeva başqa işlərlə məşğul olur. Elə, bu barədə onun özünün internet şəbəkəsindəki paylaşımları da deyilənlərin sübutudur. Guya, o, məhdud sayda ovsunlayıcı ətir istehsal edib. Tələsib, bu ətirdən almaq lazımdır ki, xoşbəxtliyinə qovuşa biləsən. Ən maraqlısı odur ki, guya, o, sevgi marafonu keçirməklə də, bu missiyasını davam etdirir.
Beləcə, qurama reklamları ilə istədiyini qazana bilir. Lakin bu xanım müəyyən dərəcəli ətirlər hazırlayıb, onların satışıyla məşğul olarkən də, qanun tələbələrini nəzərə almır. Yəni, bununla bərabər, bütün görülən işlərin qarşılığında əldə etdiyi külli miqdarda pul vəsaitləri müqabilində dövlətə vergi ödəməkdən yayınır. Sənədsiz-sübutsuz, qeyri-qanuni fəaliyyətini davam etdirməkdən çəkinmir. Bütün bunların sübutu olan internet paylaşımları da əlimizdədir və surətlərini dərc edirik. Baxın, özünüz də həqiqəti görün.

Yazıda sadalanan faktlarla bağlı Dilbər Sadayevanın da mövqeyini dinləməyə hazırıq.
Mövzu diqqətimizdədir, yazının davamı olacaq.

GundemXeber.Az
 
Ardını oxu...
140028632 VÖEN-li Qumru Əliyeva məhkəmədə sahibkarlıqla məşğuldur?

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Xumar Mərdanova, Vahid Sadıqov və Sabit Bəhrəmzadədən ibarət “troykası”nın kollegiyanın sədri Rafael Eyvazovun sifarişi ilə 1-ci dərəcəli Qarabağ əlilini yataqdan məhkəməyə müraciət etdiyinə görə Novruz bayramı günlərində elə yatağında 400 manat cərimə etməsindən, anında ƏN-in Nizami icra məmuru Aslanov Əlihüseyn Zayralı oğluna icra sənədi verməsindən media bilgi yayıb. Heç demə, məhkəmələrin özlərinin “ştatlı” icra məmurları varmış! İcranın operativliyinə baxın, icra sənədi cərimə qərarından qabaq qəbul edilib!(??) Bəs Konstitusiya, qanun, Mülki Prosessual Məcəllə (MPM) nə deyir? Konstitusiya hər kəsin qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etməyə, inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir. MPM-in 4.2 maddəsinə görə, məhkəməyə müraciət etmək hüququndan imtina olunması etibarsızdır. MPM-də cərimələr qoyulması da yazılıb, amma bu cərimələrin maddi hüquqa- məhkəməyə müraciətə görə tətbiqi yazılmayıb. Cərimələrin anında icraya yönləndirilməsi isə heç yazılmayıb. Əksinə, cərimə olunan şəxsin onun götürülməsi və ya miqdarının azaldılmasına 20 gün müddətində ərizə verə bilməsi MPM-in 127-ci maddəsində doğrulanıb. “Troyka” qıraqdan qərəzli sifarişə elə uyub ki, apellyasiya instansiyası olduğunu da unudub, MPM-i də; qərəzini 1-ci dərəcəli qazinin üzərində tətbiq edib.
Ardını oxu...
Bakı şəhəri, Nizami məhkəməsinin hakimi Qumru Əliyeva yuxarı məhkəmənin “vahid məhkəmə cəriməsi təcrübəsini” faşizm üzərində QƏLƏBƏ BAYRAMI günlərində 1-ci dərəcəli Qarabağ əlilini 300 manat cərimə etməklə “uğurlu” qərəzlə sınayıb. “Humanist” cərimədir, 400 manat deyil, 100 manat azdır. Di gəl, bu cərimə də MPM-də nəzərdə tutulmayıb. Hakim Qumru Əliyeva iddiaçı 1-ci dərəcəli Qarabağ qazisini hakimə etiraz etdiyinə görə cərimələyib. (?) MPM-in 21.5 maddəsinə görə, əgər etiraz məhkəmə prosesini ləngitmək məqsədilə edilmişsə və ya etirazın dəlilləri uydurma olaraq həqiqətə uyğun deyildirsə, etirazı vermiş tərəf 110 manatadək cərimə edilə bilər. Qumru Əliyevanın “humanist” qərəzi cərimənin 3 dəfə artığına nədən olub. Eləcə də, qazinin etirazı nə uydurmadır, nə də prosesi ləngitmək məqsədi daşımır. Ən başlıcası, MPM-in 22-ci maddəsinin tələbinə görə hakimə etiraza məhkəmənin sədri baxmalıdır, etiraz edilən hakimin özü yox. Əslində etiraz elə hakim Qumru Əliyevanın süründürməçiliyindən, 7 aydır istehlakçı hüququnun müdafiəsi ilə bağlı “Azəriqaz”ın, 4 aydır “Bakcell”-in vəkili rolunda çıxış etməsindən, 2 dəfə ləğv olunan işinə yenidən hakim təyin edilməsindən qaynaqlanır. Qərəzli “humanistliyə” baxın, qazi müalicə ocağında olanda 1400028632 VÖEN-i aktiv olan hakim Qumru Əliyeva məlumat alıb ki, 25 il qabaq qazinin VÖEN-i olub, bu nədənlə istehlakçı hüququnun müdafiəsi ilə bağlı iş kommersiya mübahisəsi olduğundan Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Halbuki, 1-cisi, istehlakçı hüququnun müdafiəsi ilə bağlı işlərə ümumi məhkəmələrdə baxılır; 2-cisi, VÖEN-in aktiv-passiv olmasından asılı olmayaraq qazdan, sudan, işıqdan şəxsi istehlak məqsədilə yararlanılması kommersiya mübahisəsi sayıla bilməz. Hakimin VÖEN-i aktivdirsə, sahibkarlıq fəaliyyəti ilə məşğul olur? 3-cüsü, “aidiyyatı” üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilən qərardad qazi xəstəxanada olanda çıxarıldığından mütləq ləğv edilməlidir.
Ardını oxu...
Qumru Əliyeva isə xəstəxana epikrizinin müddətin buraxılmasının üzrlü sayılmasına əsas vermədiyi qərarına gəlib və işi aidiyyatla bağlı olduğundan kassasiya instansiyasına göndərmək yerinə, Bakı Apellyasiya Məhkəməsinə göndərib. Orada isə Xumar Mərdanovanın sədri olduğu “troyka” qazini 400 manat cərimə edib və 4 aydır məhkəmə prosesi ləngidilir, icraat tamam itib. Buna görə Məhkəmə Hüquq Şurası cəza tədbiri görməlidir, amma cəzalanan 17 ildir istehlakçı hüququnu tələb edən iddiaçı qazi olur. Mobil operatorun vəkili rolunda çıxış edən hakim Qumru Əliyeva birinci dəfə işi aidiyyat pozuntusuna görə qaytarıb, qərardadı ləğv olunanda isə ərizəni baxılmamış saxlayıb ki, tərəflər hazırlıq iclasına gəlməyib. Bu yol Bakı Apellyasiya Məhkəməsi qərardadı ləğv edib. İş yenə də qərardadı 2 dəfə ləğv edilən Qumru Əliyevaya verildiyindən ona etiraz da əsaslıdır. Bu etiraz isə qaziyə 300 manat cərimə “qazandırıb”. Özbaşınalığa baxın, hakimə qərəzinə, obyektiv olmadığına, faktiki qarşı tərəfə vəkillik etdiyinə, süründürməçiliyə görə etiraz edən iddiaçı qazi bu etirazına görə cərimə olunur! (?) Bu, faktiki olaraq vətəndaşın məhkəmə təminatı hüququna, Konstitusiyaya kobud qadağa deməkdir. Görək, Ali Məhkəmə, Məhkəmə Hüququ Şurası kobud hüquq pozuntusuna, məhkəmə müdafiəsi hüququna qadağaya qiymət verəcək, yoxsa cərimələr həbslə sonuclanacaq?
... Hakim Qumru Əliyevaya yeni etiraz elektron kabinetdən təqdim edilib. Etiraza görə 300 manatlıq cərimə tətbiq edən hakimin qərəzsizliyi, obyektivliyi, işdə marağının olmaması böyük şübhə altındadır...
M. AĞSU
Gundemxeber
 
 
 
Ardını oxu...
Nəhayət bəlli oldu ki, 1 aydan çoxdur 6 saylı müsiqi məktəbinə yeni təyin edilmiş(?) “direktor” Gülnarə Səfərovanın hay-küy yaradan “planları” nədən ibarət imiş: Nəyə görə imiş bu təhqirlər, söyüşlər,alçaltmalar, qurma aktlar, hədə-qorxu ilə ərizə yazdırmalar və s...

*Özünün dediyinə görə , onu ora Mədəniyyət Naziri göndərib və ona tapşırıb ki, get orda “mədəni təhsil ocağı yarat”. (səs yazısı var).

Nazirlə sövdələşməyə əsasən, özünün dediyinə görə, Gülnarə x. ora əvvəlki iş yerindən müəlilmlərini də gətirəcəyini bildirib. (burda adama deyərlər, ora səni göndəriblər, işçilərini yox). Sözsüz ki, gətirəcəyi müəllimlər üçün iş yerləri olmalı idi və yeni direktor başlayır illərnən 6 saylı məktəbdə çalışan müəllimləri müxtəlif yollarla işdən çıxartmağa.(aşağıda açıqlamaya bax) Çıxartdığını çıxardır, qalanlarını da Nazirliyin təşkil etdiyi ala-yarımçıq attestasiya komissiyasının üzvləri ona kömək olur. 10-dan artıq iş yeri də belə açılır. Hadisələr göstərir ki, hələ ardı var.
Yeri gəlmişkən onu da qeyd edək: özünün əvvəllər direktoru olduğu 12 saylı musiqi məktəbindən bir nəfər belə attestasiyada kəsilmir. Çünkü, deyilənlərə körə Gülnarə x. şəxsən özü komissaya üzvlərinin yanında oturaraq, “prosesi” idarə edirmiş. (xanımda avtoritetə-fərasətə baxeeee...)

Cənab Mədəniyyət Naziri, mədəniyyətimizin təhsil ocağına pedaqoqa yaraşmayan bu “direktoru” kim Sizə məsləhət görüb. Bu “direktor” bütün əməllərini Sizin adınızla bağlayır. Müəllimləri söyməyi, təhrir edib alçatmağı, şərləyib aktlar “quraşdıraraq” , məcburən ərizə yazdırıb işdən çıxartdırmağı, bunlarıdamı, ona Siz demisiniz? Bəs Cənab Prezidentin məmurlara xəbərdarlığı, onlar Sizin üçün boşuna deyilən sözlərdir? Əlavə etdiyimiz videoya baxın. Bunlar hələ Sizə təqdim olunanların 5/1 hissəsidir. Düzdür, “direktor” Gülnarə Səfərova artıq içlaslara, növbəti qurbanı ilə “polemakaya” başlayanda telefonları bir vedrəyə yığdırır. Amma, artıq kecdir! Bir də axı adamın üştündə video və ya səs yazan digər texniki vasitə ola bilər. Yeri gəlmişkən “direktor” Gülnarəyə məsləhhət: Məktəbin qapısında, aeroportlarda olan yoxlama aparatı qoyub, müəllimləri ordan keçirdsin, sonra keyfi istədiyi kimi, ağzına gələni danışsın, kimi lazımdır söysün, alçatsın və ... desin ki, “mənə nazir tapşırıb...”!?

Bir “Hinduşkabaşlar” sözünə görə direktorun birini işdən çıxartdılar. Buna kimsə “DUR” deyən olacaq?! Yoxsa burda da ikili standartlar mövcuddur? Bu Nazirin adamıdır?

Videonu aşağıdakı linkdən izləyə bilərsiniz:

 
 
 
Ardını oxu...
"Bu gün Yasamalda tikinti şirkətləri əgər özbaşınalıq edirsə, bilin ki, bunun arxasında həm də icra başçısı dayanır. Çünki ortaqdırlar. Yasamaldakı hər bir tikintidə icra başçısı Elşad Həsənovun payı var. Əksi mümkün deyil" . "DİA-AZ" xəbər verir ki, bu barədə göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Doğrudur, digər yerlərdə də oxşar mənzərədir. Amma Yasamal tamam başqadır. Elşad Həsənov konkret şəriklik edir, ona görə də ən neqativ olaylar da məhz bu rayonda baş verir.

Ona görə də Elşad Həsənov yer-göy dağılsa da, məsələn, "Melissa Group"un rəhbərinin həbsdə olmasına biganə qala bilməz. Çünki ortaqdırlar.

Bu gün Elşad Həsənov təkcə tikinti biznesindən külli miqdarda qazanc əldə edir. Məsələn, onun keçən il ərzində sözügedən sahədən gəliri 100 milyon manata çatıb. Bu rəqəm havadan götürülməyib və artıq gərəkən qurumlara müraciət olunaraq təqdim edilib. Qiymət verilməsi isə hüquq mühafizə orqanlarına qalıb. Hər halda burada söhbət vətəndaşlara zülm edilərək, vətəndaşların haqqı tapdanaraq əldə olunan pullardan gedir..."
 
Ardını oxu...
Elm və Təhsil Nazirlinin əmri ilə yaradılmış Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tərkibində olan təhsil şöbələrinin nəzdindəki məktəblərdə baş verən özbaşınalıq və qanun pozuntuları ilə bağlı redaksiyamıza müxtəlif faktlar daxil olub. Xüsusilə Laçın və Kəlbəcər rayonlarını əhatə edən bu faktlar bir daha sübut edir ki, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi bu məktəblərdə baş verən qanunsuzluqlardan xəbərsiz deyil.

Qeyd edək ki, Elm və Təhsil Nazirinin əmri ilə Fuad Bədəlov Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunub. Bu təyinatdan sonra bir çox məktəb, bağça və ümumillikdə idarənin tabeliyində olan digər müəssisələrdə özbaşına idarəetmə halları müşahidə olunmağa başlayıb.

Fuad Bədəlovun fəaliyyəti nəticəsində hazırda bəzi məktəblərdə müəllimlərin dərs saatlarında iştirak etməməsi və onların maaş kartlarının məktəb direktorları və təhsil şöbəsi müdirləri tərəfindən toplanaraq qanunsuz şəkildə istifadəyə yönləndirilməsi barədə məlumatlar mövcuddur. Bu yolla həmin vəsaitlər müəllimlərin özlərinə tam çatmır.

Bakunews.az-a daxil olan faktlar arasında Laçın Təhsil Şöbəsinin müdiri Nicat Həsənovun fəaliyyəti xüsusilə diqqət çəkir. Məlumata görə, o, Laçın rayon məktəblərində müəllimlərin maaş kartlarını əlindən alaraq onların dərs saatlarında iştirak etməməsinə şərait yaradır. Bu üsulla qanunsuz gəlir əldə edən məmurlar, görünür ki, Fuad Bədəlovun dəstəyindən yararlanırlar.

Fuad Bədəlov həmçinin şəxsi maraqlarından çıxış edərək yaxınlarını, təhsil sahəsində kifayət qədər peşəkar olmayan şəxsləri müxtəlif vəzifələrə təyin edir. Bu hal yalnız müəllim heyəti ilə məhdudlaşmır, texniki işçilər də eyni şəkildə qanunsuz olaraq işlə təmin edilir. Onların maaşları isə məktəb direktorları vasitəsilə idarə müdiri Fuad Bədəlovun şəxsi istifadəsinə yönləndirilir – deyə mənbə bildirir.

Fuad Bədəlovun kimlər tərəfindən himayə olunması da suallar doğurur. Özünü Təhsil Nazirliyində şöbə müdiri olan Eşqi Bağırovun yaxın adamı kimi təqdim edən Fuad Bədəlov, qısa müddət ərzində genişmiqyaslı korrupsiya şəbəkəsi quraraq Laçın, Kəlbəcər və digər rayonlarda rüşvət sisteminin inkişafına şərait yaradıb. Ölkə rəhbərinin korrupsiyaya qarşı apardığı mübarizəsinə kölgə salınması isə yuxarı dairələrdən hansısa yollarla gizlədilir.

Bu səbəbdən yaranan narazılıqlar və dayanmadan daxil olan şikayətlər Fuad Bədəlovun fəaliyyətinin cəmiyyət tərəfindən necə qəbul olunduğunu açıq şəkildə göstərir. Onun fəaliyyəti ilə bağlı araşdırmalarımız hazırda davam edir.

Laçın rayonundan şikayətçi olan bir çox vətəndaş bildirir ki, Nicat Həsənov müəllimlərin maaşlarının bir hissəsini tələb edərək onların kartlarını özündə saxlayır. Hazırda onun 100-dən çox maaş kartına nəzarət etdiyi iddia olunur. Bu barədə aidiyyəti qurumlara dəfələrlə şikayətlər edilsə də, heç bir tədbir görülmür.

Biz Elm və Təhsil Nazirindən xahiş edirik ki, məsələni obyektiv şəkildə araşdırsın və Fuad Bədəlovun qanunsuz əməllərinə hüquqi qiymət verilməsini təmin etsin.

Redaksiyamıza daxil olan digər faktlar da ciddi araşdırılmaqdadır və ümid edirik ki, bu hallar yaxın zamanda rəsmi qurumlar tərəfindən də nəzarətə götürüləcək.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə təhsilin keyfiyyətinin artırılması vacib bir məsələyə çevrilmişdir. Təəssüf ki, bəzi məmurların şəxsi maraqları ucbatından məktəblərdə bir növ “bazar” formalaşıb. Burada müəllimlərin maaşları məktəb direktorları və regional təhsil idarəsi rəhbərliyi tərəfindən bölüşdürülür.

Bu vəziyyətin davam etməsi, təbii ki, narazılıqların artmasına, təhsilin keyfiyyətinin aşağı düşməsinə, şagirdlərin dərslərdən yayınmasına və ümumilikdə təhsil sistemində ciddi problemlərin yaranmasına səbəb olur.

Qeyd edək ki, hazırda Laçın və Kəlbəcər rayon məktəblərində elə şagirdlər var ki, onlar faktiki olaraq Bakıda yaşayırlar. Hətta bəzi müəllimlər də Bakıda yaşasalar da, adları həmin rayon məktəblərində qeydiyyatda saxlanılır. Bu faktlar hazırda redaksiyamızın texniki araşdırma mərhələsindədir və yaxın zamanda ictimaiyyətə daha geniş şəkildə təqdim olunacaq. Bizi izləməyi unutmayın.

Araşdırmamız davam edir.

/Bakunews.az
 
Ardını oxu...
Sabunçu rayonu, Ramana qəsəbəsinin əsas magistral yolu qəzalı vəziyyətə düşüb. 2016-cı ildə salınan Ramana-Maştağa avtomobil yolunun (Firidun bəy Köçərli küçəsi) böyük bir hissəsi 2022-ci ildə "Azərsu" tərəfindən sıradan çıxarılıb. Bu qurumun Ramananın su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün tenderdə qalib edərək 8,2 milyon manat ödədəyi şirkət nəinki kanalizasiya xətti çəkməyib, asfalt örtüyünü də qazaraq bərbad hala salıb və bərpa işləri aparmayıb. .

Sakinlərin şikayəti üzərinə əraziyə baş çəkdik və asfalt örtüyünün böyük bir hissəsinin qazılaraq, yararsız hala salındığını müşahidə etdik. Yağış və qrunt suları da yoldakı boşluqlara dolduğundan böyük gölməçələr yaranmışdı. Qazılarkən məqsəd həm də kanalizasiya sistemi olsa da, əraziyə ümumiyyətlə kanalizasiya xətləri çəkilməyib. Nəticədə bir neçə gün əvvəl yağan yağış sularının yolun ortasında yaratdığı gölməçə qalmaqdadır.
Ardını oxu...
Qeyd etdiyimiz kimi, 2022-ci ildə qəsəbənin su və kanalizasiya xətləri çəkilərkən yolun müxtəlif hissələrindən asfalt örtük kəsilib, lakin sonradan əsaslı bərpa əvəzinə yülgülvari yamaq vurulub. Magistral yol tam şəkildə bərpa edilməyib. Hazırda magistralın kənarları elə bərbad vəziyyətdədir ki, nəqliyyat hərəkət edə bilmir və yol daralıb.
Ardını oxu...
Qısacası, uzunluğu 11 kilometr olan, 2016-cı ildə tikintisinə 2,5 milyon manat ayrılan avtomobil yolu cəmi 6 il sonra sıradan çıxıb. Halbuki sakinlər, zamanında Azəravtoyol tərəfindən magistral yolun asfalt örtüyünün yüksək səviyyədə çəkildiyini deyirlər.
Qısacası, uzunluğu 11 kilometr olan, 2016-cı ildə tikintisinə 2,5 milyon manat ayrılan avtomobil yolu cəmi 6 il sonra sıradan çıxıb. Halbuki sakinlər, zamanında Azəravtoyol tərəfindən magistral yolun asfalt örtüyünün yüksək səviyyədə çəkildiyini deyirlər.
Ardını oxu...
Sakinlər yolun bu durumuna düşməsində konkret olaraq "Azərsu"nu günahlandırırlar: "Su təchizatı və kanalizasiya sisteminin bərpası üçün aparılan işlər çərçivəsində asfalt yol qazılaraq, xətlərin çəkilməsi prosesi aparıldı, lakin iş bitdikdən sonra yenidən normal şəkildə bərpa olunmadı. Yolda yaranan iri çuxurlar yağış suları nəticəsində sıradan çıxıb. Qazılan asfalt örtüyünün yerinə sadəcə qırla yamaq vurublar".
Ardını oxu...
Qeyd edək ki, bu işləri “Arko Təmir Tikinti Şirkəti” MMC aparıb. Belə ki, şirkət 2022-ci ildə Ramana qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması üçün 8 202 558 manatlıq tenderi qazanıb. Üzərindən 3 il keçməsinə baxmayaraq, su xətti çəkildə də kanalizasiya xətti ümumiyyətlə çəkilməyib. Sakinlər deyir ki, Ramana qəsəbəsində kanalizasiya sistemi yerli-dibli yoxdur. Üstəgəl bu vəsaitdən yolun qazılan hissəsinin bərpası da həyata keçirilməyib.
Ardını oxu...
Xatırladaq ki, 2016-cı ilin dekabrın 8-də əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun açılışında prezident İlham Əliyev də iştirak edib. Cəmi 6 il sonra "Azərsu" 8 milyon vəsaitlə sadəcə su xətti çəkmək üçün yolları məhv etməklə qalmayıb, vəsaitin böyük bir hissəsini havaya sovurub, tenderdə nəzərdə tutulan kanalizasiya sistemini tamamilə siyahıdan çıxarıb.

Mövzu ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu göndərdik və mövzunu davam etdirəcəyik.

 
 
 
Ardını oxu...
Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinin rəisi Elşad Məmmədli ilə Dövlət Yol Patrul Xidməti əməkdaşları arasında mübahisə yaranıb.
TEREF xəbər verir ki, Gununsesi.info-nun xəbərinə görə, olaya səbəb Elşad Məmmədlinin sərxoş vəziyyətdə sükan arxasında olması və kobud qayda pozuntusu törətməsi olub.

Belə ki, xidməti avtomobilində sükan arxasında olan idarə rəisi sayrışan işıqları yandıraraq, təhlükəli manevrlər edib.

YPX-nin diqqətini çəkən bu hala görə ona saxlamaq işarəsi verilsə də Məmmədli tabesizlik göstərib.

YPX əməkdaşlarının təqibindın sonra dayandırılan Elşad Məmmədli bu dəfə onlarla mübahisə edib və özünün toxunulmaz şəxs olduğunu bildirib.

Yaranmış vəziyyət Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə məruzə olunub.

Elşad Məmmədli yeni ədliyyə nazirinin yaxın dostu kimi tanınır.

Görünür, bu səbəbdəndir ki, nazirlikdə onun bu hərəkəti barədə hüquqi ölçü götürülməyib.

 
 
 
Ardını oxu...
Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinin rəisi Elşad Məmmədli ilə Dövlət Yol Patrul Xidməti əməkdaşları arasında mübahisə yaranıb.
TEREF xəbər verir ki, Gununsesi.info-nun xəbərinə görə, olaya səbəb Elşad Məmmədlinin sərxoş vəziyyətdə sükan arxasında olması və kobud qayda pozuntusu törətməsi olub.

Belə ki, xidməti avtomobilində sükan arxasında olan idarə rəisi sayrışan işıqları yandıraraq, təhlükəli manevrlər edib.

YPX-nin diqqətini çəkən bu hala görə ona saxlamaq işarəsi verilsə də Məmmədli tabesizlik göstərib.

YPX əməkdaşlarının təqibindın sonra dayandırılan Elşad Məmmədli bu dəfə onlarla mübahisə edib və özünün toxunulmaz şəxs olduğunu bildirib.

Yaranmış vəziyyət Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə məruzə olunub.

Elşad Məmmədli yeni ədliyyə nazirinin yaxın dostu kimi tanınır.

Görünür, bu səbəbdəndir ki, nazirlikdə onun bu hərəkəti barədə hüquqi ölçü götürülməyib.

 
 
 

Dünyapress TV

Xəbər lenti