Ardını oxu...
Beyləqan rayon sakini Kərimova Həmidə Əli qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. İcra başçısı tərəfindən təhdid olunan şikayətçi saytımız vasitəsilə səlahiyyətli qurumlara müraciət edir.

“Mən, Kərimova Həmidə Əli qızı, yazaraq bildirirəm ki, çarəsiz vəziyyətdəyəm. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məni təhdiq və təhqir edir.

Bildirim ki, 2018-ci ildə sosial yardım alırdım. 2 ay sonra mənə ayrılan müavinət kəsildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedib bunun səbəbi ilə maraqlandım. Mənə bildirdilər ki, sənin adın “Kamxoz” idarəsində işçi kimi gedir.

Məsələ ilə bağlı “Kamxoz”un müdiri Arzu Bəndəliyevin qəbuluna getdim. O, məni qəbul etdi, şikayətimi bildirdikdə isə, təhqir edərək otaqdan qovdu. Halbuki, mən ona “burada işləmirəmsə, necə olur, adım burada işçi kimi gedir?” – deyə sual etmişdim. O isə “yalandı” deyib, məni qovdu.

Oradan çıxdıqdan sonra gedib prokurorluğa şikayət etdim. Arzu müəllimi ora dəvət etdilər. Məşğulllq Agentliyinin mənə verdiyi sənədi də prokurorluğa təqdim etdim. Onlar da gördülər ki, həmin idarənin işçisi kimi qeyd olunmuşam. Guya, 9 ay 8 gündür həmin idarədə işçiyəm. Maaşı isə Arzu müəllimin özü alıb.

Prokurorluq əməkdaşı Arzu müəllimi çağıranda cibindən çoxlu kart çıxartdılar. Onların arasında mənim adım olan kart da var idi. Prokurorluq əməkdaşı ona dedi ki, apar qadının pulunu qaytar. O isə bildirdi ki, bu pulu tək mən götürməmişəm, icra başçısı Əziz Əzizovun bu məsələdən xəbəri var”.

Beləliklə, Əziz Əzizovun məni təhdiq və təhqir etməsinin səbəbi bilindi. Mənə deyir ki, “Tik-Tok” sosial şəbəkəsində yayımladığın videonu sil və get Arzu müəllimdən üzr istə, yoxsa sənə burda yaxşı heç nə olmayacaq.

Arzu müəllim prokurorluqdan çıxanda isə mənə dedi ki, “sən məni itə-qurda saldın, gör indi sənin başına nə oyun açacam”. Həmin gündən də başıma gəlməyən oyun qalmayıb. 2 dəfə canıma qəsd etmişəm, qonşular qutarıb.

Bütün sənədlər də təsdiq edir ki, məndən xəbərsiz məni işə götürüblər, sonradan xəbərim olmadan işdən çıxarıblar. Hazırda isə iş vermirlər ki, sosial yardım alım. 1 qızım var, 175 manat alimentlə uşağımı dolandırmağa çalışıram.

Onu da qeyd edim ki, Arzu müəllimlə Əziz müəllim əlbir işləyirlər. Özü Beyləqanda yaşamayan, amma adı “Komxoz”da gedən bir çox adamlar var. İcra başçısı arxasında durub deyə, prokurorluq bu işə qarışmır”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Şəmkir rayonu, Zəyəm qəsəbəsinin sakini Vəliyev Yusif Mikayıl oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, "Bakı Beynəlxalq Avtovağzalı"nda sərnişinlərin hüquqları pozulur:

“Mən, Vəliyev Yusif Mikayıl oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, aprel ayının 3-ü, səhər saatlarında "Bakı Beynəlxalq Avtovağzalı"na gəldim. Şəmkir rayonuna getmək üçün Bakı-Ağstafa avtobusuna bilet almaq istədim. Bu məqsədlə 12-ci kassaya yaxınlaşdım. Avtobusun yola düşməsinə təxminən 15–20 dəqiqə qalmışdı. Dedim ki, xanım, zəhmət olmasa mənə Şəmkirə qədər bilet verin. Cavab verdi ki, Şəmkirə yox, Ağstafa rayonuna kimi bilet verə bilərik. Bildirdim ki, qızım, Ağstafa bizdən 60 km aralıdadır, mən Şəmkirdə düşməliyəm. Bildirdi ki, biz bileti belə satırıq. Dedim, onda belə çıxır ki, mən 60 km Ağtafaya, 60 km də geri - 120 km artıq yol getməliyəm? Dedim, siz qanunlara hörmət etmirsiniz? Cavab verdi ki, qanun da belədir, get kimə istəyirsən şikayət elə".

Şikayətçi iddia edir ki, bundan sonra kassir xanım onu təhqir etməyə başlayıb: "Sonra məni təhqir etməyə başladı, qışqırdı, səs saldı. Nəhayət, dedim ki, yaxşı, onda Ağstafaya kimi yaz, ver bileti. Bu zaman isə bildirdi ki, sənə bilet satmıram. Kameralar varsa, açıb baxa bilərlər.

Keçdim 13-cü kassaya. Orada da eyni cavabı aldım. Axırda məcbur qalıb Ağstafa biletini almaq üçün 17 manat 30 qəpik verdim. Bundan sonra keçib avtobusda oturdum. Yolda “AYNA”-nın qaynar xəttinə zəng etdim. Zəngimə opetaror Nigar xanım cavab verdi. Dedi ki, şikayətiniz araşdırılacaq. Amma aprel ayının 3-dən bu günə kimi hələ bir cavab yoxdur. 10-12 dəfə zəng vurmuşam, lakin vətəndaşın şikayətini saymırlar. Hər dəfə eyni sözü deyirlər ki, 15-30 gün ərzində şikayətinizə baxılacaq.

Avtobusda isə sürücünün köməkçisi siyahı ilə gəlib biletsiz olan 17-18 nəfərin hərəsindən 16-17 manat pul yığdı. Onları boş yerlərə oturtdular. Şəmkirə çatanda məni də istədiyim yerdə saxladılar, düşdüm. Bu zaman sürücü bildirdi ki, mənə deyərdin, biz onsuz da harda deyirlər, orada saxlayırıq. Hətta bildirdi ki, bilet almayıb minən sərnişinlərdən 17 manat pul alırıq, əvvəldən desəydin, səndən 15 manat pul alardıq.

Başa düşmədim, qayda-qanun budur? Bu, hal sərnişin hüquqlarının pozulmasıdır".

Qeyd edək ki, "Bakı Beynəlxalq Avtovağzalı"nın rəsmi qaydalarına əsasən, bilet kassası yalnız iki halda sərnişinə bilet satmaqdan imtina edə bilər:

1. Əgər avtobusda boş oturacaq yeri yoxdursa;
2. Əgər sərnişin sərxoş vəziyyətdədirsə.

Avtobusda sürücünün köməkçisinin sərnişinlərdən nağd pul yığması və biletsiz sərnişinlərin daşınması da qanunvericiliyə ziddir. Bu cür hallar sərnişin daşımalarında şəffaflığın və qanunların pozulmasına səbəb olur.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, vətəndaşların müraciətlərinə 15-30 gün ərzində cavab verilməlidir. Əgər bu müddət ərzində cavab verilməzsə, vətəndaşın məhkəməyə müraciət etmək hüququ vardır.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
 
 
Ardını oxu...
Ailə Park” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) direktoru Hüseyn Mədətovun barəsindəki cinayət işi üzrə hökmdən verilmiş kassasiya şikayətinə Ali Məhkəmədə baxılıb.
TEREF-in məlumata Teleqraf-ın əldə etdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlərin sökülərək yerində çoxmərtəbəli “Whitestone Towers” yaşayış kompleksinin inşası zamanı aparılan söküntü işlərinə lazımi qaydada nəzarət edilməyib və müvafiq tapşırıqlar verilməyib.
Qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasının təmin edilməməsi və söküntülərin qarşısının alınmaması nəticəsində 2022-ci ildə 4 vətəndaşa məxsus xüsusi mülkiyyətlərdə olan əmlaklar sökülüb və orada olan əşyalar məhv edilib.
Nəticədə vətəndaşlara ümumilikdə 728 893 manat dəyərində ziyan dəyib.
İstintaq orqanı tərəfindən “Ailə Park” QSC-nin direktoru Hüseyn Mədətovun barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham olunub.
Cinayət işi üzrə ifadə verən Hüseyn Mədətov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2021-ci ildən QSC-də direktor vəzifəsində işləyir: “Bizim cəmiyyətimiz tərəfindən Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlər sökülərək yerində yüksəkmərtəbəli çoxmənzilli yaşayış kompleksi inşa edilir. Həmin ünvanda çoxlu sayda istifadəyə yararsız evlər var. Biz cədvəl üzrə növbə tikililəri sökdükdən sonra orada təmizlik işləri aparmış, zibilləri yığıb kənara atmışıq. Yerində isəyüksəkmərtəbəli bina inşa eləmişik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin mart ayında, Novruz bayramı bitdikdən sonra, yəni martın 22-dən başlayaraq ayın sonunadək tikinti aparılan Həsənoğlu küçəsi 14, 16 və 16a ünvanlarındakı binaları, tikililəri söküblər, təxminən 8-10 günə həmin ünvanda işlərini bitiriblər: “Bundan sonra orada təmizlik işləri aparmışıq, ərazidə cəmiyyətlərimiz tərəfindən yaşayış kompleksinin inşasına başlanılıb”.
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, direktor kimi bütün işlərə o rəhbərlik edib.
Onun sözlərinə görə, cinayət işində adı keçən zərərçəkmişlərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə heç kim göstəriş verməyib, həmin yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi növbəliliklə cədvəl üzrə aparılıb: “Mənzillərin saxlanılması öhdəliyinin olmasını bilməmişəm. Mənzillərin sökülməsinə dair Nərimanov Rayon Məhkəməsinin qətnamələri olub. Mən məhkəmə qətnamələrinin qəbul edildiyini fikirləşərək yuxarı instansiya məhkəmələrinin qərarlarını gözləməli olduğumu bilməmişəm”.
Hüseyn Mədətov bildirib ki, zərərçəkmiş şəxsə məxsus ünvanda yerləşən qeyri-yaşayaş sahələrinin də saxlanılması öhdəliyindən xəbərsiz olub: “Çünki həmin qeyri-yaşayış səhələrinin sökülməsinə dair də Nərimanov Rayon Məhkəməsinin qətnamələri olub”.
İş üzrə zərərçəkmiş Qiyas Ağayev bildirib ki, üç otaqlı mənzili 2021-ci ildə 120.000 manata alıb:
“Mənzili alandan orada əşyalar olsa da, mənzildə yaşamamışıq. Mən işimlə əlaqədar çox vaxt Türkiyədə oluram. Mənim razılığım olmadan mənzilimi söküblər. Mənzilimdə mebellər, soyuducu və mətbəxə aid əşyalar var idi. Binada söküntü işləri may-iyun aylarında başlayıb. Binanı sökən zaman mənimlə heç kim əlaqə saxlayaraq məlumat verməyib. Mənzili tanışım Zamiqə tapşırmışdım. Binanın sökülməsi Zamiqə məlumat kimi deyilsə də, razılıq olmayıb. Biz bu barədə məhkəməyə mülki qaydada müraciət etmişik. Mənzillə birlikdə mənə 170 000 manat ziyan dəyib. 120 000 manat mənzilim üçün, 50 000 manat isə mənzildə olan əşyalar üçün tələbim var”.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Hüseyn Mədətovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza verilib.
Zərərçəkmiş və mülki iddiaçıların iddia ərizələri təmin olunub. Mülki iddiaçıların iddiaları üzrə məbləğlər QSC-dən tutularaq onlara verilməsi barədə qərar qəbul edilib.
Hökmdən narazı qalan zərərçəkmişlər apellyasiya şikayəti veriblər. Zərərçəkmişlər Hüseyn Mədətovun əməlini Cinayət Məcəlləsinin 186.2 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələrinə tövsif edilməsini, barəsində azadlıqdan məhrum etmə ilə bağlı ən ağır cəza təyin edilməsini, həmçinin mülki iddianın tam olaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş ediblər.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmişlərin şikayətləri təmin olunmayıb.
Bundan sonra onlar eyni tələblə Ali Məhkəməyə müraciət ediblər.
Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, zərərçəkmişlərin kassasiya şikayətləri də təmin olunmayıb.
Qeyd edək ki, Nərimanov rayonunda ağacların kəsilməsi ilə bağlı məlumat verilmişdir.
Bu barədə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, İdarənin əməkdaşları nəzarət tədbirləri zamanı Nərimanov rayonu, İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində “Ailə park” MTK tərəfindən aparılan söküntü işləri zamanı 15 ağac və kol bitkisinin kəsildiyini və təbiətə 13 min 380 manat məbləğində ziyan dəydiyini müəyyən edib.

Faktla bağlı akt tərtib olunub.


 

Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu isə ən müasir, dünya standartlarına uyğun avadanlıq və sınaq texnologiyalarından ibarət laboratoriyalarla təchiz olunub. İnstitutda müasir avadanlıq və sınaq texnologiyalarından istifadə edilməklə tikintidə mövcud olan inşaat materiallarının müayinə-sınaq işləri, müxtəlif təyinatlı bina və qurğuların müayinəsi, eləcə də onların seysmik dayanıqlığının qiymətləndirilməsi, materialların yanğın təhlükəsizliyinin təyini, geoloji-axtarış və digər işlər həyata keçirilir.

İnsrtitutun bütün bu funksiyaları hansı formada həyata keçirməsini geniş ictimayyətin xəbəri olmasa da, tikinti şirkətləri çox yaxşı bilir. FHN-in Layihə-Konstruktor İnşaat Materialları İnstitutunda dövlət satınalmaları da şübhəli yollarla keçirilir. Məsələn İnstitutun 2024-cü il ərzində zəruri malların və xidmətlərin alınması üçün satınalma planlarına daxil etdiyi tender və kotirovka sorğularının əksəriyyətinin nəticələri barədə heç bir məlumat yoxdu. Bunlar şox güman ki, elan edilmədən, özlərinə və yaxud yaxınlarına məxsus şirkətlər vasitəsi ilə həyata keçirilir. Nəticələri açıqlanan satınalmalarda isə şübhələr özünü açıq aşkar göstərir.

Qeyd edək ki, Elmi-Tətqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu üçün xidməti nəqliyyat vasitələrinin satınalınmasının nəticəsi 13.05.2025-ci ildə açıqlanıb. Qalib təchizatçı “TOYOTA-BAKI MƏRKƏZİ ” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. İmzalanması nəzərdə tutulan müqavilənin məbləği isə 185.300,00 manat təşkil edib. Bu vəsaitə neçə avtomobilin alınacağı bəlli deyil.

İnstitut 03.09.2024-cü ildə də avtonəqliyyat vasitələrinin satınalınması üzrə “YENİMOTOR” MMC ilə 187.200 manat məbləğində müqavilə bağladığını açıqlayıb. 29.08.2024-cü ildə isə İnstitut üçün xidməti nəqliyyat vasitələrinin satınalınması üzrə “AZƏRMAŞ PARK” MMC ilə 75.000,00 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Göründüyü kimi İnstitut son səkkiz ayda nəqliyyat vasitələrinin alınmasına ümumi olaraq 447 500 manat dövlət vəsaiti xərcləyib. Burada nəqliyyat vasitələrin xidməti məqsədlə alındığı bəlli olsa da, neçə avtomobilin alınması məlum deyil. Görünür bu avtomobillər İnstitutun rəhbər vəzifəli şəxslərinin rahatlığını təmin etmək məqsədi ilə alınıb.

Bunlardan əlavə 06.05.2025-ci ildə Elmi-Tətqiqat və Layihə-Konstruktor İnşaat Materiallarıİnstitutunun nəqliyyat vasitələri üçün cari təmir xidmətləri və ehtiyat hissələrinin satınalınması üzrə keçirdiyi tenderin nəticəsi açıqlanıb. Qalib təchizatçı Adı “SK SERVİS ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və bağlanılan müqavilənin məbləği 369.068,00 manat təşkil edib. İnstitut 21.08.2024- cü ildə isə nəqliyyat vasitələri üçün cari təmir xidmətləri və ehtiyat hissələrinin satınalınması üzrə “MY AUTO” MMC ilə 319.474,38 manat məbləğində müqavilə bağlayıb. Göründüyü kimi İnstitut son 10 ayda nəqliyyat vasitələrinin ehtiyyat hissələrinin cari təmir xidmətləri və alınmasına ümumi olaraq 688 542 manat məbləğində satınalma müqavilələri bağlayıb.

Göründüyü kimi FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu son on ayda yalnız nəqliyyat vasitələrinin və onların ehtiyyat hissələrinin alınmasına və cari təmir xidmətləri göstərilməsinə bir milyon manatdan çox dövlət vəsaiti xərcləyib. Burada da nə qədər nəqliyyat vasitəsinə servis xidmət göstərilib bəlli deyil. Bəlli olan odur ki, ayrılmış vəsait xeyli şişirdilib.

Qeyd edək ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun direkturu vəzifəsində uzun illərdir Rüstəm Bağırov oturur. Onun haqqında elektron mediada Fövqəladə Hallar Nazirliyinin digər vəzifəli şəxslərindən fərqli olaraq o qədər də geniş məlumat yoxdu. Yalnız musavat.com hələ 2012-ci ildə yazır ki, Mənbə sement idxalını de-fakto qadağa edən mexanizmi də açıqlayıb: “Ölkəyə gətirilən sementin markasına və keyfiyyətinə rəyi Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində olan S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verir. İnstitutun direktoru Rüstəm Bağırov sement idxalı ilə məşğul olmaq istəyənləri bu fikrə düşdüyünə görə sözün həqiqi mənasında peşman edir. Məsələn, ötən ilin noyabrında bir iş adamı Gürcüstandan ölkəmizdə 3 vaqon ”Evro-sement” idxal edir. Ağstafa dəmiryol stansiyasına gətirilən mallara Tovuz Gömrük İdarəsi baxış keçirir. “Euro-sement”in nümunələri S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutuna göndərilir. İnstitutun direktoru Rüstəm Bağırov isə tərtib etdiyi rəydə yazır ki, ölkəyə gətirilən 3 vaqon 500 marka “Euro-sement” əslində sement yox, eləcə qum imiş”.

Göründüyü kimi Rüstəm Bağırovun adı Fövqəladə Hallar Nazirliyinin digər vəzifəli şəxslərindən fərqli olaraq o qədər də çox hallanmır. Bu da çox güman ki, dövlət satınalmalarında olduğu kimi, onun bütün işləri gizli həll etməsindən irəli gəlir.Təbii ki, Agentliyin rəisi Cəbrayıl Xanlarovla əlbir.

Aktualinfo.org


Ardını oxu...
Yük maşını sürücüsü olan Əhmədov Muxtar Anaxeber.com vasitəsi ilə Daxili İşlər naziri Vilayət Eyvazoba müraciət edib. 99 HT 123 dövlət nömrə nişanlı yük maşını istifadə edən M.Əhmədov bildirib ki, onu Bakının Binəqədi rayon ərazisində 90 YP 658 nömrəli yol patrul xidməti avtomobilinin əməkdaşı saxlayıb. YPX əməkdaşı sürücüyə bildirib ki, yükdaşıma qaydalarını pozduğuna görə maşın cərimə meydançasına getməlidir. Sürücü ondan protokol tərtib olunmasını istəyib. Lakin YPX əməkdaşı protokol tərtib olunmayacağını deyib və bildirib ki, maşın duracağa gedəcək, özü də Binəqədi DYP-də 2-ci otağa yaxınlaşacaq: “Dedi ki, əks halda post patrul xidməti çağırılacaq. Bundan sonra mən Binəqədi DYP-yə getdim. Orada deyildi ki, ikinci otaqda olan Kamran müəllimlə görüşəcəksən. İçəri girməmiş isə telefonlarımı aldılar. Dedim ki, mobil telefonun biri ailədən gələn zəng üçündür. Ancaq hər ikisini aldılar. Yəni içəridə nə baş versə, onu sübut edə bilməyəcəksən. Uzun sözün qısası, bir müddət sonra Kamran adlı rütbəli ilə görüşdüm. O da bizi saxlayan yol polis əməkdaşı ilə telefon əlaqəsi saxladı. Sonra Kamran müəllim dedi ki, yükü boşaldın, cərimə yazaq. Bildirdik ki, yükü rayona aparırıq, çatdırmalıyıq. O da heç bir protokol tərtib etmədən 150 manat istədi”.
Sürücünün sözlərinə görə halbuki yükdaşıma qaydasının pozulması cəriməsi 40 manatdır: “Dedim ki, Kamran müəllim, cərimə 150 manat deyil axı. Sonra bizim üçün bu məbləği 120 manat edəcəyini söylədi. Uzun söhbətdən sonra məndən 100 manat alındı, yük maşının olduğu dayanacaqda da çıxmaq üçün 10 manat istədilər. Yəni heç bir protokol tərtib edilmədi, dedi ki, gedib maşını götürə bilərsiniz. Maşını çıxardıqdan sonra Daxili İşlər Nazirliyinin 102 Qaynar Xəttinə, eləcə də Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin 161 xəttinə məlumat vermişəm. Çünki hər dəfə başımıza oyun açırlar".

Anaxeber.com
Ardını oxu...
Yasamal rayonunda qanunsuz tikinti işləri davam etməkdədir. Sakinlərin narazılığına səbəb olan belə tikintilərdən biri də Mirəli Seyidov küçəsi 165 ünvanında qeydə alınıb.

Tribunainfo.az xəbər verir ki, sözügedən ünvanda qanunsuz tikinti ilə bağlı son günlərdə sosial mediada məlumatlar yayılıb. Məlumatlara görə, bu ünvanda icazəsiz tikinti işləri aparılır və yerli icra hakimiyyəti bu vəziyyətə müdaxilə etmir.

Sakinlər bildirib ki, binaya yaxın ərazidə aparılan tikintinin əlindən evdə oturmaq mümkün deyil:

“Bu tikinti yığıb bizi boğaza. Səsdən oturmaq mümkün deyil evdə. Havalar istidir deyə pəncərələri açmaq istəyirik, onda da evi toz-torpaq basır. Nə qədər olar səs-küy. Nə gündüz dayanırlar, nə gecə”.

Sakinlər iddia edir ki, Yasamal rayon İcra Hakimiyyəti, İH başçısı Elşad Həsənov bu qanunsuz tikilinin qarşısını almır.
Yaşayış yerlərinə çox yaxın, binanın həyətində ucaldılmaqda olan tikili uzun müddətdir ki, narazılıq yaradır. Vətəndaşlar aidiyyəti qurumlara, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək vəziyyətin araşdırılmasını tələb edirlər. Ancaq bütün narazılıqlara, aidiyyəti qurumlara edilən müraciətlərə baxmayaraq tikinti davam etdirilir.

Qeyd edək ki, Yasamal rayonunda bu kimi qanunsuz tikintilər tez-tez baş verir.

Yazıda adı keçən bütün tərəfləri dinləməyə hazırıq.

Gülşən Rəsul
 
Ardını oxu...
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
Dövlət Sərhəd Xidmətinin (DSX) Hərbi Hospitalında rüşvət baş alıb gedir.

Bu haqda Hurriyyet.az-a oxucular tərəfindən məlumat verilib. Müəyyən səbəblərdən adının çəkilməsini istəməyən oxucumuz bildirir ki, hospitala müraciət edən vətəndaşlardan aşkar şəkildə rüşvət yığılır.

"DSX-nin Hərbi Hospitalının rəisi, polkovnik Şükür Eyvazov və şöbə rəisi Yeganə Əliyeva Hərbi Hospitalın ərazisində saxta ROSİBEBEK adlı klinika açıblar. Yəni "xəstəxana içərisində xəstəxana" fəaliyyət göstərir", - deyə şikayətçi bildirir ki, vətəndaşlardan "xidmət haqqı" kimi pul toplanılsa da, çek verilmir:

"Hərbi Hospitala gələn mülki vətəndaşlar pul ödənişləri üçün dövlət büdcəsinə bağlı olan kassaya deyil, hospitalın daxilində yaradılan saxta klinikanın saxta kassasına yönləndirilir. Bu yolla vətəndaşlardan rüşvət yığılır. Yığılan pullar dövlət büdcəsinə yox, ciblərə gedir".

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
 

 


Ardını oxu...
TEREF yazır ki, poçtumuza daxil olan şikayət məktubunu oxuculara təqdim edirik. Siyəzən rayon sakini Zeynalov Mabəddin Qabil oğlu Mərkəzi Klinikada atası 2‐ci qrup müharibə əlili Zeynalov Qabil Mabəddin oğluna qarşı ədalətsizlikdən ölkənin rəhbərliyinə müraciət edərək yazır:

Siyəzən rayonu, M.V. Vidadi küçəsi, ev 45 ünvanında yaşayan Zeynalov Mabəddin Qabil oğlu tərəfindən.
Əlaqə nömrələri: (077) 399‐35‐86, (070) 634‐55‐21.

Açıq — Ş İ K A Y Ə T

Məlumat üçün yazıb Sizə bildirmək istəyirəm ki, 2‐ci qrup müharibə əlili atam Zeynalov Qabil Mabəddin oğlu yüksək şəkərli diabet xəstəliyi, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkdiyi üçün 18 aprel 2025‐ci il tarixdə vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanasın'na müraciət etmişdir. Həkimlərin baxışından sonra, xəstəyə infarkt diaqnozu qoyulmuş, təcili yardımın köməyi ilə xəstə Bakı şəhəri, Mərkəzi Klinika'ya təxliyə edilmişdir. Mərkəzi Klinika'da kardiologiya şöbəsinin müdiri, həkim‐kardioloq kimi fəaliyyət göstərən Firdovsi İbrahimov, atam Qabil Zeynalovu müayinə etdikdən sonra, onda ürəy damarının tutulması aşkar edilərək, onun ürəyinin damarına angioplastika yolu ilə STENT qoyulduqdan sonra, təkrarən 26 aprel 2025‐ci il tarixdə növbəti müayinədən geçməsini bildirmişdir. 26 aprel 2025‐ci il tarixdə atam Qabil Zeynalov yaxın ailə üzvlərimizin köməyi ilə birgə Mərkəzi Klinika'ya Firdovsi həkimin baxışından keçməsi, təkrarən müayinə edilməsi üçün gətirilsədə, lakin Mərkəzi Klinika'da qeydiyyat şöbəsinə yaxınlaşan zaman, oradakı əməkdaşlar qanunsuz olaraq, pul köçürmələrini tələb edərək, əks halda xəstəyə baxmayacaqlarını bildirmişlər. Firdovsi həkimin köməkçiləri də eyni sözləri bildirərək xəstə yaxınlarından pul köçürmələrini tələb etmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanunda göstərilir ki, vətəndaş qeydiyyatda olduğu ərazi üzrə tibbi xidmətlərin göstərilməsi, bu mümkün olmadığı təqdirdə, vətəndaşa tibbi xidmətlərin göstərilməsi üçün aidiyyəti üzrə tibb müəssisəsinə göndəriş verilərək, həkim müayinəsindən keçə bilər. Həkim müalicəsindən sonra vətəndaş təkrarən tam ödənişsiz qaydada 45 (qırx beş) gün ərzində müalicə aldığı həkim tərəfindən müayinə oluna bilər. Burdanda açıq‐aydın görünür ki, Mərkəzi Klinika'nın qeydiyyat şöbəsinin əməkdaşları və Firdovsi həkimin köməkçiləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanunun bu tələbini kobud şəkildə pozmuşlar. Bununla bağlı xəstənin yaxınları Firdovsi həkimin otağına yaxınlaşaraq xəstənin 2‐ci qrup müharibə əlili olduğunu qeyd etsələrdə, ancaq əfsuslar olsun ki, Firdovsi həkim və köməkçiləri isə ölkə başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müharibə əlillərinin daim diqqət mərkəzində saxlanılması və onların incidilməməsi haqqında tapşırıq və tövsiyyələrinə əməl etməyərək, atam Qabil Zeynalovu sovet dönəmində vuruşduğunu, onu müharibə əlili kimi tanımadıqlarını açıq şəkildə ifadə edərək, müharibə əlilləri arasında ayrı‐seçkiliy salmaqla bu kimi təxribatla da məşquldurlar. Buna dair biz də onların videogörüntüləri və səsyazıları mövcuddur. Lazım gələrsə həmin faktları aidiyyəti üzrə təqdim etməyə hazıram. Onu da bildirmək istəyirəm ki, əlacsız qalmaları səbəbindən Firdovsi həkim və köməkçilərinin dedikləri ilə razılaşmaq məcburiyyətində qalan xəstə yaxınları, xəstənin ixtisaslı müayinə və müalicə olunması üçün Mərkəzi Klinika'ya ödənişlər etmişdir. Həmin ödənişlərə dair biz də qəbzlər də var. Ödənişləri etdikdən sonra, xəstəni kardioloq Firdovsi İbrahimovun qəbuluna keçirən zaman, xəstəxananın mühafizə xidməti yaxınlaşaraq, həkimin xəstəni qəbul etmək istəmədiyini bildirmişdir. Səbəb də o, olmuşdur ki, Firdovsi həkimin dediyinə görə guya ki, biz ondan yuxarı instansiyalara şikayətlər etmişik. Halbu ki, belə şey baş verməmişdir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq, hər bir vətəndaşın təklif, ərizə və şikayət etmək hüququ vardır. Nə mən, nədə ki, digər ailə üzvlərimizin Firdovsi İbrahimovun barəsində şikayətlər etmədiyini xəstənin yaxınları Firdovsi həkimin diqqətinə çatdırsalarda, amma bütün bunlara baxmayaraq, həkim Firdovsi İbrahimov hikkəsi və inadkarlığı ilə rəftar edərək, müxtəlif əsassız bəhanələr gətirməklə, 2‐ci qrup müharibə əlili atam Zeynalov Qabil Mabəddin oğlunu ixtisaslı müayinə və müalicə etməkdən, bir sözlə xəstəsindən əsassız və qanunsuz, həmçinin qərəzli olaraq imtina etmişdir. Mən və demək olar ki, əksər ailə üzvlərimiz dərhal bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi'nin ‐ 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ‐ 1542 və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi'nin ‐ 815 qaynar xətlərinə zəng edib məlumat bildirdikdən sonra, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsələ ilə bağlı Mərkəzi Klinika'nın müvafiq şəxsləri ilə əlaqə yarıtmağa çalışsada həkimlər danışmaqdan boyun qaçırmışlar. Əlavə olaraq bildirmək istəyirəm ki, mən bundan öncə də qeyd etdiyim məsələ ilə bağlı 26 aprel 2025‐ci il tarixdə, AR‐nın Səhiyyə Nazirliyi'nin ‐ 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiliyi ‐ 1542 və TƏBİB‐nin ‐ 815 qaynar xətlərinə zəng edib şifahi məlumat bildirməyimlə yanaşı, eyni zamanda müxtəlif dövlət qurumlarına şikayət ərizələri yazaraq, 2‐ci qrup müharibə əlili, atam Zeynalov Qabil Mabəddin oğlunun başına hər hansı bir xoşagəlməz hadisə gələrsə, ilk növbədə tələbimizin Firdovsi İbrahimovdan olacağını bildirmişdim. Lakin, onunla bağlı heç bir tədbir görülmədiyindən, atam Qabil Zeynalov həmin hadisənin səhəri günü yəni 27 aprel 2025‐ci il tarixdə dünyasını dəyişmək məcburiyyətində qaldı. Həmin 26 aprel 2025‐ci il tarixli müraciətimi də indi ki, ərizəmə əlavə edərək Sizə göndərirəm.

Odur ki, yuxarıda qeyd edib göstərdiyim xüsusat və faktların öz nəzarətiniz altında kökündən, tam, hərtərəfli və obyektiv araşdırılaraq, Mərkəzi Klinika'da kardiologiya şöbəsinin müdiri kimi fəaliyyət göstərən həkim‐kardioloqu Firdovsi İbrahimovun xəstəmizə qarşı etmiş olduğu qanunsuz və cinayətxarakterli hərəkətlərinə obyektiv hüquqi qiymət verilərək, onun barəsində qanunamüvafiq ciddi tədbirlər görməyinizi Sizdən artıq dərəcə də xahiş edirəm.

Hörmətli sayt rəhbəri bu müraciətimin işıqlandırılmasında mənə köməklik göstərəsiniz.

Hörmətlə, Mabəddin Zeynalov
Mərkəzi Klinika ilə əlaqə saxlasaqda bir cavab ala bilmədik. Lakin yenədə onların mövqeyinidə dərc etməyə hazırıq!
TEREF
Ardını oxu...
Asif Əsgərov ötən il sentyabrın 1-də keçirilmiş növbədənkənar VII çağırış Milli Məclisə seçkilərdə deputat seçiləndən sonra dövlət başçısının sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.

O vaxtdan Nəsimi RİH-nin başçısı kreslosu boşdur. Həmin vəzifəni müvəqqəti olaraq RİH başçısının müavini Zahid Xəlilov icra edir. Özü də necə?!

Hazırki vəziyyət budur ki, RİH aparatında vətəndaşların qəbulu ilə məşğul olan, müraciətlərinə baxan yoxdur. Başqa müavinlər də hərə öz bildiyini edir, Xəlilovun sözünü eşidən yoxdur.

Lakin o da az bilmir, zəhmətsiz gəlirlərin əsas mənbəyi olan tikintiyə nəzarət sahəsini ələ keçirib. Xəlilovun bu işdə ən yaxın silahdaşı RİH-nin memarı Ələskər Rüstəmovdur. Əslində onların qeyd olunan müstəvidə işləri iş görməməkdən, daha doğrusu, qanunsuz tikililəri apran şəxslərə "səni görmüşük, sən də bizi gör” deməkdən və göz yummaqdan ibarətdir. Yox, imanımızı yandıra bilmərik, özbaşına, Tikinti Məcəlləsini tələblərinin müşayiəti ilə inşaat həyata keçirənlərə "çətir” tövsiyə edirlər. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Nəsimi rayonu, Mir Cəlal küçəsi – 254 ünvanla Həsən Seyidbəyli küçəsinin kəsişməsində yerləşən "Çinar” restoranının arxasında qanunsuz kabinetlər inşa edilir. Öyrəndiyimiz qədərincə, sözügedən kabinetlərin inşasına görə icazə alınmayıb. Bu isə Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulması deməkdir. Bu naqisliyi Nəsimi Rayon İcra Hakimiyyətinin də, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin də, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq Ərazi İdarəsinin də görməmələri qeyri-mümkündür. Nəzarətedici qurumların vəzifəli şəxslərinin sahibkara əlavə qazanc gətirəcək həmin qanunsuz kabinetlərin inşasına təmənnasız göz yummasına inanmaq sadəlövhlük olar.

Redaksiya olaraq, müvafiq qurumların aşkarladığımız qanunsuzluğa münasibətlərini rəsmi sorğu məktubları ilə öyrənməyə çalışacağıq.

Cumhuriyyet.az

 
Ardını oxu...
Elm və Təhsil Nazirliyinin orta məktəb dərsliklərinin çapı ilə bağlı keçirdiyi tender müsabiqələrinin 3 qalibi müəyyən edilib.
Tender müsabiqələri 1-2-ci siniflər, 5-6-cı siniflər və 7-9-cu siniflər üzrə dərsliklərin çapı ilə bağlı olub.
Qeyd edək ki, 1-2-ci siniflər üzrə dərsliklərin çapını “Çaşıoğlu Elm-İstehsalat” MMC (VÖEN- 1300069061),
5-6-cı siniflər üzrə dərsliklərin çapını "Təhsil" Nəşriyyat Poliqrafiya MMC (VÖEN – 1300379491),
7-9-cu siniflər üzrə dərsliklərin çapını isə “Şərq-Qərb” ASC (VÖEN - 2000043631) həyata keçirəcək.
Nazirlik dərslik çapı üçün bu şirkətlərə müvafiq olaraq 3 101 103 manat, 3 275 105 manat və 2 535 277 manat ödəyəcək.
Onu da bildirək ki, tenderin qalibi olan şirkətlərin çap edəcəkləri kitabların sayı və bir ədəd kitab üçün alacaqları orta məbləğ aşağıdakı kimi olub:
“Çaşıoğlu Elm-İstehsalat” MMC – 2 361 250 ədəd (bir ədəd dərslik 1 manat 39 qəpik);
"Təhsil" Nəşriyyat Poliqrafiya MMC – 1 341 950 ədəd (bir ədəd dərslik 2 manat 31 qəpik);
“Şərq-Qərb” ASC – 1 066 800 ədəd (bir ədəd dərslik 2 manat 38 qəpik).
"DİA-AZ" araşdırmaları nəticəsində bildirir ki, yuxarıda təqdim olunan rəqəmlər açıq-aşkar korrupsiya əlamətidir və bununla bağlı gərəkən qurumların hərəkətə keçməsi mütləqdir. Ən azından bir-iki faktı diqqətinizə təqdim edirik.
Məsələn, “Çaşıoğlu Elm-İstehsalat” MMC–yə ayrılan 2 361 250 ədəd dərslik üçün vəsait yetərincə şişirdilib. Şünki faktiki olaraq bir ədəd dərslik 1 manat 39 qəpik ayrılsa da, realda xərclənəcək vəsait bir ədə dərslik üçün 74 qəpikdən baha deyil.
Digər bir fakt: "Təhsil" Nəşriyyat Poliqrafiya MMC–yə 1 341 950 ədəd dərsliyin hər birinə ayrılan 2 manat 31 qəpik yetərincə şişirdilmiş rəqəmdir və bhurada aşkar korrupsiya faktı var.

Məsələ diqqətimizdədir.

Dünyapress TV

Xəbər lenti