Ardını oxu...
Ey fələk zülmün əyandır, bu necə dövrü-zamandır ki, işim ahu fəğandır, məni yandırma amandır, gözümün əşki rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, bəzi əhli-qələmlər, buraxıb canıma qəmlər ki, bəs Abşeron təhsili batıbdır, Təhsilin naziri yatıbdır, regionalın müdiri olan İlhamə xanım da aləmi bir birinə qatıbdır...

Məni qınamayın, ey dəyərli oxucularım, çünki Abşeron-Xızı RTİ-də baş verənlər haqqında danışanda adamın şairliyi tutur, saz axtarırsan ki, gördüyün, eşitdiyin dəhşətləri nəzmə çəkəsən,dastan bağlayasan ki, bəlkə bunları görməzdən gələnlərin gözü açıla, millətin gələcəyini məhv edənləri görələr, baş verənlərə “dur” deyələr.
Deyilənlərə görə vəzifəyə yaxın qohumu “Körpü-Bina Tikinti” şirkətinin rəhbəri Xəlil Göyüşovun hərtərəfli yardımı ilə təyin olunan İlhamə xanım kresloya oturar oturmaz rüşvətə, helə əvvəllər də ona yaxın olan korrupsiyaya körpü atıb, elmin, təhsilin xarabalıqları üzərində hegamoniyanın binasını inşa etdirib. Ölkə KİV-lərinə, sosial medyaya ötəri nəzər salmaq kifayətdir ki, Abşeron-Xızı RTİ-nin tabeliyində olan məktəblərdə nələr baş verdiyindən hali olasan. Qısacası bu regionda ölkə qanunları işləmir, “kəndxudanı gör kəndi çap” prinsipi ilə təhsil sistemi məhv edilir. Burada şagirdlərə millətin gələcəyi gözüylə baxılmır, potensial gəlir mənbəyi kimi yanaşılır.
Yuxarı siniflərdə təhsil bazar qanunları ilə həyata keçirilir, jurnallarda 35-40 şagirdin adı yazılsa da siniflərdə 5-10 nəfər şagird oturur ki, onlar da gününü keçirmək üçün məktəbə gələnlərdir. Oxuyanlar isə elə məktəb direktorlarının, RTİ əməkdaşlarının hazırlıq kurslarında təhsil alırlar. Bir şagirdin 1500-2500 manat arasında “yola verildiyini” nəzərə alsaq ortada hansı məbləğin dolaşdığını təsəvvür etmək çətin olmaz.
Məktəblərdə dərs saatlarının satılması adi hal alıb, bütün müəllimlər “varabskoy qanunlarla” aylığa otuzdurulub, binəva müəllimlər hədə-qorxu altında daimi psixoloji basqıyla fəaliyyət göstərmək məcburiyyətində qalıblar. Müxtəlif adlar altında pul toplanılması, yersiz yoxlamalar vasitəsilə məktəblərin talanması adi hal alıb. Təbii ki, bütün bunlar İlhamə xanımın xəbəri olmadan baş vermir.
Bayramlar ayı olan mart ayında məktəblər konkret olaraq “bayram bazarına” çevrildi. Verilən məlumatlara görə İlhamə xanımın bayramlarını təbrik etmək məktəb direktorlarında heç də bayram əhval ruhiyyəsi yaratmayıb. Xüsusilə bir məmur qazancına uyğun gəlməyən dəbdəbəli həyat tərzi, övladına etdiyi bahalı toy məclisi də medyanın sevimli mövzularındandır. Doğrudan da söylənilənlər doğrudursa bir məmur maaşıyla belə dəbdəbəli həyat tərzinin sirri nədədir?.
Ulu öndərin “millətin gələcəyi” adlandırdığı bu sahədə illərdir ki, müxtəlif adlar altında islahatlar aparıldığı söylənilsə də sirr deyil ki, təhsil sistemi Azərbaycanın ən ağrılı yeri olaraq qalıbdır. Etiraf edək ki ,dövlət tərəfindən kifayət qədər diqqət və vəsait ayrılmasına baxmayaraq hələ ki, ciddi bir irəliləyiş əldə olunmayıb.
Əlqərəz, yazdıqca qurtarmaz, deməklə bitməz hadisələr baş verir Abşeron-Xızı RTİ-də. Di gəl ki, sanki, ən böyük regional təhsil idarəsini İlhamə xanıma peşkəş eləyiblər, bəxşiş veriblər. Baş verənləri nə bir görən var, nə bir “dur” deyən tapılır. Abşeron Xızı RTİ-də təhsil adına bir rəzalət yaşanır, gələcəyimiz məhv edilir. Bunun bədəli ağır olacaq, çox ağır. Yəqin ki, bir gün qaranlıqlar aydınlığa çıxacaq, çox əməllər aşkarlanacaq. Onda bu gün susanlar hansı cavabı verəcək bilmirik...
Rəhmətlik Sabir bunları görsəydi, deyərdi ki,

“At çölə getsin, nə dəbistandı bu,
Elm adına bir quru böhtandı bu,
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu”

Davamı var..

NİCAT MAHMUDOV - rubrika.az
Ardını oxu...
Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində qanunsuz, nizamsız tikintilərin əlindən hərəkət etməyə yer qalmayıb.

Tribunainfo.az-a problem barədə danışan sakinlər bildirib ki, onsuz da Xırdalanda hər tərəf qanunsuz zəbt edilərək obyekt tikilir. Bu hal indi də sözügedən kompleksin həyətində vüsət alıb. Ümumi işlək səkilərdə, binaların arasındakı boşluqlarda bir gecədə dəmir konstruksiyalı obyektlər inşa edilir.

Sakinlər bildirib ki, bayram günlərindəki sakitlikdən istifadə edən obyekt sahibləri işlərini gecə ilə görür:

“Səhər durub görürük ki, səkinin düz ortasında yeni obyekt tikilib. Kim tikir, nə vaxt tikir nə görən var, nə bilən. İki adam yanaşı hərəkət edə bilmir artıq. Hər gün artır belə qanunsuz tikililər. Buna bir nəzarət edən olmayacaq?. Elə satıb, tikəcəklər bütün boş qalan yerləri? Bəs bu camaat necə hərəkət etsin? Bu qədər də özbaşınalıq, qanunsuzluq olmaz axı. Kim harada nə gəldi tikir, nə kompleks rəhbərliyi, nə icra hakimiyyəti, nə başqa aidiyyəti qurumlar maraqlanır. Çünki hamısı haqqını alıb oturub”.

Sakinlər aidiyyəti qurumların, Abşeron İcra Hakimiyyətinin, “AAAF Park” rəhbərliyinin bu kimi hallara qarşı tədbir görməsini tələb edir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Yasamal rayonu Şəfaət Mehdiyev küçəsinin bəzi hissələrində səki yoxdur, səki olan hissəni isə avtoyuma məntəqəsi zəbt edib: “Yanından keçəndə adamın üzü, üstü su olur”…

"DİA-AZ" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə narazı sakinlər etirazlarını ifadə ediblər. Deyilənə görə, Şəfaət Mehdiyev küçəsinin bəzi yerlərində səki əvvəldən olmayıb. Bəlkə də “avtoyuma”nın yerləşdiyi hissədə də səki olmayıb, sadəcə, obyekt tikiləndə qarşısında maşınların saxlanılması üçün şərait yaradılıb.

Başqa küçələrdə də avtoyuma məntəqələri piyadalara maneələr yaradır. Ötən ay Bakıda piyadaların rahat hərəkəti üçün Bakı Şəhər İcra Hakimiyyətində xüsusi proqramın hazırlanması barədə məlumat yayılmışdı. Məlumata görə, mümkün olan yerlərdə piyada səkilərinin üzərində tikilmiş maneələrin sökülməsi nəzərdə tutulur.

Proqramın hazır olub-olmadığı və ya nə vaxt icra ediləcəyi bilinmir, amma heç olmasa indiyə kimi səkiləri zəbt edən avtoyuma məntəqələrinin profilləri dəyişdirilməli idi. Bu da şəhər rəhbərliyinin səlahiyyətindədir.
Ardını oxu...
Ardını oxu...
Qeyd edək ki, ilk dəfə deyil ki, Yasamal rayon İcra Hakimiyyəti başbilənlərinin qarış-qarış satdığı səkilər və digər keçirdlər piyadalara rəsmən təhlükə yaradır və hətta əksər hallarda onların həyatları hesabına belə başa gəir...

"DİA-AZ" xəbər verir ki, Sevinc Ədilova adlı sosial şəbəkə istifadəçisi də eyni problemin başqa küçələrdə də hökm sürdüyünü deyərək gileylənir:

"Düzdür, o yolu (Şəfaət Mehdiyev küçəsi nəzərdə tutulur -dia-az) getmək olmur. Səki deyilən şey yoxdur orda. O əraziyə yaxın Həsən Məcidov və Əhməd Cəmil küçələri var. Oralarda da ancaq "moyka"lar yığıncağıdır. Səki yoxdur..."

Onu da qeyd edək ki, Yasamal rayon icra hakimiyyətinin başçısı postunu tutan Elşad Həsənov dəfələrlə Bakı şəhər icra hakimiyyətinə, xüsusən də Bakı meriyasının rəhbərliyinə tabesizlik nümayiş etdirməsi səbəbindən tənbeh olunub və bir neçə dəfə baş verən bu halın özü belə Yasamal RİH-in özünə yığışmasına nədən olmayıb...
 
Ardını oxu...
Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinin artırılmasından sonra paytaxta aparılan tikintilərin normativ qaydalara uyğunlaşması, Bakı şəhərinin ümumi Baş planı ilə əlaqələndirilməsi istiqamətində mühüm addımlar atıldı. Komitə rəhbərliyinin qısa zaman ərzində işlək vəziyyətə gətirdiyi tikinti qaydalarının və tikintiyə icazənin sadələşdirilməsi sadə vətəndaşları sevindirsə də, bu sahədə əvvəllər böyük miqdarda vəsaitlər qazanan bəzi rayon icra hakimiyyətlərinin heç də ürəyindən olmadı. Hələ də bəzi icra hakimiyyətlərinin başçıları səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz tikintilərə şərait yaradırlar.

AzFakt.com xəbər verir ki, qanunsuz tikintilərə “yaşıl işıq” yandıran dövlət qurumlarından biri də Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevdir.

Məlumata görə icra başçısı Rafiq Quluyevin “qayğısı” ilə inşa edilən qanunsuz tikintilərdən biri də General Səməd bəy Mehmandarov 520 ünvanında baş verir.
Belə ki, General Səməd bəy Mehmandarov 520 ünvanında yerləşən obyekt Dövlət Şəhərsalma və Arxitektura Komitəsinindən və digər aidiyyatı qurumlardan heç rəsmi icazəsi olmadan, qanunsuz şəkildə artırılır.
Ardını oxu...
Ardını oxu...

 
Ardını oxu...
Nizami rayonu, Qara Qarayev prospekti, ev 82A-nın həyətində, 61 saylı orta məktəbin ərazisində (vaxtilə məktəbin ərazisi olub, sonra zəbt edilib) 2 gündür gecə-gündüz dayanmadan tikinti gedir.
TEREF Ajans.az-a istinadla xəbər verir ki, bununla bağlı "Bakı gündəliyi" Facebook səhfəsində məlumat paylaşılıb. Məlumata görə, ərazidə avtoyuma məntəqəsi və başqa təyinatlı obyektlər tikilir.

Tikintiyə rəsmi icazə verilib-verilmədiyi isə məlum deyil. Məsələ diqqətimizdə saxlanılacaq.

Qeyd edək ki, bir neçə gün öncə tikinti ilə bağlı məlumat vermişdik. Son vəziyyət isə budur. Tikinti hələ də davam edir.
Ardını oxu...
Ardını oxu...
"Kontakt Home” mağazalar şəbəkəsi (hüquqi adı "ABC Telecom” MMC) əvvəlcədən borucunu ödəyən müştərilərlə bağlı keçirilən lotereya oyununu müəmmalı səbəblərdən təxirə salıb.

Qaynarinfo-nun məlumatına görə, bir neçə aydır "Kontakt Home” mağazalar şəbəkəsi müştərilərə "əvvəlcədən borucunu bağla, Novruz bayramında avtomobil və digər elektorun avadanlıqların udulması üçün lotereyaya qoşul” kompaniyasına start verib. Minlərlə müştəri Novruz bayramı günü keçirilməsi nəzərdə tutulan lotereya oyununa qoşulmaq üçün kredit borclarını ödəyib.

Amma bayram günü sözügedən lotereya oyunun keçirilməsi müəmmalı səbəblərdən təxirə salınıb.

Müştərilər isə lotereya oyunun təxirə salınması ilə bağlı "Kontakt Home”la əlaqə saxlayıblar. Mağazanın qaynar xəttindən sözügedən lotereya oyunun nə vaxt keçirilməsi ilə bağlı dəqiq məlumat verilmir.

Məsələ ilə bağlı Qaynarinfo-nun əməkdaşı da "Kontakt Home” mağazalar şəxəsinin qaynar xətti ilə əlaqə saxlayıb. Bildirilib ki, oyunun nə vaxt keçiriləcəti ilə bağlı onlarda da dəqiq məlumat yoxdur: "Səbəbini özümüz də bilmirik. Amma lotereya oyunun yenidən bərpa edilməsi ilə bağlı bizə məlumat verilib”.

"Kontakt Home”un "Facebook" səhifəsində Elmin Bayandır adlı müştəri də sözügedən oyunun baş tutmamasına görə iradını yazıb və öz etirazını bildirib: "Sizin bir lotereya var idi. Ödənişi bir neçə ay əvvəl ödəyib, sözügedən lotereyaya qoşulurduq. Ödədik və qoşulduq. Hazırda həmin lotereyanın nə izi var, nə tozu. Məlumat mərkəzinin də bundan xəbəri yoxdur. İddia edilir ki, sözügedən lotereya keçirilib. Amma nəticələri açıqlanmır...”
Ardını oxu...
Qeyd edək ki, "Kontakt Home” mağazalar şəbəsində hər gün gecikdirilən ödənişlərə görə müştərilərdən faiz tutulur. Maraqlısı budur ki, lotereyaya görə əvvəlcədən ödəniş edən müştərilərə "Kontakt Home” rəhbərliyi hansı cəriməni ödəyəcək?
 
Ardını oxu...
Mətbuatda dəfələrlə “Yeni Klinika“da baş verən neqativ hallar haqqında şikayətlər dərc edilib. Daha bir şikayət bloqumuzun poçtuna daxil olub.
TEREF xəbər verir ki, poçtumuza daxil olan məqalədə müəllif yazır:
Bildirirəm ki, "Yeni Klinika"nın yeni rəhbərliyi təyin olunduqdan sonra müəssisədə ciddi idarəetmə problemləri yaranmış və bu, həm işçi heyətinə, həm də xəstələrə mənfi təsir göstərmişdir. Aşağıda sadalanan hallar müəssisədə hökm sürən qanunsuzluqlar və neqativ tendensiyalar haqqında məlumat vermək məqsədi daşıyır.
1. Peşəkar olmayan kadr siyasəti və pasiyentlərə qarşı kobud münasibət
Yeni baş həkim tərəfindən qeyri-peşəkar kadr heyəti formalaşdırılmışdır. Bu səbəbdən xəstələr həkimlərin davranışı və müalicə prosesindəki ciddi nöqsanlardan şikayətlənirlər. Xəstələrin bildirdiyinə görə, bəzi həkimlər onlarla kobud rəftar edir və düzgün müalicə təyin etmir. Əməliyyatdan sonra isə bəzi həkimlər xəstələrdən müxtəlif bəhanələrlə əlavə ödəniş tələb edirlər.
2. Əməkhaqqı gecikmələri və işçilərin hüquqlarının pozulması
Klinikanın əməkdaşları əməkhaqqı ödənişlərini vaxtında ala bilmirlər. Məsələn, fevral ayının əməkhaqqısı 5 mart tarixində ödənilməli olduğu halda, yalnız 13 mart tarixində verilmişdir. Əməkhaqqının gecikdirilməsi ilə bağlı rəhbərlik tərəfindən heç bir izahat və əvvəlcədən xəbərdarlıq olunmamışdır. Maliyyə şöbəsinin rəhbəri həmin dövrdə əməkdaşlarla əlaqədən qaçmış, suallara cavab verməmişdir.
3. Klinikada qeyri-ciddi idarəetmə yanaşması
Baş həkim işçi heyətinin problemləri ilə maraqlanmaq əvəzinə, klinikanın ehtiyaclarına uyğun olmayan tədbirlərin təşkili ilə məşğuldur. O, lazımsız tədbirlər təşkil etməyi prioritet hesab edir və bu tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verir. Hətta rəhbərliyə klinikada kino festivalı keçirilməsi təklif olunsa, bunun da dəstəklənəcəyini düşünmək olar.
TEREF xəbər verir ki, müəllif daha sonra xəstəxanada baş verən hadisələr barədə aşağıdakıları yazır:
4. Həmkarlar İttifaqının qeyri-şəffaf fəaliyyəti
Klinikanın Həmkarlar İttifaqının sədri işçilərə məxsus sanatoriya və istirahət putyovkalarını yalnız öz yaxınlarına paylayır. 24 dekabr tarixində keçirilmiş Yeni İl tədbiri üçün klinikanın 400-ə yaxın əməkdaşından hər birindən 100 AZN məcburi şəkildə toplanmış, lakin tədbirdə təqdim olunan yemək və xidmətlərin dəyəri toplanmış məbləğə uyğun olmamışdır. Bununla yanaşı, tədbiri təşkil edən şöbə əməkdaşları və rəhbər şəxslər klinikanın vəsaiti hesabına orada ödənişsiz iştirak etmişlər.
5. Şübhəli maliyyə əməliyyatları və vəzifədən sui-istifadə halları
• Daha əvvəl "EGE Hospital"da fəaliyyət göstərmiş bir şəxs klinikamızda Təchizat şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş və qısa müddət ərzində özünə bahalı avtomobil almışdır.
• Satınalma şöbəsinin müdiri də yeni baş həkimin təyinindən sonra bahalı avtomobil əldə etmişdir.
• SƏTTƏM şöbəsinin müdiri isə iş qrafikinə əməl etmir, işə yalnız bir-iki saatlıq gəlir və gedir. Lakin buna baxmayaraq, rəhbərlik tərəfindən heç bir nəzarət və tədbir görülmür.
6. Klinikada təhlükəsizlik və psixoloji təzyiqlər
Baş həkim klinika ərazisində yalnız mühafizəçilərin müşayiəti ilə hərəkət edir ki, bu da müəssisədə qeyri-sağlam və qorxu atmosferi yaradır. Eyni zamanda, aldığımız məlumatlara əsasən, bəzi işçilər məlum olmayan şərtlər əsasında işə qəbul edilirlər.
7. Nəzarətsizlik və sistemsizlik
TƏBİB tərəfindən yuxarıda qeyd edilən və digər məlum olmayan hallar üzərində heç bir nəzarət aparılmır. Klinika daxilində baş verən neqativ və qanunsuz halların qarşısının alınması üçün heç bir tədbir görülmür.
Bildiyimizə görə, klinikada başqa qanunsuz hallar da mövcuddur, lakin onları tam şəkildə açıqlamaq mümkün olmur. Xahiş edirik ki, bu müraciət aidiyyəti qurumlara çatdırılsın və məsələyə operativ şəkildə müdaxilə edilsin. Qanunsuzluqlara qarşı ciddi tədbirlər görülməli və bu cür hallara son qoyulmalıdır.
TEREF olaraq qarşı tərəfin mövqeyini öyrənmək üçün “Yeni Klinika“ilə əlaqə saxladıq.Bizimlə əlaqə saxlayacaqlarını desələrdə heç kim əlaqə saxlamadı.
Lakin qarşı tərəfin mövqeyini dərc etməyə hər zaman hazırıq!
TEREF
 
Ardını oxu...
"Bakı Abadlıq Xidməti" Şəhid oğlunun pulunu niyə ödəmir?

Şəhid oğlu Tofiq Əzimov, Ali Baş komandan İlham Əliyev cənablarından imdad diləyir.

Bu iddialar Səfər Cavadovun FB səhifəsindəki paylaşımında yer alır. Bəlli aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə yazını dərc edirik:

"Bakı Abadlıq Xidməti" Şəhid oğlunun pulunu niyə ödəmir?

Şəhid oğlu Tofiq Əzimov, Ali Baş komandan İlham Əliyev cənablarından imdad diləyir.

Dəyərli dostlar, Bir neçə gün bundan öncə Bakı Abadlıq Xidmətinin rəhbəri Bünyad müəllimə müraciət etmişdim, problem həll olunmadığından təkrar müraciət etmək zorunda qaldım.

Xocalını Abadlaşdırmalı olan şirkət "Bakı abadlıq"ın rəhbəri Bünyad müəllim, Xocalıda hər iki valideyini Şəhid olmuş Tofiq Əzimovun halal 14 min manatını verməkdən imtina edir. O pul ki, "Abadlığın" mətbuat katibi Lalə Əliyeva xanım da borc olduğunu təsdiqləyib. "Əlimdə səs yazısı var". İndi isə müxtəlif bəhanələrlə şirkət pulu verməkdə imtina edir. Bu işdə tək əziyyət çəkən Tofiq deyil, Bakı Abadlıq bölgələrdə böyük bir narazı kütlə yaradıb.

Saxta bir profildən mənə yazıb təhdid etmişdilər ki, sən bu işlə bağlı yazıları davam etdirsən sənin üçün pis olacaq. Əlavə etmişdirlər ki, Bünyad müəllim Baş Nazirin müavini Yaqub Eyyubovun adamıdır, ona heç kim bata bilməz. Bu məlumatın nə dərəcədə düz olduğunu bilməsəm də, belə olmadığını isbatlayan fakta malik deyiləm. Əminliklə deyim ki, Yaqub Eyyubov bilsə ki, şirkət şəhid oğlunun pulunu vermir, 1 saata o pulu ödətdirər.. Bildiyim odur ki,bu şirkət işçilərin pulunu aylarla gecikdirir. 4 aydır Bakı abadlıq işçilərə pul vermir. Arqument isə budur. "Pul yoxdur"

Məndə olan məlumat odur ki, Bünyad müəllim Novruz bayramını qeyd etmək üçün Azərbaycanda öz zövqünə uyğun yer tapmadı, bu bayramı xarici ölkələrin birində qeyd etdi. Əminəm ki, Bünyad müəllimin bir gecə otel pulu deyil 14 min manat. Amma o pulun üstündə bir neçə ailənin haqqı var, o ailələr bu il bayramı qarşılaya bilmədi.

Bünyad müəllimin borclu olduğu Şəhid övladı isə 32 ildən sonra öz ata anasını itirdiyi XOCALI rayonunda ilk bayramı qeyd edə bilmədi. "Qeyd edim ki Tofiq Əzimov hal-hazırda Xocalıda yaşayır, ilk köç edənlərdəndir S.C" Səbəb isə Şirkətin onların pulun verməməsidir.
Məni Bünyad müəllimdən qorxutmaq istəyənlərə isə demək istəyirəm ki, bu ölkədə Şəhid övladının haqqını tələb etməyə cürəti çatmamaq, yaşaya-yaşaya ölməkdir.

Dəfələrlə Ali baş komandan, İlham Əliyev cənabları qeyd edib ki, işçilərin məvacibi vaxtında verilməlidir, Şəhid övladlarına xüsusi diqqət göstərilməlidir.(Yenixeber.org)

Şəhid övladı da xaiş etdi ki, səsini aidiyyatı qurumlara çatdırım.

Qarşı tərəfin cavab haqqını tanıyırıq.
 
     
Ardını oxu...
Sabiha Rzayeva tibbi təhsili olmadan dolğu, full face, botoks,inyeksion prosedurlarını necə həyata keçirir? Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən “kosmetoloqlar”ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır.
Ardını oxu...
Sabiha Rzayeva tibbi təhsili olmadan dolğu, full face, botoks,inyeksion prosedurlarını necə həyata keçirir?
XALQ.AZ xəbər verir ki, rəsmi statistikaya görə, ölkəmizdə son illər kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədər artıb. Tibbi təhsili olmayanlar belə, insanlara sağlamlıq və gözəlliklər vəd edib gigiyenik qaydalara riayət etmədən qeyri-qanuni prosedurlar həyata keçirilir.

Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: “Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.
Ardını oxu...
XALQ.AZ–a daxil olan,məlumata əsasən, tibbi təhsili olmadan, lisenziyasız və sertifikatsız fəaliyyət göstərən kosmetoloqlardan sosial şəbəkələrdə kosmetoloq Sabiha Rzayevadır.
Sabiha Rzayeva tibbi təhsili olmadan dolğu, full face, botoks,inyeksion prosedurlarını necə həyata keçirir?
Araşdırmalarımız nəticəsində məlum olub ki, kosmetoloq Səbihə Şakir qızı Rzayevanın Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsili olması barədə məlumat yoxdur.
Həmçinin sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestr sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni, o, heç bir ali tibbi təhsilə, tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyət göstərir.
Ardını oxu...
İddialara görə, özünü həkim kimi təqdim edən Səbihə Rzayeva tibbi prosedurları həyata keçirərək qanunvericiliyimizi heçə sayır. “Aspero” “Say” klinikalarında qanunsuz fəaliyyət göstərən Səbiha Rzayeva hətta qanunvericiliyə əsasən məhkəmə tərəfindən 5 min manat cərimə olunub. Lakin cərimə olunamsına baxmayaraq hələmdə fəaliyyətinidi davam etdirir.
Sabiha Rzayeva tibbi təhsili olmadan dolğu, full face, botoks,inyeksion prosedurlarını necə həyata keçirir?
Bir müddət öncə adını cəmiyyətdən gizlədərək Sabina Shakeri adı ilə fəlaiyyət göstərməsi və sonradan sosila heablarını bağlaması çox şübhəli məqamlar artaya çıxarır.
Göründüyü kimi əsl adını gizlədərək Sabina Shakeri adı ilə hal hazırda isə öz adı ilə pasiyentləri aldadaraq tibbi tehsili olmadan onlara qanunsuz dolğu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksion prosedurları, həyata keçirir.
Səbiha Rzayevanın müştərilərinə dolğu və plazma terapiya həyata keçirməsi bağlı yeni aktivləşmiş instagram hesabında paylaşımlar belə edir və yeni müştərilər cəlb edir. Araşıdrmalarımız nəticəsində hətta yeni iş yeri axtarışındadır Səbihə Rzayeva necə tibbi təhsil olmadan bütün kosmetoloji prosedurları, hətta inyeksiya həyata keçirir? Bu məsələ ilə bağlı “Say” klinkası bildiriblər ki, Səbihə Rzayeva icarəyə yer götürüb ve buradan işləmir.
Səbiha Rzayeva isə açıqlama verməkdən imtina edib.
Ardını oxu...
Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalarından yayınmaq üçün artıq qanunsuz fəaliyyət göstərən “ixtisaslanmış həkimlər” və “kosmetoloqlar” sosial hesablarını bağlayıb bir müddət keçdikdən sonra yenidən aktiv edib müştəri toplayırlar.
Ardını oxu...
XALQ.AZ-a Analitik Ekspertiza Mərkəzindən verilən məlumat görə, “Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur. Tibbi kosmetogiyaya, сərrаhi müdaxilələr istisna olmaqla (plastik сərrаhiууəуə aid оlmayan) konservativ və korreksion üsullar daxildir. Bu üsullаrа inyeksion рrоsеdurlаr, müxtəlif növ араrаt kosmetologiyası (о сümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq рrоsеdurları, və müalicəvi masaj üsulları, plazmoliftinq və digər рrоsеdurlar aid оlunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovnenerolqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”, – deyə mərkəzdən bildirilib.
Ardını oxu...
Məlumat üçün bildiririk ki, lisenziyasız kosmetoloji fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, qanunsuz dolğu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksion prosedurları, hətta qanunsuz tələbə hazırlığı həyata keçirilir. Hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji preparatları istifadə olunması ilə bağlı məlumatlar var. Məsələ ilə bağlı qanunsuz fəaliyyət göstərən kosmetoloq Səbihə Rzayeva haqqında Analitik Ekspertiza Mərkəzinə müraciət olunub.

Yazıda adları keçənlərində açıqlamasını dərc etməyə hazırırq.
Ardını oxu...
Lənkəran Dövlət Universitetinin (LDU) tələbələri yeni tətbiq olunan imtahan və gecikmə sistemindən narazıdır. Onların iddialarına görə, bu sistem nəticəsində universitet rəhbərliyi tələbələrdən faktiki olaraq rəsmi şəkildə rüşvət yığır.

Məlumata görə, imtahanların çətinləşdirilməsi və alt qrup mexanizmi tələbələri əlavə ödəniş etməyə vadar edir. Hər il təxminən 10 min tələbə tədris mövsümünün sonunda universitetə yüksək məbləğdə pul ödəmək məcburiyyətində qalır.

Bundan başqa, universitet rəhbərliyinin tələbələrin problemlərinə laqeyd yanaşdığı bildirilir. Tələbələrin sözlərinə görə, LDU-nun prorektoru Zaur müəllim şikayətləri dinləməkdən imtina edir, dekan Gülbəniz Əliyeva isə bu ənənəni davam etdirir. Hətta tələbələrin müraciətlərinə laqeyd münasibət göstərildiyi və problemlərinin həll olunmadığı qeyd olunur.

Tələbələrin daha bir şikayəti isə universitetin infrastruktur problemləri ilə bağlıdır. Bildirilir ki, müəllimlər bahalı avtomobilləri ilə universitetə rahat daxil ola bildiyi halda, tələbələr üçün dayanacaq yeri belə mövcud deyil. Tələbələr bu məsələ ilə bağlı dəfələrlə müraciət etsələr də, onların problemlərinə məhəl qoyulmur. Məlumata görə, dekan Gülbəniz Əliyeva tələbələrin şikayətlərinə cavab olaraq, “Taksi ilə gəlin, taksi ilə gedin” kimi laqeyd bir cavab verib.

\editor.az
 

Dünyapress TV

Xəbər lenti