b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_304b3bc56ebc44656343e8a3c02f8ea8.jpg
 

Kremlin ideoloqu dövlətlərin müstəqilliyini hədəf alıb; o, Putinin mövqeyini ifadə edir?

“Rus dünyası”nın tanınmış ideoloqlarından biri, Kremlin “beyni” adlandırılan Aleksandr Duqin postsovet ölkələrinin müstəqilliyini hədəf alan növbəti fikirləri ilə gündəmə gəlib. O, Ukraynaya qarşı işğalçı müharibənin yeni Rusiya imperiyasının yaradılmasının açarı olduğuna eyham vurub.

Duqin Ukraynanın ardınca bütün postsovet məkanının “udulduqdan” sonra Rusiyanın “sərt şaquli hakimiyyətə malik, hər hansı muxtariyyətlərin və liberal dəyərlərin olmadığı millətlərüstü makrodövlətə” inteqrasiyasını təklif edib. Onun modelində azlıqların hüquqları formal olaraq qorunub saxlanılır, lakin siyasi subyektivlik məhv edilir və “ənənə” ideologiyasına çevrilir, Qərb modeli üzrə insan haqları rədd edilir.

Bu barədə o, mayın 28-də “Rusiyanın indiki geosiyasətində avrasiyaçılıq” seminarı zamanı söyləyib.

Duqinə görə, keçmiş sovet respublikalarının inteqrasiyası Rusiyanın Ukraynadakı hərbi kampaniyasının nəticələrindən asılıdır. Yəni o, açıq şəkildə postsovet ölkələrini, onların müstəqilliyini hədələyib.

“İnteqrasiya sürəti Ukraynadakı uğurumuzdan asılıdır, çünki bu, bizim üzləşdiyimiz Avrasiya proksisidir. Avrasiyanın əsas ideyası ondan ibarətdir ki, Ukrayna vahid İmperiyanın bir hissəsi olmalıdır. Söhbət ittifaq formatlarından yox, Moskva mərkəzli tam hüquqlu geosiyasi birləşmədən gedir”.

Duqinin bu sayıqlaması nə dərəcədə rəsmi Kremlin və ya Putinin mövqeyini ifadə edir? Konkret olaraq Azərbaycan bu kimi açıqlamaları ciddiyə almalıdırmı?

fikret.jpeg (167 KB)

Siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında Rusiyanın bir bəla olduğunu bildirdi. Sabiq nazir eyni zamanda, şimal qonşumuzun Ukrayna savaşından sonrakı hədəfi ilə bağlı təxminlərini bölüşdü: “Bu fikirlər Duqinə məxsus deyil, onların müəllifi Rusiya prezidenti Vladimir Putindir. Sadəcə olaraq o, öz istəyini Duqin kimi alətlərin vasitəsilə bəyan edir. Buna qədər Putinin ən böyük sözçüsü başqa bir sərsəm - Vladimir Jirinovski idi. Dünya bu gün Rusiya bəlası ilə üz-üzədir. Mən ”bəla" sözünü təsadüfən istifadə etmirəm. Doğrudan da Rusiya bu gün bütün dünya üçün bir bəlaya çevrilib. Bu bəladan qurtulmağın yeganə yolu isə dünyanın aparıcı güclərinin bir araya gələrək Rusiyanın qarşısına çıxmasından keçir. Dünya birliyi nə yolla olursa-olsun Rusiyanın bu ambisiyalarının qol-qanad açmasına imkan verməməlidir. Təəssüflər olsun ki, Qərbin və ilk növbədə ABŞ-ın iqtisadi maraqları hələ dünyanın üzləşdiyi Rusiya probleminin çözülməsi qarşısında bir əngəl olaraq qalır".

F.Yusifov sual etdi ki, baxın, Ukrayna ilə müharibənin başladığı zamandan Rusiyaya qarşı tətbiq edilən sanksiyalar necə işləyir: “Bu sahədəki durum bərbad vəziyyətdədir desək, yanılmarıq. Qərbin Rusiyanı neft-qaz gəlirlərindən məhrum etmək istiqamətində atdığı addımlar tam formal xarakter daşıyır. Rusiya Ermənistan kimi başıpozuq dövlətlərin vasitəsilə öz hərbi sənayesi üçün lazım olan bütün məhsulları Qərbin istehsalçılarından rahatlıqla alıb gətirir və bu hesaba istehsal etdiyi müasir silahlarla Ukraynanın başına od ələyir. ABŞ prezidenti Donald Trampın isə, Putinin nazı ilə oynaması, Rusiyanın əl-qolunu daha geniş açır. Ən acınacaqlı olan budur ki, Qərb Ukraynaya qarşı işğalçı müharibəni durdurmaq üçün bu günə qədər Ukraynaya kosmetik xarakterli hərbi və maliyyə yardımları etməkdən o tərəfə keçə bilmir...

Duqin nə qədər sərsəm olsa da, onun dedikləri doğrudur. Rusiya bu müharibədən qalib çıxarsa, o, ilkin olaraq hər hansı bir formada olursa-olsun Sovet İttifaqını bərpa etmək istəyəcək. Təbii ki, ruslar bu ittifaqı onun süqutundan əvvəlki vəziyyətə həmin an qaytarmaq istəməyəcəklər. Onlar bu işi tədricən, zamanla, addım-addım görmək istəyəcəklər".

“Əslində, Kremlin ”beyni" adlandırılan Aleksandr Duqinin son açıqlamaları onun imperiya təfəkkürünün, həmçinin ümumilikdə zaman-zaman Rusiyada meydana çıxan imperiya iddialarının növbəti dəfə açıq etirafıdır. Hesab edirəm ki, bu, postsovet ölkələri üçün ciddi narahatlıq doğurmalıdır və Duqinə lazımi formada etiraz edilməlidir". Bunu isə deputat Vüqar İskəndərov deyib.

Vuqar-isgender-.jpg (281 KB)

Deputat bildirib ki, ümumiyətlə, Duqin, Rusiyanın imperiya arzularını təbliğ edən bir ideoloqdur: “Onun ”Avrasiyaçılıq" adlandırdığı doktrina, əslində, Rusiyanın Avropa və Asiya arasında yerləşən bir imperiya olaraq hegemonluğunu bərpa etməyi hədəfləyir. Eyni zamanda, onun Rusiyanın Ukraynadakı uğurunu digər keçmiş sovet respublikalarının “udulması” üçün əsas kimi göstərməsi, əslində, Kremlin geosiyasi ambisiyalarını açıq şəkildə ortaya qoyması kimi də qəbul edilə bilər. Təbii ki, Rusiya tərəfindən bunu təkzib edən hər hansı bir reaksiya verilməsə. Yəni hesab edirəm ki, Rusiya rəsmiləri, dediyim kimi Kremlə yaxınlığı ilə tanınan bu şəxsin arzuolunmaz fikirlərinə rəsmi münasibət bildirməlidir. Əks təqdirdə, onun son açıqlaması Azərbaycan cəmiyyəti tərəfindən, o cümlədən keçmiş postsovet məkanında bir ideoloqun fərdi fikrindən daha çox, Rusiyanın strateji niyyətlərini üzə çıxaran təhlükəli bir siqnal kimi də dəyərləndirilə bilər".

Deputat deyib ki, Azərbaycan bu kimi bəyanatları ciddiyə almalıdır: “Çünki burada suverenliyə təhdid var. Duqinin modeli milli dövlətlərin muxtariyyətini və siyasi iradəsini inkar edir. Azərbaycan öz suverenliyini və müstəqil qərarvermə hüququnu açıq şəkildə müdafiə etməli, bu kimi təhdidlərə qarşı həm diplomatik, həm də informasiya müstəvisində mövqe sərgiləməlidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 
 
 

Bölmənin digər xəbərləri

01 İyun 2025 ABŞ Gürcüstan vətəndaşlarının deportasiyasına başladı: İlk təyyarədə...
01 İyun 2025 "Macarıstan Avropa İttifaqından çıxır!" Şok iddiaya Brüsseldən reaksiya - Orban "Huxit" deyir
31 May 2025 Tokayevdən Əliyevə və Ərdoğana MÖHTƏŞƏM DƏSTƏK
30 May 2025 3 qardaş ölkə Laçından elə mesajlar verdi ki... - Dünyanın gözü AZƏRBAYCANDA
30 May 2025 Xronika: Tirana zirvəsindən sonra Qərbi Azərbaycan məsələsi tələb şəklində səslənir VİDEO
30 May 2025 Onlar Bakıya qayıdır, bəs bizimkilər..?
30 May 2025 Ərdoğan Ermənistanla münasibətlərin normallaşacağını açıqlayıb
30 May 2025 Dağlar arasında üç dost - yeni regional blokun siqnalı?
30 May 2025 ABŞ rəsmi olaraq öz bayrağını Dəməşqdə sancdı:
29 May 2025 Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq - Azərbaycan lideri
29 May 2025 Ərdoğanın Azərbaycana səfəri başa çatdı — FOTOLAR
28 May 2025 Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirildi - VİDEO
28 May 2025 Şahbaz Şərif: Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahibdir
28 May 2025 Ərdoğan böyük heyətlə Laçına gəldi – CANLI
28 May 2025 Ukrayna üçün dörd ssenari - AKTUAL
28 May 2025 “Ermənistan “3+3” formatında nazirlərin növbəti görüşünü keçirməyə hazırdır” – Ermənistan XİN
27 May 2025 Tramp və Netanyahu arasında GƏRGİNLİK: İranla bağlı NƏ DANIŞDILAR?
26 May 2025 Bakının əməliyyatları revanşistləri təşvişə saldı
26 May 2025 İran və ABŞ razılığa GƏLMƏDİ
26 May 2025 Gürcüstanın neytrallıq siyasəti sona çatır -ŞƏRH

Dünyapress TV

Xəbər lenti