Ardını oxu...
Müasir insanın ayaqlarında Nike markasının idman ayaqqabılarını tez-tez görə bilərsiniz. Bəs 17-ci əsrdə çəkilmiş portretdəki oğlanın ayaqlarında bu ayaqqabı brendi necə ola bilərdi?

AzPost bildirir ki, incəsənət həvəskarları hollandiyalı rəssam Ferdinand Bolun “Oğlanın portreti” adlı tablosuna diqqətlə baxdıqda qəribə məqamı müşahidə ediblər. Bəzi tənqidçilər burada rəssamın 8 yaşlı oğlunun təsvir edildiyini iddia edir, digərləri isə onu şərab satan tacirinin oğlu olduğunu deyirlər.

LADbible nəşru yazır ki, rəsm həvəskarlarının diqqətini oğlan yox, ayaqqabıları çəkib

Portretə baxanlar oğlanın ayaqlarında xarakterik loqosu olan bir cüt qara Nike idman ayaqqabılarını görürlər

Amma portret 1652-ci ildə yaradılıb, idman ayaqqabıları istehsalı edən şirkət isə bundan 312 il sonra – 1964-cü ildə qurulub. Nike ayaqqabılarındakı xarakterik işarə isə daha sonra, 1971-ci ildə ortaya çıxdı.

Twitter və digər sosial şəbəkələrdə uzaq gələcəkdə olacaq bir predmetin keçmişə necə düşdüyünü qızğın müzakirə edirlər. Hətta fantastik zaman səyahətindən də danışılır. Ancaq sənətşünaslar bu cür mübahisələri sakitləşdirirək deyirlər ki, bu, sadəcə uğurlu bir təsadüfdür. Oğlanın ayaqqabılarında qeyri-adi heç nə yoxdur. Gələcəyin ayaqqabıları heç bir halda 300 il əvvələ düşə bilməzdi.
 
Ardını oxu...
“Atamın 100 illik yubileyinin keçirilməməsi xalq üçün, tamaşaçı üçün, ailə üçün çox acınacaqlı bir hadisədir. Hələ də bu suala cavab axtarıram. Əslində bu sualı mən Mədəniyyət Nazirliyinə vermək istəyirdim. Bunun üçün 2024-cü ilin yanvar ayından nazirin qəbuluna yazılmışam. Bu günə qədər də məni qəbul etməyiblər. Məhz bu mövzuya görə Mədəniyyət Naziri ilə görüşmək istəyirdim. Nazirə bu sualı vermək istəyirdim ki, nə səbəbə Məlik Dadaşovun 100 illik yubileyi keçirilməyib? Niyə atamın yaşadığı Xəqani küçəsində indiyə qədər memorial lövhəsi yoxdur? Atam uzun illər o ünvanda yaşayıb. Bu suallara cavab tapmaq üçün qəbula yazılmışdım”

Bunu Moderator.az-a özəl açıqlamasında görkəmli sənətkar Məlik Dadaşovun qızı Gülnarə Dadaşova deyib. O daha sonra əlavə edib:

“Mən özüm də məyus olmuşam. Məlik müəllim Azərbaycan mədəniyyəti üçün o qədər işlər görüb, fərqli-fərqli rollar yaradıb ki.. Onun 100 illik yubileyi keçirilmirsə, hansı ev, xatirə muzeyindən söhbət gedə bilər? Təbii ki, muzey haqda heç söhbət belə getmir. Əlbəttə ki, istərdik. Mənim maddi olaraq gücüm çatsaydı muzey də yaradardım, yubiley də keçirərdim. Amma ayıbdır! Vallah ayıbdır! Övladlar, ailə durub öz adına yubiley keçirsin, muzey açsın! Bu nə deməkdir? Bununla aidiyyatı orqanlar, nazirlik məşğul olmalıdır, ailə yox” deyə sənətkarın qızı bildirib.

Gülnarə Dadaşova deyir ki, uzun illərdir müsahibə verməkdən imtina edir:

“25-26 ildir mən müsahibə verirdim, eyni sözləri təkrar edirdim. İndi də müsahibə verəndə eyni sözlər təkrar olunacaq. Bunun mənasını görmürəm. Bu insana, bu korifey sənətkara, Azərbaycan mədəniyyətinin tarixini yazan insana hörmət olunmursa, nədən danışa bilərik? Mən sadəcə susa bilərəm. Çünki mənim gücüm çatmır. Qəbul olunmayandan sonra başa düşdüm ki, mənim gücüm çatmır. Jurnalistlərdən xahiş edirəm ki, məndən müsahibə götürməkdənsə, bu mövzunu işıqlandırsınlar ki, Məlik Dadaşovun 100 illik yubileyi niyə keçirilməyib? Bu suala jurnalistlər cavab tapsalar mənə də deyərlər. Mən bu sualın cavabını bilmirəm” deyə o bildirib.
Sənətkarın qızı atasına qarşı bu qərəzli və laqeyd münasibətin səbəbini də bilir:

“İnsan istedadlı olanda onu təbii ki, sevmirlər. Söhbət fitri istedaddan gedir. İnsan düzgün danışanda da onu sevmirlər. Bu insan həm istedadlı olub, həm də düzünü deyən olub. Ona görə də atamı sevməyiblər. Özü də sözü üzə deyib” deyə o bildirib.

Gülnarə xanım bildirib ki, aktrisa olmaq istəyinə atası mane olub:

“Mən aktrisa olmaq istəyirdim. Arzum Rusiyanın Moskva şəhərindəki kinematoqrafiya institutuna daxil olmaq idi. Atam icazə vermədi. Mən də Pedaqoji universitetə daxil oldum, oranı bitirdim. Amma aktrisa olmaq mənim ən böyük arzum idi. Təəssüflər olsun ki, arzum ürəyimdə qaldı” deyə sənətkarın qızı bildirib.
 
Ardını oxu...
 

London polisi mayın 15-də Mançesterdə saxlanılan amerikalı müğənni Kris Brauna qarşı ittiham irəli sürüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Kris Braun qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunub. Onun bu gün Mançester məhkəməsinə çıxarılacağı gözlənilir.

Polis bildirib: "İttiham 19 fevral 2023-cü il bazar günü Londonun Hannover meydanında bir iş yerində baş verən hücumla bağlıdır".

“The Guardian” qəzeti yazır ki, ittiham Braunun musiqi prodüseri Eyb Diavu şüşə butulka ilə vuraraq yerə yıxması və artıq yerdə uzanıqlı qaldığı halda döyməyə davam etməsi hadisəsi ilə bağlıdır. Bildirilir ki, Diav Brauna qarşı 12 milyon funt sterlinq (16 milyon dollar) tələbi ilə məhkəməyə müraciət edib.

Musiqiçi dünən gecə şəxsi təyyarəsi ilə Mançesterə gəldikdən sonra saxlanılıb. Braun Chris Brown adlı debüt albomunun 20-ci ildönümünü qeyd etmək üçün iyunun 8-də Avropada qastrol səfərinə başlamalı idi. Amsterdamdakı konsertdən sonra o, Mançester, Kardiff, London, Birmingem və Qlazqoda çıxış etməyi planlaşdırırdı.

2009-cu ildə Braun o vaxtkı sevgilisi müğənni Rihannanı döydüyünə görə 5 il şərti və 6 ay ictimai iş cəzasına məhkum edilmişdi.

Musavat.com

Ardını oxu...
Amerikalı aktyor Robert De Niro 2025-ci il Kann kino festivalında kinematoqrafiya sahəsində həyat nailiyyətlərinə görə “Qızıl Palma Budağı” mükafatına layiq görülüb. Mükafat alarkən o, ABŞ prezidenti Donald Trampı sərt tənqid edib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.

Əfsanəvi aktyora mükafatı “Bu oğlanın həyatı. Həqiqi hekayə” və “Çiçək ayının qatiləri” filmlərindəki tərəf müqabili Leonardo Di Kaprio təqdim edib. Mükafatı aldıqdan sonra De Niro ABŞ demokratiyasının üzərini almış “təhlükədən” danışıb:

“Ölkəmdə bir zamanlar təbii qəbul etdiyimiz demokratiya uğrunda ümidsizcəsinə mübarizə aparırıq. Bu, burada olan hər kəsə təsir edir, çünki incəsənət demokratikdir. İncəsənət hər kəsi əhatə edir. İncəsənət insanları birləşdirir — məhz bu gün olduğu kimi. İncəsənət həqiqəti axtarır, müxtəlifliyi əhatə edir və məhz buna görə avtokratlar və faşistlər üçün təhlükə sayılır — biz təhlükə sayılırıq”.

Aktyor Trampın bir vaxtlar xaricdə istehsal olunan filmlərə tətbiq etmək istədiyi 100 faizlik tarifləri də xatırladıb. Tramp həmin vaxt qeyri-amerikan filmlərini “təhlükə” adlandırmışdı.

“Yaradıcılığa qiymət qoymaq mümkün deyil, amma görünür, rüsum tətbiq etmək mümkündür. Bu, əlbəttə ki, qəbuledilməzdir. Bu hücumların heç biri qəbuledilməzdir və bu, təkcə Amerikanın problemi deyil. Bu, qlobal problemdir. Filmlərdə olduğu kimi, sadəcə kənarda durub baxa bilmərik. İndi hərəkət etməliyik. Zorakılıqsız, amma böyük ehtiras və qətiyyətlə. Azadlığa biganə qalmayan hər kəs üçün artıq təşkilatlanmaq, etiraz etmək və seçkilərdə, təbii ki, səs vermək vaxtıdır. Bu axşam və növbəti 11 gün ərzində biz sənətə sədaqətimizi və gücümüzü bu möhtəşəm festivalda qeyd edəcəyik”, — deyə De Niro çıxışında bildirib.

78-ci Kann kino festivalı 13–24 may tarixlərində keçirilir. Festival Ukraynaya dəstək nişanəsi olaraq “Ukrayna Günü” ilə başlayıb. Həmin gün Fransa istehsalı olan İv Jolan, Liza Vapne və Ariane Şemenin çəkdiyi “Zelenski”, fransız-ukraynalı rejissorlar Bernar-Anri Levi və Mark Russelin “Bizim müharibə” filmi və Ukraynalı Oskar laureatı Mstislav Çernovun “Andriyivkaya 2000 metr” sənədli filmi təqdim olunub.
 
Ardını oxu...
"Həmin pul dövlət büdcəsindən ARKA-ya köçürülüb, bizə yox. Bəli, 167 min ayrılıb, amma bizə pulun hamısı köçürülməyib. Bəs mən nədən danışıram? Bəla elə onun bəlasıdır da..."

Kulis.az xəbər verir ki, bu sözləri Tədris-film (Tələbə-tədris) kinostudiyasının direktoru Elnur Mehdiyev deyib.

Kinotənqidçi Sevda Sultanovanın sözügedən məsələ ilə bağlı "Müqaviləyə əsasən, 12 tələbə filminin istehsalına dövlət büdcəsindən 167 min manat ayrılıb. Tələbələrin sözlərinə görə, 50 mindən hazır olan hər 4 filmə 2-3 min arası pul verilib. 3 mindən hesablasaq, bu, 12 min manat edir. Bəs vəsaitin qalan hissəsi?" sualına cavab verən Elnur Mehdiyev qeyd edib ki, onlara 167 min manat köçürülməyib:

"Həmin pul dövlət büdcəsindən ARKA-ya köçürülüb, bizə yox. Bəli, 167 min ayrılıb, amma bizə pul köçürülməyib. Bəs mən nədən danışıram? Bəla elə onun bəlasıdır da. Növbəti layihə üzrə işləyən tələbələrin tələbi odur ki, bizə pul verin, çəkək. Mən də onları başa sala bilmirəm ki, pul yoxdur. Mən sənə pulu haradan verim ki, gedib çəkəsən? Məsələ bunun üstündədir. Beş filmi artıq təhvil vermişik, pulunu da almışıq. Həmin pulu da vermişik tələbələrə və filmdə iştirak edən bütün heyətə."

"Milli Kitab 10-luğu" - "Dəli Kür"
Məşhur müğənninin yanmış cəsədi tapıldı
"Üzüklərin növbəti hökmdarı" kimdir? - Tarix
Direktorun sözlərinə görə, filmlərə cəmi 40 min pul köçürülüb:

"Əslində, 167 min olmalıdır. Onu da belə köçürmürlər. Onlar deyir ki, filmi təhvil verin, sonra pul ayıraq sizə. Orada bədii şura var ki, onlar filmi və layihəni qəbul etməlidir, ondan sora maliyyə köçürülməlidir. Bəs mən də onun davasını edirəm də. Qalan digər vəsait də film ərsəyə gələndən sonra köçürüləcək. Birinci pul ayrılmalı, daha sonra film çəkilməlidir..."

Elnur Mehdiyev qeyd edib ki, müqavilənin şərtlərinə diqqət yetirilməyib:

"Əvvəlcədən müqavilənin dərinliklərinə getmədik. Müqavilədə deyilir ki, pul ayrılacaq. Şərtlərə isə dərindən diqqət yetirilmədi. O vaxt bizə deyilməmişdi ki, filmlər ərsəyə gətirildikdən sonra maliyyə ayrılacaq. Bu məsələ müqavilədə yox idi. Pul ayrılacağı deyilmişdi, amma hansı şərtlər üzrə ayrılacağı bəlli deyildi. Müqavilə imzalanandan sonra biz bilmişik ki, sən demə, vəsait sonradan ayrılacaq. Tələbələrlə birlikdə hamı sevindi ki, maliyyə ayrılacaq. Şərtləri isə sonradan bildik. Hətta orada başqa bir bənd də var ki, maliyyə 30 faiz ayrıla bilər. Ancaq bir şərtlə, "tədrisfilmin" balansında layihənin, ən azı, 10 faizi qədər maliyyə olmalıdır. "Tədrisfilm" heç vaxt fəaliyyət göstərməyib. Biz tələbəyik axı. Hardasa, 16-17 min pul edir. O da bizdə yoxdur... Rəşad Əzizovla görüşəndə bu barədə danışacağıq, görək, müqavilədə dəyişiklik olunacaq ya yox..."
 

VİDEO

Ardını oxu...
  

Mayın 13-də Heydər Əliyev Sarayında Azərbaycan estradasının əfsanəvi siması Akif İslamzadənin “Ötən günlərim” adlı yaradıcılıq gecəsi keçirilib.

Musavat.com bildirir ki, konsertdə Akif İslamzadənin ən məşhur mahnıları müasir dövrün tanınmış sənətçilərinin ifasında səslənib.

Səhnəyə çıxanlar arasında Xalq artisti Eyyub Yaqubov, Əməkdar artistlər Lalə Məmmədova, Abbas Bağırov, Arzu Əliyeva, tanınmış caz musiqiçisi Emil Əfrasiyab, müğənni Sevda Ələkbərzadə, Elnarə Xəlilova, xanəndə Səbinə Ərəbli, eləcə də məşhur “Qaya” və “Rast” qrupları və digər ifaçılar olub.

Onlar Akif İslamzadənin vaxtilə səsləndirdiyi, amma bu gün də ürəklərdə yaşayan hitlərini yenidən təqdim ediblər.

Əməkdar artistlər Arzu Əliyeva və Lalə Məmmədova əfsanəvi sənətkarla virtual duet şəklində mahnılar səsləndiriblər.

Konsertin sonunda Akif İslamzadə səhnəyə çıxaraq gecənin təşkilinə töhfə verən hər kəsə təşəkkürünü bildirib.

O, çıxışında duyğulu fikirlərini bu sözlərlə ifadə edib:

“39 ildən sonra yenidən səhnədəyəm. Ən gözəl anlarım, ən dəyərli dəqiqələrim musiqiçilərlə, sənət dostlarımla birgə keçib. Elə bir yaşa çatmışam ki, artıq təsadüflərə inanmıram. Əgər dünyada təsadüflər olsaydı, kainatın, həyatın bütün nizamı pozulardı.

Mən inanıram ki, hər şeyin bir mənası, nişanəsi var. Bu konsertin məhz Heydər Əliyev Sarayında keçirilməsi də həmin nişanələrdən biridir”.

Xatırladaq ki, Akif İslamzadə “Bu gecə”, “Ötən günlərim”, “Alagözlüm”, “Sarı gəlin”, “Bura Vətəndir!” mahnıları ilə məşhurlaşıb. 1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Onkoloji Mərkəzdə altı aylıq müalicələrdən sonra, cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb. Bununla da Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb.

Dəfələrlə Prezidentin fərdi təqaüdünə layiq görülən Akif İslamzadə 14 avqust 2023-cü ildə İlham Əliyev tərəfindən Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

 

 
 
 
 
 

 

Xalidə Gəray
Foto və video müəllifindir
Musavat.com

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
Çinin Şərqi Türkistan sərhədləri daxilində, Xian şəhərindən 100 km
məsafədə, dağların ətrafında yerləşən irili-xırdalı 100 ədəd piramida ilə
yanaşı, 300 metr hündürlüyündə “Ağ piramida” adlandırılan nəhəng tikinti
var. Bunlar cox qədim türk piramidalarıdır. Çinin əsərlər boyu gizli
saxladığı, gizlətmək məqsədi ilə qəsdli şəkildə üstlərini torpaq ilə örtdüyü,
meşə, bağ və yaşıllıqlar saldığı, indi də üzərində kənd təsərrüfatı işləri
aparılan bu piramidalar dünya tarixinin ən əhəmiyyətli sirrlərindən birini
qoruyub saxlamaqdadır. Ön türklərə aid olduğu düşünülən nəhəng
piramidaların saxladığı sirr, Çinin bölgəyə girişi və tədqiqatları qadağan
etməsi səbəbilə hələ də tam olaraq tədqiq edilməmişdir. Qədim Çin
mətnlərinə görə, piramidaları e.ə. 5000–1500-cü illər arasında bölgədə
yaşayan uyğurlar tikib. Araşdırmaçılar Böyük Uyğur imperiyasının bu
piramidaları bəzi məlumatların gələcək nəsillərə ötürülməsi üçün inşa
etdiyini söyləyir.
Əslində onlar piramida yox, kurqanlardır. Kurqan qorunan yer mənasını
verməkdə olub, məzar tikililəridir. Quruluş etibarilə piramida olaraq qəbul
edilməkdədir. Bu piramidaların arasında ən məşhuru isə yuxarıda adını qeyd
etdiyimiz “Ağ Piramida”dır. Yüksəkliyi 300 metr olan “Ağ piramida” dünya
üzərindəki ən yüksək və ən böyük piramidadır. (“Ağ piramida”nın türklərin atası
Oğuz Xaqana aid olduğu deyilir.)
İddialara görə, Çindəki türk piramidalarının mövcudluğu Qərb elm
adamlarına öncədən də məlum olub. “Elm xəbərləri” (“Science News”) qəzeti
hələ II Dünya müharibəsi illərində piramidalar haqda məlumat yayıb. Deyilənə
görə, bu piramidaları ilk dəfə İkinci Dünya Müharibəsi zamanı Hindistandan
Çinə uçan ABŞ Hərbi Hava Qüvvələrinin pilotu James Gaussman görüb və
gördükləri barədə xəbər verib. Piramidalardan birinin şəkli 30 mart 1937-ci ildə
The New York Sunday News qəzetində yayımlanıb. (Ancaq sonradan bu
şəkildəki piramidanın Çin imperatoru Wuya aid bir məzar olduğu iddia edilib -
https://lent.az/index.php/xeber/medeniyyet/-38076)
Piramidaların varlığı haqqında məlumatın yayılmasının ardından alman
araşdırmaçı Hartwig Hausdorf 1994-cü ildə Şian şəhərinə gəlib, piramidaları
gəzərək ətraflı məlumat toplayıb, şəkillər çəkib. O, bu barədə “Ağ Piramida”
adlı kitab da yazıb. Hartvig Hausdofa görə, bu piramidalar ən azı eradan 2 min
500 il əvvəl tikilib.
Amerikalı alimlər bildirirlər ki, “Ağ piramida” Misir piramidalarından iki
dəfə ucadır. Türkiyəli alim Kazım Mirşanın fikrincə, Misir piramidaları Çindəki
türk piramidalarının görüntülərindən yararlanaraq hazırlanmışdır. Çindəki türk
piramidalarını Misir piramidalarından fərqləndirən bir cəhət də var. Misir
piramidalarında fironların cəsədləri piramidanın içərisində, türk piramidalarında
isə hökmdarların məzarları yerin altında basdırılıb.
K.Mirşan həmçinin mumiyalamanın da qədim türklərə aid olduğu sübut
etmişdir.
Türk piramidalarını bu qədər əhəmiyyətli edən başqa bir şey içərisində
olan mumiyalardır. (Çindəki piramidaların içindəki mumyalar, Misirdəki
mumyalara nisbətən daha yüksək texnologiya ilə hazırlanıb.) Mumiyalanmış
cəsədlər, təəssüf ki, yerli xalqın təxribatı nəticəsində deformasiya uğramışlar.
Yaxın dövrdə piramidaların içinə girməyi və fotosunu çəkməyi bacaran
tək türk insanı olan Oktan Kələş öz ifadəsində “Ağ Piramida”nın içərisində
nəhəng bir Oğuz Kağan heykəlinin olduğunu və mumiyaların ətrafında Canavar
və Ay ulduz simgələrinin gözə çarpdığını söyləmişdir. Ayrıca piramidaların
içərisində kitabələr, divarda yazılar və şəkillər var hansı ki, incələnməyi
gözləyən digər tarixi əsərlərdəndir. ötürülməsi üçün inşa etdiyini söyləyir. Ön
Türklər tərəfindən inşa edilən Türk piramidalarının Türklərin ilk qitəsinin Mu
olduğunu və dünya tarixinin Türklərdən başladığına dair əhəmiyyətli sirləri
saxladığı və bu səbəbdən xüsusilə Çin tərəfindən Türk piramidalarının olduğu
bölgənin qadağan bölgə elan edildiyi iddia olunur.
(https://sixieyyub.wordpress.com/2017/07/25/cinin-saxladigi-tarixi-sirli-turk-
piramidalari/)
Oktan Keleş səfər təəssüratlarında yazır: “Qoca çinli bələdçinin rəhbərliyi
altında zülmət içində təbii tunel boyu 40-50 metrə qədər getdik. Sonra şaquli
yerdən 7-8 metr aşağı endik. Geniş bir sahəyə gələndə qoca çinli astadan “Artıq
piramidanın içindəyik” dedi. Piramida olduqca təbii formada qurulmuşdu,
içəridə qəribə atmosfer vardı. Bir az irəlilədikdən sonra bir otağa çatdıq. Otaqda
yerə uzadılmış 2 metr uzunluğunda mumiya vardı. Başı üzərindəki qayada
müxtəlif işarələr və yazılar, eyni zamanda, “Ay, ulduz və qurd başlarının təsviri”
olduğunu gördük. Otağı yaxşı işıqlandıranda əməllicə heyrətə düşdük –
qarşımızda 3 metr uzunluğunda, ehtimal ki, qranitdən olan daş heykəl vardı.
Heykəlin üst tərəfində qoşa buynuzlu fiqur, başının ortasındasa Ay-ulduz
simvolu görünürdü. Həmin heykəlin yanında qucağında uşaq tutmuş qadın
heykəli də vardı. Bu məqamda qoca çinli dizlərini yerə qoyaraq nəsə
pıçıldamağa başladı. Bələdçimiz ayağa qalxandan sonra astadan dedi:
“Təxminən 30 il qabaq siması daha aydın bilinirdi, hətta ayaqlarında çəkməyə
bənzər nəsə vardı”. İçəridə təxminən 7-8 dəqiqə qalandan sonra qoca çinli
həyəcanla tez çıxmalı olduğumuzu işarə elədi. Biz isə bir az da qalmaq, ətrafa
baxmaq istəyirdik. Qoca çinli anidən əsəbiləşdi və təklifimizi kobudluqla rədd
etdi.
Sərdabə otağının yanında aşağı – qaranlıq boşluğa doğru enən daha bir
nərdivan vardı, onunla aşağı enmək istədiyimizi bildirdik, amma qoca çinli bu
arzumuza da özünəməxsus sakit aqressiya ilə etirazını bildirdi: “Ora enmək çox
çətin, oradan çıxmaq isə ondan da çətindir. Qayıtsaq yaxşıdır”. Onun etirazı
ucbatından aşağı düşə bilməsək də, əlimizdəki fənərlə sərdabə otağının
divarlarına tələsik baxmağa başladıq. Divarda yazı və şəkillərlə dolu müxtəlif
kitabələr vardı, daha artığını seçə bilmədik”.
Keleşin iddiasına görə, sonradan qoca çinli yerdəki mumiyanın yerli
sakinlər tərəfindən tələf edildiyini deyib. Qoşa buynuzlu qranit heykəlin nə ifadə
etdiyini soruşanda isə, çinlinin “O, sizin babanız Oğuz Kağanı təmsil edən
heykəldir” sözünə heyrətə düşdüklərindən yazır. Qoca çinli deyirmiş:
“Sərdabənin enmədiyimiz alt qatında daha bir mumiya var, o, yuxarıdakına
nisbətən xeyli salamatdır. Amma oradakı daş kitabələr də çoxdan qaldığına görə
bir-birinə yapışır və getdikcə oxunulması çətinləşir”.
(https://kalpoder.com/azerice-azerbeycan-dunya-medyasinda-oktan-keles-ve-
beyaz-piramitler/)
Piramidalara girməyi bacara bilən türk araşdırmaçı Oktan Keleşə görə, bu
piramidalar (kurqanlar) türk tarixi baxımından çox böyük əhəmiyyət kəsb
etməkdə olub, türk tarixini başdan-ayağa dəyişə biləcəyini deyib.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
 
Ardını oxu...
Bu fotolarda gördüyünüz tarixi bina Nizami metrostansiyasının arxasında, Yasamal rayonu, Murtuza Muxtarova küçəsində yerləşən Bakı milyonçusu Murtuza Muxtarovun inşa etdirdiyi əzəmətli binalarından biridir. Arxitektur bina dövlət tərəfindən bir mədəniyyət abidəsi kimi restavrasiya olunub, fasadı yenidən işlənib və möhkəmləndirmə işləri aparılıb. Buna baxmayaraq, tarixi binanın üzərinə həmin ərazidə fəaliyyət gösətərən obyektin sahibi Ülvi alı şəxs “Burada maşın saxlama!” yazaraq, bütün bu gözəlliyə və əzəmətə xəlil gətirməkdən çəkinməyib.

Sitat.info-nun əməkdaşı həmin ərazidən keçərkən bunların şahidi olub.

Bu cür tarixi arxitektur binaya qarşı mədəniyyətsiz davranış küçənin görünüşünə də xələl gətirir. Sahibkar obyektinin qarşısında avtomobil saxlamasınlar deyə, icarəyə verdiyi obyektindən daha çox qazanc əldə etsin deyə, tarixi şəxsiyyətin öz adını daşıyan küçədə binanın həyətini “özəlləşdirib”. Binanın divarlarında qara boya ilə, böyük hərflərlə xəbərdarlıq yazaraq, ətrafdakılara meydan oxuyur. Özü də bir yerə yox, birinci mərtəbənin fasadına başdan başa yazıb.

Ərazidə olduğumuz zaman öyrəndik ki, ətrafdakılar da Ülvi adlı şəxsin bu özbaşınalığından narazıdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Məsələ ilə bağlı Mədəniyyət və Turzim Nazirlyinə və Yasamal Rayon İcra Hakimiyyətinə sorğu göndərdik. Mövzunu davam etdirəcəyik.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Məşhur "Ayla" filmi ilə hekayəsi ekranlaşdırılan koreyalı Kim Eunja dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Seuldakı Səfirliyi yayıb.

Rəsmi açıqlamaya görə, Seul yaxınlığındakı İnçxon şəhərində övladları və nəvələri ilə birlikdə yaşayan Kim 2022-ci ildə COVID-19 virusuna yoluxduqdan sonra sətəlcəmə tutulub. Onun bir müddət Koreya Müharibəsi Veteranları və Vətənpərvərlər Nazirliyinin himayəsində yaşadığı qeyd olunub.

Son aylarda demens diaqnozu qoyulan Kim Eunja Inçxon yaxınlığındakı Songdo Hana xəstəxanasının yaşlılar üçün olan müalicə şöbəsində müalicə alırdı. O, yenidən sətəlcəmə yoluxaraq 11 may 2025-ci il tarixində vəfat edib.

Qeyd edək ki, gerçək hadisəyə əsaslanan "Ayla" filmi Koreya müharibəsi zamanı beş yaşlı kimsəsiz bir qıza sahib çıxan türkiyəli zabit Süleyman Dilbirliyi ilə Ayla adını verdiyi qızın duyğulu həyat hekayəsini ekranlara gətirmişdi.
 

Ardını oxu...

"15 ildir teardan ayrıldım. Mən və Zərnigar Atakişiyeva küsdük getdik. Xətrimə dəydilər. Teatrımızda rəhbər dəyişdi, hamını işdən çıxartdı ki, yeni kollektiv yığacağam. Bir gün teatra gedəndə qapıdan buraxmadılar. Sənəd verdilər ki, qol çək. Mən də küsdüm. Yaxşı ki, küsdüm. Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş".

Bu sözləri Əməkdar artist Kubra Əliyeva "Geriyə baxanda" verilişində deyib. Aktrisa teatrdan getməsindən və onkoloji xəstəliyindən danışıb:

"Bu günün bəlası xərçəngdir. Getdim Türkiyəyə, qızım məni həkimə apardı. Orada məlum oldu ki, xərçəngəm. Bizim həkimlərdən küsdüm. Türkiyədə dişin ağrıyanda da deyirlər, get onkoloji müayinə et. Ürəyim sıxılırdı, iki il ürək müalicəsi olmuşam. Ürək həkimlərində, aparatlarla gəzdim. Sən demə, onkoloji imiş. Sol ürəyimin üstündə şiş var idi, metastaz verib. İki il evdən çıxmadım, saçlarımı qırxdırdım. İki ildən sonra instaqrama fotomu qoydum, hamı zəng vurdu hansı filmə çəkilirsiniz? Onkolojidə çox yatdım, iki əməliyyat oldum. Yaşar Nuri rəhmətə gedəndə mən kimyaterapiyadan çıxıb getmişdim". (Axşam.az)

Dünyapress TV

Xəbər lenti