Ardını oxu...
İtaliyada zibil yığıb satan bir kişi özü də bilmədən məşhur bir rəssamın məşhur bir əsərinin orijinalını tapır və evinə aparır. Həyat yoldaşı ona dəfələrlə "cır-cındırı evə yığma!" desə də, kişi onu adi bir çərçivəyə salıb qonaq otağından asır. Arvadı isə hər dəfə bu rəsmi görəndə əsəbiləşər və onu "qorxulu" adlandırarmış. Sən demə zibillikdən tapılan və "qorxulu" olan rəsm əsəri dünyaca məşhur rəssam Pablo Pikassonun orijinal portreti imiş.

TEREF Publika.az-a istinadən xəbər verir ki, Luici Lo Rosso adlı bir zibil yığan şəxs 1962-ci ildə təsadüfən bu tabloya rast gəlir, sonra qatlanmış kətanı özü ilə Pompeyə aparır və ucuz çərçivəyə salıb qonaq otağının divarından asır.

Sahiblərinin Pikassonun sevgilisi və ilhamvericisi olan fransız fotoqrafı və rəssamı Dora Maarın təhrif olunmuş şəkli olduğuna inandıqları portretin yuxarı sol küncündə məşhur rəssamın imzası var, amma Lo Rosso onun kim olduğunu bilmirdi. Ailə nəhayət, məsləhət üçün ekspertlər qrupuna və tanınmış incəsənət detektivi Maurizio Seraciniyə müraciət edir. Bir neçə illik mürəkkəb araşdırmalardan sonra sənət əsərlərinin qiymətləndirilməsi, bərpası və atributları ilə məşğul olan qrafoloq və "Arcadia" Fondunun elmi komitəsinin üzvü Cinzia Altieri təsdiqləyir ki, rəsmdəki imza Pikassoya məxsusdur.

Əsər hazırda 6 milyon avro dəyərində qiymətləndirilir.

Rəsm əsərinin tapıldığı yerə gəlincə, tədqiqatçılar qeyd edib ki, Pablo Pikasso Dora Maara görə Kapri adasına tez-tez gedirmiş.
 
Ardını oxu...
Aşıq Ələsgərin nəticəsi:
“Aşıq Ələsgərin heykəlinin açılışı uzun vaxtdır, gözlədiyimiz arzu idi. Nəhayət, qismət oldu. Ailə olaraq çox sevindirici anlar yaşayırıq. Bütün Aşıq Ələsgər sevənlər hamısı zəng edib bir-birini təbrik edirlər. Heykəllə bağlı sosial şəbəkələrdə müəyyən yazışmaların şahidi oldum. Tamamilə çox yanlış düşüncədədirlər. Tənqid edənlərə iradım budur ki, gedib heykəli yaxından görməyənə qədər fikir söyləmək mümkün deyil. Orada böyük bir kompazisiya var. Aşıq Ələsgərin yaradıcılığı, sözləri qayanın üzərində həkk olunub. Çox möhtəşəm obraz yaranıb. Bir alim kimi Aşıq Ələsgərin üz cizgiləri təsvir olunub. Heykəltaraş işə başlamazdan öncə məni çağırdı. Xeyli söhbət etdik, Aşıq Ələsgərin iç dünyası ilə maraqlandı. Başına gələn hadisələrdən, necə insan olmasından, xatirələrdən danışdım. Bunları eşidəndə heykəltaraş beynində obrazın canlandığını hiss etdirirdi. Beləliklə, çox gözəl bir əsər alındı...”
TEREF xəbər verir ki, bu sözləri Pravda.az-a müsahibəsində Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli deyib.

“Heykəldə Aşıq Ələsgərin sazı yuxarıda tutması barədə də fikirlər səsləndirirlər. Bu, elə bir məqamdır ki... Axı Aşıq Ələsgər təkcə aşıq olmayıb. Şeirlərində də deyir ki, həm aşığam, həm dərvişəm, həm dəli... O, sözünü sazla xalqa çatdırıb. Həmin dövrdə bir missiya daşıyıcısı olub, elə-belə sənətkar olmayıb. O, 16 şeir janrına toxunub, 7 qoşma qolu da əlavə edib, dilimizə zənginlik gətirib. Təhsil almayıb, bir növ Allah vergili insan olub. Hətta sazı əlində o cür tutması, baş barmağını aralaması artıq sufizmlə bağlı böyük fəlsəfədən xəbər verir. Aşıq Ələsgərin dini şeirlərini bilən adam başa düşür ki, o cür sazı tutmasında Ələsgər hansı prosesdədir. Bəziləri deyirlər ki, saz sinəsində olmalı idi. Sinəsində olanda dastan danışan aşıq olardı. Amma bu obrazda bir hayqırtı, çağırış var. Elə düşünməsinlər ki, sazı niyə belə tutub. Təkrar edirəm, heykəlin yanında baxandan sonra ona qiymət verə bilərlər. Çox gözəl heykəldir, hamımızın ailə olaraq ürəyimizcədir. Kənardan səslənən ürəkbulandırıcı sözlərə də ehtiyac yoxdur. İnanın ki, heykəl oturaq vəziyyətdə olsaydı da, mütləq nəsə bir şey yazacaqdılar. İstəməyən onsuz da nəsə yazır. Guya özlərini ürəkləri yanırmış kimi göstərirlər, amma belə deyil. Birinci gedib heykəli ziyarət edib görsünlər. Nöqsan varsa, mənə desinlər. Demək olar, çox vaxt orada oluram. Məni tapmaq elə də çətin deyil. Heykəldə nöqsan yoxdur. Sazı sol əlində, solaxay tutub, sadəcə, fotoda elə görünür. Necə var, elədir. Heykəlin üzərində illərdir, iş gedir. Axı bir gün içində başa gəlməyib. Müzakirələr nəticəsində ərsəyə gəlb. Nə qədər proseslər getdi. Qayanın üstündə dayanması, ümumi obraz - hər şey razılaşdırılmış işlərdir. Heykəltaraş birdən-birə heykəl düzəltmədi ki. Dövlət başçımız cənab İlham Əliyevə, heykəltaraşımıza, rəssamımıza bir daha dərin təşəkkürümüzü bildiririk. Bu, Aşıq Ələsgər irsinə, yaradıcılığına verilən dəyərdir”, - o bildirib.

Xətai Ələsgərli heykəlin açılış mərasimində Vətən müharibəsindən danışarkən Prezident İlham Əliyevə müraciətlə “Mən o vaxt sizi televizordan qucaqlamışdım” deməsinin də sosial şəbəkələrdə müzakirə olunmasına münasibət bildirib: “Tam səmimi deyirəm, insan olan şeyi deyəndə niyə buna biganə baxırlar? Bu, mənim içimdən gəldi. Həmin dövrdə qan tökülür, torpaq alınırdı. İllərdir, gözlədiyimiz zəfərə addımbaddım gedirdik. Sevincdən tanımadığımız insanlarla az qala küçədə bir-birimizi qucaqlayırdıq ki, bu torpağımız da alındı. O qədər mehribançılıq yaranmışdı. Həmin vaxt qeyrəti olan adam televizoru öpməzdi? Hətta mən hər torpağımız alınanda sevincimdən ağlamışam. Balam, gedin işinizlə məşğul olun. Adamda birinci o qan olmalıdır ki, həmin anları yaşaya bilsin. O yoxdursa, təəssüf edirəm”.
 

Ardını oxu...

Xəbər verdiyimiz kimi, sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı baş tutub. Abidənin açılışından sonra sosial mediada paylaşılan fotoları isə həm də tənqidlərə yol açıb. Paylaşımlarda hazırlanmış abidədə Aşıq Ələsgərin obrazının daha balacaboy təəssüratı yaradıldığı, eyni zamanda onun sazı tutma tərzi tənqid olunub.

Mövzu ilə bağlı Kult.az-a münasibət bildirən Aşıq Ələsgərin abidəsinin müəllifi, xalq rəssamı Natiq Əliyev bildirib ki, heykəlin boyu barəsində münasibət bildirənlər realda heç onu görməyiblər.

“Heykəlin 4 metr hündürlüyü var. Mən Aşıq Ələsgərin heykəlini hazırlayarkən bilirdim ki, onun boyu 210 sm olub”, - xalq rəssamı bildirib.

O, müəllifi olduğu heykəldə sazın o cür təsvir edilməsinin də izahını verib:

“Biz burada təkcə heykəl hazırlamırıq. Aşıq Ələsgər sadəcə toylarda saz ifa edən aşıqlardan deyil. O, filosof, şair olub, torpağından didərgin düşən bir sənətkardır, yurd-yuvasına qayıtmaq üçün hayqırır. Aşığın orada qəbri dağıdılıb, Bakıda sazı sinəsinə basıb, saz çalıb, mahnı oxumalı idi? Bir növ hayqırır ki, torpaqlarımıza qayıtmalıyıq. Şükür Allaha ki, rəşadətli Ordumuzun qanı hesabına, cənab Prezidentin rəhbərliyiylə torpaqlarımız qayıtdı. Bu fonda Aşıq Ələsgərin heykəli də hayqıran obrazdır. Bundan əlavə, Qazaxda Ağköynək qəbiristanlığında Aşıq Ədalətin heykəlini də mən hazırlamışam. Aşıq Ədalət sazı necə çalırdı, hara qaldırırdı? Bunu təkcə Aşıq Ədalət yox, çox aşıq edirdi. Ekstaza gələndə saz başın üstünə kimi qalxır. Bu, ona verilən dəyərdir. Tar, gitara kimi ifa edənlər də var. Ancaq eyni stereotip olmalı, sazı sinəsinə basmalıdırlar? Aşıq Ələsgərin şəkli var ki, orada sazı dizinin üzərinə qoyub çalır. Həmin foto əsasında heykəli hazırlasaydım, onda nə deyəcəkdilər? O şəkli nəticəsi çəkib”.

Öncədən bütün detalları öyrəndiyini bildirən müəllif vurğulayıb ki, abidənin ərsəyə gəlməsində yazılı təsvirlərdən istifadə edib:

“Məsələyə olduqca dar çərçivədən baxılır. Obraz necə olmalı idi? Qayanın üzərində aşığın şeirləri əks olunub, həyatından epizodlar qeyd edilib - bunlara heç kim baxmayıb, oxumayıb. Eləcə kiminsə çəkdiyi, sosial şəbəkədən yaydığı fotoya baxmaqla hərə bir fikir yürüdür. Bu, düzgün deyil. 3 ildir həmin abidə üzərində işləyirəm. Yazılı portretlər var, orada qeyd olunur ki, Aşıq Ələsgər hansı görkəmdədir, qulağının quruluşu, gözü, üz cizgiləri necə olub. Həmin yazılı mənbədə təsvir edildikcə, rəssam da onu gözündə canlandırır. Bu vaxta kimi Aşıq Ələsgərin portretini Böyükağa Mirzəzadə, Mikayıl Abdullayev kimi rəssamlar çəkib. Bütün çəkilən əsərlərə nəzər yetirmişəm, araşdırmışam. Əsasən isə Aşıq Ələsgərin şagirdinin onun obrazı haqqında qeydlərini rəhbər tutmuşam. Bundan əlavə, sənətkarın nəticələri sağdır. Onlar gəlib mənim emalatxanama baxıblar. Deyiblər ki, biz elə bunun çox arzusunda idik. Heykəltaraşın bunu necə təsvir edəcəyini düşünürdük. Heykəli belə də görmək istəyirdik”.

O qeyd edib ki, abidənin layihəsi əvvəlcə Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə ekspert komissiyasının rəyini alır:

“Rəssamlar, peşəkar memarlar, heykəltəraşlar buna baxırlar. İki dəfə müsabiqə keçirilib. Birinci müsabiqədə qalib olmadı. İkinci müsabiqənin qalibi seçildikdən sonra isə layihə mənə tapşırıldı. İş asanlıqla həvalə olunmur ki! Bizdə ümumiyyətlə işin yaxşı tərəfi qalır bir tərəfdə, tənqid etməyə fokuslanırlar. Nə qədər istəyirlər, danışsınlar, mən bilirəm ki, nə etmişəm. Açılışda dövlət başçısı iştirak edib, layiqli qiymətini verib. Mənə təsir edən insanların gəlib işi görmədən, foto üzərindən onu qiymətləndirməsidir. Bu, tənqiddən çox, qarayaxmaya bənzəyir. İllərdir gözlənilən bir layihədir. Çox heyif ki, abidənin çoxşaxəliliyi, üzərində qeyd etdiyim geniş informasiyanı, ötürdüyüm mesajı işıqlandıra bilmirlər. Bu abidə hazırda bizə çox lazımdır”.
Ardını oxu...
AzTV-də yayımlanan "Bir zamanlar” verilişində Bakıda çəkilən filmlər haqqında danışılıb.

Referans.az xəbər verir ki, verilişdə şəhərimizdə çəkilən çox saylı filmlərlə yanaşı "Hollywood"un milyonlarla izləyicisi olan "Agent 007” filminin bir neçə səhnəsinin də ölkəmizdə çəkilməsi haqqında maraqlı faktlar təqdim edilib.

 
 
 
Ardını oxu...
Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin çəkdiyi "Gölün uşaqları" adlı qısametrajlı filmi Finlandiyada keçirilən 2024 Vaasa Beynəlxalq Təbiət Filmləri Festivalında ən yaxşı qısametrajlı film kateqoriyasında mükafatı ilə təltif olunub. Filmin həm bədii, həm də texniki səviyyədə mükəmməlliyi vurğulanmaqla yanaşı, onun ətraf mühit və ekoloji problemlər mövzusu ilə bağlı mesajı qeyd edilir.

"Gölün uşaqları" Əlimuradinin ekoloji mövzuları işıqlandıran bir neçə əsərindən biridir. Filmin əsas diqqət mərkəzində olan Urmiyə gölündə davamlı ekoloji böhran, gölün qurumasının ətraf kəndlərə, xüsusən də bu icmalarda yaşayan uşaqlara təsirləri göstərilir. Vizual olaraq güclü və təsirli şəkildə təqdim olunan hekayə quruyan gölün ekosistem və insan həyatı üzərində dağıdıcı nəticələrinə diqqət çəkir.

Məhəmməd Əlimuradi uzun illər ərzində İran Azərbaycanının ekosistemində, xüsusilə də Urmiyə gölü ətrafında baş verən ekoloji problemləri sənədli filmləri vasitəsilə geniş auditoriyaya çatdırmağı bacaran rejissorlardan biri kimi tanınır. O, əsasən ictimai, mədəni və ətraf mühit mövzularında qısametrajlı sənədli filmlərin müəllifidir. Əlimuradi "Gölün Uşaqları" sənədli filminin bəzi görüntülərini Urmiyə gölünün yaxınlığında yerləşən Ziynətli kəndində lentə alıb. O, bu film vasitəsilə bölgədəki ekoloji faciənin yerli əhalinin həyatına göstərdiyi təsirləri ekrana gətirir.

Güneyli rejissorun filmləri həm yerli, həm də beynəlxalq səviyyədə bu mövzulara dair maarifləndirməyə töhfə verir.

Vaasa Beynəlxalq Təbiət Filmləri Festivalı iki ildən bir Finlandiyanın Vaasa şəhərində keçirilir və dünyanın təbiət, ekoloji problemlər və təbiətin qorunması mövzusunda çəkilmiş filmlərin nümayiş etdirildiyi ən tanınmış festivallarından biri sayılır. 2002-ci ildə əsası qoyulmuş bu festival ekoloji məsələlərə diqqət ayıran yaradıcılar üçün önəmli bir platformadır.
 

Ardını oxu...
Tanınmış jurnalist Fulya Öztürk canlı yayım zamanı hücuma məruz qalıb.
 
CNN Türk-ün müxbiri olan Fulya Livandan canlı yayıma qoşulub. Yayım zamanı ona naməlum şəxslər hücum ediblər.
 
O, hadisə zamanı bağlantını kəsib. Bundan sonra jurnalistlə əlaqə saxlamaq mümkün olmayıb.
 
Bir neçə saat sonra Fulya yayıma qoşularaq yaxşı olduqlarını deyib.
 
Qeyd edək ki, Fulya Öztürk Qarabağda 44 günlük Vətən Müharibəsini fəal şəkildə işıqlandırıb.
 

 

PAYLAŞ:
 
Ardını oxu...
Afaziya diaqnozu qoyulduğu üçün karyerasını bitirən 69 yaşlı aktyor Brüs Uillisin səhhəti daha da pisləşib.

"DogruXeber.az" xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda avtomobilin sərnişin oturacağında görünən sənətçinin çətinliklə yeridiyi məlum olub.

Aktyorun rahatlığını təmin etmək üçün ona cangüdənləri kömək edir.
Ardını oxu...
Qədim dövrlərdən bəri müxtəlif sivilizasiyaların kəsişdiyi yer olan Anadolu, dünyanın ən qədim yaşayış məskənlərindən bəzilərinə ev sahibliyi etmiş və bəşər tarixində bir çox ilkləri yaşamışdır. Qədim mədəniyyətə və nadir sərvətlərə malik olan bu torpaqların zənginliyi bu gün Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə aparılan 12 aylıq qazıntılarla tədricən üzə çıxarılır. Bu il mütəxəssislər mühüm əhəmiyyət kəsb edən kəşflər etdilər. Eyni zamanda qeyri-qanuni olaraq xaricə aparılmış artefaktların geri qaytarılması istiqamətində işlər davam etdirilir.

Türk arxeologiyasının qızıl dövrü

Türkiyə mədəni irsinin davamlılığını təmin etmək üçün bir çox arxeoloji qazıntılar və bərpa layihələri həyata keçirərək, arxeoloji tədqiqatlar üçün qlobal mərkəzə çevrilmişdir. Ölkənin yaxın dörd ildə son 60 ildə etdiyi qədər iş görəcəyi gözlənilir. Bu çərçivədə 2024-cü il “Türk Arxeologiyasının Qızıl Dövrü” elan edilib. 2021-ci ildə 670 olan arxeoloji tədqiqatların sayı 2023-cü ildə 720-yə yüksəlib, 2024-cü ildə 750, 2026-cı ildə isə 800-ə çatacağı gözlənilir. Bundan əlavə, Türkiyədə qazıntı sahələri üçün konservasiya işləri və ziyarətçilərin təşkili işləri də həyata keçirilir. 2024-cü ilin ilk səkkiz ayında Türkiyədə ortaya çıxan bəzi diqqətəlayiq işləri araşdıraq.

2024-cü ildə aşkar edilən arxeoloji tapıntılar

Bu ilin ən diqqətçəkən tapıntılarından biri də Dənizlinin antik Laodikiya şəhərində tapılan Scylla heykəlləri olub. Diqqət çəkən heykəllər arasında insan yeyən canavar Scyllanın başı və əli, Odisseyin cəsədi, vəhşi itlərin hücumuna məruz qalaraq öldürülən Scyllanın üst bədən heykəli və Odisseyin gəmisinin pəncəsi var idi. Onlar Ellinizm dövrünün barokko üslubunda yaxşı şəkildə qorunmuş orijinal boyaları ilə diqqət çəkir. Aydında YUNESKO-nun Dünya İrs siyahısında olan Afrodisias nəhəng Zevsin baş heykəli ilə də gündəm olub. Təxminən 2000 illik heykəl minimal zədə və maraqlı detallarla bütöv tapılıb. Digər mühüm kəşf isə Kahramanmaraşdan gəldi. “Arxeoloji yaşayış məskənlərində şəhərin indiki tekstil strukturunun əsası” sayılan Direkli mağarasında 13 min illik sümük tikiş iynəsi tapılıb.

Karahantəpə isə dünyanın ən qədim Neolit ​​abidələrindən biri, vəhşi heyvanı təsvir edən kəşfi ilə yenidən parladı. Şanlıurfada “Daş Təpələr Layihəsi” çərçivəsində aparılan qazıntılar zamanı daş lövhənin üzərində qaçan vəhşi uzunqulaq fiquru aşkar edilib. Assur ticarət sütunlarına aid olduğu güman edilən 3900 illik əl izləri Sivasın qədim Hetit şəhəri Kayalıpınarda da tapılıb. Bu, təxminən dörd min il əvvəl qalan izləri görmək şansı verir. Digər gözəçarpan tapıntı Kritin Minoan sivilizasiyasına aid 3600 illik tunc xəncər idi. Antalyanın Kumluca sahillərində arxeoloq dalğıclar tərəfindən kəşf edilən xəncər arxeologiya dünyasını Aralıq dənizinin tarixi ticarət yollarını və mədəni qarşılıqlı təsirlərini yenidən nəzərdən keçirməyə vadar edir.

Pamfiliyanın ən möhtəşəm şəhərlərindən biri olan qədim Aspendosda 2000 illik Zevs və Afrodita heykəlləri tapılıb. Likiyanın qədim Mira şəhərinin limanı olan Andriakedə aparılan qazıntılar zamanı millefiori texnikası ilə hazırlanmış dekorativ panellər üzə çıxarılıb. Artefaktlar Türkiyədə bu texnikada şüşədən istifadə edən ilk əsərlərdir. Həmçinin Vanda qədim Ayanis şəhərində Urartuların baş tanrısı Haldiyə həsr olunmuş üç tunc qalxan və tunc dəbilqə aşkar edilib. Artefaktlar Urartu metal sənətinin zənginliyini və yüksək səviyyəsini əks etdirir. Türkiyənin hər yerində rast gəlinən qazıntılar minlərlə il əvvələ dayanan tarixə işıq salan daha bir çox əsəri üzə çıxarmağa davam edir.

İlin mədəni bərpa işləri

Türkiyə oğurlanmış artefaktların geri qaytarılması məsələsində də qətiyyətini qoruyur. Bu işlər bu il əhəmiyyətli geri qaytarmalar nəticəsində da gücləndirilib. Ölkə bu yaxınlarda ABŞ-dan 14 arxeoloji və etnoqrafik artefaktı öz ölkəsinə qaytararaq, daha çox artefaktı vətənə gətirmək üçün hüquqi və diplomatik mübarizəsini davam etdirib. Tapılan nümunələr arasında iki tunc başlıq, Burdurun qədim Bubon şəhərindən nəhəng tunc heykəl, müxtəlif keramika əşyaları, sikkələr və müxtəlif dövrlərə aid bir zərgərlik məmulatı və Osmanlı dövrünə aid iki xəncər var.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
  

Sentyabrın 25-də Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Astananın Sülh və Əmin-amanlıq Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının konserti keçirilib.

Musavat.com xəbər verir ki, mərasimdə rəsmi şəxslər, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Konsert proqramında ansambl tərəfindən "Mənim Azərbaycanım süitası", "Qazaxı", "Nağaraçılar", "Qaytağı", "Toy", "Ağ çiçəyim", "Çayçı" rəqsləri, "Sarı gəlin" kompozisiyası, "Vətən süitası" və digər nömrələr ifa edilib.

Ansamblın rəngarəng çıxışlarını qazaxıstanlı tamaşaçılar gur alqışlarla mükafatlandırıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb. Bu illər ərzində kollektiv milli rəqs ənənələrinə əsaslanaraq Azərbaycan xoreoqrafiyasının parlaq təbliğatçısı olub. Ansambl ABŞ, Yaponiya, İtaliya, Fransa, Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Norveç, İsrail, Tunis, Əlcəzair, Türkiyə, Hindistan, Nepal, İsveçrə, Çin, İraq, Vyetnam, Mərakeş, Meksika, Braziliya, Kuba, Cənubi Koreya, Belçika, Səudiyyə Ərəbistanı, habelə keçmiş SSRİ məkanının bütün respublikalarında çıxışlar edib.

Ansamblın repertuarına Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Cahangir Cahangirov, Fikrət Əmirov, Telman Hacıyev, Səid Rüstəmov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Eldar Mansurov, Cavanşir Quliyev, rus bəstəkarı İqor Stravinskinin əsərləri və dünya xalqlarının rəqsləri daxil edilib.

Ansambl 1980-ci ildə Moskvada keçirilən Olimpiya Oyunlarının mədəni proqramında, eləcə də Yaponiya (1988), Almaniya (2000), Çin (2010) və İtaliyada (2015) EXPO sərgilərində çıxış edib. 1979-cu ildə Tunisdə keçirilən “Karfagen” beynəlxalq folklor festivalının qızıl medalına layiq görülüb.

Milli mədəniyyətimizin inkişafında və təbliğində xidmətləri nəzərə alınaraq ansambla 1991-ci ildə "Əməkdar kollektiv" fəxri adı verilib.

2018-ci ildən ansamblın rəhbəri Xalq artisti Rüfət Xəlilzadədir. Kollektiv Azərbaycanın zəngin rəqs və musiqi mədəniyyətini təmsil edən yeni konsert proqramı ilə dünya turnesinə çıxmağı planlaşdırır.

 
 
Ardını oxu...
ABŞ Federal Təhqiqat Bürosu (FTB) Silikon Vadisinə investisiya yatıran Kaliforniyada yerləşən "Hone Capital" vençur fondu ilə bağlı araşdırmaya başlayıb.

Valyuta.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Fonda 115 milyon dollar sərmayə qoyan Kaliforniya investisiya fondunun maliyyələşdirilməsi Şanxaydan Kayman adaları, sonra Delaver ştatı vasitəsilə həyata keçirilib.

Yarandığı gündən bəri "Hone Capital" ABŞ-ın təxminən 360 startapına sərmayə qoyub. İndi səlahiyyətlilər bu startapların ən son texnologiyalarının və inkişaflarının Çinə sızmasından şübhələnirlər.

Fondun sərmayə qoyduğu ən böyük startaplardan bəzilərinə özü idarə edən avtomobil istehsalçısı "Cruise", ödənişlər xidməti "Stripe" və səsdən sürətli reaktiv təyyarə tərtibatçısı "Boom" daxildir. İstintaqdan xəbərdar olan FT-nin adı açıqlanmayan mənbələrinə görə, FTB müstəntiqləri Amerika fondunun çinli investorlarının dəqiq olaraq hansı məlumatlara, inkişaflara, texnologiyalara, patentlərə və s.-yə çıxışı olduğunu yoxlayır. Bildirilir ki, son bir neçə həftə ərzində müstəntiqlər təkcə fondun əməkdaşları ilə deyil, onun sərmayə qoyduğu startaplarla da danışıblar.

"CSC Group" məxfi məlumatların qanunsuz əldə edilməsində hər hansı əli olduğunu qəti şəkildə rədd edir. FTB istintaqla bağlı xəbərləri şərh etmir.
 

Dünyapress TV

Xəbər lenti