Ardını oxu...
81-ci Venesiya Film Festivalında Azərbaycan filmləri təqdim olunub.
Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi məlumat verib.
Bildirilib ki, festivalda Azərbaycan kinosu tarixində ilk dəfə olaraq üç film təqdim olunub.
Festivalda İkinci Qarabağ müharibəsi haqqında rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və Azərbaycan memarlığından bəhs edən, rejissor Şamil Əliyevin “Yaradanlar” filmi iştirak edib.
Azərbaycan Respublikasının Kino Agentliyinin keçirdiyi müsabiqədə qalib gələn filmlərin xarici şirkətlərlə birgə istehsalı üçün prodüserlərin cəlb olunması ilə bağlı təqdimatlar keçirilib. Rejissor İlqar Nəcəfin “Quşlar susanda” filminin layihəsi ilə yanaşı ARKA-nın maliyyə dəstəyi ilə çəkiləcək digər film layihələri də xarici prodüserlərə təqdim olunub.
Ardını oxu...
 
 
 
Ardını oxu...
“İkinci dəfədir ki, Rusiya istehsalı olan ekran işində rol alıram. Əlbəttə ki, bir aktrisa kimi bu mənim üçün çox gözəl hissdir. Birinci işim Belarusiya və Rusiyanın birgə istehsalı olan “Ərik acısı” serialı “Domaşnıy” kanalının sifarişi ilə çəkilirdi. Fevral ayında nümayiş etdirildi. Bu serialın rejissoru Aleksandr Moxov idi. Rejissoru Sergey Çekalov olan “Didərginlər” adlı serialın çəkilişlərinə isə may ayından başlamışıq. Mənim çəkilişlərim eyni məkanda olduğu üçün artıq bitib. Amma aktyor yoldaşlarım müxtəlif məkanlarda çəkildiklərinə görə gedib gəlirlər. Azərbaycandan ilk dəfə idi ki, 15-ə yaxın aktyor Rusiyada seriala cəlb olunurdu. Buna görə mən Səbuhi Məmmədova təşəkkürümü bildirib, onu təbrik edirəm ki, belə bir layihədə prodüsserlik edib. Səbuhi Məmmədov “Azərbaycan aktyorlar agentliyi”-nin rəhbəridir. O əlindən gələni edir ki, Azərbaycan aktyorları müxtəlif ölkələrin film və seriallarında rol alsınlar. Bu ekran işlərindən ikisi də mənim yaradıcılıq payıma düşdü. Ümid edirəm və buna çox inanıram ki, davamlı olacaq”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aparıcı aktrisası Hüsniyyə Mürvətova deyib.

“Əlbəttə ki, bir aktrisa kimi mənim üçün çox maraqlıdır ki, başqa bir dövlətin filmində, serialında çəkilib, əcnəbi rejissorla işləyirəm. Bu həm də çox məsuliyyətlidir. Orada məsuliyyət birə-yüz artmalıdır. Artır da. Çünki sən burada təkcə özünü yox, Azərbaycan aktyorlarını, aktyor məktəbini təmsil edirsən. Birinci işimdən də, çəkildiyim “Ərik acısı” serialının rejissoru Aleksandr Moxov da işimizdən çox razı qaldı. Serial çox yüksək reytinq qazanaraq tamaşaçılar tərəfindən çox böyük sevgi ilə qarşılandı. “Didərginlər” serialının rejissoru Sergey Çekalov da işimizdən çox razı idi. Hətta serialın prodüsseri şəxsən özümə dedi ki, rejissor Azərbaycan aktyorlarından çox razıdır. Rolum çox maraqlıdır. Tarixi bir serialdır. Davamı Azərbaycanda da çəkiləcək, oktyabr ayında ölkəmizə gələcəklər” deyə aktrisa bildirib.

Sənətkar yerli seriallara çəkilməməsi ilə bağlı suala bu cür cavab verib.

“Düşünmürəm ki, mən yerli seriallardan uzaq düşmüşəm. İctimai televiziyada yayımlanan “Gündəlik” (rejissor Pərviz Həsənov) serialına çəkildim. 3 mövsümdür efirə gedən “Molla Nəsrəddin”-də çəkildim. Dövlət Televiziyasının sifarişi ilə “Şuşanın səsi” (layihə rəhbəri Elnur Məmmədov, rejissoru Nazim Məmmədov) verilişi üçün Xurşidbanu Natəvanın obrazını canlandırdım. Ola bilər ki, mən qonorarı çox istəyirəm. Bəlkə də bu qonorar onları qane etmir. Çox çəkilməməyimin səbəblərindən biri bu ola bilər. Amma tam uzaqlaşmamışam. Mən inanıram ki, hansısa bir rejissora lazım olsam yenə də davamlı olaraq çəkiləcəm. Həm də teatrda da mənim rollarım var. Teatrla ciddi şəkildə məşğulam. Gündəlik seriala çəkilmək çox çətindir. Çox həyəcanlı olursan. Mən Rusiyada bilirsiniz niyə rahat çəkilirəm? Bilirəm ki, 15 günlük məhz bu işə görə bura gəlmişəm. Mənim işim gedib istirahət etmək və setə gəlib seriala çəkilməkdir. Çox rahat oluram və çəkilirəm. Azərbaycanda olanda isə həm teatrdakı məşqlərə qaçıram, həm dublaya, həm serial çəkilişlərinə, üstəlik də tədbirlərə gedirsən. Çatdırmaq çox çətin olur. Mən seriallara o qədər də can atmıram. Film mənim üçün daha maraqlıdır. Sonuncu çəkildiyim film “Qütb ulduzu” (rejissor Şirin Əhmədov) oldu. Xalq artisti Məmmədsəfa ilə birlikdə oynamışdıq. Ssenarisi də festivalda birinci yerə çıxmışdı” deyə əməkdar artist bildirib.

Hüsniyyə Mürvətova bildirib ki, Bakı Bələdiyyə Teatrında çalışdığı üçün qürur duyur.

“Amaliya xanımın dünyadan getməsi təkcə bizim teatrımız üçün deyil, ümumilikdə Azərbaycan üçün böyük bir itkidir. Biz böyük bir sənətkarı itirmişik. Bizim Bakı Bələdiyyə Teatrı fəaliyyətini çox gözəl davam etdirir. Amaliya xanımın ruhunu şad etmək üçün biz var gücümüzlə işləyirik. Sentyabr ayının 10-da biz mövsümü mənim də baş rolda oynadığım Çingiz Aytmatovun “Ana tarla” əsəri ilə açacağıq. Çox gözəl tamaşalarımız hazırlanır, premyeralarımız olur. Biz artıq Azərbaycana səs salmış teatrıq. Bütün bu səylərimiz də ona görədir ki, Amaliya xanımın ruhu şad olsun. Onun yaratdığı teatr yaşayır. Amaliya xanımın qızı Aynur Muxtarova çox böyük səylə onun işini davam etdirir. Xalq artisti, teatrımızın baş rejissoru Mərahim Fərzəlibəyovun rejissorluğu ilə bir-birindən gözəl tamaşalarımız təhvil verilir. Hər şey çox gözəldir. Şükürlər olsun Allaha” deyə sənətkar bildirib.
Ardını oxu...
“Netflix” "Famagusta" serialını sentyabrın 20-dən nümayiş etdirməyə hazırlaşır. Ekran işi hələ yayımlanmadan müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, Cənubi Kipr istehsalı olan serialda 1974-cü ildə adada baş verən hadisələrdən bəhs edilir.

Serialda yunan quldur dəstələrinin Kipr türklərinə qarşı törətdiyi qətliamlar diqqətdən kənarda qalıb, türk əsgərləri isə işğalçı kimi təsvir olunub.

Həmçinin Sülh Hərəkatı zamanı guya türk əsgərlərinin mülki əhaliyə atəş açması kimi bir sıra səhnələr də yer alıb.
Ardını oxu...

AK Partiyanın sözçüsü Ömər Çelik seriala belə reaksiya verib: "1974-cü il Kipr Sülh Əməliyyatını təhrif və Yunanıstan tərəfini təbliğ edən bir serialın film platformasında yayımlanması çox narahatedicidir. Kipr Sülh Əməliyyatı, qəhrəman türk əsgəri, barış və ədalət bu serialla hədəf alına bilməz”.

ŞKTC prezidenti Ersin Tatar da “CNN TÜRK”-ə verdiyi açıqlamasında bu məsələyə münasibət bildirib. O, "Netflix"-in bu cür siyasi hadisədə birtərəfli mövqe nümayiş etdirməsini qınayıb:

"Kipr məsələsi heç də 1974-cü ildə başlamamışdı. Həmin ilki Kipr Sülh Əməliyyatı əslində Kipr türklərini soyqırımdan xilas edən hərbi müdaxilə idi. 50 ildən sonra bu çətin bölgədə sülh davam edir”.

 
Ardını oxu...
Atakişiyeva Həcər
Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Cəfər Cabbarlı görkəmli dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi kimi tanınır. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri, hekayələri Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında danılmaz xidmətləri vardır. Azərbaycan dramaturgiyasının, pеşəkar tеatrının, yеni aktyor nəslinin inkişafı üçün dram əsərlərinin yazılması labüd idi. Cəfər Cabbarlı bu məsələdə əhəmiyyətli rol oynaya biləcək ilk pyeslərini “Vəfalı Səriyyə”, “Solğun çiçəklər”, “Ulduz”, “Ədirnə fəthi”, “Aydın”, “Oqtay Еloğlu” və b. yazdı. Bu pyеslər indi də öz aktuallıqlarını qoruyurlar. Azərbaycan dramaturgiyasının istеdadlı, böyük sənətkarı, Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq, nasir, şair, ictimai xadim Cəfər Cabbarlının yaradıcılığındakı çoxşaxəlilikdə onun pyeslərinin rolu danılmazdır. Ədib "Nəsrəddin şah" adlı beşpərdəli, yeddi şəkilli tarixi dramını 1916-cı ildə yazmışdır. Əsərdə on doqquzuncu əsrin sonlarında İranda baş verən ictimai-siyasi hadisələr təsvir olunmuşdur. Pyesin baş qəhrəmanı 1848-1896-cı illərdə İrana şahlıq etmiş Qacarilər sülaləsindən olan Nəsrəddin şah idi. Əsərin sonunda zülmkar Nəsrəddin şah azadlıq təşkilatın üzvü Mirzə Rza Kirmani tərəfindən qətlə yetirilir. Dramaturqun "Nəsrəddin şah" dramı onun ilk tarixi pyesidir. “Nəsrəddin şah” dramında saray əyyamları, xanədanlıq diqqət mərkəzində olsa da, saraydan kənar mürəkkəb hadisələrdə əsərin dramaturji təsirini gücləndirir. Əsərdə ayrı- ayrı tarixi şəxsiyyətlərin canlı obrazları diqqətə çatdırılmaqla yanaşı, mühüm tarixi faktlarda öz əksini tapmışdır. Pyesdə azadlıq ideyaları, insanpərvərlik duyğuları, ədalətli hökmdar arzuları təcəssüm tapır. Dramaturq "Nəsrəddin şah" pyesində İranda hökm sürən şah despotizmini ifşa etmişdir. Zəhmətkeş kəndlilərin ağır həyatı, xanların azğınlığı, mütərəqqi İran gənclərinin azadlıq uğrunda mübarizəsi, milli-azadlıq ideyaları, geniş xalq kütlələrinin şah mütləqiyyətinə qarşı çıxışları əsərdə təsvir olunmuşdur. Cəfər Cabbarlı “Nəsrəddin şah” dramında istibdad və mütləqiyyətə qarşı geniş xalq kütlələrinin mübarizəsini fərqli xüsusiyyətləri ilə birgə təqdim etmişdir. Ədib yaradıcılığında “Nəsrəddin şah” dramı ilə ilk dəfə tarixi mövzunu işləməsinə baxmayaraq, çox yüksək səviyyəli əsər yazmağa nail olmuşdur. Pyesdə obrazlar iki qismə ayrılır. Mirzə Rza Kirmani, Nadir, Fərhad, Sitarə və Gülzar aşağı təbəqəyə, Nəsrəddin şah, Rəhim xan və Cavad xan isə yuxarı təbəqəyə mənsub obrazlardırlar. Nəsrəddin şahın zülmünə məruz qalan Mirzə Rza Kirmani və onun oğlu Nadir məzlumluğun təmsilçiləri kimi təqdim olunurlar. Məzlumluğun və zalımlığın qarşı- qarşıya qoyulduğu əsərdə dramaturq vicdan, haqq-ədalət, insanlıq kimi məfhumlarıda paralel şəkildə təhlil edir. Əsərin süjet xətti çoxşaxəlidir. Ədib əsərdə əsl xarakterlər yaratmağa nail olmuşdur. Belə ki, pyesdə hər bir obraz xarakterinin bitkinliyi ilə seçilir. Öz namusu yolunda canlarından keçən Nadir və onun əmisi oğlu olan Fərhadın xarakterinə dramaturqun daha çox dəyər verdiyi əsərdə özünü göstərir. Pyesdə igid, mərd oğullarla yanaşı Sitarə və Gülzar kimi gözəl, zərif qadın obrazlarıda yaradılmışdır. Sitarə sеvgili nişanlısı Fərhadın yolunu gözləyən gənc, gözəl bir qızdır. O, Nəsrəddin şaha hədiyyə edilmək üçün zalım Rəhim хanın əmri ilə Cavad хan tərəfindən qaçırılmışdır. Bacısı Sitarəni Rəhim хanın pul, mal, dövlət təkliflərinə baxmayaraq, şahın hərəmxanasına aparmaqlarına icazə verməyən Nadir şahın adamları tərəfindən öldürülür. İnsaniyyətin nə olduğunu bilməyən şahın adamları хalqın məsum qızlarını güc ilə hərəmxanalara aparırdılar. Əsərdə gücsüzün namusu yolunda çırpınmağı böyük yazıçı ustalığı ilə təsvir olunmuşdur. Əsərdə Nadir, Fərhad, Mirzə Rza Kirmani, Sitarə, Gülzar kimi sadə, məğrur insanlar təsvir olunmuşdur. Nəsrəddin şah Nadir, Fərhad, Sitarə və Gülzar kimi dünyadan kam almamış gənclərin haqqına girir. Mirzə Rza Kirmani oğlu Nadir ölən gündən ömrünü zalımlardan intiqam almağa həsr edir. Qızı Sitarə хain, zalım, hiyləgər və bivicdan olan Nəsrəddin şahın hərəmi olmaq üçün qaçırılan gündən Mirzə Rza Kirmani yalnız intiqam almaq üçün yaşayırdı. Sitarə əqlli, kamallı, fərasətli, bəlağətli, gözəl, idraklı, хеyirхah bir qız idi. Mirzə Rza Kirmani heç cür barışa bilmirdi ki, onun qızı ədəbsiz, zülmkar, həyasız Nəsrəddin şaha arvad olsun. İnsaniyyətdən, bəşəriyyətdən, şəriətdən biхəbər olan Nəsrəddin şah zəhmətkeş, məşəqqət və əziyyətlə yaşayan insanlara qarşı daha çox qəddarlıq edirdi. İnsanlar şahın zülmündən qurtulmaq üçün öz doğma vətənlərini tərk edib, ailə üzünə həsrət, ana üzünə həsrət, vətən üzünə həsrət yaşamağa məcbur idilər. Əsərdə elə bir mühit canlandırılmışdır ki, Nəsrəddin şahın cinayətləri, faciələri cəzasız qalmışdır. Hiyləgər, vicdansız, zəif, paхıl, tamahkar, məmləkəti fəlakətə tərəf sürükləyən şah və əyyamları xalqa divan tuturdu. Cəfər Cabbarlı “Nəsrəddin şah” dramında xalqı cəhalət və nadanlıq yolu ilə əsarətində saxlamaq istəyən şah və əyyamlarını ifşa edir. Nəsrəddin şahın əyyamlarıda özü kimi tamahkar və məmləkəti fəlakətə doğru sürükləyən, öz хüsusi mənfəətləri üçün çalışan, zülmkar, insanlıqdan kənar, хain, məkrli və hiyləgər kəslər idilər. Cəfər Cabbarlı “Nəsrəddin şah” pyesində şahın xasiyyətindəki ikiüzlülüyü ifşa edərək, onun xalqla mehriban danışıb, kənarlaşan kimi edam əmrlərini verdiyini təqdim edərək, dövrü oxucunun gözündə canlandırmağa nail olmuşdur. “Qiblеyi-aləm, sən bir zəifülqövl su kimi hər yеrə aхar, yеl kimi hər tərəfə əsər bir şəхssən. Bir şеy üçün yüz dəfə fərman vеrib, bir qеyrisinin sözü ilə yüz dəfə pеşman olursan. Əgər bundan sonra bu zalımların və хainlərin yolu ilə və bu хasiyyət ilə padşahlıq еdəcəksənsə, vay olsun sənin millətinin və bədbəхt İranın halına”! Cəfər Cabbarlı “Nəsrəddin şah” dramında məsum və sеvimli Sitarə obrazı vasitəsilə bir qadının biçarəliyini təqdim etmişdir. Onun atası Mirzə Rza Kirmani хilqətində bir yеnilik, bir hürriyyətpərəstlik və bir inqilabçılıq olan, tabeliliyindəki bütün kəndliləri azad еdərək, хanlıqdan imtina etmiş ticarətlə məşğul olan bir kəs idi. Mirzə Rza Kirmani elmə çox böyük əhəmiyyət verən kəs idi. Belə ki, özü oхumuş, oğlunu və qardaşı oğlunu da Firəngistanda oхutdurmuşdur. Qızı Sitarəyə özü еlm öyrədib və tərbiyə vеrmişdir. Çoх açıq fikirli şəxs kimi cəmiyyət arasında tanınırdı. Mirzə Rzanı hər kəs mətanətli və sədaqətli şəxs hesab edirdi. Ailəsinə bu qədər bağlı olan bir kəsi vəzir Mirzə Ələsgər хanın əmisi oğlu Rəhim хanın əmri ilə еvini qarət edib, oğlunu qətl еdib, qızını isə zor ilə aparmışdırlar. Cəfər Cabbarlı “Nəsrəddin şah” dramında Mirzə Rza Kirmanin başına gətirilən zülmləri əsərin əvvəlindən oxucuya təqdim edir. Belə ki, Rzanın özü də həbs еdilmiş, lakin həbsdən zor ilə qaçmağa nail ola bilmişdir. Nə qədər əzablar, zülmlər çəksə də, bir adam onun sözünə qulaq asıb, ona kömək etməmişdir. Başına gətirilən bu zülmlərdən sonra o, vətən fədailərinə qoşularaq, zülm mübarizlərinin, ədalət və hürriyyət qaliblərinin yolunu gedir. Hürriyyət və ədalət üçün canını fəda еtməkdən çəkinməz bir fədai olur. Fikrini, zеhnini, ağlını, ruhunu, cismini, bir kəlmə ilə – bütün varlığını hürriyyət və ədalət yolunda sərf еdir. Ədalət aхtarmaq, məzlumlara kömək еtmək, zalımlara cəza vеrərək, onlardan intiqam almaq onun həyat amalına çevrilir. O, hürriyyət və ədalət yolunda ölməyi daha üstün tutan şəxs idi. O, vətən və millət fədailərinin liderinə çevrilərək, İranda hürriyyəti bərpa еdib, ədalət çırağını yandırmağı, məzlumların göz yaşını silməyi, zülm və canavarlıq yuvalarını dağıtmağı qarşısına məqsəd qoymuşdur. Mirzə Rza Kirmani Nəsrəddin şahı öldürərək, millətin səadətinə nail olmaq, bir də qətlinə fərman vеrilmiş balalarının qisasını almaq istəyirdi. O, şahın ölümü ilə ləkələnmiş namusunun qara və çirkin ləkələrini silərək, intiqamını almaq istəyirdi. Əsərdə Nəsrəddin şah Qacarı öldürməyə gedən Mirzə Rza Kirmaninin öldürülən oğlu Nadirin nişanlısı Gülzara dediyi son sözlər əslində onun ümidsizlikdən doğan vəsiyyəti idi. “Gülzar, qızım! Bu oğlan dəyərli bir oğlandır, sеv onu, Nadir qədər sеv, kimsə sənə vəfasız dеyə bilməz. Bəlkə, Allah kərimdir, Sitarə və Fərhad da хilas oldular. Qoşulub ta uzaqlara qədər gеdin, uzaqlaşın İrandan! Hürriyyət günəşi İran üfüqlərində dolaşan qara buludları, məzlumlar qanını bu torpaqdan götürməyincə, ona yaхınlaşmayın, gеdin! Mən sənin də, Nadirin də intiqamını, Sitarənin də intiqamını, bəlkə bütün İran məzlumlarının intiqamını alaram. Bir hеykəli-intiqam kimi, bir cəza tanrısı kimi qarşınızda durub söz vеrirəm, bu gün еlə bir intiqam alım ki, bütün İran məzlumları çürümüş başlarını məzar taхtaları arasından qaldırıb, bir səslə: – mərhəba, mərhəba! – dеsinlər və bu səs əqsayişərqdən intihayi-qərbə qədər hansı bir guşədə olarsınız, sizin qulağınıza yеtişəcəkdir. Gеdin”! Mirzə Rza Kirmani Nəsrəddin şahı öldürməyi vətəninə, millətinə olan son borcu kimi görürdü. O, oğlunun və məzlum millətinin intiqamını alacağına and içmişdi, bunun üçün də geriyə dönməyə yolu yox idi. Mirzə Rza Kirmani Nəsrəddin şahı öldürərək, ondan öldürülən oğlunun, aparılan qızının, qarət еdilən evinin, vətəninin, millətinin qisasını alır. Cəfər Cabbarlının “Nəsrəddin şah” dramında milli ideologiya olduqca güclüdür. Gülzar, Sitarə və Fərhadın sağ qalması ilə gələcəyə inam qabardılmış, Nəsrəddin şahın ölümü ilə isə xeyirin şər üzərində ki, qələbəsi qələmə alınmışdır. Pyesin sonu Mirzə Rza Kirmaninin edam edilməsi ilə bitsə də, o, övladlarının sağ-salamat olduğunu bildiyi və Nəsrəddin şahı öldürərək, ondan intiqam aldığı üçün bu dünyadan zəfərlə ayrıldı. Pyes ədibin ilk tarixi dramı olmasına baxmayaraq, olduqca bitkin və çoxşaxəli süjet xəttinə malikdir.


Ardını oxu...
Vatikanda Papalıq salonlarından birinin divarını bəzəyir. Eyni otaqda, bu freskin tam qarşısındakı divarda isə 1509-1510-da çəkdiyi "La disputa del sacramento" (Sirr haqda disput) freski yer alır. Biri fəlsəfəni, digəri teologiyanı təmsil edir. Yan-yana baxanda daha yaxşı anlayırsan əsərləri…
İbrahim Nebioğlu
Ardını oxu...
 
Ardını oxu...
İnci Çayırlı (1935-2021) Türkiyənin mükəmməl musiqi təhsili görmüş, ifaçılıqla bərabər xor rəhbəri və konservatoriya hocasıydı. Türk Sənət Musiqisini onsuz təsəvvür etmək mümkün deyildi. Türk Sənət Musiqisini onsuz təsəvvür etmək mümkün deyildi.
Ancaq mənim üçün İnci Çayırlı Sovet Azırbaycanına səfər etmiş (soldakı şəkil o dövrdə çəkilib) az saydakı nadir Türk sənətçilərindən biriydi. Zeliha, İnci Çayırlı, Ajda Pekkan, Nesrin Sipahi, "Modern Folk Üçlüsü", Müşərrəf Akay və iki-üç başqa sənətçi xaricində Sovet vaxtı Bakıya kimsə gəlməmişdi.
Anam Zeliha, İnci Çayırlı, Nesrin Sipahi və Ajdanın konsertlərində olmuş az sayda bəxtəvərlərdən biri idi. “Bəxtəvər” ona görə deyirəm ki, 1970 və 80-lərdə Türk sənətçilərinin konsertlərinə düşmək çox çətin, düşənlər isə az sayda bəxtəvərlərdən sayılırdılar.
Uşaq idim, atamla anamın geyinib, kecinib o konsertlərə hazırlanmasını yaxşı xatırlayıram. İndiki gənclərə qəribə gələcək ən maraqlı hadisə isə o konsertlərdən sonra bizim evə gələn ailə dostları və anamın rəfiqələri idi. Bizə yığışıb türk ifaçılarının konserti haqda suallar verərdilər.
Sonralar, sərhədlər qalxandan sonra anam təbəssümlə “O vaxt hamı onların nə oxuduqlarına deyil, səhnədə nə danışdıqlarına baxardı” deyərdi. Bakı və Bakı əhli Türk dilinə, Türkiyə Türkcəsinə, Türk insanına həsrət idi. Bir çoxlarının Türkiyə sevgisi bu görkəmli musiqiçilər sayəsində zirvələrə çıxmış, Türklük ülküsü canlarına, qanlarına hopmuşdu.
İbrahim Nebioğlu
TEREF
 
Ardını oxu...
“Sosial durumumdan, işsizliyimdən hər kəs xəbərdardır. Dəfələrlə bu haqda paylaşımlar olub, müsahibələr alınıb, ad çəkib kimlərdənsə yardım istəmişəm. Amma bir kömək edən olmayıb. Kim kömək edəcək? Ölən ölüb, torba dolub. Kimdir Vahidin qızına baxan?! O sağ olanda yanından əl çəkmirdilər, qəzəllərini oxuyub, şeirlərinə yazılan mahnıları ifa edirdilər. İndi kimin “dayday”-ı var o qabaqdadır. Atamın adı mənə bu gün də yaşıl işıq yandırır. Hara gedirəmsə hörmət edirlər. Əliağa Vahidin qızı deyəndə hamı sevinir. Onun qəzəllərinə yazılan mahnılar bu gün də oxunur. Sadə camaat nə edə bilər ki?”

Bunu Moderator.az-a açıqlamasında məşhur qəzəlxan Əliağa Vahidin qızı Firəngiz Əliağa Vahid qızı deyib. O daha sonra əlavə edib.

“O vaxt uşaq olanda bizimlə 20 illik müqavilə bağlanmışdı. Atamın hər qəzəli oxunanda bizə pensiya verirdilər. Universiteti, texnikomu bitirəndən sonra həmin pensiya dayandırıldı. Sonra qardaşım həmin vaxtı 5 il müddətinə uzatdı. O vaxt da bitdi. Rəhmətlik Tükəzban İsmayılova anamla birlikdə internatda işləyirdi. O da bizim gözəl müğənnimiz idi. Onun bizə qohumluğu da çatırdı. Deyirdi ki, mən Vahiddən oxuyuram ki, həm xalq mənə hörmət etsin, sevir, həm də siz buna görə pul ala biləsiz. Atam Əbülfət Əliyevlə, Əlibaba Məmmədovla, İslam Rzayevlə, Habil Əliyevlə dost idi” deyə qəzəlxanın qızı deyib.

Firəngiz Əliağa Vahid qızı atası ilə bağlı yayılan şayiələrdən də danışıb.

“Atam haqda çox sözlər deyirlər. Bəzilərinin doğru yaxud da yalan olduğunu bilirəm. Deyirlər ki, Əliağa Vahid Leyla Bədirbəylini sevib, ona erotik şeirlər həsr edib. Hətta “Qəzəlxan” filmindəki aktrisa Nübar Novruzovanın oynadığı rol Leyla Bədirbəylinin prototipidir. Filmdə də belə göstərilib ki, Leyla Bədirbəyli Yazıçılar Birliyində işləyir. Leyla Bədirbəyli o illərin aktrisası olub. Mən biləni heç ona maraq göstərməyib. Anam heç vaxt demirdi ki, atan Leyla Bədirbəylini sevib yaxud da aralarında nəsə olub. Bir onu bilirdik ki, atam Fenya adlı rus qadınla qanuni nikahda yaşayırdı, amma anamla münasibətləri qanuni deyildi. Çünki anam atamı heç vaxt bəyənməyib. Atam anamdan 29 yaş böyük olub. Anam axır vaxtlar deyirdi ki, atanın şairliyinə, ad-sanına görə ona hörmət edirəm. Atam gəzəyən kişi olmayıb. Düzdür, qızlara, gözəllərə baxıb ilhamlanıb şeirlər yazıb. Özü üçün yaşayan bir adam olub” deyə qəzəlxanın qızı deyib.
 
Ardını oxu...
Son vaxtlar sosial şəbəkələrdə İranda türkcə kitablara tətbiq edilən senzura nümunələri olan bəzi sənədlərin surəti paylaşılıb. O cümlədən, Urmiyədəki “Yaz” nəşriyyatının direktoru Bəhram Əsədi ətraflı bir açıq məktub yayımlayaraq İran mədəniyyət nazirliyinin türk dili ilə əlaqəli siyasətlərinə etiraz bildirib.

Sosioloq və Türkiyədə fəaliyyət göstərən Qobustan nəşriyyatının sahibi Ural Hatəmi Amerikanın Səsinə söhbətində deyib ki, “mədəniyyət nazirliyinin naşirlərə göndərdiyi islahiyyələr (düzəltmə tələbləri) göstərir ki, senzura siyasətində türkcəyə qarşı ciddi bir hərəkətlilik var.”

Keçən iki il ərzində Yaz nəşriyyatının çapa hazırladığı kitablara tətbiq edilən senzura nümunələrini açıqlayan Bəhram Əsədinin yazdığına görə, İranın Mədəniyyət və İslami İrşad Nazirliyi bir çox kitabda istifadə edilən kəlmələrin “İstanbul türkcəsində” olduğunu irəli sürərək onlara çap icazəsi verməyib. Cənab Əsədinin məktubunda yerləşdirdiyi nümunələrdə mədəniyyət nazilriyinin ekspertləri dilin adına “türkcə” yerinə “azəri” və ya “azərbaycanca” ifadələrinin işlədilməsini tələb ediblər. Bir nümunədə isə nazirlik “Azərbaycan” adlı bir şeirin kitabdan çıxarılmasını istəyib.
Ural Hatəminin sözlərinə görə, “sadəcə Yaz nəşriyyatı deyil, əgər o biri naşirlərimiz də bu şəkildə bu günə qədər verilən senzura nümununələrini, o İrşad idarəsindən verilən o islahiyyələri yaysalar, bizim əlimizdə minlərlə səhifə sənəd olar. Ancaq bilirik ki, İranda bunların üzərində çox ciddi basqı var və bunlar eyni zamanda həm işlərini, həm ticarətlərini qorumalıdırlar.”

Hatəmi İranda türk naşirlərin yalnız senzura kimi basqı və məhdudiyyətlərə məruz qalmadığını, eyni zamanda digər naşirlərin aldığı dövlət dəstəyindən də məhrum olduqlarını önə çəkib.

“2013 ilindən sonra biz bir müddət türkcə kitab və dərgilərdə açılış kimi bir şey gördük. Belə baxanda, o ildən sonra Güney Azərbaycanda bir çox türkcə dərgi çıxmağa başladı. Yəni, biraz boş buraxdılar. Ancaq, dəstək vermədilər. İranda bütün dərgilər və nəşriyyatlara rejim ideologiyasına uyğun olduğu təqdirdə kağız dəstəyi verilir və ya çap üçün dəstəklər verilir. Amma, bizimkilər deyirdi, icazəsini verib, amma dəstək yoxdur. Dəstək olmadığı zaman da bir neçə sayı dərgi çıxır, ondan sonra artıq maddi imkan olmur. Yəni, biz İrşad idarəsinin türkcə nəşrə görə siyasətlərini biraz daha geniş ələ almalıyıq, sadəcə senzura məsələsini deyil,” Hatəmi bildiirb.
Qobustan nəşriyyatının sahibi müsahibədə həmçinin “illərdir İranda türk dilinin dəyişimi və inkişafını əngəlləmək üçün yürüdülən sistemli basqı siyasətinin tamamilə uğursuz” olduğunu vurğulayıb.

O, deyib ki, “dil çox dəyişkəndir. Dilin dəyişiminin qarşısını almaq mümkün deyil. Bunlar bunu bir yerlərə yönləndirmək istəyir. Tamam yönləndirsinlər, ancaq bununla bir dilin dəyişiminin qarşısını almaq, qonşu ləhcələr ilə etkiləşimini (qarşılıqlı əlaqəsini) və ya təsir almasını əngəlləmək mümkün deyil. O sənəddə deyir ki, bu kəlmələr İstanbul türkcəsidir filan. Deyək ki, sənin dediyin doğrudur və bu kəlmələr bizim bölgədə yoxdur. Sən Türkiyədən bizim oraya kəlmələrin girməsini, istifadə edilməsini bütün gücünlə belə əngəlləyə bilməzsən! Çünki, dediyim kimi, dil axışqandır, etkiləşməyə və təsir almağa açıq bir sistemdir. Farsca da belədir. Farscanın özündə hər il yeni kəlmələr, yeni danışıq şəkilləri, hətta yeni cümlə strukturu ortaya çıxır.”

Ural Hatəmi bütün basqılara rəğmən İranda türk dilinin hələ də canlı bir dil olduğunu ifadə edib.
Onun sözlərinə görə, “illərdir sistematik bir şəkildə türk dilinin dəyişimini və inkişafını əngəlləməyə çalışırlar. Mənim şəxsi görüşüm budur ki, bu basqı siyasəti tamamilə uğursuz olub. Çünki, türkcə hələ də İranda yaşayır, hələ də ədəbiyyat yazılır, şeir yazılır və üstəlik Azərbaycan və Türkiyədən də bəzən başqa türk ləhcələrindən təsir alır. Bu da bu dilin hələ də canlı olduğunu göstərir. Bu islahiyyələr göstərir ki, hər keçən gün bunu əngəlləmək üçün siyasətlərini daha da sərtləşdirirlər. Demək ki, İrşad və Mədəniyyət İdarəsində bu senzura məsələsində türkcəyə qarşı ciddi bir hərəkətlilik var. Kaş o biri nəşriyyatlar da sənədləri yaysalar və bu, ciddi şəkildə gündəmə gəlsə. Yoxsa, başqa şəkildə bu siyasətə qarşı durmaq olmaz.”
Ardını oxu...
Avqustun 30-da Bakıda Bəhreyndə fəaliyyət göstərən RAK İncəsənət Fondunun rəssamlarının əsərlərindən ibarət sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirak ediblər.

Sərginin açılışında çıxış edən RAK İncəsənət Fondunun təsisçisi, görkəmli bəhreynli rəssam və kolleksiyaçı Raşid Al Xalifa bəhreynli rəssamların tükənməz istedadlarını Azərbaycandakı sənətsevərlərlə bölüşmələrindən məmnunluğunu ifadə edib. O qeyd edib ki, RAK İncəsənət Fondu beynəlxalq tərəfdaşlığı və qarşılıqlı anlaşmanı təşviq edir.

Raşid Al Xalifa bildirib ki, əməkdaşlıqda məqsəd bəhreynli sənətkarların zəngin qobelenlərini Bakının canlı və rəngarəng incəsənət səhnəsinə təqdim etməkdir.

Sonra çıxış edən "Azərxalça" ASC-nin sədri Emin Məmmədov deyib ki, rəssam Raşid Al Xalifa və RAK İncəsənət Fondu ilə əməkdaşlıq incəsənətin, beynəlxalq dostluğun və mədəni anlaşmanın daha geniş təşəkkül tapdığını əks etdirir.

"Bəhreynin müasir incəsənət nümunələrinin ümumi mənzərəsinin Bakıda canlandırılmasından məmnunluq duyuram. İnanıram ki, bu, ölkələrimiz arasında tərəfdaşlıq imkanlarının daha da genişlənməsinə gətirib çıxaracaq".

Qeyd edək ki, bundan əvvəl Heydər Əliyev Mərkəzində Raşid Al Xalifanın bir neçə sərgisi təşkil olunub.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 

Ardını oxu...
Atakişiyeva Həcər - DİA-AZ.İNFO


Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Cəfər Cabbarlı görkəmli dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi kimi tanınır. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri, hekayələri Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında danılmaz xidmətləri vardır. Azərbaycan dramaturgiyasının, pеşəkar tеatrının, yеni aktyor nəslinin inkişafı üçün dram əsərlərinin yazılması labüd idi. Cəfər Cabbarlı bu məsələdə əhəmiyyətli rol oynaya biləcək ilk pyeslərini “Vəfalı Səriyyə”, “Solğun çiçəklər”, “Ulduz”, “Ədirnə fəthi”, “Aydın”, “Oqtay Еloğlu” və b. yazdı. Bu pyеslər indi də öz aktuallıqlarını qoruyurlar. Azərbaycan dramaturgiyasının istеdadlı, böyük sənətkarı, Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq, nasir, şair, ictimai xadim Cəfər Cabbarlının yaradıcılığındakı çoxşaxəlilikdə onun pyeslərinin rolu danılmazdır. Ədibin müstəqillik dövrünün elmi düşüncəsi ilə qələmə aldığı "Ulduz" və "Ədirnə fəthi" əsərləri onun türkçülük ideyalarını yüksək səviyyədə estetik cəhətdən təcəssüm etdirmişdir. Dramaturq "Ədirnə fəthi" əsərində islam xalqlarının birliyinin onların taleyində həlledici faktorlardan biri olduğunu sübut etmişdir. Cəfər Cabbarlının “Ədirnə fəthi” əsəri səhnədə oynanılan zaman tamaşanı seyr edən Nuri Paşa əsəri olduqca yüksək qiymətləndirir. Bu baş vermiş tarixi görüş gənc yazıçı, dramaturq C.Cabbarlının yaradılığına verilən ən böyük dəyərlərdən biri idi. Cəfər Cabbarlı 1917-ci ildə yazdığı "Ədirnə fəthi" əsərində türk milli düşüncəsinin, türkün vətəndaşlıq şüurunun formalaşmasının, türkün tarixi taleyinin bədii təsvirini əks etdirmişdir. "Ədirnə fəthi" əsərində Bizans imperiyası ilə Osmanlı imperiyası arasında Ədirnənin fəthi uğrunda olan mübarizə və Osmanlı qoşunlarının qələbəsi, millətin vətən-torpaq uğrunda apardığı böyük çətinliklər müəllif qələminin gücü ilə oxucuya çatdırılmışdır. "Ədirnə fəthi" əsərində Türk dünyasının Avropa dünyası ilə apardığı qanlı mübarizələr ədibin Türk millətinə, tarixinə qarşı olan həqiqəti və sonsuz məhəbbəti ilə təsvir olunmuşdur. Əsərin qəhrəmanları vətən torpaqlarını bütün güc və qüvvətləri ilə müdafiə edən şəxslər idi. Əsərdə Türklərin milli və dini hisləri ilə bərabər inancları da təsvir obyektinə çevrilmişdir. Türkçü olan Cəfər Cabbarlının “Ədirnə fəthi” əsəri dramaturqun türkçülük ideallarına həsr olunmuşdur. Belə ki, əsərdə dövrün çox mühüm ictimai-siyasi hadisələri C.Cabbarlının böyük yaradıcılığı vasitəsilə qələmə alınmışdır. Ədib əsərdə sübut edir ki, Ədirnənin fəthinin yolu nə qədər çətin və ziddiyyətli olsa da, Türk milləti buna yüksəliş və tərəqqi yolu ilə nail olmuşdur. Dramaturq türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələri, türk məişətini, türk qəhrəmanlığını və şücaətini, türklərin mübarizə dolu tarixini yaradıcı münasibətlə yanaşaraq, dolğun əsər yaratmışdır. Ədib əsərdə qəhrəmanların xarakterlərindəki ziddiyyətli məqamları müharibənin dağıdıcı və fəlakətli gücü ilə balanslaşdırmışdır. Əsərdə itirilmiş Ədirnə torpaqları uğrunda vətənpərvərlik hərəkatı, qəhrəmanlıq və rəşadət göstərən düşmənə qarşı qəzəbli türk xalqı təsvir olunmuşdur. Əsərin çox böyük uğur qazanmasının başlıca səbəblərindən biri də o idi ki, faciədə milli və dini inancdan irəli gələn güc türkün qələbəsinin mənəvi-psixoloji əsasını təşkil edirdi. Dramaturq əsərdə qadın fədakarlığını və qəhrəmanlığını Zöhrə və İnci kimi obrazların simasında canlandırmışdır. Belə ki, bu qəhrəman Türk qadınları хəstəхanalarda fədakarlıqla mübarizə aparırdılar. Ədib “Ədirnə fəthi” əsərində türkçülük ideallarına heyranlığını baris şəkildə göstərirdi. Dramaturq “Ədirnə fəthi” əsərini milli problematika, milli iftixar, qürur və vətənpərvərlik ruhu ilə qələmə almışdır. Əsərdə türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdə göstərdikləri şücaət əsərin əsasını təşkil edir. Ədib əsəri ömrünün gənclik çağında (18 yaşında) yazmışdır. Əsərin məğzi türklərin Ədirnə torpaqları uğrunda qəhrəmanlıq və rəşadətlə apardıqları vətənpərvərlik hərəkatıdır. Dramaturq “Ədirnə fəthi” əsərində Ədirnə küçələrinin, geniş hərb səhnələrinin təsvirinə geniş yer verməmişdir. Əsərdə türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrin geniş təsviri ilə yanaşı tibb bacısı Zöhrə və gənc zabit Rüfətin məhəbbəti də təsvir olunmuşdur. Hər iki gənc bir-birini saf məhəbbətlə sevirdilər. Ədib əsərdə bu saf məhəbbətə qarşı olacaq yeganə bir qüvvə kimi ancaq vətən eşqini təsvir edir. Belə ki, hər iki gənc öz sevgilərindən yalnız Ədirnənin azadlığı yolunda keçə bilərdilər. Tibb bacısı Zöhrə və gənc zabit Rüfət vətən məhəbbətilə Vətən uğrunda çalışan igid vətən övladları idilər. Onlar millət, vətən mənafеyi uyğunda ölümə getməyə hazır olan gənclər idilər. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində vətən müharibəsi üçün canını fəda еdən belə gənclərin obrazını yaratmaqla ədəbiyyatı zənginləşdirmişdir. Gənclər vətən yolunda töküləcək hər bir qətrə qanları ilə fəxr edirdilər. Hər bir türk vətən uğrunda öldürülən türklərin intiqamını almaq üçün çalışırdı və bunun üçün də yaşayırdı. Ədib əsərdə müharibələri pisləyərək, bildirirdi ki, bütün fəlakətlərə səbəb olan müharibə igid oğulları qıran, anaları balasız, qızları qardaşsız, oğulları atasız qoyan bir məfhumdur. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində tarixi şəxsiyyətlər olan Mustafa Kemal Atatürkün və Ənvər paşanın prototipini yaratmışdır. Əsərdə Ənvər paşanın xalqa müraciətlə dediyi sözlər insanlar arasında himn kimi səslənir. “Qardaşlar! Еy bir kaç ailədən ibarət ufacıq bir əşirətdən qocaman Türkiyə hökmranlığını yaradan Sultan Osmanın balaları, bu gün bütün Türkiyənin səcdəgahı olan Ədirnə düşmənlərin kobud çarıqlarının altında əzilməkdədir. Məsum türk qızlarının namusu düşmənlər ayağında tapdanmaqdadır. Osmanlı hilalı ayaqlarda, bolqar səlibləri Sultan Səlim minarələrində ürəkləri dəlməkdə ikən, siz hələ “Sülhmü еdəlim”, “Hərbmi еdəlim” – dеyə düşünürsünüz. Əcəba, qanınız dondumu? Еy səfalət uçurumu qarşısında özlərini itirən qafillər! Ləkələnmiş namusilə dünya üzərində yaşamağa da həyatmı dеyirsiniz? Хayır, namuslu bir türk bunu qəbul еdəməz. Mən böylə həyatı istəməm, bu gün bütün Türkiyə əsgərləri adından dеyirəm: Ölümündən qorхanlar namussuzdurlar, еvlərinə girib qarılarının yanında gizlənirlər. Fəqət biz əsgərlər, son fərdimiz qalanadək hərb еdəcəyik. Ədirnəni gеri almayınca, silahımızdan ayrılmayacağıq və bütün dünyaya bildirməliyik ki, türk gənclərinin, türk qızlarının, türk əsgərlərinin ürəyində bir “idеal”, dilində bir söz vardır: Ya şərəfli bir ölüm və ya dəyərli bir həyat”! Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində Türk xalqının şərəfli yaşamağını və şərəfli ölümünü qələmə almışdır. Osmanlılar öz şərəflərini, namuslarını və torpaqlarını qorumaq naminə hərb etməyə məcbur olunmuşdular. Bunun üçün də Ədirnəni alıncaya qədər igid əsgərlər son nəfəslərinədək düşmənlə pəncələşmək məcburiyyətində idilər. Dramaturq “Ədirnə fəthi” əsərində Türk gənclərinin, iхtiyarlarının, əsgərlərinin, qızlarının, qadınlarının, uşaqlarının vətən yolunda birlikdə şərəflə apardıqları mübarizəni təsvir etmişdir. Canını, malını Vətən və millət uğrunda fəda еtməyə hazır olan Türk xalqı əsər boyunca bir an olsa belə, düşmənə təslim olmadı. Uşaqdan iхtiyarlara və qızdan iхtiyar qadınlara qədər, bütün Türkiyə silaha sarılmış, dayanmadan vətən üçün mübarizə aparırdı. İgid Türk xalqı Ədirnə uğrunda apardıqları müharibəni yalnız tapdanmış namuslarını düşmən ayaqlarında əzilməkdən xilas olmaqdan ötrü edirdilər. Çünki Türk xalqının damarlarınında axan türk qanı donmamış, o qan rəzalət qəbul еdə bilməzdi. Bütün türklərin düşmənə qarşı boyun əyməsinə yol vеrməyən o mübarək Türk qanı sayəsində Ədirnə fəth olunur. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində bütün Türk xalqının şanlı əcdadının köməyinə yetdiyini qeyd edirdi. Şanlı Türk xalqının bacı və anaları əllərində Quran, bütün türklük üçün dua edirdi, hətta göylərdəki bütün mələklər belə Ədirnənin müqəddəs torpaqlarının azadlığı üçün Allaha yalvarırdı. Şanlı Türk xalqının tək istəyi Ədirnə üzərində Osmanlı hilalını görmək idi. Ədib Şanlı Türk xalqının bu qələbə əzminin mənbəyi kimi Ədirnənin müqəddəs torpaqları altında yatan türk qəhrəmanlarını qeyd edirdi. Şanlı türk övladları heç vaxt icazə verə bilməzdilər ki, müqəddəs Ədirnə torpaqları düşmən ayağı altında tapdalansın. Türk xalqı Şərq günəşinin hərarətli qoynunda bəslənən, azad Asiyanın istiqanlı, igid övladlarıdırlar. Dramaturq “Ədirnə fəthi” əsərində Türk millətinin qəlbində olan həqiqi vətən sevgisini elə aydın, rəvan şəkildə oxucuya çatdırmışdır ki, əsərin əvvəlindən oxucunun heç bir şübhəsi yox idi ki, Ədirnə şanlı Türk ordusu tərəfindən fəth olunacaqdır. Əsərdə Türk xalqının Ənvər bəy kimi igidlərə vətən və millət müdafiəsini tapşırdıqları üçün rahatlıqları öz əksini tapmışdır. Cəfər Cabbarlının “Ədirnə fəthi” əsərinin sonu bir-birinə sədaqətlə bağlı olan Zöhrə və Rüfətin qovuşmasının və Ədirnənin şanlı Türk ordusu tərəfindən fəth olunmasının təsviri ilə bitir. Əsər tarixi faktları əks etdirməsi baxımından bütün Türk ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.

Dünyapress TV

Xəbər lenti