Daha bir tibb müəssisəsinin rəhbərindən ŞİKAYƏT -
Sabunçu rayonu, Yefim Saratov küçəsi 12 ünvanında yaşayan Qurbanova Ləman Azər qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, “Reflex" Reabilitasiya Mərkəzinin baş həkimi Röyanə Quluzadədən şikayətçidir:

“Mən, Qurbanova Ləman Azər qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bu yaxınlarda 8 aylıq övladım Quliyev Fatehin səhhətində yaranmış problemlə bağlı “Reflex" Reabilitasiya Mərkəzinə üz tutduq. Həkimin adını, soyadını internet vasitəsilə tapmışdım. Biz həmin həkimin qurbanı olduq. Həm 100 manat pulumuz getdi, həm də uşağı normal müayinə etmədi. Həkimdən doğru-dürüst cavab belə, ala bilmədik.

Deməli, Röyanə Quluzadə “Reflex" Reabilitasiya Mərkəzində baş həkimdir, USM aparatında xəstələri müayinə edir. Nevroloq və pediatr kimi də bu xəstəxanada fəaliyyət göstərir. Bir sözlə, o, sözün bütün mənalarında bu xəstəxananı idarə edir. Məhz bu səbəbdən də, ondan şikayət çox olur.

Bayram günü olduğuna görə, xəstəxanaların çoxu işləmirdi. Uşağın anidən xəstələnməsi qeyri-peşəkar həkimi tanımağımıza vəsilə oldu. Müşahidəmə görə, həkim çox savadsızdır. Ümumiyyətlə, görəsən, onun həkimlik fəaliyyətini təsdiq edən diplomu varmı?..

Qeyd edim ki, uşağımı USM aparatına saldıq. Adını həkim qoyan bu şəxs uşağı müayinə edə-edə sosial şəbəkə üçün video çəkirdi. 8 aylıq uşağın həyatını heçə sayaraq, məşhur olmaq həvəsindədir. Dilsiz-ağızsız bir körpədir deyə, hər zülmü verməlidirlər? Verdiyim pul da haramı olsun. Bütün bunları da qoyduq bir qırağa, uşağı götürüb evə gəldik.

Axşam saatlarında uşağın vəziyyəti yenidən dəyişdi. Həkimə zəng vurub kömək istədim. O qədər kobud cavab verdi ki, sanki müayinə vaxtı video çəkməsinə susmalıydım. Mən iradımı bildirdim. Həmin vaxt körpə uşaq müayinə olunmalı idi.

Səhiyyə Nazirliyindən xahiş edirəm ki, belə həkimlər haqqında tədbir görülsün. Həm canımızı, həm də pulumuzu alırlar".

Məsələ ilə bağlı Röyanə Quluzadə ilə əlaqə saxlaya bilmədik.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 

Bölmənin digər xəbərləri

06 Aprel 2025 "Abidin Fərzəliyev icra başçısı təyin olunanda fikirləşdik ki, hər şey yaxşı olacaq, amma..." - "...qazanıb yediyin o pullar haramınız olsun!"
05 Aprel 2025 ŞOK: İcra hakimiyyətində RÜŞVƏT ŞƏBƏKƏSİ... - ADLAR AÇIQLANDI: Kim... nə qədər alır?
05 Aprel 2025 Xətai İcra Hakimiyyəti 5 ailəni təhdid edir: Evdən çıxmasanız, gəlib zorla aparacaqlar
05 Aprel 2025 Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
05 Aprel 2025 Yardımlı icra hakimiyyəti vətəndaşa YARDIM EDƏ BİLMİRSƏ... - NARAZILIQ VAR...
05 Aprel 2025 Nəsimi rayonunda qanunsuzluqlar davam edir-Ağaclar kəsildi....- Video- Fotofakt
05 Aprel 2025 “Vialon" MMC "iş" başında - Vətəndaşın damını başına uçuran daha bir şirkət: evi talan etdilər - VİDEO
05 Aprel 2025 Sabunçu rayonunda icazəsi olmayan obyekti kim tikdirir? - Video
04 Aprel 2025 “İlk olaraq Məcnun Məmmədov məsuliyyətə cəlb edilməlidir...”
04 Aprel 2025 Ağcabədi səhiyyəsi: PULUN YOXDURSA... BATDIN! - GİLEY
04 Aprel 2025 Mübariz Mənsimovun oğlu üzərində atasının rəsmi olan xalça toxutdurdu, pulunu vermədi - MÜRACİƏT
04 Aprel 2025 MTK özbaşınalığı davam edir - Nəsimi rayonunda “Maşınqayıran” MTK əmlakımı belə zəbt etdi-ŞİKAYƏT
04 Aprel 2025 `Zəfəran Otdıx` yüzlərlə ailənin kabusuna çevrilib - Sakinləri aldadıb, binanın həyətində restoran tikdilər
03 Aprel 2025 Məktəb direktoru kafedə yeyib-içdi, dava saldı - FOTO
03 Aprel 2025 Təhsil Nazirliyinə gücü çatmır, əvəzini müəllim və şagirdlərdən çıxır - 57 saylı məktəbin direktora ittihamlar İDDİA
03 Aprel 2025 Dr.cosmetolog Delya üzümdə qüsurlar yaratdı...Get hara istəyirsən şikayət et... 250 nağd, 200 manat isə kartına pul göndərmişəm.....
03 Aprel 2025 “Gənclik Mall”dakı “Özsüt”də masalarda tarakan gəzir-Fotofakt
03 Aprel 2025 Məmməd Alıyevə görə intihar edəcəyəm......
03 Aprel 2025 İlham Rəhimov Rusiyanı nüfuzlu azərbaycanlılardan BELƏ TƏMİZLƏDİ... - İLGİNC FAKTLAR...
03 Aprel 2025 Abşeron rayonunda qanunsuz tikinti bumu hökm sürməkdədir.

Dünyapress TV

Xəbər lenti