Bilgəhdə boşanmaq istəyən arvadının qulağını kəsən kişi tutulub
Bakıda boşanmaq istəyən yoldaşının bıçaqla qulağını kəsən şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.

O, bildirib ki, aprelin 4-də Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində həyat yoldaşına xəsarət yetirən İntiqam Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb.

Araşdırma aparılır.
 

Dünyapress TV

Xəbər lenti