Ardını oxu...
  

Xəbər verdiyimiz kimi, martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Musavat.com-un Modern.az-a istinadən məlumatına görə, telefon danışığı ilə əlaqədar İran tərəfi də məlumat yayıb.

Açıqlamada bildirilir ki, telefon danışığı zamanı Pezeşkian Azərbaycan Respublikasına qarşıdakı səfəri barədə də danışıb.

“Ümid edirəm ki, bu səfər zamanı iki qonşu xalq arasında münasibətlərin, eləcə də dostluq və qardaşlığın inkişafı və möhkəmləndirilməsinə yönəlmiş səmərəli və uğurlu məsləhətləşmələr apara bilərik”, - Pezeşkian qeyd edib.

Səfərin dəqiq nə vaxt baş tutacağı açıqlanmayıb.

Ardını oxu...
  

ABŞ prezidenti Donald Tramp apreldə və ya “bir az sonra” Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər etmək niyyətində olduğunu bildirib. Musavat.com xəbər verir ki, məlumatı Tramp Ağ Evdə jurnalistlərə açıqlayıb.

Ağ Ev sahibi onu da qeyd edib ki, Yaxın Şərqə səfərindən sonra “başqa yerlərə” baş çəkmək niyyətindədir, lakin hansı ölkələrə gedəcəyini dəqiqləşdirməyib: "Mənim Yaxın Şərqlə çox yaxşı münasibətim var. Bu səfər gələn ay (aprel ayında), bəlkə də bir az sonra baş tuta bilər. Biz həmçinin Qətərə və yəqin ki, bir neçə başqa ölkəyə də gedərik. Birləşmiş Ərəb Əmirlikləri də çox vacibdir. Ona görə də biz yəqin ki, BƏƏ, Qətər və Səudiyyə Ərəbistanında olacağıq. Sonra başqa yerlərə gedəcəyik".

Qeyd edək ki, martın 30-da Axios portalı mənbələrə istinadən ABŞ prezidenti Donald Trampın mayın ortalarında Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırdığına dair məlumat yayıb. Bu, Trampın ikinci müddətə prezident kürsüsündə oturduğundan bəri ilk xarici səfəri olacaq.

Musavat.com

 
 
 
Ardını oxu...
Ukrayna hakimiyyəti iyulda seçki keçirməyi planlaşdırmır.

“Report” xəbər verir ki, bu barədə BBC yayım korporasiyasının Ukrayna xidməti öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, bu məsələ ilə bağlı görüş keçirilməyib və kimsə iyulda seçkilərin təşkili ilə bağlı göstəriş almayıb.

Xatırladaq ki, martın 30-da Böyük Britaniyanın “The Economist” jurnalı Ukrayna hökumətindəki mənbəyə istinadən ölkədə iyulda prezident seçkilərinin keçirilə biləcəyi barədə məlumat yayıb. İddiaya görə, ötən həftə Volodimir Zelenski öz ofisinə atəşkəs əldə edildikdən sonra səsvermənin təşkili ilə bağlı işə başlamağı tapşırıb.
 
Ardını oxu...
Moldova Xarici İşlər Nazirliyi Rusiyanın Kişinyovdakı səfirliyinin üç əməkdaşını personae non-qrata (arzuolunmaz şəxs) elan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə bazar ertəsi Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiyalı işçilər "diplomat statusuna zidd” hərəkətlərdə ittiham olunublar. Nazirliyin rəsmi "Telegram" kanalında dərc olunan respublika Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Xarici İşlər Nazirliyi rus diplomatına Rusiya səfirliyinin üç əməkdaşının persona non-qrata elan edilməsi ilə bağlı nota göndərib".

Bazar ertəsi "Moldova 1" xəbər verib ki, Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Musteata Rusiyanın Moldovadakı səfirliyini "Pobeda” blokunun deputatı Aleksandr Nesterovskiyə ədalətdən gizlənməkdə kömək etməkdə ittiham edib. Xüsusi xidmət nümayəndəsinin sözlərinə görə, deputat hökm elan edilməzdən bir gün əvvəl diplomatik nömrəli avtomobillə Dnestryanıya aparılıb. Rusiyanın Kişinyovdakı səfirliyi bu bəyanatları "əsassız və qəbuledilməz” adlandırıb.

Aleksandr Nesterovski 2024-cü ilin aprelindən "Qələbə” koalisiyasının tərkibində olan Moldovanın müxalif "İntibah” partiyasının liderlərindən biridir. Koalisiyanın tərəfdarları Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığın və əlaqələrin inkişafının tərəfdarıdır. 2023-cü ilin sentyabrında parlament prokurorluğun tələbi ilə Aleksandr Nesterovskini deputat toxunulmazlığından məhrum edib və Kişinyov məhkəməsi onun həbsinə qərar verib.

"Vozrojdenie” partiyası bu qərarı Aleksandr Nesterovskini yerli seçki yarışından "nokauta salmaq” cəhdi kimi qiymətləndirib. Mart ayında Kişinyov məhkəməsi deputatı 12 il müddətinə azadlıqdan məhrum edib. O, korrupsiyada və mütəşəkkil cinayətkar qrupdan siyasi partiyanı maliyyələşdirmək üçün vəsait almaqda ittiham olunurdu.
 
Ardını oxu...
Kaya Kallas: Avropa İttifaqı Ukraynanı dəstəkləməyə davam edəcək
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ABŞ-ı üç ildir davam edən Ukrayna-Rusiya münaqişəsinə son qoymaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.
Bunu Kaya Kallas Madriddə keçirilən Avropa xarici işlər nazirlərinin toplantısından əvvəl deyib.

Kallas Rusiyanı yaxşı niyyət göstərməyə və Ukraynadakı atəşkəsə razı olmağa çağırıb.

Onun sözlərinə görə, Rusiyaya deportasiya edilmiş ukraynalı uşaqların geri qaytarılması və müharibə əsirlərinin azad edilməsi Rusiyanın xoş niyyətini göstərmək üçün edə biləcəyi addımlardır.(“Reuters“)
Ardını oxu...
Tehran ABŞ Prezidenti Donald Trampa cavab məktubunda Vaşinqtonla birbaşa danışıqlardan imtina edib, yalnız vasitəçilik üçün pəncərə açılıb.

TNS "Tasnim News"a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib.

Pezeşkian qeyd edib ki, İran amerikalı həmkarının məktubuna cavabı Oman vasitəsilə göndərib.

“İran vasitəçilik yolu ilə danışıqlara açıq olduğunu bəyan edir və heç vaxt danışıqlardan yayınmadığını vurğulayır", - Pezeşkian bildirib.

İran Prezidenti əlavə edib ki, yerinə yetirilməmiş vədlər İran və ABŞ arasında etimadın bərpası ilə bağlı problemlərə gətirib çıxa
Ardını oxu...
İsrailin baş naziri Benyamin Netanyahu Macarıstanın baş naziri Viktor Orban ilə Qəzza sakinlərinin könüllü mühacirət planını müzakirə etməyi planlaşdırır.

TNS xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Nəşrin mənbəsinin sözlərinə görə, Netanyahu gələn həftəyə planlaşdırılan Budapeştə səfəri zamanı Orbanla bu mövzunu müzakirə etmək niyyətindədir.

Qəzet qeyd edib ki, İsrailin baş naziri bu məsələdə macar həmkarının dəstəyini almağa ümid edir. Netanyahu ABŞ prezidenti Donald Trampın Qəzza planını dəstəkləmək üçün mümkün qədər çox ölkədən ibarət koalisiya yaratmağa çalışır.

Martın 30-da Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında İsrailin Trampın fələstinlilərin Qəzzadan köçürülməsi ideyasına sadiq olduğunu təkrarlayıb. O, bu qərarı İsrail tərəfinin anklavda münaqişənin həlli ilə bağlı danışıqlar üçün irəli sürdüyü şərtlər arasında adlandırıb.
 
 
 
Ardını oxu...
Ramzan Kadırovla Vladimir Putin arasında münasibətlər pisləşib. Bu barədə Şimali Qafqaz üzrə ixtisaslaşmış keçmiş FTX zabiti «Важные истории» nəşrinə danışıb və onun hazırda xidmətdə olan həmkarı da bunu təsdiqləyib. Bu məlumatı «Важные истории» nəşrinin söhbət etdiyi şimali qafqazlı jurnalist və hüquq müdafiəçiləri də təsdiqləyiblər.
Verilən xəbərlərə görə, Kadırovun Putinlə fikir ayrılığının əsas səbəbi Çeçenistan liderinin Yaxın Şərqdəki müsəlman monarxiyalarının nümayəndələri ilə aktivlərinin gələcəyi və ailə üzvlərinin təhlükəsizliyi ilə bağlı getdikcə daha tez-tez və razılaşdırılmamış danışıqlar aparması barədə FTX-dan gələn məlumat olub.
Danışmaqda çətinlik çəkdiyinə görə, ehtimal olunur ki, onun xəstəliyi irəliləyir. Kadırov getdikcə pisləşən vəziyyətini mediada görünməklə gizlətməyə çalışsa da, son aylar o, ictimaiyyətin gözündən getdikcə daha tez-tez uzun müddət ərzində itir. Yanvar və fevral aylarında Çeçenistan Respublikasının başçısı uzun müddət kameralar qarşısına çıxmayıb, sonradan bunu məzuniyyətdə olduğu ilə əsaslandırmağa çalışıb. O, itkin düşməsi ilə bağlı vəziyyəti belə şərh edib: “Mənin adıma yazılmayan heç bir xəstəlik yoxdur”. O vaxtdan bəri Kadırov heç bir səs-küylü açıqlamalar verməyib və yalnız respublikada “yoxlamaları”nın videoları nümayiş etdirilib. Belə materiallar isə adətən, əvvəlcədən lentə alınmış olur.

Çeçenistan lideri öz bölgəsində hakimiyyətin necə qurulduğunu və getsə, ailə üzvlərini nə gözlədiyini yaxşı başa düşür. O, federal mərkəzdən verilən vədlərin və təhlükəsizlik zəmanətlərinin dəyərini də bilir. Çoxsaylı qohumlarının gələcəyi ilə bağlı qeyri-müəyyənlik Kadırovu çoxdan dostluq münasibətləri saxladığı Yaxın Şərq müsəlman ölkələrində onlar üçün zəmanət axtarmağa məcbur edib. «Важныe истории» nəşrinin mənbələrinə görə, Çeçenistan lideri bu danışıqları Kremldən gizlətməyə çalışıb, FTX dərhal bundan xəbər tutub və Putinə məlumat verib.
Məsələnin başqa tərəfləri də maraqlıdır. Bu yaxınlarda Kadırov böyük övladı 26 yaşlı qızı Ayşatı dövlət vəzifələrindən uzaqlaşdırıb. 2020-ci ildən bütün uşaqlar arasında atasına ən yaxın olan Ayşat Çeçenistanın mədəniyyət nazirinin birinci müavini təyin olunmuşdu, daha sonra nazirliyə rəhbərlik etdi, 2023-cü ildə isə respublikanın baş nazirinin müavini oldu. “Verstka” nəşri xəbər verir ki, Kadırovun Kremllə münasibətləri pisləşdiyindən, Ayşat vəzifəsini tərk edərək Çeçenistanın ən böyük ixracatçısı olan “Çeçen Mineral Suları” şirkətinin sahibi olub. Bundan əvvəl də şirkət əvvəlcə Axmat Kadırov Fondu vasitəsilə, sonra isə iki nominal sahib vasitəsilə Kadırovlar ailəsinə məxsus idi. Martın sonunda Ayşat Kadırovanın və Çeçenistan liderinin kiçik qızı Təbarikin adları hüquqi şəxslərin reyestrindən gizlədilib.
Kremllə fikir ayrılığı Kadırovun ən yaxın müttəfiqi, Dövlət Dumasının deputatı Adam Delimxanova da təsir edib. 2025-ci ilin əvvəlindən Adam Delimxanov hansı məbləğin təklif edilməsindən asılı olmayaraq, hər hansı haqq-hesab çürütmə əməliyyatlarında iştirakdan qəti şəkildə imtina edir. Delimxanov birbaşa müraciət edən şəxslərə bildirir ki, “ən yuxarıdan” sərt tapşırıqlar alınıb ki, Çeçenistan liderləri və təhlükəsizlik qüvvələri ümumiyyətlə, belə işlərə cəlb edilməməlidirlər.
Şimali Qafqaz regionunda çalışan, adının çəkilməsini istəməyən müstəqil jurnalist deyir ki, Kadırov və Delimxanov və Kreml arasında münaqişə Qafqazın insan haqları ictimaiyyətinə də məlum olub. “Niyso” çeçen hərəkatının nümayəndəsi Ansar Dişni «Важныe истории» nəşrinin nümayəndəsilə söhbətində deyib ki, “Adəm Delimxanova həqiqətən də, imkanlarının hüdudlarını başa salıblar”. Onun sözlərinə görə, Delimxanov hələ ki, Moskvada, Kadırovun paytaxtdakı nümayəndələrinin qərargahı kimi xidmət edən Bolşaya Yakimankada yerləşən “Prezident otelində” qalır. Hüquq müdafiəçiləri deyirlər ki, Kreml və FTX Delimxanovun son vaxtlar ölkə rəhbərliyinin razılığı olmadan cinayət sxemləri, o cümlədən reydlər və qəsblər təşkil etməsindən narazıdır. Dişni Delimxanovun komandasının konkret hansı hərəkətlərindən danışdığını açıqlamayıb.
/politfm.com
TEREF
 
Ardını oxu...
İsrail Qəzza zolağı ilə bağlı vasitəçilərdən təklif alıb, daha sonra əks təkliflə çıxış edib.

TEREF Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İsrail hökuməti məlumat yayıb.

"Baş nazir Benyamin Netanyahu vasitəçilərdən alınan təklifdən sonra bir sıra məsləhətləşmələr aparıb. İsrail son saatlarda ABŞ ilə tam əməkdaşlıq çərçivəsində öz əks təklifini vasitəçilərə təqdim edib", - məlumatda bildirilir.

Dünyapress TV

Xəbər lenti