Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun karyerasında yeni mərhələ başlaya bilər. Onun parlament seçkilərindən sonra yüksək vəzifəyə gətiriləcəyi bildirilir.
Yenisabah.az xəbər verir ki, 79 yaşlı diplomat sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edir. O, namizədliyini 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən irəli sürüb. Qüvvədə olan seçki qanunvericiliyinə uyğun olaraq hazırda diplomatik fəaliyyətini dayandırıb.
Bülbüloğlu namizəd olduğu dairədə dünəndən təbliğat kampaniyasına başlayıb. turbo az mercedes
"Yeni Sabah"ın əldə etdiyi məlumata görə, Polad Bülbüloğlu seçicilərin etimadını qazanacağı təqdirdə, sıravi deputat kimi fəaliyyət göstərməyəcək. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri olacaq. Həmçinin parlamentin Azərbaycan-Rusiya dostluq qrupunun rəhbərliyi də ona həvalə ediləcək.
Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət din və ortaq dəyərlər birləşdirir
Prezident İlham Əliyevin yürütdüyü müdrik, uzaqgörən və düşünülmüş siyasət, xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın bütün dünyada nüfuzunu artırıb, onu etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevirib. Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Azərbaycanın isə gələcək üçün xarici siyasətində prioriteti məlumdur – Türk dünyası ilə münasibətlərin daha da inkişafı, bütün digər ölkələrlə bərabər və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması. Təbii ki, Türk dünyası dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqdən Qərbə uzanan Türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı heç də təsadüfi xarakter daşımır. Ölkəmizin bu regionla əlaqələrinin genişlənməsində, heç şübhəsiz, nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də yüksək səviyyəli qarşılıqlı səfərlərdir. Təsadüfi deyil ki, son 2-3 il ərzində Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, o regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana səfərlər edirlər. Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır. Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb ,Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bunlar xüsusi vurğulanmalıdır. Ümumiyyətlə, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Əminliklə söyləmək olar ki, Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, onun müxtəlif regionlar arasında rolu bundan sonra da davam edəcəkdir.
1916-cı il dekabrın 30-da tariximizin ən sirli, mübahisəli və bədbəxt personajlarından biri olan Qriqori Rasputin Petroqradda qətlə yetirilib. O, son Rusiya imperatoru II Nikolayın qalmaqallı sevimlisi və ailəsinin dostu kimi dünya şöhrəti qazanıb.
Rasputin çox müammalı və sirli bir şəxsiyyəti olub. Rasputin Sankt-Peterburq mühitində mənəvi asketizmi və şəfaçı “hədiyyəsi” sayəsində məşhurlaşıb. İnsanların taleyini təxmin etmək və gələcəyi görmək qabiliyyəti ilə Çarın diqqətini cəlb edib. Onun ölümü haqqında mifik rəvayətlər dolanır.
Guya: Onun şərab və tortuna zəhər qatıblar. Lakin heç bir təsiri olmayıb. Bir məclis zamanı, adamlardan biri təklikdə onu arxadan bıçaqlayıb və öldüyünü fikirləşib otaqdan çıxıb. Sonra paltosunu unudan qatillərdən biri otağa qayıdanda onun hələ də sağ olduğunu görüb və boğmağa başlayıb. Tərpənməz halda olsa da, nəfəs aldığını görüblər. Daha sonra otağa girən digər qatillər onu daha 3 dəfə bıçaqlayıblar, amma Rasputin yenə də ayağa qalxmağa çalışıb. Bu zaman onu beyzbol çubuğu ilə vurmağa başlayıblar və kəfənləyib çaya atıblar. Sonradan ekspertizada məlum olub ki, Rasputin çayın soyuq olmasından dünyasını dəyişib.
Əslində bunlar hamısı əfsanədir. Rusiya arxivlərində onun ölümü haqqında rəsmi sənədlərdə yazılıb: “Yarılma materiallarına görə, Rasputinin bədənində heç bir zəhər izi tapılmayıb. İlk güllə yarası ölümcül idi. İkinci güllə onun kürəyinə dəyib. Alnından üçüncü güllə mərmisi çıxarılıb. Ağciyərlərdə su və ya boğulma ilə bağlı digər ölüm əlamətləri aşkar edilməyib”.
Beləliklə, bu sənəd göstərir ki, Rasputinin fövqəltəbii heç bir gücü olmayıb.
Bəs onu öldürən kim idi?
Bu barədə Rusiyada müxtəlif versiyalar var. Lakin arxivlərdə bir ismin adı üzərində çox durulur: Ürfan Yusubov!
Kimdir Ürfan Yusubov?
Rusiyada Fyodor Fyodoroviç Yusubov kimi tanınan Ürfan İbrahim oğlu Yusifli Ağdam rayonunda anadan olub. Atası imkanlı bəy ailəsindən idi.
Kriminal dünyada Bəbir kimi tanınan bu şəxs Lenin və Stalinlə həbs düşərgəsində yatmışdır. Peterburq Tibb Universitetində təhsil alan Ürfanın burada soyadı Yusubov kimi göstərilir. Yusifli soyadını qəbul etməyən Universitet ona “ov-yev” soyadı götürmək şərti qoyur. Atasının imkanlı şəxs kimi daima ona maddi yardım etməsinə baxmayaraq, cəmiyyətdə sosial ədalətslik görərək etirazını dəfələrlə bildirəm Ürfan yuxarı təbəqədən olan şəxslərin kasıb insanları əzməsinə dözə bilmirdi. Onun ilk həbsi yüksək çinli şəxsin qohumunu bir neçə bıçaq zərbəsi ilə öldürdükdən sonra olub. 10 illik həbs cəzası alan Ürfan Yusubov Rusiyanın şimalında olduğu həbsdə də güclülərin zəifləri əzməsini görüb, “qara qanun” deyilən bir qaydalar sistemi yaratmaq qərarı alır və o, bu qanunları Moğol imperatoru Çingiz xanın Yasası əsasında yazır. Çingiz xanın dövründən başlayaraq monqolların Qanunlar Məcəlləsi adlanan Böyük Yasada nəzərdə tutulan maddələrlə ilk oğru qanunlarını yaradır. Böyük Yasada yazılan ilk iki maddə oğru dünyanının qanunlarının bünövrəsinin qoyulmasına səbəb olur. Ona kriminal aləmdə “Bəbir” deyirlər.
Qanun əsasında idarəçilik
Oğru dünyasında “qara qanun”da nəzərdə tutulan maddələr idarəçiliyin əsas bazası olmalıdır. Oğru dünyasının böyükləri nə qərar qəbul eləsə, digərləri onu müzakirə etmədən icra etməlidirlər.
Böyük oğru ailəsinin yaradılmasına səbəb olan Bəbir 1897-ci ildə Yenisey quberniyasının Şuşensk kəndinə sürgündə yaşayan Leninlə görüşür. Ona kommuist ideyalarına görə hörmət edir, dustaqların ona toxunmasına izn vermir. Stalinlə də Kirov həbsxanasında görüşür. Stalin sonradan oğru dünyasında yaratdığı sistemi Bəbirdən öyrənir. Mənbələrin qeyd etdiyinə görə, Lenin və Stalinin ən çox çəkindiyi və qorxduğu adam məhz Bəbir - Ürfan İbrahim oğlu Yusifli idi.
Tümen vilayətində onlarla millətin müxtəlif cinayətlərə görə cəza çəkdiyi həbsxanada özünə yüksək nüfuz qazanan Bəbirin barəsində 46 saylı türmənin rəisi polkovnik M.S.Kotlyarevski dəfələrlə şikayət məktubu yazsa da, oğru dünyasının ilk kralına qarşı ölkə rəhbərliyi heç bir tədbir görə bilmirlər. Çüni bütün ölkədə olan həbsxanalara malyava - məktub sistemi quran Bəbir bir anda ölkə həbsxanalarında üsyan qaldıra bilərdi.
1899-cu ildə həbsdən azad edilən Bəbir Rusiyanın Sankt-Peterburq şəhərində bir müddət yaşayır, həsbxanadan çöldə “xəzinə” yaradır. Bu xəzinə həbsxanada olan xəstə və imkansız məhkumlara yardım etmək, onların ailələrinə dəstək olmaq rolunu oynayırdı. Məhz Rasputini öldürməkdə məqsədi Çarın ən yaxın adamı olan bu şəxsin zəiflər və gücsüzlər üzərində hökmü, günahsız qızları oğurlayıb, cinsi istismara qoyması idi. Dəfələrlə ona kasıb ailələr Rasputinin onların gənc qızlarını oğurlayıb aparmasını şikayət etməsindən sonra Bəbir bu qaranlıq keçmişi olan Rasputini öldürmək qərarına gəlir. Məclislərin birində ona atəş açır, ilk gülləsi qolundan dəyir, qaçmağa çalışan Rasputinin arxasından atdığı ikinci güllə onu yerə yıxır. Üçüncü atəşi düz alının ortasına açır ki, bu da onun həyatına son qoyur.
Sual ola bilər: Bəs onun adını niyə ruslar gizlədir:
1. Bəbir Azərbaycanlı idi
2. Oğru aləminin kralı idi
3. Özü bunun hallanmasını istəməyib və Çar polis sistemi onun adını qeyd etməkdən çəkinib.
Buna görə də sənədlərdə Rasputini öldürən şəxsin Yusupov Feliks Feliksoviç olduğu yazılır.
Rus siyasətçi Purişkeviç Vladimir Mitrofanoviç də öldürən şəxsin Feliks Yusupov olmadığını qeydlərində yazıb.
Bolşeviklər Rusiyada hakimiyyətə gələndən sonra Lenin və Stalinin artan gücünü görən Bəbirin sonrakı taleyi barədə mənbələrdə qısa məlumatlar var. Türkiyəyə köçür, sonra Səudiyyə Ərəbistanına, Həcc ziyarətinə gedir. Burda də rəhmətə gedir.
Hollivud ulduzu Ancelina Coli rollarından çox, şəxsi həyatı ilə gündəmə gəlir.Dəfələrlə sevgi romanları ilə adı dillərə düşmüş ulduz 3 dəfə rəsmi qaydada ailə qurub və boşanıb. Görəsən onun keçmiş ərləri indi nə edirlər?
Lent.az bu barədə məlumat verir.
Ancelina Colinin keçmiş ərləri - Onlar indi necə yaşayırlar?Ancelina Coli ilk dəfə 1997-ci ildə britaniyalı aktyor Conni Li Millerlə evlənib. Onlar 1995-ci ildə "Hackers" kriminal triller filminin çəkiliş meydançasında tanış olublar. İki il sonra Miller evlilik təklif edib və sevgililər nikah şəhadətnaməsini qanları ilə imzalayıblar. Angelina inanırdı ki, qan adi mürəkkəbdən daha çox onları bağlayacaq. Ancaq bir il sonra aktyorlar ayrıldı və iki il sonra rəsmi olaraq boşandılar. Keçmiş həyat yoldaşları dost olaraq qaldılar və hələ də yaxşı ünsiyyət qururlar. Miller 2008-2018-ci illərdə aktrisa Mişel Hikslə evli olub. Onların 2008-ci ildə anadan olan Buster adlı oğlu var. Media Ancelinanın oğlu Noks və Basterin dost olduğunu yazır.
Ancelina Colinin keçmiş ərləri - Onlar indi necə yaşayırlar?Billy Bob Tornton aktrisanın ikinci əri olub. Onlar 2000-ci ildə gizli evləniblər. Bu Ancelinadan 20 yaş böyük olan Torntonun beşinci evliliyi idi. 2002-ci ilin yayında onlar ayrıldıqlarını elan etdilər, lakin bundan sonra sənətçilər mehriban ünsiyyət qura bildilər. Billi Bob Tornton 1996-cı ildə "Sling Blade" dramının buraxılması ilə şöhrət qazandı. O, rejissor, ssenarist və eyni zamanda aparıcı aktyor idi. Bu filmin ssenarisinə görə "Oskar" aldı. "Armageddon", "Orada olmayan adam", "Hakim" filmlərindəki rolları onu unudulmazlar siyahısına yazıb. 2003-cü ildə Ancelinanın keçmiş əri altıncı dəfə evləndi və beşinci dəfə ata oldu.
Ancelina Colinin keçmiş ərləri - Onlar indi necə yaşayırlar?Şöhrətinin ən zirvəsində Ancelina Coli özü qədər məşhur Bred Pittlə evləndi. . Onlar təxminən 2004-cü ildə "Cənab və xanım Smit" filminin çəkilişləri zamanı tanış olublar. Bunun ardınca Pittin Cennifer Enistondan boşanması, aktyorun Colinin övladlığa götürdüyü Maddoks, Zahara və Paksı övladlığa götürməsi, üç ortaq övladı Şilo, Knox və Viviennin dünyaya gəlməsi baş verdi. Cütlük 3 uşqdan sonra evləndi və rəsmi sənəd sevginin sonunu gətirdi. 2014-cü ildə toy oldu. 2016-cı ildə Angie ərini ailədaxili zorakılıqda günahlandıraraq və uşaqların yeganə qəyyumluğunu tələb edərək boşanmaq üçün ərizə verdi. Bred Pittin karyerasının təqdimata ehtiyacı yoxdur. O hazırda İnes Ramon adlı xanımla sevgilidir.
Musavat.com axşam.az-a istinadən xəbər verir ki, ifaçı sosial şəbəkədə 26 il əvvəl Azərbaycan Televiziyasındakı çıxışı zamanı lentə alınan görüntülərini paylaşıb.
O, videoya "AzTV - 1998-ci il. Kökəlmişəm, elə bilirlər ki, üz-gözümü şişirtmişəm. Mən elə yaranandan gözələm, belə də davam edirəm" sözlərini yazıb.
“Yaşlı insanlar üçün ən sağlam şirniyyat halvadır”
Bunu diyetoloq Yelena Solomatina deyib. Halvanın tərkibində mədə-bağırsaq traktının düzgün işləməsi üçün zəruri olan lif var.
“Halvanın bir neçə növü var ki, onların hər biri faydalı maddələrlə zəngindir. Məsələn, günəbaxan halvasının tərkibində E vitamini var ki, bu da ürək və damar xəstəliklərinin inkişaf riskini azaldır, həmçinin qocalma prosesini ləngidir.
Fıstıq halvası sümüklərin, dərinin, dişlərin, vətərlərin və qığırdaqların sağlamlığı üçün zəruri olan rekord miqdarda silisium ehtiva edir. Kətan halvası xolesterol səviyyəsini sabitləşdirən və iltihablı proseslərin qarşısını alan çoxlu miqdarda omeqa-3 yağ turşularını ehtiva edir.
Küncüt halvasında kalsium, badam halvasında isə çoxlu maqnezium var ki, bu da qan təzyiqini sakitləşdirir və aşağı salır.
Əks göstərişlərə gəlincə, halva şəkərli diabet xəstələri, piylənmə və insulin müqaviməti olan insanlar tərəfindən istehlak edilməməlidir”.
Avqust ayı meyvə və tərəvəzlər baxımından çox zəngin bir aydır. Bu ayda təzə, yerli məhsullar bol miqdarda tapılır. Foodinfo.az xəbər verir ki, avqustda yetişən meyvələr arasında qarpız, yemiş, üzüm, şaftalı, ərik və gavalı xüsusi yer tutur. Bu meyvələr həm vitamin və həm də mineral baxımından zəngindir. Qarpız və yemiş susuzluğu yatırır, üzüm və şaftalı isə enerji verir.Tərəvəzlər arasında pomidor, xiyar, bibər, badımcan, balqabaq və yaşıl lobya geniş yayılmışdır. Pomidor likopen, xiyar su və lif, bibər isə C vitamini ilə zəngindir. Badımcan və balqabaq antioksidantlar baxımından zəngindir və həzm sisteminə faydalıdır. Yaşıl lobya isə dəmir və fol turşusu tərkibi ilə diqqət çəkir.Avqust ayında bu təzə məhsullardan faydalanaraq sağlam və balanslı qidalanma mümkündür. Sezonun bu məhsulları ilə hazırlanan yeməklər həm dadlı, həm də qidalandırıcı olur.
Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib, hazırda evində müalicəsi davam edir.
Musavat.com Apa-ya istinadən bildirir ki, bu barədə aktyorun qızı məlumat verib. Onun sözlərinə görə, Xalq artisti bir neçə gündür ki, özünü yaxşı hiss etmir.
“Problem daha çox qaraciyəri ilə bağlıdır. Yeməyi, yuxusu da qaydasında deyil”, – qızı əlavə edib.
Xalq artisti Nəzakət Teymurova "Söhbət var" verilişinin qonağı olub.
Axşam.az xəbər verir ki, xanəndə xarici Özbəkistanda təşkil olunan müsabiqələrdən birində erməni münsiflərin onların birinci olmasına mane olduğunu açıqlayıb:
"Özbəkistanda münsiflər heyyətinin fəxri qonağı ermənilər idi. Xarici ölkəyə gedəndə birinci bayrağımız gəlir. Qısqanclıqdan ermənilər orada bizə səs verilməsinə mane oldular. Mənə mükafatı UNESCO verdi. Halbuki bizə qran-pri veriləcəkdi. Pis oldum orada. Amma UNESCO gördü ki, Azərbaycana yer verilmədi, özləri bizə onların "Ən gözəl səs"i adını verdilər. 1992-1993-cü illərdən qaçqın olmuşuq. Orada da ermənilərin gəlib öz təsirlərini göstərməsi mənə toxunmuşdu. Hazqsızlıqları görəndə bunu özümə bağışlaya bilmirdim".