Ardını oxu...
Qoz və əncir qurusu həm ləzzətli, həm də qidalandırıcı tərkibi ilə sağlamlıq üçün çox faydalı qidalardır. Foodinfo.az xəbər verir ki, hər iki qida vitaminlər, minerallar və liflə zəngindir və balanslı şəkildə istehlak edildikdə bədənə çoxsaylı müsbət təsirlər göstərir. Omeqa-3 yağ turşuları və E vitamini ilə zəngin olan qoz yaddaşı gücləndirir və beyin funksiyalarını dəstəkləyir. Qoz xolesterini tənzimləyir, ürək-damar xəstəlikləri riskini azaldır. Tərkibindəki antioksidantlar orqanizmi sərbəst radikallardan qoruyur. Əncir isə yüksək lif tərkibi ilə bağırsaq fəaliyyətini yaxşılaşdırır və qəbizliyin qarşısını alır. Əncir qurusu şəkər və təbii enerji qaynağıdır, yorğunluğu azaldır. Həmçinin kalsium, maqnezium və kalium ilə zəngindir, sümükləri gücləndirir. Bu iki qidanı birlikdə istehlak etmək daha çox fayda təmin edir. Onların tərkibindəki vitamin və minerallar bərabər şəkildə bədəni dəstəkləyir. Xüsusilə qoz və əncir qarışığı ilə hazırlanan təbii məcun immuniteti gücləndirmək üçün təsirli vasitədir. Lakin şəkər tərkibi yüksək olduğundan qəbulu məhdudlaşdırılmalıdır, xüsusilə diabet xəstələri ehtiyatlı olmalıdır. Gündə 2-3 qoz və 2-3 əncir qurusu kifayət edir. Balanslı və nəzarətli istehlak sağlamlıq üçün ən doğru yanaşmadır.
 
Ardını oxu...
“Yerli televiziya kanallarının video kontentinin arxiv problemi var.

TV-lərin saytları üzərindən qısa bir araşdırma ilə müəyyən etmək olur ki, bizdə bu istiqamətdə ciddi problemlər mövcuddur. AzTV-dən başqa, yerli televiziyaların hamısının arxivi əsasən, YouTube üzərindədir”.

Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat paylaşıb.

O qeyd edib ki, xeyli maraqlı və ictimai əhəmiyyət kəsb edən kontenti olmasına baxmayaraq, büdcədən maliyyələşən İTV hələ də özünün kontenti üçün yerli bir arxiv formalaşdıra bilməyib.

Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ələsgər Vəliyev TNS-ə bildirib ki, İctimai Televiziya yaranandan indiyədək özünün xüsusi arxiv fondunu formalaşdırıb: “Çəkilən, əldə edilən bütün audiovizual materiallar həm çəkilişin tam versiyasında, həm də efir formatında qısa müddətə arxivləşdirilir. Bunun üçün təbii ki, peşəkarlardan ibarət ayrıca şöbə fəaliyyət göstərir.

Bütün arxiv materialları həm klassik, həm də ən müasir elektron formatda qorunub saxlanılır. Audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və müasir standartlara uyğun vahid bazasının yaradılması üçün daim zəruri tədbirlər görülür. Arxiv bir tarixdir və İctimai Televiziyanın arxiv materiallarının keyfiyyətli, operativ çalışması, təhlükəsiz şəraitdə qorunub saxlanılmasına daim diqqət göstərilir”.

TNS-in əməkdaşı İTV-in cavabı ilə bağlı Osman Gündüzlə təkrar əlaqə saxlayıb.

Forum prezidentinin cavabı belə olub: “Ötən gün TV kanalların arxivləri ilə bağlı açıqlamama İTV münasibət sərgiləyib. Təəssüf edirəm ki, münasibət mahiyyəti üzrə olmayıb.

İTV bildirib ki, onun keyfiyyətli arxivi var. Əlbəttə İTV-nin arxivi ola bilər, amma açıqlamadan görünür ki, bu, onun hansısa oflayn resursunda saxlanılır, yaxud da YouTube-da yerləşdirilir. Amma bu arxiv əlçatan deyil axı.

Yəni bu anda İTV-də canlı bir veriliş gedirsə, “10 dəqiqə öncə olana necə yenidən baxaq” sualının cavabı yoxdur.

AzTV məhz bu prinsiplə arxivləşmə aparır. Yəni AzTV-də canlı yayım real vaxtda arxivlənir, istənilən an tamaşaçı öncəki vəziyyətə baxa bilir. AzTV 8 günlük arxivi də əlçatan formada rəqəmsallaşdırıb, yerli hostda yerləşdirib.

İTV-də isə canlı yayım real vaxtda arxivlənmir. Gərək, veriliş bitsin, sonradan İTV arxivləşdirsin. Ən maraqlısı odur ki, İTV onu öz hostinqinə, yaxud yerli bir milli hostinqə deyil, xarici resursa - YouTube-a yerləşdirir.

Bizi narahat edən, qaldırdığımız məsələ də odur ki, milli infromasiya resurslarının yalnız xarici hostda olması asılılıq yaradır, İTV-nin müstəqilliyi itirilir.

Youtube istəsə, onu müəllif hüquqlarının, hansısa qaydaların pozulması səbəbilə silə bilər.

YouTube xaricdə yerləşdidiyindən hansısa səbəblərdən əlçatan olmaya bilər”.

Osman Gündüz xatırladıb ki, II Qarabağ savaşı zamanı YouTube ölkəmizdə bloklandığından İTV-nin arxivi əlçatan deyildi: “Odur ki, dünyanın indiki vəziyyətində, informasiya təhlükəsizliyi baxımından, informasiya sahəsində milli maraqlarımızı qorumaq baxımından TV kanalların, xüsusilə də büdcədən maliyyələşən, ictimai mahiyyət kəsb edən İTV-nin audiovizual kontentinin yalnız YouTube-da yerləşməsi doğru hal deyil. Bu kontentin, canlı və bütöv arxivin ölkə daxilindəki milli bir hostda yerləşdirilməsi və əlçatan olması vacibdir”.
Ardını oxu...
Bu kadını görüyor musun?
KADIN doğduğu için herkes tarafından alay edildi, aşağılandı, aşağılandı, eleştirildi!
Adı Grazia'ydı, Grazia Deledda.
Dokuz yaşındayken ailesi ona okulu bırakma zamanının geldiğini söyler.
Basit, "çünkü sen bir kadınsın."
Ancak Grazia kendini onlara kaptırmaya izin vermez.
Kendi kendini eğitmeye devam eder.
Yıllar sonra
“Azimli bir Kalbimden başka başka hiçbir şeyim yoktu diyerek biz kadınlar acı çekmek için değil, parlamak için yaratıldık diyecektir.
Ve sonunda birisi onu fark eder:
Hikayelerinden birini yayınlarlar!
Grazia çok mutlu olur ama herkes bu skandalı haykırır.
Komşular, papaz ve ailesi !
Kadınların evle ilgilenmesi gerektiği söyleyip güya uyarırlar.
Grazia Daha sonra Roma'ya kaçar ama hiçbir şey değişmez.
Romalı aydınlar onu küçümserler eleştirmenler ise onu ciddiye almazlar.
Neticede Bir kadındı.
Üstelik eğitimi olmayan bir kadın.
Bir gün Palmiro adında nazik ve biraz tuhaf bir adamla tanışır.
"Değerinizin gücünü ortaya koymak için , zayıflığınızı göstermediğiniz zaman sevileceksiniz..."
Palmiro sadece yazar bir eşe sahip olmaktan mutlu olmakla kalmıyor, aynı zamanda onun menajeri olmak için işinden ayrılıyor. Şehrin alay konusu oluyorlar. Bir kadın yazar ve kendisini onun hizmetine adayan bir adam! Bundan daha saçma bir şey görüldü mü?
Ancak Grazia Szmi gözünün korkmasına izin vermiyor.
Mücadele eden ve pes etmeyen kadınlar hakkında, çok fazla ya da çok az seven erkekler hakkında, Ay ışığında peşinde koşanlar ve bizimle gerçekten ay aracılığıyla konuşanlar hakkında yazmaya devam eder. Çünkü hayattaki en önemli şeylerin kelimelere ihtiyacı yoktur.
"Bunun yerine davranışlar bunu sessizce söylerler.
Hikayeleri dünyanın her yerinde dolaşır.
Ve sonra uzun zamandır beklenen tanınması gelir.
Yıl 1926.
Tarihteki ilk ve tek İtalyan kadın olan Grazia Deledda, Nobel Edebiyat Ödülü'nü kazanır.
Beşinci sınıfa bile gitmemiş küçük bir Sardunyalı kadın.
Sahneye çıkarken kendisine inanan, her şeye ve herkese rağmen yanında kalan kocasıyla el eledir...
Çünkü sevgi budur...
Fırtınada kucaklaşabilmek.
Ve sana teşekkür etmek istiyorum diyebilmek...
Grazia: bize, biz kadınların parlayabileceğimizi ve parlamamız gerektiğini gösterdiğin için minnettarız.
Esra Çınarlı
TEREF
Ardını oxu...
Hollivud aktyoru Ben Afflek üzündə təbəssümlə keçmiş arvadı Cennifer Lopezlə görüntülənib.

Foto "Daily Mail"də dərc olunub.

Məlumata görə, bugünlərdə Afflek keçmiş həyat yoldaşları, aktrisalar Cennifer Lopez və Cennifer Qarnerlə görüşüb. Los-Ancelesdə övladlarının təhsil aldığı məktəbdə məşhurları paparassilər yaxalayıblar.

Jurnalistlərin sözlərinə görə, sənətçilər ora varislərinin iştirak etdiyi məktəb tamaşasına baxmaq üçün gəliblər. Cennifer Lopez qızı Emma üçün aldığı gül buketi ilə fotokamera qarşısına keçib. Kadrların birində Ben Afflek müğənninin yanında dayanaraq gülümsəyib. Cennifer Qarnerə gəlincə, o, kənarda dayanıb.
 
Ardını oxu...
1. Alınmış adlar
Şekspir, bir çox ingilis sözünün yaradıcısı və özünəməxsus təhqirlərin müəllifi kimi tanınsa da, ad seçməkdə o qədər də orijinal deyildi. Məşhur rəqib ailələr Montague və Capulet adları, Dantenin İlahi Komediyasından ilhamlanıb. Ulduzlu sevgililərin adlarına gəlincə, Şekspir, Luici da Portonun 65 il əvvəl yazdığı bir romandan "Romeo" və "Giulietta" adlarını götürüb.
2. Hansı versiyanı bilirsiniz?
Romeo və Cülyetta əsərinin üç fərqli nəşri var. 1595-ci ildə ilk nəşr işıq üzü görüb və "pis kvart" adlandırılıb, çünki çoxlu səhvləri var idi. Dörd il sonra daha təkmilləşmiş ikinci nəşr yayımlandı və bu versiya ən çox istifadə olunandır. Üçüncü nəşr isə 1623-cü ildə çap edilib.
3. Tənqidçilərin narazılığı
Şekspirin dövründə belə, Romeo və Cülyetta haqqında fərqli fikirlər mövcud idi. Bəzi yazıçılar və filosoflar əsəri klassik qaydalara əməl etmədiyi üçün tənqid edirdilər. Britaniya parlament üzvü Samuel Pepys onu "həyatımda gördüyüm ən pis tamaşa" adlandırıb.
4. Tez tanışlıq və evlilik
Cülyetta və Romeo yalnız bir dəfə görüşdükdən sonra evlənirlər. İlk görüşdən cəmi 24 saat sonra Cülyetta, Romeodan sevgisinin ciddi olduğunu sübut etməsini tələb edir və onlar dərhal ailə qururlar.
5. Sadəcə bir uyğunlaşma
Romeo və Cülyetta hekayəsi orijinal deyil. Onun kökləri Masuccio Salernitanonun 1476-cı ildə yazdığı Mariotto və Gianozza adlı italyan hekayəsinə gedib çıxır. Daha sonra bu əsər fransızcaya çevrilmiş, ingilis dilində poema kimi yazılmış və nəhayət, Şekspir tərəfindən uyğunlaşdırılmışdır.
Mənbə: Ezmalaysia
Tərcümə: Nigar Muştaqova
https://24media.az/10617-romeo-ve-culyettanin-bilinmeyen...
Ardını oxu...
Türkiyəli tanınmış müğənni Ferdi Tayfur yaşadığı Muğlanın Marmaris rayonunda yüksək təzyiqlə xəstəxanaya yerləşdirilib.

Bu barədə informasiyanı "Haber Global" yayıb.

Məlumata görə, Adaköy Məhəlləsi Cənnət Adasındakı evində səhhəti pisləşən Tayfur üçün mənzilə həkimlər briqadası çağırılıb.

Qan təzyiqi yüksək olduğuna görə təcili yardımla rayondakı özəl xəstəxanalardan birinə aparılan sənətçinin hazırda müalicə olunduğu bildirilib.
 
Ardını oxu...
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

"Çillə günü süfrəyə nar qoyulmasının sirli mənası" adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova Qərbi Azərbaycanda, eləcə də Dərələyəz elində qışa hazırlıq, qovurma tədarükü, çillə vaxtı bişirilən yeməklərdən söz açıb.

Bildirilib ki, Dərələyəz mahalının uzun soyuq qışa hazırlıq adətləri, qaydaları fərqli idi. Müxtəlif növ bitkilər qışı sağlam başa vurmaq üçün toplanırdı. Dərələyəz elinin qovurma tədarük ənənələri var idi. Şıppığaşı bu mahalın ən çox hazırlanan yeməyi olub.

Onun sözlərinə görə, Xıdır Nəbi Novruzdan 40 gün qabaq evlərə gəlirdi: "Çillə qarpızı kəsilərdi və onun simvolik mənası var idi. Çillə günü süfrəyə nar qoyulardı. Ərli qızın atası oğlan evinə müxtəlif hədiyyələr göndərərdi".

A.Cəfərova "Ev tökmə" mərasiminin gizli mənası, həmçinin çillə gecəsi qarpız kəsilməsi, qabığı ilə fala baxmaq adəti ilə bağlı maraqlı məqamlara aydınlıq gətirir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Rejissor Qreta Qerviq "Barbie" blokbasteri ilə dünyanı fəth etdikdən sonra məşhur kuklanın rəngarəng dünyasına yenidən qayıtmağa hazırdır.

"The Hollywood Reporter"in verdiyi məlumata görə, Qerviq ilk filmin həmmüəllifi Noa Baumbaxla birlikdə ikinci film üçün ideya hazırlayıb və onu "Warner Bros" studiyasına təqdim edib.

Davamın üzərində işlər hələ erkən mərhələdə olsa da, proses artıq başlayıb. Uğurlu danışıqlar olacağı təqdirdə, yaradıcılar ssenarinin yazılmasına və istehsal qrafikinin razılaşdırılmasına başlayacaqlar. İlk filmin fenomenal uğurunu nəzərə alsaq (2023-cü ilin ən çox gəlir gətirən film olması və Qreta Qerviqi bu qədər gəlirli film çəkən ilk qadın rejissor etməsi), davamdan gözləntilər olduqca yüksəkdir.

Xatırladaq ki, orijinal "Barbie" filmi məşhur kukla, onun sevgilisi Ken və dostlarının macəralarından bəhs edir. Süjet xəttinə görə, "Barbie" ideal "Barbieland" dünyasından qovulur və öz təyinatını və yeni hekayələr tapmaq üçün real insan dünyasına gedir. Film öz yumoru, rəngarəngliyi və özünü təyinetmə haqqında dərin mesajı ilə bütün dünya tamaşaçılarının qəlbini fəth edib.
 
Ardını oxu...
  

Aktyor Levent Ülgen, Harman Yeri serialında Cemal Bozbey rolu üçün saçlarını keçəl qırxdırıb.

Milli.Az xəbər verir ki, yeni görünüşü ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşan Ülgen, daha əvvəl "Kötü Kan" serialında ekranlara gəlmişdi.

Harman Yeri mövzusu; sevdiyi qadın üçün güləşi və ata evini tərk edən keçmiş başpehlivan Hamza Bozbeyin illər sonra doğma torpağına qayıdaraq kökləri ilə üzləşməsini əhatə edir. Başpehlivan Hamza Bozbey obrazını Berk Oktay, Cemre Bozbey obrazını isə Gülsim Ali canlandırır. Serialda, eyni zamanda, Burç Kümbetlioğlu, Levent Ülgen, İpək Tuzcuoğlu, Serhat Tutumluer və Melis Kızılaslan kimi tanınmış adlar da yer alır.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
  

Müğənni Serdar Ortaç açıqlaması ilə diqqət çəkib.

Sənətçi yaşadığı ağır günlərdən sonra depressiyaya düşüb.

“Artıq ölmək istəyirəm. Televiziyada illərdir bacı-qardaş dediyim insanlar məni təhqir edir. Mən “qocaman Serdar Ortaç” sözünü də bəyənmirəm. Bu dövrdə kimsə sultan deyil. Hər kəs yıxılmağımımı gözləyir? Həqiqətən sabah ölmək istəyirəm”, - müğənni bildirib.  (Olay)

Dünyapress TV

Xəbər lenti