![]() |
![]() ![]() ![]() |
|
Dünya şöhrətli aktyorlar Tom Kruz və Keti Holmsun 18 yaşlı qızı Suri heç bir əlaqəsi olmayan atasından böyük miras alıb.
18 yaşına çatdıqdan sonra övlad, atasının yaratdığı etimad fonduna giriş əldə edib.
"O, apreldə 18 yaşı tamam olanda pulu əldə edə bilib, pulun qalan hissəsini 30 yaşı tamam olan kimi alacaq. Etimad fondu elə qurulub ki, bütün pulları bir anda almayacaq", - deyə, gizli mənbə nəşrə bildirib.
Məbləğin nə qədər olduğu isə açıqlanmayıb.
Eyni fondun Surinin anası Keti Holms tərəfindən yaradıldığı bildirilir.
"Keti öz maliyyəsi və təbii ki, qızının rifahı ilə maraqlanır. O, onun yaxşı olmasını və həyat keyfiyyətinin yüksək olmasını istəyir", - deyə gizli mənbə nəşrə vurğulayıb.
Qeyd edək ki, Surinin atası Tom Kruzla münasibətləri pisdir. 2012-ci ildə Kruzdan boşandıqdan sonra Keti Holms qızının yeganə qəyyumluğunu alıb. Toma məhkəmə qızını ziyarət etmək imkanı versə də, lakin o bütün bu illər ərzində onu görməyib. Suri yetkinlik yaşına çatdıqdan sonra da atası ilə ünsiyyət qurmağı planlaşdırmır.
"Mirror" nəşrinin məlumatına görə, Tom Kruzun qızı bu yaxınlarda soyadından çıxıb və indi Suri Noel adını daşıyır. Noel isə Keti Holmsun ata adıdır./olay
“Bu gün bazar iqtisadiyyatı dövrüdür. Xanəndələr istəmirlər özlərini əziyyətə salsınlar. Muğama səs potensialı, istək lazımdır. Hər insan, hər xanəndə muğamın ağırlığını daşımağı bacarmır. Bir yandan xanəndələri qınayıramsa, digər bir tərəfdən efirləri qınayıram. Bugünkü gündə də efirlərimiz görün nə gündədir! Hamıya deyirlər ki, oynaq mahnılar ifa edin, onlar da pozitiv mahnılar oxuyurlar. Lirikaya tələbat yoxdur. Televiziya kanallarının əksəriyyətində məkan yoxdur ki, xanəndə özünü göstərsin. Onlar da deyirlər ki, qoy elə mahnı oxuyaq toylarımız artsın”.
Bunu Medianews.az-a açıqlamasında Xalq artisti Nəzakət Teymurova deyib.
Sənətkar qeyd edib ki, hər zaman söz-söhbətdən uzaq olmağa çalışıb: “Mən sənətə gəldiyim ilk gündən başımı aşağı salıb işimlə məşğul olmuşam. Danışıqlar, dedi-qodular mənim üçün maraqlı olmayıb. Sənətə xidmət etmişəm. İstəmişəm ki, hər yerdə öz professionallığımı göstərim. Meydan var, şərait var, onlar da yaxşı olar ki, ifa etsinlər”.
Xalq artisti bildirib ki, illər öncə baş verən hadisələri bu gün efirlərdə tamaşaçı qarşısında danışmaq olmaz: “Həyatda qismət deyilən bir şey var. Kimlərsə vaxtında Leylini oxumayıblar. Şərait, istək olmayıb. Bəzən deyirlər ki, hansısa rolu oynamağa mənə mane oldular. Gərək həmin adamdan soruşasan ki, səni kim, niyə Leyli oynamağa qoymayıb? Opera səhnəsində bu gün 3-4 nəfər Leyli var. Vaxtında bəlkə də mane olanlar ola bilərdi, amma bu gün kimin səs potensialı varsa oxuyur. Keçmişdə olan şeyləri açıb-ağartmaq istəmirəm. Bu sahə bir az çətindir. Olub-keçənlər haqqında danışmaq doğru olmaz. Məni rollarımla, obrazlarımla seviblər. Tamaşaçıma da hər zaman hörmətlə yanaşmışam. Neqativləri tamaşaçılara göstərməməliyik”.
Nəzakət Teymurova deyib ki, gənclər müdafiə edib: “Yaxşı şeyə pis deyən adamın dili qurumalıdır. Gəncliyin özü gözəllikdir. Onlara təşəkkür etməliyik ki, bu sahəni seçiblər. Bəzən yaxşıya pis deyən həmkarlarım da olur. Bu zaman həmin tələbələri mən özüm müdafiə edirəm. Neqativ axtaranın axırda özü elə neqativə rast gəlir. Hər şeyi bəyənməyən adamlar çoxdur. Gənclərə irad tutan adamlar görəsən özləri bu sənət üçün nə ediblər? Bu sənətdə ad qazanmaq çox çətindir. Kim nə edirsə özü üçün edir. Bu sahə elə bir sahədir ki, pislər ələnir, qalmır. Muğamatın qədrini bilməliyik. Mən indiyə qədər 7 rol oynamışam. Bildiyiniz kimi teatrımız hazırda təmirdədir. Bəzi operalarımız səhnəyə qoyulmur. Muğam, teatr fəaliyyətimlə yanaşı, çox az hallarda olsa belə, toylara da gedirəm. Allah bütün hər kəsə toy nəsib etsin. Dzüdür, daim toyları üstün tutmamışam. Səhnə mənim üçün əsas olub. Lakin yaxın adamların toylarında iştirak edirəm. Bugünkü gün dəvət olanda da gedirəm”.
Nəzakət xanım ustadı, Xalq artisti Arif Babayevdən də danışıb: “Tez-tez görüşə bilməsəm də Arif müəllimlə müntəzəm olaraq əlaqə saxlayıram. Arif müəllimin səsi sehrdir. Onun mahnıları insanların yaddaşına yazılıb. Ən böyük arzum odur ki, rayonumuz yenidən qurulsun, mən də Arif müəllimlə birlikdə oraya gedim. O bizim həyətdə, evimizdə bir böyük kimi qonaq olsun. Pedaqoji fəaliyyətimi və bundan sonrakı həyatımı doğulduğum Ağdam torpağında gənc ifaçılara dərs deməklə keçirmək istəyirəm”.