Ardını oxu...
Söhbət Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli əfsanəvi müğənni Qədir Rüstəmovun “Sona bülbüllər”indən gedir. O, “Sona bülbüllər”dən ki, maestro Niyazi demişkən “ona qulaq asmağa bir ömür bəs etməz”. Həmin “Sona bülbüllər”dən ki, ona 300-dən çox şeir həsr olunmuşdur. O, “Sona bülbüllər” ki, bir zamanlar kosmosa yer üzünü təmsilən göndərildiyini eşitmişəm.
Əfsanəvi müğənni Q.Rüstəmovun “Sona bülbüllər”ə ilk dəfə nə vaxt və hansı münasibətlə müraciət etməsi barədə xalq arasında və sosial şəbəkələrdə müxtəlif ehtimallar söylənilir. Əfsanəvi şəxslər haqqında bu cür ehtimalların meydana çıxmasını təbii hesab edərək birini də biz hörmətli oxucuların nəzərinizə çatdırmaq istəyirik.
1972-ci ildə Bakıdan Ağdama qayıdan Q.Rüstəmov 42 yaşında Fatimə xanımla ailə qurur. Əslində bu onun ikinci evliliyi idi.
Bu vaxta kimi onun həyatından bir sevgi keçmişdi. Tanınmış müğənni, müharibə veteranı, 1973-cü ildə anadan olmuş Azər Rüstəmov bu sevginin bəhrəsidir.
Oğuz rayonunun Yaqublu kəndində yaşayan rəhmətlik Kazımova Xeyransa Kərim qızı söyləyirdi ki,1995-ci ildə Bakıda xəstəxanada müalicə olunanda yanımda Sona adlı yaşlı bir qadın qalır, müharibə dövründə əsgərlərimizə təndir çörəyi aparan və bu zaman düşmən atəşi ilə ağır yaralanan qızına (yəni Qədirin baldızına) qulluq edirdi. Dediyinə görə, o, Ağdamın Üçoğlan kəndindən idi. Sona arvad Q.Rüstəmovun birinci qayınanası olduğunu söyləyirmiş. Deyirmiş ki, Qədir məşhur “Sona bülbüllər”i ilk dəfə onun qızına aşiq olan vaxtlar oxuyub. Mahnıda sevən aşiqin dərdi, kədəri o dərəcədə güçlü çatdırılır ki, S.Səxavətin də dediyi kimi “Sona bülbüllər”i təklikdə dinləmək təhlükəlidir, adam intihar edə bilər”.
Belə çıxır ki, Qədir Rüstəmovun məşhur, ölməz və solmaz “Sona bülbüllər”i onun ilk eşqi ilə birlikdə meydana çıxıb. Lakin bu evliliyin ömrü çox qısa olub.
Güman ki, sonralar acı təəssüratlar doğurduğu üçün müğənni özü də bu ifasını bəyənmirmiş. Kulis.az “Oğlunu danışdırmayan, Habil Əliyevi özündən çıxaran, Rəmişlə yola getməyən Qədir” adlı yazıda qeyd edir ki, “Onun öz ifasından da zəhləsi gedirdi. Xüsusən “Sona bülbüllər”dən . Bir dəfə Ağdamda uşaqlar onun uzaqdan gəldiyini görüb hörmət əlaməti olaraq “Sona bülbülləri” oxudurlar, üstlərinə yeriyir, hamısını söyüb-batırır. Əvvəl elə bilirlər Qədir cavanların onu ələ saldığını düşünür. Sonra məlum olur ki, özünün də bu ifasından heç xoşu gəlmir, hər dəfə eşidəndə əsəbləşir. Bir dəfə mətbuatda etiraf etmişdi ki, bütün Azərbaycanı tilsimə salan “Sona bülübüllər” mahnısına özü bir dəfə də başdan-ayağa qulaq asmayıb. Orda-burda nə eşidibsə, odur”.
Bunlar bizim ehtimalımızı gücləndirsə də, qənaətləndirici hesab etmirik. Düzünü şahidlərin və Q.Rüstəmovu çox yaxından tanıyanların, onun həyatına ətraflı bələd olan şəxslərin söyləyəcəkləri sübut edə bilər.

İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
 
Ardını oxu...
Faiq Sücəddinov: “”Artıq bir neçə ildir ki, “Avroviziya” öz peşəkarlığını, təravətini, nüfuzunu itirib"

Azərbaycan “İntervision” beynəlxalq musiqi müsabiqəsində iştirak edəcək. Bunu Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy rus mediasına müsahibəsində təsdiqləyib. Onun sözlərinə görə, 16-dan çox ölkə “Avroviziya”nın Rusiya ekvivalentində iştirak edəcək.

Xatırladaq ki, hələ ötən ay Rusiya prezidenti Vladimir Putin Çinə dövlət səfəri ərəfəsində bildirmişdi ki, Rusiya Federasiyası Çinlə mədəniyyət sahəsində əməkdaşlığın innovativ formalarının inkişafına, o cümlədən “İntervision” Beynəlxalq Populyar Musiqi Müsabiqəsi keçirməyə kömək edəcək.

Rusiya prezidenti vurğulayıb: “Biz əməkdaşlığın yeni formatlarının inkişafını təşviq etmək niyyətindəyik. Onların arasında "İntervision" Beynəlxalq Populyar Musiqi Müsabiqəsi xüsusilə seçilir".

Bəs “İntervision” tədricən “Avroviziya”nın alternativinə çevrilə bilərmi? Azərbaycanı “İntervision”da kim təmsil edəcək, qalibin müəyyən edilməsi qaydaları “Avroviziya”dakı kimi olacaq?

Məlum olduğu kimi, “Avroviziya” mahnı müsabiqəsi dünyanın ən böyük musiqi tədbirlərindən biri sayılır. Lakin bu müsabiqənin, sadəcə, mahnı müsabiqəsi olmadığı haqda çoxdan fikirlər səslənir. Qeyd olunur ki, “Avroviziya” siyasi münasibətlərin yumşaq ifadə platforması olmaqla bərabər, həm də Avropanın mənəvi ekspansiya siyasətini icra edən bir mexanizmidir.

Son illər isə yarışmada LGBT təbliğatı açıq-aydın hiss olunmaqdadır. Məsələn, 2014-cü ildə keçirilən müsabiqənin qalibi olan Avstriya təmsilçisi Konçita Vorst LGBT təbliğatının simvoluna çevrildi. “Saqqallı qadın” olaraq yaddaşlarda qalan ifaçının qalibiyyəti cinsi azlıqların nümayəndələri tərəfindən rəğbətlə qarşılandı və ifaçı “ikon” kimi qəbul olundu. “Simurq quşu kimi yüksəlmək” adlı parçası LGBT hərəkatlarının yüksəlməsi üçün təməl oldu.

Həmçinin 2024-cü ilin qalibi, İsveçrənin təmsilçisi Nemo Mettleri çəhrayı rəngdə qadın paltarında çıxış etməsi yenə də müzakirə yaratdı, tənqid olundu. Hətta Türkiyənin MHP sədri Dövlət Bahçeli “Yarışmada tüklü pencək və çəhrayı ətək geyinən birinin qalib olması utancvericidir” deyə bildirmişdi.

Onu da əlavə edək ki, qardaş Türkiyə ilk dəfə bu yarışmaya 1975-ci ildə qoşulub, 34 dəfə müsabiqədə iştirak edib. Lakin səsvermə sistemində dəyişiklikləri əsas gətirərək, Türkiyə 2013-cü ildən etiraz əlaməti olaraq bu yarışmada iştirak etmir.

Azərbaycana gəldikdə, ölkəmiz ilk dəfə 2008-ci ildə bu yarışmaya qoşulub. Azərbaycanın da “Avroviziya”dan imtinası mümkündürmü?

Mövzu ilə bağlı bəstəkar, Xalq artisti Faiq Sücəddinov “Yeni Müsavat”a danışıb. Faiq Sücəddinov son illər “Avroviziya” mahnı müsabiqəsinin öz nüfuzunu itirdiyini deyib: “Artıq bir neçə ildir ki, "Avroviziya" öz peşəkarlığını, təravətini, nüfuzunu itirib. Artıq bu müsabiqə yarışması əvvəlki nüfuzda deyil. Getdikcə öz səviyyəsini itirir. Açıq-aydın görürük ki, bu müsabiqə siyasiləşib, təzyiqlər edir. Bu səbəbdən qardaş Türkiyə bu müsabiqədən imtina edib.

Bundan əvvəl Avstriya təmsilçisi Konçita üzündə saqqal, qadın paltarında səhnəyə çıxdı və qalib oldu. Bu il də İsveçrənin təmsilçisi Nemo qadın geyimində səhnəyə çıxdı və qalib oldu. Halbuki yarışmada xeyli peşəkar qruplar, ifaçılar var idi. Amma onlara səs verilmədi.

Bəli, bu, müsabiqədir və görünüş fərqli ola bilər. Amma müsabiqədə qadın qadın kimi, kişi də kişi kimi olmalıdır. Əsas odur ki, ifaçı peşəkar, səsi yadda qalan olsun.

O ki qaldı Rusiyanın buna alternativ müsabiqə yaratmasına, əlbəttə ki, bu çox gözəldir. Mədəniyyət Nazirliyimiz də əgər bu yarışmada iştirak üçün razılıq veribsə, mən də bunu dəstəkləyirəm.

O ki qaldı “Avrovision”a alternativ ola biləcəyinə, indidən bunu demək mümkün deyil. Müsabiqə keçirilsin, baxaq görək hansı ölkələr necə iştirak edəcək, yarışma hansı səviyyədə aparılacaq, yalnız bundan sonra müzakirə etmək olar.

Azərbaycanın “Avroviziya”dan imtina edib-etməməsinə gəldikdə isə hesab edirəm ki, müsabiqə pis şey deyil, həm Rusiyanın “İntervision”da, həm də “Avroviziya”da iştirak edə bilərik".

Mənbə: musavat.com
 
Ardını oxu...
Baku TV-də "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qonağı Əməkdar artist, aktyor Rafael İsgəndərov olub.

O, "Maşın şou"da qalib olduğu zaman yaşadığı yerdə böyük izdihamla qarşılanmasından bəhs edib:

"Gecə Keşləyə gəldim ki, məscidin yanında mənə görə izdiham var. Udmağım üçün nəzir demişdilər. Qapı açılırdı, həyətə qoyunlar gətirilirdi".

Oğlu bloqer Fuad İsgəndərovun məşhurluğundan da danışan Əməkdar artist onunla tərəf müqabili olmaq istədiyini söyləyib:

"Elə olub, telefonu mənə veriblər ki, Fuadla şəklimizi çək. İllərlə dostluq etdiyim adam zəng edib, deyir ki, Fuadın filan videosuna baxdım, əladır. Halbuki mənim hansısa tamaşam haqqında fikir bildirməyib", - deyə aktyor qeyd edib.

Ətraflı videoda:

 
 
 
Ardını oxu...
1 şüşə su marketdə 1 dollardır…
eyni su oteldə 3 dollar,
hava limanında 5 dollardır.
Eyni şüşə, eyni marka su...dəyişən isə ancaq yerdir.
Yəni eyni predmetə yerinə görə fərqli qiymət verilir…
Özünü lazımsız hiss edəndə, sənə dəyər verilməyəndə yerini dəyiş.
–Metyu Makkonahi
https://t.me/ibrahim_nebioglu
TEREF
 
Ardını oxu...
Yunanıstanın Simi adasında itkin düşən altmış yeddi yaşlı britaniyalı teleaparıcı Maykl Mosli ölü tapılıb.

KONKRET.az xəbər verir ki, o, çərşənbə günü qızmar istidə sahil yolu ilə təkbaşına gəzintiyə çıxdıqdan sonra itkin düşmüşdü. Polis rəsmiləri bu gün onun cəsədinin qayalıq və dənizə yaxın ərazidə tapıldığını bildirib. Onun hər hansı qəza keçirib-keçirmədiyi və ya özünü pis hiss edib-etmədiyi bəlli deyil.

Maykl Mosli Britaniya telekanallarında səhiyyə ilə bağlı proqramlarda aparıcılıq edib. O, “This Morning” və “The One Show” kimi televiziya proqramlarında, həmçinin BBC kanalında yayımlanan “Trust Me, I’m A Doctor” proqramının aparıcılarından biri olub. Maykl Musli “Royal Free Hospital”da tibb təhsili alıb.
 
Ardını oxu...
Milyonların sevgisini qazanmış Qədir Rüstəmovun heç bir təqdimata ehtiyacı yoxdur. “Sona bülbüllər”in Qədiri” ifadəsi onun haqqında hər şeyi deyir. Həmin “Sona bülbüllər” ki, maestro Niyazinin dediyi kimi ona “qulaq asmağa bir ömür bəs etməz”.
Azərbaycan Respublikasının Xalq artisti və “Şöhrət” ordenli əfsanəvi müğənninin sənətinə ümummilli liderimiz H.Əliyev başda olmaqla, dövrünün dövlət və mədəniyyət xadimləri hər zaman yüksək qiymət vermişlər.
Xan Şuşinski onu dinləyib, deyib ki, “Qara oğlan, boy-buxunun yaxşıdır, sənin gələcəyin çox yaxşı olacaq. Sən sənətkar olacaqsan”. Firudin Şuşinski yazırdı ki, Qədir Şuşada ilk muğam məktəbinin qurucusu Xarrat Qulunun sonuncu şagirdidir. Qədir oxuyanda Ə.Dadaşovu ağlamaq tutub. Deyib ki, “məni indiyə kimi heç bir xanəndə belə kövrəltməmişdi. Qədir “Sona bülbüllər”i oxuyanda bəstəkar A.Rzayeva necə ağlayıbsa, ürəyi tutub, ona su veriblər. Niyazi isə bildirirdi ki,”Qədir Rüstəmov heç kəsə bənzəməyən bəşəri bir səsə malikdir. Onun yanğısı hamını alışdırıb yandırır” və s. Onu “muğamın Füzulisi” adlandıranlar tamamilə haqlıdırlar.
Xalq artisti Q.Rüstəmovun son dərəcə məharətlə oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Reyhan”, “Neçin gəlməz”, “Ay dili-dili”, “Sarı gəlin”, “Sən getdin”, “Olmaz, olmaz” və neçə-neçə digər mahnılar bu gün də hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyatmaqda davam edir. Qədirin ölməz sənət əsərləri yaşayır və onu yaşadır, gələcəkdə də yaşadacaqdır.
Biz də Qədirin mahnılarının vurğunuyuq. Amma onun sənətini qiymətləndirməkdə acizik. Bir də ki, görkəmli şəxsiyyətlərin (X.Şuşinski, S.Suşinski, Ə.Dadaşov, F.Əmirov, Niyazi, H.Hüseynov, F.Şuşinski, X.Rza, B.Vahabzadə, E.Sabitoğlu, A.Rzayeva, Ə.Məmmədov, A.Babayev, S.Rüstəm, Anar, S.Səxavət və b.) Qədirin sənəti haqqında söylədiklərinin və yazdıqlarının qabağında söz demək, nə isə yazmaq bizə düşməz.
Ona görə də bu yazıda sadəcə olaraq Q.Rüstəmovun həyatının Oğuz dövründən söhbət açacıq. Onun həyatının Qarabağsız, Ağdamsız, çətin günlərindən.
Ağdamın işğalından sonra Qədir Oğuz rayonunda məskunlaşmışdı. İnternat məktəbin yataqxanasında yaşayırdı. Niyə məhz Oğuzda? Həm də belə bir şəraitdə?
Buna Q.Rüstəmovun ən yaxın dostlarından olan A.Abbas müsahibələrinin birində belə aydınlıq gətirmişdi: “Oğuzda Qədir Rüstəmovu sevənlər çox idi deyə, xanəndə sonralar həmin rayonda yaşadı…Oğuzdakı dağlar, təbiət və s. ona Ağdamı xatırladırdı. Lakin Qədir Rüstəmov təkcə təbiətinə görə deyil, həm də o rayonun insanlarına görə Oğuzu seçmişdi. Yəni onun Oğuza pənah aparması oradakı insanların sevgisindən irəli gəlirdi”.
Bəli, bur müddət Oğuzda yaşayan görkəmli xanəndəyə oğuzluların sevgisi sonsuz idi. O, burada hamının (Qədirin sənətinin böyüklüyünü anlamayanlar istisna olmaqla) hörmətini qazanmışdı. Çoxlu dostlar tapmışdı. Bu yerlərin təbiətinə və təbiəti qədər də saf olan insanlarına vurulmuşdu.
Mən Q.Rüstəmovu şəxsən tanıyan və onu canlı-canlı dinləyən insanlardan biriyəm. Bir necə dəfə məşhur müğənninin iştirak etdiyi toy və şənlik məclislərində olmuşam. Çox sadə adam idi. İnsanlarla asanlıqla dil tapa bilirdi. Səmimiyyəti və şux, duzlu-məzəli zarafatları ilə hamıda maraq oyadırdı. İradlarını zarafatla deyirdi. Kənardan qaradinməz və adama yovuşmaz görünsə də, olduğu yerdə hamını danışdıran, güldürən, diqqət çəkən insan idi. Həm də çox emosional adam idi. Bəzən tez təsirlənir, inciyir, küsür, əlindəki işi yarımçıq saxlayırdı. Onu ürəyi istəməyən heç nəyə məcbur etmək mümkün deyildi. Xaraktercə inadkar və dəymədüşər idi. Əlbəttə, Qədiri Qədir edən onun xarakteri yox, səsi idi.
Çox təvazökar idi həm də. Öz sənətinə belə tənqidi yanaşır, “bəyənmirdi”. Onu alqışlayanda və ya tərif edəndə “Əşi, mən nə edirəm, hamı kimi oxuyuram da” deyərək söhbətin axarını dəyişərdi. Heç vaxt istedadını gözlərə soxmur, əksinə, ona vasitə kimi baxırdı. Onu da deyim ki, onun toylarda oxuduqları radioda və televiziyada səsləndirilən mahnılarından qat-qat təsirli gəlirdi insana.
Qədir müəllim musiqi məclisində yersiz söhbətləri, şit hərəkət və rəqsləri xoşlamazdı. Təsadüfi deyil ki, müsahibələrinin birində deyirdi: “Mənim yüngül adamdan zəhləm gedir. Toyda belə şeylər görəndə dözə bilmirəm. Düzü belədi e…". Şahidiyəm ki, o, kənd toylarının birində oxuyarkən bir nəfər ortaya düşüb yarısərxoş vəziyyətdə oynamağa başladı. Müqənni mahnını yarımçıq kəsdi. Həmin adamı oturub qulaq asmağa məcbur etdi.
“Qədir səsə heykəl qoyur, abidə ucaldır, səsdən məmləkət qururdu. Onu dinlədikcə bu məmləkəti qarış-qarış gəzir və anlayırsan ki, bu məmləkətin öz qanunları, öz meyarları var”. (Loğman)
Rayonda heç bir toya haqq danışaraq getməzdi. Yadımdadır, 1996-cı ildə qohumlarımdan biri qızına toy edirdi. Toya müğənni kimi Qədiri dəvət etmək istəyirdi və ona xeyli pul təklif etmişdi. Lakin Qədir bunu qəbul etməmişdi. Bir az tərs olduğuna görə heç kəs onun toya gələcəyinə də inanmırdı. Lakin Qədir məclisin gur vaxtı gəldi. Xeyli oturdu. Hətta bir neçə mahnı da oxudu. Ailə quran gəncləri təbrik edib xəbərsiz çıxıb getdi.
O, kasıb və imkansız ailələrin toy məslislərinə də qəflətən gələr, təbrik edər, bir-iki mahnı oxuyar və sağollaşıb gedərdi. İmkansız ailələrdən heç vaxt nə isə ummazdı. Onun iştirak etdiyi toy və şənlik məclisləriinin söhbəti aylarla, illərlə davam edərdi. Qədirin iştirak etdiyi toy məclislərinin video yazıları indi də bəzi evlərdə tutya kimi qorunub saxlanılır.
Oğuzun siravi sakinlərindən tutmuş rəsmi şəxslərinə kimi hamı ona hörmət və ehtiram göstərirdi. Burda çoxlu dostları vardı. Onlar Qədirə kömək edir, korluq çəkməsinə imkan vermirdilər. Q.Hidayətov, N.Bəbirov, Ə.Əliyev, Q.Babayev, H.Hüseynov, R.Novruzov, R.Alızadə, İ.Mənəfov, F.Rəşidov, Ə.Seyidov və digərləri onun yaxın dostları idilər. Qədir çətinlik çəkəndə ilk növbədə bu dostlarına müraciət edirdi. Rayonun məmurları da onun hörmətini saxlayır, öz köməkliklərini əsirgəmir, sözünü yerə salmırdılar.
O, Oğuzun təbiətinə vurğun idi. Qonşuları söyləyirdilər ki, yayda evyanda durub siqaret yandırar, uzun müddət Oğuzun dağlarına baxar, saatlarla susar və fikrə gedərdi. Bu yerlərin havası ona Ağdamı xatırladırdı, ancaq əvəz edə bilmirdi. Oğuz meşələrini gəzməkdən yorulmazmış. Həyat yoldaşı F.Rüstəmova müsahibələrinin birində qeyd edir ki, Bakıya köçəndən sonra da tez-tez Oğuza gedərdik. Qədir saatlarla çayların kənarında gəzər və rəngbərəng kiçik daşlar yığardı. (Sonralar həmin daşlar H.Əliyev fonduna bağışlanmışdı.)
Oğuzun dağlarında və meşələrində ov etməyi sevərdi. Ən çox sevdiyi balıq ovu idi. Tilovunu atardı çaya və gözləyirdi ki, nə vaxt balıq çıxacaq. Balıq ovuna çox vaxt dostluq etdiyi müəllim Q.Babayevlə gedərdi. Qismət müəllimin onunla bağlı çoxlu xatirələri var. Deyir ki, Q.Rüstəmov möhtəşəm ifası və öz məzəli söhbətləri ilə daha çox yadımda qalıb. Rəhmətliklə bir xeyli balıq ovuna getmişik. Həm də mən həmin vaxtlar rəhmətlikdən elə ifalar eşitmişəm ki, bəlkə də onları məndən başqa eşidən olmayıb. Belə bir səs çətin ki, bir də gələ.
Xahişimizlə Qismət müəllim Qədirlə bağlı bir xatirəsini bizimlə bölüşdü. Dedi ki, yay idi. Mən istirahət mərkəzində işləyirdim. Eşitdim ki, Qədir yaxınlıqdakı çayda balıq tutur. Yanına gedib nahara dəvət etdim. Sözümü yerə salmadı. Onun üçün dana ətindən kotlet hazırlatdım. İkilikdə nahar etdik. Nahardan sonra bir kənarda oturub xəyala dalan Qədir qəflətən ucadan və yanıqlı-yanıqlı oxumağa başladı. O qədər yanıqlı və dərdli-dərdli oxuyurdu ki, tüklərimiz biz-biz olmuşdu. Yaxınlıqdakıların hamısı işini saxlayıb ona qulaq asırdı. Ancaq o, birdən başladığı kimi birdən də dayandı. Davam etməsini xahiş etdik. Lakin Qədir dedi ki, yox, dana kotletinə bu qədər oxumaq bəsdir. Xeyli gülüşdük. Amma yaxşı başa düşürdük ki, o öz dərdini, Qarabağ həsrətini, Ağdam nisgilini mahnı ilə ifadə edir. Dərdini, qəmini ifadə etmək üçün mahnı bir vasitə idi Qədirə. O, öz ifası ilə dərddə, kədərdə yanır, yandırır, yandırdığı qədər də qandırırdı.
Rayonda Qədirlə bağlı maraqlı xatirələri olanlar çoxdur. Onlardan biri də Oğuz şəhər sakini R.Alızadədir. Rauf bəy söyləyir ki, Qədir müəllim uşaqları çox sevirdi. Saatlarla onlarla söhbət edər, necə oxuduqlarını, hansı peşəni sevdiklərini, hansı filmlərə tamaşa etdiklərini və s. soruşar, hətta onlara mahnı da oxudardı. Uşaqlara yaxşı oxumağı və ağıllı olmağı məsləhət görərdi. Bir dəfə rayonda yaşayan qaçqınlar üçün ərzaq və geyim paylanırdı. Biz də Qədir müəllimin maşını ilə oradan keçirdik. Qədir müəllim maşını saxladı. İkimiz də maşından düşdük. Bu vaxt o yaxınlıqda oynayan bir neçə yarıçılpaq oğlan uşağı gördü. Onları yanına çağırıb maşının yanına gətirdi. Uşaqlara əyin-baş verməyi tələb etdi. Halbuki bu uşaqlar qaçqın yox, yerli ailələrindən idilər. Qədirin sözündən çıxmayan məsul şəxslər dinməz-söyləməz onun tapşırığını yerinə yetirdilər. O, üzünü uşaqlara tutub dedi ki, gedin bunları əyninizə geyin, sizi bir də çılpaq görməyim. Ata-ananız soruşsa, deyin ki, bunları Qədir əmi alıb.
Məşhur olduğu qədər də sadə olan Q.Rüstəmov qonşuların da rəğbətini qazanmışdı. Keçmiş qonşuları hələ də onun düzlu-məzəli sohbətlərini həsrətlə xatırlayır, böyük sənətkara rəhmət oxuyurlar.
Qədir Rüstəmov Oğuzda yaşayan qaçqın ailələri ilə də tez-tez görüşər, onların vəziyyəti ilə maraqlanardı. Özünün imkanı yaxşı olmasa da, kimin problemi vardısa, qabağa düşüb həll etməyə çalışardı. Deyərdi ki, “darıxmayın, qorxmayın, Qarabağa gedəcəyik”.
Ağdamlı telejurnalist F.Hacıbəyli onun haqqında veriliş çəkib AzTV-də yayınlayandan sonra elə bil yenidən hamının yadına düşdü. Q.Rüstəmovu Bakıya dəvət etdilər. Ona ev və maşın hədiyyə edildi. Ümummilli liderimiz H.Əliyevin qayğısı ilə əhatə olundu.
Q.Rüstəmovun Bakıda evi olsa da, çox sevdiyi Oğuzdan ayrıla bilmirdi, bir ayağı Oğuzda idi. Yay aylarını isə, demək olar ki, Oğuzda keçirirdi. Köhnə dostları, qonşuları və qaçqın düşmüş həmyerliləri ilə görüşər, onların dərdinə şərik olar və öz köməkliyini göstərərdi. G.Allahverdiqızının “Qədirin “Sona bülbüllər”i – “Sona bülbül”lərin Qədiri” adlı yazısında Oğuzda müsahibə götürdüyü N.Quliyeva deyirdi: “Qədir qağam haqqında nə danışacağımı bilmirəm, ölümündən sonra onun haqqında danışmaq mənə çətindir. Qağamın yaxşılıqdan başqa heç nəyini görməmişik. O, elə bir insan idi ki, heç zərərli böcəyə də ziyan verib onu əzməzdi. Bakıda yaşamasına baxmayaraq, tez-tez gəlib bizimlə hal-əhval tutardı. Heç vaxt bizləri yaddan çıxarmazdı. Hər gələndə uşaqlara şirni paylayıb könüllərini xoş edərdi. Qədir qağam xəngəli çox sevərdi. Gələn kimi mən də soruşmadan xəngəl bişirərdim. Halal xoşu olsun. Deyərdi ki, bu günləri heç özünə dərd eləmə, inşallah, qayıdacayıq öz yurd-yuvamıza.
Bir də görürdük ki, səssiz-səmirsiz gecə gəlib evinə. Səhər açılanda deyərdim ki, ay Qədir qağa, niyə gəlib girməmisən bizə? Deyərdi ki, sizi narahat etmək istəmədim. Halbuki bizlər onun gəlişindən çox sevinirdik, məzəli söhbətlərindən zövq alırdıq. O qədər sadə, səmimi, təvazökar insan idi ki… Biz yaşadıqca onunla bağlı xoş xatrələrimiz də yaşayacaq. Qədir bizim üçün ölməyib, Ağdam camaatı həmişə onunla fəxr edib, qürür hissi keçirib, daim də belə olacaq. Allah məkanını cənnət etsin!”.
Qədir müəllim bir dəfə özü haqqında danışanda deyib ki, “Lovğalıq olmasın, deyəsən, mən də özümdən sonra bir iz qoyub gedəcəm”. Dediyi kimi də oldu. O elə bir iz qoydu ki, indi hamı bu izin bənzərsizliyindən xüsusi hörmət və ehtiramla danışır. Onun qoyduğu izlə, yolla, yöntəmlə getmək isə hər müğənninin işi deyil.
Çətin və ağır olsa da, Q.Rüstəmovun ömrünün Oğuzda keçən illəri Oğuzu şərəfləndirdi.
Bu gün əfsanəvi xanəndəni canlı görən, mahnılarını dinləyən, onunla həmsöhbət olan oğuzlular şərəf duyur, qürur hissi keçirir, onu böyük hörmət və ehtiramla yad edirlər. “Sona bülbülər”in Qədiri oğuzluların xatirələrində yaşamaqda davam edir.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
 
Ardını oxu...
Türkiyəli aktyor Cem Yılmazın səhhətində problem yaranıb.

TEREF axşam.az-a istinadən bildirir ki, bu barədə aktyor şousu zamanı tamaşaçılarına danışıb. Həkimə getdiyini açıqlayan Cem Yılmaz sağ gözünün görmə qabiliyyətinin yarısını itirdiyini bildirib:

“Gözüm görmür. Həkimə getdim, sağ gözümdə çox maraqlı və nadir bir xəstəlik olduğunu dedi. Torlu qişa arxadakı yerindən ayrılıb. Gözüm 50 faiz görmə qabiliyyətini itirib”.
 
Ardını oxu...
Xalq artisti Nurəddin Mehdixanlının efirdə çıxışı zamanı mikrafonları söndürülüb.

TEREF Milli.Az-a istinadən xəbər verir ki, kişinin ailədəki rolu barədə danışan aktyor xanımların açıq-saçıq geyinməsinin əleyhinə çıxıb.

Bu barədə verilişin xanım aparıcısı ilə fikir ayrılığı yaşayan sənətkarın mikrafonu söndürülüb.
 
Ardını oxu...
Ötən günlərdə, “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpurun təşəbbüsü ilə Azərbaycan əsilli Norveçli məşhur, Marie Sahbanın yeni mahnısı beynəlxalq ictimaiyyətin diqqətinə təqdim edilib.

Diaspora.TV xəbər verir ki, anası norveçli, atası isə Cənubi Azərbaycandan olan Marie Sahba Azərbaycan haqqında daha bir mahnısının təqdimatını edib. Marie Sahba Norveçin Tronheym şəhərində doğulub, boya-başa çatsa da öz yaradıcılığında hər zaman Azərbaycan mədəniyyətini, irsini, ənənələrini müasir elektron musiqi ilə üzvi şəkildə birləşdirərək beynəlxalq arenaya, dinləyicilərinə təqdim edir.

Norveç doğumlu, əslən cənubi azərbaycanlı, qadın geyimi brendinin yaradıcısı, modelyer-dizayner, “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpurun (“SHERVIN NAJAFPOUR”) şəxsi təşəbbüsü ilə Marie Sahba və məşhur azərbaycanlı Dj və produser Heydərin birgə bəstələdiyi valehedici "A Billion Years Too Soon" (Heyder Remix) adlı növbəti mahnısı dünya trendinə düşmüş, dinləyicilərin ən sevimli xitinə çevrilmişdir.

Qeyd edək ki, Marie Sahba 2019-cu ildə "Take Me Back" adlı debüt sinqlını buraxdıqdan sonra Norveçin ən perspektivli sənətçilərindən biri kimi sürətlə yüksəldi. Onun musiqisi H&M-in beynəlxalq pleylistlərində və Netflix-in "Witch Hunt" kimi əsas teleseriallarında yer alıb. Onun "Azery Baby" adlı EP və sonrakı debüt albomu böyük marağa səbəb olub.

Albomun "Over & Over" və "Give Me A Sign" kimi sinqlları Norveçin milli radiosunda geniş yayımlandı və Dagsavisen və Aftenposten kimi böyük nəşrlərdən tənqidi rəğbət qazandı. Marie türk tamaşaçıları ilə də dərin əlaqə qurub, nüfuzlu məkanlarda çıxış edib və “Akşam” kimi aparıcı media qurumlarından təriflər alıb.

Yenilikçi EDM remiksləri ilə tanınan məhsuldar azərbaycanlı musiqi prodüseri Heyder, Marienin işinə təzə və canlı enerji gətirir. Klassik fortepianodakı keçmişi və 2014-cü ildən EDM-ə olan həvəsi ilə Heyder, Dash Berlin və Zedd kimi mühüm sənətçilər üçün remikslər yaratmışdır, hazırda isə onun orijinal trekləri Avropada rezonans yaratmağa davam edir.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Budəfəki veriliş azərbaycanlı yazıçı-publisist, bir çox filmlərin ssenari müəllifi Fərman Kərimzadənin həyat hekayəsinə həsr olunub.

Fərman Kərimzadə 1937-ci il martın 3-də Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. İbtidai təhsilinə orada başlayan yazıçı orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirib. 1955-1960-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb.

F.Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qarlı aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii filmi çəkilmişdir), "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir.

O, 1989-cu il martın 17-də qəfil ürəktutmasından vəfat edib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

 

Dünyapress TV

Xəbər lenti