Ardını oxu...
Amerikalı məşhur aktyor Conni Vaktor öldürülüb.

TEREF Lent.az-a istinadən xəbər verir ki, aktyor Los-Ancelesdə güllələnib.

Los Anceles Polis Departamentinin məlumatına görə, hadisə bazar günü saat 3 radələrində Vest-Piko bulvarı və Sayt-Houp küçəsi ərazisində baş verib.

Məlumata görə, xəstəxanaya çatdırılan 37 yaşlı Vaktor aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, aktyor daha çox “General hospital” serialındakı Brando Corbin rolu ilə tanınıb.
 
Ardını oxu...
XVI yüzyılın Osmanlı kayıtlarında TÜRKMEN olarak adı geçen ve bugün kendini Kürt sanan bazı aşiretler:
Barzan Aşireti,
Hörmekli Aşireti,
Karaballı Aşireti,
Pınarlı Aşireti,
Kubatlı Aşireti,
Delibudak Oymağı,
Karagüne Aşireti,
Şıhbızın Aşireti,
Şarran Aşireti ,
Aykut Oymağı,
Çemişgezeklü Aşireti,
Kureyşan Aşireti,
Beskan Aşireti,
Milli Aşireti,
Modanlı Aşireti,
Şavak Aşireti,
Abbasan Aşireti,
Ağuçan Aşireti,
Bekiran Aşireti,
Zerikan Aşireti,
Karakeçili Aşireti,
Avşarlu Aşireti,
Begdili Aşireti,
Hınıslu Aşireti,
Küresinli Aşireti,
Lek Aşireti,
Batıkan Aşireti,
Herkili Aşireti,
Kılıçlı Aşireti
Mukri Aşireti,
Türkan Aşireti,
Şadıllı Aşireti,
Çapanoğlu Aşireti,
Ertuşi Aşireti,
Rışvan Aşireti,
Burukan Aşireti,
Babat Aşireti,
Dersimli Aşireti,
Karaçoban Aşireti,
Tanas Aşireti,
İzzeddinli Aşireti.
Osmanlı arşivlerinde Türkmen olarak kaydı bulunan bir çok aşiret baskı, etnik dışlanmışlık, aşırı vergi alınması gibi etkilerde kalarak kendini Kürt saymıştır. Çünkü Osmanlıda Türkmenler Alevi olduğu için ağır vergiye tabi tutulur hem de askerler Türkmenlerden toplanırdı. Kürtler ise Sünni idi. Kürtler askerlikten ve de vergiden muaf idi.
Acı ama maalesef gerçek budur. "Kürtleşen Türkmen Aşiretleri" kitabını okumanızı tasviye ederim Tarihçi Halaçoğlu'nun tespitlerine göre de, yukarıda adı geçen aşiretlerin tamamı Türk'tür.
Nurettin Kamil Söyler
TEREF
Ardını oxu...
Baku TV-nin efirində "O vaxtlar" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında 40 ildir gözətçilik edən Mərdəkan sakini Vidadi Yaftumov Mərdəkan qalasından, abidənin sirrindən bəhs edib:

"Bakı qoçuları ermənilərin qabağını burada alırdı. Bütün Abşeron kəndlərində sahilboyu qalalar olub: müdafiə və müşahidə qalaları. Dördkünc formada olan müdafiə, girdə şəklində olan qalalar isə müşahidə üçün tikilib".

O, Bakı kəndlərinin bir-biri ilə çox yaxın münasibətdə olduğunu söyləyib:

"Toy-nişan olanda Şüvəlan, Binə, Maştağa sakinləri həmişə bir yerə yığışardı. Bizi ayıran şey olmayıb. Əksinə, bir-birimizə daha da yaxınlaşırıq. Ayrı-ayrı Bakı kəndlərindən olan cavanlar evlənir, ailə daha da böyüyür".

Vidadi dayı "Bir qalanın sirri" filminin 1959-cu ildə onların evində çəkildiyini də qeyd edib.

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Ankarada 28 may - Müstəqillik Günü və 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.

Qardaş Türkiyədə Azərbaycana xüsusi münasibətin göstəricisi olaraq bayram tədbiri adətən mühüm dövlət tədbirlərinin keçirildiyi Türkiyə Respublikasının Prezidenti Administrasiyasının Konqres və Mədəniyyət Mərkəzində təşkil edilib.

Müstəqilliyimiz uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsinə 1 dəqiqəlik sükut və iki ölkənin dövlət himnlərinin səsləndirilməsinin ardından açılış çıxışları edilib.

Səfir Rəşad Məmmədov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı olan müstəqil Azərbaycan Respublikasının dövlət və ordu quruculuğunda əldə etdiyi uğurlardan danışıb və bütün həmvətənlərimizi bu əlamətdar gün münasibətilə təbrik edib. Səfir Azərbaycan - Türkiyə münasibətlərinin dövlətüstü xarakterindən danışaraq iki ölkənin dövlət başçılarının - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bu münasibətlərin inkişafına verdiyi töhfəni vurğulayıb.

Dövlət qonağı qismində tədbirdə iştirak edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş çıxışında Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibəti ilə təbriklərini çatdırıb və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin türk dünyasının güclənməsində roluna toxunub. TBMM sədri Azərbaycanın son dövrlərdə əldə etdiyi uğurlardan danışıb, torpaqlarını işğaldan azad edən Azərbaycanı alqışlayıb.

Çıxışların ardından Azərbaycanın müstəqillik tarixini əks etdirən qısa film nümayiş etdirilib.

Bayram tədbirinin bədii hissəsində müğənni Çinarə Məlikzadə, Müdafiə Nazirliyinin Hərbi Orkestrinin solistləri Kənan Qədimov və Aynur İsgəndərlinin, eləcə Azərbaycan Respublikasının xalq artisti tarzan Sahib Paşazadənin və Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə təntənəli konsert proqramı təqdim olunub, milli musiqimizin nümunələri və sevilən Azərbaycan rəqsləri sərgilənib.

Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunmuş bayram tədbirində Türkiyənin Respublikasının yüksək vəzifəli şəxsləri və digər dövlət rəsmiləri, millət vəkilləri, Türkiyə ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız iştirak edib.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Atamdan keçmişdə danışa bilmirəm. Hər dəfə onun haqda danışıb müsahibə verəndə, ötən günləri xatırlayanda özümə gələ bilmirəm. 2-3 gün ağlayıram. Ona görə də bir çox müsahibələrdən imtina edirəm. İstəmirəm atamı keçmişdə xatırlayım. Çünki həyatımın elə bir mərhələsi yoxdur ki, atamı yanımda hiss etməyim. Onun qızı olduğum üçün çox xoşbəxtəm. Bir dəfə Ulu Öndər Heydər Əliyev bizimlə görüşəndə dedi ki, atanın evi haradadır? Ona dedim ki, atamın evini satmışam. Mənə dedi ki, “Xoruz baba”nın evini necə sata bilərsən axı? Ona izah etdim ki, o evə gedə bilmirəm. Heydər Əliyev atamı çox istəyirdi. Həmişə atama deyirdi ki, mən xalqın prezidentiyəm, sən isə Azərbaycan uşaqlarının prezidenti. O dahi şəxsiyyət atama bu qədər dəyər və önəm verirdi”.
TEREF bildirir ki, bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Hüseynağa Sadıqovun qızı Tamilla Sadıqova deyib.

“Atam uşaqları, insanları çox istəyirdi. Çalışırdı ki, hər kəsə yaxşılıq etsin. Mənə də öyrədirdi ki, yaxşılıq etsən sənə yaxşılıq qayıdacaq, pislik etsən isə pislik. Uşaqları sevməyinin bir səbəbi də onlara yaxşılığı, zəhməti, dürüstlüyü izah, təbliğ etmək idi. O həmişə deyirdi ki, uşaqlar bilməlidir ki, nağıllarda yaxşılıq pisliyə qalib gəlir. Mən də uşaqları çox sevirəm, çalışıram onlara diqqət göstərim. Bu keyfiyyət mənə atamdan keçib. Bizim evimizə kisələrlə məktublar gəlirdi. Atam həm teatrda çalışırdı, həm də kinolara çəkilirdi. Amma bununla belə o vaxt tapıb bütün məktubları oxuyurdu. Bəzən ona sual verirdim ki, ata, axı bu qədər məktubu oxuyub bitirə bilməzsən, bəlkə oxumayasan?! Mənə deyirdi ki, o uşaqdır, mənə məktub yazıb, onun məktubunu oxumayıb qəlbini qıra bilmərəm. Çox həssas insan idi. Hətta mən uşaq olanda atamı uşaqlara qısqanırdım. Atam onlarla görüşəndə hönkürtü ilə ağladığım vaxtlar da olub”, - deyə sənətkarın övladı bildirib.

Tamilla Sadıqova deyir ki, atası uşaqlarla görüşüb gələndən 2 gün sonra dünyasını dəyişib.

“Atamın səhhəti bir o qədər də yaxşı deyildi. Bir gün yaxşı olurdu, bir gün də pis. Həkimlər ona televiziyaya getməyi, teatrda çalışmağı qadağan etmişdilər. Əlbəttə ki, sənət üçün darıxırdı. Amma biz də bilirdik ki, onun ömrünə sayılı günlər qalıb. Xəstəxanadan yeni çıxmışdı. Televiziyadan zəng edib ona dedilər ki, gəlin uşaqlar üçün nağıl oxuyun. O vaxt uşaqlar televiziyaya axın edib gəlmişdilər ki, atamla görüşsünlər. Sözün düzü anam bu telefona zənginə əsəbləşmişdi. Dedi ki, Hüseynağa xəstədir, o necə gələ bilər? Amma atam xəstə-xəstə gedib uşaqlarla görüşdü. Bu onun uşaqlarla son görüşü oldu. 2 gündən sonra dünyasını dəyişdi. Ürəyi partlamışdı. Həmişə vəsiyyət edirdi ki, mənə dəbdəbəli başdaşı qoymayın. Dəbdəbədən uzaq biri idi. Biz də onun bu vəsiyyətini yerinə yetirdik. Ona başdaşı qoymadıq, sadə bir məzar hazırlatdıq”, - deyə sənətkarın qızı bildirib.
 
 
 

Ardını oxu...

Stiven Spilberqin yeni filmi 2026-cı il mayın 15-də tamaşaçılara təqdim olunacaq.

Film məşhur ABŞ kinorejissorunun təsis etdiyi "Amblin Entertainment" studiyası tərəfindən hazırlanır.

Filmin adı hələ açıqlanmayıb, lakin onun orijinal ssenari əsasında blokbaster olacağı məlumdur.

Ssenarini daha əvvəl Spilberqlə "Yura dövrü parkı" və "İndiana Cons" və "İndiana Cons və Kristal kəllə krallığı" filmlərində əməkdaşlıq etmiş Devid Kepp yazır. Bu filmlər birlikdə dünya üzrə 3 milyard dollardan çox gəlir gətirib.

Bundan əvvəl qeyd olunmuşdu ki, 77 yaşlı Spilberq UNO ilə bağlı hekayə üzərində işləyir.

Xatırladaq ki, rejissorun son filmi olan "Fabelmanlar" avtobioqrafik dramı 2022-ci ilin sentyabrında ekranlara çıxıb.

 

Gundemxeber.az

Ardını oxu...
Telli Pənah qızı Əliyeva 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Telli Pənah qızı Əliyeva Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Əməkdar mədəniyyət işçisi, şairə, publisist Telli Pənahqızının sabah 70 yaşı tamam olur.
 
Ardını oxu...
Türk tarixçi Ümit Doğanın qələmə aldığı “Mövlana Həqiqəti, Mövlananın Bilinməyən Yönləri və Sarsıdıcı Faktlar” adlı kitabda yer alan iddialar müzakirələrə səbəb olub.

"DogruXeber.az" xəbər verir ki, kitabda Hz. Mövlananın monqollarla münasibətləri və onunla Ahi Evran arasındakı münaqişənin pərdəarxası məqamları qeyd olunub.

Ümit Doğan böyük ictimai müzakirəyə səbəb olacağı gözlənilən kitabla bağlı türk mətbuatına açıqlama verib: "Hz. Mövlana ilə türkmənlərin monqollara qarşı müqavimətinin simvoluna çevrilən Ahi Evran arasında düşmənçilik var idi. Üstəlik, bizi güldürən, düşündürən zarafatları ilə hamının sevimlisinə çevrilən Ahi Evran əslində Nəsrəddin Xocanın özü idi”.

Tarixçinin sözlərinə görə, insanlara Mövlananın sözləriymiş kimi öyrədilən kəlamların demək olar ki, heç biri Mövlanaya aid deyil: “Hətta Mövlananın ümumbəşəri tolerantlıq mesajı kimi bildiyimiz məşhur “Nə olursan ol, yenə gəl” sözü də Mövlanadan əsrlər əvvəl yaşamış başqa bir sufinin sözləridir”.
Ardını oxu...
77 yaşlı Silvestr Stallone və həyat yoldaşı Cennifer Flavin evliliklərinin 27-ci ildönümünü qeyd ediblər.

Nadir fotonu aktyor sosial şəbəkə hesabında paylaşıb.

Rokki Balboa obrazını canlandıran aktyor fotoya "Həyatımın eşqi ilə 27 il" şərhini yazıb.
Ardını oxu...
Pərəstişkarları cütlüyü səmimi qəlbdən təbrik edib və bir neçə il əvvəl boşanma ərəfəsində evliliklərini xilas edə bildikləri üçün şad olduqlarını bildiriblər.

Xatırladaq ki, Stallone ilə Flavin arasında 22 yaş fərqi var.

Mənbə: peopletalk.ru
 
Ardını oxu...
Bolşoy Teatrında tamaşa zamanı yalançı həyəcan təbili çalıb.

Bu barədə “RIA Novosti!” məlumat yayıb.

“Moskvada “Bolşoy Teatr”da tamaşa zamanı yalançı həyəcan təbili çalıb. 1000-ə yaxın insan sərbəst şəkildə binanı tərk edib”, - məlumatda deyilir.

Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir./Apa/

Dünyapress TV

Xəbər lenti