FOTO

Ardını oxu...
 

Bakıda davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un iştirakçılarının asudə vaxtının səmərəli təşkili, əcnəbi qonaqlara Azərbaycanın zəngin mədəni irsinin, incəsənətinin tanıdılması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən maraqlı bədii proqram da hazırlanıb.

Musavat.com xəbər verir ki, noyabrın 13-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Oyanış" adlı proqram – şou-kompozisiya təqdim olunub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi proqramı COP29-la bağlı Bakıya gəlmiş müxtəlif ölkələrin rəsmiləri də daxil olmaqla geniş tamaşaçı auditoriyası böyük maraqla izləyib.

“Oyanış” – insanın təbiətlə vəhdətini bərpa edən və bəşər varlığını həyat üçün zəruri olan ilkin elementlərə diqqətlə nəzər salmağa təşviq edən müqəddəs bir ayindir. Yaşadığımız dövrdə hava, su, torpaq və od kimi vacib elementlər yeni düşüncələrə ilham verən mövzulara çevrilib. Buna görə də bu tamaşa suyu həyatla, havanı zəkanın gücü ilə, torpağı şüurlu varlıqla, atəşi isə sivilizasiyanın işığı ilə birləşdirən bir oyanış kimi nəzərdə tutulub. Bəşəriyyət uzaq keçmişdən bu günə səyahət edən kahinlərin müdrikliyindən nəsihət alaraq hər bir elementin tərkibində təbiətə aid sənət əsərinin olduğuna şahidlik edir.

Şou-kompozisiyada yer alan xalça təsviri saysız-hesabsız düyünlərin nəticəsidir, biz də insanlar arasında kollektiv iradə sayəsində əldə edilmiş birliyin gözəlliyini məhz bu formada təsvir edirik. İnsan məhdudiyyətlərinin məhbusuna çevrilmiş Qız qalasının saf ruhlu şahzadəsi onu gizlədən daşlar arasından azad olub “insan olmağı” hər birimizə xatırladaraq bizi bu gözəllik, saflıq və kövrəkliklə ruhlandırır. İnsan olmaq, həqiqətən də, malik olduğumuz kövrəkliyi qəbul etmək deməkdir, amma bu, o demək deyil ki, biz həyat səhnəsində olmalı deyilik. Unutmayaq ki, həyat özü gözəllik kimidir. Ona qayğı göstərilmirsə, haqqı verilmirsə, o, mövcud deyil. Buna görə də, hər şeyə yeni nəfəs verilsin deyə bəşəriyyətə təqdim edilən Oyanış yeni dünyanın elçisi kimi rəqsin vəcdi və baharın şövqedici arzusu ilə alovlanır...

Azərbaycan sənətçiləri ilə yanaşı, əcnəbi incəsənət ustalarının da iştirakı ilə hazırlanan şou-kompozisiyanın rejissoru və ssenaristi Françesko Bondi, musiqi rəhbəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
Türkiyəli aktyor Aras Bulut İynemlinin baş rolunu canlandırdığı “Deha” serialından qazandığı məbləğ bəlli olub.

Aktyor serialın hər bölümünə görə 1 milyon 500 min lirə, yəni təxminən 74 min 500 manat qazanır.

Aras Bulut İynemli Türkiyənin ən istedadlı baş rol oyunçularından biri hesab olunur. “7-ci koğuşdakı mucize” filmindən sonra onun populyarlığı daha da artıb
 
Ardını oxu...
  

COP29-un Yaşıl Zonasında Azərbaycanın milli dəyərləri təqdim olunur.

Belə ki, burada qədim sənətkarlıq növlərini əks etdirən stendlər quraşdırılıb.

Tədbir iştirakçıları isə Azərbaycanın qədim tarixi ilə yaxından tanış olur, qonaqlar xalça toxumağı öyrənirlər.

Master-klas bitdikdən sonra isə qonaqlara sertifikatlar təqdim olunur.

Ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür.

Oxu.Az xəbər verir ki, ölkə Konstitusiyası 29 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib.

Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi.

Azərbaycan dövlətinin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.

Bu il artıq dördüncü dəfədir ki, Konstitusiya Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib.

2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.
 
Ardını oxu...
Bir zamanların reytinqli serialı "Üvey Baba"nın aktyoru Şemsi İnkaya illər sonra açıqlaması ilə marağa səbəb olub.
O, jurnalistlərə açıqlamasında yeni texnologiyalardan uzaq durduğunu bildirib.

"Mənim telefonumda internet yoxdur. Smartfonum olsa, indiyə qədər başım bəla çəkmişdi. Həbsxanada idim. Kim bilir, nələr yazacaqdım".

Xatırladaq ki, Şemsi İnkaya ilər əvvəl "Üvey Baba" serialındakı "Halil" obrazı ilə məşhurlaşmışdı.//Baku.ws
Ardını oxu...
Məlum olduğu kimi, cari ilin sentyabr ayında erməni əsilli iordaniyalı rejissor Sarin Hayrapetyanın çəkdiyi “mənim şirin torpağım” adlı filminin “ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatına təqdim edilmək üçün seçilsə də, Azərbaycan tərəfinin prosesə müdaxiləsindən sonra film “Oskar” nominasiyasından geri götürülüb. Eyni zamanda, filmin İordaniyada nümayişi qadağan edilib.

Maraqlıdır, ölkəmizdə Qarabağ, onun Azərbaycana məxsusluğu, zəngin tarixi ilə bağlı filmlər çəkilirmi? Bu sahədə görülən işlər nə dərəcədə qənaətbəxşdir?

Moderator.az-a açıqlama verən Xalq artisti Nurəddin Mehdixanlı, mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Təəssüflər olsun ki, biz həmşə bu məsələdə geri qalırıq. Öz enerjimizi ermənilərin gördüyü təxribat xarakterli işlərin qarşısını almağa sərf edirik. Halbuki, biz prosesləri qabaqlaya bilərik. Biz tariximizlə bağlı sənədli-bədii, tarixi-xroniki filmlərin çəkilməsinə az diqqət edirik. Halbuki, biz bu materiallar vasitəsilə bir neçə dildə sənədli filmlər çəkib yaya bilərik. Bunun üçün Azərbaycanın kifayət qədər imkanı var.

Bizim televiziya kanallarımız ailə-məişət mövzusundan kənara çıxa bilmir. Azərbaycanda bəzi televizya kanalları ailə institutunu dağıdan verilişlər efirə verir. Bunun əvəzində Azərbaycan tarixi ilə bağlı sənədli filmlər çəkmək olar. Bunun üçün gərəkli olan bütün sənədlər, tarixi faktlar ortadadır.

Bir daha qeyd edirəm ki, biz bu işdə geridə qalırıq və bu geriliyi hökmən aradan qaldırmalıyıq”.
 
Ardını oxu...
Oğuz Türklerin
Dede Korkutları
Piri Ahmed Asetan Türk'tür.
Ahmed Yesevî Türk'tür.
Hacı Bayram Veli Türk'tür.
Hacı Bektaşi Veli Türk'tür.
Şeyh Şabani Veli Türk'tür.
Erzurumlu İbrahim Hakkı Türk'tür.
Kul Nesimi Türk'tür.
Pir Sultan Abdal Türk'tür.
Kaygusuz Abdal Türk'tür.
Şah İsmail Türk'tür.
Yunus Emre Türk'tür.
Ali Şir Nevai Türk'tür.
Kul Himmet Türk'tür.
Şeyh Bedrettin Türk'tür.
Abdal Musa Türk'tür.
Virani Türk'tür.
Fuzuli Türk'tür.
Dadaloğlu Türk'tür.
Köroğlu Türk'tür.
Dedemoglu Türk'tür.
Saru Saltık Türk'tür.
Kalenderoğlu Türk'tür.
Baba İlyas Türk'tür.
Aşık Dertli Türk'tür.
Gevheri Türk'tür.
Teslim Abdal Türk'tür.
Kazak Abdal Türk'tür.
Karacaoğlan Türk'tür.
Aşık Veysel Türk'tür
Bu Türk erenlerinin hepsi Türkçe konuşmuş, Türkçe yazmış, Türk kültürünün tarihi değerleri olarak yerini almıştır. Asırlar öncesinden yazdıkları öz Türkçe deyişleri hala türkü olup kulaklarımızda çınlıyor. Türk kültürü engindir.
TANRI TÜRK'Ü KORUSUN
Ne,MUTLU TÜRKÜM DİYENE
Ayrım Alı Avasalı
 
Ardını oxu...
"Forrest Qamp" obrazı ilə tanınan amerikalı kinoaktyor Tom Henks Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra verdiyi sözə əməl edib və ABŞ-ni tərk edib.

TNS xəbər verir ki, bu barədə "The Direct" Henksin pərəstişkarlarına yazdığı açıq məktubdan sitat gətirərək məlumat yayıb.

"Ağır ürəklə və daha da ağır bir çamadanla elan edirəm: mən ölkəni rəsmən tərk etdim. Bəli, düz eşitdiniz - indi bunu uzaq, naməlum bir yerdən, gözəl mənzərəsi olan yerdən yazıram... ", - Henks məktubda qeyd edib.

Aktyor ölkədən getmə səbəblərini belə izah verib:

"Tramın ikinci dəfə Prezident seçilməsi mənim hazırlaşdığım şey deyildi. Nəticələri görəndə düşündüm: "Qaç, "Forrest", qaç!" Mən də məhz belə etdim".

Aktyor pərəstişkarlarını onun ABŞ-ni həmişəlik tərk edəcəyini düşünməməyə çağırıb və Donald Trampın prezidentlik müddəti bitdikdən sonra geri qayıda biləcəyini açıqlayıb.
 
Ardını oxu...
Mərkəzi Afrika Respublikasında mərhum teoloq və politoloq Heydər Camalın oğlu, tanınmış jurnalist Orxan Camal qətlə yetirilib. Artıq hadisənin bəzi detalları da məlum olub.İlkin məlumata görə, Vaqnerin şəxsi hərbi şirkətinin fəaliyyəti barədə sənədli film hazırlamaq üçün MAR-a yollanan çəkiliş qrupunun üzvlərini 10 nəfər tutub.

Onlar ərəb dilində danışıblar:

“Çəkiliş qrupu axşam saat 19:00 radələrində şəhərdən çıxıb. Təhlükəsizlik qüvvələri artıq qaranlıq olduğu üçün onlara şəhərdən çıxmamağı tövsiyə edib, lakin qulaq asmayıblar. Onlara Sibyu şəhərindən 23 km uzaqlıqda hücum edilib. Hücum edənlərin hamısı əmmamədə olublar və ərəbcə danışıblar".

Bəs qətlə yetirilən Orxan Camal hansı məşhur nəslin oğludur?

Femida.az xəbər verir ki, O, şərqşünas-islamşünas yazar Heydər Camalın oğludur. Heydər Camal 1947-ci ilin 6 iyun Moskva şəhərində anadan olub. Atası azərbaycanlı rəssam Cövdət Camal, anası isə rus əsilli İrina Şapovalovadır. Əslən şuşalı olan H.Camal Qarabağın məşhur Sarıcalılar nəslindəndir. Hələ uşaq ikən Şuşaya - ata yurduna köçən ailəsi burda da çox qalmır. Yenidən geri dönür. Məktəbi bitirəndən sonra Heydər Camal 1965-ci ildə Şərq dilləri institutuna daxil olsa da, 1 il sonra siyasi motivlərlə təhsil ocağından qovulub.

1992-ci ildə Ayətulla Xomeyninin oğlu Əhməd Xomeyni ilə əlaqə qurur. Bu əlaqə 1994-cü ilə, yəni Əhmədin vəfatına qədər davam edir. Bu iki il ərzində Heydər dəfələrlə İrana səfər edir, Tacikistanda sülhü bərqərar etmək üçün sülh danışıqları aparır, Rusiya mərkəzi telekanallarında yayımlanması nəzərdə tutulan və İrandan bəhs edən filmlər təşkil edir. Əhmədin ölümündən sonra İranın yüksəkçinli rəhbərləri ilə əlaqələr qurur. Bu sıraya İranın xarici işlər naziri Vilayəti, parlament spikeri Natiq-Nuri, "İran İslam inqilabı keşikçiləri korpusu"nun liderləri daxil idi.

Heydər Camal Rusiyanın ən savadlı politoloqlarından və ideoloqlarından biri idi. O, qəti mövqeyinə, prisipinə görə hörmət qazanmış şəxsiyyət idi. Rusiya ictimai rəyində Dağlıq Qarabağ problemini obyektiv, ədalətli müdafiə edən, hər cür erməni uydurmalarına qarşı yerində və tutarlı cavab verən, kifayət qədər prinsipial və vətənpərvər mövqe sərgiləyib. Heydər Camal 2016-cı ilin dekabr ayının 4-dən 5-inə keçən gecə Alma-Ata şəhərində vəfat edib. Vəsiyyətinə əsasən Alma-Atada dəfn edilib.

1966-cı ildə oğlu Orxan Camal dünyaya gəlir. Orxan Camal Rusiya paytaxtındakı Geologiya-kəşfiyyat İnstitutunun məzunudur. 1988-ci ildən televiziyada çalışıb, “Zdorovye” (“Sağlamlıq”) kimi məşhur teleproqramının rejissoru olub. Sonrakı dövrdə öz ixtisası üzrə işləmiş O.Camal 1995-ci ildən jurnalistika ilə məşğul olmağa başlayıb. Onun imzası “Veçernyaya Moskva”, “Veçerniy kuryer”, “Nezavisimaya qazeta”, “Novaya qazeta”, “Versiya” kimi nəşrlərdə görünüb. Şimali Qafqaz, Cənubi Osetiya, Əfqanıstan, İraq, Liviya kimi “qaynar nöqtələr”də, habelə Səudiyyə Ərəbistanında peşəkar fəaliyyətilə tanınan O.Camal 2011-ci il avqustun 22-də Liviyada Tripoli uğrunda gedən döyüşlərdə ayağından yaralanıb.

Jurnalist yeni minilliyin ilk gürcü-rus müharibəsini özünün “Beşgünlük müharibənin xronikası” (2008) kitabında əks etdirib.

2000-ci ildə O.Camal Dini Jurnalistlər İttifaqının təsisçilərindən biri olub. 2005-ci ildə Rusiya Jurnalistlər Birliyi yanında “Tədqiqat komitəsi” jurnalist araşdırmaları Agentliyinin təsis edib və onun icraçı direktoru olub. Bundan başqa, O.Camal 2003-cü ildə “Travel” janrında ən yaşı jurnalist adı qazanıb. Xanımı İrina Qordienko da qələm sahibidir.
 
Ardını oxu...
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib.

2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” qanun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Bu il artıq dördüncü dəfədir ki, Dövlət Bayrağı Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur.

2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.

Hazırda azad edilmiş bütün torpaqlarda bayrağımız dalğalanır.
 
 
 

Dünyapress TV

Xəbər lenti