4000 il yaşı olan tapıntı - Olduğu kimi qalıb - FOTO
Omanda tapılan 4000 illik musiqi aləti arxeoloqları təəccübləndirib.
Bakupost.az Fox News-a istinadən xəbər verir ki, qədim Dahva yaşayış məskənində aparılan qazıntılar zamanı arxeoloqlar bir cüt mis disk aşkar ediblər ki, diqqətlə tədqiq edildikdən sonra onların eramızdan əvvəl 2200-2000-ci illərə aid zərb aləti - qədim sinclər olduğu üzə çıxıb.
Hər birinin diametri 138 mm olan iki eyni yuvarlaq lövhə kiçik bir çuxurlu relyef mərkəzinə malikdir. Divarların qalınlığı cəmi 1,5-2 mm-dir ki, bu da qədim metallurqların yüksək məharətindən xəbər verir. Dörd minillik ərzində alətlət korroziyaya uğrasa da, olduqca yaxşı vəziyyətdə qalıblar.
Bu, bölgə üçün unikal tapıntıdır. Arxeoloq Xaled Douglas qeyd edib ki, onlar Yaxın Şərqdə musiqi alətlərinin mənşəyi və inkişafı ilə bağlı mövcud nəzəriyyələri sual altında qoyur.
Alimlər sinclərdən dini ayinlərdə və məbəd mərasimlərində istifadə olunduğunu ehtimal edirlər. Onların kəşfi Fars körfəzinin qədim sivilizasiyaları arasında mədəni mübadilədə musiqinin mühüm rolundan xəbər verir.
Arxeoloqlar əlavə ediblər ki, kəşf xüsusilə qiymətlidir, çünki qədim musiqi alətləri bu günə qədər nadir hallarda olduğu kimi qalır.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1745008760_2.jpg
 

Dünyapress TV

Xəbər lenti