Ardını oxu...
Biz ki Melik-i Turan, Emir-i Türkistan'ız, biz ki Türk oğlu Türk'üz; biz ki milletlerin en kadimi ve en ulu'su Türk'ün başbuğuyuz!
Emir Timur
***
Timur Devleti, Timur Han tarafından 1370 yılında tarih sahnesine çıkan ve kısa süre içerisinde Delhi’den Bursa’ya kadar uzanan geniş coğrafyayı hakimiyet altına alan, Timur Han’ın ölümü üzerine parçalanıp yıkılan büyük bir Türk Devleti olarak tarih sahnesinde yer alır.
***
Timur İmparatorluğu Tarihi
Timur İmparatorluğu, Hunlar, Göktürkler, Uygurlar, Karahanlılar, Gazneliler, Selçuklular ve Harzemşahlar yıkılmasından sonra Türklerin Türkistan’da kurduğu en büyük devlet olmuş ve İslam mimarisinin geliştiği bu dönemde en parlak zamanını yaşamıştır. Bu imparatorluk sayesinde Çağatay Türkçesi yüksek bir kültür dili olarak Kırım, Kazan, Azerbaycan ve Türkistan’da tanınmıştır. İmparator Timur dinin, sanat ve ilmin koruyucusu olarak Türk dilinin, sanat ve kültürünün Fars kültürü baskısı altında kaybolmasını önlemiştir. Onun döneminde özellikle Türk edebiyatı önemli gelişmeler göstererek sanat, bilim ve edebiyat dünyasında adeta Rönesans yaşanmıştır.
Timur Devleti (Timurlular) Kuruluşu
Timur Han, Horasan merkezli kurduğu hakimiyetini kısa bir zaman içinde teşkilatlandırarak tam anlamı ile bağımsız ve güçlü bir devlet olan Timur Devleti’ni 1370 yılında kurmuştur. Timur Han, Maveraünnehir’e hakim olan Moğolların bölgeyi uzaktan valiler ve emirler aracılığı ile idare etmesinden yararlanarak adımlarını atmıştır. Bu bölgede bulunan otorite boşluğu, Türk-Moğol kabilelerinin Timur Han’a bağlılıklarını ilan etmesine neden olmuştur. Çağatay imparatorluğu güç kaybetmiş, Horasan e Maveraünnehir’de güç Timur Devleti’ne geçmiştir.
Timur Devleti Kurucusu
Timur Devleti’nin kurucusu Timur Han, 1336 yılında Semerkand yakınlarında bulunan Keş şehrinde dünyaya gelmiştir. Bu bölge, 1300’lü yıllarda Moğol hakimiyeti altındaydı. Bölgesel yönetimler ile yönetilen Maveraünnehir ve Semerkand eşrafı, yerel Türk Halkı ve Moğolların bir arada yaşadığı ve kaynaştığı bir sosyal yapıya haizdi. Tarihte aksak yürümesi nedeni ile adı Aksak Timur olarak da anılan bu güçlü hükümdar, Barlas Boyuna mensup Moğol kökenli bir Türk Hükümdarıdır. Timur han da kendisini Türk olarak kabul etmiş ve her zaman Türklüğü ile övünmüştür.
***
Timur Devleti Hükümdarları
- Timur Devleti’nin kurucusu ve ilk hükümdarı Timur Han’dır.
- Halil Sultan Bin Miranşah: Timur Han’ın büyük oğlu Miranşah’ın oğludur. 1405-1409 yılları arasında Timur Sultanı olarak hüküm sürmüştür.
- Abdullah Mirza: Timur Devleti’nin kısa zaman idarede bulunan hükümdarlarından biridir. İran, Afganistan, Pakistan topraklarını yönetmiştir. 1410 yılı sonrasından başlayarak 1451 yılının haziran ayına kadar yönetimde söz sahibi olmuştur.
- Şahruh Mirza: Timur İmparatorluğu’nun üçüncü hükümdarıdır.
- Uluğ Bey: Timur İmparatorluğu’nun dördüncü hükümdarıdır. Aynı zamanda ünlü bir astronomi ve matematik bilginidir.
- Ebu Said Mirza: 1451-1469 yılları arasında hükümdarlık yapmıştır.
- Hüseyin Baykara: Timur İmparatorluğu hükümdarı olup aynı zamanda şairdir.
- Bediüzzaman Mirza: Son Timur Devleti Hükümdarıdır. Herat’ta Timur Devleti Hükümdarı olan Hüseyin Baykara’nın oğludur.
***
Timur Devleti Sınırları
Timur Devleti’nin sınırları, İtil (Volga) nehrinden Hindistan’daki Ganj nehrine; Tanrı Dağlarından İzmir ve Şam’a kadar uzanmıştır. Harezm, Turfan, Irak, Güney Anadolu, Altın Ordu hanlığı, Delhi Sultanlığı, Suriye ve 1402 yılında Ankara Savaşı ile Osmanlı Devleti’ni kendi emri altına alarak topraklarını imparatorluğu süresince genişletmeye devam etmiştir.
Timur Devleti Yıkılışı
Hüseyin Baykara’nın ölümü üzerine yerine Büyük oğlu Bediüzzaman geçmiştir. Kardeşi Babür ile gücünü birleştirmiş ve Özbek seferini gerçekleştirmek istemiştir. Başarılı olamamıştır. Bunun üzerine Özbekler, Herat’ı işgal etmişlerdir. Bediüzzaman ve Babür ordularını dağıtmış ve 1507 yılında yenilgiyi kabul etmiştir. Timur Devleti’nin yıkılması ile egemenlik alanlarını sahiplenen Özbekler, zamanla bölgenin tek hakimi haline gelmiştir.
 
 
 
Ardını oxu...
TÜRKLER ARAPLARDAN BİN YIL ÖNCE TANRI'YI BİLİYORDU...
(R. C. Jesse Russell)
Arapların putlara Perslerin ateşe taptıkları dönemden 800 sene önce, bir ve tek olan Tanrı’ya inanan Türk Hun Hükümdarları şu duayı okurlardı:
“Ulu Tanrı.
Her şeyi yaratan Tanrı.
Yenilmez, yıkılmaz, ölmez, bitmez, yitmez, yok olmaz Tanrı.
Suyu donduran, buzu eriten, buzdan su yürüten, sudan ırmak coşturan, ırmaktan göl dolduran, gölde balık gezdiren Tanrı.
Kuru derelere pınar koşturan, ota ağaca can yürüten, ottan ağaçtan çiçek çıkartan, çiçeklerden oğul veren, arıya bal yaptıran Tanrı.
Günümüzü aydınlatan, gecemizi yıldızlarla süsleyen Tanrı.
Bize yeni bir yıl veren Tanrı.
Bu yıl bize bol ver, bolluk ver!
Otumuz otlağımız bol ver.
Kulunlarımız kuzularımız bol ver.
Yapağımız yünümüz, yağımız sütümüz, peynirimiz, kımızımız bol ver.
Yağmurumuz suyumuz bol ver.
Avlağımız avımız bol ver.
Urısı, kızı oğulumuz bol ver.
Anamızı balamızı, oğulumuzu kızımızı, gencimizi yaşlımızı, bu Kara Yer üzerinde hepimizi kara çorlardan sakla, isizlikten bizi esirge Yüce Tanrı.
Yayımız yaman, okumuz şaşmaz, kılıcımız keskin kıl.
Yağının başını munsuz, bileklerimizi güçsüz, yüreklerimizi umutsuz koma.
Bahar geçsin yaz gelsin, yaz geçip güz gelsin, güz buduna yeğni gelsin.
Kuzumuz, kulunumuz, oğulumuz çok olsun.
TÜRK çoğalsın Acun üze bey olsun.
Aç, çıplak kalmasın, acun düzen dirlik bulsun.
Yer ve gök ülüşü için, atalarımız tini için sunduğumuz iduklarımızı una.
YÜCE TANRI.
TÜRK Budun ilsiz kılma, TÜRK Budun başsız kılma, TÜRK Budun töresiz kılma, Hun Budun yüzün yere vurma, TÜRK Budun tutsak kılma, hatun olacak kızlarımızı kun, bey olacak oğullarımızı kul kılma.
TÜRK budununu koru.”..
Kaynak :
Ronald Cohn Jesse Russell, Tengriism,bookwika, VSD
(1 Jan. 2012)
TEREF
 

Ardını oxu...
“Tez-tez məni teatr tamaşalarına dəvət edirlər. Bilirsiniz ki, evdən çölə çıxmıram, heç bir yerə də getmirəm. Bu sahədən tamamilə uzaqlaşmışam. Amma bəzən Mədəniyyət kanalında göstərilən tamaşaları izləyirəm. Elə bil ki, bir balaca irəliləyiş var. Mənə elə gəlir ki, heç İncəsənət universiteti lazım deyil, bizdə hamı elə aktyordur (gülür)”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Elmira Şabanova deyib. O daha sonra kinonun acınacaqlı vəziyyətdə olduğunu deyib.
“Kinonun bu gün istədiyim vəziyyətdə olmaması məni çox narahat edir. Sonuncu dəfə “İçərişəhər” filmində çəkildim. Orada rolda ölürəm. Elə kino da mənimlə orada öldü. Mən bu qazanda bişmişəm. Rüstəm İbrahimbəyov kinoittifaqın sədri idi. Tez-tez bizi festivallara göndərirdi. Azərbaycana elə bir əcnəbi aktyor yox idi ki, gəlməsin. İndi bu prosseslər baş vermir. Kino hazırda yoxdur. “Azərbaycanfilm” kinostudiyasını da işlədən yox idi, bağladılar. Əcəb də etdilər. Bir-iki cavan rejissor var, onlara da film çəkməyə imkan vermirlər. İstedadlı adamların da pulu yoxdur. Komediya aktyorları gündə bir kino çəkib, kinoteatrda göstərirlər. Filmlər zəifdir. Çünki onların istedadı yoxdur. Kino çəkən rejissor hərtərəfli olmalıdır. Kinoya aid hər şeyi bilməlidir. Tək öz işini yox, həm işığı, həm kameranı, həm də yeri gələndə qrimi bilməlidir. Çəkilən kinoların da mövzusu vurub dağıtmaq, öldürməkdir. Bunu da türklərdən götürmüşük. Mən istərdim ki, elə bir mövzuda filmlər çəksinlər ki, indiyə qədər çəkilənlərdən fərqlənsin. İndi məhəbbət, sevgi mövzuları filmlərdə çatışmır. Məhəbbət tək kişinin qadına olan sevgisi deyil, onun həyata, övladlarına, vətəninə olan duyğularıdır. Belə bir film lazımdır. Hər şey vurub yıxmaqla olmur ki” deyə xalq artisti deyib.
Sevilən aktrisa televiziyalara iradını da bildirib.
“Efirlərdə eyni filmləri nümayiş etdirirlər. Olmaz axı! Gənclər bütün filmlərimizi tanımalıdırlar. 125 ildir ki, film çəkirik. Bizim filmlər yalnız o göstərilənlərdən ibarət deyil axı! Bir dəfə televiziyalara da zəng edib demişəm ki, bu nədir?! Halbuki o filmlər çox zəifdir! Heç o illərdə qəbul olunmurdu. İndi dəbə düşüb! Tənbəllik edirlər üzə çıxartmağa!” deyə sənətkar bildirib.
 
Ardını oxu...
Azərbaycanda Qurban bayramı qeyd olunur.

Dia-az.İnfo xəbər verir ki, Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 9 dekabr 2023-cü il tarixli qərarına əsasən, bu il iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün - 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının builki fətvasında deyilir ki, adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı Əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/105 saylı 27 may 2024-cü il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 16 iyun tarixinə təsadüf edəcək. Şəriətə uyğun olaraq Qurban kəsimi 16 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər.

İyun ayının 16-da məscidlərimizdə bayram namazları qılınacaq.
Ardını oxu...
Nə nazirlik, nə də Nazirlər Kabineti özünü məsul sayır

Uzun illərdir, yazılsa da, Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin təmiri “Qordi düyünü”nə düşüb.

1967-ci ildə tikilən bu bina demək olar ki, baxımsız qalıb. Halbuki indi orada Mədəniyyət Mərkəzi ilə yanaşı, seçki məntəqəsi də yerləşir, amma binanın təmiri 2019-cu ildən həllini tapmır.

Həmin ərəfədə Bakı Şəhər Baş Mədəniyyət İdarəsinə, həmçinin Mədəniyyət Nazirliyinə dəfələrlə sorğular göndərilib, hər dəfə binanın təmir ediləcəyi deyilib, amma nəticə olmayıb.

O vaxtdan Azərbaycanda 3 mədəniyyət naziri dəyişsə də, binanın təmirlə bağlı durumu dəyişmir.

Ərazisində yerləşən park isə o qədər baxımsızdır ki, Suriya xarabalıqlarını xatırladır.

Suraxanı Rayon İcra Hakimiyyətini isə belə bir mənzərə ümumiyyətlə narahat etmir, sanki yaşananlar onun inzibati ərazisində deyil.

Bu arada ARB kanalı yenidən Mədəniyyət Mərkəzi ilə bağlı mənzərəni efirdə canlandırıb.

Görünür, yeni mədəniyyət naziri bir vaxtlar jurnalist olsa belə, mətbuat oxumur, ya da ölkədə baş verənlər onu qəti maraqlandırmır. Çünki ölkə ciddi beynəlxalq bir tədbirə – COP29-a hazırlaşır.

Dünyanın 100-dən artıq ölkəsindən rəsmi şəxs və turistlərin Bakıya üz tutacağı da onları maraqlandırmır.

Ümumiyyətlə, bu binanın tikintisinin hansı şirkətə verildiyi də aydın deyil.

Mediada gedən məlumatlara görə isə Mədəniyyət Nazirliyi məsuliyyəti üzərindən atır. Yəni belə izah edirlər ki, təmir yeni nazirin vaxtında başlanılmayıb.

Bunun da izahı budur ki, pulları bundan əvvəlki nazirlər “çırpşırıblar”, köhnələrin vaxtında olub.

Ərazidə yaşayan və buradakı parkda istirahət edən yerli sakinlər isə “Arqument.az”a deyirlər ki, yeni nazir Adil Kərimli özünü bu işdə qətiyyən məsuliyyətli saymır: “Eşitdiyimizə görə yeni mədəniyyət naziri deyir ki, bu işə mən cavabdeh deyiləm. Məndən əvvəlki nazirlərin vaxtında olub. Başa da düşmürlər ki, bu kiminsə şəxsi villası deyil, dövlət qurumudur, mədəniyyət ocağıdır, dövlətin balansındadır”.

Sakinlər deyirlər ki, əgər turistlər Hövsana gəlib buranın Mədəniyyət Mərkəzi olduğunu bilsələr, Bakının COP29-a necə hazırlaşdığını görəcəklər: “Başa düşmürük, COP 29-un Hövsana aidiyyatı yoxdur? Niyə belə laqeyd münasibət bəsləyirlər?”

Mədəniyyət Nazirliyi və Nazirlər Kabineti isə baş verənlərə reaksiya vermir, əksinə susurlar. Bu acınacaqlı mənzərənin sonrakı aqibəti isə aydın deyil.
 
Ardını oxu...
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
Bakupost.az xəbər verir ki, bu, artıq uzun illər işğal altında olan Azərbaycan torpaqlarının əsarətdən qurtulduqdan sonra qeyd olunan dördüncü Milli Qurtuluş Günüdür.
Məhz 31 il əvvəl hakimiyyətə qayıdaraq Azərbaycan xalqını, dövlətini və millətini parçalanmadan xilas edən ulu öndər Heydər Əliyevin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.
Ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı əzəli və əbədi torpaqlarımızı azad edib.
Bununla da Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə BMT-nin qətnamələrini döyüş meydanında təkbaşına icra edib. Beləliklə, 30 ilə yaxın müddət ərzində düşmənin zəbt etdiyi Azərbaycan torpaqları əsarətdən qurtulub.
Düz 31 il əvvəl - Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.
Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.
Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.
Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respubıikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.
 
Ardını oxu...
Çingiz Sultansoy

I hissə

"Mühacir yazarlar" silsiləsindən

Hələ sovet vaxtı, 1970-80-ci illərdə o zaman sovet nəşrləri arasında mütərəqqi sayılan "Literaturnaya qazeta"da, rus dilində, Nazim Hikmət haqqında məqalədə onun 50-ci illərin müsahibəsindən bu parçanı da oxudum:

"Ağrı-acılardan, bəlalardan danışmaq, şikayətlənmək türk milli xarakterinə ziddir. Türk gənci .döyməyindən daha həvəslə danışar, nəinki döyülməyindən...".

Təxminən 40-50 il əvvəl diqqətlə oxuduğum məqalədən gətirdiyim sitatın ayrı-ayrı sözləri dəqiq olmaya bilər, məzmunu-mənası tam dəqiqdir.

Bu özəllik bir çox dünya xalqlarının gəncində var, təbii, amma bu fikir son 120 ilin, Türkiyə və Qarabağ olayları kontekstində ağlamaqla özünə dünyada müttəfiq qazanan xalqın milli mentaliteti və xarakteriylə tutuşduranda başqa bir, xüsusi məna və aktuallıq kəsb edir.

Nazim Hikmətin mübarizəylə dolu, həbs illəri, on səkkiz illik mühacirətindən, eşqlərlə, ayrılıqlarla, ayrılmalarla zəngin həyatından çox şey bilirik, lakin görkəmli hərbçi və dövlət xadimi, mütəfəkkir olan türk, alman, polyak babalarından, əməl və hünərlərindən xeyli az.

Şairin alman və polyak babaları İslamı qəbul edib Osmanlı dövlətinə qılınclarıyla xidmət ediblər. Ana babası, Konstanty Borzęcki o vaxt üç ölkə arasında bölünmüş Polşada doğulub, Avropada inqilablar ili sayılan 1848-ci ildə silahlı üsyanda iştirak edib, məğlub olandan sonra qaçıb Osmanlıya sığınıb, İslamı qəbul edib Mustafa Cəlaləddin adı götürüb, orduda xidmət zamanı şücaət göstərərək paşa rütbəsinə qədər yüksəlib.

Müharibə və döyüşlərdə keçən həyatın, hərbi xidmətin çətinlik və qayğıları ona türk ictimai-siyasi fikrinə önəmli töhfə vermiş, fransız dilində "Les Turcs anciens et modernes» - "Qədim və çağdaş türklər" kitabını yazmağa mane olmayıb, əksinə, həvəsləndirib.

Dövrünün hakim düşüncəsi səviyyəsində türklərin ali, Avropa xalqları kimi bir xalq olması sübut olunan və Türkiyənin ictimai-siyasi fikrinə böyük təsir göstərmiş bu kitabın Mustafa Kamal Atatürkə məxsus, səhifələrində Atatürkün əliylə xeyli qeyd yazılan nüsxəsi hazırda muzeydə saxlanılır.

Anasının başqa babası Lüdviq Karl Friedrix Detroy biz tərəflərdə, Almaniyada 1827-də anadan olub, Osmanlı üçün azsaylı uğurla nəticələn XIX əsr müharibələrindən Rusiyaya qarşı Krım müharibəsində (1853-1856) döyüşüb, briqada generalı - paşa rütbəsini alıb, Mehmed Əli paşa olub və növbəti, amma uğursuz rus-türk müharibəsində Bolqarıstanda osmanlı qoşunlarının komandanı olub.

Mənim yaşıdlarım, köhnə kişilər SSRİ-də tanınan bolqar "Şipka" siqaretini xatırlayar, yəqin? O dağın - siqaretin adı o 1877-78-ci illər müharibənin, rus-bolqar qoşununun türklər üzərində qələbəsinin xatirəsidir...

Mehmed Əli paşa isə Kosovada üsyan edən serblərə qarşı vuruşanda şəhid olub.

Nazim Hikmətin yüksək rütbəli osmanlı məmuru olan atası və babasından hələ ayrıca danışağam.

Türk qanından, təmizliyindən danışmağı xoşlayan dostlar, damarlarında alman, polyak qanıyla yanaşı, çərkəz və gürcü qanı, yəni dörd başqa qan axan, sizin təbirinizcə desəm, qanı bu dərəcədə "qarışıq" olan Nazim Hikmət əsil türk kişisi deyilmi? Azı üç babası bu dərəcədə passionar və döyüşkən, istedadlı olduğu qədər də üsyankar, qanı "qarışıq” şair o millətçi zəmanədə beynəlmiləlçi, hətta kommunist olmaya bilərdimi?

Evet, vatan xainiyim, siz vatanperverseniz, siz yurtseverseniz,
ben yurt xainiyim, ben vatan xainiyim.
Vatan çiftliklerinizse,
kasalarınızın ve çek defterlerinizin içindekilerse vatan,
vatan, şose boylarında gebermekse açlıktan,
vatan, soğukta it gibi titremek ve sıtmadan kıvranmaksa yazın,
fabrikalarınızda al kanımızı içmekse vatan,
... ben vatan xainiyim.

Unutmayaq ki, o zaman həyat sosializm və kommunizm idealarını hələ iflas etməmişdi, İkinci Dünya Müharibəsindən qalib çıxan SSRİ böyük rəğbətlə qarşılanırdı, adamcıl leninizm-stalinizm siyasəti və sovet ideologiyası hələ ifşa olunmamışdı, ifşasına az qalırdı – Sovet İttifaqının qərbdəki nüfuzuna son, ölümcül zərbəni də mühacir yazar, haqqında hələ yazacağım Nobel mükafatı laureatı Soljenitsın vurdu...

Hələlik isə böyük və qüdrətli sovet dövləti kommunist və beynəlmiləlçi, mühacir şairini bütün imkanlarıyla təbliğ edir, ustadın şeirləri, özü dediyi kimi, 30-40 dildə böyük tirajlarla yayılırdı. O illərdə Nazim Hikmətin Sovet İttifaqında və sosialist dövlətlərdə əfsanəvi şöhrəti vardı.
Onun qadınlarla macəraları haqqında hələ ayrıca yazacam, o başqa bir söhbətin mövzusudur.

O mavi gözlü bir devdi,
Minnacık bir qadın sevdi...

Atamın kitabxanasında Nazim Hikmətin Bolqariada, nəfis tərtibatla türk dilində çap edilmiş altı cildliyinin üç nüsxəsi vardı, görünür, atam qalanlarını tapıb ala bilməmişdi. Evdə olan yüzlərlə kitab arasında ən yaxşı kağızda, ən yüksək keyfiyyətlə çap olunmuş kitab Nazim Hikmətin bu üç cildi idi. Latın qrafikasıyla çətinlikə oxusam da cildlərdən birini varaqlayanda rastıma çıxan misralar məni sanki ovsunladı:

Yuxuda gördüm yari,
Açılmış məmələri...

Bu misralar yalnız dəliqanlı yeniyetmə olduğum üçün ovsunlamadı, yox - oxuduğum başqa gözəl, bizim şairlər belə məhrəm mətləbləri belə cəsarət və səmimiyyətlə, belə açıq yazmırdılar.

İyirmi il sonra Nazim Hikmətin əlimə keçən rus dilinə çevrilmiş "Yusif və Züleyxa" pyesində Yusifə aşiq olan fironun hərəmi Züleyxa qəlbində, bədənində ən məhrəm, hamının gizlətdiyi, dilə gətirə bilmədiyi duyğularını elə açıq, elə səmimi və gözəl deyir ki, yazanın qələminə heyran olmaya bilmirsən...

Aydın məsələdir ki, şairin cəsarəti yalnız kağızda, yalnız erotik mövzularda təzahür etmirdi, bu həyatından, özkeçmişindən bəlli. Amma belə cəsarətin hətta stalinizm dövründə, peşəkar və könüllü stukaçlarla dolu Moskvada Stalin haqqında tənqidi-kinayəli atmacalara da çatdığını biləndə yenə də heyrətlənirsən, tək istedad yox, belə cəsarət sahibinə pərəstiş etməyə bilmirsən.

Nazim Hikməti repressiyadan bir inanmadığı Allah, bir də bəxti, yəni yenə də Allah qoruyub saxlayıb.

En güzel deniz:
henüz gidilmemiş olanıdır.
En güzel çocuk:
henüz büyümedi.
En güzel günlerimiz:
henüz yaşamadıklarımız.
Ve sana söylemek istediğim en güzel söz:
henüz söylememiş olduğum sözdür...

Mühacirət Məhəmməd Əmin Rəsulzadə başda olmaqla neçə böyük qələm sahibinin taleyinə yazılıb? Oxuduğum, sevdiklərim – Viktor Hüqo, Aleksandr Soljenitsın, İvan Bunin, Nazim Hikmət, Almas İldırım, Mirzəbala Məmmədzadə; çox bəyəndiyim, saydıqlarım - Vladimir Nabokov, İosif Brodski, Vladislav Xodaseviç, Sergey Dovlatov.

Oxuduğum mühacir yazıçılar dəfələrlə çoxdur, amma Vasiliy Aksenov, Zinaida Gippius, Dmitri Merejkovskiy, Teffi və başqalarını nə qədər istedadlı olasalar da, elə də böyük saymıram.

Mühacirətdə İstanbul və sevgilisinin həsrətiylə yazılan məşhur şeiri də hələ cavanlığımda oxumuşdum. 24 il öncə isə, may ayında İstanbula qısa, amma yaddaqalan bir ezamiyyət zamanı iki böyük imperianın paytaxtı olmuş bu möhtəşəm şəhəri dolaşarkən, may havası ciyərlərimə, İstanbulun qədim və çağdaş ruhu, təkrarsız aurası qəlbimə dolarkən Gülhane parkına da baş çəkməyə bilməzdim - elə o şerə görə. Gözlədiyimə rəğmən qətiyyən cənnət bağı, heç olmasa qeyri-adi olmayan, sadəcə adi bir parkın böyük, qollu-budaqlı olsa da adidən adi ağaclarına dördgözlə baxırdım, sanki axtarıb tapacaqdım - şair hansını gözü önündə tutub yazıb bu şeri?

Başım köpük köpük bulut,
içim dışım deniz,
ben bir ceviz ağacıyım Gülhane parkında,
budak budak, şerham şerham ihtiyar bir ceviz.
Ne sen bunun farkındasın, ne polis farkında.
Ata-baba yurdum, bu gün ağlar qalan Naxçıvanda da qoza "ceviz" deyirlər...

2 000- 2 300 il öncə deyilən latın kəlamı var - "Güclü adama hər yer vətəndir. Cəsura da", cavanlıqda oxumuşdum. Doğrudur. Lakin Nazim Hikmət kimi güclü və cəsur, yalnız mühacirətdə, Moskvada layiq olduğu qiyməti alan, əsərləri çox dillərə tərcümə və böyük tirajlarla dərc edilən, pyesləri Moskvavə başqa paytaxtların teatrlarında tamaşaya qoyulan, çoxdan layiq olduğu şöhrətə sağlığında yalnız SSRİ-də çatan adamın da birinci vətəninin həsrətini çəkməsi təbiidir. "Həsrət” şerindəki kimi...

Dənizə dönmək istəyirəm!
Mavi aynasında suları:
boy verib görünmek istəyirəm!
Dənizə dönmək istəyirəm!

Gəmilər gedər aydın üfüqlərə, gəmilər gedər!
Gərgin bəyaz yelkənləri doldurmaz kədər.
Əlbət ömrüm gəmilərdə bir gün olsun növbətə yetər.
Və madam ki, bir gün ölüm mükəddər;
Bən sularda batan bir işıq kimi
sularda sönmək istiəyirəm!
Dənizə dönmək istəyirəm!
Dənizə dönmək istəyirəm!

Əbəs yerə deyil ki, sonuncu sevgilisi və xanımı Vera Tulyakovaya "Mühacirətin nə demək olduğunu təsəvvür də edə bilməzsən” demişdi.

Şairin bu son məhəbbəti, çox romantik Love Storysi də ayrıca söhbətin mövzusudur.

Ruhun şad olsun, Ustad!

Literaz.com
Ardını oxu...
Azərbaycanda tanımış aktyor, Lənkəran Dövlət Dram Teatrının sevilən siması Əlibala Əsgərov vəfat edib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, aktyor uzun sürən ağır xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Əsgərov N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1975-ci ildən işləyirdi. Bir sıra tamaşalarda rol alan aktyor "Durnalar qayıdanda" filmində sovet zabiti, "Qəzan mübarək Paşam" filmində general Əliağa Şıxlinski obrazlarını yaradıb
Ardını oxu...
 
 
 
Ardını oxu...
"Həyatımın bu ağır dönəmində mənə bir stimul oldu. Ən sevinci günlərini yaşayıram. Rəhbərlik ediyim teatr Azərbaycanda aparıcı teatrların siyahısında yer alıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov deyib.

Direktor bunu kollektivin yaradıcılıq fəaliyyəti ilə əlaqələndirib.

Teatr rəhbəri son arzusunu açıqlayıb:

"Ən böyük arzum Şuşa Dövlət Musiqili Dram Teatrının Akademik status almasıdır. Əminəm ki, bütün bunlar hamsı teatrın Şuşada fəaliyyəti dövründə baş tutacaq”.

Qeyd edək ki, bu günlərdə Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib. Mədəniyyət Nazirliyinin Kollegiyası qərarı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Şuşa Dövlət Musiqili Dram Teatrı "aparıcı teatr” adına layiq görülüb.
Ardını oxu...
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov öz ərizələri ilə işdən çıxıblar.

Nazim Hüseynov işdən çıxmasının səbəbləri barədə danışmaq istəməyib. Adının çəkilməsini istəməyən bir neçə aktyor isə iddia edir ki, onların işdən çıxmasına səbəb kinostudiyanın fəaliyyətsizliyidir.

Nazim Hüseynov və Aydın Hüseynovdan başqa prodüser Emil Nəcəfov da işdən çıxmaq haqqında ərizəsini təqdim edib. Bunu “Azərbaycanfilm” kinostudiyasının Mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov təsdiqləyib.

Yada salaq ki, “Azərbaycanfilm”in əvvəlki direktoru, rejissor Cəmil Quliyev 2019-cu ilin sonlarında vəzifəyə təyin olunsa da, bir il tamam olmamış istefa vermişdi. Sonra kinostudiyaya Fariz Əhmədov direktor gətirildi. O da çox qısa müddətdən sonra rəhbərlikdən ayrıldı.

Ovaxtkı mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə “Azərbaycanfilm”ə rəhbər “Salnamə”nin direktoru Nazim Hüseynov təyin edilmişdi. Ötən ilin aprelində Azərbaycan kinosunun 125 illiyi münasibətilə keçirilən tədbirdə N.Hüseynov bəzi məsələlərə aydınlıq gətirmişdi. O, 5 il ərzində dövlət büdcəsindən ayrılan maliyyədən “Azərbaycanfilm”in payına düşən hissəsinin hesabatını vermişdi: “Nəzərinizə çatdırmaq istəyirəm ki, 2018- ci ildə dövlət büdcəsindən kinoya 1 milyon yarım ayrılıbsa onun ”Azərbaycanfilm"ə verilən qismi 372 780 manatdır. O da ümumi büdcənin 24.9 faizini təşkil edir. 2019-cu ildə kinostudiyaya 1 milyon 432 222 manat ayrılıb, bu, ümumi büdcənin 22 faizini təşkil edir, 2020-ci ildə 4 milyon 524 min manatdan kinostudiyaya 658.927 min manat ayrılıb, ümumi büdcənin 14.6 faizindən söhbət gedir. 2021 -ci ildə 6 milyon 500 min manatın 3 milyon dan bir az artıq hissəsi ayrılıb" deyə, o bildirib. O bildirib ki, əksər dövlət studiyaları bağlanıb: “Hazırda iki dövlət studiyası fəaliyyət göstərir: ”Salnamə" və “Azərbaycanfilm”. Qalan studiyaların hamısı bağlanıb: “Yaddaş”, “Mozalan”, “Debüt” artıq yoxdur. Ayrılan büdcənin xərclənməsində ən qısa və şəffaf yol dövlət özəl studiyalarla tədbirlərin keçirilməsini faiz dərəcəsi ilə paylaşmaq, pitçinq, müsabiqə vasitəsilə o maliyyəni səmərəli istifadə edib normal filmlər ərsəyə gətirməkdir".

Xatırladaq ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” dövlət kinostudiyası 1920-ci ildə “Azərbaycan XMK-nın İncəsənət Şöbəsi” adı altında təsis olunub.

Bəs niyə son direktor postuna uğurlu təyinat olmur? Təyin olunan direktorlar az keçməmiş bu postdan ya imtina edir, ya çıxarılırlar?

Mövzu ilə bağlı kinoşünas Sevda Sultanova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Bir müddət əvvəl keçmiş sovet ölkələrində olan kinostudiyalar ilə bağlı araşdırma etmişdim. Belə bir nəticəyə gəldim ki, bu kinostudiyalar arasında ən bərbad vəziyyətdəki olan ”Azərbaycanfilm" kinostudiyasıdır. Mədəniyyət Nazirliyi, Kino Agentliyi, ümumiyyətlə bu sahəyə məsul olan məmurlar kinostudiyanın taleyi ilə bağlı nə düşünürlər, planları nədir, bunu bilmirəm. Bu haqda heç bir məlumat yoxdur, açıqlama da verilmir.

Azərbaycan Kinematoqrafiyaçılar İttifaqı belə bir təkliflə çıxış etmişdi ki, yaxşı olardı müvəqqəti olaraq “Azərbaycanfilm” kinostudiyasının idarəçiliyi Kino İttifaqına verilsin. Lakin nədənsə, nazirlikdə bu təklif xoş qarşılanmadı. “Azərbaycanfilm” kinostudiyası bizim milli sərvətimizdir, Azərbaycan kino mədəniyyətinin təməl daşıdır. Buna görə də Mədəniyyət Nazirliyi və yaxud Kino Agentliyi kinostudiyanın taleyi ilə bağlı tez bir zamanda qəti addım atmalıdır. Hesab edirəm ki, digər MDB ölkələrində olduğu kimi “Azərbaycanfilm” kinostudiyasına milli status verilməlidir.

Həqiqətən də bu gün “Azərbaycanfilm” kinostudiyası ölü vəziyyətindədir. Ümumi təəssürat isə belədir ki, sanki bu vəziyyət nə Mədəniyyət Nazirliyini, nə Kino Agentliyini, nə də ki, digər məsul şəxsləri narahat edir. Hər kəs bu haqda yalnız pərdəarxası danışır, publik olaraq danışan yoxdur. Məsələn, Nazim Hüseynov, Fariz Əhmədov, eləcə də Müşfiq Hətəmov doğrudan da bu gün “Azərbaycanfilm” kinostudiyasının taleyindən narahatdırlarsa, bu haqda analiz yazsınlar, desinlər ki, vəziyyət niyə bu cürdür, nə etmək lazımdır, öz təkliflərini bildirsinlər, zəhmət çəkib danışsınlar".

“Bu məlumatı eşidən gündən mənim ürəyim ağrayır, çox ağır xəbər oldu”. Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Ənvər Həsənov Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rəhbər şəxslərin istefasından danışarkən deyib.

Aktyor istefaların səbəbini qurumun fəaliyyətsizliyi ilə əlaqələndirib: “Mənə məlumat verdilər ki, kinostudiyanın direktoru Nazim Hüseynov, müavini Aydın Hüseynov işdən çıxıb. 1276 nəfərlik studiya bu gün fəaliyyətsiz qalıb. O boyda binanın taleyinə bax da. ”Azərbaycanfilm" ölüm yatağındadır. Bunun sonu necə olacaq? Bizim kimi sənət adamları ortalıqda qaldı. Onları qınamıram, nə qədər işsiz qalmaq olar".

Xalq artisti Rasim Balayev bu məsələnin ona aid olmadığını vurğulayıb: “Mədəniyyət Nazirliyi eyni zamanda ”Azərbaycanfilm" kinostudiyasının rəhbəridir. Mən axı haradan bilim? Biz ictimai təşkilatıq, bizim heç bir səlahiyyətimiz yoxdur. Mən də sizin kimi uzaqdan eşidənin biriyəm. Onları işə təyin edən mədəniyyət naziridir. Bunun cavabını da nazirlik desin, biz belə şeyləri bilmərik".

Xalq artisti Xalidə Quliyeva kino sahəsinin dirçəlməsinin vacibliyini vurğulayıb: “Kinostudiya dirçəlməlidir və yaşamalıdır. Bu bizim tariximiz, eyni zamanda kino sənətinin ocağıdır”.
 

Dünyapress TV

Xəbər lenti