Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? -
Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyəti ilə bağlı həyata keçirilmiş səmərəlilik auditi nəticəsində qurumun kreditləşmə mexanizmlərində ciddi nöqsanlar və uyğunsuzluqlar müəyyən edilib.

AzFakt.com xəbər verir ki, bu barədə Palatanın 2025-ci ilin I rübünə dair “Dövlət auditi” hesabında məlumat verilib.

Bildirilib ki, auditin nəticələrinə əsasən, 2021-ci ildə təsdiqlənmiş qaydalarda sosial təhsil tələbə kreditlərinin verilməsi zaman rifah göstəricilərindən daha çox "kateqoriyalı yanaşma" tətbiq edildiyi üçün Fondun fəaliyyəti müəyyən olunmuş məqsədlərə uyğun olmayıb.

Bundan başqa, sosial kredit üçün ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) aşağı (51 bal) müəyyən olunması, bu kreditlərdən istifadə edən tələbələrin zəif təhsil nəticələri göstərməsinə şərait yaradıb. Halbuki standart kreditlərdə bu göstərici 71 bal olaraq müəyyən edilib.

Audit zamanı 2 ali təhsil müəssisəsi üzrə 32 tələbənin faktiki ÜOMG-sinin normadan aşağı olduğu halda standart kredit aldığı aşkarlanıb ki, bu da dövlət vəsaitlərinin qanunsuz istifadəsinə və hüquqi aktların tələblərinin pozulmasına səbəb olub.

Bundan başqa, bəzi hallarda tələb olunan sənədlər təqdim edilmədən, sadəcə ali məktəbin məsul şəxsinin portala daxil etdiyi məlumatlar əsasında kredit müraciətləri banka göndərilib. Hətta ləğv olunmuş kredit müraciətlərinin bir hissəsi üzrə bank tərəfindən rəsmi kredit rəsmiləşdirilib.

Hesabatda qeyd olunur ki, ölkədə ali təhsil müəssisələrinə SAT imtahanı ilə qəbul aparıldığı halda, bu yanaşma Fondun mexanizmlərində nəzərə alınmayıb və nəticədə həmin tələbələr ilk semestrdən standart kreditlərdən yararlana bilməyiblər.

Təhlil zamanı, həmçinin, bəzi hallarda 60 yaş və üzəri şəxslərə də təhsil krediti verildiyi müəyyən edilib. 13 halda belə kredit rəsmiləşdirilib ki, onlardan 3-ü artıq pensiya yaşında olan şəxslərdir. Bu isə kreditlərin gələcəkdə geri qaytarılması baxımından risk yaradır.

Fondun idarə olunmasında da struktur problemlərə yer verilib. Himayəçilik Şurasının strateji planları və illik fəaliyyət planlarını təsdiqləməməsi, kənar auditorun təyin olunmaması və müvəkkil bankın razılaşdırılmadan seçilməsi şəffaflıq və hesabatlılıq prinsiplərinin pozulmasına səbəb olub.

TTKF-nin vəsaitlərini artırmaq üçün nəzərdə tutulan investisiya cəlbi funksiyası da icra edilməyib.

Müraciətlərin təxminən 20 %-i üzrə kreditlərin verilməsi bir aydan çox vaxt aparıb ki, bu da əsasən ali məktəblərin və müvəkkil bankların məsul şəxslərinin fəaliyyətsizliyi ilə izah olunur.

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar
17 Aprel 2025 “Sədərək” ticarət mərkəzi su altında qaldı – VİDEO
17 Aprel 2025 ”Bakıxanov Residence”də evləri yağış damır -VİDEO
16 Aprel 2025 Bakıda taksilərin qiyməti qalxdı: 60 manat
16 Aprel 2025 DTX işə qarışdı, nazir işdən çıxarılır: həbs oluna bilər - TƏFƏRRÜAT
16 Aprel 2025 “Köməkçiləri, katibələri, ailəsi-uşağı üçün maşın alırlar” - REAKSİYA
15 Aprel 2025 Teleqramda kütləvi bloklanma
15 Aprel 2025 Həbs edilən sabiq məmurun şok əməlləri - 6,5 milyonluq fırıldaq

Dünyapress TV

Xəbər lenti